Şiəliyin
Mehdisi Əbu Bəkr və Ömərə hədd cəzası tətbiq edəcək!?
Seyyid Muhəmməd Kazım əl Mehdi “minəl Mehdi iləz
Zuhur” adlı kitabında yazır: “Orada (Mədinə)
Mehdi bəzi işlər və bəzi icraatlar edəcəkdir.Bunlardan bəzisini qeyd edəcək olarsaq,bu bəzi qəbirlərin açılıb,cəsədlərin
çıxardılması və yandırılmasıdır.Biz burada bunun təfsilatına toxunmuruq.Biz sadəcə
ümumi olaraq,qeyd edirik.” (səh 541; “Muəssisətu İmam Hüseyn”nəşr. London)
Bu şiə müəllif
Mehdinin kimin qəbirlərini açdırıb,cəsədlərini yandıracağını yalan söyləyib,hiyləyi əmr edən təqiyyəyə əsasən
açıqlamamışdır.Onun qeyd etdiyi qəbirlər Əbu Bəkr və Ömərin qəbirləridir.Beləki, əllamə Əhməd ibn Zeynuddin əl Əhsayi “Rical”kitabında
(səh 186-187) bu qəbirlərin kimlərə aid olduğunu açıqlamışdır. “Həyatun nəs”
adlı kitabının 50-ci səhifəsində bu qəbirlərin Əbu Bəkr və Ömərin qəbirləri
olduqları bildirilir.Onları “Cibt” və “Tağut” deyə adlandırılır.Həmçinin, bunu
Mirzə Muhəmməd Mumin əl Əstərabadi “Rical”kitabında (səh 118), Nemətullah Cəzairi
“Ənvərun numaniyyə” (c.2,səh 89)-də və Zeynuddin Nəbati “Sıratul Mustəqim”
(c.2,səh 253) kitablarında qeyd etmişlər.
Bunu ətraflı izah edən şiə şairlərinin
şerləri də mövcuddur.Bu baradə daha ətraflı aşağıda bəhs ediləcəkdir.
Şiəliyin Mehdisi Şeybə
oğullarının əllərini kəsir.
Muhəmməd Kazım əl Qəzvini
“əl İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur” kitabında imam Sadiqdən aşağıdakı rəvayyəti
nəql edir: “Qaimimiz zühur etsə, Şeybə
oğullarını yaxalayar,əllərini kəsər və ətrafda dolaşdırardı.” Onlar “Allahın
oğrularıdır” deyilər....” (“əl
İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur”səh 539,London)
Bu qisim bir neçə rəvayyəti
kitabında nəql etdikdən sonra o yazır: “Şeybə
oğulları Kəbənin mühafizləri idilər və oranın açarı atadan oğula keçirdi.Onlar
Kəbəyə hədiyyə olaraq gətirilən hədiyyələri oğurlayardılar və onları istədikləri
kimi xərcləyərdilər.Ona görə də imam onları “oğrular” yəni,Allahın mallarını
oğruyanlar adlandırmışdır.”

