Şiəliyin gizli tərəfləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Şiəliyin gizli tərəfləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Şiə məzhəbi haqqında ŞOK açıqlamalar!!!



Mərcəi təqlid nədir? Böyük Ayatulla və Huccatulla titulları şiələrə kim verir? Tanınmış şiə alimi Ayatolla Kəmal Heydəri Şiə məshəbinin gizli tərəflərindən danışdı və bütün şiə alimlərə ŞOK edici suallar ünvanladı. Görəsən şiə alimləri Kəmal Heydərinin suallarına cavab verə biləcəklərmi?!!

Şiəliyin gizli tərəfləri


   Ön söz

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edir, Onu köməyə çağırır, Ondan bağışlan­ma və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi va səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun. Möhtərəm oxuculara təqdim olunan bu risalənin qələmə alınmasında əsasən  şeyx əl Məvsulinin türk dilinə tərcümə olunmuş “Aldanmayalım” kitabından istifadə edilmişdir.Risalədə bir çox digər mənbələrdən də istifadə edilmişdir.Onların sırasında möhtərəm qardaşımız Əbu Əli Abdullahın rus dilində qələmə aldığı “Не обманитесь” risaləsini göstərmək olar.Həmçinin, ”Kurana dil uzatanları tanıyalım” kitabından və digər qaynaqlardan da istifadə olunmuşdur.Eyni zamanda qeyd etmək lazımdır ki,risalədə olan bir çox məsələlər daha ətraflı olaraq Antirafizi bloqunda təqdim olunmuşdur.Ümid edirəm ki,bu risalə müsəlmanlara haqqın araşdırılmasında faydalı olacaqdır.
                                      
                                                                                                                                       Burhan

Şiələrə görə təqiyyə

Şiəliyə görə təqiyyə və etiqadlarını gizlətmələri

İlk öncə təqiyyə məfhumunu açıqlamaq yerinə düşərdi.
Uca Allah Quranda buyurur:
“Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.” (Ali İmran 28)

Təqiyyə nədir?


Bismilləhir Rahmənir Rahim
Əlhəmdulilləhi rabbil aləmin vas salətu vas sələmu aləəşrafil ənbiyəi valmursəlin. Seyyidinə va nəbiyyinə Muhəmmədin va alə əlihi vaashəbihi əcməin. 
Amməba’du:


12 imamçılarda təqiyyə əqidəsi 


Tarix boyunca islami düşüncə tərzlərinin, çoxlusayda intellectual cərəyanların və müxtəlif fikirli bir-birindən fərqli əqidəvi məzhəblərin meydanagəlməsi hamımıza məlumdur.Lakinonlarında əksəriyyəti hiyləgər və rəngarəng olub.Aralarındakı ən bacarıqlıları cəmiyyətlərə xoş və mülayim sözlərlə daxil olaraq nüfuz sahibləri olmağa çalışıblar.Bu cərəyanlardan müxtəlif cəmiyyətləri çərəsində, insanların qəlblərinə yol taparaq rəvanlıq gətirən, rafizilik əqidəsi, daha çox üstünlük təşkil edir.Bu əqidənin davamlı şəkildə yaşaması üçün yəhudi mənşəli üsullarından və suniyolla mükəmməl hazırlanmış müxtəlif ünsürlərdən geniş istifadə olunmuşdur.Bu cərəyanın davamçılarının ən yaxşı mənimsədikləri isə “təqiyyə” əqidəsi olmuşdur.Hansıki, “təqiyyə” deyilən bu üsul onların ən güclü silahlarından birinə cevirilib.Bunun əqidədən və dindən olmasını iddia edərək, hələ erkən yaşlarından bəri bu əqidə üzrə təlim-tərbiyə alaraq böyüyüblər.İllər boyunca bu əqidə sahibləri gizli şəkildə yaşayıb, əqidələrini gizlədib və fikirlərini ört-basdır ediblər.İranda yaranan sufi dövlətinin qiyamına qədər,bunların kitabalrında gizlin saxlanılan bu fikirlərin çoxu hələ üzə çıxmamışdır. Xomeyninin inqilabının qələbəsindən sonar artıq yavaş-yavaş aşkarolunmağa başladı.Yazıçı Avadəş Şənəvi deyirki: “Nəvaxtki, mənonların kitablarını qələmə almağabaşladım, bu məzhəb haqqında müsəlman aləminə məlumat vermək qərarına gəldim. Onların əqidəsindən çoxlu fikirlər qaranlıq və naməlum qalmaqdadır.Bu məzhəbin təsisçiləri “təqiyyə” əqidəsini, rafiziliyin ənmühum substrat fikirlərindən və rükunlarından birinə çeviriblər.Hətta dinin 9-da 10-cu hissəsi sayırlar.

Bir rəvayətdə Əbu Abdullah Əbu Ömərə belə deyir: “Ey Əbu Ömər dinin 9-da 10 hissəsi “təqiyyə”-dir. Təqiyyəsi olmayanın dini yoxdur”.
Həmçinin Əbu Abdullahdan gələn digər bir rəvayətdə belə deyilir: “Dininiz üçün qorxun və onu təqiyyə ilə gizlədin. Təqiyyə etməyənin imanı yoxdur.Siz insanlar içərisində, quşlar arasındakı balarası kimisiniz. Əgər quşlar balarılarının yuvalarında nə olduğunu bilsələr, orada heçnə qalmaz, hamısını yeyib qurtararlar. İnsanlarda həmçinin belədir.Əgər onlar sizing daxilinizdə olanları və əhli-beytə olan sevginizi bilsələr, dilləri ilə size yeyərlər.Sizin üçün təqiyyəni gizlindədə, aşkarda da caiz hesab edirəm”.(Baxəl Kəfidətəqiyyəfəslindəkiburəvayətlərə, 2-ci cild, səhifə 217/218).

Rafizilərə görə Əhli Sünnət nəcisdir



Şiənin təqlid mərcii olan Ayətullah Muhsin əl Hakim belə yazır: “əl Muqənnətul vəch”də olanları nəql etdikdən sonra “Təhzib”də ifadə edildiyinə görə Əhli-haqqa müxalif olan kimsə kafirdir.Dəlil çatmayan kimsələr istisna olmaqla yerdə qalanlar haqqında küffar hökmünün tətbiqi labüddür….Bu necə olmasın ki,Hillidən bəzən nəcis,kafir olduqlarına dair icma və hətta mütəvatir nasslar varid olmuşdur….Dördüncüsü,nasibinin nəcis olduğuna dair qeyd etdiymiz icma….” (“Mustəmsiqul urvətul vusqa” 1/392-393,Nəcəf)

 Müasir alimlərindən Əbul Qasim Musəvi əl Xoyi “Minhəcus salihin” kitabında yazır: “…Mürtəd ilə,hərb əhli,qulat və nasibi kafir arasında heç bir fərq yoxdur.” (“Minhəcus salihin” 1/116; Nəcəf)

Köhnə təqlid mərcii olan Muhəmməd Kazım ət Təbatəbai “Urvətul vusqa” adlı kitabında yazır: “Qulat,xarici və nasibilərin nəcis olduğu məsələsində heç bir ixtilaf yoxdur.”( “Urvətul vusqa” 1/68,Tehran)

Əllamə Hilli “Nihayətul əhkam fi mərifətul əhkam”adlı kitabında yazır: “Xaricilər,qulat və nasibilər Əhli beytə düşmən olanlardır ki,bunlar nəcisdirlər.”(1/274; Beyrut)

Şiəliyə görə haqq din Əhli Sünnətə müxalif olmaqdır

Hurr Amili Əbdurrəhman ibn Əbu Abdullahın Cəfər Sadiqdən belə rəvayyət etdiyini yazır: “Əgər siz iki müxtəlif və bir-birinə zidd hədislə rastlaşsanız,bunu Allahın kitabına ərz edin.Qurana müvafiq olanı götürün,ona zidd olanı tərk edin.Allahın kitabında heç nəyə rast gəlməsəniz bunu avamın xəbərləri ilə tutuşdurun.Əgər onların hədisləri ilə uyğun gəlsə onu atın,  onların hədislərinə  zidd olsa (onda) götürün” (“Vəsailuş şia” 18/84)
İmamın müxalif dedikləri avamdan məqsəd Əhli Sünnətdir.

“Kafi” kitabının müqəddiməsində yazılır:
"Sünnülərin (müxaliflərin) dediyi ilə müvafiq olanı atın.Çünki,həqiqət onlara müxalif olmaqdadır"  (“Kafi” müqəddimə səh 8-9) 
Kuleyni “Kafi” kitabında bu baradə uzun bir rəvayyət nəql edir.Orada deyilir: Ömər ibn Hənzaladan,o da Əbu Abdullahdan rəvayyət edir ki,imamdan soruşdum: “Bizim əshamızdan iki nəfər bir borc vəya miras üstündə ixtilaf etsələr və nəticədə sultana vəya qaziyə hökm üçün getsələr,bu onlar üçün halal olarmı?..... Ravi dedi: “Əgər iki hakimin verdiyi hökm rəvayyət və raviləri etibarlı olan səbəblərə əsaslanırsa,onda nə etməli?
İmam buyurdu: “Bunlardan hansısı Kitaba,sünnətə uyğun,əimmə (sünnilər)-in fikirlərinə ziddirsə ona əsaslanılır. Ravi dedi: “Sənə fəda olum!Əgər hər iki hakim verdiyi hökmü Quran və sünnətə əsaslandırsalar və biz də rəvayyətlərdən birinin əimmənin görüşünə uyğun,digərinin isə ona zidd olduğunu görsək,bu rəvayyətlərdən hansını qəbul edək?

Şiə alimlərinin “dürüstlüyü”


Şiələrin bizim kitablardan gətirdikləri dəlilləri şərti olaraq,4 hissəyə ayırmaq olar.

1) Bariz yalan. Şeyx Muhəmməd adı ilə tanınan Hoca Nəsrullah əl Hindi deyir: “Onlar (şiələr) mövcud olmayan kitablardan səhabələri məzəmmət edən və şiələri tərifləyən rəvayyətlərə istinad edirlər.Bəzən onlar uydurma və yalan sözləri məşhur sünni kitablarına isnad edirlər.” (Nəsir əl Qifari “Usuluddin ində əimmətul ərba vahidətun” səh 77)

Sadə nümunə kimi onların sevimli hədisi.”Hər kim dövrünün imamını tanımadan ölərsə,o cahiliyyə ölümü kimi ölmüş olar.” Ayətullah Səid Fəqih Kamal İmani bu hədisi “Peyğəmbər və əhli beyt bağından güllər” kitabında (səh 218) hədis №400 olaraq nəql etmişdir.Bunu nəql edərkən o utanmadan rəvayyəti Buxarinin “Səhih” və Əhmədin “Müsnəd” kitablarına isnad etmişdir. Halbuki,bu mətnlə rəvayyət nə Buxarinin,nədə Əhmədin kitablarında mövcud deyil.Şeyx Albaninin dediyi kimi bu hədisin əsli yoxdur.

Saqaleyn hədisi. “Mən sizə iki qiymətli şeyi; Allahın kitabını və əhli beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız.” Bu hədisi bir çox şiə alimləri yalandan imam Muslimin “Səhih” kitabına isnad edirlər.Misal olaraq, Seyyid Muctəba Musəvi Lari Bakıda 1996-cı ildə nəşr olunan “İmamət” kitabında (səh 42) nəql etmiş və isnad olaraq, ”Səhih” kitabına işarə etmişdir.Halbuki,bu mətnlə hədis “Səhih” kitabında yoxdur.

Abdullah ibn Səba və Şiəliyin üç əsası


İbn Abil əl Hənəfi İmam Təhəvinin “Əqidə” kitabının şərhində yazır: “Münafiqlərdən uzaq olun” dedikdə Rafiziliyi yaradan münafiq və zındıq nəzərdə tutulur.Bu adamın məqsədi İslamı məhv etmək,Peyğəmbər (s.a.s)-i alçaltmaq olub.Alimlər bunu belə izah edirlər:

“Abdulla ibn Səba İslamı qəbul edib,onu hiylə ilə məhv etmək istədi.O,İslama Pavelin Xristianlğa vurduğu zərbə kimi zərbə vurmaq istədi.İlk öncə o özünü təqvalı insan kimi görsətməyə çalışdı.Xeyrə dəvət edib,münkərdən çəkindirmək adı ilə o Osmanın Xilafəti zamanı fitnə qaldırdı və insanları onu öldürməyə çağırdı.Sonra o Kufəyə gələrək Əlini ucaltmağa başladı.”(“Təhavi əqidəsinin şərhi” səh 420-421,Quraba 2002)

Əli (r.a) Osman (r.a)-ın qətlə yetirilməsindən sonra ona qisas üçün üz tutan Mədinəlilərə deyir: “Ey qardaşlarım! Mən sizin dediklərinizdən bixəbər deyiləm.Lakin,mən nə edə bilərəm.Onlar öz tikanları ilə bizə malikdirlər,biz isə onlara malik deyilik.Onlar istədiyi qədər sizin aranızdadırlar.Sizin tələb etdiklərinizi yerinə yetirməyə macal görürsünüzmü?... Ona görə də səbirli olun ay camaat! Gərək bu insanların sakitləşməsini,qəlblərin öz yerində qərar tutmasını və imkan yaranmasını gözləyək.Mənə qarşı sakitləşin və mənim sizə verəcəyim əmri gözləyin.Elə bir əməl etməyin ki,o bizim gücümüzü zəiflədib,zəlilliyə salsın.Mən hələki gözləyəcəyəm.” (“Nəhcul Bəlağa”səh 243; “Biharul Ənvar” c.31,səh 502)

Şiəliydə manyak Mehdi

Şiəliyin Mehdisi Əbu Bəkr və Ömərə hədd cəzası tətbiq edəcək!?

Seyyid Muhəmməd Kazım əl Mehdi “minəl Mehdi iləz Zuhur” adlı kitabında yazır: “Orada (Mədinə) Mehdi bəzi işlər və bəzi icraatlar edəcəkdir.Bunlardan bəzisini qeyd edəcək  olarsaq,bu bəzi qəbirlərin açılıb,cəsədlərin çıxardılması və yandırılmasıdır.Biz burada bunun təfsilatına toxunmuruq.Biz sadəcə ümumi olaraq,qeyd edirik.” (səh 541; “Muəssisətu İmam Hüseyn”nəşr. London)
Bu şiə müəllif Mehdinin kimin qəbirlərini açdırıb,cəsədlərini yandıracağını  yalan söyləyib,hiyləyi əmr edən təqiyyəyə əsasən açıqlamamışdır.Onun qeyd etdiyi qəbirlər Əbu Bəkr və Ömərin qəbirləridir.Beləki, əllamə Əhməd ibn Zeynuddin əl Əhsayi “Rical”kitabında (səh 186-187) bu qəbirlərin kimlərə aid olduğunu açıqlamışdır. “Həyatun nəs” adlı kitabının 50-ci səhifəsində bu qəbirlərin Əbu Bəkr və Ömərin qəbirləri olduqları bildirilir.Onları “Cibt” və “Tağut” deyə adlandırılır.Həmçinin, bunu Mirzə Muhəmməd Mumin əl Əstərabadi “Rical”kitabında (səh 118), Nemətullah Cəzairi “Ənvərun numaniyyə” (c.2,səh 89)-də və Zeynuddin Nəbati “Sıratul Mustəqim” (c.2,səh 253) kitablarında qeyd etmişlər.
Bunu ətraflı izah edən şiə şairlərinin şerləri də mövcuddur.Bu baradə daha ətraflı aşağıda bəhs ediləcəkdir.

 Şiəliyin Mehdisi Şeybə oğullarının əllərini kəsir.

Muhəmməd Kazım əl Qəzvini “əl İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur” kitabında imam Sadiqdən aşağıdakı rəvayyəti nəql edir: “Qaimimiz zühur etsə, Şeybə oğullarını yaxalayar,əllərini kəsər və ətrafda dolaşdırardı.” Onlar “Allahın oğrularıdır” deyilər....”  (“əl İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur”səh 539,London)

Bu qisim bir neçə rəvayyəti kitabında nəql etdikdən sonra o yazır: “Şeybə oğulları Kəbənin mühafizləri idilər və oranın açarı atadan oğula keçirdi.Onlar Kəbəyə hədiyyə olaraq gətirilən hədiyyələri oğurlayardılar və onları istədikləri kimi xərcləyərdilər.Ona görə də imam onları “oğrular” yəni,Allahın mallarını oğruyanlar adlandırmışdır.”

Atəşpərəst Əbu Lulu əl-Məcusi və şiələrin ona rəhmət oxuması


 
Əsl adı, Firuz Nəhavəndi (ərəbcə Əbu Lulu əl-Nəhavəndi, Əbu Lulu əl-Məcusi) Nəhavənddə doğulmuşdur. O, Böyük Sasani (Fars) imperatoru Rüstəm Fərruxzadın qoşununda xidmət etmişdir. O, 636-cı ildə Qadisiyyə döyüşündə müsəlmanlar tərəfindən əsir alınmışdı. Bu döyüşdə o belə demişdir: "Biz farslar 1000 ilə yaxın yer üzündə hökmranlıq etmişdik, biz rumlarla 7 əsrə yaxın döyüşdük və heç vaxt əsirləri qul kimi götürmədik, lakin siz müsəlmanlar məni qul kimi götürdüz. Siz gərək məni öldürərdiz, nəinki sizə qul kimi xidmət edim".
Onun himayədarı Muğirə demişdi: "Mən nə ərəb, nə də müsəlmanam, mən təmiz Misir nəslindənəm, lakin müsəlmanlar bizim imperatorluğumuzu da zəbt etdi. Biz siz farslara xəbərdarlıq etmişdik və sizə elçi göndərmişdik, lakin sizin Sasani hökmdarınız dedi ki, biz yer üzündə 1000 ilə yaxın hökmranlıq etmişik, ona görə də biz ərəblərdən narahat deyilik".
Muğirə Əbu Lulu əl-Məcusiyə dedi ki, "sən əgər mənim yanımda 100 gün işləsən, mən səni azadlığa buraxacam". O, Muğirənin yanında 100 gün işlədi, islamı öyrənməyə başladı ki Ömər bin əl-Xəttabın (r.a) yanına yol tapa bilsin və Sasani (Fars) imperiyasının dağılmasının əvəzini çıxsın,onların odunu söndürən Ömər bin əl-Xəttabı (r.a) öldürsün.
O, Qureyş qəbiləsinin mədəniyyətini və islamı öyrəndikdən sonra islam ordusuna daxil oldu. Ordunun inamını qazandıqdan sonra o Ömər bin əl-Xəttabın (r.a) yanına yol tapa bildi. Bir gün sübh namazı zamanı, Ömər bin əl-Xəttab (r.a) namazda imamlıq edərkən Əbu Lulu əl-Məcusi arxadan ona yaxınlaşaraq 6 dəfə bıçaqla vurdu.

Ən birinci şiə alimi yahudi olan Abdullah ibn Səba



Şiə məshəbin ən böyük alimlərindən olan alləmə Həsən Musa Nəubəhti özünün “Firaq əş-şiə” kitabında yazmışdır:

"Əlinin səhabələrindən bir neçəsi demişdir ki, Abdullah ibn Səba islamı qəbul etmiş yəhudi idi. O, Əli tərəfdarı(şiəsi) idi. Yəhudi olan vaxtı o deyirdi ki, ilahi vəhyə görə Yuşa ibn Nun Musa peyğəmbərin

Şiəlik haqqında digər həqiqətlər

Əli (r.a)-nin xilafətinə dair dəlil olması iddiaları.

Səhabələr Əbu Bəkr əs Siddiq (r.a),Ömər ibn Xəttab (r.a),Osman ibn Əffan (r.a) və Əli ibn Əbu Talib (r.a)-in imaməti və xilafəti üzərində ittifaq etmişdilər.Beləki,Əli (r.a) şiələrin onun lehinə dair istifadə etdikləri heç bir dəlili özündən əvvəlkilərə qarşı istifadə etməmişdir.19-cu əsrin böyük şiə alimlərindən olan Şərəfuddin Musəvi Əli (r.a)-nin xəlifələrə qarşı heç bir hüccət gətirmədiyini etiraf etmişdir.O, “Məktubat” kitabın (məktub 102)-da yazır: Bütün bunlardan əlavə,imam Əli  o günlərdə  dəlil-sübut gətirməyin fitnədən və haqqının aradan getməsindən savayı heç bir təsiri olmayacağını yaxşı bilirdi. Çünki o həzrət İslamın əsasının, “tövhid” kəlməsinin aradan getməsindən qorxurdu.”

Qeyd etmək lazımdır ki,imam Əli xilafətin şura ilə seçilməsinə inanırdı.Ən mötəbər mənbələrindən olan “Nəhcul bəlağa”da Əlinin bu xütbəsi mövcuddur:
 “Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər həmin yolla mənimlə beyət edərək əhd-peyman bağladılar. Odur ki, orada (beyətdə) olanların ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da onu qəbul etməmək haqqı yoxdur. məşvərət aparmaq Mühacirlərin və Ənsarın haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə eyb və nöqsan tapması səbəbindən və ya bidət  nəticəsində onların əmrlərindən boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər onların göstərişlərini qəbul etməsə, onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah onu üz tutduğu şeyin öhdəsinə buraxar.”   (Məktub 6)

Həmçinin, Əli (r.a) digər xütbəsində belə buyurmuşdu: “Vallahi xilafətə rəğbətim və hökm etməyə həvəsim yox idi. Bu iş üçün siz məni çağırdınız, bu yükü üzərimə siz yüklədiniz.” (“Nəhcul bəlağə”, xütbə 196)

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir