1.Əhli Sünnətin
yanında təqiyyə ilə əməl etməməyin haram olması.
Onlar özlərindən
olan kimsələrin zərərini dəf etmək və intiqam almaq üçün Əhli Sünnə
sultanlarının xidmətinə can atmışlar.Məzhəbləri buna onları təşviq edir.Hurr
Amili Muhəmməd ibn Əli ibn İsanın imam Əbul Həsənə Abbasi xəlifələrinin xidmətinə
girməsi haqqında yazdığı məktubu nəql edir: “Təhlükə olmadığı müddətcə Allah üzrü qəbul edəndir.Bunun əksi isə məkruhdur….Ona
mənə verdiyi sualın cavabında yazdım: “Mənim onların əmrinə girmək haqqında
fikrim,düşmənin başına bəla gətirmək və onlara yaxınlaşıb,intiqam almaqdan
yanadır.Kim belə bir şey edərsə,haram iş görməz,əksinə savab və əcir qazanar.” (“Vəsailuş şia” 12/137)
Abbasi
oğullarının xidmətinə girməklə, məqsədin onların başına bəla gətirib,intiqam
almaq olduğuna dair imamın sözlərinə diqqət edin!
Hurr Amili Səfvan
ibn Mehran əl Cəmaldan nəql edir: “İmam
Əli ibn Əbul Həsənin yanına girdim.Ey Səfvan! Səndə olan hər şey xoş və gözəldir,bir
şeydən başqa…dedi.Sənə fəda olum,o nədir? dedim. İmam dedi: “Dəvələrini bu
adama (xəlifə Harun ər Rəşid) kirayə verirsən.” Səfvan dedi: “Vallahi,ona
sevinc və əylənmək qəsdi ilə verməmişəm…..” Mənə dedi: “Kirayəni ödəyənə qədər
onlarla qalmaq istəyirsən?” Dedim: “Bəli” Dedi: “Kim onlarla olarsa,onlardandır
və gedəcəyi yer oddur.” Səfvan dedi: “Getdim və dəvələrimin hamısını satdım.Bu
xəbər xəlifənin qulağına çatdıqda məni çağırdı və dedi: “Ey Səfvan! Qulağıma
çatdığına görə dəvələrini satmısan.Mən sənə bu fikrin kim tərəfindən
verildiyini bilirəm.Bu fikri sənə Musa ibn Cəfər verib.” Dedim: “Musa ibn Cəfərdən
mənə nə!” O,dedi: “Vallahi,əgər yaxşı dostluğun olmasa idi səni öldürərdim.”
(“Vəsailuş şia” 12/131)
2. Əhli Sünnətin
ölülərinə cənazə namazı zamanı lənət oxumaları
Şeyx
Mufid “əl Muğniyyə”kitabında yazır: “Möminlərdən
heç kəsə vilayət məsələsində haqqa müxalif olanların cənazələrinin yuyulmasında
və namazlarında iştirak etmələrinə icazə verilmir.Bunu yalnız zərurət halında təqiyyə
edərək etmək olar.....Cənazə namazında ona lənət oxumaq və onun üçün dua etməmək
lazımdır.” (səh 85,Muəsəsat nəşri
İslami,Qum)
