Siğə - müvəqqəti nigah

Allaha həmd sənalar olsun! Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmməd (s.a.s)-ə, ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun.
Bu yazıda Şiələrə görə Siğə,bunun Şiələr qatında dərəcəsindən bəhs ediləcəkdir.Yazıda bir çox kitablardan və məqalələrdən tərcümə edilmiş sitatlar və redaktə edilmiş yazılar təqdim olunur. Tərcümə və  redaktədə bir sıra Türk,Rus,Azəri dilində olan ədəbiyyatlardan istifadə edilmişdir. Bütün istifadə olunan mənbələr http://antirafizi.blogcu.com/kitablar bloqunda yerləşdirilmişdir. Oxucu müstəqil olaraq özü həmin kitablara müraciət edə bilər.


İslama qədər ərəblər günah və namussuzluq çirkabında çapalayırdılar. Bununla əlaqədar Müdrik Allah öz şəriətini tədricən, pis şeyləri bir-bir qadağan edə-edə göndərirdi. O zaman insanların imanı hələ o qədər güclü deyildi ki, bütün günahlardan birdən-birə əl çəksinlər. Məhz buna görə şəriət qanunlarının çoxu Mədinədə, Muhəmmədə (s.a.s) peyğəmbərlik veriləndən 13 il sonra, öz əshabələri ilə birlikdə köçdüyü şəhərdə nazil edilmişdir. Bu, Cahiliyyə dövrüdə geniş yayılmış müvəqqəti nigaha da adiddir. Rasulullah (s.a.s)  bu pozğun əlaqəni İlahidən hökm gəlməyincə qadağan etmirdi. Bu, Xeybər günü baş verdi. Peyğəmbər (s.a.s) bundan sonra bir dəfə də- Məkkənin fəthi günü- bunun Allahın iradəsiylə Qiyamətə qədər qadağan edildiyini e'lan etdi. Amma bu əməl içki kimi geniş yayılmamışdı və buna görə də bunun qadağan edilməsi haqda xəbər bütün insanlara çatmamışdıünki, əshabələr bu barədə az-az danışırdılar. Bə'zi müsəlmanlar Əbu Bəkrin və Ömərin (r.a) dövrlərində də bilməyərək müvəqqəti nigah bağlayırdılar. Bu barədə Müslümin (1405) «Əs-Səhih»ində xəbər verilir. Amma bu xəlifə Ömərin (r.a) vaxtı kütləvi hal aldıqda, xəlifənin özü və Peyğəmbər (s.a.)-in Əli bin Əbu Talib, Abdullah bin Ömər, Abdaullah bin Zübeyr (r.a)  kimi böyük əshabələri bunun icazə verildiyini deyənlərə qarşı kəskin mübarizəyə qalxaraq müsəlmanları bu cür dərin yanlışdan qurtardılar. 

Beləliklə, biz qeyd etdik ki, müvəqqəti nigah müqəddəs Qur'ana, Peyğəmbər (s.a.s)-in hədislərinə, onun əsahabələrini, o cümlədən Əli bin Əbu Talibin  (r.a) yekdil fikirlərinə, mö'min müsəlman alimlərin baxışlarına və sağlam insan təfəkkürünə ziddir.

Siğə nəslinin "zinadan dünyaya gəlmiş qızı ilə evlənməy" iftirasına cavab

 Allaha şərik qoşmağı, qəbirlərə ibadət etməyi, cinsi dəyişməyi,  körpəyə şəhvətlə yaxınlaşmağı, ana-bacılarını siğəyə verməyi İTTİFAQLA halal sayan rafizilər öz şübhələrindən birində deyirlər ki, guya İslam dini zinadan doğulan qızla nikah bağlamağı icazəli saymışdır. Bunun təsdiqi üçün bidət əhli İmam Qurtubinin sözünü dəlil gətirmişlər.
İmam Qurtubi buyurur: “Hər kim bir qadınla zina edərsə və sonradan Onun anası və ya qızı ilə nikah bağlamaq istəyərsə, bu Onun üçün haram deyildir. Bəzi tayfalar isə, haram hesab etmişlər.” 5.115 Biz bu məsələni təfsilatı ilə izah edəcəyik.

1-ci məsələ-Bir kişi bir qadınla zina etsə və O qadının qızı olduğu halda, yəni qadının qızı olduğu halda, Onunla zina etsə və sonradan Onun qızı ilə nikah bağlaya bilərmi? Yəni qızın anası ilə zina etdikdən sonra, O qızla nikah bağlaya bilərmi? 
Bu barədə Alimlər iki məzhəbə ayrılmışlar:

1-ci-Onunla evlənmək caiz deyildir

2-ci Onunla evlənmək caizdir.
Qurtubi bu barədə buyurur, necə ki, şübhə atanlar Qurtubinin məhs bu sözündən istifadə etmişlər. Qurtubi buyurur: “Hər kim bir qadınla zina edərsə və sonradan Onun anası və ya qızı ilə nikah bağlamaq istəyərsə, bu Onun üçün haram deyildir. Bəzi tayfalar isə, haram hesab etmişlər.” 5.115

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir