təkfir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
təkfir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Rafizilərin İslam və müsəlmanlar haqqındakı inanc əsasları


 On iki imamın vilayətinə etiqad və ona inanmayanların təkfir edilməsi.

Həqiqətən, şiəlik yəhudilikdən çoxlu miraslar almışdır və bu adi sözlər deyil.Axı, yəhudilərdən başqa kim digər millətlərə,dinlərə və irqlərə belə kinlə yanaşır?
Şiələr imamətin dinin əsasından olduğuna və Peyğəmbər (s.a.s)-in 12 imamı nassla təyin etdiyinə etiqad edirlər.İlk öncə vilayətin dəyəri haqqında onların rəvayyətlərinə nəzər salaq.Mühəddis və alimləri bu məşhur rəvayyəti nəql edirlər:

 “İslam Allahdan başqa ilah yoxdur,Muhəmməd onun elçisidir şəhadət kəlməsi,namaz qılmaq,zəkat vermək,Ramazanda oruc tutmaq,həcc etmək və Əli ibn Əbu Talibin vilayətinə iman etməkdən ibarətdir.”  (“Kafi” 2/18,21,22,32; Şeyx Səduq səh 221,279,510; “Rical Kəşşi” səh 356; “Təfsir Əyyaşi” 2/117; Tusi 4/151; “Biharul ənvar” 10/393, 23/69, 27/103; Mufid səh 209; “Vəsailuş şia” 1/13; Təbərsi 1/71 və s.)
Göründüyü kimi bu rəvayyət şiə kitablarında mütəvatirdir.Heç bir Əhli Sünnə mənsubu Əli (r.a)-nin vilayətini dinin əsası kimi qəbul etmir.Yəni,Əhli Sünnə şiələrə görə İslamın əsaslarından birini inkar edir.

Kuleyni Zürarədən rəvayyət edir ki,imam Əbu Cəfər demişdir: "Islam beş şey üzərində bina olmuşdur: Namaz, zəkat, həcc, oruc və vilayət".Zurarə soruşmuşdur: "Bunlardan hansı daha üstündür?" O demişdir: "Vilayət" (“Kafi" 2/18;Tehran;“Biharul ənvar” 68/332; “Vəsailuş şia”1/13 və s)

Şiə əqidəsinə görə Nasibi Əhli Sünnə vəl Camaatdır.

Şiələr Əhli Sünnəti Rəsulullah (s.a.s)-ın Əhli beytinə düşmən olaraq görürlər.Bu səbəbə görə də Əhli beytə düşmən olan nasibi terminini onlara qarşı istifadə edirlər.Ancaq, Əhli Sünnət təbii ki,bu ittihamlardan tamamən uzaqdır.
 Nəvasib elə bir firqədir ki,onlar Əli ibn Əbu Talibin ailəsinə nifrət edirdilər.Bu onların İslam alimləri tərəfindən vəsf olunmuş xüsusiyyətidir.Nasibilərdən kiminsə Əli (r.a)-yə qarşı olan savaşlarda ya qardaşı,ya atası,ya da babası ölmüşdü.Söhbət, Müaviyyə ilə Əli arasında olan müharibədən gedir ki,bu döyüşlərdə hər iki tərəfdən çoxlu müsəlman ölmüşdü.

Şiələrin icmasına görə Nəvasiblər kafir və nəcisdir. Əbul Qasim Xoyi yazır: “Allahı,axirəti inkar edən və ya Allahla bərabər başqa məbudu qəbul edən kafir və nəcisdir.Həmçinin, qulatlar,(12 imamın ilah olduqlarını,Allahın onlara təcəlli etdiklərini  iddia edənlər) Xəvariclər və Nəvasiblər də nəcisdirlər.” http://al-islam.org/laws/al-khui/2.htm#6

Mühəddis Yusif əl Bəhrani kitabında yazır: “Xəbərlərdə və sələfin sözlərində varid olandan anlaşılır ki, nəvasib sözündən qəsd olunanlar müxaliflərdir.”(“əl Hədaiqun nadira” c.18,səh 157,Qum)
Eyni kitabda növbəti səhifədə o yazır: “Onların (imamların) hədislərində nəcislik,nigahlanmamaq,qanın-malın halal olması və s.sifətlərlə vəsf olunan nasibilərdən məqsəd müxaliflərdir.”

İmamətin inkarı,Əhli Sünnətin və Səhabələrin təkfir edilməsi.

Həqiqətən Şiəlik Yəhudilikdən çoxlu miraslar almışdır və bu boş sözlər deyil. Axı Yəhudilərdən başqa kim digər millətlərə,dinlərə və irqlərə belə kinlə yanaşır.

 - علي بن إبراهيم، عن محمد بن عيسى، عن يونس، عن جميل، عن أبي عبدالله (عليه السلام) قال: سمعته يقول يغدوا الناس على ثلاثة أصناف: عالم ومتعلم وغثاء، فنحن العلماء وشيعتنا المتعلمون وسائر الناس غثاء.

Kuleyni İmamdan  (Əbu Abdullah) rəvayyət edir: 
“İnsanlar üç qismə bölünür: Alimlər,öyrənən tələbələr və artıqlar.Biz Əhli Beyt İmamları alimlərik,bizim şiələr tələbələr,digər artıq insanlar isə zibildirlər.”
 (Kafi c.1,səh 51-52,hədis 4 (56)

 İmam Baqirdən rəvayyət edirlər ki: “İnsanlar Peyğəmbər (s.a.s)-dən sonra üç nəfər xaric mürtəd oldular.”Bunlar Salman,Əbu Zərr və Miqdaddır.”
(“Rəvdətul Kafi”c.8,səh 245-246; hədis 341;”Biharul Ənvar” c.22,səh 333,352,440; Mufid “İxtisas” səh 10;Tusi “Mərifətul rical” c.1,səh 38;Kəşani “Safi” c.1,səh 389 və s.)
Bu hədisi Məclisi “Miratul uqul”kitabında muvəssəq hesab etmişdir.

Şiələr və Peyğəmbərin səhabələri

Möminlərin əmiri Ömər ibn Xəttab (r.a) haqqındakı çirkin sözləri.

Nemətullah Cəzairi kitabında bu çirkin sözləri yazır: ”Ömərin arxasında xəstəlik var idi. O yalnız kişinin sperması ilə sənğiyirdi” (“Ənvəru Numaniyyə” c.1,səh 63)
Həsən əs Səhhatə isə yazır: “Ömər arxadan cinsi əlaqədə olan kimsələrdən idi.” (“Minbərul İslami” jurnalı 17-ci bur-ş,səh 16)
Şiə müfəssiri Əyyaşi “Təfsir”ində (1/302),Bəhrani “Burhan” (1/416)-da belə bir rəvayyəti nəql edirlər: “Bir adam Əbu Abdullahın yanına gələrək, “Ey möminlərin əmiri! Sənə salam olsun.” dedi.Əbu Abdullah ayağa qalxaraq,dedi: “Belə demə,bu sadəcə əmirəlmöminin haqqında istifadə olunacaq sözdür.Bu adı ona Allah vermişdir.Ondan başqasını da bu adla adlandırmamışdır.Arxadan əlaqədə olandan başqası bu adı özünə götürmüşdür.Özündə belə hal olmasa da buna mübtəla olmuşdur.Allahın bu ayəsi bunu nəzərdə tutur. “Onlar Allahı qoyub, yalnız qadın adlarını daşıyan bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər.” (Nisa 117)
Ravi deyir: “Mehdi nə adla adlandırılacaq?” Dedi: “Ona,sənə salam olsun ey Bəqiyətullah!”, “Sənə salam olsun ey Rəsulullahın övladı!” deyiləcək.

Məlumdur ki,ilk dəfə “Əmirəlmöminin” adı ilə adlandırılan şəxs Ömər ibn Xəttab (r.a) olmuşdur.
Əllamə Zeynuddin ən Nəbati “Sıratul Mustəqim” (3/28) kitabında “Ömərin xəsisliyi və pis həyat tərzinə dair deyilən sözlər haqqında” olan fəsildə Ömərin pis bir nəsildən gəldiyini,nənəsinin zinakar olduğunu yazır.“

Möminlərin anası Aişəni (r.a) və müsəlmanları təhqir etmələri


Müsəlmanlara qarşı pis ifadələr sərf etmək və onları təhqir etmələri.

Rafizilər təkcə bu dünyada olan bütün insanları və şiə olmayan hər kəsi təhqir etməyiblər.Şiə hədislərinə görə dünyaya gələn hər körpə şeytanın əlinin altından keçir. Şiəliyin İslam ümmətini təhqir etməsinə dair misallardan biri olaraq,bunu göstərmək olar.

Kuleyni “Kafi”(c.8, səh 239,285)-də,Məclisi “Bihar” (24/311)-da,Hurr Amili “Vəsailuş şia” (c.16,səh 37,hədis 2910)-da  Əbu Cəfər ibn Muhəmməd Baqirdən rəvayyət edirlər: “Əbu Həmzə İmama dedi: “Bəzi yoldaşlarımız müxaliflərə böhtan atırlar.” dedi.İmam ona dedi: “Sussan yaxşı olar.Allaha and olsun ki,bizim şiələrdən başqa bütün insanlar fahişə övladlarıdır.” 

Əbu Abdullahdan: (Əbu Bəsirə dedi) “Həqiqətən şeytan kişi qadına yaxınlaşdığı kimi yaxınlaşır, etdiyi kimi edir, cinsi əlaqədə olduğu kimi olur.” (Ravi) dedim: “Bu nə ilə bilinir?” (İmam cavab verdi): “Bizə olan sevgi və nifrətlə. Kim bizi sevir qulun (sperması olur) kim nifrət edər (sperma şeytanın olar)” (“Kafi” c.5, səh 502)

Eyni tipli rəvayyət “Vasailuş şia” (c.20, səh 135-136,hədis 25233)-da nəql olunur.

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir