Şiələr Əhli Sünnəni tənqid edirlər ki, dəstamaz alanda biz ayaqlara məsh çəkmirik, əvəzinə yuyuruq. Əslində Qurana nəzər salsaq orada məhz ayaqları yumaq əmrini görərik. Bunu Əhli-beytdən gələn rəvayyətlərdə təsdiqləyir.Buna görə məhz onların öz mötəbər kitablarında olan hədisləri gətirməyi daha münasib saydıq.
1. Əs-Səqafi və Təbərsi öz kitablarında qeyd edirlər ki, Əli (r. a) Məhəmməd ibn Əbu Bəkrə və Misir əhlinə dəstamazın necə alınmasını əmr edərək deyir: “Başınıza məsh çəkin, sonra sağ və sol ayaqlarınızı üç dəfə yuyun.Çünki,mən Peyğəmbər (s.a.s)-i bu cür dəstamaz alan gördüm”. (Əs-Səqafi, “Ğarat” kitabı, cild 1, səh. 244 -245: Təbərsi, “Müstədrəkul vəsail”, cild1, səh. 44.)
2. Tusi də Əlidən (r. a) başqa rəvayyət gətirir ki, o demişdir: “Dəstamaz almaq üçün oturmuşdum, elə bu vaxt Peyğəmbər (s. ə. s) gəldi və mənə dəstamaz almağı öyrətdi. Mən ayağımı yuyanda o (s. ə. s) mənə dedi: - Ey Əli! Barmaqlarının arasınıda yu ki, sənə cəhənnəm odu toxunmasın”. (Tusi, “İstibsar” kitabı, cild 1, səh. 65-66, “Təhzibul-Əhkəm” kitabı, cild 1, səh. 93. həmçinin bu rəvayəti siz Hur Amilinin “Vəsaul əş-Şiə” kitabının 1-ci cild 296-297 səhifəsində tapa bilərsiniz)
Buna bənzər rəvayyətlər başqa İmamlardan da şiələrin mənbələrində çoxdur.

