Mehdi yoxsa Dəccal ?

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çagırırıq. Ondan bağışlanmaığı və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət versə, o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. 
Qardaş və bacılar özümə də sizə də faydalı elim yaxşı əməl-saleh işlər və təqvalı olmağı arzulayıram. Əziz oxucular mənim qeyd edəcəyimdə məqsədim heç də şiələri təhqir etmək deyil, sadəcə olaraq haqqı bəyan etmək və onların batil fikirlərini üzə çıxartmaqdır. Bu isə şiələrin xoşuna gəlməsə də, haqqı inkar etmək olmaz . Beləliklə mən şiələrin mənbələrinə istinad edərək onların fikirlərinin necə batil olduğunu qeyd edəcəyəm. 

“Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!” (Qaf, 37).
Onbirinci imama kimi çatan şiələronun ölümündəsonra 15 dənə(Şəhristani 11 firqə qeyd edir)  firqəyə ayrıldılar.   On birinci imam Həsan ibn Əli (r.a) öləndən sonra, onun oğlunun olması sabit deyildi. Ondan qalan miral annası ilə qardaşı Cəfər arasında bölünmüşdür. Bax “Ankara okulu” tərəfindən 2004 ildə bir kitab halında nəşr olunmuş Sayid ibn Abdullah Qumminın və Hasan ibn Musa Naubahtinın “Kitabul makalat vel firak” ve “Firaku şia” (kitablarının) kitabın 241 səhifəsinə.
Yəhudilərin fikrinə əsasən Məsihi Davud (yəni Dəccal-xilaskar) zühur etdiyi zaman Davud və Süleymanın (ə) hökmü ilə hökm verəcək. Şiələrdə də eyni ideologiyadır. Onların mötəbər sayılan mühəddisi Məhəmməd Yə”qub ibn Kuleyni öz “Usuli kafi” kitabında bu məsələ ilə bağlı belə qeyd edir: “Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) belə buyurdu: Ey Əbu Ubeydə! Məhəmmədin (s)ın nəslindən bir imam (Mehdi) qalxdığı (zaman) və Davud Süleymanın hökmü ilə hökm verdiyi zaman, ondan qətiyyən dəlil istənilməz ”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1033).

Necə zəlalətə düşdüm.


                   (Ticaninin "Necə hidayət oldum"kitabına təkzib)
Ön söz.

"Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!"
(Quran, Maidə 8)
Həqiqətən bir məsələni araşdırarkən, bunu elmli yolla etmək, yaxşı niyyətə, sağlam fitrətə, təmiz qəlbə dəlalət edir. Buda indiki zamanda bir çox yazılara xas olmayan xüsusiyyətdir. Ancaq buna təəccüblənmirik. Çünki Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunun olacağını artıq xəbər vermişdir:
"Elə bir zəmanə gələcək ki, kişi yatacaq və oyandıqda artıq əmanət qəlbindən silinmiş olacaqdır"
("Fathul-Bari əsəri, "Köləlik kitabı", "Əmanətin aradan itməsi fəsli")
İslam tarixində əsrlər boyu bidət əhli Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) səhabələrinin ədalətinə şəkk gətirməyə, dahi İslam alimlərini ləkələməyə cəhd etmişlər. Lakin (innə rabbəkə labilmirsad) hansı bir bidət və zəlalət əhli nə yazmışsa, Allah onun batil əməlinin üstünü açmış, kələyini yerindəcə kəsmişdir. Allaha daima həmd olsun!
Görürsən ki, bu zəlalətə aparanlar insanları şübhəyə salmağa cəhd edirlər, aldadırlar və hətta yalanlar yazmağa, özlərindən nələrsə uydurmağa, təhriflər etməyə belə çəkinmirlər. Çünki əllərində olanı ancaq budur.
"...Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz."
(Quran, Nur, 40)
Hər eşidilənə inanan, hər deyilənin arxasınca gedən avam cahillərdə, öz ağalarının dediklərinin ardınca gedərək haqqı axtarmadan, yalan olub-olmadığını öyrənmədən, onların dedikləri ilə razı olanlar da tapılır (Yəqin ki, ağalarının halını bilməyirlər, ya da özlərini bilməməzliyə qoyurlar).
Belələrindən biri də özündən əvvəlki həmfikirləri kimi, haqq əhlinə tənə edərək, doğruluğa əməl etməyərək, tövbə etməzsə, Rəbbin dərgahında rəzil, alçaq olaraq, bir neçə kitabçalar yazmışdır.
Bu yazımla bir kişinin nə qədər yalan danışdığını bəyan edəcəyəm. Hər dediyinə geniş cavab verməyəcəyəm. Sadəcə olaraq, bu kişinin iddia etdiklərində yalançı olduğunu sizə açıqlayacağam.
Onun haqqnda Tunis alimlərindən soruşduq. Tunis alimlərindən olduğunu deyərək, onun haqqında nə eşidən, nə də onu tanıyan oldu. Şair gözəl deyib:
Soruşduq məhəllədə Sulamət haqqında.
Dedilər bəs kimdir Sulamət?
Dedik ki, Məhəmməd ibn Zeyddir.
Dedilər ki, artdı bizdə cəhalət.

Allahın dinini qorumaq üçün, bunu Allahın razılığı üçün yazdım. Ancaq yazımda elm əhli tərəfindən nöqsanlar tapılarsa, mənə zərəri olmaz. Çünki etiraf edirəm ki, mən elm meydanında usta deyiləm. Bu boşluğu dolduran, bu böhtançıya cavab vermək üçün vaxt ayıran olmaıdğına görə bu işi mən gördüm. Özümdən razı olaraq yox, su olmayanda təyəmmüm edərlər deyə, bunu məhz mən etdim.
Kəlamlarımda xəta olmaq ehtimalı da vardır. Çünki bu nə heç bir batilə yer olmayan Allahın kəlamı, nə də məsum Peyğəmbərimizin(səlləlləhu əleyhi və səlləm) kəlamıdır.
Xətalarımı bilən qoy onu bizlərə çatdırsın. Çünki Allah razılığı üçün əməl edən kəs haqqın haradan gəlməsindən asılı olmayaraq, onu görəndə sevinər.
Ancaq dediklərimi nəfsinə tabe olaraq, rədd edən insana isə deməyə söz tapmıram. Əyri budağın kölgəsi də əyri olar!
"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?"
(Quran, Caşiyə, 23)

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir