Həqiqətən, şiəlik yəhudilikdən çoxlu miraslar almışdır və bu adi sözlər
deyil.Axı, yəhudilərdən başqa kim digər millətlərə,dinlərə və irqlərə belə kinlə
yanaşır?
Şiələr imamətin
dinin əsasından olduğuna və Peyğəmbər (s.a.s)-in 12 imamı nassla təyin etdiyinə
etiqad edirlər.İlk öncə vilayətin dəyəri haqqında onların rəvayyətlərinə nəzər
salaq.Mühəddis və alimləri bu məşhur rəvayyəti nəql edirlər:
“İslam Allahdan başqa ilah yoxdur,Muhəmməd
onun elçisidir şəhadət kəlməsi,namaz qılmaq,zəkat vermək,Ramazanda oruc
tutmaq,həcc etmək və Əli ibn Əbu Talibin vilayətinə iman etməkdən ibarətdir.” (“Kafi” 2/18,21,22,32; Şeyx Səduq səh 221,279,510; “Rical Kəşşi” səh 356; “Təfsir
Əyyaşi” 2/117; Tusi 4/151; “Biharul ənvar” 10/393, 23/69, 27/103; Mufid səh 209; “Vəsailuş şia” 1/13; Təbərsi 1/71 və
s.)
Göründüyü kimi bu rəvayyət şiə kitablarında
mütəvatirdir.Heç bir Əhli Sünnə mənsubu Əli (r.a)-nin vilayətini dinin əsası kimi
qəbul etmir.Yəni,Əhli Sünnə şiələrə görə İslamın əsaslarından birini inkar
edir.
Kuleyni Zürarədən rəvayyət
edir ki,imam Əbu Cəfər demişdir: "Islam
beş şey üzərində bina olmuşdur: Namaz, zəkat, həcc, oruc və vilayət".Zurarə
soruşmuşdur: "Bunlardan hansı daha üstündür?" O demişdir: "Vilayət" (“Kafi" 2/18;Tehran;“Biharul ənvar” 68/332; “Vəsailuş
şia”1/13 və s)
İmam Rzadan nəql edirlər ki,o demişdir: “Vilayət bütün peyğəmbərlərin
kitablarında yazılmışdır.” (“Kafi” 1/437; ”Biharul ənvar”
11/60; Şeyx Tusi “Əməli” səh 681)
İndi isə şiələrin
inanclarını paylaşmayanlar haqqında nə düşündüyünə nəzər yetirək:
İlk öncə
onların imamlarının sözlərini qeyd edək.
Muhəmməd
ibn İbrahim ən Numani “Qeybə ən Numani” kitabında imam Cəfərdən rəvayyət edir: “Hər kim Allah tərəfindən təyin olunmamış
imamı Allah tərəfindən təyin olunmuş imama tay görərsə,o müşrikdir.” (“Qeybə ən Numani” fəsil 7; hədis 8)
İbn Babaveyh əl Qummi
(Şeyx Səduq) “Əməli” kitabında Peyğəmbər (s.a.s)-dən belə bir hədis rəvayyət
edir: “Məndən sonra kim Əliyə qarşı
olarsa o kafirdir və kim ona şərik qoşarsa o müşrikdir.” (fəsil 3,səh 19,hədis 6)
Yəni,şiələrə görə kim idarə etmədə,xilafətdə Əli (r.a)
ilə yanaşı başqasını hakim görərsə,o müşrikdir.
İbn Babaveyh
həmçinin,
Peyğəmbər (s.a.s)-dən rəvayyət edir: “Məndən
sonra hər kim Əlinin imamətini inkar edərsə,sanki mənim sağlığımda peyğəmbərliyimi
inkar etmiş kimidir və hər kim ki,mənim peyğəmbərliyimi inkar edərsə,o Allahı
inkar etmiş kimidir.” (“Əməli” səh 656,hədis 5)
Kuleyni
“Kafi” kitabında imamdan hədis rəvayyət edərək yazır: “İmam dedi: “Məhşər günü Allah onlarla danışmayacaq,onları təmizləməyəcək
və onlara şiddətli əzab vardır.”Bunu üç dəfə söylədi.Daha sonra buyurdu: “Bu o
kimsələrdir ki,imam olmadığı halda Allahın iradəsi ilə imam olduqlarını söyləyir
və ilahi əmrlə təyin olunmuş imamı inkar edirlər.Onlar o kimsələrdir ki,bu
iki nəfərin İslamda nəsibi olduqlarını düşünürlər.” (“Kafi” 1/373)
Bu
hədisi Behbudi səhih hesab etmişdir. Şiələrin “Əbu Bəkr və Ömərə olan məhəbbətlərini”
nəzərə alaraq,bu iki nəfərin kim olduğunu təxmin etmək çətin deyil.
Kuleyni Əbu Cəfərdən rəvayyət edir: “İmama iman etməyənin ölümü küfr və münafiq
ölümüdür.” (“Kafi” 1/375)
Məclisi və Behbudiyə görə
hədis səhihdir.
Zarihin nəql etdiyinə
görə o Əbu Abdullahdan Peyğəmbər (s.a.s)-dən sonra olan imamlar baradə
soruşur.İmam cavabında deyir: “İlk öncə
imam möminlərin əmiri Əli ibn Əbu Talib idi.Sonra Həsən,Hüseyn,sonra Muhəmməd
ibn Əli oldu və kim bunu inkar etsə Allahı və onu peyğəmbərini inkar etmiş
olar.” (“Kafi” səh 295,hədis 465)
Kuleyni Əbu Cəfərdən rəvayyət edir: “İmama iman etməyənin ölümü küfr və münafiq
ölümüdür.”
(“Kafi” 1/375)
Məclisi və Behbudiyə görə
hədis səhihdir.
Biz “zavallı” müsəlmanlar
isə hesab edirik ki,bu ümmətin ilk xəlifəsi Əbu Bəkr (r.a),sonra Ömər (r.a),sonra
Osman (r.a),sonra isə Əli ibn Əbu Talib (r.a) olmuşdur.Bu rəvayyətlərə görə biz
onsuzda Allah və onun elçisini inkar etmiş kimiyik!
Kuleyni rəvayyət edir: “Abdullah ibn Yəfur nəql edir ki, bir dəfə mən Əbu
Abdullaha dedim: “Mən adamlarla ünsiyyətdə olanda sizinlə deyil,filan-filan
adamlarla yaxınlıq edən bəzi adamlarda etibar,doğruculluq,vəfa olduğuna,sizinlə
yaxınlıq edən bəzi adamlarda isə bunların olmadığına çox təəccüblənirəm.” Bunu
eşidən Əbu Abdullah qəzəblə mənim üzümə baxıb dedi: “Allahdan gəlməyən imama
yaxınlıq etməklə Allaha inanan adamın dini yoxdur.” (“Kafi” c.1, səh 237, Hindistan çapı)
Numani imam
Cəfərdən
imamın birini qəbul edib,digərini inkar edən bir adam haqqında demişdir: “Onun misli İsa (ə)-nı qəbul edib,Muhəmməd
(s.a.s)-i inkar edən vəya Muhəmməd (s.a.s)-i qəbul edib,İsa (ə)-nı inkar etmiş
kimidir.” (“Qeybə ən Numani” fəsil
5; hədis 4)
Bu
rəvayyət guya bizləri küfrdə ittiham etmədikləri bəhanələrini heçə endirir.Biz
axı Əli (r.a)-ni yalnız dördüncü xəlifə olaraq,qəbul edirik.Əhli Sünnədən heç kəs
Əlidən sonra yalnız onun nəslinin hakim olmalı olduğunu iddia etmir.Bundan əlavə
biz nəinki,12-ci imamı qəbul etmir,ümumiyyətlə onun mövcud olmadığını bilirik.
Onlar Əbu Cəfərdən nəql edirlər: “Kim
Allahı və biz Əhli beyti tanımazsa,o Allahdan qeyrisinə ibadət etmiş sayılır.” (“Kafi”
c.1,səh 294,hədis 464)
Həmçinin, Əbu
Abdullahdan: “Kim bizi təsdiq etsə
mömin,kim bizi inkar etsə kafirdir.” (“Kafi” c.1,səh 305,hədis 485)
Seyyid Şübbar İmam
Rzadan rəvayyət edir: “İslamda bizdən və bizim şiələrdən başqası
yoxdur.” (“Şərhul ziyarətul camiə” səh
26)
Kuleyni bu sözləri
imama isnad edir: “İnsanlar üç qismə bölünür: Alimlər,öyrənən tələbələr və artıqlar.Biz
Əhli beyt imamları alimlərik,bizim şiələr tələbələr,digər artıq insanlar isə
zibildirlər.”
(“Kafi” c.1,səh 51-52,hədis 4 (56)
İmam bu sözlərdən
uzaqdır! Yəhudilər kimi dünyanı özünkülərə və əcnəbilərə ayırmaq yalnız
etiqadlarını yalandan imamlara isnad edən rafizilərə xasdır.
Baxaq görək onların
alimləri nə deyir: “Şiəlik baxımından əqidəvi məsələlər” kitabında Rza Müzəffər yazır:
“Hər kim ki,müctəhidi qəbul etmir və ya inkar
edir,dolayısı ilə imamı və Allahı da qəbul etməyib inkar etmiş olur.Bu imam
Sadiqin sözlərinə görə şirkə bərabər vəya Allahın təkliyini inkar etmək
kimidir.”(“Müctəhidlər” fəsili)
Seyyid Şübbar yazır: “Sizi və sizin imaməti inkar edənlər
kafirdirlər.İmamlara müxalif olanların
(yəni, Əhli Sünnənin) küfrünə dəlalət edən rəvayyətlər və xəbərlər
mövcüddur.Onları cəm etmək üçün müstəqil bir kitaba ehtiyyac vardır. Müxaliflərin
küfrünə hökm verən xəbərləri və imamların onlarla rəftarını vəsf edən rəvayyətləri
cəm etsək, zəruri olaraq deməliyik ki, imaların müxalifləri kafirdilər və axirətdə
cəhənnəmdə olacaqlar” (“Camiə kəbirə
ziyarətinin şərhi” səh 124-125, Azərbaycan dilində)
Bu kitabda (111-ci səhifədə) müəllif Həsən əl Bəsri və onun ardıcıllarını
şiələrə müxalif olanlardan hesab edir.
Ayətullah Şübbar yazır: “Əgər tövhidə etiqad vilayətə etiqad ilə birgə olmasa Allah Təalə onu
heç kəsdən qəbul etməz. Xəbərlərin bəzilərində varid olmuşdur ki, imamların
müxalifləri (yəni Əhli Sünnə) müşrikdirlər. Qiyamət günü tövhid kəlməsi,
imamların ardinca getməyənlərdən götürüləcəkdir”(“Çəmiə kəbirə” ziyarətin şərhi,
səhifə 99)
Qeyd etdiyimiz kimi müəllif müxaliflər dedikdə Həsən Bəsri və
ardıcıllarını da nəzərdə tutur.
Şübbar yazır: “Allahın qəzəbi sizin vilayət,imamət və xilafətinizi inkar edənlərin üzərinə
olsun ki,bu ən böyük əzabdır.” (“Camiə-Kəbirə
ziyarətinin şərhi” səh 156)
Muhəmməd
ibn İbrahim ən Numani yazır: “Yuxarıda gətirilən
rəvayyətlər dəlalət edir ki,imam baradə şübhəyə düşən vəya onu qəbul etməyən hər
kəs küfrə,nifaqa,şirkə düşür.Belə adamın ölümü cahiliyyə ölümü kimidir.” (“Qeybə ən Numani” fəsil 7,son hissə)
Şeyx Səduq adı ilə məşhur olan Muhəmməd ibn Əli ibn
Hüseyn ibn Babaveyh əl Qummi yazır:
“Bizim etiqadımızdandır ki, Əli (a.s)-nin və ondan sonra gələn
imamların imamətini inkar edən, sanki bütün peyğəmbərləri inkar etmiş kimidir.
Əmirəlmöminini qəbul edib, imamlardan birini inkar edən, sanki bütün peyğəmbərləri
qəbul edib, Muhammadı (s.a.s) isə inkar etmiş kimidir”.
(“Etiqad” səh 103-104; Həmçinin, Müfid “Etiqad” səh
104)
Eyni səhifədə imam Sadiqdən nəql edir: “Bizim sonuncumuzu inkar edən
ilkimizi inkar etmiş kimidir.”
Səduq “əl Hidayə” kitabı
4-cü fəsildə 12 imama etiqadın zərurətlərindən danışarkən yazır:
“Zəruridir ki,özünü Allah qarşısında 4 bütdən,4 qadından və onların
bütün tərəfdarları və ardıcıllarından təmizləyəsən.Onlar Allahın və Peyğəmbərinin
düşmənləri və Allahın ən şərli məxluqatıdırlar....Biz inanırıq
ki,açıqladıqlarımıza və bundan bəzilərinə müxalif olanlar haqq yoldan qeyri bir
yoldadırlar.O,doğru yoldan uzaq düşmüşdür və biz ondan,kimliyindən və milliyətindən
asılı olmayaraq uzağıq.Biz onu sevmir və ona yardım etmirik.Biz ona malımızdan
zəkat vermirik....
Biz hesab edirik ki,onun şəhadəti qəbul edilməməli,onun arxasında
namaz qılınmamalıdır.Bu xüsus seçim imkanı olan hallara xasdır.Təqiyyəyə gəldikdə
isə,bu halda onlara zəkat və s.vermək olar və biz onların arxasında ehtiyyat
üçün namaz qılırıq.”
Əllamələri Muttəhar əl Hilli kitabında belə yazır: “İmamət ümumi bir lütfdür.Nübuvvət isə
xüsusi bir lütfdür.Ümumi olan lütfün inkar edilməsi xüsusi lütfün inkar edilməsindən
daha pisdir.Imam Sadiqin də imaməti bir əsas olaraq inkar edənlərin ən şərli
adamlar olduğu haqqında sözləri buna dəlildir.” (“əl Əlfeyn fi İmaməti Əli
bin Əbu Talib” səh 13, Beyrut,1982-ci il)
Muhəmməd Rza Müzəffər
yazır: “Biz etiqad edirik ki,İmamət dini
prinsiplərdən biridir ki,bunsuz müsəlmanın imanı tam olmaz.”(“Əqidətul imamiyyə” səh 59)
Muhəmməd Rza Müzəffər elə
bu səhifədə yazır: ”...İmamət Nübuvvət
kimi Allahın nemətlərindəndir.Ona görə də hər zaman imam və rəhbər olmalıdır
ki,insanları Peyğəmbər əvəzinə dünya və axirət işlərində yönləndirsin.Bu imam
Peyğəmbər kimi dünyanın rəhbəridir.O,hikmətlə cəmiyyəti idarə edir,ədaləti bərpa
edir,zülmü və haqqsızlığı aradan götürür.”
Xomeyni daha dürüst
olaraq yazır: “Vilayətsiz Allaha və Peyğəmbərlərə
iman qəbul edilməz.” (“40 hədisin
şərhi” səh 485,33-cü hədisin şərhində)
Xomeyninin bu sözlərini də qeyd etmək
yerinə düşərdi: “Kəşful Əsrar” kitabında deyir: ”Hədisin
əvvəlində də isbat etdiyimiz kimi Peyğəmbər (s.a.s)-in Quranda imamət bəhsini
açıqlamamasının səbəbi özündən sonra Quranın təhrif edilməsindən qorxması və
müsəlmanlar arasında ixtilafların şiddətlənib,bunun da İslama təsir etməsidir.Əgər
Peyğəmbər (s.a.s) Allahın İmamət baradə ona vəhy etdiyini təbliğ etsəydi İslam ərazilərində
müsəlmanlar arasında bu ixtilaflar və münaqişələr baş verməzdi.” (“Kəşful
Əsrar” səh 149-155)
Kimsə deyə bilər ki,bu fikir Xomeyninin şəxsi
fikridir? Cavab olaraq deyirik ki,bunlar mötəbər kitabları olan “Kafi”də nəql
olunub.
“Adamın
biri Əli ibn
Əbu Talibə “mənə bu elmdən bəhs et.Niyə ortaya çıxmır?”dedi.İmam dedi: Əgər
Allah onunla imanları imtahan etməyəcəksə elminin üzərinə zühur etməkdən çəkinər.
Hətta,deyildi ki, “Sənə buyurulanı
açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.” (Hicr 92)
Allah burada açıqlamışdır ki,əgər bundan öncə açıqlasa idi özü üçün
daha yaxşı olardı.Fəqət,Rəsul itaətdə oldu,ixtilaflardan qorxub,əlini bu işdən
çəkdi.” (“Kafi” c.1,səh 243)
Abdullah Şubbar yazır: “Əgər tövhidə etiqad Vilayətlə bir arada
olmazsa Allah bu imanı heç kəsdən qəbul etməz.” (“Şərhul ziyarətul camiə” səh
99)
Yusif əl Bəhrani isə belə
yazır: “Vay olsun! Dinin əsaslarından
olan imamlara inanmayanın küfrü ilə Allaha və Peyğəmbərlərinə inanmayanların
küfrü arasında nə fərq var?” (“Həqaiq ən nadira fi əhkamu itrəti təhira” c.18,səh
153,Beyrut)
Feyz
Kəşani adı ilə məşhur olan Muhəmməd Muhsin kitabında yazır: ”İmamlardan birini inkar edən bütün peyğəmbərlərin
nübuvvətini inkar etmiş kimidir.” (“Minhəcun
nəcat” səh 48, “Darul İslamiyyə nəşr” Beyrut 1987)
Əllamə
Məclisi yazır: “Kafir,müşrik termininin
möminlərin əmiri və ondan sonra gələn varislərinin imamətinə inanmayan və
onların fəzilətini digər insanlardan üstün hesab etməyənlər haqqında varid
olması dəlalət edir ki,bu insanlar cəhənnəmdə əbədi qalacaqlar.” (“Biharul ənvar” 23/390)
Şiəliyə
qarşı xoş münasibət bəsləyənlər elə bu şiələrin özlərinə görə əbəbi cəhənnəm
sakinləridir.İbrət alan varmı?!
Muhəmməd Həsən ən Nəcəfi yazır: “Haqq əhlinə müxalif olan bizim icmamıza
görə kafirdir.” (“Cəvahirul kəlam” 6/62 “Darul ihyait turasil ərabi” nəş.
Beyrut)
Vilayəti yəni, imaməti qəbul
etməyənlərin icma ilə kafir olması iddialarına diqqət edin! Onlara görə Əhli
Sünnə icmayla kafir hökmündədir. Hakim ləqəbli Muhsin Təbatəbai müxaliflərin
icmayla kafir hökmündə olduğunu qeyd etmişdir.Bu “Mustəmsiqul urvətul vusqa” (1/392) kitabında
mövcuddur.
Ayətullah
şeyx Abdullah əl Məmqani “Tənqihul məqal” kitabında yazır: “Xəbərlərdən hasil olan son nəticəyə görə 12 imami məzhəbinə aid
olmayan hər kəs Qiyamət günü kafir və müşrik qismində olacaqdır.” (c.1,səh 208; ”Babul Fəvaid”,Nəcəf 1952)
Ayətullah
Seyyid Muhəmməd Şirazi “əl Fiqh”kitabı “təharət” babında yazır: “ Şiələrin 12 imamilərdən başqa digər firqələrinə
gəldikdə isə xəbərlərin əksəriyyəti onların kafir olmasını təsdiq edir.Rəvayyətlər
təsdiq edir ki,imamı inkar edən “Allah üçdən biridir” deyən kimidir...”
Mühəddis və böyük alimləri
olan Abbas Qummi deyir: “Axirətin dəhşətli
mənzillərindən biri də siratdır...Axirətdə ki,bu sirat dünyadakı haqq din,vilayət
yolu,möminlərin əmiri və onun pak zürriyyətinə
tabe olunmuş “sıratu mustəqim”in bir digər halıdır.Bu yoldan uzaq
olub,söz və hərəkətlə batilə meyl edən hər kəsin ayağı sürüşəcək və cəhənnəmə
varid olacaqdır.” (“Mənazilul axirə”səh 149)
Eyni kitabda (səh 150) Abbas Qummi əllamə
Məclisinin belə dediyini yazır: “Bu maneələrin
hər biri siratın üzərindədir.Bunlardan birinin adı da Vilayətdir.Bunun önündə
bütün insanlar dayandırılacaq və möminlərin əmiri və ondan sonrakı imamlar
baradə sorğu sual olunacaqlar. Vilayəti bu dünyada təsdiq edənlər xilas
olacaqlar.Təsdiq etməyənlər isə orada qalar və oda düşər.” “Onları
dayandırın, çünki onlar sorğu-sual olunacaqlar" ayəsində deyildiyi kimi.”
Ayətullah
Əbul Qasim əl Xoyi “Kitab əl təhara” kitabında yazır: “Düzgün rəyy bu olardı ki,imami məzhəbinə müxalif olanlar zahirən təmiz
və İslamdadırlar.Bu məsələdə onlar ilə müxaliflər arasında heç bir fərq
yoxdur.Əslində isə onlar hamısı küfr əhlidirlər.Onlar o kimsələrdir ki,bu
dünyada müsəlman,axirətdə isə kafirlər olaraq adlandırır.” (c.2,səh 87)
Ayətullah uzma Ruhullah əl Musəvi
Xomeyni Muhəmməd ibn Muslim əs Səqəfinin belə dediyini rəvayyət edir: “İmam Baqirə “Ancaq tövbə
edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini
yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (Furqan 70) ayəsi
haqqında sual soruşdum.
İmam dedi: “Günahkar mömin Qiyamət günü haqq-hesab yerinə gətirilər.Hesabını
Allah Təala özü aparar və heç kəsi də buna şahid tutmaz.O qula günahları onun
bunları etiraf etməsinə qədər göstərilər.Qul bunları etiraf edincə Allah Təala
yazı yazanlara “bu günahları yaxşı əməllərlə əvəz edin və insanlara göstərin”
deyər. İnsanlar “bu qulun heç bir günahı yoxdur” deyərlər.Sonra Allah Cənnətə əmr
edər.
Ayənin təvili belədir.Bu ayə xüsusi ilə bizim şiələrdən olan
günahkarlar haqqındadır.” (“əl Ərbainə
hadisən” səh 510-511,Beyrut,1991-ci il)
Xomeyni bu rəvayyətin şərhində
yazır: “Məlumdur ki,bu yalnız Əhli beyt
şiəsinə məxsusdur.Digər insanlar bundan məhrumdurlar.Çünki,iman ancaq Əli və
onun məsum,pak vəsiləri vasitəsi ilə mövcud ola bilər.Hətta,bir sonrakı yerdə
qeyd edəcəyimiz kimi Allah və Rəsulu vilayətsiz imanı qəbul etməzlər.”
Xomeyni 512-ci səhifədə yazır: “Vilayət və onu qəbul etməyənin imanının qəbul
edilməyəcəyi məsələsi müqəddəs şiə məzhəbinin zəruriyyətlərindəndir.Bu mövzu ilə
bağlı xəbərlər mütəvatir səviyyəsindən də üstün dərəcədədir.Bu kitab bu xəbərlərdən
bəzilərini açıqlayır.”
Kitabın 513-cü səhifəsində isə Xomeyni
bunu belə açıqlayır: “Bu məna ilə bağlı
xəbərlər çoxsaylıdır.Ümumi çıxan nəticəyə görə Əhli beytə vilayət Allah Təala
qatında əməllərin qəbul edilməsi üçün şərtdir.Hətta,bu Allah və Elçisinə imanın
qəbul edilməsi üçün də əsas şərtdir.”
Ayətullah Əbul Qasim əl Xoyi yazır: “Onların (müxaliflərin) küfründə heç bir şübhə
yoxdur. Çünki,vilayətin və imamların birinin belə inkar edilməsi,imamlardan
başqasının xilafətinə inanılması və s.bunlar küfrü və zındıq olmağı zəruri edən
amillərdir.Vilayəti inkar edənin küfrü barasində ki, zahiri mütəvatir xəbərlər
buna dəlalət edir.” ( “Misbahul fuqəha” 2/11,Beyrut)
Bir sonrakı səhifədə
Xoyi yazır: “Bizimlə müxaliflər arasında
nə qardaşlıq nə də ismət ola bilməz.”
Şeyxləri
Kamil Süleyman kitabında Peyğəmbər (s.a.s)-in guya belə dediyini nəql edir: “Mənim Əhli beytimdən olan 12 nəfərə Allah
mənim fəhmimi vermişdir....Onlar mənim xəlifələrim, vasilərim, övladlarım və
itrətimdir.Kim onlara itaət edərsə mənə itaət etmiş,kim də onlara asi olarsa,mənə
asi olmuş olar. Kim onları vəya onlardan birini inkar edərsə,məni inkar etmiş
olar...” (“Yəvmul ixlas fi zillil qaimil Mehdi” səh 45,Beyrut)
Müasir bu şiə
müəllifi bir öncəki səhifədə Peyğəmbər (s.a.s)-in belə buyurduğunu nəql edir: “Onları yəni,12 imamı təsdiq edən mömin,inkar
edən isə kafirdir.”
Yusif əl Bəhrani yazır: “əş Şihabus saqib” kitabında tədqiq
etdiyimiz kimi müxaliflərin kafir olmasını və onların İslamdan heç bir nəsibi
olmamasını öyrənmiş oldun.” (“Həqaiq ən nadira fi əhkamu itrəti təhira” c.18,səh
53)
Məşhur alimləri şeyx
Abdullah Şübbar kitabında yazır: “İnad və
təəsüb göstərməyən digər müxaliflər haqqında isə seyyid Murtəza kimi bütün İmamiyyə
alimləri onların dünya və axirətdə kafir olduğu fikrindədirlər.Əksəriyyətin üzərində
ittifaq etdiyi ən məşhur rəyə görə onlar axirətdə əbədiyyən kafir olan kimsələrdir.”
(“Haqqul Yəqin” 2/188,Beyrut)
Şeyx
Mufid deyir: “Şiələr imamlardan hər
hansı birini inkar edən və ya onlardan birinə itaət etməyi qəbul etməyənin
kafir olacağı və cəhənnəmdə əbədi qalacağı məsələsində icma etmişlər.”
(Mufid “Məsail”; Məclisi “Biharul ənvar” c.23,səh 390-391)
Şeyx Musa
Carullah Türkistani kitabında belə yazır: “Şiə
kitablarını oxuduğum zaman onların ən böyük düşməninin Əhli Sünnət olduğunu
görür,buna heyrət və təəsüf edirdim.Bütün şiə təbəqələrinin düşmənçilik ruhu ilə yetişməsini öz gözlərimlə gördüm.”(“əl Vəsia
fi nəqdi əqaiduş şia” səh 227,Lahor)
Bu sözlər
onların kitablarını oxumuş,onların arasında yaşamış şeyx Carullaha aiddir.Bu
sözləri şeyxləri Muhəmməd Həsən ən Nəcəfi kitabında bu şəkildə təsdiqləyir:
“Məlumdur ki,Allah “möminlər bir-birilərinə ancaq
qardaşdırlar.” buyurmaqla yalnız möminlər arasında qardaşlıq qurmuşdur.Buna görə
də onlara müxalifət etmənin və onlardan uzaq olmanın vacibliyinə dair mütəvatir
xəbərlər və bu qədər ayələr olarkən,mömin ilə müxalif arasında qardaşlıq
münasibətinin olmasını necə təsəvvür etmək olar?!” (“Cəvahirul kəlam” 22/62-63)
Şiələrin
sünnilərə qarşı düşmənçilik bəsləyib,onlardan uzaq olmağın vacibliyi və bunun da
mütəvatir rəvayyətlərə əsaslandığını dediklərinə diqqət edin!
Nəhayət,söhbət heç onların imamətinə inanıb-inanmamaqdan getmir.Biz
onlara görə yalnız Əbu Bəkr və Öməri sevdiyimizə görə cəhənnəmdə olacağıq.
Muhəmməd Həsən
Musəvi Kəşani kitabında Cəfər Sadiqdən rəvayyət edir: “Muhəmmədi haqqla göndərən Allaha and olsun ki,əgər Cəbrayıl və
Mikayılın qəlblərində onlara (Əbu Bəkr və Ömər) bağlılıq olsa idi Allah onları
oda atardı.” (“Qiyamlar”
səh 60,”Əndişei Hadi” nəşr;
2005 il)
Məclisi imam Zeynəlabiddinin
köləsinin imama belə dediyini nəql edir: “Mənim
sizdən bir şeyi soruşmaq haqqım vardır.Mənə Əbu Bəkr və Ömər haqqında danışın.”
İmam cavab verdi: “Bu ikisi və onları sevənlər kafirdilər.” (“Biharul ənvar” 69/137-138; “Haqqul Yəqin” səh
522)
Onlar peyğəmbərlərin imamları qəbul etmədiyini və buna görə də
Allahın onları sınağa çəkdiyini deyirlər.
Əbu Həmzə
Suməli rəvayyət edir ki,Abdullah ibn Ömər İmam Zeynəlabdiddinin yanına gələrək
dedi: “Siz iddia edirsiz ki,Yunus sizin babanızın imamətini qəbul etmədiyinə
görə balığın qarnında həbs edilmişdi?
İmam Səccad
dedi: “Bəli,bu belədir.”
İbn Ömər
dedi: “Əgər bu belədirsə bunu sübut edə bilərsiz?”
İmam Səccad
dedi: “Bəli.Ey Əbu Həmzə! İbn Ömərin və öz gözünü dəsmalla bağla.”
Bir neçə dəqiqədən
sonra imam dedi: “Gözlərinizi açın.”
Ravi deyir:
“Gözlərimizi açanda biz özümüzü
sıldırımlı dəryanın kənarında gördük.
İbn Ömər
dedi: “Ağa!Mənim qanım sənin boynundadır.Birdən siz məni öldürmək istədiz.”
İmam dedi:
“Sakit ol.Sən özün istədin ki,sübut edək və göstərək.”
Sonra imam dəryaya
işarə edərək dedi: “Ey balıq!”
Bu zaman dəryadan
dağ boyda başı olan balıq boylandı və dedi: “Mən sənin qarşındayam ey Allahın
dostu!”
İmam
balıqdan soruşdu: “Sən kimsən?”
Balıq dedi:
“Mən Yunusun balığıyam.”
İmam dedi: “Bu hekayəni mənə ətraflı
danış.”
Balıq dedi: “Allah Təala Adəmdən
tutmuş Muhəmməd (s.a.s)-ə qədər bütün peyğəmbərlərə sizin ailənizin vilayətini
qəbul etməyi buyurdu.Hər kim ki,qəbul edirdi o əmin amanlıqda olurdu.Hər kim
ki,qəbul etmədə az da olsa tərəddüd edirdi,çətinliyə düşürdü.Misal olaraq Adəm günaha batdı,Nuh tufanla,İbrahim
odla,Yusif quyu ilə,Əyyub qəm-qüssə ilə,Davud
səhvlərlə bağlı çətinliyə düşdülər.Nəhayət Yunisin növbəsi də çatdı. Uca Allah Yunisə üz tutaraq:
“Möminlərin Əmiri Əlini və onun pak ailəsindən olan məsum imamları sev!” dedi.
Yunus isə
dedi: “Mən görmədiyim və tanımadığım adamı necə sevim?”
Allah Təala
mənə Yunusu udmağı,amma bununla belə ona zərər vurmamağı əmr etdi.40 gün o mənim
qarnımda qaldı.Mən dəryalarda üzürdüm,o isə mənim qarnımda Allaha dua edərək
deyirdi: “Ey Rəbbim!Sən bütün nöqsanlardan uzaqsan.Həqiqətən mən özümə zülm
etdim.”
Yunus sizin
vilayətinizi qəbul etdikdən sonra Allah Təala onu bir sahilə atmağı mənə əmr elədi.”
İmam Səccad nəhayət balığa öz yerinə qayıtmağı buyurdu” (“Qiyamlar” səh 73-74,Əndişei Hadi nəşr; 2005 il)
Buna
bənzər hədis imam Əlidən digər kitablarda nəql olunur.(“Bəsair əd-dərəcat",c.2, səh10, Tehran çapı)
Onların iddiaları və
düşkünlüyünə baxın ki,onlar peyğəmbərləri Allaha asilikdə ittiham etmişlər!