hədis etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
hədis etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Şiə mənbələrinin səhihliyi

Hər din,hər firqənin özünün mənbələri vardır.Quran baradə olan fəsildə şiə alimlərinin Allahın kitabı baradə olan fikirləri ilə tanış olmuşduq.İndi isə şiə kitablarının mötəbərliyi haqqında bəhs edək.
1) Nəcaşinin “Rical” kitabı
Bu kitab şeyx Əbul Abbas Əhməd ibn Əli ibn Əhməd ibn əl Abbas ən Nəcaşiyə aiddir.Daha doğrusu ona isnad edilir.Bu alim hicri 372-450 illər arasında yaşamışdır və bu kitab şiə raviləri haqqında mövcud olan əsas mənbədir.
Bu kitabın 404-cü səhifəsində 1070 nömrəli haşiyədə ravi Əbu Yalə Muhəmməd ibn Həsən ibn Həmzə əl Cəfərinin bioqrafiyasına yer verilir.Bütün bunlarla yanaşı bu ravinin 463-cü ildə vəfat etdiyi bildirilir.
Bizim iki yolumuz var.Müəllifin 450-cı ildə vəfat etdiyini nəzərə alaraq,ya deməliyik ki,kitab onun tərəfindən yazılmayıb,ya da onun 13 il sonra qəbirdən qalxıb,bu ravinin bioqrafiyasını yazdığını deməliyik.


1)     Şeyx Mufidin “Xəsais” kitabı.

20-ci əsrin ən böyük şiə alimlərindən olan Əbulqasim əl Xoyi “Mucəm ər rical” (№4761) kitabında bu kitabın şeyx Mufidə aid olmadığını qeyd edir.


2)     “Tövhid əl Mufəddəl”

“Ənsarian” tərəfindən nəşr olunan kitabın müqəddiməsində deyilir: “İmam Cəfər əs Sadiqin nəql etdiyi “əl Mufəddəl” kitabı.”
Şiə rical alimlərindən olan ibn Qadiri “Duafa” kitabında yazır: “2-10. əl Mufəddəl ibn Ömər əl Cufi Əbu Abdullah.Zəifdir....onun rəvayyətlərini yazmaq caiz deyil.O,imam Cəfərdən və imam Əbul Həsəndən nəqllər etmişdir.”
Digər rical alimləri ibn Davud əl Hilli də bu ravinin zəif və rəvayyətlərinin dolaşıq olmasını qeyd etmişdir. (“Rical” №512,səh 280)

Şiəlikdə olan rəvayyətlərdə isnadlar,onlarda olan ziddiyyətlər və ixtilaflar.

Bunu qəti olaraq qeyd etmək istərdik ki,şiəlikdə “məsumlar”dan varid olan elə bir rəvayyət,elə bir xəbər yoxdur ki,onu təkzib edən digər bir rəvayyət,xəbər olmasın. Şeyx Əbu Cəfər Tusi şiələrin dörd mötəbər kitabından biri olan “Təzhibul Əhkam” adlı kitabının müqəddiməsində belə yazır:
“Dostlarımız əshabımızın hədislərini və bu hədislərdəki ixtilaf,təzad və s.xüsusları mənimlə müzakirə etdilər.Məsələ o yerə çatır ki,hətta,anlaşılan bu olurdu ki, ittifaq ediləcək hər bir hədisin müqabilində onu nəhy edən və ona əks olan başqa bir hədis mövcud olurdu.Bu da müxaliflərimizin  məzhəbimizə dil uzatmalarına ən çox səbəb olan xüsuslardandır.” (“Təhzib” səh 12)

İmami şiəsi olan seyyid Dildar Əli əl Ləknəvi “Əsarul usul”kitabının 51-ci səhifəsində yazır:
“İmamlardan sadir olan hadislər o dərəcədə ixtilaflıdır ki,hardasa hər bir hədisin müqabilində onu nəhy edən başqa bir hədis,üzərində ittifaq olunan bir hədisin qarşısında isə onun ziddi mövcuddur.Bu vəziyyət də bəzi məlumatı az olanların haqq inancdan dönmələrinə səbəb olmuşdur.”

Seyyid Haşim Məruf əl Hüseyni yazır: “...Kafi,”Vafi” və s.hədis məcmualarında olan hədislərin tədqiqatından sonra görsənir ki,qulatın və hidayət imamlarına qarşı kin duyanların imamların hədislərini bərbad etmək və adlarını qaralamq üçün etdiyi səylər nəticəsində hardasa heç bir bab qalmamışdır ki,orada təhriflər olmasın.” (əl Məvduat fil əsər vəl əxbər” səh 165,253, 1-ci nəşr,1973)

Şiə məzhəbində hədis elmi


Şiələrdə isə hansısa bir məsələ haqqında elə bir söz yoxdur ki, bu barədə onun əksi olan başqa bir söz olmasın. Hətta,onların hədis raviləri içərisində elə bir ravi yoxdur ki, onun haqqında iki fikir olmasın, bir fikir onu təsdiq edəndə o biri inkar etməsin. Nəinki inkar etməsin, hətta onu ən aşağı səviyyəyə salıb məlunların məlunu etməsin.

Ümumiyyətlə şiə məzhəbində hədis elmi olmayıb. Onlar, hədislərin ağına-bozuna baxmadan, hədisin ravilərini araşdırmadan, necə gəldi qəbul ediblər. Şübhəsiz ki, bu elm, əhli-sünnətə məxsus bir elmdir. Daha sonra onlar, əhli-sünnətə baxaraq bu elmə girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma çıxdı.

Şiənin ən məhşur və ən qabaqcıl mühəddislərindən biri olan Hurr əl-Amili demişdir: “Yeni istilahlar(yəni hədisləri “səhih” və “zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydalarına müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.”(“Vəsailuş-şiə” 20/100 və ya 30/260)

Həmçinin, o demişdir: “Məlum olduğu kimi, bu istilahlar Alləmənin(yəni ibn.Mutahhar əl-Hillinin) və ya onun şeyxi Əhməd ibn.Tavusun zamanında ortaya çıxmışdır.” (“Vəsailuş-şiə” 20/102 və ya 30/262)

Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri İbn.Mutahhar və onun ustadı ibn.Tavus olmuşdur.(“əl-Hədaiqun-Nədira”1/53)

Şiələr, hədisləri növlərə ayırmağı əhli-sünnətin kitablarından öyrəndiyi kimi hədislərdən hökm çıxarmaq qaydalarını da əhli-sünnətdən öyrənmişdir.

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir