Xomeyni “Kəşful
Əsrar” (səh 151) kitabında deyir: “Bunu
qeyd etmək lazımdır ki,Quranda yüzlərcə ayə imamlardan və imamətdən bəhs etməkdədir.Amma,bu
açıq şəkildə Quranda ifadə edilmir.”
Həmçinin,
yazır: “Bunu bilmək lazımdır ki,Quranda
Əli (r.a) haqqında ayələr sayılmayacaq qədər çoxdur.” (“Kəşful Əsrar” səh
197)
Bu tədqiqi üçün yazılması lazım olan ayrıca bir
kitab mövzusudur.Biz,fəqət bir neçə nümunələrlə kifayətlənəcəyik.Nümunə olaraq,Kuleyninin
“Kafi” kitabında bir neçə şiə
versiyası olan ayələr haqqında bəhs edən hədislər nəql ediləcək, haşiyədə isə əsl
ayələr qeyd olunacaqdır.
(1/ 417): Cəbrayıl Muhəmməd
(s.a.s)-ə bu ayə ilə nazil olmuşdu: “Əgər bəndəmizə Əli haqqında nazil
etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər
bir surə gətirin və doğru danışanlarsınızsa Allahdan savayı bütün şahidlərinizi
gətirin.”
Əsl ayə belədir : “Əgər
qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər
bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” (Bəqara
23)
(1/416) Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: ”Bu ayə belə nazil olmuşdu. “Biz bundan əvvəl Adəmlə Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni
və onların nəslini (unutmamağı)
tövsiyyə etmişdik.Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.”
Sonra imam dedi: “Allaha and olsun ki, Muhəmməd (s.a.s)-ə ayə belə nazil
olmuşdur.”
Əsı ayə belədir: “Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq.
Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” (Taha 115)
(1/417) Əbu Cəfərdən: “Cəbrayil Muhəmməd (s.a.s)-ə bu ayəni
belə nazil etmişdi: Öz lütfündən bəxş etməsinə həSədd
aparmaq və Onun Əli haqqında nazil etdiyini inkar etməklə nəfslərini
satıb əvəzində aldıqları şey necə də pisdir!”
Əsl ayə belədir: “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən
bəxş etməsinə həSədd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini
satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi
daha da şiddətləndirdilər kafirlərə alçaldıcı bir əzab vardır.” (Bəqara 90)
(1/417) Əbu Abdullah
dedi: “Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayələri nazil etdi: “Ey Kitab verilmişlər!
Bizim Əli barasində nazil etdiyimizə iman gətirin.”
Əsl ayə belədir: “Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz
edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları
da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə
(Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.” (Nisa 47)
(1/420-421) İmam dedi:
“Allaha and olsun ki,bu ayə onlar ikisi və onların davamçıları haqqında nazil
olmuşdu.Cəbrayılın gətirdiyi bu ayə belə idi: “Bu ona görədir ki, onlar Allahın
Əli barasində nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə
itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.”
Əsl ayə belədir: “Bu ona görədir ki, onlar Allahın nazil
etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"–
dedilər. Allah onların sirlərini bilir.” (Muhəmməd 26)
(1/424) Əbu Cəfər dedi:
“Bu ayə belə nazil olmuşdu: “Əgər onlar özlərinə verilən Əli haqqında
öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə bu, onlar üçün daha xeyirli və daha
mükəmməl olardı.”
Əsl ayə belədir: “Əgər Biz onlara: "Özünüzü (aranızdakı
günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!"– deyə buyurmuş
olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə
verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli
və daha mükəmməl olardı.” (Nisa 66)
“De: Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir
inanmasın." Biz zalımlar üçün elə bir od hazırlamışıq ki, onun divarları
onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini
qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!” (Kəfh 29)
Bu ayə haqqında Feyz Kəşani yazır:
“Kafi”də imam Baqirdən hədisdə buyrulur: “Cəbrayil (ə) bu ayə ilə belə nazil oldu: “Əlini
vilayəti haqqında haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir
inanmasın". Biz Muhəmmədin ailəsinə garşı zalımlar üçün elə bir Od
hazırlamışıq ki...” (c.3, səh
241)
Əbu Həmzədən rəvayyət olunur ki,o imam Cəfərə dedi: “Sənə fəda olum.Tərəfdarların səndən bu ayənin
təfsirini soruşuşur. “Onlar nə
barədə bir-birindən soruşurlar? Böyük bir xəbər barəsində?”
İmam Cəfər dedi: “Bunu istəyirsən onlara xəbər verim,istəmirsən
də xəbər vermiyim. Amma,mən sənə bunun təfsirini deyəcəm.
“Bu Möminlərin Əmiri Əli haqqındadır.Əli (r.a) buyurur ki,Allahın məndən
daha böyük bir ayəsi və məndən daha əzəmətli xəbəri yoxdur.” (“Kafi” c.1,səh 207)
“Kafi”də Səlimdən
nəql olunan hədisdə Əbu Cəfərdən bu ayəni soruşdular. “Sonra,
Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə
zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə
gedər. Böyük lütf də budur.”
İmam dedi: “Öndə gedənlər” İmamlardır,”orta yolu tutanlar” İmamı bilənlər,”özünə
zülm edənlər” isə İmamı bilməyənlərdir.” (“Kafi” c.1,səh 214)
“Kafi”də Əbu
Abdullahdan “İman gətirdikdən
sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər
də məhz onlardır.” ayəsi
haqqında dedi ki,bu Muhəmməd (s.a.s)-in
gətirdiyi imamların vilayətidir.Filankəsin vilayətinə filankəsinkini
qarışdırmazlar.” (“Kafi” c.1,səh
413)
“Kafi”də Əbu Cəfərdən rəvayyət olunur: “Allah
Peyğəmbərinə vəhy etdi: “Odur ki, sən özünə vəhy olunan ayələrə
sarıl! Əslində, sən düz yoldasan.” yəni,”sən Əlinin vilayəti üzərindəsən və Əlinin
yolu doğru yolun özüdür.” (“Kafi” c.1,səh 417)
“Mufəddəl ibn
Ömərdən nəql olunan rəvayyətdə deyilir: “Əbu Abdullahdan bu ayəni soruşdum. “Xeyr, siz
dünya həyatını olduqca üstün tutursunuz.”
Dedi: “Siz onların vilayətini (Əbu Bəkr,Ömər,Osman
və s.) üstün tutursuz. “Axirət isə daha xeyirli və daha sürəklidir.” və ona
dedi ki,Möminlərin Əmirinin yəni,Əlinin vilayətidir.” Həqiqətən də bu, əvvəlki
səhifələrdə bildirilmişdir,İbrahimin və Musanın səhifələrində.” (“Kafi”
c.1,səh 418)
Əbu Abdullahdan: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər şərik qoşsan, əməlin
puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” ayəsi və buna təfsir olaraq dedi ki,yəni vilayətdə əgər başqasını ona şərik qoşarsan əməlin boşa gedər.” (“Kafi” c.1,səh 427)
Əbu Abdullahdan: (Bu ayəni
oxuyub)“Doğrusu, bundan əvvəl Adəmə də
Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağa)
tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu”-(sonra imam dedi): “Allah and
olsun ki, Muhəmmədə (ayə) belə nazil olmuşdur” (“Kafi”c. 1,səh 416; Müqaisə
üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 729)
Əbu Abdullahdan: “(O) dedi: Ayə belə enib: “Hər kəs Allaha və Peyğəmbərinə Əli və imaların
vilayət məsələsində itaət etsə, böyük bir səadətə nail olar” (Əhzab 71) (“Kafi” c.1,səh 414; Müqaisə üçün Azərbaycan
dilində, “Mubahilə” tərəfindən, 2005 ildə
nəşr olunan “Usuli kafi” kitabında səh 724)
Əbu Cəfər dedi: “Cəbrayıl
bu ayəni Muhəmməd (s.a.s)-ə nazil etdi:
“Muhəmmədin ailəsinin haqqına zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər.
Biz də Muhəmmədin ailəsinin haqqına zülm edənlərə etdikləri günaha görə göydən əzab
göndərdik.”(“Kafi” c.1 səh 423-424)
Ayənin əsli belədir: “Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər Biz də zülm
edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.” (Bəqara 59)
“Kafi”də uzun bir hədisin
sonunda Muhəmməd ibn Fəzl imamdan soruşur: “Mən bu ayəni oxudum: “Müşriklərin dediklərinə səbir et və
onlardan xoşluqla uzaqlaş.Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə
tək burax və onlara bir az möhlət ver.”
(Muzəmmil 10-11)
İmam
dedi: “Yəni, sən səbr
et və onlardan xoşluqla uzaqlaş və ey Muhəmməd! Sənin İmamət vəsiyyətini
yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.”
Dedim ki,ayə bu şəkildə endirilmişdi? İmam: “Bəli,ayə bu şəkildə
nazil olmuşdu.”(“Kafi”
c.1,səh 432)
Allah Təala Şəms surəsində buyurur:
1.And olsun günəşə və
onun saçdığı şəfəqə!
2. And olsun ondan sonra zühur edən aya!
3. And olsun günəşi açıqlığa çıxardan gündüzə!
4. And olsun günəşi bürüyən gecəyə!
Furat əl Kufi ibn
Abbasa istinad edərək,aşağıdakı rəvayyəti nəql edir: “And olsun günəşə və onun
saçdığı şəfəqə!” bu Peyğəmbər (s.a.s)-dir. “And olsun ondan sonra zühur edən aya!” bu Əli ibn Əbu
Talibdir. “And olsun günəşi açıqlığa çıxardan gündüzə!” Həsən və Hüseynə işarədir.
“And olsun günəşi bürüyən gecəyə!” ayəsi isə bəni Umeyyəyə işarədir!”
Pis deyil?!
Allah Təala Yasin surəsində buyurur:
1.Ya. Sin.
2. And olsun hikmətli Qurana!
3. Həqiqətən, sən göndərilmiş elçilərdənsən,
4. doğru yoldasan.
5. Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil
edilmişdir ki,
6. ataları xəbərdar edilməmiş, özləri də qafil olan
bir tayfanı xəbərdar edəsən.
7. Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi.
Çünki onlar iman gətirmədilər.
8. Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş
zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır.
9. Biz onların önlərindən bir sədd, arxalarından da
başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı
görmürlər.
10. Sən onları qorxutsan da, qorxutmasan da, onlar
üçün eynidir, iman gətirməyəcəklər.
11. Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən
Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir
mükafatla müjdələ.
12. Həqiqətən, ölüləri dirildən, onların bu dünyada
törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda
(Lövhi-məhfuzda) qeydə almışıq.
Görəsən adi bir adam
burada imama işarənin harada olduğunu necə təyin edə bilər? Daha dəqiq desək,hansı
ayə imam haqqındadır? Güman edirəm ki,bu çətindir.Bunun üçün xüsusi şiə bəsirətinə
sahib olmaq lazımdır.
Muhəmməd
Əbul Həmsin əl İhsai “Nəcatul halikin” kitabında yazır: “Şiələrin yekdil rəyinə görə burada möminlərin əmirinin
vilayətinə dair aşkar dəlil vardır.”
Ayə budur: “Həqiqətən,
ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan
Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.”
“Açıq-aydın yazı”
sözündən qəsd olunan Əli (r.a)-dir.
Allah Təala Tin surəsində buyurur:
1.And olsun əncirə və zeytuna!
2. And olsun Sinay dağına!
3. And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!
4. Biz insanı ən gözəl surətdə yaratdıq!
5. Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin
dibinə) qaxacağıq.
6. İman gətirib xeyirxah işlər görənlər istisna
olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.
7. Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?
8. Məgər Allah hakimlərin ən üstünü deyilmi?
Şeyx Əbul Qasim Furat
ibn İbrahim ibn Furat əl Kufi “Təfsir Furat əl Kufi” adlı məşhur təfsirində
deyir: “İmam Musa ibn Cəfərdən nəql
olunur ki,o “And olsun əncirə və zeytuna!” ayəsi haqqında demişdir: “Bu Həsən və
Hüseyndir. ”And olsun Sinay dağına!” bu Əli ibn Əbu Talib, “And olsun bu təhlükəsiz
şəhərə (Məkkəyə)!” bu Peyğəmbər (s.a.s)-dir. “İman gətirib xeyirxah işlər görənlər
istisna olmaqla!” yəni,bu Əli ibn Əbu Talib və onun şiələridir. “Bundan sonra
dini yalanlamağa səni nə məcbur edir?” yəni Ey Muhəmməd! Əli ibn Əbu Talibin
vilayəti.”
Əli ibn İbrahim əl Qummi “Təfsir”ində bir qədər fərqli
izah gətirmişdir.”Əncir” bu Peyğəmbər
(s.a.s),”zeytun”isə möminlərin əmiridir. “Sinay dağı” bu Həsən və Hüseyndir. ”Təhlükəsiz
şəhər” isə imamlardır.”
Düşkünlük daşır.Əminəm,inanıram və bilirəm ki,Əhli
beyt imamları belə cəfəngiyyatdan uzaq idilər.
Allah Təala Nəhl surəsində buyurur:
68. Rəbbin bal arısına belə təlqin etdi:
"Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər
hör.
Zahirən adi bir ayədir ki,burada bizə çoxlu
faydaları olan bal arısından bəhs olunur. Şiə alimi Rəcəb əl Bursi “Möminlərin əmiri
haqqında nazil olmuş 500 ayə” kitabında “Mizan” və Qumminin təfsirlərinə
istinad edərək yazır:
“İmam Sadiq dedi: “Bu bizim haqqımızda nazil
olmuşdu.Biz arıyıq.Dağlar bizim şiələr,ağaclar möminlərdən olan
qadınlar,imamlar isə arıdır,Əli isə onların əmiridir!”
Allah Təala Bəqara surəsində buyurur:
26. Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə,
istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz iman gətirənlər
bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır küfr edənlər isə deyirlər:
"Bu məsəllə Allah nə demək istədi?" Halbuki, O bununla bir çoxlarını
azdırır və bir çoxlarını da haqq yoluna yönəldir Lakin O, bununla yalnız fasiqləri
yoldan çıxarır.”
Təfsir üçün qədim şiə
alimi olan Qumminin kitabına müraciər edək. Əbu Abdullahdan: “Burada Allah möminlərin əmiri baradə məsəl çəkir.Ağcaqanad
– bu möminlərin əmiridir,ondan üstün olan isə peyğəmbər (s.a.s)-dir.Buna dəlil
isə bu ayədir: “İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn
haqdır” yəni, (haqq) – möminlərin əmiri.”
Onlarda imam – arı və
ağcaqanaddır. Bu Qurana məsxərə deyildə,bəs nədir?!!! Peyğəmbər (s.a.s) və Əli
(r.a)-ni təhqir etməkdir!
Allah Təala Nəhl surəsində
buyurur:
90.Həqiqətən, Allah ədalətli
olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər
görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə
öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.
Şiə təfsir alimi Əyyaşi
məşhur təfsir kitabı “Təfsir Əyyaşi” (2/267-268) də yazır: “İmam Cəfər Sadiqdən sənədi ilə nəql olunur: “İmam “Allah ədalətli
olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir” ayəsi haqqında
buyurdu: “Ədalətli olmaq” yəni,Allahdan başqa ilah olmadığına şəhadət etmək,
“yaxşılıq etmək” yəni,möminlərin əmirinin vilayəti, “iyrənc işlər görməyi” yəni,burada
birinci nəzərdə tutulur, “pis əməllər törətməyi” burada ikinci, “azğınlıq etməyi”
burada isə üçüncü nəzərdə tutulur.”
Şiələrin ilk üç xəlifəyə
olan xüsusi “rəğbətini” nəzərə alaraq,söhbətin kimlərdən getdiyini təxmin etmək
çətin deyil.
Allah Təala Əraf surəsində buyurur:
44. Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər:
"Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin
sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?" Onlar: "Bəli!"–
deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir:
"Allahın lənəti olsun zalımlara!
45. O kəslərə ki, insanları Allah yolundan
sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər".
46. Hər iki tərəfin arasında pərdə və səddin üzərində
hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib:
"Sizə salam olsun!" deyəcəklər. Halbuki özləri çox istədikləri halda
hələ Cənnətə girməyəcəklər.
Kuleyni imam Cəfərin
46-cı ayə haqqında belə dediyini nəql edir: “Biz Ərafda olacağıq və bizlərə yardım edənləri üzlərindən
tanıyacağıq.” (“Kafi”səh 299, №469)
Allah Təala Bəqara surəsində buyurur:
269.Allah istədiyi kəsə
hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir.
Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.
Kuleyni imam Cəfərdən nəql
edir: “Burada məqsəd Allaha itaət və
imamı tanımaqdır.” (“Kafi” səh 300, №471)
Allah Təala Nəml surəsində
buyurur:
89. Hər kim yaxşı əməllə
gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən
uzaq olarlar.
90. Pis əməllə gələnlər
isə üzüstə oda atılarlar. Onlara deyilər: "Məgər siz ancaq etdiyiniz əməllərə
görə cəzalandırılmırsınızmı?"
Kuleyni Əli ibn Əbu
Talibin belə dediyini nəql edir: “Yaxşı əməllər”dən
qəsd olunan vilayətin təsdiqi və bizə məhəbbətdir.”Pis əməllər” dən məqsəd isə
vilayətin inkarı və bizə olan düşmənçilikdir.” (“Kafi” səh 300-301, №474)
Allah Təala Nisa surəsində
buyurur:
51. Kitabdan pay
verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir
kafirlər üçün də: "Bunlar möminlərdən daha doğru yoldadırlar"– deyirlər.
52. Onlar Allahın lənətlədiyi
kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan.
53. Yoxsa hökmranlıqdan
onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin
bir qırıntısını belə
verməzdilər.
54. Yoxsa onlar Allahın
Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz
İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və
onlara böyük bir səltənət vermişdik.
Kuleyni ayədə olan “onlara böyük bir səltənət vermişdik” sözləri haqqında imam Əbu Cəfərin
belə dediyini nəql edir: “Burada məqsəd
budur: “İnsanlara imamlara itaət etmək fərz olunmuşdur. (“Kafi” səh 303,
№478)
Şiə alimlərinin kitablarında Qurana belə məsxərə
nümunələri olduqca çoxdur.Müsbət mənalı vəya tərif edici elə bir ayə yoxdur
ki,onlar bunu imamlara nisbət etməsinlər.Mənfi mənalı və tənbeh edici ayələri
isə onlar səhabələrə nisbət edirlər.Aydındır ki,Qurana belə yanaşma müqabilində
onda istənilən hər bir şeyə dəlil tapmaq mümkündür.