Şiələr Əhli Sünnəti Rəsulullah (s.a.s)-ın Əhli
beytinə düşmən olaraq görürlər.Bu səbəbə görə də Əhli beytə düşmən olan nasibi
terminini onlara qarşı istifadə edirlər.Ancaq, Əhli Sünnət təbii ki,bu
ittihamlardan tamamən uzaqdır.
Nəvasib
elə bir firqədir ki,onlar Əli ibn Əbu Talibin ailəsinə nifrət edirdilər.Bu
onların İslam alimləri tərəfindən vəsf olunmuş xüsusiyyətidir.Nasibilərdən
kiminsə Əli (r.a)-yə qarşı olan savaşlarda ya qardaşı,ya atası,ya da babası
ölmüşdü.Söhbət, Müaviyyə ilə Əli arasında olan müharibədən gedir ki,bu döyüşlərdə
hər iki tərəfdən çoxlu müsəlman ölmüşdü.
Şiələrin icmasına görə Nəvasiblər kafir və nəcisdir.
Əbul Qasim Xoyi yazır: “Allahı,axirəti inkar edən
və ya Allahla bərabər başqa məbudu qəbul edən kafir və nəcisdir.Həmçinin,
qulatlar,(12 imamın ilah olduqlarını,Allahın onlara təcəlli etdiklərini iddia edənlər) Xəvariclər və Nəvasiblər də nəcisdirlər.” http://al-islam.org/laws/al-khui/2.htm#6
Mühəddis
Yusif əl Bəhrani kitabında yazır: “Xəbərlərdə
və sələfin sözlərində varid olandan anlaşılır ki, nəvasib sözündən qəsd
olunanlar müxaliflərdir.”(“əl Hədaiqun nadira” c.18,səh 157,Qum)
Eyni kitabda
növbəti səhifədə o yazır: “Onların
(imamların) hədislərində nəcislik,nigahlanmamaq,qanın-malın halal olması və
s.sifətlərlə vəsf olunan nasibilərdən məqsəd müxaliflərdir.”
Şiələr
müxaliflər dedikdə Əhli Sünnət və şiə olmayan digər camaatları nəzərdə tuturlar.”Siqatul
İslam” ləqəbli Kuleyni “Kafi” kitabında Muhəmməd ibn Muslim sənədi ilə gələn rəvayyəti
nəql edir:
“Bir dəfə Əbu Hənifə Əbu Abdullahın yanında olarkən,mən onun yanına
girdim və ona dedim ki,sənə fəda olum,qəribə bir yuxu görmüşəm.O mənə dedi
ki,ey ibn Müslim, yuxunu danış,onun alimi burada əyləşib.Bunu deyib əli ilə Əbu
Hənifəyə işarə etdi. Mən dedim: “Yuxuda gördüm ki,guya mən öz həyətimə girdiyim
vaxt arvadım əlində çoxlu qoz qarşıma çıxdı və qozları mənim üstümə atdı.Mən bu
yuxuya məəttəl qaldım”. Əbu Hənifə dedi: “Sən öz arvadının mirası üstündə alçaq
adamlarla rəqabət aparır, çalışırsan.Böyük əziyyətdən sonra, inşallah,istəyinə
nail olacaqsan.” Əbu Abdullah dedi: “Ey Əbu Hənifə! Allaha and olsun ki, doğru
dedin!”.
Sonra Əbu Hənifə çıxıb getdi və mən ona dedim: “Sənə fəda olum,mən bu
Nasibinin ifadəsindən iyrəndim.”O dedi: “Ey Ibn Müslim! Allah sənə pislik eləməsin,onların
ifadələri bizim ifadələrimizlə,bizimki onlarla bir deyil.Bu ifadə onun dediyi mənanı
vermir.” Mən dedim: “Sənə fəda olum,bəs o, səhv etdiyi halda sənin and içib ona
“doğru dedin” deməyini necə başa düşək?” O dedi: “Bəli, mən and içdim ki, o yalanı doğru dedi.” (“Kafi” “Kitab ər-rovzə”, c.8,səh 292, Tehran)
Onların məşhur alimi şeyx Mufid adı ilə məşhur olan Muhəmməd ibn
Numan “İddətu rəsail fəslul məsailis səqaniyyə”kitabında 253,263,265,268 və 270
səhifələrdə Əbu Hənifəni nasibi adlandırmışdır.
Digər şiə şeyxi Nemətullah
əl-Cəzairi yazır: “Bu mənanı dəstəkləyən
daha bir fakt isə budur ki, imamlar və sələfimiz nasibi sözünü Əbu Hənifə və
onun bənzərləri üçün istifadə etmişlər. Halbuki, Əbu Hənifə Əhli beytə qarşı düşmənçilik edən biri deyildi.Əksinə,
onlara qarşı meyl edirdi və onlara qarşı sevgi göstərərdi. Lakin, onların
fikirlərinə müxalifət edərdi və deyərdi: "Əli dedi və mən deyirəm."
("Ənvarun Numaniyyə",c. 2/206-207,bəzi yerlərdə səh 307,Təbriz)
Əbu Hənifə fəzilətdə
ilk üç xəlifəni Əli (r.a)-dən daha əfzəl hesab edirdi.Məhz buna görə onlar Əbu
Hənifəni nasibi hesab edirlər.Təkcə bu
kifayət edir ki,onlar imamı küfrdə ittiham edib,İslamdan kənar hesab etsinlər. Yenə,məhz
buna görə şiələr bütün sünniləri nasibi hesab edirlər.
Cəzari həmin səhifədə
yazır: “...Buna
eləcədə əs-Saduqun "əl-İləl əş-Şərai" əsərində imam Sadiqdən mötəbər bir sənəd ilə gətirdiyi rəvayyət də dəlalət
edir: "Nasibi bizə, yəni Əhli beytə
düşmənlik edən deyildir.Çünki,sən heç bir kəsin "Mən Muhammədə və onun ailəsinə
nifrət edirəm" dediyini görməzsən. Lakin nasibi, sizə düşmənçilik edəndir.Çünki
o, bilir ki, siz bizimlə dostluq edirsiniz və bizim şiələrimizsiz. Bu mənaya dəlalət
edən rəvayyətlər çoxdur.
Eləcədə Peyğəmbər (s.a.s)-dən rəvayyət olunmuşdur: "Nasibilərin əlamətlərindən biri də Əlidən başqasını ona üstün tutmaqdır."
Eləcədə Peyğəmbər (s.a.s)-dən rəvayyət olunmuşdur: "Nasibilərin əlamətlərindən biri də Əlidən başqasını ona üstün tutmaqdır."
Hüseyn əl-Əsfur əd-Dərazi
əl-Bəhrani yazır: “Başa düşdüyün kimi
Nasibi termini imam Əlidən qeyrisini ondan üstün görənlərdən başqası üçün
istifadə olunmur.” (“əl-Məhasin ən-Nəfsaniyyə", səh 157,Beyrut)
Əbu Hənifə fəzilətdə ilk üç xəlifəni Əli (r.a)-dən daha əfzəl hesab
edirdi.Məhz buna görə onlar Əbu Hənifəni nasibi hesab edirlər.Təkcə bu kifayət
edir ki,onlar imamı küfrdə ittiham edib,İslamdan kənar hesab etsinlər. Yenə,məhz
buna görə şiələr bütün sünniləri nasibi hesab edirlər.
Həmçinin,Hüseyn əl-Əsfur əd-Dərazi əl-Bəhrani yenə
yazır: “İmamlardan gələn xəbərlərdən
anlaşılır ki,Nasibilər öz aralarında özlərini sünni adlandıranlardır.” (“əl-Məhasin
ən-Nəfsaniyyə", səh 147)
Bu baradə ətraflı izah
verən Bəhrani davam edərək yazır: “....Allahın
Kitabında şirk sözünün zikr olunduğu elə bir ayə yoxdur ki, onunla Nasibilər qəsd
olunmasın.
Bizim əvvəldə söylədiyimiz kimi gələn rəvayyətlərin dəlalət etdiyi mənaya gəldikdə isə, Nasibi imam Əlidən başqasını üstün tutandır. İbn İdrisin "Mustətrafat əs-Sərair" kitabında "Məsəil ər-Ricəl" kitabında Muhamməd bin Musaya qədər çatan isnad ilə rəvayyət etdiyinə görə: "Ona yəni, Əli bin Muhammədə yazaraq Nasibi barədə soruşdum: "Cibt və Tağutu (Əbu Bəkr və Öməri) üstün tutan və bu ikisinin İmam olduğuna etiqad edən birinin Nasibi olduğuna hökm vermək üçün bu etiqadından da çoxunu yoxlamağa ehtiyac varmı?" Ondan belə cavab aldım ki, "kim artıq bu etiqaddadırsa, o Nasibidir."
ər-Ravəndinin "Nəhcul-Bələğa" şərhində qeyd olunduğuna görə Peyğəmbər (s.a.s)-dən soruşuldu ki, ondan sonra Nasibilər kimlərdir? Dedi: "Başqasını imam Əliyə üstün tutan"
Bizim əvvəldə söylədiyimiz kimi gələn rəvayyətlərin dəlalət etdiyi mənaya gəldikdə isə, Nasibi imam Əlidən başqasını üstün tutandır. İbn İdrisin "Mustətrafat əs-Sərair" kitabında "Məsəil ər-Ricəl" kitabında Muhamməd bin Musaya qədər çatan isnad ilə rəvayyət etdiyinə görə: "Ona yəni, Əli bin Muhammədə yazaraq Nasibi barədə soruşdum: "Cibt və Tağutu (Əbu Bəkr və Öməri) üstün tutan və bu ikisinin İmam olduğuna etiqad edən birinin Nasibi olduğuna hökm vermək üçün bu etiqadından da çoxunu yoxlamağa ehtiyac varmı?" Ondan belə cavab aldım ki, "kim artıq bu etiqaddadırsa, o Nasibidir."
ər-Ravəndinin "Nəhcul-Bələğa" şərhində qeyd olunduğuna görə Peyğəmbər (s.a.s)-dən soruşuldu ki, ondan sonra Nasibilər kimlərdir? Dedi: "Başqasını imam Əliyə üstün tutan"
Sözünün davamında deyir:
"Lakin Nasibinin Əhli beytə düşmən olan biri kimi izah
olunmasına gəldikdə isə necəki son dövr alimlərimizin çoxu bu rəydədir,bunu
isbat edən heç bir dəlil yoxdur.Əksinə, bu görüşü ləğv edən rəvayyətlər vardır.
"İqab əl-Aməl val-İləl vas-Sifət əş-Şiə" kitabında isə Abdullah bin Sənan
və əl-Məalə bin Xuneysə qədər çatan sənəd ilə Əbu Adbullahdan gələn rəvayyətdə
o, demişdir: "Nasibi sadəcə bizə yəni,Əhli beytə düşmənlik edən
deyildir.Çünki elə bir nəfər də yoxdur ki, "Mən Muhammədə və Muhammədin
ailəsinə nifrət edirəm" desin. Əslində Nasibi sizə düşmənlik edəndir.Çünki
o, bilir ki, siz bizə inanırsız və bizim şiələrimizsiz." Onun dayanılan bu
görüşü rədd etməsi açıq-aşkardır.... Lakin,imamlardan
gələn xəbərlər bildirir ki, Nasibi əslində onlara görə "sünni"
olandır." (“əl-Məhasin ən-Nəfsaniyyə", səh 145-147)
Hüseyn ibn Şihabuddin əl Kərki əl Amili deyir: “Kafirləri peyğəmbərlik risalətini inkar
etməyə sövq edən şübhə,nasibiləri də imamların vilayətini inkar etməyə sövq
etdi...” (“Hidayətul əbrar” səh 106)
Şeyx Əli Muhsin kitabında yazır: “Əhli
Sünnə alimlərindən olan nasibilərə gəlincə onlar çoxdurlar. Misal olaraq: İbn
Teymiyyə,İbn Kəsir,İbn Cəvziyyə,Zəhəbi,İbn Həzm və s.”(“Kəşful Həqaiq” səh 249,Beyrut)
Şiə alimi Muhsin əl Muallim “Nəsb və Nəvasib”
kitabında 5-ci bab,3-cü fəsildə “Qullar
arasında nasibilər” başlığı altında özlərinə görə nasibi olan 200 nəfərdən
artıq adamın adını sadalayır. Nasibilərdən bəzisini o qeyd edir: “Ömər,Əbu Bəkr, Osman, Aişə, Ənəs ,Həsən
ibn Sabit,Zubeyr ibn Əvvam,Səid ibn Musəyyib,Sad ibn Vəqqas,Təlha ibn
Ubeydullah, Auzai, Malik,Əbu Musa əl Əşari,Urva ibn Zubeyr,Zəhəbi,Buxari,Zuhri,Muğira
ibn Şubə,Həmid əl Fiki,Muhəmməd Rəşid Rza,Muhibuddin əl Xətib,Alusi və s.” (“Nəsb və Nəvasib” səh 259,Beyrut)
Müasir Kuveyt alimi Yasir Həbib xütbəsi zamanı aşkarca demişdi ki,
”Sünnilər kafir və nasibidirlər”
Həmçinin: “Əbu Bəkr,Ömər şiələr üçün yəhudi və
İblisdən daha böyük düşməndirlər.O,deyir: “Bir nömrəli düşmən Əbu Bəkr,ikinci
Ömər,üçüncü isə İblisdir.” http://youtube.com/watch?v=sNhhRdNNmlM
Deməli,sünnilər bütünlüklə onlara görə
nasibidir.Ayətullah Muhəmməd
Hüseyn Şirazi böyük fiqh məcmuasında (33/38,Beyrut) yazır: “Üçüncü: Əbu Abdullahın ibn Sinandan varid olduğu kimi nasibinin avam
kimi təfsir edilməsi...”
Hər hansı
bir nəfər şiələrin avam dedikdə sünniləri nəzərdə tutduğunu haradan bilirsən soruşsa,ona
deyərik: Biz bu firqəni kitablarından və alimlərinin sözlərindən tanıyırıq.
Ayətullah
Muhsin əl Əmin “Əyanuş şia” (1/21,Beyrut,1986 il) adlı tanınmış əsərində yazır:
“Əshabımız Əhli Sünnə vəl camaat deyə
adlandırılanlar üçün avam, özləri üçün isə
həvas kəlməsini istifadə etmişdir.”
Şiələrin
alimi şeyx Hüseyn ibn Şihabuddin əl Kərki əl Amili belə yazır: “Birinciyə avamdan olan Muzəni,Qazali,Seyrəfi
kimi kimsələr,həvasdan isə iki rəydən birinə görə alim olanlar qail olmuşlar.” (“Hidayətul əbrar” səh 264)
Şeyx Fəthullah
Nəmazi əş Şirazi isə belə yazır: “Avam təriqi
ilə gələn hədisi Buxari,Muslim....kimi
bir çox mühəddislər rəvayyət etmişlər.” (“Qaidətu lə dərara və lə
dırar” səh 21,Beyrut)
Deməli avam
- Əhli Sünnətdir və nasibi kəlməsi də sünnilər haqqında istifadə edilməkdədir.
Təlxək Muhəmməd Ticani Səmavi “Şiə hum Əhli Sünnə” kitabında bir neçə
yerdə açıq şəkildə sünniləri nasibi adlandırır.
Səh
79-da yazır: “...Heç bir şübhə yeri
olmayan dəlillərə əsasən onlara görə (Əhli hədis vəya Əhli Sünnə) sünnə Əli
(r.a)-yə düşmən olmaq,ona lənət etmək və ondan uzaq olmaqdır.Bu elə Nasibilikdir.”
Ey
Allahın qulları! Əhli Sünnət Əli (r.a)-yə lənət oxuyur,ondan təbərri edirmi?!
Allaha and olsun ki,bu böyük bir iftiradır.
Səh
161-də yazır: “İzah etməyə gərək yoxdur
ki,nasibilərin məzhəbi Əhli Sünnə vəl cəmaatdır.”
Məlumdur
ki,Əhli Sünnə nasibiləri rədd etmiş,Əhli beyt mənsublarının fəzilətlərini
kitablarında dəfələrlə işıqlandırmışdır.
Səh
163-də yazır: “Nasibilər Əli (r.a) ilə
düşmən olanlar və Əhli beytə qarşı vuruşanlardır. Bunlar özlərini Əhli Sünnə
adlandıranlardır.”
Səh
295-də yazır: “Araşdırmanı biraz da dərindən
aparsaq məlum olacaq ki,Əhli Sünnə Əməvi və Abbasilərin başçılığı ilə Əhli beytə
qarşı müharibə etmişlər.”
Bu
mürcim səh 159-da belə bir fəsil ayırır: ”Əhli Sünnətin Əhli beytə olan düşmənçiliyi o özünü ifşa etmişdir.” Burada o yazır: “Tədqiqatçı Əhli Sünnənin həqiqətləri ilə
rastlaşarkən başa düşür ki,bunlar Əhli beyt ilə vuruşanlar,onları məhv etmək
istəyən düşmənlərdir.”
Bununla
kifayətlənməyən Ticani səh 164-də yazır: “Bu
fəsilə yaxşı diqqət elə! Beləki,Əhli Sünnətin gizli tərəflərini,onların Peyğəmbər
(s.a.s)-in itrətinə qarşı necə gizli kin bəslədiyinin və onların fəzilətlərini
alçaltmaq üçün necə təhriflərə getdiyinin şahidi olacaqsan.”
Çox qəribədir
ki,bu adam bütün kitabı boyu yalnız Əhli Sünnə hədis kitablardan Əhli beytin fəziləti
baradə olan hədisləri nəql edir.
Səh 249-da yazır: “Lakin,Əhli Sünnə vəl camaat Əli ibn Əbu
Talibə və Əhli beytə qarşı duyduğu şiddətli düşmənçiliyə görə hər məsələdə
onlara müxalif olmuşlar.Belə ki,özlərinə görə nəbəvi sünnət olan hər məsələdə
Əli və şiəsinə müxalif olmaq onlarda adət halına gəlmişdir.”
Əhli Sünnə alimləri və
avamı hər məsələdə Əliyə müxalif olmağı özlərinə şüar etmişlər?!!
Bütün bunlardan sonra şiəliyin
müsəlmanlar qarşısında heç bir məsuliyyət daşımayıb, əmanət duyğusu hiss etmədiyinin
şahidi oldunmu?
Əziz müsəlman qardaşım!
Əlinizdəki, bu risalədə imami şiə məzhəbinin ardıcıllarına müxalifləri
aldatmağa,onlara yalan deməyə icazə verdiklərinin şahidi olacaqsan.
Səh 299-da bunları yazır: “Əhli
Sünnə əqidəsi,kitabları və Əhli beytə qarşı tarix boyu göstərdikləri münasibətlə
qısa şəkildə tanış olduqdan sonra heç bir tərəddüdsüz və aydın şəkildə məlum
olacaq ki,onlar Əhli beytə zidd və düşmən olmuş,onları öldürmək üçün
qılınclarını sıyırmış,dəyərlərini azaltmaq,haqqlarında nalayiq sözlər demək və
düşmənlərini ucaltmaq üçün qələmlərini
işə salmışlar.”
Səhifə 300-də isə
bunları yazır: “Onları-yəni,Əhli Sünnəti
Hüseynin qatilləri qarşısında razılıq göstərən,onları sevən və dəstəkləyən kimi
görürük.Bu onlara görə adi bir şeydir. Çünki, Hüseynin qatillərinin hamısı Əhli
Sünnə və camaatdandır….!”
Ticaninin “Hüseynin
qatillərinin hamısı Əhli Sünnətdəndir” və daha öncə sərf etdikləri sözlərə izah
verməyə ehtiyyac duyulmayacaq qədər aydındır.Hüseynin qətlinin səbəbi yalnız şiələrdir.Allaha
həmd olsun ki,Əhli Sünnə onun qanının tökülməsi məsələsində günahsızdır.
Ən böyük müctəhidlərindən
olan Ayətullah Muhsin əl Əmin imam Baqirdən belə rəvayyət edir: “İmam Həsənə beyət edildi və əhd
alındı.Sonra bu əhdə xəyanət edildi və İraqlılar onun üzərinə gəldilər.Yan tərəfindən
xəncər yarası ilə yaralandı.Əsgərləri onu alıb,Müaviyyəyə təslim etdilər.Beləliklə,onun
və Əhli beytinin qanı tökülmüş oldu…..Sonra İraqlılardan 20 000 nəfər Hüseynə
beyət etdilər.Sonra xəyanət etdilər və beyət etdikləri halda ona qarşı çıxdılar
və öldürdülər.” (“Əyanuş şia” səh
26)
“Fatimə Suğra
(İmam Hüseynin nəvəsi) Kufə əhlinə müraciətdə dedi: “Ey xainlər,fitnəkarlar və
özünə arxayın adamlar! Allah Təala bizi (Əhli beyti) sizlə,sizi də bizimlə
imtahan etdi.Siz bizi küfr və yalanda ittiaham etdiz.Bizə qarşı savaşmağı caiz
görüb,əmlakımızı qarət etdiz.Siz bizim babamızı onda öldürdüz.Sizin
qılınclardan Əhli beytin qanı hələ axmaqdadır.Sizə lənət olsun.Əzabı özünüzə gəlmiş
kimi gözləyin.....Ey Kufə xalqı! Allahın sizə lənəti olsun!Sizin qarşınızda mən
nə qədər Peyğəmbər (s.a.s)-dən moizələr oxudum.Sonra siz onun qardaşı Əli ibn
Əbu Talibə,mənim babama,onun oğullarına və ailəsinə xainlik etdiz.” (“Əbu Mənsur ət Təbərsi “İhticac” c.2,səh 27,Nəcəf)
Imam Zeynəlabidin deyir: “Ey millət! Mən Allaha and verirəm.Siz
bilirsinizmi ki, siz mənim atama yazdınız və sonra ona xəyanət etdiniz və siz
özünüz ona vəd, öhdəlik verib,beyət etmişdiz. Öz elədiklərinizə görə sizə lənət
olsun .....hansı gözlə Peyğəmbər (s.a.s)-ə baxacaqsınız nə vaxt ki, sizə deyəcək:
"Siz mənim ailəmi öldürdüz,mənim qadağalarımı aşdız və siz mənim ümmətimdən
deyilsiniz.” (Təbərsi
“Kitab əl İhticac” c.2,səh 32,Nəcəf)
Həsən ibn Əli öz şiələri barədə demişdir: “Allah and olsun,mən bu fikirdəyəm ki,
Müaviyyə mənim üçün bunlardan daha yaxşıdır. Bunlar deyirlər ki, mənim şiələrimdirlər,
özləri isə mənim qətlimi istəyirlər ki, malıma sahib dursunlar. Allaha and
olsun ki, yaxşı olar ki, mən Müaviyyə ilə əhdi-peyman bağlayım, özümü ölümdən
qurtarım, ailəmin təhlükəsizliyini təmin edim, nəinki onlar(şiələr) məni
öldürsünlər, nəslim və ailəm yox olsun.”(Təbərsi “əl-İhticac”c.2, səh 10)
Ticaninin sələflərinin
mövqeyi təkcə Həsən və Hüseynə qarşı deyil,Əli (r.a)-yə qarşı da belə idi. Beləki,”Nəhcul
bəlağa”da Əli (r.a) deyir: “Allaha and
olsun ki, Müaviyyə sizi onlarla dinarı dirhəmlə xırdalayan kimi dəyişməyə razı
olsaydı, sizin onunuzu verib onlardan birini alardım.Ey Kufə əhli! Mən sizdə
bir üç şey görmüşəm, bir də iki şey: qulaqlarınız var karsınız, diliniz var
lalsınız, gözləriniz var korsunuz; üz-üzə
gələndə doğru danışmazsınız, dara düşəndə bir-birinizə qardaş köməyi göstərməzsiniz.
Sizi görüm başınız batsın! Ey çobanları itmiş dəvə sürüsünə bənzəyənlər! Bir tərəfdən
bir yerə toplayanda o biri tərəfdən dağılışırsınız. Allaha and olsun ki, mən
indi sizinlə birlikdəyəm, ancaq təsəvvür edirəm ki, vuruş başlasa, döyüş qızışsa,
siz Əli ibn Əbu Talibdən aralanıb qabaqdan qıçlarını aralamış qadının qıçları
kimi hərəniz bir yana gedərsiniz.” (“Nəhcul bəlağə”,xütbə 97, səh 141-142)
Əbu Abdullahdan nəql
olunur: “Uca Allah münafiqlər baradə elə
bir ayə nazil etməyib ki,o bizim şiələrimizə şamil olunmasın.” (“Ricalul Kəşşi”
səh 254 “Əbul Xəttabın bioqrafiyyası” fəsli)
Mufəddəl
ibn Ömər Əbu Abdullahdan rəvayyət edir ki,imam demişdir: “Əgər Qaim Mehdi gəlsə idi,o mütləq bizim şiələrdən olan yalançılardan
başlayardı və onları öldürərdi.” (“Ricalul Kəşşi” səh 253; “İbn Xəttabın
bioqrafiyyası”fəsli)
Musa ibn Cəfər öz şiələri barədə demişdir: “Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə
onları ancaq boşboğaz gördüm, onları imtahan etdim, amma mürtəd gördüm.”(Kuleyni “Kitabur-ravda” c.8,səh 228)