Quran və şiə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Quran və şiə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Rafizilərdən Qurana növbəti istehza!!! Gomoseksual əlagəyə girərkən Quran ayələri oxumaq!

 Şiə məzhəbini böyük alimlərindən olan əllamə Şeyx Yusif ibn Əhməd əl Bəhrani hicri 1186-ci ildə dünyasını dəyişmişdir. Başqa bir şiə alimi Muhsin əl Əmin yazır:
“Şeyx Yusif ibn Əhməd əl Bəhrani son dövr elm adamlarımızdandır.Üstün zəka,mötədil xarakterili,fiqh və hədisdə parlaq bir şəxsiyyətdir.Rical müəllifi Əbu Əli onun haqqında deyir: “Alim,fazil,elm dəryası,mahir,mühəddis,abid,sadiq,dindar bir şəxsiyyətdir.Dərin elmə sahib müasir elm adamlarımızdandır.Bir çox faydalı əsər qələmə almışdır.”
 (“Əyanuş Şia”c.10,səh 317)

Bu məşhur Şiə alimi öz "Kəşkul" adlı kitabında, şiələrə oğlan uşağı ilə gomoseksual əlagəyə girmək üçün Quranı necə istifadə etmək yolunu göstərir.  Şeyx Yusif ibn Əhməd əl Bəhrani rəvayyət edir ki, bir nəfər livatta (gomoseksual əlagə) həvəskarı, Quran ayələri vasitəsi ilə, balaca uşaği belə "bişirir".

Şiə Quranda necə xatırlanılır?


Şiə sözü Quranda dəfələrlə işlənilib. Bu söz təriqət və dəstə mənasında işlənsə də əsasən mənfi məna daşıyır. 

Şiələrin şirkləri aşkar olunanda,  və başqa bir dəlilləri galmayanda əs-Saffat surəsində olan 83 ayəsində ŞİƏTİHİ sözünü tutub, guya bu ayə Şiəliyin haqq olduğuna dəlildir deyirlər.
Birincisi, əgər  bir söz Quranda mövcuddur, o demək deyil ki hər özünə bu sozu aid edən haqq üstündədir.
İkincisi, gəlin baxaq ŞİƏ sözü Quranda başqa ayələrdə necə xatırlanır :

Əl-ənam surəsi ayə 159
إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ ۚ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ

Transkripsiya:
 ['Inna Al-Ladhīna Farraqū Dīnahum Wa Kānū Shiya`āan Lasta Minhum Fī Shay'in ۚ 'Innamā'Amruhum 'Ilá Al-Lahi Thumma Yunabbi'uhumBimā Kānū Yaf`alūna]

"Dinlərini parçalayıb Şiə (firqə-firqə) olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir." (6:159)

Bu ayədə Allah bizi dini parçalayıb şiə olmamağı xəbardarlıq edir və elan edir ki, bu adamlar Muhəmməd peyğəmbərin ﷺ ümmətindən deyil.
______________________________________________________________________

Şiə alimləri Qurana istehza edirlər

                  Şiə məzhəbinin ən böyük və tanınmış alimləri Quranı istehza ilə oxuyur.

Şiələrin Qurana təfsir verməsi

Xomeyni “Kəşful Əsrar” (səh 151) kitabında deyir: “Bunu qeyd etmək lazımdır ki,Quranda yüzlərcə ayə imamlardan və imamətdən bəhs etməkdədir.Amma,bu açıq şəkildə Quranda  ifadə edilmir.”

Həmçinin, yazır: “Bunu bilmək lazımdır ki,Quranda Əli (r.a) haqqında ayələr sayılmayacaq qədər çoxdur.” (“Kəşful Əsrar” səh 197)

Bu tədqiqi üçün yazılması lazım olan ayrıca bir kitab mövzusudur.Biz,fəqət bir neçə nümunələrlə kifayətlənəcəyik.Nümunə olaraq,Kuleyninin “Kafi” kitabında bir neçə şiə versiyası olan ayələr haqqında bəhs edən hədislər nəql ediləcək, haşiyədə isə əsl ayələr qeyd olunacaqdır.

(1/ 417): Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayə ilə nazil olmuşdu: “Əgər bəndəmizə Əli haqqında nazil etdiyimizə şəkkiniz varsa, siz də  ona bənzər bir surə gətirin və doğru danışanlarsınızsa Allahdan savayı bütün şahidlərinizi gətirin.
Əsl ayə belədir : “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” (Bəqara 23)

(1/416) Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: ”Bu ayə belə nazil olmuşdu. “Biz bundan əvvəl Adəmlə Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağı) tövsiyyə etmişdik.Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” Sonra imam dedi: “Allaha and olsun ki, Muhəmməd (s.a.s)-ə ayə belə nazil olmuşdur.”
Əsı ayə belədir: “Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” (Taha 115)

Şiələr və Quran


Bu mövzu baradə saatlarla danışmaq və cildlərlə kitab yazmaq olar.Şiələr tərəfindən ola biləcək spekulyassiyalardan qaçmaq,onların nəhy olunmuş ayələr,yeddi qiraət haqqında olan  rəvayyətləri dəlil gətirə bilməmələri üçün bu fəsildə yalnız şiə alimlərinin sözlərindən sitat gətiriləcəkdir.

1) Yuxarıda qeyd edildiyi kimi 3 nəfərdən başqa bütün səhabələr şiələrin səhih rəvayyətlərinə görə İslamdan çıxmışdılar.Bununla yanaşı onların bəzi alimləri Quranın səhabələr tərəfindən toplandığı fikrini dəstəkləmişdir.

Müasir alimlərindən olan Ayətullah Muhəmməd Hüseyn Təbatəbai yazır: “Peyğəmbər (s.a.s)-in vəfatından 14-15 ay sonra Yəmamə müharibəsi başladı ki,bu müharibədə 70 Quran hafizi şəhid oldu.Növbəti döyüşlərdə də hafizlərin öldürülməsindən ehtiyyat edən xilafət mənsubları Quranın yox olmaması üçün onu bir kitab halına salmaq qərarına gəldilər.Xəlifənin əmrinə müvafiq olaraq,Zeyd ibn Sabitin başçılığı altında hafiz səhabələrdən ibarət olan heyət Peyğəmbər (s.a.s) evi və səhabələrdə olan ayə və surələri toplayaraq,vahid kitab halına saldılar.Bu kitabı bir neçə nüsxədə çoxaldaraq,onu bölgələrə göndərdilər.Üçüncü xəlifənin zamanında ona bildirdilər ki,Quranı üzündən köçürən insanların səhv etməsi və qiraətlərdəki fərqlərə görə fikir ayrılıqları yaranmışdır.Bildirdilər ki,əgər bu belə davam etsə,Quranın təhrif olunması qorxusu vardır.Belə bir təhlükəni dəf etmək üçün birinci xəlifənin tərtib etdiyi Quran üçüncü xəlifənin əmri ilə Ömərin qızı Həfsənin evindən alındı.Sonra beş hafiz səhabədən ibarət olan Zeyd ibn Sabitin  heyəti ki,onların arasında birinci nüsxənin tərtib olunmasında iştirak edən bir nəfər də vardı,Həfsənin evində olan müshəfin əsasında digər müshəflər üçün də əsas olacaq kitabı tərtib etdilər.Həmçinin,müsəlmanların əlində olan bütün müshəflərin alınıb,Mədinəyə aparılmasına əmr verildi.Bütün bu müshəflər xəlifənin əmri ilə yandırıldı.
Beləliklə,bir müshəf əsasında bir neçə nüsxə tərtib olundu.Bir nüsxəni Mədinədə saxlayıb,digərlərini Məkkə,Şam,Kufə və Bəsrəyə göndərdilər.” (“İslamda Quran” səh 133-134,bəzi ixtisarlarla, 2004-ci il)

Fatimə müshəfi

Kuleyni imam Cəfərdən rəvayyət edir ki,Əbu Bəsir ondan soruşmuşdur: “...Yaxşı, Fatimə Müshəfi nə olan şeydir? O dedi:  Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur" ( “Kafi”c.1, səh.239)

Bu rəvayyətin tam versiyası belədir: "Əbu Bəsir demişdir: "Əbu Abdullahın yanına girdim və dedim: Sənə fəda olum! Mən səndən bir şey soruşmaq istəyirəm. Burada sözümü eşidəcək kənar bir adam yoxdur ki?” Əbu Abdullah özü ilə başqa bir otaq arasındakı pərdəni qaldırdı, diqqətlə ora baxdı, sonra dedi: “Soruşmaq istədiyini soruş.” Mən dedim:  “Sənin şiələrin danışırlar ki, Rəsulullah (s.a.s) Əli (r.a)-yə bir qapı tanıdıb ondan min qapı açılır. O dedi: “Rəsulullah (s.a.s) Əli (r.a)-yə min qapı tanıdıb, onların hərəsindən min qapı açılır. Mən dedim: “Allaha and olsun ki, bu elmdir.” O bir qədər susdu, sonra dedi: “Doğrudur, bu, elmdir, ancaq o elmdən deyil. Sonra sözünə davam etdi: “Ey Əbu Muhəmməd, bizdə Camiə var, onlar isə bilmirlər ki, Camiə nədir? Mən dedim:  “Sənə fəda olum, Camiə nə olan şeydir?”  O dedi:  “Camiə uzunluğu Rəsulullah (s.a.s)-ın dirsəyi ilə yetmiş dirsək olan bir lövhədir. Orada yazılanlar Peyğəmbər (s.a.s)-in dilindən çıxan sözlərdir.İmam Əli onun sağ tərəfində bütün halal və haram olan şeyləri, insanların möhtac olduqları hər şeyi yazıb göstərmişdir. Sonra o, əli ilə mənə toxunub dedi:  Ey Əbu Muhəmməd, izn verirsən? Dedim: “Sənə fəda olum, mən sənin ixtiyarındayam, istədiyini elə. O, əli ilə mənə yüngülvari toxunub dedi:  “Elə götürək bu ərəşi. O, bunu deyəndə qəzəblənmiş kimi görünürdü. Mən dedim: “Allaha and olsun ki, bu elmdir.” O, dedi:  “Bu, doğrudan da, elmdir, amma o elmdən deyil.” Sonra bir qədər sakit oturduqdan sonra dedi: “Bizim Cifrimiz var, onlar isə bilmirlər ki, Cifr nədir?” Mən soruşdum:  “Yaxşı, Cifr nədir? O, dedi:  “Bu elə bir dəri lövhədir ki, onda Peyğəmbərlərin və onların vəliəhdlərinin, Bəni Israildən olan keçmiş alimlərin elmləri var.” Mən dedim:  “Elm buna deyərlər.” O dedi:  “Düzdür, bu elmdir, lakin o elmdən deyil.” Sonra yenə bir az susduqdan sonra dedi:  “Bizdə Fatimənin müshəfi var, onlar isə bilmirlər ki, Fatimə müshəfi nə olan şeydir? Mən soruşdum: “Yaxşı, Fatimə müshəfi nə olan şeydir?” O, dedi:  “Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur"

Şiə Mehdisi bütöv Quranı gətirəcəkdir

Şiələr etiqad edirlər ki,həqiqi Quran Mehdinin yanındadır və o zühur edəndə bunu gətirəcəkdir.
Şeyx Mufid ləqəbli Muhəmməd ibn Muhəmməd ibn Numan “əl İrşad”kitabında imam Əbu Cəfərin belə dediyini rəvayyət etmişdir: “Muhəmməd (s.a.s) ailəsinin Qaimi ortaya çıxdığı zaman, Quranın nazil edildiyi kimi öyrədilən çadırlar quracaqdır.Bu günün hafizləri üçün o gün çox çətin gün olacaq.Çünki,o Quranın tərtib və təlifi bundan fərqlidir.” (“əl İrşad”səh 365, “Muəssisətu aləmi” Beyrut,1979 il)

Bu rəvayyəti Kamil Suleyman “Yəvmul Xəlas” kitabında (səh 372) nəql etmişdir.Şeyx Numani “Qeybə ən Numani” kitabında (səh 318) imam Əlidən belə bir hədis rəvayyət edir: “Sanki, mən əcəmdə Kufə məscidində insanlara Quranın nazil edildiyi şəkildə öyrədildiyi çadırları görürəm.Dedim ki,(ravi) Ya Əmirəlmöminin! Məgər Quran nazil edildiyi kimi deyil? İmam: “Xeyr.Ondan Qureyşə mənsub yetmiş adamın ataları ilə birgə adları silinib.Əbu Ləhəbin adını isə əmisi olduğu üçün Peyğəmbər (s.a.s)-ə tənə olsun deyə saxlayıblar!”

Hacı Kərim Kirmani yazır: “Mehdi zühur edəndə Quran oxuyacaq və deyəcək: “Ey müsəlmanlar! Allaha and olsun ki,bu həqiqi Qurandır.Hansıki,bu Muhəmməd (s.a.s)-ə nazil olmuşdu və onu təhrif edib,dəyişdirmişdilər.” (“İrşadu əvvam” 2/121,fars dilində)

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir