Kuleyni imam Cəfərdən rəvayyət edir ki,Əbu Bəsir ondan
soruşmuşdur: “...Yaxşı, Fatimə Müshəfi nə
olan şeydir? O dedi: Bu elə bir müshəfdir
ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda
Qurandan bir hərf də yoxdur" ( “Kafi”c.1, səh.239)
Bu rəvayyətin tam versiyası belədir: "Əbu Bəsir demişdir: "Əbu Abdullahın yanına girdim və dedim: Sənə fəda olum! Mən səndən
bir şey soruşmaq istəyirəm. Burada sözümü eşidəcək kənar bir adam yoxdur ki?”
Əbu Abdullah özü ilə başqa bir otaq arasındakı pərdəni qaldırdı, diqqətlə ora
baxdı, sonra dedi: “Soruşmaq istədiyini soruş.” Mən dedim: “Sənin şiələrin danışırlar ki, Rəsulullah
(s.a.s) Əli (r.a)-yə bir qapı tanıdıb ondan min qapı açılır. O dedi: “Rəsulullah
(s.a.s) Əli (r.a)-yə min qapı tanıdıb, onların hərəsindən min qapı açılır. Mən
dedim: “Allaha and olsun ki, bu elmdir.” O bir qədər susdu, sonra dedi:
“Doğrudur, bu, elmdir, ancaq o elmdən deyil. Sonra sözünə davam etdi: “Ey Əbu
Muhəmməd, bizdə Camiə var, onlar isə bilmirlər ki, Camiə nədir? Mən dedim: “Sənə fəda olum, Camiə nə olan şeydir?” O dedi:
“Camiə uzunluğu Rəsulullah (s.a.s)-ın dirsəyi ilə yetmiş dirsək olan bir
lövhədir. Orada yazılanlar Peyğəmbər (s.a.s)-in dilindən çıxan sözlərdir.İmam
Əli onun sağ tərəfində bütün halal və haram olan şeyləri, insanların möhtac
olduqları hər şeyi yazıb göstərmişdir. Sonra o, əli ilə mənə toxunub dedi: Ey Əbu Muhəmməd, izn verirsən? Dedim: “Sənə fəda
olum, mən sənin ixtiyarındayam, istədiyini elə. O, əli ilə mənə yüngülvari
toxunub dedi: “Elə götürək bu ərəşi. O,
bunu deyəndə qəzəblənmiş kimi görünürdü. Mən dedim: “Allaha and olsun ki, bu
elmdir.” O, dedi: “Bu, doğrudan da,
elmdir, amma o elmdən deyil.” Sonra bir qədər sakit oturduqdan sonra dedi:
“Bizim Cifrimiz var, onlar isə bilmirlər ki, Cifr nədir?” Mən soruşdum: “Yaxşı, Cifr nədir? O, dedi: “Bu elə bir dəri lövhədir ki, onda Peyğəmbərlərin
və onların vəliəhdlərinin, Bəni Israildən olan keçmiş alimlərin elmləri var.” Mən
dedim: “Elm buna deyərlər.” O dedi: “Düzdür, bu elmdir, lakin o elmdən deyil.”
Sonra yenə bir az susduqdan sonra dedi:
“Bizdə Fatimənin müshəfi var, onlar isə bilmirlər ki, Fatimə müshəfi nə
olan şeydir? Mən soruşdum: “Yaxşı, Fatimə müshəfi nə olan şeydir?” O,
dedi: “Bu elə bir müshəfdir ki, sizin bu
Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də
yoxdur"
Kuleyni yazır: ”Həmmad ibn
Osman dedi ki,Əbu Abdullah buyurdu: ”Şübhəsiz ki,mən Fatimənin Quranına baxtım və gördüm ki,yüz iyirmi səkkiz illərində
zındıqlar peyda olacaqlar.Mən soruşdum: ”Fatimənin Quranı nə olan
kitabdır?”O,dedi: ”Şübhəsiz Allah Peyğəmbər (s.a.s)-in ruhunu aldıqdan sonra
Fatiməni Allahdan başqasının bilmədiyi bir hüzn bürüdü.Allah Fatiməni təsəlli
etmək və onunla danışması üçün bir mələk göndərdi.Sonra Fatimə bu hadisəni
Möminlərin əmiri Əliyə danışdı.İmam Əli dedi: ”Əgər bunu hiss etsən və bir şeylər
eşitsən bunu mənə xəbər et.”Sonra Fatimə bunu Əliyə xəbər verdi və bütün
eşitdiklərini Əliyə çatdırdı.Bu qayda ilə bir Quran əmələ gəldi.O, Quranda halallardan və haramlardan bir şeylər
yoxdur.Lakin,içərisində gələcəkdə olacaq hadisələrdən bəhs olunan bir elm
vardır. ”(“Kafi” c.1 səh 240)
Əbul
Əla İmam Əbu Abdullahının belə dediyini rəvayyət etmişdir: “Məndə ağ müshəf vardır.Soruşdum: “Orada nə yazılıb?” İmam: “Orada
Davud (ə)-un Zəburu,Musa (ə) nın Tövratı,İsa (ə)-ın İncili,İbrahim (ə)-ın səhifələri
və halal və haramlar yazılıbdır.
Məndə qırmızı müshəf vardır.Mən soruşdum:
“Orada nə yazılıbdır?” İmam: “Silah” O qan töküləndə açılar.Onu öldürmək üçün əlində
qılınc tutan açacaqdır.”
Abdullah ibn Əbul Yəfur imama dedi: “Allah səni
izzətləndirsin.Bunu Bəni Həsən bilirmi?”
İmam dedi: “Allaha and olsun ki,onlar bunu
gecənin gecə,gündüzün də gündüz olmasını bildikləri kimi bilirlər.Fəqət,qısqanclıq
və bu dünyaya hərislik onları bunu inkar etməyə sövq etdi.” (“Usuli Kafi” c.1,səh
241)
“Kafi”də yazılan başqa bir hədisdə Əbu Ubeydədən rəvayyət olunur: ”Bəzi dostlarımız Əbu Abdullaha Fatimə
Quranı haqqında sual etdilər.O,uzun bir müddət susdu,sonra dedi: ”Sizlər istədiklərinizi
və istəmədiklərinizi axtarırsınız.Fatimə
(r.a) Peyğəmbər (s.a.s)-dən sonra yetmiş beş gün yaşadı.Atasının vəfatı ilə əlaqədar
olaraq o çox hüznlü idi.O vaxtlar Cəbrayıl ona gəlirdi və kədərini
azaldırdı,ona təskinlik verirdi.Ona atasından və onun məkanından xəbər
verirdi.Özündən sonra zürriyyətinə nələr olacağını xəbər verirdi.Bütün bunları
da Əli (r.a) bir yerə yazırdı.Fatimə (r.a)-ın Quranı məhz budur.”(“Kafi” c.1,səh 241)
Məclisi bu hədisi
səhih hesab etmişdir. Digər rəvayyətdə
isə imam demişdir: “Bu dünyada hökm sürəcək
elə bir hakim yoxdur ki,onun və atalarının adı bu müshəfdə yazılmasın.” (“Kafi” c.1,səh 242)