Şiəliyin gizli tərəfləri


   Ön söz

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edir, Onu köməyə çağırır, Ondan bağışlan­ma və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi va səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun. Möhtərəm oxuculara təqdim olunan bu risalənin qələmə alınmasında əsasən  şeyx əl Məvsulinin türk dilinə tərcümə olunmuş “Aldanmayalım” kitabından istifadə edilmişdir.Risalədə bir çox digər mənbələrdən də istifadə edilmişdir.Onların sırasında möhtərəm qardaşımız Əbu Əli Abdullahın rus dilində qələmə aldığı “Не обманитесь” risaləsini göstərmək olar.Həmçinin, ”Kurana dil uzatanları tanıyalım” kitabından və digər qaynaqlardan da istifadə olunmuşdur.Eyni zamanda qeyd etmək lazımdır ki,risalədə olan bir çox məsələlər daha ətraflı olaraq Antirafizi bloqunda təqdim olunmuşdur.Ümid edirəm ki,bu risalə müsəlmanlara haqqın araşdırılmasında faydalı olacaqdır.
                                      
                                                                                                                                       Burhan

Şiələrə görə təqiyyə

Şiəliyə görə təqiyyə və etiqadlarını gizlətmələri

İlk öncə təqiyyə məfhumunu açıqlamaq yerinə düşərdi.
Uca Allah Quranda buyurur:
“Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.” (Ali İmran 28)

Rafizilərin İslam və müsəlmanlar haqqındakı inanc əsasları


 On iki imamın vilayətinə etiqad və ona inanmayanların təkfir edilməsi.

Həqiqətən, şiəlik yəhudilikdən çoxlu miraslar almışdır və bu adi sözlər deyil.Axı, yəhudilərdən başqa kim digər millətlərə,dinlərə və irqlərə belə kinlə yanaşır?
Şiələr imamətin dinin əsasından olduğuna və Peyğəmbər (s.a.s)-in 12 imamı nassla təyin etdiyinə etiqad edirlər.İlk öncə vilayətin dəyəri haqqında onların rəvayyətlərinə nəzər salaq.Mühəddis və alimləri bu məşhur rəvayyəti nəql edirlər:

 “İslam Allahdan başqa ilah yoxdur,Muhəmməd onun elçisidir şəhadət kəlməsi,namaz qılmaq,zəkat vermək,Ramazanda oruc tutmaq,həcc etmək və Əli ibn Əbu Talibin vilayətinə iman etməkdən ibarətdir.”  (“Kafi” 2/18,21,22,32; Şeyx Səduq səh 221,279,510; “Rical Kəşşi” səh 356; “Təfsir Əyyaşi” 2/117; Tusi 4/151; “Biharul ənvar” 10/393, 23/69, 27/103; Mufid səh 209; “Vəsailuş şia” 1/13; Təbərsi 1/71 və s.)
Göründüyü kimi bu rəvayyət şiə kitablarında mütəvatirdir.Heç bir Əhli Sünnə mənsubu Əli (r.a)-nin vilayətini dinin əsası kimi qəbul etmir.Yəni,Əhli Sünnə şiələrə görə İslamın əsaslarından birini inkar edir.

Kuleyni Zürarədən rəvayyət edir ki,imam Əbu Cəfər demişdir: "Islam beş şey üzərində bina olmuşdur: Namaz, zəkat, həcc, oruc və vilayət".Zurarə soruşmuşdur: "Bunlardan hansı daha üstündür?" O demişdir: "Vilayət" (“Kafi" 2/18;Tehran;“Biharul ənvar” 68/332; “Vəsailuş şia”1/13 və s)

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir