İmamətin inkarı,Əhli Sünnətin və Səhabələrin təkfir edilməsi.

Həqiqətən Şiəlik Yəhudilikdən çoxlu miraslar almışdır və bu boş sözlər deyil. Axı Yəhudilərdən başqa kim digər millətlərə,dinlərə və irqlərə belə kinlə yanaşır.

 - علي بن إبراهيم، عن محمد بن عيسى، عن يونس، عن جميل، عن أبي عبدالله (عليه السلام) قال: سمعته يقول يغدوا الناس على ثلاثة أصناف: عالم ومتعلم وغثاء، فنحن العلماء وشيعتنا المتعلمون وسائر الناس غثاء.

Kuleyni İmamdan  (Əbu Abdullah) rəvayyət edir: 
“İnsanlar üç qismə bölünür: Alimlər,öyrənən tələbələr və artıqlar.Biz Əhli Beyt İmamları alimlərik,bizim şiələr tələbələr,digər artıq insanlar isə zibildirlər.”
 (Kafi c.1,səh 51-52,hədis 4 (56)

 İmam Baqirdən rəvayyət edirlər ki: “İnsanlar Peyğəmbər (s.a.s)-dən sonra üç nəfər xaric mürtəd oldular.”Bunlar Salman,Əbu Zərr və Miqdaddır.”
(“Rəvdətul Kafi”c.8,səh 245-246; hədis 341;”Biharul Ənvar” c.22,səh 333,352,440; Mufid “İxtisas” səh 10;Tusi “Mərifətul rical” c.1,səh 38;Kəşani “Safi” c.1,səh 389 və s.)
Bu hədisi Məclisi “Miratul uqul”kitabında muvəssəq hesab etmişdir.


 Muhəmməd ibn İbrahim ən Numani “Qeybə ən Numani” kitabında İmam Cəfərdən rəvayyət edir ki, “Hər kim ki,İmaməti Allah tərəfindən olanı Allah tərəfindən olmayan İmama əvəz görərsə o müşrikdir.(“Qeybə ən Numani” fəsil 7; hədis 8)

İbn Babveyh əl Qummi (Şeyx Səduq) “Əməli” kitabında Peyğəmbər (s.a.s)-in adından belə bir uydurma hədis rəvayyət edir: 
“Məndən sonra kim Əliyə qarşı olarsa o kafirdir və kim ona şərik qoşarsa o müşrikdir.”
(fəsil 3,səh 19,hədis 6)

İbn Babveyh həmçinin guya Peyğəmbər (s.a.s)-dən rəvayyət edir: 
“Məndən sonra hər kim Əlinin İmamətini inkar edərsə,sanki mənim sağlığımda Peyğəmbərliyimi inkar etmiş kimidir və hər kim ki,mənim Peyğəmbərliyimi inkar edir,o Allahı inkar etmiş kimidir.”
(“Əməli” səh 656,hədis 5)

 Kuleyni Kafi kitabında İmamdan hədis rəvayyət edərək yazır: “İmam dedi:
“Məhşər günü Allah onlarla danışmayacaq,onları təmizləməyəcək və onlara şiddətli əzab vardır.”Bunu üç dəfə söylədi.Daha sonra buyurdu: “Bu o kimsələrdir ki,İmam olmadığı halda Allahın iradəsi ilə İmam olduqlarını söyləyir və İlahi əmrlə təyin olunmuş İmamı inkar edirlər.Onlar o kimsələrdir ki, bu iki nəfərin İslamda nəsibi olduqlarını düşünürlər.”
 (Kafi c.1,səh 373). Bu hədisi Behbudi səhih hesab etmişdir.Sadəcə tapmaq lazımdır ki,bu iki nəfər kimlərdir?(Əbu Bəkr və Ömər (r.a)

 Kuleyni Əbu Cəfərdən rəvayyət edir:
 “İmama iman etməyənin ölümü küfr və münafiq ölümüdür.”
(Kafi c.1,səh 375).  Məclisi və Behbudiyə görə hədis səhihdir.

 Zarihin nəql etdiyinə görə o Əbu Abdullahdan Peyğəmbər (s.a.s)-dən sonra olan İmamlar baradə soruşur.İmam cavabında:
“İlk öncə İmam möminlərin əmiri Əli ibn Əbu Talib idi.Sonra Həsən,Hüseyn,sonra Muhəmməd ibn Əli oldu.Kim bunu inkar etsə Allahı və Peyğəmbəri inkar etmiş olar.
 (“Kafi” səh 295,hədis 465)

Numani İmam Cəfərdən rəvayyət edir ki: “Bir adam İmamın birini qəbul edib,digərini inkar edir.Onun misli İsa (ə)-ı qəbul edib,Muhəmməd (s.a.s)-i inkar edən kimidir.” (“Qeybə ən Numani” fəsil 5; hədis 4)

Əbu Cəfərdən nəql olunur: “Kim Allahı və biz Əhli Beyti tanımazsa,o Allahdan qeyrisinə ibadət etmiş sayılır. (Kafi c.1,səh 294,hədis 464)

 1013 / 4 - حدثنا أبي (رحمه الله)، قال: حدثنا عبد الله بن الحسن المؤدب، قال: حدثنا أحمد بن علي الاصبهاني، عن إبراهيم بن محمد الثقفي، قال: حدثنا أبو رجاء قتيبة بن سعيد، عن حماد بن زيد، عن عبد الرحمن السراج، عن نافع، عن ابن عمر، قال: قال رسول الله (صلى الله عليه وآله): من فضل أحدا من أصحابي على علي فقد كفر
Peyğəmbər (s.a.s) buyurdu: “Kim mənim səhabələrim içərisində Əlidən qeyrisini ondan üstün görərsə,o küfr etmiş olar.” (Səduq “Əməli”səh 754;Müstədrək 18/53;)


 Həmçinin Əbu Abdullahdan: “Kim bizi təsdiq etsə mömin,kim bizi inkar etsə kafirdir.” (Kafi c.1,səh 305,hədis 485)

Seyyid Şübbar İmam Rzadan rəvayyət edir: “İslamda bizdən və bizim şiələrdən başqası yoxdur. (“Şərhul ziyarətul camiə” səh 26)

 Kuleyni İmamdan rəvayyət edir: “Biz Əhli Beyt İmamları alimlərik,bizim şiələr tələbələr,digər insanlar isə zibildirlər.” (Kafi c.1,səh 51-52,hədis 4 (56))

 “Şiəlik baxımından əqidəvi məsələlər” kitabında Rza Müzəffər yazır: “Hər kim ki,müctəhidi qəbul etmir və ya inkar edir,dolayısı ilə İmamı və Allahı da qəbul etməyib inkar etmiş olur.Bu İmam Sadiqin sözlərinə görə şirkə bərabər vəya Allahın təkliyini inkar etmək kimidir.”(Müctəhidlər fəsili)

 Ayətullah Seyyid Abdullah ibn Mühəmməd Rza Müsavi  Şubbar deyib: “İmamlara (ə) müxalif olanların (yani əhli-sünnənin) küfrünə dəlalət edən rəvayətlər və xəbərlər mövcüddur, onları cəm etmək üçün müstəqil bir kitaba ehtiyac var. Müxaliflərin küfrünə hökm verən xəbərləri və İmamların onlarla rəftarını vəsf edən rəvayətləri cəm etsək (yəni İmamların  müxaliflər ilə münasibəti və ünsiyyəti olub), zəruri olaraq deməliyik ki, İmaların müxalifləri kafirdilər və axirətdə cəhənnəmdə olacaqlar”.  (“Camiə-Kəbirə” ziyarətinin şərhi” səhifə 124-125, Azərbaycan dilində)
Bu səhifədə müəllif Həsən əl Bəsri və onun ardıcıllarını Şiələrə müxalif olanlardan hesab edir.

Məşhur Şeyx Abdullah Şübbar “Haqqul Yəqin”adlı kitabında c.2,səh 188-də yazır: “İnad və təəsüb göstərməyən digər müxaliflər haqqında isə Seyyid Murtəza kimi bütün İmamiyyə alimləri onların dünya və axirətdə kafir olduğu fikrindədirlər.Əksəriyyətin üzərində ittifaq etdiyi ən məşhur rəyə görə onlar axirətdə əbədiyyən kafir olan kimsələrdir.”

Ayətullah Şübbər yazır: “Əgər tövhidə etiqad vilayətə etiqad ilə birgə olmasa Allah-təalə onu heç kəsdən qəbul etməz. Xəbərlərin bəzilərində gəlib ki, imamların müxalifləri (yəni əhli-sünna) müşrikdirlər. Qiyamət günü tövhid kəlməsi, İmamların ardinca getməyənlərdən götürüləcəkdir”. (“Çəmiə-Kəbirə” ziyarətin şərhi, səhifə 99)
 Həmçinin yazır: “Sizi və sizin İmaməti inkar edənlər kafirlərdir.İmamlara müxalif olanların küfrdə olması baradə çoxlu xəbərlər və hədislər vardır.Bu mövzu ilə bağlı müstəqil kitabın yazılmasında fayda vardır.” (“Camiə-Kəbirə” ziyarətinin şərhi” səhifə 124)

 əllif Şübbar yazır: “Allahın qəzəbi sizin Vilayət və İmamətinizi və Xilafətinizi inkar edənlərin üzərinə olsun ki,bu ən böyük əzabdır.” (“Camiə-Kəbirə” ziyarətinin şərhi” səhifə 156)

 Muhəmməd ibn İbrahim ən Numani yazır: “Rəvayyətlər ki,yuxarıda gətirildi dəlalət edir ki,İmam baradə şübhəyə düşən vəya onu qəbul etməyən hər kəs küfrə,nifaqa,şirkə düşür.Belə adamın ölümü cahiliyyə ölümü kimidir.” (“Qeybə ən Numani” fəsil 7,son hissə)
Şeyx Səduq deyib: “Bizim etiqadımızdan, Əli (a.s)-in və ondan sonra gələn imamların imamətini inkar edən, sanki bütün peyğəmbərləri inkar edib. Əmirəlmöminini qəbul edib, imamlardan birini inkar edən, sanki bütün peyğəmbərləri qəbul edib, Muhammadı (s.a.s) isə inkar edib”. (Şeyx Səduq “Etiqad” səhifə 103-104; Həmçinin Müfid “Etiqad” səhifə 104)

 Feyz Kəşani adı ilə məşhur olan Muhəmməd Muhsin “Minhəcun nəcat”kitabında yazır:”İmamlardan birini inkar edən bütün peyğəmbərlərin nübuvvətini inkar etmiş kimidir.(“Minhəcun nəcat” səh 48,Beyrut 1987 Darul İslamiyyə nəşr.)

 Yusif əl Bəhrani yazır: “İmamlara inanmayanın küfrü ilə Allaha və Peyğəmbərlərinə inanmayanların küfrü arasında nə fərq var? (“Həqaiq  ən nadira fi əhkamu itrəti təhira” c.18/153)
 Ayətullah şeyx Abdullah əl Məmkani “Tənqihul məqal” kitabında yazır: “Xəbərlərdən hasil olan son nəticəyə görə 12 İmami məzhəbinə aid olmayan hər kəs Qiyamət günü kafir və müşrik qismində olacaqdır.” (c.1,səh 208;Babul Fəvaid,Nəcəf 1952)

 Şeyx Səduq “əl Hidayə” kitabı 4-cü fəsildə 12 İmama etiqadın zərurətlərindən danışarkən yazır:“Zəruridir ki,özünü Allah qarşısında 4 bütdən,4 qadından və onların bütün tərəfdarları və ardıcıllarından təmizləyəsən.Onlar Allahın və Peyğəmbərinin düşmənləridir və Allahın ən şərli məxluqatıdırlar....
Biz inanırıq ki,açıqladıqlarımıza və bundan bəzilərinə müxalif olanlar haqq yoldan qeyri bir yoldadırlar.O,doğru yoldan uzaq düşmüşdür və biz ondan,kimliyindən və milliyətindən asılı olmayaraqhansı uzağıq.Biz onu sevmir və ona yardım etmirik.Biz ona malımızdan zəkat vermirik....
Biz hesab edirik ki,onun şəhadəti qəbul edilməməli,onun arxasında namaz qılınmamalıdır.Bu xüsus seçim imkanı olan hallara xasdır.Təqiyyəyə gəldikdə isə,bu halda onlara zəkat və s.vermək olar və biz onların arxasında ehtiyyat üçün namaz qılırıq.”


 Əllamə Məclisi yazır:“Əmirəlmöminin və övladlarından birinin İmamətinə inanmayan və başqalarını onlardan üstün tutanlar haqqında küfr və şirk kəlmələrinin istifadə olunması onların cəhənnəmdə əbədi qalmalarına dəlildir.”
(“Biharul anvar” cild 23, səhifə 390)

 Ayətullah Seyyid Muhəmməd Şirazi “əl Fiqh”kitabı təharət babında yazır:
 “ Şiələrin 12 İmamilərdən başqa digər firqələrinə gəldikdə isə xəbərlərin əksəriyyəti onların kafir olmasını təsdiq edir.Rəvayyətlər təsdiq edir ki,İmamı inkar edən Allah üçdən biridir deyən kimidir.”

Ayətullah Əbul Qasim əl Xoyi “Kitab əl təhara” kitabında yazır: “Düzgün rəy bu olardı ki,İmami məzhəbinə müxalif olanlar zahirən təmiz və İslamdadırlar.Bu məsələdə onlar ilə müxaliflər arasında heç bir fərq yoxdur.Əslində isə onlar hamısı küfr əhlidirlər.Onlar o kimsələrdir ki,bu dünyada müsəlman,axirətdə isə kafirlər olaraq adlandırır.” (c.2,səh 87)

 Muhəmməd Həsən Musəvi Kəşani kitabında Cəfər Sadiqdən rəvayyət edir ki: 
“Muhəmmədi haqqla göndərən Allaha and olsun ki,əgər Cəbrayıl və Mikayılın qəlblərində onlara (Əbu Bəkr və Ömər) bağlılıq olsa idi Allah onları oda atardı.” 
(“Qiyamlar” səh 60,Əndişei Hadi nəşr;2005 il)



Məclisi İmam Zeynəlabiddinin köləsi İmama dedi: 
“Mənim sizdən bir şeyi soruşmaq haqqım var.Mənə Əbu Bəkr və Ömər haqqında danışın.İmam cavab verdi: “Bu ikisi və onları sevənlər kafirdilər.” 
(“Biharul anvar” 69/səh 137-138; “Haqqul Yəqin” səh 522)


Əbu Həmzə Suməli rəvayyət edir ki,Abdullah ibn Ömər İmam Zeynəlabdiddinin yanına gələrək dedi:
“Siz iddia edirsiz ki,Yunus sizin babanızın İmamətini qəbul etmədiyinə görə balığın qarnında həbs edilmişdi?İmam Səccad dedi: Bəli,bu belədir.İbn Ömər dedi: Əgər bu belədirsə bunu sübut edə bilərsiz?İmam Səccad dedi: Bəli.Ey Əbu Həmzə İbn Ömərin və öz gözünü dəsmalla bağla.Bir neçə dəqiqədən sonra İmam dedi: Gözlərinizi açın. Gözlərimizi açanda biz özümüzü sıldırımlı dəryanın kənarında gördük.İbn Ömər dedi: Ağa,mənim qanım sənin boynundadır.Birdən siz məni öldürmək istədiz.
İmam dedi: Sakit ol.Sən özün istədin ki,sübut edək və göstərək.Sonra İmam dəryaya işarə edərək dedi: Ey balıq!Bu an birdən dəryadan dağ boyda başı olan balıq boylandı və dedi:Mən sənin qarşındayam ey Allahın dostu.İmam balıqdan soruşdu: Sən kimsən?Balıq dedi: Mən Yunusun balığıyam.İmam dedi: Bu hekayəni mənə ətraflı danış.
Balıq dedi:
Allah Təala Adəmdən tutmuş Muhəmməd (s.a.s)-ə qədər bütün peyğəmbərlərə sizin ailənizin vilayətini qəbul etməyi buyurdu.Hər kim ki,qəbul edirdi o əmin amanlıqda olurdu.Hər kim ki,qəbul etmədə az da olsa tərəddüd edirdi çətinliyə düşürdü.Misal olaraq Adəm (ə) günaha batdı,Nuh (ə) tufanla,İbrahim (ə) odla,Yusif (ə) quyu ilə,Əyyub (ə) qəm-qüssə ilə,Davud (ə) səhvlərlə bağlı çətinliyə düşdülər.Nəhayət Yunisin növbəsi də çatdı.
Uca Allah Yunisə üz tutaraq: “Möminlərin Əmiri Əlini və onun pak ailəsindən olan məsum İmamları sev.”Yunus isə dedi: “Mən görmədiyim və tanımadığım adamı necə sevim?”Allah Təala mənə Yunusu udmağı,amma bununla belə ona zərər vurmamağı əmr etdi.40 gün O mənim qarnımda qaldı.Mən dəryalarda üzürdüm,O isə mənim qarnımda Allaha dua edərək deyirdi: “Ey Rəbbim.Sən bütün nöqsanlardan uzaqsan.Həqiqətən mən özümə zül etdim.”Yunus (ə) sizin Vilayətinizi qəbul etdikdən sonra Allah Təala onu bir sahilə atmağı mənə əmr elədi.” İmam Səccad balığa öz yerinə qayıtmağı buyurdu.”
(“Qiyamlar” səh 73-74,Əndişei Hadi nəşr;2005)

Buna bənzər hədis İmam Əli (r.a)-dən digər kitablarda nəql olunur.
"Əmirəlmöminin demişdir: 
"Allah vilayətimi göyün və yerin əhlinə ərz etmişdir.Onu qəbul edən qəbul etmiş, inkar edən inkar etmişdir.Yunis onu inkar etmiş, Allah da Yunisi mənim vilayətimi qəbul edənədək balığın qarnında həbs etmişdir".
 (“Bəsair əd-dərəcat", 2-ci cild, səh.10, Tehran çapı)


Rafizilər  Əhli Sünnəni Yəhudi və köpəklərlə bir tuturlar.


Nemətullah Cəzairi “Ənvəru Numaniyyə” kitabında (c.2,səh 308) yazır: “Xəbərlərdə varid olduğuna görə Əli ibn Yəqtin Harun ər Rəşidin vəziri idi.O,bir dəfə müxaliflərdən (sünnilərdən) ibarət olan dəstənin həbs olunmasına qərar verir.İbn Yəqtin möhtərəm şiələrdən idi.O,nökərlərinə əmr etdi ki,binanın damını həbs olunanların başına uçursunlar.Zindanda olanlar hamısı öldülər və onlar 500 nəfərə yaxın idilər.Vəzir İbn Yəqtin bu qanın məsuliyyətindən xilas olmaq istədi və İmam Kazıma məktub yazdı.Cavabında İmam yazdı: “Əgər sən onları öldürməmişdən qabaq mənim yanıma gəlsəydin onların qanlarına görə sənə heç nə düşməzdi.Bunu etmədiyinə görə kəffarə olaraq onların hər birinin əvəzinə bir illik keçini qurban kəs.Həqiqətən keçi onlardan daha xeyirlidir.”
Davamında müəllif Cəzairi yazır: “Bu kəffarənin necə az olduğuna fikir ver.Bu köpəyin kəffarəsi olan 20 dirhəmə və onların qardaşı Yəhudi və Məcusinin kəffarəsi olan 800 dirhəmə belə dəymir.” (Nemətullah Cəzairi “Ənvəru Numaniyyə” c.2,səh 308)

Bu rəvayyəti Muhsin əl Muallim “Nəsb və Nəvasib”adlı kitabında (səh 622-də ,“Darul Hadi” Beyrut) Nasibi olan sünnilərin öldürülməsinə dəlil olaraq gətirmişdir.

Həmçinin Əllamə Məclisi də bunu “Biharul Ənvar” kitabında nəql etmişdir.


 “Hukumətul İslamiyyə”  kitabında səh 142-də Xomeyni  İbn Yəqtinin misalını fəqihin xidmətə qəbul olmasına nümunə olaraq  yazır: “Fəqihin idarəetmədə işinə bəraət İbn Yəqtinin misalına  bənzər yalnız çox ciddi səbəb olmalıdır.Hansının ki,xidmətə hazır olmasındakı səbəbləri yaxşı məlum idi.Həmçinin Nəsirəddin Tusinin əməlləri ki,hamıya məlum olan çox yaxşı nəticələrə gətirib çıxartdı.”
  “məlum nəticə” dedikdə nə nəzərdə tutulur?
Bağdad necə süquta uğradı?Monqollar bu Xilafət paytaxtını necə işğal etdilər? Nə qədər müsəlman orada öldü?Bu hadisələrdə Tusi və şiə vəzir olan İbn Əlqamənin rolu nə idi?

Aydın Əlizadə bu hadisələri rus dilində çıxan “Хроники” kitabında belə təsvir edir: “Bağdadın süqutu  əsas etibarı ilə sünni və şiə ixtilaflarının artması ilə əlaqədar idi.
Hicri 655-ci ildə Bağdadda Sünnilərlə şiələr arasında toqquşmalar oldu.Bundan sonra şiə vəzir İbn əl Əlqami gizli şəkildə Bağdada yaxınlaşmış Hulaqu xanla əlaqə yaratdı.O,Xanla görüşdü və qayıdanda Xəlifə əl Mustəsimə dedi ki,Hulaqu Xan Xəlifəyə toxunmaq istəmir və bir zamanlar Bağdadı idarə edən Səlcuq Sultanları kimi davranmaq niyyətindədir.Buna inanan Xəlifə Hulaqu Xanın yanına öz yaxınlarını və elçilərini göndərdi.Monqollar elçiləri öldürdülər,sonra isə şəhəri mühasirəyə aldılar.Döyüş bir ay davam etdi.Nəhayət Xəlifə əl Mustəsim təslim olmaq qərarına gəldi.O,monqollara Şərəfuddin əl Cəuzini göndərdi ki,şəhəri təhvil verməyin qaydalarını müzakirə etsinlər.Səfər ayının dördü 656-cı ildə Xəlifə,onun oğulları Əhməd,Əbdürrahmən və Mübarək,saray alimləri,sərkərdələr və digər vəzifəli şəxslər şəhəri tərk edərək Hulaqu xanla görüşə getdilər.Xanın çadırının yanında Xəlifəni digər heyətdən ayırdılar və məcbur etdilər ki,əmr olunsun ki,bütün şəhər əhli tərki silah olunsun.Elə ki,şəhər əhli tərki silah olundu monqollar şəhərə daxil oldular və boyun olduqları bütün öhdəlikləri pozdular.
Şəhərdə misli görünməmiş zülm,qarət,soyğun və kütləvi qətllər başladı.Şəhərin demək olar ki,bütün əhalisi qılıncdan keçirildi.Bağdad tamamilə talan edildi,şəhər kitabxanası yandırıldı,minlərlə kitablar yandırıldı.Səfər ayının 14 656-cı ildə Xəlifə öldürüldü.Qırx gündən sonra Monqollar sağ qalmış şəhər əhalisinə canlarına toxunmayacaqlarına söz verdilər.Amma,artıq şəhərdə qorxunc epidemiya yayılmışdı ki,bu daha minlərlə insanın ölümünə səbəb oldu.Bu hadisələrdən sonra Hulaqu xan Əli Bahaduru şəhər valisi olaraq təyin etdi və öz dövlətinin paytaxtına getdi.Vəzir İbn əl Əlqami Bağdadda qaldı.”


Tədqiqatçı Əllamə sayılan Mirzə Muhəmməd Baqir əl Musəvi əl Huvənsari əl İsfəhani kitabında  Tusinin bioqrafiyyasından danışır və yazır: “Kəlamçı,hakim,elm dəryası və uca bir şəxsiyyət.Bilinən və məlum hadisələrdən biridə Tatar və Monqolların  sultanı olan Hulaqu Xana İranda vəzir olma istəyi ilə insanları irşad,islah etmək,zülm və haqqsızlığın qarşısını alaraq Abbasilərin zülmünə son verərək,o azğın tağutların üzərində qətliam edib, onların mənfur qanlarını öncə Dəcləyə,oradanda facir insanların yurdu olan Cəhənnəmə çay kimi axıtmaq məqsədi ilə hazırlıqlar görən Sultanın qafiləsində əminamanlıq yurdu olan Bağdada gəlişi haqqında olan hadisələrdir.” (“Rəvdətul Cənnət fi əhvalil uləma vəs sədat” (c.1,səh 300-301, “Mənşurat məktəbət İsmailiyyən” nəş.Qum)

Cafər Muhəmməd ət Tusi “ən Nihayə fi mucərrədul fəqih vəl fətava” adlı məşhur fiqh kitabında yazır: “Hər hansı bir hədd və ya hökmü tətbiq etmək üzrə zalim bir idarəçi tərəfindən vəzifəyə gətirilən kimsə bu işə haqq sultan tərəfindən gətirildiyinə inansın və hökmləri tətbiq etsin.Özünə müxalif birinə qarşı hədd cəzası tətbiq etmə imkanı varsa bunu etsin.Çünki,bu ən böyük cihaddır.” (“ən Nihayə fi mucərrədul fəqih vəl fətava”səh 302;”Darul kitab” nəş.Beyrut hic.1400)
Mahmud Şakir “Qadul adə və qaflətul əbna” kitabı səh 162-163-də yazır: “Münafiqlər mürgüləmirdilər.Onlardan biri İbn Əlqamə monqolları dəstəkləyərək onları Bağdadı işğal etməsinə,Xəlifənin və Abbasilərin süqut olmasına səbəb oldu.”
Bu baradə geniş məlumat İbn Kəsirin tarixində vardır.
Həmçinin Doctor Nəccah əl Tainin yazdığı əl Vəhhabiyyun həvaric umm sunnə” kitabında səh 280-dən sonra “Nasibi” sözü və bununla kimlərin qəsd olunduğunu yazır:
İmam Əbu Abdullahdan rəvayyət edilmişdir: “Allah Təala köpəklərdən daha şərli məxluq yaratmamışdır və Nasibilər bizim üçün Allah qatında köpək hökmündədirlər....”

Aşağıda Şeyx ət Tərtusinin türk dilinə tərcümə edilmiş “Şiə şirk və riddət tayfasıdır” əsərindən bəzi hissələr təqdim olunur.
Bir neçəsi xaric,Səhabələri və onlara ən gözəl şəkildə tabe olan müsəlmanları təkfir etmələri baradə ki,rəvayyətləri olduqca çoxdur. Kitabları İslam Əhlinə qarşı kin və nifrətlə doludur.Sənədi səhih olan bir rəvayyətlərində:”İbn Üzeynə dedi ki,bir  qul Allahı,Rəsulunu,İmamların hamısını və o zamanın İmamını tanımayıb,ona təslim olmadıqca mömin sayıla bilməz.
Bunun mənası: İslam əhlinin hamısını təkfir etməkdir.Çünki,İslam əhli İmamların məsum olduqlarına inanmır,hər şeyi İmamlara deyil, Allah və onun Rəsulu (s.a.s)-ə həvalə edirlər.Təslim olmaq da ancaq Allahın buyurduğu kimi Allaha,Rəsuluna,onun hökmünə və sünnətinədir.

Son vaxtlarda yaşayan müasir alimləri əl İhqaqi əl-Hairi  Peyğəmbər (s.a.s)-in fars torpaqlarını fəth edən səhabələrini belə vəsf edir: "Fars qadınlarının iffətinə göz dikən, quldur və şəhvət düşgünü olan bədəvi ərəblər"(“Risalətul İman”səh 232)

Baxın görün, o Peyğəmbər (s.a.s)-in səhabələrini necə vəsf edir, o zaman atəşpərəstlikdə qalan fars qadınlarını isə necə tərifləyir. Atəşpərəst fars qadınlarına iffətli deyir, amma Peyğəmbər (s.a.s)-in səhabələrini  fars qadınlarına göz dikməkdə ittiham edir.

 “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (Nisa 59)
Allah Subhanu Təala ixtilafa düşülən təqdirdə məsələlərin həllini Allaha və Rəsuluna həvalə edilməsini imanın şərtlərindən etmişdir.Allah və Rəsuluna müraciət Şiələrin zənn etdiyi kimi İmamlara deyil, yalnız və yalnız Qurana və səhih sünnətə bağlanmaqla olur.
Allah Təala buyurur:”Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.”(Nisa 65)
Ayədən görüldüyü kimi təslim və müraciət bütünlüklə İmamlar ya da başqaları kimi xəta edən insanlara deyil, “nəfsinə görə danışmayan” Peyğəmbər (s.a.s)-in verdiyi hökmlərə tabe olmaqla olur.
İmamlarından Mehdi ləqəbi ilə tanınan Muhəmməd ibn Həsən əl Əsgəri olan on ikinci İmam kimi həyatda olmayanı da var.İddialarına görə min ildən də çox il əvvəl mağaraya girmiş və qeyb olmuşdur.Digər adı ilə Qaib İmamdır.İddialarına görə Mehdi sağdır və ruziləndirilir.Onun günahsız olduğunu,zühur edəcəyini,keçmiş və gələcəkdə olanları bildiyini inkar edənlərin kafir olduqlarını söyləyirlər.
Hətta,bəziləri daha da dərinə gedərək Mehdini adı ilə hallandıranın kafir olacağına iddia etmişlər.Buna səbəb kimi onun ulu biri şəxs olduğu və hər kəsin ona öz adı ilə xitab etməyin düzgün olmadığını demələridir.
Nümunə olaraq:”Əbu Həsən əl Əsgəri dedi:”Sizlər onu (Mehdini) görə bilmərsiz.Onu adı ilə çağırmaq sizə halal deyildir.Biz soruşduq:”Necə zikr edək,onu necə çağıraq?”İmam dedi:”Belə deyin.Muhəmmədin ailəsindən bir hüccət” (“əl-Kafi” səh 332)
Əbu Abdullahdan gələn başqa bir hədislərində “Onu kafirdən başqa heç kəs öz adı ilə çağırmaz” (“əl-Kafi” səh 332)
 Yəni,ortada olmayan İmam Mehdi Peyğəmbər (s.a.s)-dən daha böyük,üstün və fəzilətlidir.Çünki,Peyğəmbər (s.a.s)-ə adı ilə xitab edilirdi.

Başqa bir hədisdə:”Əbu Abdullah dedi ki:”Kim bizi tanıyarsa mömindir və kim bizi inkar edərsə kafirdir.” (“əl-Kafi” səh 187)


Digər hədislərində Əbu Cəfərdən rəvayyət olunur ki: ”Rasulullah (s.a.s) buyurdu ki,mən bütün insanlara göndərilmiş Allahın elçisiyəm.Lakin,məndən sonra insanlar üçün mənim Əhli beytimdən İmamlar çıxacaq.Onlar qiyam etdikdə insanlar onları inkar edəcəklər.Küfr və zəlalətin İmamları və onlara tabe olanlar İmamlara zülm edəcəklər. ” (“əl-Kafi” səh 215)

Onların “zülm edənlərdən” sözündən qəsdləri Əli (r.a)-dan əvvəl Xəlifə olmuş  Əbu Bəkr,Ömər,Osman  kimi böyük səhabələrdir. “Onlara tabe olanlardan” qəsdləri isə onların xəlifəliyinə razı olan bütün müsəlmanlardır.” Küfr və zəlalətin İmamları və onlara tabe olanlar İmamlara zülm edəcəklər” sözü ilə qəsd edilənlər adı yuxarıda keçən səhabələr və onlardan razı olan digər müsəlmanlardır.
İmam Rzadan gələn bir hədisdə:”Şübhəsiz ki,bizim şiələrin adları atalarının və özlərinin adları ilə bir yerdə yazılıdır.Allah bizdən və onlardan söz almışdır.Onlar ki,bizim gəldiyimiz yoldan gəlirlər və getdiyimiz yola gedərlər.Biz və bizə tabe olanlardan başqa heç kəs İslamda deyil.Bizlər qurtuluşun dostlarıyıq.Bizlər vəsiyyət edilmişlərin övladlarıyıq. ” (“əl-Kafi” səh 223)

Özlərinin də ifadə etdikləri kimi onlardan başqa heç kəs İslam üzərində deyildir.Görəsən Səhabələr və onların firqələrində olmayan digər müsəlmanlar haradadır?Mətndən çıxan nəticəyə görə digər müsəlmanlar müsəlman deyil,İslam üzərində deyildirlər.

Başqa bir hədisdə: Kuleyni Kafi kitabında İmamdan hədis rəvayyət edərək yazır: “İmam dedi:“Məhşər günü Allah onlarla danışmayacaq,onları təmizləməyəcək və onlara şiddətli əzab vardır.”Bunu üç dəfə söylədi.Daha sonra buyurdu: “Bu o kimsələrdir ki,İmam olmadığı halda Allahın iradəsi ilə İmam olduqlarını söyləyir və İlahi əmrlə təyin olunmuş İmamı inkar edirlər.Onlar o kimsələrdir ki,bu iki nəfərin İslamda nəsibi olduqlarını düşünürlər.” (Kafi c.1,səh 373)

 Bu iki qrupun müsəlman olduğunu iddia edənə də Allah qiyamət günü baxmaz,onları təmizləməz və onlara şiddətli əzab vardır sözü ilə bütün müsəlmanlar təkfir edilir.

Digər bir hədisdə “Əbu Abdullahdan rəvayyət olunur ki,Adamın biri İmama İmam Mehdiyə “möminlərin əmiri”deyilməsi haqqında sual edər.İmam cavabında deyər.Xeyr!Bu adı Allah Əli ibn Əbu Talibə vermişdir.Bu adla ondan öncə və ondan sonra kafirlərdən başqa heç kəs özünü adlandıra bilməz.” ( el-Kafi: 411 / 1)

Hər kəs bilir ki,Əli ibn Əbu Talib (r.a)-dən əvvəl “Möminlərin əmiri”adı ilə Əbu Bəkr (r.a),Ömər (r.a) və Osman (r.a) adlandırılmışdır.Bu Səhabələr bu hədisə görə kafir hesab olunurlar.Eyni zamanda Əli (r.a)-dan sonra gələn bütün müsəlman hökmdarlar kafir hesab olunurlar.Çünki,onlar da eyni şəkildə “Möminlərin əmiri”adı ilə çağrılırdılar.

Başqa bir hədisdə Əbu Abdullahdan:“İman edib sonra inkar edənlər,sonra yenə iman edib,inkar edənlər,sonra da inkarlarını artıranların tövbələri əsla qəbul olunmaz”ayəsini oxudu və dedi ki,bu ayə filan,filan və filan (Əbu Bəkr,Ömər,Osman) haqqında nazil oldu.Peyğəmbər (s.a.s)-ə ilk olaraq iman etdilər və özlərinə Vilayət əmri təqdim edildikdə isə kafir oldular…”
(“əl-Kafi” 420 / 1)
Bu rəvayyət “Təfsirul Əyyəşi” c.1,səh 307-də,”Safi” c.1,səh 511-də qeyd edilmişdir.


Əbu Abdullahdan "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə yeksan edək" (Fussilət 29) ayəsi haqqında soruşdular: “O ikisidir dedi və sonra da filankəs şeytan idi dedi.” (Kuleyni “Kafi” c.8,hədis 523)

Deyirəm ki,açıq şəkildə bəllidir ki,”filan,filan və filan”sözlərindən qəsd olunan Əbu Bəkr (r.a),Ömər (r.a),Osman (r.a)-dır.

Möhtərəm oxucu.Böyük Səhabələrin təkfir olunmasında bundan da açıq-aydın olan hədislərini görmək istəyirsən?

Məclisi “Miratul uqul”-da c.26,səh 488-də yazır: “O ikisi yəni,Əbu Bəkr və Ömərdir.Filankəsdən də qəsd Ömərdir….”
 Biharul Ənvarda belə rəvayyət mövcuddur: “Dedim ki,(ravi) Allah səni qorusun.Allahın düşmənləri kimlərdir?
İmam: “Dörd bütdür.Onlar kimlərdir? dedim.
O, onlar Əbul Fusayl,Rama,Nasel,Müaviyyə və onların dinini özlərinə din edənlərdir.Kim bunlarla düşmən olarsa Allahın düşmənlərinə qarşı düşmənlik etmiş olar.”(Məclisi “Biharul Ənvar” c.27,səh 58)

Bu rəvayyətin şərhində həmin səhifədə Məclisi yazır: “Əbul Fusayl Əbu Bəkrdir.Çünki,Fusəyl və Bəkr məna baxımından bir-birinə yaxındır.Rama Ömər adının tərs oxunuşudur.Nasel də Osmandır.”

Əbu Abdullahdan rəvayyət olunur ki, ” Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər.” ayəsini oxudu və dedi: ”Onlar Həmzə, Cəfər,  Ubeydə, Salman, Əbu Zərr,Miqdad və Əmmardır.Onlar Möminlərin Əmirinə tabe olmuşdular. Digər ayə: “Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır.”oxudu və dedi:”Bunun mənasıMöminlərin Əmiridir və “küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır”haqqında isə dedi ki,”bunlar Birinci,ikinci və üçüncüdür.” ( el-Kafi: 426 / 1)

Şeyxulİslam  İbn Teymiyyə deyib: ”Şübhəsiz ki,Şiələr Əbu Bəkr (r.a),Ömər (r.a) və Osman (r.a)-ı,mühacir və ənsarların əksəriyyətini,eyni zamanda onlara gözəl şəkildə tabe olanları və Peyğəmbər (s.a.s)-in əvvəlki və sonrakı bütün ümmətini təkfir etmişdir. ”( Fətvalar: 477 / 28)

Deyilsə ki,Səhabələri təkfir etmənin küfr olmasının dəlili nədir?
Cavab bu olar ki,bunu isbat edən dəlillər çoxdur...

1- “Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: "Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!" De: "Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz". Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik.” (Tövbə 65-66)

Bu ayənin nazil olma səbəbi bu insanların Səhabələrə qarşı həddi aşdıqlarından ötrü kafir olmalarıdır.Çünki,onlar dedilər ki,”Görürük ki,bizim Quran oxuyanlarımız qarın baxımından bizdən daha iştahlı,dil baxımından bizdən daha yalançı və düşmənlə üz-üzə gələndə bizdən daha qorxaqdırlar.”
Deyilsə ki,Allahla,onun ayələri və Peyğəmbəri ilə bağlı istehza harada görsənir!Yoxsa onlar istehzalarını sadəcə Səhabələrə yönəltmişdilər?

Cavab budur ki,şübhəsiz ki,Allah Təala Peyğəmbər (s.a.s)-in Səhabələri haqqında ayələr endirmiş və onları tərifləmişdir.Həmçinin Peyğəmbər (s.a.s) onlar üçün xeyrli dualar etmişdir.Buna görə də kim onlara istehza edərsə,onlar haqqında ayələr endirən,onları təmizə çıxardan,onları tərifləyən və onlardan razı qalan Allaha istehza etmiş olur.Həmçinin bu onlar haqqında enən ayələrə və onları tərifləyən Peyğəmbər (s.a.s)-ə istehza etməkdir.

Quranda adı keçən aləmləri yaradan Allahın tərif etdiyi bir qövmlə ancaq kafirlər,müşriklər və zalimlər istehza edə bilər.Həmçinin Səhabələri təkfir etmək aşağıdakı ayənin inkar etmək deməkdir.

2-“Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.” (Tövbə 100)

Allah Mühacir və Ənsara və onlara ən gözəl şəkildə tabe olanlara qarşı rizasını isbat edir və mütləqdir ki,əgər Allah birisindən razı oldusa,bu o deməkdir ki,o da ondan razı olmuşdur.

3- “Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.” (Fəth 18)

Bilindiyi kimi ağacın altında Peyğəmbər (s.a.s)-ə beyət edən qadın və kişi möminlərin sayı 1400-dən artıq idi.Allah göründüyü kimi “möminlər”deyə xitab etdi.Şübhəsiz ki,Allah onlardan razı oldu.Şiyələr də deyir ki,”Xeyr,onlar kafirdirlər,mömin deyildirlər”.Bu açıq şəkildə Allahın endirdiyi ayəni inkar etmək deməkdir.

Həmçinin,Səhabələri təkfir etmək aşağıdakı ayəni inkar etməkdir.

4-“Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.” (Fəth 29)

Ayənin ifadə etdiyi kimi Allah kafirləri Səhabələrlə qəzəbləndirir.Şübhəsiz ki,Allah kafir və nankordandan başqasını hirsləndirməz.Elə isə Şiələr min ildən artıq sönməyən kinləri və qəzəbləri ilə məhv olsun və onların kin və qəzəb odunu Cəhənnəm odundan başqası inşallah söndürməz.

Həmçinin Əbu Bəkr (r.a)-ı təkfir etmək aşağıdakı ayəni inkar etməkdir.
“Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: "Qəm yemə, Allah bizimlədir!" Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.” (Tövbə 40)


Küleyni “əl-Kafi”nin “Kitab ər-rövzə” hissəsində Muhəmməd ibn Müslimin belə dediyini rəvayyət edir: “Bir dəfə Əbu Hənifə Əbu Abdullanın yanında olanda mən onun yanına girdim və ona dedim ki, sənə fəda olum, qəribə bir yuxu görmüşəm. O mənə dedi ki, ey ibn Müslim, yuxunu danış, onun alimi burada əyləşib. Bunu deyib əli ilə Əbu Hənifəyə işarə etdi. Mən dedim: “Yuxuda gördüm ki, guya mən öz həyətimə girdiyim vaxt arvadım əlində çoxlu qoz qarşıma çıxıb qozları mənim üstümə atdı. Mən bu yuxuya məəttəl qaldım”. Əbu Hənifə dedi: “Sən öz arvadının mirası üstündə alçaq adamlarla rəqabət aparır, çalışırsan.Böyük əziyyətdən sonra, inşallah, istəyinə nail olacaqsan”.Əbu Abdulla dedi: “Ey Əbu Hənifə, Allaha and olsun ki, doğru dedin!”.
Sonra Əbu Hənifə çıxıb getdi və mən ona dedim: “Sənə fəda olum, mən bu Nasibinin ifadəsindən iyrəndim”.O dedi: “Ey Ibn Müslim! Allah sənə pislik eləməsin, onların ifadələri bizim ifadələrimizlə, bizimki onlarla bir deyil. Bu ifadə onun dediyi mənanı vermir”. Mən dedim: “Sənə fəda olum, bəs o, səhv etdiyi halda sənin and içib ona “doğru dedin” deməyinə nə ad verək?” O dedi: “Bəli, mən and içdim ki, o, yalanı doğru dedi.” (əl-Kafi”nin “Kitab ər-rövzə” hissəsi, səh.292, 8-ci cild, Iran çapı)



Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir