Ələvilər başqa adı Nusayrilər – imami
şiələrdən ayrılmış bir firgədir. Ələvilər şiə firqələrindən biri hesab olunur və hal-hazırda Suriya, Livan və Türkiyənin bəzi nahiyələrində yaşayırlar. Etiqadlarını İsmaili şiələrin
batınıya prinsipi əsasında qururulub. Bu səbəbdən ələvi əqidəsinin nə olduğunu anlamaq üçün ismaili şiələrin və batınıya prinsipin yaranmasına mütləq nəzər salmag lazımdır.
Şiəlikdə batınıya prinsipin yaranmasi
Hicrə ilə 2-ci əsr ortalarında Cəfər əs-Sadiqin[1] böyük oğlu İsmail dünyasını dəyişir. Şiələrin imamət aqidəsinin qaydalarına görə İsmail 7-ci imam olub müsəlmanları və bəşəriyyəti idarə etməli idi. Buna görə onun dünyadan evlad goymamış getməsi şiələrin arasında növbəti parçalanmaya səbəb olur. Şiələrin bir qismi imamət qaydalarını dəyişərkən Cəfərin kiçik oğlu Musa əl-Kazımı özlərinə bəşəriyyəti idarə edən imam seçdilər, onlarla razı olmayanlar isə, şiəliydə əvvəlcədən qoyulmuş qaydaya əsasən ölən İsmailı imam görürdulər. Amma onların iddiyalarına görə İsmail ölməyib, lakin qeyb olub və bir zaman zuhur edib qayıtmalıdır.[2] İsmaililər platonizm, zərdüştlik, manixeylik və xristian kimi dinlərin elementlərindən istifadə edərək, mürəkkəb bir ezoterik din yaratdılar.
Şiəlikdə batınıya prinsipin yaranmasi
Hicrə ilə 2-ci əsr ortalarında Cəfər əs-Sadiqin[1] böyük oğlu İsmail dünyasını dəyişir. Şiələrin imamət aqidəsinin qaydalarına görə İsmail 7-ci imam olub müsəlmanları və bəşəriyyəti idarə etməli idi. Buna görə onun dünyadan evlad goymamış getməsi şiələrin arasında növbəti parçalanmaya səbəb olur. Şiələrin bir qismi imamət qaydalarını dəyişərkən Cəfərin kiçik oğlu Musa əl-Kazımı özlərinə bəşəriyyəti idarə edən imam seçdilər, onlarla razı olmayanlar isə, şiəliydə əvvəlcədən qoyulmuş qaydaya əsasən ölən İsmailı imam görürdulər. Amma onların iddiyalarına görə İsmail ölməyib, lakin qeyb olub və bir zaman zuhur edib qayıtmalıdır.[2] İsmaililər platonizm, zərdüştlik, manixeylik və xristian kimi dinlərin elementlərindən istifadə edərək, mürəkkəb bir ezoterik din yaratdılar.
İsmaili şiələr dinlərini zahiriya və batıniya adlanan
iki hissəyə bolüllər.
Zahiriya- zahirdən olan davranışdır, yəni camaat arasında.
Batınıya isə - həqiqi etiqadlarıdır, və bu etiqad şiə olmayanlardan hər tərəfli gorunmalıdır. Batıniya doktrinasında sehr və kabala metodlarından istifadə olunur, bundan başqa hərf və rəgəmlərə boyuk əhəmiyyət verilir.
Zahiriya- zahirdən olan davranışdır, yəni camaat arasında.
Batınıya isə - həqiqi etiqadlarıdır, və bu etiqad şiə olmayanlardan hər tərəfli gorunmalıdır. Batıniya doktrinasında sehr və kabala metodlarından istifadə olunur, bundan başqa hərf və rəgəmlərə boyuk əhəmiyyət verilir.
İsmaililərin etiqadlarına görə bəşəriyyət dövrlər üzrə
inkişaf edir: 7 dövr var, hər dövrü bir peyğəmbər açır - Adəm, Nuh,İbrahim,
Musa, İsa, Muhamməd (s.a.s.), 7-ci isə İsmaildir. Hər peyğəmbərin 7 imamı var və
hər 7-ci imam növbəti dövrün peyğəmbəri olur. Beləliklə ismaililər özlərinin
7-ci imamı sayılan İsmailin zuhurunu gözləyirlər və ona Məhdi adını veriblər.
Onların iddiyalarına görə İsmail (Məhdi)
peyğəmbər rolunda zuhur edib bəşəriyyətin sonuncu 7-ci dövrünü açmalıdır.
Öz küfrlərinə və İslama açıq-aydın düşmən olduğuna görə
İsmaillilər uzun müddət gizli fəaliyyətdə olublar. Belə halda ismailillərin bəzi
qruppları bir-birlərindən uzaqlaşıb özləri üçün yeni aqıdələr qururdu.
Ələvilərin yaranması
Hicrənin 270-ci ilində, əsli fars olan ibn Nusayrin başçılığı altında ismailillərdən yeni bir qrup ayrılır. İbn Abu Şuayb Muhamməd ibn Nusayr 12-imamçıların 11-ci imamı sayılan Əl-Həsən Əl-Əskarinin köməkçisi kimi tanınmışdır və imamın ölümündən sonra şiə firgəsinin nüfuzlu və etibarlı şəxslərindən biri sayılırdı. Yeni firgənı onun adına nisbət edib, yaratdığı firgəyə nusayrilər deyildi.
19-ci əsrdə Suriyanın işğalında nusayri şiələrdən hər tərəfli
müsəlmanlara qarşı istifadə edən fransızlar onlara ələvi adını verdilər. Bu da
ona görədir ki nusayrilər 4-ci Rəşidi Xəlifə olan Əli ibn Abu Talibi ilahlaşdırırlar. Nusayrilər iddiya edirlər ki Allah Əlidə həll
olunub (formalaşıb).
Ələvilərin
etiqadları.
Ələvilərin gizli saxlanan batıniya etiqadı İslama tamamilə zid olan etiqaddır. Bu etiqad
islam, yahudi, xristian, manihey və gədim şərq büdpərəstlərin inanclarından
ibarət olan bir etiqaddır. Ələvilərin bir neçə qolu var, öz küfrlərində bir-birindən ayrılırlar, əksəriyyəti
isə müqəddəs üçlüyə iman edir. Üçlüyə daxil olanlar:
1. Əli ibn Abu Talib - nurdan olan varlıqdır, Allah məhz
onda həll olunub (formalaşıb).
2. Muhamməb peyğəmbər (s.a.s.).
3. Peyğəmbərin
səhabəsi - Salman əl-Farsi. Salman əl-Fərsi. İslamı gəbul edən ilk fars idi
(burada bütün şiə firgələrinin kökündə olan fars millətçiliyi hiss olunur).
Bundan
başqa ələvi şiələr Peyğəmbərin qızı Fatimənidə ilahlaşdırırlar. Bu da
hristianların İsa peyğəmbərin anası Məryamı ilahlaşdırmasına bənzərdir, o da
müqəddəs üçlüyə daxil olmasada hristianlar onu ilahlaşdırıblar.
Ələvi şiələrin
etiqadlarına görə Əli Mühəmmədi(s.a.s.) yaratdı, Mühəmməd isə Salman əl-farsini
yaratdı. Salman isə dünyanı işlərini idarə edən beş yetimi yaradıb:
1.
Əl-Miqdad ibn əl-Əsvad - ələvilərə görə o insanları idarə edir və ildırımlar çaxır.
2. Abu Dar əl-Qifari
- planet və ulduzları idarə edir.
3. Abdullah
ibn Ravvah - kuləyi idarə edir və həmçinin insanların ruhlarını bədəndən
çixarır.
4. Osman
ibn Mazun - xəstəlik və sağlamlıq işlərinə baxır.
5. Qənbər
ibn Qadan -ruhları insanların bədənlərinə
salandır.
Ələvilər
büdpərəst inanclarından olan ruhların
bir cismnən başqa cismə keçmə etiqadına iman edirlər. Onlara görə 7
inkarnasiyadan (ruhun bir cisimnən başqasına keçməsi) sonra, ələvi olan şəxsin
ruhu ulduzlar aləminə keçir, ələvi olmayanların ruhu isə heyvanların cisminə inkarnasiyadan sonra -
cin aləminə düşür.
Ələvilərin əksəriyyəti
qadınları ruhları olmayan bir məxluq sayır, bu səbəbdəndə ələvilər din
qaydalarını qadınlara öyrətmirlər. Ələvilərin etiqadlarına görə qadın
şeytandanda pisdir.
Ələvilər günəşə
və aya ibadət edirlər, onlara görə Əli gunəşdə, Muhəmməd isə ayda məskunlaşır.
Ələvi şiələrin
qəribə inanclardan biri də Əlini öldürən İbn Mülcimi sevmələridir. Onlar bunu
belə izah edirlər - Əli Allah (əüzübiLləh) olduğu üçün İbn Mulcim Əlini onun öz istəyi ilə
öldürmüşdür.
Ələvilərin əsas
qayda-qanunları və rituallar.
1.
Böyük çirklənmədən təmizlənmək mərasimi
- böyük çirklənmə ələvilərə görə batıniyə elmindən xəbərsiz olmaqdır, təmizlənməkdə
batiniya etiqadını öyrənməkdir.
2. Oruc -
oruc onlarda yalnız cinsi əlagədən çəkinməkdir ya da 30 kişi və qadının sirrini
saxlamaqdır. Turkiyəda məskunlaşan ələvilərin az bir qismi, orucu İslam
qaydalarına əsasən tutur, amma orucları bir ay yox , yalnız 14 gun davam edir.
3. Zəkəti
inkar etmək, onlara görə zəkət Salman əl-Farsidir və onu tanımaq və sevmək zəkat verməkdir.
4. Əli
yolunda savaş (şiə aləmində cihad), bu da Peyğəmbərin səhabələrini lənətləmək,
öz batiniya etiqadlarının sirrlərini açanları öldürmək və sünniləri (uşaq və
qadınlara fərq goymadan) yer üzündən silməkdən ibarətdir.
5. Ələvi şiələrin
əsas kitabı - "Kitab əl-Məcmu",
Qurana bənzər formada yazılıb və 16 sürədən ibarətdir. "Kitab əl-Məcmu"
aşağıdaki sözlərlə başlanır:
Sual:
"Bizi yaradan ağamız kimdir?"
Cavab:
"Bu möminlərin əmiri, din əmiri, Əli ibn Abu Talib olan Allahdır. Ondan
başqa ilah yohdur".
6. Ələvi şiələrdə, batınıya firgələrin əksəriyyətində olduğu kimi, ğomoseksuallıq caizdir. Bunu firgənin
banisi şiə alimi ibn Nusayr məhz özü xalallaşdırıb.
7. Gun ərzində
5 dəfə namaz. Amma onların namazı musəlmanların namazından tam fərglidir və
onlarda ruku və səcdə deyilən şey yoxdur. Cümə namazları yoxdur. Namazdan əvvəl
dəstəmaz almırlar, cünki ələvilərdə dəstəmaz
anlayışı yoxdur. Namazlarını məscidlərdə yox, yalnız öz evlərində gılırlar.
Batınıya etiqadalrını sirr saxlamaqlarına görə namazlarında nə dedikləri məlum
deyil.
8. ələvi şiələrın
İslama qarşı böyük düşmənçilik və nifrətli var, bu səbəbdən onlar bütün rafizi
şiələr kimi Abu Bəkr, Osman və Peyğəmbərin zövcələrini söyürlər. Amma ən böyük
düşmənçiliyləri İslamın ikinci Rəşidi Xəlifəsi olan Ömər ibn əl-Xəttaba
qarşıdır, ələvi şiələr onu "İblislərin
İblisi" adlandırır. Bu ona görədir ki Ömər Allahın izni ilə atəşpərəst
Fars imperiyasını məhv edən xəlifədir. Burada ələvilərdə bütün şiə firgələrində olan (zeydilərdən başqa) fars millətpərəstliyi
hiss olunur.
9.Ələvilərə
görə Həcc ərəb millətçiliyin qalığıdır, Allahın evi isə Kəba yox, gunəşdir -
axı onlara görə Əli gunəşdə məskunlaşıb.
10. Ələvilərdə
alkoqol haram sayılmır, hətta onlarda xristianların priçastiye ritualına bənzər
ritualları var, bundan əlavə
xristianların milad və pasxa bayramlarınıda qeyd edirlər.
Ələvi şiələrin əsas bayramları:
1. Fars atəşpərəstlərin
ən böyük bayramı - Novruz bayram.
2. Bütün şiələrin
bayramı - Qədir Xum.
3. Şiələrin
Qan bayramı - Aşura.
4. Böyük
bayram, Züll Hiccənin 12 günü qeyd olunur (İslamım Qurban bayramınan səhv
salmayın - Qurban bayram Züll Hiccənin 10 günüdür).
5. Bəzi
xristian və yahudi bayramları (Əl-Qitas, Milad, pasxa və s.).
Ələvilər məskunlaşan ərazilər:
Ələvi şiələr
qəbilələr şəkilində Livanın şimalında, Türkiyənin cənub hissəsində (Antakya şəhəri)
və Surİyada məskunlaşirlar. Suriyanın prezidenti Bəşər əsəd ələvilərin başçısıdır və ələvilər hesab edirlər ki ilahi
nurun bir hissəsi onda həll olunub. Suriyada ki şiələr müsəlmanlara açıq-aydın
deyirlər ki: "Bizim üçün Əsəd, sizlərdə Allahın dərəcəsindəndə üstündür".
Osmanlı
imperiyası parçalandığı zaman ələvilər Suryada özləri üçün dövlət yaratmağa
çalışsalarda cəhdləri boşa çıxmışdır. Amma daha sonra Fransiyanın koməyi ilə
onlar özləri üçün ələvi dövlətini qurmuşdular. Bu dövlət 1923-cü ildən 1936 ilə
qədər mövcud olub. Son 7 ilində, 1936-ci ildə məhv olunana kimi, bu dövlət
Sancaq latakiyya adlanırdı.
30 illik
sakitliydən sonra ələvi şiələri yenə özünü göstərdi. İslam düşmənlərin dəstəyi
ilə 1970-ci ildə Suriyanın baş naziri Hafiz əsəd təyin olundu, bu da Suriyadaki
ələvilərin mövgelərini yenidən möhkəmləndirdi, hansı ki Suriyada olan ələvilərin
sayı cəmi 800 mindir.
1982-ci ildə
Hafiz əsəd dövlətin kafir tərəfindən idarə
olunmasına razı olmayan Suriya musəlmanların 40 minini öldürmüşdür. Həmin zaman
dünya şiələrin başçısı olan imam Xomeyni ələvilər şiələrdən olması haqqında fətva
verir, hansı ki bundan əvvəl şiələrin əksəriyyəti ələviləri azmış bəziləri isə
kafir sayırmış.
Turkiyədə ələvilərin
sayı əhalinin 10%-dan azdır. İyirminci əsrin 20-30-ci illərində Kəmal Atatürkün
hakimiyyətə gəlməsinə dastək olanların əksəriyyəti ələvilər idi. İndidə türkiyədəki
ələvilər İslamdan uzağlaşma siyasətinin tərəftarlarıdır.
İslam alimlərinin
icmasına görə ələvilər islamdan sayılmır. Onlarla nigah bağlamaq, onlar kəsdiyi
heyvanın ətini yemək və onların ölülərinə cənazi namazını gılmaq haramdır.
Şeyx-ül-İslam
İbn Təymiyyə demişdir: "Özlərini nüsayri adlandıran və başqa kərəmi-batıni
qruplara qalanda isə, onların küfrləri yahudi və xristianların küfrlərindən
daha pisdir! Bundan əlavə, onların küfrləri əksər müşriklərin küfrlərindən daha
pisdir! Onların Mühəmmədin (s.a.s.) ümmətinə qarşı olan zərəri, müsəlmanlarla
vuruşan mongol, avropalı və s. kafirlərin zərərindən daha böyükdür". ("Məcmü'ül-fətava
35/149).
Bu günləri Suriyada baş verən hadisələr şeyx-ül-islamım sözünə daha bir dəfə təsdiq edir.
[1] Ismaili və
On iki imamçı şiələr
tərəfindən 6-ci imam adlandırılır.
[2] Daha sonra 12 imamçı şiələrdə özlərinin 11-ci imamın evlad
qoymamış dünyadan getməsinən
rastlaşanda, imamət aqidəsini qorumaq üçün, bu (yəni qeyb olmuş Mehdi) aqidəsinə əl atdılar. Onlara görə 11-ci imamın gizli saxlanan
(baldırdan doğulan) oğlu mövcud olub, imam oləndə üşağın 5 yaşı tamam olmuş və
5 yaşında bu uşağ bəşəriyyəti idarə etməyə başlayıb. Bu əfsənəvi imam guya 70
il ərzində evin altındaki yeraltı mağarada gizlənib oradan dünyanı idarə
edirdi, bu müddəti
onlar "kiçik qeyb" adlandırılar. Sonra isə mağara məsələsinin zibili
çıxmasını görən şiə başçıları, bu casus imamı tamam yoxa çıxarırlar, və o gundən
imamın "zuhuruna" kimi olan müddəti şiələr "böyük qeyb"
adlandırırlar.