Rafiziliyin qısa tərifi və imamların şiələr haqqında sözləri

Peyğəmbər (s.a.s) buyurmuşdur: 
“Ya Əli! Sənə görə iki firqə həlak olacaqdır: “İfrata vararaq səni sevənlər və ifrata varıb sənə nifrət edənlər.” 
Bunu qeyd olunan ləfz ilə Əlidən İbn Əbi Asim “əs-Sunnə”də (rəq:983-987, 1004-1005), Əhməd “Fədail əs-Sahabə”də (rəq: 951, 952, 964, 1247) və onun oğlu Abdullah “Ziyədət əl-Musnəd”də (1/160), əl-Hakim “əl-Mustədrək”də (3/123), Əbu Yalə “əl-Musnəd”də (1/407), əl-Bəzzar “əl-Musnəd”də (3/202; “Kəşf əl-Əstar”dakı tərtibə görə rəq:2566) və “əl-Mətalib əl-Aliyə”də deyildiyi kimi Əhməd bin Muni “Musnəd”dində, Əli bin Cad “əl-Musnəd”də (rəq:124) və “Kənzul-Umməl”də (11/325-326) deyildiyi kimi əl-Aşari “Fədail əs-Siddiq”də, əl-Laləkay “əs-Sunnə”də və əl-Əsbəhani “əl-Huccə”də və əl-Xalləl “əs-Sunnə”də (rəq: 362, 790, 797) rəvayyət etmişdir.Bunlardan bəzilərinin isnadı əl-Buxari və Muslim’in şərtlərinə görə səhihdir.
“əl-Qamus”da deyilir: “Rafizilər şiələrdən bir firqədir. Zeyd bin Əliyə beyət etdilər.Sonra ona dedilər: “Şeyxeyn’dən bəraət et!” Zeyd boyun qaçırdı və dedi: “Onların hər ikisi də babamın vəziri idilər.” Onu tərk etdilər və onu rafd etdilər və buna görədə onlara rafizi adı nisbət olundu...” Buradan da anlaşılır ki, Əbu Bəkri və Öməri söymədiyinə görə bu İmamı tərk edənlər rafizilərdir. İmamiyyə məzhəbi isə Əbu Bəkri, Öməri və səhabələrin əksəriyyətini, hətta digər müsəlmanları belə söyürlər. Yalnız oz etiqadları kimi bir etiqada sahib olanları söyməzlər. Hətta,Zeyd bin Əlinin özunu belə söyürlər və onu qaralayır, dəyərini alçaldırlar. Onların kitabları ilə tanış olan kəslər bu dediklərimizi bilirlər.
ən-Nəvəvi “Şərh Muslim”də sözu gedən mövzu haqqında deyir: “Onlar “rafd” sözünə əsasən rafizi adlanıblar və “rafd” sözu tərk etmək anlamındadır. əl-Əsməiyyu və başqaları deyirlər: “Cunki,onlar Zeyd bin Əli’ni inkar etdilər, onu tərk etdilər.” (“əl-Qamus əl-Muhit”) Bunun eynisini əz-Zəhəbi “əl-Abr”da (1/154) deyir.
Bir qrup alim bu şəkildə rafizilərin onlar olduğunu acıq şəkildə deyir, digər bir qrup alim isə səhabələri qeydsiz-şərtsiz söyənlərin rafizilər olduğunu deyir. Əlidən belə rəvayyət edilmişdir: “Peyğəmbər (s.a.s) mənə dedi: “Ey Əli! Axır zamanda bir firqə çıxacaq.Onların, onunla tanınacaqları bir adları olacaqdır. Onlara “rafizi” deyəcəklər.Onlarla qarşılaşsan, öldür onları! Allah onları öldürsün.Çünki onlar kafirdirlər.” 

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir