şirk etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
şirk etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Ələm

Ələm -  Şiələrdə, Yahudilərdə və Buddizmdə geniş istifadə olunan əl şəkilində olan rəmzin adıdır.
Ələm sözü – “əl” sözundən törəmədir.Düzdür  bəzi  şiələr iddiya edir ki, guya ələm ərəb dilin “علامة” “ələmət”, (təcümədə “simvol”, “rəmz”) sözündən əmələ gəlib. Ələm rəmz kimi istifadə olunduğuna görə,  bu versiya həqiqətə uyğun görünsədə, həqiqət ondadır ki, ərəblər  ələmə “Ələmət” yox, -  “Əbülfəzin əli” və ya “Fatimənin əli” deyirlər. Ərəbcə isə məhz  “ələm” ( ألم)  sözü –rəmz yox, əzab ya da əziyyət  mənasını verir.                                                           
Şiəlikdə ələm hərtərəfli isitfadə olunur, əsasən rəmz  və ibadətqah kimi, şiələr ona nəzir və hədiyyələr edirlər. Məsələn şiələrin arasında olan inanclara əsasən, ələmə nəzir deyib sözünü yerinə  yetirməyən ələmi qəzəbləndirir  və ələm “coşur”, “ coşan” ələm isə xəsis şiənin yanına gəlib onu cəzalandırır.
Bugunləri demək olar ki, şiə məscidlərin əksəriyyətində ələm mövcuddur. Ələm minbərlərdə, bəzi məscidlərin minarələrində  və namazda imam durduğu yerdə yerləşdirilir. Bundan əlavə şiələrin dini şəkillərində, bayrağlarında və başqa dini əşyalarında ələmə rast gəlmək olur. 

Şiələrin imamlar haqqındakı həddi aşmaları


      a)    On iki imamın peyğəmbərlərdən üstün hesab edilməsi.
Aydındır ki,onlar Əhli beytə Əhli Sünnətin baxdığı kimi baxmırlar.İtaətə çağırdıqları Əhli beyt on iki imamdır.Bu on iki imamı da peyğəmbərlərdən üstün hesab edirlər.
Alimləri seyyid Əmir Muhəmməd əl Kazimi əl Qəzvini “Şiə fi aqaidihim və ahkamihim” kitabında (səh 73) yazır: “Əhli beytdən olan imamlar peyğəmbərlərdən üstündürlər.”

Seyid Şübbar kitabında yazır: “Məsum imamlar İslam peyğəmbərindən başqa bütün peyğəmbərlərdən üstündür.” (“Şərhul ziyarətul camiə” səh 39)
Həmçinin, yazır: “İmamlar Allah qatında elə böyük məqama sahibdirlər ki,o məqama İslam Peyğəmbərindən başqa nə bir yaxın mələk,nədə Peyğəmbər çata bilməz.” (“Şərhul ziyarətul camiə” səh 88)

Xomeyninin yardımçılarından olan Ayətullah seyyid Əbdulhüseyn Dəstaqeyb kitabında yazır: “Bizim 12 imamımız,sonuncu peyğəmbərdən başqa bütün peyğəmbərlərdən üstündürlər.”
 (“əl Yəqin”,səh 46, “Darut taruf” Beyrut 1989)

Həmin kitabın “Kəbədə doğum,məsciddə isə şəhidlik” fəslində isə yazır: “Əli ən pak və ən müqəddəs məxluqdur.”

Şiə kitablarında olan şirk


“İksir əd dəavat” kitabında belə bir fəsil var.Fatimə (r.a)-dan yardım istəmə fəsli.

Müəllif yazır: “Məkkədə iki rukət namaz qıldıqdan sonra üç dəfə təkbir gətirib,Fatimə (r.a)-ə təsbih gətirirsən.Bundan sonra səcdə edib,yüz dəfə “Ey mənim Seyyidəm,ey Fatimə! Mənə yardım et.” Sonra sağ yanağını yerə qoyub bunları təkrar edirsən.Sonra yenə səcdə edib,eyni sözləri deyirsən.Daha sonra sol yanağını yerə qoyub,bu sözləri təkrar edirsən.Sonra yenə səcdə edib,bu sözləri 110 dəfə təkrar edirsən.Sonra öz ehtiyyaclarını deyərsən.Allahın izni ilə bunlar qəbul olunacaqdır.” (kitab “İksir əd dəavat”)

Həmçinin Seyyid Həsən əl Əbtahi “Ənvar əz Zəhra” adlı kitabında ki,bu kitab Nasir Nəcəfi tərəfindən tərcümə olunub yazır: “İstiğarə namazından sonra Fatimə Zəhra (r.a)-a səcdə edilməsinə dair rəvayyətlər varid olmuşdur.Səcdədə 100 kərə “Ya Mövlayi ya Fatimə əğisini” deyə dua edilir.Əlbəttə biz onun adını səcdədə olduğumuz zaman zilr etməliyik.Ondan məğfirət istəyirik.Ona yönəlmək və ona səcdə etmək lazımlıdır.Çünki,insanın Fatimə (r.a) ilə danışması,ona yönəlib,onu özünə həmsöhbət etməsi,ondan başqasına səcdə etməsi məntiqli deyildir.” (“Fatimə (r.a)-a səcdə etmək caizmidir?” fəsli,səh 45)

Məşhur dəvətçi - Ocaq Nejat.



Şiə məshəbinin məşhur dəvətçisi olan, Ocaq Nejat öz "Aşura dərsləri" kitabında deyib(şəkilə bax):

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir