Hurr Amili Əbdurrəhman
ibn Əbu Abdullahın Cəfər Sadiqdən belə rəvayyət etdiyini yazır: “Əgər siz iki müxtəlif və bir-birinə zidd hədislə
rastlaşsanız,bunu Allahın kitabına ərz edin.Qurana müvafiq olanı götürün,ona
zidd olanı tərk edin.Allahın kitabında heç nəyə rast gəlməsəniz bunu avamın xəbərləri
ilə tutuşdurun.Əgər onların hədisləri ilə uyğun gəlsə onu atın, onların hədislərinə zidd olsa (onda) götürün” (“Vəsailuş şia” 18/84)
İmamın müxalif dedikləri
avamdan məqsəd Əhli Sünnətdir.
“Kafi” kitabının müqəddiməsində
yazılır:
"Sünnülərin (müxaliflərin) dediyi ilə müvafiq olanı atın.Çünki,həqiqət
onlara müxalif olmaqdadır" (“Kafi” müqəddimə səh 8-9)
Kuleyni “Kafi” kitabında bu baradə uzun bir rəvayyət nəql edir.Orada
deyilir: “Ömər ibn Hənzaladan,o
da Əbu Abdullahdan rəvayyət edir ki,imamdan soruşdum: “Bizim əshamızdan iki nəfər
bir borc vəya miras üstündə ixtilaf etsələr və nəticədə sultana vəya qaziyə
hökm üçün getsələr,bu onlar üçün halal olarmı?..... Ravi dedi: “Əgər iki
hakimin verdiyi hökm rəvayyət və raviləri etibarlı olan səbəblərə əsaslanırsa,onda
nə etməli?
İmam buyurdu: “Bunlardan hansısı Kitaba,sünnətə uyğun,əimmə (sünnilər)-in
fikirlərinə ziddirsə ona əsaslanılır. Ravi dedi: “Sənə fəda olum!Əgər hər iki
hakim verdiyi hökmü Quran və sünnətə əsaslandırsalar və biz də rəvayyətlərdən
birinin əimmənin görüşünə uyğun,digərinin isə ona zidd olduğunu görsək,bu rəvayyətlərdən
hansını qəbul edək?
İmam buyurdu: “Əimmənin görüşünə
zidd olan rəvayyəti əsas alın.Çünki,uğur və qurtuluş ondadır. Ravi dedi: “Əgər
hər iki rəvayyət də əimmədən olan iki dəstənin fikirlərinə uyğun isə,bunlardan
hansı əsas alınmalıdır?”İmam dedi: “Onların
hakimlərinin və qazilərinin hansı rəvayyətə meyl etdiklərinə baxılar və meyl
etmədikləri rəvayyət əsas alınar.” (“Usul əl-kəfi” “Hədisdə ixtilaf” bölümü 1/68,hədis 10 (198)
Şeyx
Səduq Əbu İshaq əl Ərcaninin Əbu Abdullahdan belə nəql etdiyini yazır: “Əbu Abdullah buyurdu: “Bilirsənmi niyə sizə avamın etdiyininə müxalif olana əməl etməyiniz
əmr edilib?” Mən dedim: “Biz bilmirik” İmam buyurdu: “Əli (r.a) dində hər hansı
bir əməl edəndə ümmət mütləq ona müxalif olardı.Bununla onun əməllərini
tutarsız və dəyərsiz etmək istəyirdilər.Onlar bilmədiklərini Əmirəl Möminindən
soruşardılar.İmam Əli nə fətva verirdisə,onlar insanları aldatmaqdan ötrü onun əksini
edərdilər.” (Şeyx Səduq “İlyəluş şərai” səh 531 İran)
Ayətullah
Muhsin əl Əmin “Əyanuş şia” (1/21,Beyrut,1986 il) adlı tanınmış əsərində yazır:
“Əshabımız Əhli Sünnə vəl camaat deyə
adlandırılanlar üçün avam, özləri üçün isə
həvas kəlməsini istifadə etmişdir.”
Şeyx Fəthullah
Nəmazi əş Şirazi isə belə yazır: “Avam təriqi
ilə gələn hədisi Buxari,Muslim.... kimi bir çox mühəddislər rəvayyət etmişlər.”
(“Qaidətu lə dərara və lə dırar” səh 21,Beyrut)
Xomeyni belə yazır: “İxtilaflı məsələlərdə doğrunu bilməkdən ötrü, Əhli Sünnətə muxalifətçilik
etməkdə heç bir işkal yoxdur.”(“ər-Rəsail” 2/83)
Vəhdətdən danışan ustad Murtəza əl Əsgəri kitabında
bu növ hədisləri qeyd etdikdən sonra yazır: “Bu bəhsdə xatırlatdıqlarımıza görə bir-birinə zidd olan iki hədislə
qarşılaşanda ,“Xəlifələr məktəbi”-nin istinad etdikləri hədis tərk edilir.Bu
daha doğru rəydir.” (”Məalimu mədrəsəteyn” 3/269; “Məktəbətul fəqih”nəş.Kuveyt)
əl Əsqəri
Əhli Sünnə üləmasına qarşı duyduğu kini üzə vuraraq yazır: “Artıq gördük ki,”xəlifə məktəbi” alimləri İslamın ilk dövründə söz və
qüdrət sahibi olan insanları tənqid edən rəvayyətlər və xəbərləri ixtisar etməkdə
ittifaq etmişlərdir.” (”Məalimu mədrəsəteyn”
1/289)
Başqa yerdə yazır: “Xəlifələr məktəbi”ndə gizlətmə növlərindən
biri də səhih rəvayyətlər yerinə uydurma xəbərlərin yazılması və yayılmasıdır.”
(həm.yer 1/263)
O,yazır: “Gizlətmənin bu növü yəni,xəbərin heç bir
yerdə qeyd edilmədən tamamilə gizlədilməsi “xəlifələr məktəbi”ndə tez-tez rast
gəlinən bir haldır.” (həm.yer
1/254)
“Qeyd etdiyimiz kimi “xəlifələr məktəbi” müsəlmanların üzünə Rəsulullah
(s.a.s)-dən varid olan xəbərlərin qapısını bağladıqda,İsrailiyyətdən varid olan
rəvayyətlərin qapısını eninə kimi açmışdı.” (həm.yer 2/48-49)
Şiələri Əhli
Sünnətə müxalif olanları alma məsələsinə təşviq edən bir çox rəvayyətlər
vardır.Hurr Amili “Vəsailuş şia” (18/85-86)-da,Ruhullah Musəvi Xomeyni “ər Rəsail”
(2/81)-də,Muhəmməd Baqir əs Sadr “Təaridul şəriyyə” (səh 359)-da Muhəmməd Baqir
ibn Abdullahdan imam Rzanın belə dediyini nəql etmişlər:
“İmama iki ixtilaflı xəbər gəldiyində necə hərəkət
etməliyik deyə sual verdik?” Dedi: “Sizə iki ixtilaflı və zidd olan xəbər gəldikdə,bunu
avamın (Əhli Sünnət) rəvayyəti ilə tutuşdurun.Əgər bu onların xəbərlərinə
müvafiqdirsə onu tərk edin,yox əgər onların xəbərlərinə ziddirsə,onu alın.”
Hurr Amili “əl Fusulul
muhimmə fi mərifəti usulil əimmə”adlı kitabının 225-ci səhifəsində bu xəbərlərin
mütəvatir səviyyəsində olduğunu qeyd edir.O,yazır: “Bu baradə olan hədislər mütəvatirdir. ”Vəsailuş şia”da bunların bir
qismini qeyd etmişik.”
Hurr Amili “Vəsailuş-şiə” kitabında “Əhli-sünnətə, onların yoluna müvafiq
olan ilə əməl etməyin qadağan olunması” adlı bir bölüm açmış və həmin
bölümdə “məsum”lardan çoxlu sayda hədis nəql etmişdir.
Yusif əl Bəhrani
yazır: “Rəvayyətin avamın məzhəbinə ərz
edilib,daha sonra müxalif olanı alma baradə olan çoxlu sayda oxşar xəbərlər rəvayyət
edilmişdir.” (“Hədaiq”1/95)
Hüseyn ibn
Şihabuddin əl Kərki əl Amili yazır: “Avamın
işinin əsası zehnləri qarışdırmaq,haqqı batillə örtmək,batili haqq kimi qələmə
verərək avamın və öz dinlərini zay etməkdir.” (“Hidayətul əbrar” səh 102)
Seyyid Nemətullah Cəzairi
yazır: “Bizim sünnilərlə Allah,peyğəmbər
və imam məsələsində heç bir oxşar və bənzərliyimiz yoxdur.Çünki,onlar deyirlər
ki,Allah peyğəmbəri Muhəmməd (s.a.s),xəlifəsi isə Əbu Bəkr olandır.Biz isə nə
bu Allahı,nə də bu peyğəmbəri qəbul edirik.Biz deyirik: “Həqiqətən o Allah və peyğəmbər ki,peyğəmbər (s.a.s)-in xəlifəsi Əbu Bəkrin
Allahı və peyğəmbəri olub,o bizim Allahımız və peyğəmbərimiz deyil.” (“Ənvərun Numaniyyə” c.2,səh 278
“İmamların dininin həqiqi nuru” fəsli)
Əhli Sünnəti aldatmaq üçün təqiyyə ilə yalandan and içmənin caizliyi.
Şiələrə görə hətta,and
içməyə də təqiyyə daxil olmuşdur.
Şeyx Murtəza əl Ənsari “Risalətut təqiyyə” (səh
73)-də,əl Xoyi “Tənqih şərhul urvatul
vuska” (4/278,307)-də imam Cəfərdən belə bir hədis nəql edirlər: “Təqiyyə üçün nə etsəniz vəya təqiyyə ilə nə
kimi andlar içərsinizsə,bu baradə bir genişliyə sahibsiniz.”
Onlara görə bu səhih rəvayyətə
əsasən bir şiə sünnini aldatmaq üçün yalandan and içməkdən çəkinməz. Çünki,təqiyyə
genişdir. Beləki,şeyx Murtəza əl Ənsari “Risalətut təqiyyə”
(səh 72)-də imamdan belə rəvayyət nəql edir: “Təqiyyə genişdir.Təqiyyə ilə edilən istənilən hər əmələ görə Allahın
izni ilə əcr vardır.”
Şiələr məsləhət faktoru
xaricində özlərinə müxalif olanlara mallarından xüms,zəkat və sədəqə verilməsini
caiz hesab etmirlər. Əbul Qasim əl Xoyi
xüms,zəkat,kəffarələr,fitr sədəqəsi kimi mallardan müxaliflərə verilməsi baradə
suala belə cavab vermişdir: “Caiz
deyildir.Yalnız məsləhət halında caiz ola bilər.” (“Məsail”,”Rudud” 1/64; Qum