Bəzən rafizilər İslam alimlərinin bəzi fətvalarını ələ alaraq,bir çox hallarda səhv tərcümə və təhrif edərək dilimizə tərcümə edir və yayırlar.Bununla onlar məsələdən agah olmayan sıravi müsəlmanlarda qəzəb və nifrət yaratmağa çalışırlar. Burada vacib bir məsələni qeyd etmək yerinə düşərdi. İmam Malikin sözlərini unutmamaq lazımdır.O,deyir: “Bu qəbirdə yatan (əli ilə Peyğəmbər (s.a.s)-in qəbrinə işarə edərək) insanın sözündən başqa istənilən şəxsin sözü qəbul vəya rədd edilə bilər.”
Şübhə yoxdur ki,Allahın şəriətində utanacaq heç nə yoxdur.Ona görə də əgər hər hansı bir alim zəif rəvayyətlərə istinad edərək,şəriət mətnlərini düzgün anlamayıb,fitrətə tərs fətva verərsə,biz onu sadəcə olaraq,rədd edəcəyik.
Fəqət,ərəblərin yaxşı bir ata sözü vardır.”Evi şüşədən olan adam başqasına daş atmamalıdır.” Aşağıda şiə alimlərinin fətvalarından bir neçə nümunələr gətiriləcəkdir.
1) Cinsiyyətin dəyişdirilməsi.
Bunu ilk dəfə ələ alan Xomeyni olmuşdur. Xomeyni “Təhrir əl Vəsilə” kitabında yazır:
“Məsələ 1. “Zahirən kişinin cinsiyyətinin qadına və qadının cinsiyyətinin kişiyə çevrilməsində problem yoxdur və bu qadağan deyildir.”
Məsələ 3. “ Əgər qadın ərə gedib,sonra cinsiyyətini dəyişərsə onun nigahı bu andan etibarən ləğv olunur və onun əridə əgər onunla bu əməliyyata qədər cinsi əlaqəyə giribsə mehrin tam verilməsi öhdəliyi durur...”
Məsələ 7. “Əgər bacı və qardaş hər ikisi cinsiyyətlərini əks olaraq dəyişiblərsə,bu onların qan qohumluğunu pozmur.Qardaş bacı,bacı isə qardaş olur.Əgər ata tərəfdən əmi cinsini dəyişərsə,o ata tərəfdən bibi olacaqdır və ya əksinə ana tərəfdən dayı olacaqdır.Həmçinin, digərləri də bunun kimi.”
Məsələ 8.”Əgər ana cinsiyyətini dəyişərsə o oğulun zövcəsinə məhrəm olacaqmı,yoxsa yox?Əgər ata qadın cinsinə keçərsə o öz oğlanlarına hətta ana çağrılmasa belə məhrəm olacaqmı?Zahirən bu belədir.Əgər gəlin cinsini dəyişərsə və kişi olarsa o öz xalasına məhrəm olacaqmı?Bütün bunlar məntiqdən uzaq deyil.”