Rafizilər möminlərin anası Aişəni (r.a.) zinada ittiham edirlər

Bismilləhir-Rahməni-Rahim
Rafizi şiələrin əqidəsində küfr və İslama zid olan hüsüsiyyətlərin sayı hesabı yoxdur. Rafizi şiəlikdə olan küfrlərdən biri də Peyğəmbərin (səlləllahu əleyhi və salam) zövcəsi Aişəni (r.a.) zinada ittiham edib Peyğəmbəri(səlləllahu əleyhi və salam)   təhqir etməkdir. Amma şiə alimlərin əksəriyyəti əqidələrində olan bu murdar inancları sadə kütləyə bəyan etmirlər, çünki onlar bilirlər ki , aldatdığları sıravi, sadə kütlə olan şiələr Peyğəmbərin(səlləllahu əleyhi və salam)   namusunu gorumaq üçün hər şeydən keçər, hətta şiəlikdən imtına edərlər. Elə ona görə, əksər hallarda,  sıravi şiələrdən onların əqidəsində belə ağılabatmaz küfr olması haqqında soruşanda, onlar deyirlər: – “biz bilirik ki şiəlikdə Aişəni sevmirlər, amma onu zinada ittiham etmək və bununla Peyğəmbərin namusuna toxunmaq şiəlikdə yoxdur, bütün bunlar yalandır,  bu şiəliyə və şiələrə atılan iftıradır” - və başqa buna bənzər cavablar verirlər. Əslində onların belə deməyə ixtiyarları var, çünki  bir söz deyəndə onun  doğru  olmasına dəlil gətirmək lazımdır.
Necə ki, Allah Sübhanə Təalə deyir:

                            “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!” (Quran 2:111)

Bu məsələdə də dəlil olaraq bugunki şiə alimin dediklərini  və şiə məshəbinin ən mötəbər mənbəsində   Aişə anamız haqqında olan murdar itthamları gətiririk.
Oncə Allah Subhanə Təalənin Quranda Peyğəmbərin zövcələri haqqında dediyi sozlərinə nəzər salaq.
Allah Sübhanə Təalə deyir:

النَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ                       

“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri isə möminlərin analarıdır.”
                                                                                                                                                           (Quran 33:6)                          

Möminlərin anasını zinada ittiham edən məşhur rafizi şiə alimi və dəvətçisi Yasir Həbibdir. Bu insan hətta   bu haqda yeni bir kitab yazıb, kitabın adı “ Əxlaqsızlık – Aişənin iç üzü”.

Öz rəsmi saytında kitabın anonsunda açıq-aydın yazır :
«It compries seven chapters, prologues, sequels and conclusions covering various issues including the adultery committed by Aisha (May the wrath of Allah be upon her).»

Tərcüməsi:
 “..Kitab 7 hissədən ibarətdir, kitabda Aişənin, Allahın gəzəbi olsun ona, zina etməsinə və diqər məsələlərə toxunulur..”

Yasir Həbibin rəsmi saytın inglis versiyasında burada

SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ


Rəhmli və Mərhəmətli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ona həmd edir, Ondan yardım istəyir, Onun məğfirətini diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə onu azdıracaq, kimi də azdırsa onu doğru yola yönəl-dəcək kəs yoxdur. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. O, təkdir və şəriksizdir. Şəhadət edi-rəm ki, Muhəmməd Allahın qulu və son elçisidir. Hörmətli oxucu! Bu risaləni qələmə almağımın səbəbi şiə məzhəbinin bir hədis ətrafında ortaya atdıqları şübhələrlə dolu yalan iddiaları olmuşdur. Həmin hədisin mətni belədir: Mən sizə iki şeyi: Allahın kitabını və əhli-beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız. (Tirmizi: 3786)
Şiələr bu hədisi dəlil gətirərək iddia edirlər ki, onlar (yəni şiələr) əhli-sünnətdən fərqli olaraq əhli-beytə tabe olmağı vacib bilirlər. Guya ki, onların məzhəbi əhli-beytin məzhəbidir. Bu sə-bəbdən də onlar özlərini əhli-beytdən olan İmam Cəfərə nisbət edərək “Cəfəri” adlandırırlar.
Şübhəsiz ki, bu hədis şiələrin leyhlərinə yox, əleyhlərinə dəlildir. Mən bunu bir nəçə yöndən izah etməyə çalışacam.
Birincisi: Hədisin məhz bu formada Peyğəmbərdən (salləlla-hu aleyhi və səlləm) səhih sənədlə nəql olunmasında alimlər ixtilaf etmişdilər. Çünki bu hədisin sənədində Zeyd adlı bir rəvayətçi vardır. O, daima nəql etdiyi hədislərdə özündən daha etibarlı sayılan rəvayətçilərə muxalif olur. Bu hədisi İmam Müslim daha etibarlı bir sənədlə bu formada rəvayət etmişdir: Mən sizə iki ağır əmanəti qoyub gedirəm. Bunların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. Siz də Allahın kitabına bağlanın və ondan möhkəm tutunun... (İkinci tövsiyəm) Əhli-beytimdir. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram.” (Müslim: 2408). Hədisin bu mətnindən aydın olur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurana tabe olmağı əmr etmişdir. Əhli-beytinə qarşı isə nəvaziş göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Tirmizi-nin rəvayətindən fərqli olaraq burada əhli-beytə tabe olmaqdan söhbət getmir. Tabeçilik yalnız Quran barədə əmr edilmişdir. Bunu, Müslimin Cabir ibn  Abdullahdan (radiyallahu anh) rəvayət etdiyi digər bir hədis də təsdiqləyir. Hədisdə deyilir:Mən sizə bir şeyi, Allahın kitabını qoyub gedirəm. Siz ondan tutunsanız, məndən sonra heç vaxt yolunuzu azmazsınız. (Müslim: 1218) Bu hədisdə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allahın kitabına tabe olan insanın haqq yoldan azmayacağını demiş, amma əhli-beytini qeyd etməmişdir.

Ayatolla Xamenei - "Əli Allahdan geri galmır"


Şiələrin ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin "Şəri suallara cavablar"  adlı kitabında deyir:


Sual:321. Bir firgə var ki, özlərini Əliallahı adlandırırlar və deyirlər ki, Əli Allah deyil, lakin heç Ondanda geri galmır. Bunların hökmü nədir?

Cavab: Əgər onlar Vahid, Mənnan və Mütəal Allah üçün şərik qoşmasalar, onların hökmü müşrik hökmü deyil (Müşriklər nəcisdir).

skan:

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir