Rafizilərə görə vələduz zina kimdir?

 Əbu Cəfər ibn Məhəmməd Baqirdən: “Ey Əbu Həmzə, and olsun Allaha, bizim şiələrimizdən başqa hamı fahişələrin övladrarıdı”( “Kəfi” 8  çild, səhifə 239)
 Eyni tipli hədis: Hurr Amili “Vasail uş şia” c.16,səh 37 hədis nömrə 2910; Məclisi “Biharul Ənvar” c.24,səh 311)

Əbu Abdullahdan: (Əbu Bəsirə dedi): Həqiqətən şeytan kişi qadına yaxınlaşdığı kimi yaxınlaşır, etdiyi kimi edir, cinsi əlaqədə olduğu kimi olur”. (Ravi) dedim: “Bu nə ilə bilinir?” (İmam cavab verdi): “Bizə olan sevgi və nifrətlə. Kim bizi sevir qulun (sperması olur) kim nifrət edər (sperma şeytanın olar)” (Kəfi” 5  çild, səhifə 502)
(Eyni tipli rəvayət “Vasail uş şia” 20 çild, səhifə 135-136, hədis 25233)

 Əli ibn Əsbat Əbu Abdullahdan: ”Şübhəsiz ki,Allah Təala Ərəfa günü Hüseyn (r.a)-ın qəbrini ziyarət edənlərə nəzər edər.Ona dedim:Vaqfəyə duranlardan öncə mi onlara baxar?Dedi:”Bəli.”Sual etdim necə?Dedi: ”Çünki,onlar zina uşaqlarıdır.Bunlar isə belə deyillər.”
(Məclisi “Biharul Ənvar” c 101,səh 85 “Ərəfa və bayram günlərində Rasulullah (s.a.s)-i ziyarət etmənin fəziləti” babı; Şeyx Səduq “Mən lə yəhduruhul fəqih”c.2,səh 431 )

Şiə əqidəsinə görə Nasibi Əhli Sünnə vəl Camaatdır.

Şiələr Əhli Sünnəti Rəsulullah (s.a.s)-ın Əhli beytinə düşmən olaraq görürlər.Bu səbəbə görə də Əhli beytə düşmən olan nasibi terminini onlara qarşı istifadə edirlər.Ancaq, Əhli Sünnət təbii ki,bu ittihamlardan tamamən uzaqdır.
 Nəvasib elə bir firqədir ki,onlar Əli ibn Əbu Talibin ailəsinə nifrət edirdilər.Bu onların İslam alimləri tərəfindən vəsf olunmuş xüsusiyyətidir.Nasibilərdən kiminsə Əli (r.a)-yə qarşı olan savaşlarda ya qardaşı,ya atası,ya da babası ölmüşdü.Söhbət, Müaviyyə ilə Əli arasında olan müharibədən gedir ki,bu döyüşlərdə hər iki tərəfdən çoxlu müsəlman ölmüşdü.

Şiələrin icmasına görə Nəvasiblər kafir və nəcisdir. Əbul Qasim Xoyi yazır: “Allahı,axirəti inkar edən və ya Allahla bərabər başqa məbudu qəbul edən kafir və nəcisdir.Həmçinin, qulatlar,(12 imamın ilah olduqlarını,Allahın onlara təcəlli etdiklərini  iddia edənlər) Xəvariclər və Nəvasiblər də nəcisdirlər.” http://al-islam.org/laws/al-khui/2.htm#6

Mühəddis Yusif əl Bəhrani kitabında yazır: “Xəbərlərdə və sələfin sözlərində varid olandan anlaşılır ki, nəvasib sözündən qəsd olunanlar müxaliflərdir.”(“əl Hədaiqun nadira” c.18,səh 157,Qum)
Eyni kitabda növbəti səhifədə o yazır: “Onların (imamların) hədislərində nəcislik,nigahlanmamaq,qanın-malın halal olması və s.sifətlərlə vəsf olunan nasibilərdən məqsəd müxaliflərdir.”

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir