şiə firgələri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
şiə firgələri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Ələvilər haqqında

Ələvilər başqa adı Nusayrilər – imami şiələrdən ayrılmış bir firgədir. Ələvilər şiə firqələrindən biri hesab olunur və hal-hazırda Suriya, Livan və Türkiyənin bəzi nahiyələrində yaşayırlar. Etiqadlarını İsmaili şiələrin batınıya prinsipi əsasında qururulub. Bu səbəbdən ələvi əqidəsinin nə olduğunu anlamaq üçün ismaili şiələrin və batınıya prinsipin yaranmasına mütləq nəzər salmag lazımdır.
     
Şiəlikdə batınıya  prinsipin yaranmasi 
Hicrə ilə 2-ci əsr ortalarında Cəfər əs-Sadiqin[1] böyük oğlu İsmail dünyasını dəyişir. Şiələrin imamət aqidəsinin qaydalarına görə İsmail 7-ci imam olub müsəlmanları və bəşəriyyəti idarə etməli idi. Buna görə onun dünyadan evlad goymamış  getməsi  şiələrin arasında növbəti parçalanmaya səbəb olur. Şiələrin bir qismi imamət qaydalarını dəyişərkən Cəfərin kiçik oğlu Musa əl-Kazımı özlərinə bəşəriyyəti idarə edən imam seçdilər, onlarla razı olmayanlar  isə, şiəliydə əvvəlcədən qoyulmuş qaydaya əsasən ölən İsmailı imam görürdulər. Amma  onların iddiyalarına görə İsmail ölməyib, lakin qeyb olub və bir zaman zuhur edib qayıtmalıdır.[2] İsmaililər platonizm, zərdüştlik, manixeylik və xristian kimi dinlərin  elementlərindən istifadə edərək,  mürəkkəb bir ezoterik din yaratdılar.
İsmaili şiələr dinlərini zahiriya və batıniya adlanan iki  hissəyə bolüllər. 
Zahiriya- zahirdən olan davranışdır, yəni camaat arasında. 
Batınıya isə - həqiqi etiqadlarıdır, və bu etiqad şiə  olmayanlardan hər tərəfli gorunmalıdır. Batıniya doktrinasında sehr və kabala metodlarından istifadə olunur, bundan başqa hərf və rəgəmlərə boyuk əhəmiyyət verilir.
İsmaililərin etiqadlarına görə bəşəriyyət dövrlər üzrə inkişaf edir: 7 dövr var, hər dövrü bir peyğəmbər açır - Adəm, Nuh,İbrahim, Musa, İsa, Muhamməd (s.a.s.), 7-ci isə İsmaildir. Hər peyğəmbərin 7 imamı var və hər 7-ci imam növbəti dövrün peyğəmbəri olur. Beləliklə ismaililər özlərinin 7-ci imamı sayılan İsmailin zuhurunu gözləyirlər və ona Məhdi adını veriblər. Onların iddiyalarına görə İsmail (Məhdi)  peyğəmbər rolunda zuhur edib bəşəriyyətin sonuncu 7-ci dövrünü  açmalıdır.

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir