Şiə Mehdisi bütöv Quranı gətirəcəkdir

Şiələr etiqad edirlər ki,həqiqi Quran Mehdinin yanındadır və o zühur edəndə bunu gətirəcəkdir.
Şeyx Mufid ləqəbli Muhəmməd ibn Muhəmməd ibn Numan “əl İrşad”kitabında imam Əbu Cəfərin belə dediyini rəvayyət etmişdir: “Muhəmməd (s.a.s) ailəsinin Qaimi ortaya çıxdığı zaman, Quranın nazil edildiyi kimi öyrədilən çadırlar quracaqdır.Bu günün hafizləri üçün o gün çox çətin gün olacaq.Çünki,o Quranın tərtib və təlifi bundan fərqlidir.” (“əl İrşad”səh 365, “Muəssisətu aləmi” Beyrut,1979 il)

Bu rəvayyəti Kamil Suleyman “Yəvmul Xəlas” kitabında (səh 372) nəql etmişdir.Şeyx Numani “Qeybə ən Numani” kitabında (səh 318) imam Əlidən belə bir hədis rəvayyət edir: “Sanki, mən əcəmdə Kufə məscidində insanlara Quranın nazil edildiyi şəkildə öyrədildiyi çadırları görürəm.Dedim ki,(ravi) Ya Əmirəlmöminin! Məgər Quran nazil edildiyi kimi deyil? İmam: “Xeyr.Ondan Qureyşə mənsub yetmiş adamın ataları ilə birgə adları silinib.Əbu Ləhəbin adını isə əmisi olduğu üçün Peyğəmbər (s.a.s)-ə tənə olsun deyə saxlayıblar!”

Hacı Kərim Kirmani yazır: “Mehdi zühur edəndə Quran oxuyacaq və deyəcək: “Ey müsəlmanlar! Allaha and olsun ki,bu həqiqi Qurandır.Hansıki,bu Muhəmməd (s.a.s)-ə nazil olmuşdu və onu təhrif edib,dəyişdirmişdilər.” (“İrşadu əvvam” 2/121,fars dilində)

Rafizilərin əhli Sünnətə qarşı davranışın qaydaları


1.Əhli Sünnətin yanında təqiyyə ilə əməl etməməyin haram olması.

Onlar özlərindən olan kimsələrin zərərini dəf etmək və intiqam almaq üçün Əhli Sünnə sultanlarının xidmətinə can atmışlar.Məzhəbləri buna onları təşviq edir.Hurr Amili Muhəmməd ibn Əli ibn İsanın imam Əbul Həsənə Abbasi xəlifələrinin xidmətinə girməsi haqqında yazdığı məktubu nəql edir: “Təhlükə olmadığı müddətcə Allah üzrü qəbul edəndir.Bunun əksi isə məkruhdur….Ona mənə verdiyi sualın cavabında yazdım: “Mənim onların əmrinə girmək haqqında fikrim,düşmənin başına bəla gətirmək və onlara yaxınlaşıb,intiqam almaqdan yanadır.Kim belə bir şey edərsə,haram iş görməz,əksinə savab və əcir qazanar.” (“Vəsailuş şia” 12/137)

Abbasi oğullarının xidmətinə girməklə, məqsədin onların başına bəla gətirib,intiqam almaq olduğuna dair imamın sözlərinə diqqət edin!

Hurr Amili Səfvan ibn Mehran əl Cəmaldan nəql edir: “İmam Əli ibn Əbul Həsənin yanına girdim.Ey Səfvan! Səndə olan hər şey xoş və gözəldir,bir şeydən başqa…dedi.Sənə fəda olum,o nədir? dedim. İmam dedi: “Dəvələrini bu adama (xəlifə Harun ər Rəşid) kirayə verirsən.” Səfvan dedi: “Vallahi,ona sevinc və əylənmək qəsdi ilə verməmişəm…..” Mənə dedi: “Kirayəni ödəyənə qədər onlarla qalmaq istəyirsən?” Dedim: “Bəli” Dedi: “Kim onlarla olarsa,onlardandır və gedəcəyi yer oddur.” Səfvan dedi: “Getdim və dəvələrimin hamısını satdım.Bu xəbər xəlifənin qulağına çatdıqda məni çağırdı və dedi: “Ey Səfvan! Qulağıma çatdığına görə dəvələrini satmısan.Mən sənə bu fikrin kim tərəfindən verildiyini bilirəm.Bu fikri sənə Musa ibn Cəfər verib.” Dedim: “Musa ibn Cəfərdən mənə nə!” O,dedi: “Vallahi,əgər yaxşı dostluğun olmasa idi səni öldürərdim.” (“Vəsailuş şia” 12/131)


2. Əhli Sünnətin ölülərinə cənazə namazı zamanı lənət oxumaları

Şeyx Mufid “əl Muğniyyə”kitabında yazır: “Möminlərdən heç kəsə vilayət məsələsində haqqa müxalif olanların cənazələrinin yuyulmasında və namazlarında iştirak etmələrinə icazə verilmir.Bunu yalnız zərurət halında təqiyyə edərək etmək olar.....Cənazə namazında ona lənət oxumaq və onun üçün dua etməmək lazımdır.” (səh 85,Muəsəsat nəşri İslami,Qum)

Rafizilərə görə Əhli Sünnət nəcisdir



Şiənin təqlid mərcii olan Ayətullah Muhsin əl Hakim belə yazır: “əl Muqənnətul vəch”də olanları nəql etdikdən sonra “Təhzib”də ifadə edildiyinə görə Əhli-haqqa müxalif olan kimsə kafirdir.Dəlil çatmayan kimsələr istisna olmaqla yerdə qalanlar haqqında küffar hökmünün tətbiqi labüddür….Bu necə olmasın ki,Hillidən bəzən nəcis,kafir olduqlarına dair icma və hətta mütəvatir nasslar varid olmuşdur….Dördüncüsü,nasibinin nəcis olduğuna dair qeyd etdiymiz icma….” (“Mustəmsiqul urvətul vusqa” 1/392-393,Nəcəf)

 Müasir alimlərindən Əbul Qasim Musəvi əl Xoyi “Minhəcus salihin” kitabında yazır: “…Mürtəd ilə,hərb əhli,qulat və nasibi kafir arasında heç bir fərq yoxdur.” (“Minhəcus salihin” 1/116; Nəcəf)

Köhnə təqlid mərcii olan Muhəmməd Kazım ət Təbatəbai “Urvətul vusqa” adlı kitabında yazır: “Qulat,xarici və nasibilərin nəcis olduğu məsələsində heç bir ixtilaf yoxdur.”( “Urvətul vusqa” 1/68,Tehran)

Əllamə Hilli “Nihayətul əhkam fi mərifətul əhkam”adlı kitabında yazır: “Xaricilər,qulat və nasibilər Əhli beytə düşmən olanlardır ki,bunlar nəcisdirlər.”(1/274; Beyrut)

Vəhdət və yaxınlaşma barədə

Şiəlik ilə yaxınlaşma fikrinə qarşı çıxanlar əbəs yerə danışmırlar.Doc.Mustafa əs Sibainin “əs Sunnətun nəbəviyyə” kitabında (səh 9) yazılanlara nəzər salaq: “

“1953-cü ildə Əbdulhüseyn Şərəfuddini Surda Amil dağındakı evində ziyarət etdim.Yanında bəzi şiə alimləri də var idi.Əhli Sünnət və Şiə məzhəbinin söz birliyi və vəhdət olmasının zərurətindən bəhs etdik.Bunun üçün də ilk növbədə hər iki qrupun alimlərinin bir-birini ziyarət etmələri və birliyə dəvət edən kitablar nəşr etmələri olduqlarını bəyan etdik.  Əbdulhüseyn bu fikrə dəstək verir və buna inanırdı.Bu məqsədlə sünni və şiə alimləri arasında bir konfrans təşkil edilməsi qərara alındı.Əldə etdiyim nəticədən məmnun halda yanlarından ayrıldım.Daha sonra Beyrutda öndə gələn siyasətçi, tacir və ədəbiyyatçı olan şiələrlə bu məqsədlə görüşlər keçirdim.Lakin,o vaxt ki,şərtlər buna mane oldu.Az bir müddətdən sonra isə heyrətə qapıldım.Əbdulhüseyn Əbu Hureyrəni təhqir edən və ona ittihamlarla dolu olan bir kitabı çapa çıxarmışdı….”
Daha sonra Dr.Sibai yazır: “Əbdulhüseynin keçmişi unudub,yaxınlaşma məsələsində səmimi istəyinə kölgə salan bu davranışından,kitabındakı istifadə etdiyi sözlərdən dolayı təəcüblənmişdim.İndi də şiə alimlərindən bir qrupun yaxınlaşma dəvəti edib,belə davrandığını müşahidə edirəm.Bu yaxınlaşma dəvətinin İran,İraq kimi bölgələrdə şiə alimlərinin çoxluq təşkil etdiyi yerlərdə görmürük.Əvəzində onlar bu propaqandanı aktiv şəkildə sünnilərin yaşadığı ölkələrdə aparırlar.Yaxınlaşma propaqandasından məqsəd sanki,hər iki məzhəbin bir-birinə deyil,Əhli Sünnətin Şiə məzhəbinə yaxınlaşdırılmasıdır.”

Xülasə olaraq deyirik: Sünnilələ şiələr, daha doğrusu sünnilərlə rafizilər (hal-hazırda  şiələrin əksəriyyəti rafizidir) arasında yaxınlaşma mümkün deyil.Çünki,haqq ilə batil,küfr ilə iman,aydınlıq ilə qaranlıq bir araya gələ bilməz.Yuxarıda keçən mövzulardan da görüldüyü kimi Şiə alimləri vəhdətə nail olmaqla yalnız öz məzhəblərini cahil müsəlmanlar arasında yaymaq niyyəti güdürlər.Həmin bu şiə alimləri küfr,batil və xürafat dolu kitablarından vaz keçməmiş,hələ də onlara əsaslanırlar.Bunu üzə vurmamaq üçün də təqiyyədən eninə-boluna istifadə edirlər.
 Allaha həmd sənalar olsun.Muhəmməd (s.a.s)-ə,onun əhlinə və səhabələrinə Allahın salamı və xeyir duası olsun.

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir