Mehdi yoxsa Dəccal ?

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çagırırıq. Ondan bağışlanmaığı və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət versə, o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. 
Qardaş və bacılar özümə də sizə də faydalı elim yaxşı əməl-saleh işlər və təqvalı olmağı arzulayıram. Əziz oxucular mənim qeyd edəcəyimdə məqsədim heç də şiələri təhqir etmək deyil, sadəcə olaraq haqqı bəyan etmək və onların batil fikirlərini üzə çıxartmaqdır. Bu isə şiələrin xoşuna gəlməsə də, haqqı inkar etmək olmaz . Beləliklə mən şiələrin mənbələrinə istinad edərək onların fikirlərinin necə batil olduğunu qeyd edəcəyəm. 

“Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!” (Qaf, 37).
Onbirinci imama kimi çatan şiələronun ölümündəsonra 15 dənə(Şəhristani 11 firqə qeyd edir)  firqəyə ayrıldılar.   On birinci imam Həsan ibn Əli (r.a) öləndən sonra, onun oğlunun olması sabit deyildi. Ondan qalan miral annası ilə qardaşı Cəfər arasında bölünmüşdür. Bax “Ankara okulu” tərəfindən 2004 ildə bir kitab halında nəşr olunmuş Sayid ibn Abdullah Qumminın və Hasan ibn Musa Naubahtinın “Kitabul makalat vel firak” ve “Firaku şia” (kitablarının) kitabın 241 səhifəsinə.
Yəhudilərin fikrinə əsasən Məsihi Davud (yəni Dəccal-xilaskar) zühur etdiyi zaman Davud və Süleymanın (ə) hökmü ilə hökm verəcək. Şiələrdə də eyni ideologiyadır. Onların mötəbər sayılan mühəddisi Məhəmməd Yə”qub ibn Kuleyni öz “Usuli kafi” kitabında bu məsələ ilə bağlı belə qeyd edir: “Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) belə buyurdu: Ey Əbu Ubeydə! Məhəmmədin (s)ın nəslindən bir imam (Mehdi) qalxdığı (zaman) və Davud Süleymanın hökmü ilə hökm verdiyi zaman, ondan qətiyyən dəlil istənilməz ”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1033).

Həmçinin,eyni kitabda başqa bir rəvayətdə belə qeyd olunur: “Əban belə rəvayət etmişdir: Əbu Abdullahın (Cəfəri Sadiq əleyhissalam): “Mənim nəslimdən bir adam (Mehdi) gəlib, Davud oğullarının hökmü ilə hökm verib, özündən hər hansı bir dəlil istəməyərək hər kəsə haqqını vermədən qiyamət qopmaz” dediyini eşitdim”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1034).

Ərəb dilində Şiələrin online kitabxanasında  shiaonlinelibrary.com
Bu yalnız yəhudilik anarxiyasıdır və yəhudiliyi müsəlman adı altında təbliğ etməkdir. Bunu da qeyd edim ki, Davud (ə) İslam ümməti üçün peyğəmbər göndərilməmişdir və Mehdi (ə) Davudun (ə) hökmü ilə hökm verə bilməz. Mehdi (ə) yalnız Quran və Məhəmmədin (s.ə.s) hökmü ilə hökm verəcəkdir. “Sizin üçün din olaraq islamı bəyənib seçdim.” (Maidə, 3). Bunuda qeyd edim ki, İsrail dövlətinin ölkə qanunu məcəlləsində Məsihi Davud (yəni Dəccal-xilaskar) zühur etdikdə ona tabı olmağı göstərilir və İran İslam respublikasının ölkə qanunun məcəlləsində də Mehdi zühur etdikdə ona tabı olmağı göstərilir. Mənim bu məsələ ilə bağlı qeyd etdiklərim heç də siyasi məqsəd daşımır. Beləliklə də yəhudilərin gözlədikləri Məsihi Davud (yəni Dəccal-xilaskar) məhz şiələrin Mehdisidir.
Tarixin təhrif olunmuş səhifələri.
Şiələr etiqad edirlər ki, imam Mehdi doğulub və beş yaşında ikən İrakınSamerra şəhərində mağarada qeybə çəkilmişdir. Lakin şiə kitablarına istinadən müraciət etdikdə heç də 11-ci İmam Həsən əl-Əskərinin heç bir qadınlarından övladı olmayıb və dünyasını dəyişdikdən sonra da olmamışdır. Onların əhli-beyt adlandırdığı məktəbin kitablarında səkkiz rəvayətlərə belə rast gəlmək olar. Bu məsələ ilə bağlı kiminsə şübhə içində olduqda şiələrin bu kitablara müraciət edə bilərlər. (“Əl-Qeybət” ət-Tusi, səh, 74. “Əl-İrşad” əl-Müfid səh, 345. “Ə’lamül-vəra” əl-Fədlə ət-Təbərsi, səh, 380. “Əl-Məqalət vəl firəq” Əl- Əş`əri, əl-Qummi səh, 102).
Əlidən (r.a) Mehdinin qeyb müddəti barəsində soruşanda O, belə buyurmuşdur: “Altı gün, altı ay və yaxud altı il.” (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 578, hədis № 890). Lakin, şiələrin iddia etdiklərinə görə Mehdi hicri 260 -cı ilində qeybə çekilmişdir. Əli (r.a) isə qeybin müddətini 6 il olduğunu qeyd edir. Nəticədə qeyd olnur ki, Mehdi (ə) doğulmayıb.

Gəlin indi isə şiələr arasında imam Mehdi, məşhur adı ilə tanınan “Qaim” (yəni öndə gedən rəhbər) zühur etdikdə nə edəcək? Bu məsələ ilə bağlı ətraflı araşdıraq

1. Şiələrin Mehdisi  atəşpərəstlərin Xosrovudur.

Ən böyük şiə alimlərindən biri sayılan şeyx Nuri Təbərsi öz "Ən-Nəcm əs-Saqib fi imam əl-hüccət əl -ğayb" kitabında deyir ki,  12-ci imamım 47 adı - "ATƏŞPƏRƏSTLƏRİN XOSROVU"-dur!!!
BU AÇIQ -AYDIN DƏLİLDİR Kİ ŞİƏLİYİN 12 İMAM ƏQİDƏSİ İSLAMA YOX, YALNIZ VƏ YALNIZ ATƏŞPƏRƏSTLƏRƏ QULLUQ EDİR.

Şiələrin online kitabxanasında burada www.al-shia.org  (47-ci məqələyə bax)





2. Ərəblərə qarşı qılınc qaldıracaq.
Məclisi nəql edir ki: “Mehdi bükülmüş qırmızı kağız ilə ərəblərin arasından keçəcək, buda onların ölümü ilə nəticələnəcək ”. (Biharul-ənvar, 52 ci cild, səh 318). Həmçinin xəbər verilir ki, “Bizimlə ərəblərin arasında ölüm qırğınından başqa heç nə qalmayıb”. (Biharül-ənvar, 62 ci cild, səh 349). Cəfər Sadiq (ə) belə buyurur: “Qaim (Mehdi) zühur edən zaman onunla ərəblər və Qüreyş arasında qılıncdan başqa heç bir şey hakim olmayacaqdır”. (Biharül-ənvar, 52 ci cild, səh 355).
Hədislərin mətinləri dəlalət edir ki, Mehdi ərəblərə qarşı qılınc qaldırıb və müsəlmanları qıracaqdır. Bəllidir ki, müsəlmanlara qarşı məhz Dəccal savaşacaqdır.

Dəhşətli bir xəbəri Məclisi nəql edir: (“Əgər insanlar bilsəydilər ki, Qaim (Mehdi) zühur etdikdə nələr törədib neçə-neçə insanları öldürəcək və o zaman onu (Mehdini) görmək istəməzdilər. Beləliklə insanlar deyəcəklər: O (Mehdi) Məhəmmədin ailəsindən deyil, əgər Məhəmmədin ailəsindən olsa idi o bağışlamağı bacarardı.” Biharül-ənvar, 52 ci cild, səh 353, Qeybətun-Nö’məni, səh 135).

Fars yəhudilərinin ərəblərə qarşı etdiyi kinlik və düşmənçilik nəticəsində belə fikirlər meydana gəlir. Bunu da qeyd edim ki, Allahın rəsulu ərəb olmayıbmı? və İmamlar ərəblərdən törəmə deyildirmi? Mehdi özü ərəb olmayacaqmı.?

Guya Cəfəri Sadiq (ə) belə buyurmuşdur: “Qiyam zamanı Qaimin (Mehdinin) cahillərdən (Əhli-sünnilərdən) çəkdiyi əziyyət peyğəmbərin cahil xalqdan çəkdiyi əziyyətdən ağırdır. Peyğəmbər zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Qaim zühur etdikdə isə insanlar (Əhli-sünnilər) öz mövqelərini Quran ayələrinin sübut etmək üçün (Mehdidən) istəyəcəklər.” (Nömani, “Əl-ğeybət”, səh. 297).

Hədisin mətni dəlalət edir ki, şiələrin gözlədiyi Mehdi (bəlli olmuş Dəccal) Quran ilə hökm verməyəcəkdir. Məhz bu səbəbdən Əhli-sunnə val-caamat Qurandan hökm vermək üçün Mehdi sayılan Dəccaldan bunu tələb edəcəklər. Lakin bəlli olmuş Dəccal isə qeyd etdiyim kimi Davudun (ə) hökmü ilə hökm verəcəkdir.

Yəhudilərin tarixində vəd olunmuş Dəccal xilaskarın zühuru ilə bağlı məlumatlar var. Müqəddəs kitablarda belə qeyd olunur “Şər adamların və zalımların varlığı Məsihi Dəccal-xilaskarı məyus etməs. Çünki zalımların nəsli yer üzündən kəsiləcəkdir. Allah ədalətin intizarında olanlar yer üzünə varis olacaqdır.” (Əhdi-Davudun 37-ci nəğmələr səhifəsi).

2. Mehdi peyğəmbər məscidini dağıdacaqdır.

Belə bir sual ortaya çıxır: Mehdi niyə görə peyğəmbər məscidini bünövrəsindən sökəcəkdir ? Cavab: Bu məsələ ilə bağlı Tusi belə izah edir: “Müsəlmanların onda bir hissəsi yox olmayınca bu olmayacaq “.(əl-Qeybə, ət-Tusi, səh 146).
Məclisi nəql edir ki: “Həqiqətən də Qaim (Mehdi) peyğəmbər məscidini tamamilə başdan-ayağa kökündən dağıdacaqdır ”. (Biharul-ənvar, 52 ci cild, səh 338, “əl-Qeybə” ət-Tusi, səh 282).
Məclisi belə izah edir: “Qaim (Mehdi) ilk öncə qisas almaq üçün iki nəfərdən (Abu Bəkr, və Ömərdən) başlayacaqdır. Onları dirildib sağlam bədənləri ilə edam edəcəkdir. Məscdul-həramı və peyğəmbər məscidini bünövrəsindən sökəcəkdir”. (Biharul-ənvar, 52 ci cild, səh 386).
Məhəmməd Təqi əl-Məclisinin Biharul-ənvar kitabının müəllifi istinad etdiyi hədisi “Bəşir Nəbbal” adlı ravidir. Şiələrin rical hədis rəvayətçilərinin kitablarında mötəbər və etibarlı sayılmamışdır. Buna görədə onlar hədisi səhih düzgün hesab edirlər.
Əbu-Bəsir, Cəfəri Sadiqdən (ə) belə nəql edir: “Qaim (Mehdi) qiyam edən zaman Məscidül-həramı əvvəlki vəziyyətinə salacaq, Məscidun-nəbiyəni kökündən əvvəlki görkəminə qaytaracaqdır.” (Kafi, 4 cild, səh 543).

Şiələr görə bu həsis səhihdir çünki ravilər arasında qeyd etdiyim kimi “Bəşir Nəbbal” adlı ravi mövcuddur O, isə onların rical kitablarında mötəbər və etibarlı ravi olduğunu qeyd olunur. Hədisin mətnini ilə əlaqədər şiələr təqiyyə edərək belə izah edirlər: “Mehdi məscidül-haramı ona görə dağıdacaqdır ki, onu köhnə vəziyyətinə qaytarsın”. Lakin hədisin ərəbcə mətninə diqqət yetirsək “Bünövrədən əvvəlki vəziyyətinə qaytaracaq” məhz yerlə bərabər edəcəkdir çünki şiələrə görə qibləgahı Mehdi Kufəyə tərəf çevirəcəkdir. Məkkədən Kufəyə cənnətdən gəlmiş qara daşı Mehdinin keçirtməyin səbəbi budur ki, Adəmin, Nuhun, İdrisin və İbrahim məqamını qibləgahı Kərbəlaya tərəf çevirsin. Şiələr üçün məscidül-həram böyük əhəmiyyət daşımır. Bu məsələ ilə bağlı Kuleyni öz “Furu-ul-kafi” kitabında belə qeyd edir: “Kim Hüseynin qəbrini ziyarət edərsə, 20 dəfə Həccə və 20 dəfə Ümrəyə bərabər olar”. (Kuleyni, “Furu-ul-kafi”, səh 59). Cəfər Sadıq (ə) belə buyurdu: “Kim Aşura günü Hüseyni (ə) ziyarət edərsə, cənnət ona vacib olur.” (İqbalul-ə’mal, səh 568.)
Necə ola bilər ki, Mehdi məscidül-həramı və peyğəmbərin məscidini dağıtsın? Axı orda Allah rəsulu (s.ə s) və imamlarda ibadət ediblər.

3. Mehdinin ordusu və diqər Dəccal əlamətləri

İbn Abbasdan (r.a) nəql olunur ki, Peyğəmbər (s.a.v) buyurdu: “Mehdi zühur etdiyi zaman onun 70.000 mələk ordusu olacaqdır.” (Biharül -ənvar, 43-ci cild, səh. 24).
şiə saytında online burada rafed.net (24-cü səhifəyə bax)


Osman ibn Əbil əs (r.a) deyir ki, Allah rəsulu (s.ə.s) belə buyurduğunu eşitdim: “Dəccalın 70.000 ordusu olacaq. ” (Ahmed. 4/216, Taberani. 9/60, ibn Mace. 4077).


Hafiz ibn Kəsirə görə: Dəccalın zühur etdiyi zaman 70.000 əsgəri olacaq və Xorasan əhli bir çoxu ona dəstək verəcəkdir. (İbn Kəsir, ən-Nihayə. 1/174).
Qeyd edim ki, 70.000 mələk altında nəzərdə tutulan məhz Dəccalın ordusudur.


Cəfər Sadiq (ə) buyurur: “Allaha and olsun ki, Qum əhlidir! üç dəfə dedi ” (Biharül -ənvar, 60 ci cild, səh. 216).
şiə saytında online burada http://rafed.net/ (216-ci səhifəyə bax)


Çünki, Qum əhli dedikdə İran əhli, Mehdinin (Yəni bəlli olmuş Dəccalın) köməkçiləri nəzərdə tutulur.

Əli (ə) belə buyurmuşdur: “Mehdinin zühurunun başlanğıcı şərq tərəfindən olacaq. ” (Biharül-ənvar, 52 cild, səh 217).

Şiə alimləri yekdil fikirlərinə görə “şərq” sözü mənası məhz İran nəzərdə tutulur yəni Mehdinin ilk zühur etdiyi yer İran tərəfdən olacaqdır.

Peyğəmbər (s.a.v) buyurdu: “Qum ona görə “Qum” adı verilmişdir ki, oranın əhalisi Həzrət Qaimə (Mehdiyə) ətrafına yığışacaq, onunla birlikdə qiyam edəcək və ətrafında sabitqədəm qalaraq ona kömək edəcəklər. ” (Biharül-ənvar. 60,cild.səh.216).
Əbu Bəkr (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) buyurdu: “Şübhəsiz ki, Dəccalın çıxdığı yer Xorasan olacaqdır və o xalq ona itaət edəcəkdir. ( Taberani Evsat 1/195. Ahmed, 1/4,7. bni Mace (4072). Tirmizi, 2237).
Dəhşətli iyrənc bir xəbəri Məclisi öz “Haqqul-yəqin” kitabında belə rəvayət edir: “İmam Mehdi gələndə o lüt olacaq və ona ilk beyət edən Məhəmməd (s.ə.s) olacaq.” (Məhəmməd Bağır Məclisi. Haqqul-yəqin, səh 347).
Əgər şiələr desələr ki, yəhudi kitablarında qeyd olunan Məsihi İsa, nəzərdə tutulur Dəccal yox. Mən deyirəm ki, bu təmiz yalandır çünki hamıya bəllidir ki, yəhudilər İsanın zühurunu yox məhz Məsihi Dəccalın gəlişini gözləyirlər.
Yəhudilərin Məsihi Dəccal haqqında inanc əsasları şiələrin Mehdi haqqında düşündükləri ilə tam uyğundur. Budur: “Məsih Dəccal-xilaskar, Davud səltənətindən olan bir şəxsdir. Onun müqəddəsliyi yalnız təbii bəxşişləri səbəbindəndir. Müşrik ümmətlər onun əli ilə məhv ediləcək, İsrail oğulları öz istəklərinə çatacaqdır.” (Yəhudi dinin Məsihi-xilaskar intizarı, səh 65). Şiələrin mötəmər kitabı sayılan Kuleynidən qeyd etdiyim kimi: “Mehdi Davudun (ə) hökmü ilə hökm verəcəkdir.” (Üsuli Kafi, 1-ci cild, səh 694. Mubahilə çapı).
Yəhudi müqəddəs kitablarına istinadən belə nəticəyə gəlmək olar ki, həqiqətəndə Məsih Dəccal-xilaskar şiələrin gözlədikləri Mehdisidir. Çünki yəhudilər Dəccal üçün nəyi iddia edirlərsə şiələrdə Mehdi üçün belə iddia edirlər. Şiə alimlərindən sayılan Məhəmməd Sadiq Fəxrul-İslam – Bu şəxs yəhudi olaraq əvvəllər məsihi Dəccalın zühuruna etiqad edirdi. Lakin sonralar uzun araşdırmalar apararaq müsəlmanlığın şiə məzhəbini qəbul etmişdir. O, yəhudi məsihilərə qarşı yazdığı “Ənisul-İslam” kitabında bütün müjdələrin Məsihi Dəccalın məhz Mehdinin (ə) zühuruna aid olduğunu bildirirdi. Həmçinin Məhəmməd Riza Rizai – Bu şəxs öncə yəhudi olmuş, sonradan şiə məzhəbini qəbul etmişdir. O, öz “Mənqule-Rizai” kitabında Məsihi Dəccal xilaskar müjdəsini Mehdiyə aid olduğunu bildirmişdir. Əhli-Sunnə alimlərindən sayılan Şeyx Saih Əli Huseyn Məğribi belə qeyd edir: “Qeyb və qayıdış əqidəsi və nəzəriyyəsi ilə yəhudilər və məsihilər arasında əqidə barəsində həm fikirdilər. Şiə məzhəbi yalnız bu iki mənbədən istinad edir.” (Tərasəna və məvazinul-nəqd, səh 184).
Mufədəl ibn Ömərdən Əbu Abdullah (Cəfəri Sadiq əleyhissalamdan) belə nəql edir: “Kufə şəhərində Mehdi (ə) ilə bərabər Musanın (ə) ümmətindən 27 nəfər və əhli mağaradan yeddi nəfər zühur edəcək. Yuşə ibn Nun, Suleyman Əbu Ducani əl Ənsari, Miqdad, Malik Əştar. Onlar Mehdinin (ə) köməkçiləri olacaqdır. ” (Şeyx Müfid, əl-İrşad səh. 402).
Məhəmməd Bağır (ə) belə buyurmuşdur: “Qaim (Mehdi) şənbə günü, İman Hüseynin şəhadətə çatdığı gün (Aşura günü) zühur edəcəkdir.” (Biharul-ənvar, 52-ci cild, səh 285).Bəllidir ki, yəhudilərin bayramı şənbə günüdür. Məhz o gün Dəccal zühur edəcəkdir.
Cəfər Sadiq (ə) belə buyurur: “Qaimiz (Mehdi) qiyam edən zaman Allah-taala şiələrimizin qulaq və gözlərini o qədər iti edəcəkdir ki, onlarla Mehdi arasında heç bir poçt (və rabitə) olmayacaqdır. Belə ki, İmam onlarla danışdığı zaman onları eşidəcək və onu görəcəklər, halbuki İmam öz yerində olacaqdır.” (Biharul-ənvar, 52-ci cild, səh.363). Onu da qeyd edim ki, Xüsusən Dəccal öz tərəfdarı ilə sehr, cadu, hipnoz seansları ilə təmasda olacaqdır.” (Mehdi və Dəccal, Şaban Dogən, səh. 74-75).
Məclisi öz “Haqqul-Yəqin” kitabında ağlasığmaz rəvayəti Məhəmməd Bağırdən (ə) belə nəql edir: “Mehdi zühur etdiyi zaman, möminlərin anası sayılan Aişəni dirildib və onu edam edib cəzalandıracaqdır.” (Məhəmməd Bağır əl-Məclisi, Haqqul-Yəqin, səh. 347. İran çapı).
Bu mətndə isə gizli və maraqlı faktlar var. Həmçinin İzah edirəm: İbn Ömər (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) buyurdu: “Şübhəsiz ki, Dəccal qıvrım saçlı tək gözlü bir kimsədir. ” (Buxari. 3/1270,6/2577,2607. Müslim.1/156, Muvatta, 2/920).
Bu yazılarda sirr olan faktlar var mənimlə birlikdə müşahidə edin və gəlin nəzər salaq ki, mətində nə gizli səbəblər ola bilər. Məclisi nəql edir ki: “Xorasandan qiyam edən qara bayraqlılar Kufəyə doğru hərəkət edən zaman Mehdini görməsi ilə bey’ət etmək üçün onun hüzuruna gələcəklər.” (Biharül-ənvar, 52-ci cild, səh. 217).
Mehdi (ivrit) yəhudi dilində danışacaqdır: “Cəfər Sadiq (ə) belə buyurur: “ Qaimiz (Mehdi) zühur etdiyi zaman, Allaha yəhudi (ivrit) dilində dua edəcəkdir.” (Qeybətun-Nö’məni, səh. 326).
Bu saxta rəvayətə diqqət yetirin mətnlərdə maraqlı faktlar var. “Peyğəmbərdən (s.ə.v) belə nəql olunur: “Yəhudilər onu (Mehdini) müşahidə etdikdə az miqdar istisna olmaqla, hamısı (Mehdiyə) iman gətirəcəklər ”. (Əl-mələhimu vəl-fitən, səh.57). Yəhudilər həmişə haqqı bilə-bilə inkar ediblər Allah tərəfindən göndərilmiş elçilərin heç birini qəbul etməyiblər. Onlar Allah tərəfindən açıq göndərilmiş sübutla Məhəmmədi (s.ə.s) inkar ediblər. O ki qaldı Mehdiyə iman gətirsinlər. Yəhudilər yalnız Dəccala iman gətirəcəklər və buna dəlalət edir ki, qeyd etdiyim kimi şiələrin gözlədikləri Mehdi deyil! məhz Dəccaldır. Şiələr, yəhudilər kimi tarix boyu ümid etmişlər ki, bir gün Məsihi Dəccal və yaxud Mehdi gəlib, dünyaya hakim olub onları xilas edəcəkdir. Yəhudi müqəddəs kitablarında qeyd olunur: “Bir gün Məsihi Dəccal-xilaskar dünyaya gəlib hakim olacaqdır. Bizdəri zillət girdabından xilas edəcəkdir.” (Yəhudi dinin Məsihi-xilaskar intizarı, səh. 65).
Müqəddəs yəhudi kitablarında belə qeyd olunur: “Rəbb bunu söylədi: “Davud da onların içində rəhbər olacaqdır”. (Yəhudi kitabı, Azərbaycan dilində “Əhdi-Ətiq” Vəhy 37:24).
Müqəddəs yəhudi kitabı digər vəhy: “Rəbb mənə dedi: “Qulum Davud onların padşahı olacaq, onların hamısına vahid rəhbər olacaq. Onlar Mənim hökmlərimə görə rəftar edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcək.” (Yəhudi kitabı Azərbaycan dilində “Əhdi-Ətiq”, Vəhy 34:24)
Yəhudilər kitablarında qeyd olunur ki, Məsihi Dəccal-xilaskar məhz şiələrin gözlədiyi Mehdidir. Gəlin ətraflı mənim ilə yəhudilərin kitablarından birini müşahidə edək: “Bizim nəzərdə tutuğumuz Məsih Dəccal-xilaskar İslamda məşur adı ilə tanınan Mehdidir. Çünki uyğun mənbələrdə Dəccal-xilaskar haqqında belə deyilir: “O təkcə eşitməklə cəzalandırmır.” Bu məlumat müsəlman sayılan İmamiyyə şiələrin mövqeyi ilə uyğundur. Onlar deyirlər ki: “Bu sifət Mehdinin (ə) xüsusiyyətlərindəndir.” (Əlbərahinus-Sabatiyyə, səh 207-208).



4. Kufə şəhəri paytaxt və qibləgah olacaqdır .
Mehdi Zühurdan sonra hara mərkəzləşəcəkdir? Şiələrin rəvayətlərə əsasən, hökumət paytaxtı Kufə olacaqdır. Çünki Cəfəri Sadiqdən (ə) belə nəql olunur: “Mehdi Səhlə məscidində məskunlaşacağıqdır. (Kafi, 3 cild, səh 495).Cəfəri Sadiqdən (ə) belə rəvayət olunur: “ Qaim (Mehdi) Kufəyə gələcək və Allahın istədiyi vaxta qədər orada qalacaq, nəhayət oranı öz ixtiyarına keçirəcək.” (Biharül -ənvar, 52-ci cild, səh.224). Molla Muhsin Feyz Kaşani belə nəql edir: “Ey Kufə əhli Allah (böyük və ucadır) elə bir rəhmət endirib ki, heç kəsə belə rəhmət endirilməyib sizin ibadət etdiyiniz yeri – Adəmin, Nuhun, İdrisin evini və İbrahim məqamını çox keçməz ki, qara daşı da (Mehdi Kufəyə) yerləşdirəcək”. (Əllamə Muhsin Feyz Kaşani, əl-Vafi, 1 -ci cild, səh 215).
Cəfər Sadiq (ə) belə buyurur: “Allah Kərbəlanı səngər və qərargah qərar vermişdir, ora mələklərin və möminlərin gediş-gəliş yeri olacaq, özünün ən yüksək məqam və mərtəbəsinə çatacaqdır.” (Biharül -ənvar, 53-cü cild, səh.13). Abdullah Bin Mutim (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) buyurdu: “Dəccal çıxdığı zaman Kufə’yə gəlib peyğəmbərliyə (İmamlığa) iddia edəcəkdir. Bunu görən ağıl sahibi olan insanlar ondan ayrılacaqlar.” (Mədinə Alimi Məhəmməd B. Rəsul Əl- Hüseyni Əl Bərzənci, Qiyamətin əlamətləri, səh. 212, Nesai Duafa, s.53. Buxari Tarixul-Kəbir, 3/515).
Cəfər Sadiq (ə) belə buyurmuşdur: “Qaimin (Mehdinin) hakimiyyət yeri Kufə, şəhəri və böyük məscidi orda olacaqdır ”. (Biharül -ənvar, 52 ci cild, səh. 11-12).
Abdullah inb Məsud (r.a) rəvayət edir ki: “Şübhəsiz mən bilirəm ki, Dəccalın köməkçiləri kimlər olacaq.” İnsanlar dedilər: “Ey ibn Məsud onlar kimlərdi? ” buyurdu ki: Kufə əhli. ” (Mecmauz Zevaid (7/351) Taberani (9/93) Nuaym Bin Hammad Fiten (2/534).
Cəfər Sadiq (ə) belə buyurur: “Qaim (Mehdi) Kufənin arxasında min qapısı olan bir məscid tikər. O məscid bir tərəfdən Kufənin evlərinə, diqər tərəfdən isə Kərbəla və iki tərəfə qibləgah edəcəkdir. (Əl-Qeybət, ət-Tusi, səh. 280). 
Əli (ə) Mehdinin qiyamına işarə edərək belə buyurur: “Əhli beyt şiələrini görürəm ki, Kufə məscidinə yığışıb xeymələr qurmuşlar və orada Qurani kərim peyğəmbərə necə nazil olmuşdusa elə o cür başqalarına öyrədirlər.” (Biharül-ənvar, 52-ci cild, səh. 366). Allah rəsulu (s.ə.s) buyurdu: “Onun (Dəccalın) çıxdığı zaman bir iddiası olacaq: “Mən bir peyğəmbərəm” deyəcəkdir. Halbuki məndən sonra heç bir peyğəmbər yoxdur. Sonra ikinci bir iddiası olacaq: “Mən Rəbbinizəm” deyəcəkdir. Halbuki siz ölüncəyə (qiyamət gününə) qədər Rəbbinizi görməzsiniz.” (Sunən-i İbni Macə, 4077).

Ortaya bir sual çıxır: Dəccalın Kufə şəhərinə getməyinin səbəbi nədir? Bir halda ki, Kufə şəhəri şiələrin torpağıdır, yəhudilərin bu torpaqda nə işləri ola bilər? Həqiqətən bu təsadüfdürmü?

Cavab: Məlundur ki, şiələrin iddiasına görə Uca Allah Mehdini mağarada qeybə çəkmişdir və O, oradan zühur edəcəkdir. (Biharül-ənvar, 52-ci cild, səh. 390).

Hamıya məlundur ki, səhabələr bir adada Dəccalı zəncirlərlə bağlanmış halda qapalı mağarada görmüşlər və Allah rəsulu (s.ə.s) bu haqda belə buyurmuşdur: “Dəccal oradan zühur edəcəkdir.” (Səhih Müslim, Fitən 119, (2942); Əbu Davud, Melahim 15, (4326); Tirmizi, Fitən 66, (2253).

Beləliklə də şiələrin 12-ci imamı sayılan Mehdinin əlamətləri bunlardır:

1). Mehdinin danışacaq dili “ivrit” yəhudi dilində olacaqdır.

2). Mehdi, Davud və Süleymanın hökmü ilə ittiham edəcəkdir. Çünki onun yeni kitabı olacaqdır.

3). Dəccal zühur etdiyi zaman bütün yəhudi diasporları müqəddəs Qüds şəhərinə toplaşacaqlar – Həmçinin bütün şiələr də Mehdi zühur etdiyi zaman müqəddəs saydıqları Kufə şəhərinə toplaşacaqlar.

4). Dəccal zühur etdiyi zaman yəhudi xalqın düşmənlərini cəzalandıracaqdır – Həmçinin Mehdi zühur etdiyi zaman Peyğəmbərin (s.ə.s) əshabələrini cəzalandıracaqdır.

5). Dəccal zühur etdiyi zaman yəhudilərə qarşı kim haqsızdıq edib zülm veribsə onları məhv edəcəkdir – Həmçinin Mehdi zühur etdiyi zaman şiələrə qarşı kim haqsızdıq edibsə onları məhv edəcəkdir.

6). Dəccal dünyanın əhalisinin üçdə bir hissəsini öldürəcəkdir – Buna Uyğun olaraq şiələrin Mehdisi dünya əhalisinin üçdə bir hissəsini öldürəcəkdir.

7). Dəccal zühur etdiyi zaman yəhudi xalqı üçün nemət olaraq dağlar süd halına çevriləcəklər. – Həmçinin Mehdi zühur etdiyi zaman şiələr üçün gəlir olaraq çaylar süd halında daşacaqdır.

8). Səhabələr Dəccalı bağlanmış qapalı bir mağarada görüblər – Mehdi isə mağarada qeybə çəkilmişdir.

Buna da qeyd edim ki, Əhli–sünnə vəl-camaatın fikrinə görə Mehdiyə beyət edib iman gətirmək vacibdir. (Sünnən ibn Macə, kitabul-fitən, bəb xurucul Mehdi, 2/1376, səhih istinadla). Lakin şiələrin Mehdisi isə məhz Dəccalın nümunəsidir. Həmçinin həqiqi Mehdi (ə) zühur etdiyi zaman şiələr onu inkar edəcəklər çünki onlar yalnız Dəccala iman gətirəcəklər.

Məhəmməd Baqir (ə) belə buyurdu: “Həzrət Qaim (ə) ona görə Mehdi adlandırılır ki,Tövratı və incilin səhifələrini Antakiyadakı mağaradan çıxarıb onun vasitəsi ilə yəhudilərə dəlil sübut gətirəcək, nəticədə onların böyük bir hissəsi İslamı qəbul edəcəkdir.” (Qeybətun-Nö’məni, səh 125, Muntəxəbul-əsər, səh 309).



Müəllif Əbdül Əziz İbrahimi.




Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir