Nemətullah Cəzairi
kitabında bu çirkin sözləri yazır: ”Ömərin
arxasında xəstəlik var idi. O yalnız kişinin sperması ilə sənğiyirdi” (“Ənvəru Numaniyyə”
c.1,səh 63)
Həsən əs Səhhatə isə
yazır: “Ömər arxadan cinsi əlaqədə olan
kimsələrdən idi.” (“Minbərul İslami” jurnalı 17-ci bur-ş,səh 16)
Şiə müfəssiri
Əyyaşi “Təfsir”ində (1/302),Bəhrani “Burhan” (1/416)-da belə bir rəvayyəti nəql
edirlər: “Bir adam Əbu Abdullahın yanına
gələrək, “Ey möminlərin əmiri! Sənə salam olsun.” dedi.Əbu Abdullah ayağa
qalxaraq,dedi: “Belə demə,bu sadəcə əmirəlmöminin haqqında istifadə olunacaq
sözdür.Bu adı ona Allah vermişdir.Ondan başqasını da bu adla
adlandırmamışdır.Arxadan əlaqədə olandan başqası bu adı özünə götürmüşdür.Özündə
belə hal olmasa da buna mübtəla olmuşdur.Allahın bu ayəsi bunu nəzərdə tutur. “Onlar
Allahı qoyub, yalnız qadın adlarını daşıyan bütlərə yalvarır və yalnız üsyankar
şeytana sitayiş edirlər.” (Nisa 117)
Ravi deyir: “Mehdi nə adla adlandırılacaq?” Dedi:
“Ona,sənə salam olsun ey Bəqiyətullah!”, “Sənə salam olsun ey Rəsulullahın
övladı!” deyiləcək.
Məlumdur
ki,ilk dəfə “Əmirəlmöminin” adı ilə adlandırılan şəxs Ömər ibn Xəttab (r.a)
olmuşdur.
Əllamə Zeynuddin ən Nəbati “Sıratul
Mustəqim” (3/28) kitabında “Ömərin xəsisliyi və pis həyat tərzinə dair deyilən
sözlər haqqında” olan fəsildə Ömərin pis bir nəsildən gəldiyini,nənəsinin
zinakar olduğunu yazır.“
Nemətullah Cəzairini yazır: ”Xususi
xəbərlərdə (yəni şiələrdən) gəlib ki,şeytan cəhənnəm dəmirindən olan 70 qandal
ilə qandallanıb məhşərə aparılırdı. Baxıb qabağında qəzəb mələklərinin apardığı
bir nəfəri görür. Onun boynunda 120 cəhənnəm qandalı var idi. Şeytan ona
yaxınlaşıb deyir: ”Bu bədbəxt nə edib ki, məndən də çox əzab alıb. Mən məxluqatı
azdırıb həlaka gətirdim.” Ömər şeytana deyir: “Mən Əli ibn Əbu Talibin xilafətini
qəsb etməkdən başqa bir şey etmədim.”(“Ənvarun numaniyyə” c.1,səh 81)
Möminlərin əmiri Osman ibn Əffan (r.a) haqqındakı çirkin sözləri.
Əli
ibn Yunis əl Bəyadi deyir: “Osman istədikləri
kimi dürtünənlərdən və qadın xüsusiyyətli biri olub.” (“Sıratul mustəqim” 2/30)
Zeynuddin ən Nəbati “Sıratul Mustəqim”
(3/30) kitabında yazır ki,Osman hədd cəzası
tətbiq etmək üçün bir qadını yanına gətirir,onunla cinsi əlaqədə olduqdan sonra
isə onu rəcm etdirir.Eyni mənbədə Osmanın mühənnəs və yüngül adam olduğunu
yazır.Bu səviyyəsiz sözləri Nemətullah Cəzairi də “Ənvərun numaniyyə”(1/65)-də
qeyd edir.
14. Şiələrin səhabələr baradə mövqeyi.
Rəsulullah (s.a.s) buyurub: “Səhabələrim
baradə Allahdan qorxun.Məndən sonra onları hədəf almayın. Onlara əziyyət edən,mənə
əziyyət etmişdir.Mənə əziyyət edən isə Allaha əziyyət vermiş kimidir! Kim
ki,Allaha əziyyət verməyə cürət edərsə,onun aqibəti bəllidir.” (Tirmizi “Sünən” №3862;Əhməd “Müsnəd”
4/87, 5/54-55; İbn Hibban “Səhih” №7256)
Peyğəmbər (s.a.s)
buyurub: “Ənsarı yalnız
mömin sevər və onlara
yalnız münafiq nifrət edər. Kim onları sevərsə Allah onları sevər, kim
onlara nifrət edərsə Allah
onlara nifrət edər.”
(Buxari 3672; Müslim
75)
Şiələr kafir və münafiqlər
haqqında varid olmuş ayələri Peyğəmbər (s.a.s)-in səhabələri haqqında təvil
etmişlər.Təqiyyə edərək üç xəlifə yəni, Əbu Bəkr,Ömər,Osman haqqında bəzi
simvolik ifadələr istifadə etmişlər.Əbu Bəkrə “Fusayl”,Ömərə “Rama”,Osmana isə
“Nəsəl” kimi adlar vermişlər. ”Filan,filan və filan” kimi adlardan da istifadə
etmişlər.Həmçinin, “birinci,ikinci və üçüncü”, “Həbtər” və “Dəllam” kimi
adlardan da istifadə etmişlər.İstifadə etdikləri digər rəzil adlardan “Qüreyşin
iki bütü”,”Həman və Firon”,”Ümmətin buzovu və Samiri” kimi adlardır.
Səfəvilər dövləti
zamanında təqiyyə biraz ortadan
qalxmışdı.Bu dövrdə səhabələri təhqir və təkfir edən ittihamlar çox artmışdı.
Kuleyni “Kafi” kitabında Əbu
Abdullahdan rəvayyət edir: “Kafirlər deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi
tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb
yerlə yeksan edək" (Fussilət
29) ayəsi haqqında Əbu Abdullahın: “O
ikisidir,filan kimsə də şeytandır” dediyini bildirir.” (“Kafi”c.8,№ 523)
Məclisi “Miratul uqul” kitabında bu hədisin şərhində
yazır: “O ikisi yəni Əbu Bəkr və Ömərdir.Filankəsdən
qəsd olunan Ömərdir.Yəni,ayədə nəzərdə tutulan cin Ömərdir.Bu adla
adlandırılmasının səbəbi onun şeytan olmasındadır.Ya vələdüz-zina olmaq
baxımından şeytanın üzərində şərikliyi vardır,ya da aldadıb,azdırmaq səbəbi ilə
şeytan kimidir.”Filan” adı ilə Əbu Bəkrin qəsd olunması da mümkündür.”
(“Miratul uqul” 26/488)
Əbu Abdullahdan rəvayyət olunur ki,imam ”Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və tərifəlayiq
Allahın yoluna yönəldilmişlər” ayəsini oxudu və dedi: ”Onlar Həmzə, Cəfər, Ubeydə,Salman,Əbu
Zərr,Miqdad və Əmmardır.Onlar möminlərin əmirinə tabe olmuşdular. Digər ayəni:
“Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha
və asi olmağa qarşı nifrət oyatmışdır” oxudu və dedi: ”Bunun mənası möminlərin əmiridir
və “küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır” haqqında isə dedi ki,
”bunlar Birinci,ikinci və üçüncüdür.” (“Kafi” 1/426)
“Təfsirul Əyyaşi” (1/121)-də,”Burhan”
(2/208)-da və “Safi” (1/242)-də Əbu Abdullahın “Şeytanın addımlarını izləməyən”
ayəsi haqqında belə dediyi nəql olunur: “Allaha
and olsun ki,şeytanın addımları filan və filana dost olmaqdır.Yəni,Əbu Bəkr və
Ömərə….”
“Təfsirul Əyyaşi” (2/355)-də,“Safi”(1/511)-də, ”Burhan”
(1/422)-kitablarında Əbu Abdullahın “Mən onları
nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim.
Mən başqalarını yoldan çıxaranları Özümə köməkçi tutmuram.”ayəsi haqqında belə dediyi nəql olunur: “Rəsulullah (s.a.s) “Allah! Dini Ömər ibn Xəttab
vəya Əbu Cəhl ilə gücləndir deyə dua etdikdə Allah bu ayəni nazil etmişdi: “Mən
yoldan azanları köməkçi edən deyiləm.”
“Təfsirul Əyyaşi” (1/307)-də ,“Safi”(1/511)-də
və “Burhan “(1/422)-kitablarında Əbu Abdullahın “İman edib
sonra inkar edənlər,sonra yenə iman edib,inkar edənlər...” ayəsi haqqında belə dediyi nəql olunur:
“Filan və filan (Əbu Bəkr və Ömər) haqqında nazil
olmuşdur. Peyğəmbər (s.a.s)-ə ilk olaraq iman etdilər və özlərinə vilayət əmri təqdim
edildikdə isə kafir oldular....
Bu rəvayyəti məşhur mühəddisləri
Kuleyni “Kafi” kitabında “Kitab əl hüccət” fəslində (c.1,səh 420) qeyd
etmmişdir.
“Təfsirul
Əyyaşi” (2/240)-də, “Burhan”
(2/309)-da “İş bitincə şeytan dedi” ayəsi haqqında Əbu Cəfərin belə dediyi
nəql olunur: “O,ikincidir.Quranda
“şeytan dedi” kimi sözlərdən məqsəd ikincidir....”
Feyz Kəşani “Vafi” kitabında
(3/920) “Kitabul huccə” fəslində “Onlar (imamlar) və düşmənləri baradə nazil
olanlar” babında Zürarədən Əbu Cəfərin “haldan hala keçəcəksiniz” ayəsi
haqqında belə dediyini nəql edir: “Ey
Zürarə! Bu ümmət peyğəmbərlərindən sonra “filan,filan və filan” adamın əli ilə
haldan - hala gəlmədimi?”
“Təfsirul
Əyyaşi” (2/263)-də, “Burhan”
(2/345)-da Cəfər Sadiqin “Cəhənnəmin yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin
olunmuşdur” ayəsi haqqında belə dediyi nəql olunur: “Cəhənnəm
yeddi qapı olaraq gətirilər.Birinci qapı zalım üçündür ki,o Zurəykdir.İkinci
qapı Həbtərə,üçüncü qapı üçüncüyə,dördüncü Müaviyyəyə,beşinci Əbdulməlikə,altıncı
Əsqər ibn Həvsərə,yeddinci qapı isə Əbu Sələməyə aiddir.Onlar özlərinə tabe
olan kimsələrin qapılarıdır.”
Məclisi bu rəvayyətin təfsirində
yazır: “Zurəyk (Maviş) birinciyə olan
kinayədir.Çünki,ərəblər mavi gözlü olanı uğursuz sayardılar.Həbtər tülküdür.Bu
ləqəbin onun haqqında istifadə edilməsinin səbəbi onun etdiyi hiylələr və
qurduğu tələlər olmuşdur…..Bir çox xəbərlərdə varid olduğu kimi Həbtər ləqəbi
birinci üçün tətbiq olunmuşdur.Çünki,bu birnciyə daha münasibdir.Zurəyk isə
ikinci üçün tətbiq edilmişdir.Çünki,o daha sərt qəlbli və kobuddur. Əsqər ibn
Həvsər Umeyyə vəya Abbasi xəlifələrindən biri üçün istifadə olunan kinayədir.Əbu
Sələmə də Əbu Cəfər Dəvaniki haqqında bir kinayədir.Əsqər ləqəbinin Aişə və Cəməl
əhli üçün də istifadə olunması mümkündür.Çünki,Aişənin dəvəsinin adı Əsqər
idi.Bunun şeytan olması da rəvayyət olunmuşdur.” (“Biharul ənvar”c.8,səh
308)
“Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr
xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur.” ayəsi haqqında Əbu Cəfərin belə dediyi nəql
olunur: “Filan,Filan və filankəs yəni,Əbu
Bəkr,Ömər və Osman və Əbu Ubeydə ibn Cərrah.”
Bu rəvayyət “Təfsirul Əyyaşi” (1/301)-də və “Burhan”
(1/414) kitablarında qeyd olunmuşdur.
“...iyrənc işlər görməyi, pis əməllər törətməyi və
azğınlıq etməyi isə qadağan edir.” ayəsi haqqında imam Əbu Cəfərin belə dediyi nəql olunur: “Fahişdən
yəni,birincidən,münkərdən yəni, ikincidən, azğınlıqdan yəni,üçüncüdən çəkndirər!”
Bu rəvayyət “Təfsirul Əyyaşi” (2/289)-də, “Burhan”
(2/381)-da və “Safi” (3/151) kitablarında qeyd olunmuşdur.
“Biharul Ənvar”da belə rəvayyət mövcuddur: “Dedim ki,(ravi) Allah səni qorusun.Allahın
düşmənləri kimlərdir?
İmam dedi: “Dörd bütdür.”
Onlar kimlərdir? dedim.
Onlar Əbul Fusayl,Rama,Nəsəl,Müaviyyə və onların dinini özlərinə din edənlərdir.Kim
bunlarla düşmən olarsa, Allahın düşmənlərinə qarşı düşmənlik etmiş olar.” (Məclisi “Biharul Ənvar” 27/58)
Bu rəvayyətin şərhində
həmin səhifədə Məclisi yazır: “Əbul
Fusayl Əbu Bəkrdir.Çünki,Fusəyl və Bəkr məna baxımından bir-birinə
yaxındır.Rama Ömər adının tərs oxunuşudur.Nəsəl də Osmandır.”
Nur surəsi
40-cı ayə haqqında imamın belə dediyini nəql etmişlər: “Filan və filan kimsədir” “Dalğa üstündə” Nəsəl qəsd olunur....”
Məclisi bu rəvayyətin
şərhində yazır: “Filan və filankəs sözü ilə Əbu Bəkr və Ömər nəzərdə tutulur.Nəsəl isə
Osmandır.” (“Biharul Ənvar”
23/306)
Belə nümunələri
onların kitablarından çox gətirmək olar.Lakin,oxucunu yormamaq üçün bunlarla
kifayətlənirik.
Səhabələrin söyülməsi və
təkfir edilməsi haqqında olan bəzi açıqlamalar.
Nemətullah Cəzairi kitabında yazır: “İmamiyyə imam Əlinin imamlığına açıq
nasslar səbəbi ilə qail olmuşdur.Səhabəni təkfir edərək,onların qeybətini
etmişdir.İmaməti Cəfər Sadiqə,ondan sonra da övladlarına ötürmüşlər.Bu kitabın
müəllifi də bu firqədəndir və bu firqə inşallah qurtulan firqədir.” (“Ənvərun
Numaniyyə”c.2,səh 244 “Mənşuratul aləmi”nəşr,Beyrut)
Şiələr imam
Baqirdən rəvayyət edirlər: “İnsanlar
Peyğəmbər (s.a.s)-dən sonra üç nəfər xaric mürtəd oldular.”Bunlar Salman,Əbu Zərr
və Miqdaddır.” (“Rəvdətul
Kafi”c.8,səh 245-246,hədis 341; ”Biharul Ənvar” c.22,səh 333,352,440; Mufid
“İxtisas” səh 10; Tusi “Mərifətul rical” c.1,səh 38; Kəşani “Safi” c.1,səh 389
və s.)
Kuleyni imam Əbu Cəfərdən rəvayyət edir ki,o demişdir: “Həqiqətən şeyxeyn Əbu Bəkr və Ömər bu dünyadan tövbə etmədən və möminlərin
əmiri ilə necə davrandıqlarını söyləmədən köçdülər.Onların üzərinə Allahın,mələklərin
və bütün insanların lənəti olsun.” (“Rəvdətul Kafi” c.8,səh 246)
Seyyid Murtəza
Muhəmməd ən Nəcəfi yazır: “Peyğəmbər
(s.a.s) özündən sonra dindən dönmüş əksər səhabələri ilə imtahan olunmuşdur.”
(“əs Səba minəs sələf” səh 7)
Nemətullah Cəzairi yazır: “Əbu Bəkr boynunda büt asılı olduğu və səcdəni
də onun üzərinə etdiyi halda Rəsulullah (s.a.s)-ın arxasında namaz qılardı.”
(“Ənvərun Numaniyyə” c.1,səh 53)
Əllamə Zeynuddin ən Nəbati “Sıratul Mustəqim”
kitabında yazır: “Ömər ibn Xəttab İslamı
izhar edib,küfrü gizlədən bir kafir idi.” (“Sıratul Mustəqim” 3/129)
Həmçinin, Əllamə Zeynuddin ən Nəbati “Sıratul Mustəqim”
kitabında iki xüsusi fəsil ayırmışdır.Birinci fəsilə “Pisliklərin anası olan Ummul muminun Aişə” adını
vermiş,ikinci fəsilə isə “Aişənin
bacısı Həfsə” adını vermişdir. (“Sıratul Mustəqim” 3/161-168)
Əllamə Məclisi “Miratul uqul”-da
“Kafi”(c.8, № 23)-də nəql olunan uzun bir hədisin şərhində yazır: “Rəvayyət səhihdir. “Həman öldürülmüşdür”
sözündən məqsəd Ömərdir.”Firon həlak olmuşdur” sözündən qəsd olunan isə Əbu Bəkrdir….”
(“Miratul uqul” 25/151)
Kuleyni
“Kafi ər rəvda” (səh 186, №301) kitabında
imamdan rəvayyət nəql edir: “Bir adam
Əbu Abdullahın yanına gəlib,sənə fəda olum dedi və soruşdu: “Bu Adəmin qübbəsidir?”
İmam
dedi: “Bəli.Vallahi Allahın bir çox qübbəsi vardır.Diqqət et! Sizin bu qərb tərəfin
arxasında yer üzünə aid Allahın nuru ilə aydınlandırdığı və ona asi olmayan
insanların yaşadığı filan və filankəsdən uzaq olan 39 qərb vardır.”
Məclisi bu rəvayyətin şərhində yazır: “Rəvayyət səhihdir.Filan və filankəsdən məqsəd
Əbu Bəkr və Ömərdir.” (“Miratul uqul” 26/167)
Xomeyni kitabında yazır: “Biz burada Şeyxeyn (Əbu Bəkr və Ömər),onların
Qurana qarşı çıxmalarına,İlahi hökmləri oyuncaq etmələrinə,öz ağıllarına görə
halalı və haramı təyin etmələrinə,Peyğəmbər (s.a.s)-in övladlarına,qızı Fatiməyə
qarşı etdikləri zülmlərə toxunmaq istəmirik.Lakin,biz burada onların Allahın və
dinin hökmlərini bilməmələrini qeyd etmək istəyirik.” (“Kəşful Əsrar”səh
126)
Səh 127-də yazır: “Belə cahil,axmaq,bir rəy üzərində sabit olmayan və zalım adamlara imamət
məqamında və rəhbərlər sırasında olmaq yaraşmaz.”
Səh 137-də
isə yazır: “Həqiqətdə Peyğəmbər (s.a.s)-ə
əsl dəyəri verənlər onlar idi…O,elçi ki,onları irşad edib,hidayətə aparacağam
deyə çoxlu iztirab və əziyyətlərə qatlanmışdı.İbn Xəttabın iftira dolu sözləri,küfr
və zındıqlıqdan yaranan əməlləri qulağına çatdıqda belə ona göz yumurdu.”
Əyyaşi “Təfsir”ində,Kəşani
“Safi”də,Bəhrani “Burhan” kitablarında “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də
elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz?
Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz….” ayəsinin təfsirində
qeyd etmişlər ki,Aişə və Həfsə Peyğəmbər (s.a.s)-i zəhərləməyə çalışmışlar.
Ayətullah Ruhani
üç xəlifənin lənət edilməsinin caiz olması baradə fətva verir:
Sual: “Xilafəti qəsb
edən üç nəfər baradə lənət etmək caizdir?”
Cavab: “Allahın lənəti
zalimlərin üzərinədir”ayəsinin bunlara tətbiq edilməsində şübhə yoxdur.”
Muhəmməd ət Təvsirkani
yazır: “Bilki,onlara lənət etmənin
(onlara lənət olsun) ən münasib vaxtı və yeri sənin təharətdə olduğun
zamandır.Hər ifrazdan,sidiyə çıxdıqdan sonra bir neçə dəfə təkrar et: “Ey
Allah! Ömərə lənət et,sonra Əbu Bəkrə,Ömərə sonra Osmana,Ömərə sonra Müaviyyəyə,Ömər….Ey
Allah! Aişəni,Həfsəni,Hindi,Umm əl Həkəmi və Qiyamət gününə qədər onların əməli
ilə razı olan hər kəsi lənətlə.” (“Lə ali əl əxbər” 4/922 “Məktəbətul allamə” nəşr.Qum)
Əllamə Məclisi kitabında bir fəsil
ayırmış və bu fəsili belə adlandırmışdır: “Üç
nəfərin kafir və münafiq olması,etdikləri və pisliklərinin üzə çıxması,onlardan
bəri (uzaq) qalaraq lənət oxumağın fəziləti” (“Biharul Ənvar” 30/79,”Zəvil kurba” nəşr.)
Məclisi yazır: “Əbu Bəkrin,Ömərin və onlara bənzəyənlərin küfründə,onlara lənət
oxumaq,bidətlərindən bəri (uzaq) durmağın fəzilətinə və savabına dair xəbərlərin
sayı bu cilddə vəya bir çox cilddə sayılmayacaq qədər çoxdur.” (“Biharul
Ənvar” 3/230)
Məclisi
yazır: “İmamiyyə dininin zərurətlərindən bəzisi də mutə nigahını və həccini
halal hesab etmək,üç adamdan və digərlərindən uzaq olmaqdır.” (“Risalətul əqaid”səh
58)
Bütün bu imam,İslam yolunda mücahid olan səhabələr bu
bidətçilərə görə nəcis və kafirdirlər! Ey müsəlman qardaş! Sən onların
kitablarında küfrdə ölən Əbu Cəhl,Əbu Ləhəb,Firon kimilərə nifrin görməzsən.Əvəzinə,onların
kitabları Əbu Bəkr,Ömər,Osman və digər səhabələrə nifrinlə doludur. Səncə niyə?
Bizə Quran və Sünnəni kim gətirib sualı haqqında düşün. İslamın yayılması üçün
kimlər vuruşurdu? Əgər biz səhabələrə tən etsək,Quran və Sünnəyə etiqad necə
olar? Sən Qurana necə inana bilərsən,bir halda ki,onu bizə bu bidətçilərə görə
“kafirlər”(əuzubilləh) ötürmüşlər!??
Şeyx Muhamməd Bəhcətul-Baytar “əl-İsləm vas-Sahabətul-Kiram beynəs-Sunnə vaş-Şiə” adlı risaləsinin sonunda (səh 65-66) müasir şiələrin səhabələr haqqındakı mövqelərini izah edərək deyir:
“Ən etibarlı katiblərdən olan bu katib,
onların ölkələrini ziyarət etmişdir və orada eşidənin qulaqlarını kar edəcək, görənlərin gözünü kor edəcək şeylər görmüşdür. Belə şeylərdən sonra Allahdan salamat olmağı diləmək qalır. Bu gördüklərini “Şiə ölkələrində” adı altında qələmə almışdır:
“Yeddi ay və daha artıq bir müddətdə şiə ölkələrində uzununa və eninə dolaşdım. Ən böyük şəhərlərində günlərlə, həftələrlə qaldım...”
Daha sonra deyir: “Şiə ölkələrində ilk eşitdiyim şey və inkar etdiklərim içində ən cox inkar etdiyim
şey əs Siddiq, əl Faruq, möminlərin anası Seyyidə Aişə və Seyyidə Hafsaya lənət etmə adətləri idi. İlk əsrin hamısına lənət edirlər. Hər bir xutbədə, hər bir şənlik və məclisdə,sözlərinin başında və sonunda, yazılarının
və məktublarının girişində, ziyarət dualarının
hamısında, su paylanılan yerlərdə belə onlara lənət edirlər. Sənə su içirdəcək elə bir adam yoxdur ki, sənə su verərkən onlara lənət etməsin! Su içən elə bir adam görməzsən ki, su içərkən onlara lənət etməsin!
Bütün əməllərin və bütün hərəkətlərin əvvəlində Muhammədə və ev əhlinə salavat gətirir və sonra (onların
iddiasına gorə) Əhli beytin haqqını qəsb edərək onlara zülm edən əs-Siddiq, əl-Faruq və Osmana lənət oxuyurlar. Onlara görə bu kəsləri lənətləmək ibadətlər icində ən fəzilətli ibadətdir! Məsciddə xütbə verənlər onları lənətləməkdən ləzzət alırlar, bunu eşidənlər isə fərəhlənirlər, camaat onunla rahatlanır. Xatibin lənətlə başlamadığı heç bir məclisdə rahatlıq əlaməti görməzsən.Sanki, camaat bundan başqa heç bir şeyi eşitmir, ya da bundan başqa
bir şey başa duşmurlər.”
Hətta Şah Təhmasibin yanında
xüsusi hörmət sahibi olan əl-Kərki “Nəfəhat əl-Lahut fil-Ləan əl-Cibt vat-Tağut” (Əbu Bəkri və Oməri lənət etməkdəki ilahi hədiyyə) adlı bir risalə yazmışdır. Söyüş söyən biri Əbu Bəkrə və Omərə uca səslə lənət edərək onu müşayət etmədikcə, nə ata minməz, nə də yürüməzdi.”
Əbu Bəkr əs Siddiqə,Ömər ibn Xəttaba və ümmətin yerdə qalanına lənət
oxunması.
Təqiyuddin İbrahim ibn Əli ibn Həsən Muhəmməd ibn Saleh əl Amili “əl Misbah” (səh
552-553,Beyrut 1975,1994-il nəşr-da səh 732)-da, Əllamə Məclisi “Biharul Ənvar”
(c.85,səh 260-261,Beyrut)-da, Seyyid Nurullah Məraşi Tustəri “İhkaqul haqq”
(c.1,səh 337,Qum)-da,Abdullah Muhəmməd Zahid “İksirut dəvat” (səh 62)-də və Kazım
ən Nəcəfi “Fəvaidud dua”(səh 301) kitablarında aşağıda guya Əli (r.a)-nin
dediyi bu duanı nəql etmişlər:
“Qureyşin iki bütü” duası
“Ey
Allah! Muhəmməd (s.a.s) və Əhli beytinə salam olsun.Qureyşdən sənin əmrinə
qarşı gələn, vəhyini inkar edən,nemətlərini rədd edən,elçinə üsyan edən,dinini,kitabını
təhrif edən,düşmənlərinlə dostluq edən,dostlarına düşmənçilik edən,ölkələri
xaraba edib,qullarını pərişan edən iki bütünə,iki cibtinə,iki tağutuna və
iki qızına lənət et.Ya Allah! O ikisinə,tabe olanlarına,dostlarına,tərəfdarlarına,sevənlərinə
və yardımçılarına lənət et!
Bu
ikisi peyğəmbərlik evini xaraba qoymuşdur.Onlar evin qapısını yıxıb,tavanını
uçurmuş,yerlə bir edib altını üstünə gətirmişlər.Ailəsinin kökünü kəsmiş,yardımçılarını
yox edib,övladlarını öldürmüşlər.Minbəri vəsisindən,elminin mirasçısından
alıb,imaməti inkar etmişlər.Rəbblərinə şirk qoşmuşlar.Allah onların günahını
daha da böyütsün və əbədi olaraq səqərə
atsın.....
Allahım!
Təhrif etdikləri hər ayə,tərk etdikləri hər fərz,dəyişdirdikləri hər sünnət,
pozduqları hər beyət,inkar etdikləri hər dəlil,etdikləri hər xainlik səbəbi ilə
onlara lənət et.Allahım! Əbədi olaraq,sonsuza qədər,daima,heç ara vermədən,sayında
azalma olmadan elə bir lənət et ki,onlara,yardımçılarına,sevənlərinə,dostlarına,onlar
üçün müsəlman olanlara,onlara meyl edənlərə,sözlərinə
qulaq asanlara,hökmlərini təsdiqləyənlərə
bu lənətin ucu toxunsun,sonu gəlməsin…! (Bu duanı dörd dəfə de) Allahım!
Onlara elə bir əzab ver ki,Cəhənnəm əhli belə bu əzabdan ötrü imdad diləsin.Amin
ya Rəbbəl aləmin!”
Bu dua həmçinin,urdu dilində yazılmış
“Mənzur Huseyn tuhfətul avam məqbul cədid” adlı kitabda 422-ci səhifədə
yazılmışdır.Müəllif özünün və məşhur təqlid mərciilərindən altısının bu dua ilə
bağlı fətvaları ilə razılaşdığını bəyan edir.Bu mərciələr bunlardır:
1-Seyyid Muhsin əl Hakim
2-Seyyid Əbul Qasim əl Xoyi
3-Seyyid Ruhullah Xomeyni
4-Hacı Seyyid Mahmud əl Huseyni
5-Hacı Seyyid Muhəmməd Kazım Şəriatmədari
6-Əllamə Seyyid Əli Təqi ən Nəkvi
Həmçinin, bu dua “Tuhfətul avam mutəbər
və mukəmməl”adlı kitabda 303-cü səhifədə keçir.Bu kitabda duanın daha 9 təqlid
mərciiələrinin fətvasına müqabil olduğu bldirilir.Bu mərciiələr
aşağıdakılardır:
1-
Seyyid Əbul Qasim əl Xoyi
2-Seyyid Hüseyn Burucərdi
3-
Seyyid Muhsin əl Hakim
4-Seyyid Əbul Həsən əl İsfəhani
5-Seyyid Muhəmməd Baqir Sahibul qiblə
6- Seyyid Muhəmməd Mavi Sahibul qiblə
7-Seyyid
Zuhur Hüseyn Sahib
8- Seyyid Muhəmməd Sahibul qiblə
9- Seyyid Hüseyn Sahibul qiblə
Müasir əllamələri Ayətullah uzma Seyyid
Şihabuddin əl Hüseyni əl Məraşi,Nurullah əl Huseyni əl Məraşiyə aid “İhkaqul
haqq” (1/337) kitabının haşiyəsində yazır:
“Bil
ki,əshabımızın bu dua üçün yazdıqları şərhlər
mövcuddur...Xülasə olaraq, böyük şəxsiyyətlər tərəfindən kitablarında nəql
edilməsi və etimad edilməsi səbəbi ilə bu dua barəsində insan mütməin ola bilər.”
“Qüreyşin iki bütü”
duasında nəzərdə tutulanlar Əbu Bəkr və Ömərdir.
Şiələrin bu
duanı məqbul və təslimiyyətlə qəbul etdiklərini öyrəndikdən sonra bu dua haqqında onların alimlərinin yazdıqları şərhlərə nəzər
salaq:
Şeyxləri və
tarixçiləri olan Ağabəzrək Tehrani yazır: “Ziharul
aləmin fi şərhi dua sanameyn” (8/192)-də qeyd olunan Qüreyşin iki bütü Lat və
Uzza - Əbu Bəkr və Ömərdir.Əsər fars dilindədir və Mövla Əli Əsqər ibn Muhəmməd
Mehdi Yusif əl Qəzviniyə aiddir.”(“əz Zəria” 10/9, Nəcəf)
Feyz Kəşani yazır: “Sonra şəriətin hökmlərini dəyişdirməyə və bidətlər icad etməyə
başladılar. Bunlardan bəzisini bilmədiklərinə,bəzisini isə nəfslərinə uysun deyə
təhrif etdilər.Əmirəl möminin Əli
“Qureyşin iki bütü duasında” onların bəzi çirkinliklərinə toxunmuşdur.”
(“Kurrətul uyun”səh 326, Beyrut 1979 il)
Şeyxul Əhvad yazır: “Cibtdən Əbu Bəkr,tağutdan Ömər,şeytanlardan
Uməyyə,Abbas oğulları və onlara tabe olub imamət,fədək,xüms və digər haqqları qəsb
edən tərəfdarları nəzərdə tutulur.” (“Şərhu ziyarəti camiətil kəbir” 3/189)
Məclisi “Biharul Ənvar”-da yazır: “Kitabul fitən”-də bu iki adamın əməlləri
haqqında geniş bəhs etmişdik.Burada, bu duada isə bu ikisinin-(Allah onlara və
onlara dost olanlara lənət etsin) əməlləri bir daha sadalanır….” (“Biharul
Ənvar” 85/268)
Onlar bizə lənət
edib,bizdən uzaq durmağı və s.əməlləri edərkən,onlarla vəhdət edib,onlara din
qardaşı kimi baxanların olması böyük müsibətdir!
Əbdulhüseyn
Musəvi “Əl Məcalisul fahira fi məatimul itratit tahira” (səh 31) kitabında
yazır ki,Cəfər Sadiq imam Hüseynin qəbri başında dayanıb deyir: “Şəhadət edirəm ki,sən namazı qıldın,zəkatı
verdin,yaxşılığı əmr edib,pis işlərdən çəkindirdin,Allah və elçisinə itaət
etdin….Allah səni qətl edən ümmətə lənət etsin! Allah sənə zülm edən ümmətə lənət
etsin! Allah bunu eşidib,razı olan ümmətə lənət etsin!”
Müsəlman qardaş! Bu adam
lənət oxuduğu ümmətlə kimi nəzərdə tutur,bilirsənmi? Hüseyn (r.a)-i qətl edən və
bunu eşidib,razı olan ümmət onlara görə Əhli Sünnətdir.Rəsulullah (s.a.s)-ın
ümməti necə lənətlənmiş ümmət ola bilər?
Halbuki,Allah Təala
buyurur: “Siz
insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi
əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də
iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər
də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir.” (Ali İmran 110)
“Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz
insanlara şahid olasınız...” (Bəqara
143)
Ticani “Şiə hum Əhli Sünnə” kitabında (səh 300)-də bunları yazır: “Başqa bir dəlil istərsək,sadəcə Əhli Sünnətin aşura gününü qeyd etmək
baradə mövqeyinə nəzər salmaq kifayət edər. Onları-yəni,Əhli Sünnəti imam Hüseynin
qatilləri qarşısında razılıq göstərən,onları sevən və dəstəkləyən kimi
görürük.Bu onlara görə adi bir şeydir. Çünki, imam Hüseynin qatillərinin hamısı
Əhli Sünnə və camaatdandır..….!”
Ticaninin “Əhli Sünnət
aşura gününü bayram edir,bu günün fəzilətinə dair hədislər uydurur” sözlərinə
cavab olaraq deyirik ki,onlar bu gündə Allaha yaxınlaşmaq üçün sadəcə oruc
tuturlar.
Sual veririk: Allahın
günahları əhv etdiyi gün hüzn günüdür,yoxsa sevinc günü? Əgər hüzn günü desələr,özlərini
alçaltmış olarlar.Sevinc günü desələr,nəzərdə tutulan da məhz bu Aşura günüdür.
Bunun dəlili nədir soruşsalar,deyilər ki,bunun dəlili səhih hədislər və mötəbər
kitablarınızda varid olmuş hədislərdir.
Şiələrin ən
mötəbər alimlərindən olan Əbu Cəfər ət Tusinin “İstibsar” (2/134) kitabında və
Hurr Amilinin “Vəsailuş şia” (7/337) kitabında bu gündə oruc tutmanın fəziləti
ilə bağlı hədislər nəql olunmuşdur.
İmam Əbu
Abdullah Əli (r.a)-dən rəvayyət edir: “Aşura günü 9-10-u oruc
tutmaq keçən ilin günahlarını silir və kimsə səhvən yeyib-içsə, orucunu
pozmasın.”
(Nuri.”Mustədrək əl Vəsail” 1/594)
İbn
Abbas dedi: “Siz əgər Məhərrəm ayının
ayını görsəz,saymağa başlayın.Ayın doqquzu olduqda oruc tutmaq üçün yuxudan
qalxın.”Ravi soruşdu: “Muhəmməd (s.a.s) belə oruc tutardı?
İbn Abbas dedi: “Bəli”
(Hurr
Amili “Vəsailuş şia” 7/347; Nuri Təbərsi “Müstədrək”c.1,səh 594)
Əbu
Cəfər deyir: ”Aşura gününün orucu bütün ilin günahlarını silir.” (Tusi “Təhzib”
4/300; “İstibsar” 2/134; Kəşani “Vafi” 7/13)
“Peyğəmbər (s.a.s) Aşura günü oruc tutardı.” (Tusi “Təhzib” 4/29;
“İstibsar” 2/134; “Vəsailuş şia” 7/337)
Məhz
buna görə Əhli Sünnət Peyğəmbər (s.a.s)-in sünnəsinə müvafiq olaraq,bu günü
oruc tutur.Amma,şiələr “mərsiyə demək cahiliyyə əməllərindəndir” deyən Rəsulullah
(s.a.s)-in sözünü qulaq ardına vuraraq,təntənəli ağı və mərsiyə məclisləri təşkil
edir. Halbuki,bu əməl elə
imamların dili ilə bu şiə kitablarında yasaq edilmişdir.
Məclisi
nəql edir: “İmam Musadan ölü üçün ağı
etmək baradə soruşduqda o buna riza göstərmədi.” (“Biharul Ənvar” 82/105;
“Cami əhadis əş şia” 3/488)
Hurr Amili bu rəvayyətin şərhində yazır ki,bu
sözün mənası yəni,”qadağandır” (“Vəsailuş şia” 12/92)
Kuleyni
və bir çox şiə mühəddisləri rəvayyət edir: “Ölülər
üçün ağı demək və üzərindəki paltarı yırtmaq haramdır.” (“Kafi” 3/255; Kəşani
“əl Vəfi” 13/88; Hurr Amili “Vəsailuş şia” 3/914; “Cami əhadis əş şia” 3/483)
Əli
(r.a) dedi: “Cahiliyyə dövrünün 3 adəti
vardır ki,Qiyamət gününə qədər qalacaqdır: Ulduzlardan yağış gözləmək,başqalarının
əcdadları haqqında pis danışmaq və ölü üçün ağı demək.” (Məclisi “Biharul
Ənvar” 82/101; Nuri Təbərsi “Mustədrək əl vəsail” 1/143; “Cami əhadis əş şia”
3/488)
Rəsulullah
(s.a.s) buyurdu: “Mən sizə ağı və mərsiyyə
deməyi qadağan edirəm.” (Burucardi “Cami əhadisuş şia” 3/372)
Məclisi,Nuri
Təbərsi,əl Burucərdi Peyğəmbər (s.a.s)-dən rəvayyət edirlər: “İki səs lənətlənibdir: “Müsibət anında ağı
nidaları və mərsiyyə deyənlərin səsləri.”
(Məclisi
“Biharul Ənvar” 82/101; Nuri “Mustədrək” 1/143-144; Burucərdi “Cami əhadisuş
şia” 3/488)
Şeyx Səduq yazır: “Ölü üçün
ağı demək cahiliyyə adətlərindəndir.” (“Mən lə yəhduruhul fəqih” 4/271-272)
Şiələrin Ömər Faruqun öldürülməsinə sevinmələri və o günü bayram etmələri.
On iki imami
şiələr Ömər ibn Xəttabın öldürülməsinə sevinir və o günü özlərinə görə bir bayram
hesab edirlər.Həmçinin,onlar bu günü bir neçə əlamətdar adla da
adlandırırlar.”İstirahət” (tətil) günü,bərəkət,şiənin sevinc günü bu adlardan bəziləridir.
Əllamə Məclisi bunu “Biharul ənvar” (95/351-355)-da qeyd etmişdir.
Nemətullah Cəzairi
“Ənvərun numaniyyə” (1/108-111)-də “Səmavi
nur” başlığı altında Ömər ibn Xəttabın öldürülməsinin savabından bəhs edir.
Xəbis Əbdulhüseyn
Nişapuri “Əhli Beyt təqvimi” kitabında yazır: “Ömər ibn Xəttabın ölümü bayramdır.Hicri 23-cü ildə Rabbiul əvvəl
ayının 9-u axşam Ömər ibn Xəttab öldü.Sünnilərin dediyinə görə o Zilhiccə
ayının 3-ü vəfat edib.Bu gün Əhli beyt,Peyğəmbər,Mələklər və Əmirəl-mömininin
dostları üçün sevincli gündür.Bu gün çox
möhtəşəm gündür.Şiələr və onların rəhbərləri bu günü bayram kimi qeyd edirlər.
Peyğəmbər (s.a.s) bu günü bayram elan edib və insanlara da əmr edib ki,bu günü
bayram etsinlər.Kim bu gün sədəqə verərsə Allah onu bağışlayar.Bu gün din
qardaşlarına ikram etmək,yeni paltar geyinmək,ətir paylamaq,Allaha şükürlər etmək
müstəhəbdir.
Hədislərdə bu günün adları və fəzilətləri sadalanmaqdadır.Bu günün
adlarından: “Allahın möhtəşəm bayramı”,”İkinci qədir”,İkinci fitr bayramı”,”Şiələrin
fəxr günü”,”Əhli Beytin bayramı”,”Münafiqin ölüm günü”,”Əməllərin qəbul edilmə
günü”,”Məzlumun qalib gəldiyi gün” və s. adları vardır.” (“Əhli Beyt təqvimi” səh 87-88)
Şeyx İbrahim əl Cəbban
yazır: “Aşura günü Ömər adını qoyduqları
bir köpək gətirilər.Sonra o dəyənəklərlə döyülər və daş qalaq edilərək rəcm
olunar.Sonra Aişə adı olan bir keçi gətirilər və tüklərini yolmağa başlayarlar
və ölənə qədər döyərlər.” (Şeyx İbrahim əl Cəbban “Təbdiduz zəlam və tənbihun
niyam” səh 27)
Bu videoda Öməri öldürən atəşpərəst Abu Luluanın məzarında şiələrin məclisi gostərilib. Məclis Ömərin ölüm günündə keçirilir.