SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ


Rəhmli və Mərhəmətli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ona həmd edir, Ondan yardım istəyir, Onun məğfirətini diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə onu azdıracaq, kimi də azdırsa onu doğru yola yönəl-dəcək kəs yoxdur. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. O, təkdir və şəriksizdir. Şəhadət edi-rəm ki, Muhəmməd Allahın qulu və son elçisidir. Hörmətli oxucu! Bu risaləni qələmə almağımın səbəbi şiə məzhəbinin bir hədis ətrafında ortaya atdıqları şübhələrlə dolu yalan iddiaları olmuşdur. Həmin hədisin mətni belədir: Mən sizə iki şeyi: Allahın kitabını və əhli-beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız. (Tirmizi: 3786)
Şiələr bu hədisi dəlil gətirərək iddia edirlər ki, onlar (yəni şiələr) əhli-sünnətdən fərqli olaraq əhli-beytə tabe olmağı vacib bilirlər. Guya ki, onların məzhəbi əhli-beytin məzhəbidir. Bu sə-bəbdən də onlar özlərini əhli-beytdən olan İmam Cəfərə nisbət edərək “Cəfəri” adlandırırlar.
Şübhəsiz ki, bu hədis şiələrin leyhlərinə yox, əleyhlərinə dəlildir. Mən bunu bir nəçə yöndən izah etməyə çalışacam.
Birincisi: Hədisin məhz bu formada Peyğəmbərdən (salləlla-hu aleyhi və səlləm) səhih sənədlə nəql olunmasında alimlər ixtilaf etmişdilər. Çünki bu hədisin sənədində Zeyd adlı bir rəvayətçi vardır. O, daima nəql etdiyi hədislərdə özündən daha etibarlı sayılan rəvayətçilərə muxalif olur. Bu hədisi İmam Müslim daha etibarlı bir sənədlə bu formada rəvayət etmişdir: Mən sizə iki ağır əmanəti qoyub gedirəm. Bunların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. Siz də Allahın kitabına bağlanın və ondan möhkəm tutunun... (İkinci tövsiyəm) Əhli-beytimdir. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram.” (Müslim: 2408). Hədisin bu mətnindən aydın olur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurana tabe olmağı əmr etmişdir. Əhli-beytinə qarşı isə nəvaziş göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Tirmizi-nin rəvayətindən fərqli olaraq burada əhli-beytə tabe olmaqdan söhbət getmir. Tabeçilik yalnız Quran barədə əmr edilmişdir. Bunu, Müslimin Cabir ibn  Abdullahdan (radiyallahu anh) rəvayət etdiyi digər bir hədis də təsdiqləyir. Hədisdə deyilir:Mən sizə bir şeyi, Allahın kitabını qoyub gedirəm. Siz ondan tutunsanız, məndən sonra heç vaxt yolunuzu azmazsınız. (Müslim: 1218) Bu hədisdə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allahın kitabına tabe olan insanın haqq yoldan azmayacağını demiş, amma əhli-beytini qeyd etməmişdir.
İkincisi: Tirmizinin rəvayət etdiyi hədisi Şeyx Əlbani (rahiməhullah) səhih saymışdır. Bu hədisin səhihliyi barədə olan ixtilafı bir kənara qoyaraq deyirəm: “Bu hədis səhih olsa da, şiələrin zənn etdikləri mənadan təmamilə uzaq və onların leyhləri-nə yox, əleyhlərinə dəlildir. İstər Müslimin nəql etdiyi hədisdə “haqlarının qorunması” əmr edilən və istərsə də Tirmizinin nəql etdiyi hədisdə “tabe olunmaları” əmr edilən əhli-beytdən məqsəd şiələrin iddia etdikləri kimi yalnız Əli (radiyallahu anh) və onun övladları deyil. Əvvəla, əhli-beyt dedikdə Peyğəmbərin zövcələri nəzərdə tutulur. Bu həm Quran, həm Sünnət baxımından və həm də dilçilik və adət baxımından bu cürdür.
Qurandan dəlil əl-Əhzab/33-cü ayədir. Uca Allah buyurur:
{ وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلاَ تَبَرَّجْنَ تَبَرُّجَ الجَاهِلِيَّةِ الأُولَى وَأَقِمْنَ الصَّلاَةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنكُمُ
الرِّجْسَ أَهْلَ البَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا وَاذْكُرْنَ مَا يُتْلَى فِي بُيُوتِكُنَّ مِن ءَايَاتِ اللهِ وَالحِكْمَةِ إِنَّ اللهَ كَانَ لَطِيفًا خَبِيرًا }.
 Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır.” (əl-Əhzab/32-34). Ancaq burada əhli-beytə olan xitabın kişi cinsində olması şiələrin iddia etdikləri kimi Peyğəmbər (salləllahu aleyhi və səlləm) zövcələrinin əhli-beytdən sayılmayacağına dəlalət etmir. Çünki evin kişisi ev əhlinin rəisi olduğundan ötrü, ev əhlinə (yəni zövcələrə) müraciət də kişi cinsində olmuşdur. Bu, ərəb dilçiliyində məlum olan bir qaydadır. Necə ki mələklər İbrahimin (aleyhissəlam) zövcəsinə övlad müjdəsi verərkən, ona kişi cinsində xitab etmişdirlər. Uca Allah buyurur:
{قالوا أتعجبين من أمر الله رحمة الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد}
“Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun!..” (Hud/73). Bu ayədə də Uca Allah İbrahimin (aleyhissəlam) zövcə-sini əhli-beyt adlandırır.
Sünnətdən dəlil isə Peyğəmbərin namazlarında oxuduğu salavat duasının belə bir formasıdır: “Allahım! İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və onun zövcələrinə, zürriyətinə də bərəkət ver!” (Buxari və Müslim 1/306) Həmçinin sədəqə almaq da Peyğəmbərin zövcələrinə haram idi. Bu da, onların Muhəmmədin (salləllahu aleyhi və səlləm) əhli-beytindən olduğunun açıq bir isbatıdır. Çünki sədəqə insanların mallarının çirki sayılır və bu, Peyğəmbərin əhlinə haram idi. İbn Əbi Müleykə nəql edir ki, Xalid ibn Səid sədəqə malından bir inəyi Aişəyə göndərir. Aişə (radiyallahu anhə) isə onu geri qaytararaq deyir: “Bizə, Muhəmmədin əhlinə sədəqə haramdır.” (İbn Əbi Şeybə “Musənnəf” 3/214 səhihdir.)
Ərəb dilçiliyi baxımından da bu belədir. Məhşur ərəb dilçiləri və ən möhtəşəm ərəb dili izahlı lüğətlərinin müəllifləri demişdirlər: Əhli-beyt dedikdə, o evin sakinləri nəzərdə tutulur. Əhlur-rəcul (kişinin əhli) dedikdə, ona ən yaxın olan adamlar nəzərdə tutulur. Peyğəmbərin əhli-beyti dedikdə, onun zövcələri, qızları və yaxın qohumları nəzərdə tutulur. (Bax! İbn Mənzur “Lisanul-arab” 11/28, “əl-Qamusul-muhit” səh.1245 ləm hərfi bölümü, “əs-Sihah” 4/1628, “Mucəm Məqayis əl-lüğə” 1/161)
Adət baxımından bu məsələyə yanaşsaq, yenə də zövcənin kişinin əhli sayıldığını görəcəyik. Uca Allah Musanın (aleyhissə-lam) zövcəsinin onun əhlindən olduğunu bəyan edərək buyurur:
{ إذ رأى نارا فقال لأهله امكثوا إني آنست نارا لعلي آتيكم منها بقبس أو أجد على النار هدى}
“O zaman o, bir od görüb ailəsinə demişdi: "Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!” (Taha/10). Bütün bu dəlillər göstərir ki, Peyğəmbərin zövcələri əhli-beytdən sayılır. Hətta şiə alimlərin-dən bəziləri əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiklə-rindən ötrü, iddia etmişdirlər ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindən qəsdən əl-Əhzab/33-cü ayənin içərisinə daxil edilmişdir ki,  bu ayəni oxuyan hər kəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir. Bunu şiə məzhəbinin ən asas səkkiz kitabından birinin müəllifi olan Məclisi [1]    (kursoru [i] üstünə gətirib şərhləri oxuyun) “Biharul-ənvər” (c.35 səh.234) adlı əsərində demişdir. Bu da Quranın təhrif edildiyinə etiqad etməkdir ki, belə bir etiqadın sahibi İslam dairəsindən kənara çıxmış olur. Hətta şiə məzhəbinin mötəbər və məhşur kitab-larında da Peyğəmbər zövcələrinin əhli-beytdən olmasına dair rəvayətlər mövcuddur. Məsələn, Ümmü Sələmə soruşur: “Ey Allahın Elçisi! Mən də sənin əhli-beytindənəmmi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə cavabında: “Bəli” – deyir. (“Biharul-ənvər”35/221 və 45/198, “Təfsirul-burhan” 3/321, Tusi “əl-Əmali” səh.136 və.s.)
Həmçinin əhli-beyt dedikdə Əlinin, Cəfər ibn  Əbu Talibin, Əqil ibn Əbu Talibin və Abbas ibn Əbdülmüttəlibin ailələri nəzərdə tutulur. Bunların hamısına sədəqə almaq haram idi. Bu barədə dəlil Müslimin Zeyd ibn Ərqamdan nəql etdiyi hədisdir. (Müslim 2408). Ümumiyətlə Haşim övladlarının hamısı əhli-beytdən sayılır və onlara sədəqə malından pay almaq haram edil-mişdir. Buna dəlalət edən hədisi Müslim (1072) Rabiə ibn əl-Harisdən rəvayət etmişdir. Hətta bunu isbat edən şiə rəvayətləri də mövcuddur. Belə rəvayətlərin birində deyilir: Peyğəmbər (salləl-lahu aleyhi və səlləm) dedi: “Mən sizə iki şeyi: Quranı və əhli-beytimi qoyub gedirəm...”. Ondan soruşdular ki, bəs əhli-beytin kimlərdir? O (salləllahu aleyhi və səlləm) isə cavabında belə dedi: “Əlinin, Cəfərin, Əqilin və Abbasın ailələri.” (“Biharul-ənvər” 23/115, “Kəşful-ğummə” 1/44).
Xülasə, əhli-beyt məfhumu geniş bir məfhumdur. Şiələrin id-dia etdikləri kimi on dörd nəfərdən [2] ibarət deyil. İndi mən sual verirəm. Kimdir əhli-beyti qəbul etməyənlər? Əhli-beytə mənsub olan hər kəsi əhli-beytdən sayan və onları sevən Əhli-sünnət, yoxsa Haşim oğullarını və Peyğəmbərin zövcələrini əhli-beytdən saymayan və onları söyən şiələr?
Onlar (yəni: şiələr) əhli-beytdən olan Abbasa və onun oğlu Abdullaha, həmçinin İmam Həsənin övladlarına rişxənd edirlər (Kuleyni “əl-Kəfi” 2/155 və 8/191, Kəşşi “Rical” səh.52). Onlar Abdullah ibn Abbası ağıldankəm, İmam Hüseynin nəvəsi Zeyd ibn  Əlini şərabxor adlandırırlar. Həsən əl-Əskərinin qardaşı Cəfəri isə fasiq sayırlar. (“əl-Kəfi” 1/247 və 1/405, “Biharul-ənvər” 46/194)
Budurmu əhli-beytə qarşı olan hörmət və onlara tabeçilik?
Üçüncüsü: İmam Məlik “əl-Muvatta”da və Hakim də “əl-Müstədrək”də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini nəql etmişdirlər: “Mən sizə iki şey buraxdım. Siz bunlara bağlı qaldıqca azmayacaqsınız. Bunlar Allahın kitabı və Rəsulunun sünnətidir.” Bu hədis də Müslimin rəvayət etdiyi hədisi gücləndirir. Çünki burada da tabeçilik əhli-beytə yox, Quran və Sünnətə yönəldilmişdir. Bir çox halda şiələrin bu hədisi rədd etdiklərini gördüm. Bu hədisi qəbul etməyən, görəsən bu ayələrə nə cavab verəcək? Uca Allah buyurur:
Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.” (ən-Nisə/13-14);
Onlara: "Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!"– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görür-sən.” (ən-Nisə/61);
“Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: "Eşidirik və itaət edirik!"– demələridir...” (ən-Nur/51);
“Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha və  Onun Elçisinə tabe  olardıq!"” (əl-Əhzab/66);
“Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin! (Muhəmməd/33).
Bu mənada olan ayələr Quranda çoxdur. Onların hamısında da Allaha və Rəsuluna itaət etməkdən bəhs edilir. Deməli, şəriətdə əsas olan budur. Əhli-beytə tabe olmaq və onların yolu ilə getmək də mühüm məsələlərdəndir. Çünki onların Quran və Sünnətin qorunmasında əməkləri çox böyükdür. Bu ümmət, Quranın təfsi-rində ibn Abbasdan faydalandığı qədər bəlkə də heç kəsdən fayda-lanmayıb. Həmçinin Aişə anamız da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən səhabələrdən biridir. Onun rəvayət etdiyi hədislərin sayı 2000-dən artıqdır. Bu da onun dinə olan xidmətidir. Bu iki səhabə də əhli-beytin ən şərəfli simalarındandır. İbn Abbasın yüzlərlə ayəyə verdiyi şərhlər də, Aişənin rəvayət etdiyi 2000-dən artıq hədis də, Əlinin nəql etdiyi yüzlərlə hədis və onun verdiyi şəri hökmlər, bütün bunların hamısı əhli-sünnətin təfsir, hədis və fiqh kitablarında yer almışdır. Bu əhli-beytə tabeçilik deyil də, bəs nədir?
Dördüncüsü: Peyğəmbər (salləllahu aleyhi və səlləm) de-mişdir: “Mənim sünnətimdən və məndən sonra gələcək, hidayətə çatmış Raşidi xəlifələrimin sünnətindən azı dişləriniz ilə yapı-şın!..” (Əhməd “Müsnəd” 4/126, Tirmizi 5/44-də hədis üçün həsən-səhih demişdir, Əbu Davud 5/13, İbn Məcə 1/15, Darimi “Sünən” 1/57, Hakim “Müstədrək”də hədisi səhih saymış və Zəhəbi də onunla razılaşmışdır: 1/95-96, Şeyx Əlbani də hədisi səhihləmişdir: “Mişkətul-məsabih” 1/58).
Həmçinin o (salləllahu aleyhi və səlləm): “Məndən sonra iki şəxsə, Əbu Bəkrə və Ömərə tabe olun!” – demişdir. (Əhməd 5/399, Tirmizi 5/610, Hakim 3/79. Hədis səhihdir. Bax! Əlbaninin “Silsilətul-əhadis əs-sahiha” əsəri 3/233 hədis no: 1233).
Əhli-beytə tabeçiliyi əmr edən hədislər də bu cürdür. Bu hə-dislərə əsasən bəzi alimlər demişdir ki, Raşidi xəlifələrin [3]  icması (bir məsələ üzərində yekdil rəyə gəlmələri) şəriətdə hüccət (dəlil) sayılır. Alimlərdən bir qismi isə yuxarıda qeyd etdiyim ikin-ci hədisə əsasən: “Əbu Bəkr və Ömər bir məsələdə ittifaq etsələr, bu mənim üçün hüccət sayılar” – demişdir. Əbu Yalə də: “Tirmizinin rəvayət etdiyi hədisə əsasən Haşim övladları-nın (yəni əhli-beytin) icması hüccətdir” – demişdir  (Bax! “Minhəcus-sunnə” 4/85).




BİRİNCİ ƏMANƏT: “QURAN”
Səqəleyn hədisində qeyd olunan birinci və ən böyük əmanət, Allahın kitabı Qurandır. Bu hədisi əhli-sünnətə qarşı dəlil olaraq irəli sürən və bütün nəzərləri ikinci əmanətə (Əhli-beytə) yönəltmək istəyən şiələr birinci əmanəti – Quranı unutmuşdurlar. Bu əmanəti qoruyan, bu əmanətə (Qurana) sadiq qalan və onunla əməl edən, ona düzgün münasibət bəsləyən kimlərdir? Əhli-sünnət yoxsa şiələr?
Birincisi: Elə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sağ-lığında ikən, Quranı yazmaq işi onun tərəfindən səhabələrinə tapşı-rılmışdır. Bu dövrdə yazıdan çox əzbərləmək ön planda idi. Çünki hafizələr güclü idi. Yazı üçün lazım olan alətlər isə az idi. Bu səbəbdən Quran tam bir müshəf halında toplanmamışdır. Quranı tam olaraq əzbər bilən bir çox səhabə var idi. Ancaq hər nazil olan ayə əzbərlənməklə birlikdə yazılırdı. Osmandan (radiyallahu anh) belə dediyi nəql olunmuşdur: “Peyğəmbərə bir ayə nazil olduğu zaman, vəhy katiblərindən birini çağırar və belə deyərdi: Bu ayələri bu, bu mövzuların olduğu surəyə qoy!” (Nəsai 7008, Əbu Davud 786, Tirmizi 3086, Əhməd 399). Beləliklə səhabələr, Peyğəmbərin sağlığında Quranın hamısını yazmışdılar. Dörd raşidi xəlifə, Zubeyr ibn Əvvam, Ubey ibn Kəb, Zeyd ibn Sabit, Muaviyə ibn Əbi Süfyan və Məhəmməd ibn Məsləmə Quranın katibliyini etmiş səhabələrdəndir.
İkincisi: Əbu Bəkrin xilafəti zamanı Quranın yazılması. Bütün bunlarla birlikdə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat etdiyi zaman Quran, nə vəhy katiblərinin nə də digər səhabələrin əlində tam bir müshəf halında deyildi. Yazılı nüsxələr müxtəlif şəxslərdə dağınıq bir halda idi. Bir surə bir səhabənin, başqa bir surə isə başqa bir səhabənin evində idi. Əbu Bəkrin xilafəti zamanı h.12-ci ildə Yəməmə döyüşündə çoxlu sayda Quran hafizi şəhid edildi. Bu səbəbdən Ömər (r.a) Əbu Bəkrə (r.a) təklif etdi ki, Quranı bir müshəf halında toplasın. Əbu Bəkr isə bu şərəfli və məsuliyyətli işi Zeyd ibn Sabitə həvalə etdi. Çünki o, elə Peyğəmbərin sağlığında Quranı ən mükəmməl şəkildə, tam olaraq əzbər bilən dörd nəfərdən biri idi. Bu dörd nəfər: Ubey ibn Kəb, Muaz ibn Cəbəl, Əbu Zeyd və Zeyd ibn Sabitdir. Ömər (radiyal-lahu anh) camaata elan edib bildirdi ki, kimdə Qurandan bir yazı varsa, gətirsin! Zeyd (radiyallahu anh) deyir ki: “Mən də Quranı xurma yarpaqları üzərindəki, daş üzərlərindəki yazılardan və əzbərdən bilən insanların qəlblərindən topladım.” Onun  Quranı toplayarkən qoyduğu şərtlər belə idi:
a. Gətirilən ayələrin əzbərlənmiş olması.
b. Peyğəmbərin hüzurunda yazılmış olması.
c. Bütün bunların da ən azı iki şahidin şahidliyi ilə isbat edilməsi.
Zeyd (radiyallahu anh) Allahın kitabını əzbər bildiyi halda, ona həvalə olunmuş bu məsuliyyətli işə bu qədər ciddi yanaşdı. Bir ilə yaxın bir müddət içərisində Quranın toplanması işi tamamlandı. Daha sonra Zeyd, Quranın müshəfini Əbu Bəkrə təhvil verdi. Müshəf, vəfat edincəyə qədər Əbu Bəkrin yanında qaldı. Daha sonra həyatı boyunca Ömərin yanında, sonra da Ömərin qızı Həfsənin yanında qaldı.
Üçüncüsü: Osmanın xilafəti zamanı Quranın yazılması. Bu hadisə h.25-ci ildə baş vermişdir. Beləki, müsəlmanlar Hüzeyfə ibn Yəmənin başçılığı ilə Ermənistana və Azərbaycana cihada çıxmışdılar. Bu döyüşdə Şam camaatı ilə Küfə xalqı bir yerdə idi. Həmin vaxt Hüzeyfə (r.a) görür ki, bu iki bölgənin əhalisi Quranın bəzi kəlmələrinin oxunuşu barəsində ixtilafa düşür. Çünki Küfə xalqı Abdullah ibn Məsudun qiraəti ilə, Şam əhalisi isə Ubey ibn Kəbin qiraəti ilə oxuyurdular. Bu ixtilaf Hüzeyfəni qorxutdu və o, Mədinəyə, İmam Osmanın yanına gələrək bu ixtilafı həll etməsini istədi. Osman (r.a) da Ömərin qızı Həfzəyə xəbər göndərərək: “Əlindəki müshəfi bizə göndər ki, biz də onu çoxaldıb sənə qaytaraq” dedi. Həfzə də müshəfi Osmana göndərdi. Osman da bu müshəfi çoxaltmaq üçün Zeyd ibn Sabiti, Abdullah bin Zubeyri, Səid ibn  əl-Ası və Abdurrəhman ibn  əl-Haris ibn  Hişamı seçdi. Bu şərəfli iş tamamlanandan sonra Osman, müshəfi Həfzəyə qaytardı və bu Quranın xaricində nə qədər nüsxə var idisə, onları yandırmağı əmr etdi. (Buxari 4987, Fəthul-Bəri 9/11). Osman bu işi səhabələr ilə məsləhətləşəndən sonra etmişdir. Bu barədə Əli (r.a) belə deyir: “Allaha and olsun ki, müshəflərə etdiyini bizimlə məsləhətləşəndən sonra etmişdi. Osman belə dedi: “Mən insanları bir müshəf ətrafında toplamağı məqsədə uyğun bilirəm...” Biz də: “Sənin bu fikrin çox doğru bir fikirdi, dedik.” (İbn Əbid-Dünya “Kitabul-Məsahif” 22, Xətib “əl-Fəslu li vusulil-Mudrək” 2/954). Musab ibn Sad isə belə demişdir: “Osman digər (səhabələrin əlində olan və özlərinin yazdığı) müshəfləri yandırmaq istəyəndə, hər kəs bu işi bəyəndi və heç kəs etiraz etmədi.”  (İbn Əbid-Dünya “Kitabul-Məsahif” səh.16)
Bütün bunlardan sonra ortaya belə bir sual çıxır: Allah Quranı kimlərin əli ilə qorumuşdur? Şiələrin yoxsa, onların nif-rət etdikləri kişilərin?! Bax, “Səqəleyn” hədisini əhli-sünnətə qarşı dəlil gətirən şiələr ilk növbədə bu suala cavab verməlidirlər.
Dördüncüsü: Quranın 14 qiraəti mövcuddur. Bu qiraətlər-dən 7-si əsas, 3-ü köməkçi və 4-ü şəzz qiraətlərdir. [4] Bu gün yer üzərində olan milyonlarla müsəlman (məzhəbindən aslı olmaya-raq) Quranı bu 10 qiraətdən birinin vasitəsi ilə oxuyurlar. Bu 10 qiraət mütəvatir (çoxsaylı) sənədlə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən nəql olunmuşdur. Səhabələr də, bu qiraət formalarını Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) öyrənmişdirlər. Şübhəsiz ki, Quran, bu on qarinin (Quran biliciləri-nin) sayəsində qorunmuşdur. Bu on qarinin hamısı da əhli-sünnət-dəndir. Yəni, Quranın oxunuş qaydalarını Peyğəmbərin əshabın-dan nəql edən ravilərin hamısı əhli-sünnətin raviləridir. Deməli, Quran bizə əhli-sünnət yolu ilə nəql olunmuşdur. Bunların içərisində bir dənə də olsa şiə ravisi yoxdur. Bəs hanı sizin Qurana olan xidmətləriniz? Axı o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bizə tərk edib getdiyi ən böyük əmanətidir. Harada qaldı “Səqəleyn” hədisinə tabeçilik? Haradadır əhli-beyt imamlarından nəql etdiyiniz Quran? Nə üçün Zürarə ibn Əyun, Cabir əl-Cofi və Əbu Bəsir kimi raviləriniz İmam Cəfərdən minlərlə hədis rəvayət etdikləri halda, ondan və digərlərindən Quran (qiraətini) nəql et-məyiblər? İmam Cəfərin vasitəsi ilə Quran qiraəti nəql edən qari Həmzə əz-Zəyyatdır. Bu qari də əhli-sünnətdəndir. (İbn əl-Cəzəri “ən-Nəşru fil-qiraətil-aşara” 1/133, Zəhəbi “Siyəru Əlamin-nubəla” 7/90) Bəs haradadır şiə raviləri? Şübhəsiz ki, şiələrin Quran üçün nə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), nə də onun əhli-beytindən bir sənədləri yoxdur. Bu gün də yer üzərində yaşayan bütün şiələr, Quranı bu 10 qiraətdən biri ilə oxuyurlar. Deməli, onlar dinin əsas təməllərindən biri olan Quran barəsində əhli-sünnətə möhtacdırlar. Quranı bizə nəql edən on qari isə bunlardır:
1. Mədinəli qari İmam Nafi ibn Abdirrəhman (vəfatı hicri:169)
2. Məkkəli qari İmam Abdullah ibn Kəsir (v.h.120)
3. Bəsrəli qari İmam Əbu Amr ibn Ala (v.h.154)
4. Şamlı qari İmam Abdullah ibnşAmir (v.h.118)
5. Küfəli qari İmam Asim ibn Əbin-Nəcud (v.h.128)
6. Küfəli qari İmam Həmzə ibn Həbib əz-Zəyyat (v.h.156)
7. Küfəli qari İmam Əli ibn Həmzə əl-Kisai (v.h.189)
8. Mədinəli qari İmam Əbu Cəfər Yezid ibn əl-Qaqa (v.h.128)
9. Bəsrəli qari İmam Yaqub ibn İshaq (v.h.205)
10. Bağdadlı qari İmam Xələf ibn Hişam (v.h.229) [5]
Bu on qiraət forması 13 səhabədən: Ömər ibn Xəttab, Osman ibn Əffan, Əli ibn Əbi Talib, Zeyd ibn Sabit, Ubey ibn Kəb, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Abdullah ibn Əyyaş, Abdullah ibn əs-Saib, Əbu Musa əl-Əşari, Əbu Dərda, Əbu Hureyrə və Hüseyn ibn Əlidən nəql olunmuşdur. Quranın qiraətini əhli-beytdən: Əli, İbn Abbas və Hüseyndən rəvayət edən məhz əhli-sünnətin raviləridir. Biz, bu ravilərin içərisində bir dənə də olsa şiə ravisi görə bilmirik. Şiələrdən bəziləri iddia etmişdir ki, İmam Asim və onun tələbəsi Həfs şiə olmuşdur. Bu iddiaya qarşı bir neçə yöndən cavab vermək olar.
1. Şiələr əhli-beyt imamlarından Quran üçün bir dənə də olsa, şiə ravilərindən ibarət sənədin mövcudluğunu isbat etməkdən aciz qaldıqları vaxt, belə bir yalan iddianı irəli sürdülər.
2. Əgər İmam Asimin qiraətinin ravilərinin küfəli şiələr oldu-ğunu iddia edirsinizsə, bu idianızı açıq dəlillər ilə isbatla-malısınız. Siz, Əhli-sünnətin rical kitabları (yəni: ravilərin kimliyindən bəhs edən əsərlər) ilə bunu isbatlaya bilərsiniz-mi? Əgər bunu, bizim kitablarımızla isbatlamağı bacarmırsı-nızsa, o zaman onların şiə olduqlarını öz rical kitablarınız-la isbat edin!
3. Şiələrin ən mötəbər rical kitablarının müəllifləri olan Kəşşi, Hilli, Nəcaşi, İbn Davud, Bərqi və Xəqani öz kitablarında Həfs ibn Süleymanın həyatına (tərcümeyi-halına) yer verməmişdirlər. Yalnız Tusi öz ricalında onun tərcümeyi-halına yer vermiş və Həfsi İmam Cəfərin tələbələrindən saymışdır. (“Rical ət-Tusi” səh.189) Ancaq onun şiə, yaxud etibarlı və ya yalançı ravi olduğunu qeyd etməmişdir. Ayətullah ət-Tustəri də “Qamus ər-rical” (3/582) əsərində Həfsin tərcümeyi-halına yer vermiş, ancaq onun şiə ravisi olduğunu isbat edə bilməmişdir.
4.Sual verilsə ki: “Onun, İ.Cəfərin tələbələrindən olması, şiə olmasının isbatı deyilmi?” Cavabım belə olacaq: “Əlbətdəki xeyr”. Çünki şiə alimlərinin özlərinin də dediyi kimi, imamların əshabı (yəni: dostları, tələbələri) içərisində nəinki əhli-sünnət raviləri, hətta əhli-beytin düşməni olan nəvasiblər də olub. Məsələn, şiə müəlliflərinə görə Əhməd ibn əl-Xasib adlı şəxs İmam əl-Hədinin əshabından sayılır. Ancaq o, nasibi (əhli-beyti söyən) idi. (ət-Tustəri “Qamus ər-rical” 1/180)
5.Xülasə, bilmək lazımdır ki, nə isə iddia etmək asan ola bilər. Amma əsas olan iddia etmək yox, o iddianı isbat etməkdir. Şübhəsiz ki, isbatı olmayan iddianı irəli sürməkdən də heç kəs aciz deyil.
Beşincisi: Bu yerdə belə bir sual ortaya çıxır. Quranı Əbu Bəkr  (radiyallahu anh) cəm etdiyi və onu Osman (radiyallahu anh) çoxaltdığı və onun qiraətini əhli-sünnət qariləri nəql etdiyi halda, necə olur ki, şiələr bu Quranı qəbul edirlər? Onlar nəql edəni  (yəni, səhabələri) qəbul etmədikləri halda, necə olur ki, nəql oluna-nı (yəni: Quranı) qəbul edirlər? Quranın oxunuş şəklini rəvayət edən və beləcə Quranı bizə çatdıran əhli-sünnətin bu imamları (raviləri), o cümlədən də peyğəmbər hədislərini rəvayət etmiş və bizə çatdırmışlar. Bu hədislərin hamısı əhli-sünnətin hədis kitab-larında mövcuddur. Şiələr onlar tərəfindən rəvayət olunan Quranı qəbul etdikləri halda, nə üçün onların nəql etdikləri sünnəti  (hədisləri) qəbul etmirlər?
Bütün bu sualların cavabında deyirəm: Elə bu səbəblərə görə şiələrin bir çox alimi Quranın qorunmadığına və təhrif edildiyinə etiqad etmişdir. Hətta Quranın dəyişdirildiyini isbat etməkdən ötrü kitablar yazmışlar.
Əli ibn İbrahim əl-Qummi [6] öz təfsirində bu etiqadını belə açıqlayır: “Quranda dəyişilmiş, dəyişdirilmiş və...Allahın nazil etdiklərinin əksinə olan yerlər var.” Daha sonra o, dəyişdirilmiş və Allahın nazil etdiyi əsl Qurana muxalif olduğunu iddia etdiyi çoxlu sayda ayəni və buna dair məsumlardan nəql etdiyi hədisləri misal göstərir  (Təfsirul-Qumminin müqəddiməsinə bax!).
Muhəmməd ibn Yaqub əl-Kuleyni [7] öz etiqadını bu barədə olan hədisləri kitabında rəvayət etməsi ilə bəyan etmişdir. Həmin rəvayətlərdən ikisini qeyd edirəm. Cəfər əs-Sadiq deyir: “Həqiqə-tən, Cəbrayılın Muhəmmədə gətirdiyi Quran on yeddi min ayə idi.” (“Usulu-Kəfi”-də “Fədlul-Quran” kitabı 28-ci hədis. c.2 səh.634. Məclisi “Miratul-Uqul”12/536-cı səhifədə bu hədisə “səhihdir” deyir.)
Cəfər (rahiməhullah) dedi: “Həqiqətən bizdə Fatimənin müshəfi var. Amma sən bilmirsən ki, Fatimənin  müshəfi nədir?” (Ravi deyir ki,) mən dedim: “Fatimənin müshəfi nə olan şeydir?” O (imam) isə dedi: “Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabərdir. Allaha and olsun ki, onda Qurandan bir hərf belə yoxdur.” (“Usulu-Kəfi”də “əl-Hüccə” kitabı 1/239-240. Məclisi “Miratul-Uqul”3/54-də bu hədisi səhihləşdirir.)
Əhməd ibn Əbi Talib ət-Təbərsi [8] də bu etiqadın sahibi olmuşdur. Bunu, onun Əl-İhticac kitabında qeyd etdiyi rəvayətlər də isbat edir. Bu rəvayətlərdən birində deyilir ki, “Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat edəndən sonra Əli Quranı topla-dı və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəsiyyət etdiyi kimi onu muhacir və ənsarların yanına gətirib onlara göstərdi. Əbu Bəkr onu açanda birinci səhifədə özlərinin biabırçılıqlarının yazıl-dığını gördü. Ömər sıçrayıb ayağa qalxdı və dedi: “Ey Əli! Onu buradan rədd elə! Bizim ona ehtiyacımız yoxdur.” Əli onu götürüb getdi. Sonra Zeyd ibn Sabiti çağırıb gətirdilər. O, Quran oxuyan birisi idi. Ömər ona dedi: “Əli bir Quran gətirmişdi, orada muhacir və ənsarların pis əməlləri yazılmışdır. Biz belə qərara gəldik ki, özümüz bir Quran yazıb ondan muhacir və ənsarları biabır edib hörmətdən salan yerləri (ayələri) çıxardaq.” (“əl-İhticac” 1/155).
Muhəmməd Bəqir əl-Məclisi [9] yuxarıda qeyd etdiyim “on yeddi min ayə” hədisini şərh edərkən hədisin “səhih” olduğunu qeyd etdikdən sonra belə demişdir: “Həqiqətən, Quranın naqisliyi və dəyişdirildiyi barəsində olan açıq-aydın, səhih hədislər çoxdur. Bu barədə olan hədislər mənaca mütəvatir dərəcəsindədir. Onların (təhrif barədə olan hədislərin) hamısını rədd etmək bir başa hədislərə olan etimadı aradan qaldırmağı labüd edir. Mənim zənnimcə bu barədə olan hədislər imamət barəsində olan hədislər-dən az deyil. Bəs onlar onu (imaməti) hədislər ilə necə isbat edirlər?” [10] (“Miratul-Uqul”12/536 və bəzi nüsxələrdə səh.525).
Həmçinin o, Biharul-Ənvər adlı kitabında Quranın təhrifinə dair belə bir bölüm də açmışdır: “Bəbut-Təhrif fil-Əyətil-ləti hiyə xiləfu mə ənzəlallah” (Allahın nazil etdiklərinin xilafına olan ayələrdə təhrif bölümü).
Əbul-Həsən əl-Amili [11] də Şeyx Məclisi kimi bu barədə olan hədislərin mütəvatir dərəcəsində olduğunu qeyd edərək deyir: “Bil ki, inkar olunmaz həqiqətdir ki, mütəvatir və digər xəbərlərə əsa-sən, həqiqətən, Peyğəmbərin vəfatından sonra Quranda dəyişiklik-lər baş vermişdir. (Sahabələr) Quranı topladıqdan sonra bir çox kəlməni və ayələri yox etmişlər.” Daha sonra o, təhrif olunmamış, əsil Quranın Mehdidə olduğunu qeyd edir. Sonra bu əqidəyə sahib olan böyük şiə alimlərindən Kuleyninin, onun ustadı Qumminin, Əyyaşinin, Numaninin, Əbu Talib ət-Təbərsinin və Məclisinin adını qeyd edərək sözünü belə tamamlayır: “Demək olar ki, bu əqidə bizim məzhəbin (şiəliyin) zəruriyyətlərindəndir.” (Mira-tul-Ənvər”, səh.36, əlavə olaraq səh.49-51-ə də bax!).
Adnan əl-Bəhrani [12] “Məşariquş-Şumus əd-Durriyyə” adlı  ki-tabında (səh.126) qeyd etmişdir ki, Quranın təhrifinə dair olan hədislər mütəvatir dərəcəsindədir. Həmçinin bu məsələ Şiə məzhəbinin zəruriyyətlətindəndir.
Alləmə mühəddis Yusuf əl-Bəhrani [13] isə “Əd-Durarun-Nəcəfiyyə” adlı kitabında (səh.298) təhrif barədə olan hədislər haqqında qeyd etmişdir ki, əgər bu hədislərin səhihliyinə tənə edilsə, o zaman Şiə məzhəbinin bütün hədislərinə də tənə etmək asan olacaq.
Kəmaləddin Meysəm əl-Bəhrani [14] Osmana (radiyallahu anh) tənə edərək demişdir: “Həqiqətən o, insanları Zeyd ibn Sabitin qiraəti ətrafında cəm etmiş və müshəfləri məhv etmişdir. Şübhəsiz ki, o, (peyğəmbərə) nazil olmuş Quranı da məhv etmişdir.” (Şərhu Nəhcul-Bəlağa 11/1)
Ancaq bəzi şiə alimləri: Şeyx Saduq, Mürtəza, Əbu Cəfər ət-Təbərsi və Əbu Əli ət-Təbərsi bunun əksini bəyan etmişdirlər. Bu barədə böyük şiə alimi Nemətullah əl-Cəzairi demişdir: “...Bizim əshabımız (yəni şiə alimləri) Quranın təhrif olunduğuna dair açıq-aydın sübut olan bu mutəvatir xəbərlərin səhihliyi və bunları təsdiqləmək məsələsində ittifaq halındadırlar. Bəli, artıq buna Mürtəza, Saduq və Şeyx Təbərsi muxalif olmuşdur. Onlar belə hökm vermişdilər ki, iki üzlük arasında olan Quran, təhrif edilmə-dən və dəyişdirilmədən nazil olmuş Qurandır. Açıq-aşkardır ki, bu söz (yəni: təhrifi inkar etmək) çox saylı məsləhətlərdən (yəni: təqiyyədən) ötrü onlar tərəfindən deyilmişdir. Bu məsləhətlərdən biri də Qurana tənə etmək qapısını bağlamaq olmuşdur. Çünki Quranda təhrif caiz olsaydı onun hökm və qaydalarına necə əməl etmək olardı?” (Nemətullah əl-Cəzairi “Əl-Ənvərun-Numaniyyə” 2/357-358).
Nemətullah əl-Cəzairi qeyd etmişdir ki, vaxtı ilə Quranda imamların təriflənməsinə və səhabələrin pislənməsinə dair ayələr olmuşdur. Səhabələr isə bu ayələri Qurandan çıxardaraq onu dəyiş-dirmişdirlər (“Əl-Ənvərun-Numaniyyə” 1/97).
Nemətullah əl-Cəzairi həmin kitabında bir sualı belə cavab-landırır: “Əgər deyilsə ki, Quranın dəyişdirilməsi ilə birgə, onu oxumaq necə mümkün olur?” (Cavabında) mən deyirəm: “Artıq xəbərlərdə məsumlardan rəvayət olunmuşdur ki, onlar öz şiələrinə əldə mövcud olan Quranı namazda və başqa  ibadətlərdə oxumağı və onun hökümlərilə əməl etməyi əmr etmişdilər. O vaxtacan ki, ağamız Sahib əz-Zaman zühur edəcək və insanların əllərində olan Quranı səmaya qaldıracaq, əmirul-mumininin (Əlinin) yazdığı Quranı ortaya çıxaracaq, onu oxuyacaq və onun hökmləri ilə əməl edəcək.” (“Ənvərun-Numaniyyə”2/363).
Hörmətli oxucu! Nəzərinə çatdırım ki, belə bir əqidəyə sa-hib olmaq əhli-sünnətə görə küfrdür. Əhli-sünnət alimlərindən olan İbn Qudamə demişdir: “Müsəlmanlar arasında ixtilaf yoxdur ki, əgər bir şəxs Qurandan bir surəni və ya bir ayəni, yaxud bir kəlməni və ya bir hərfi belə inkar etsə o, ittifaqla kafirdir.” (“Lumatul-Etiqad” səh. 19).
Qazi İyad “əş-Şifa” adlı kitabında belə deyir: “Bil ki, kim Quranın, yaxud müshəfin nəyinəsə qiymətsiz bir şey kimi baxsa, yaxud onları söysə, ya da ki, onu və ya ondan bir şeyi, yaxud onda göstərilən bir hökmü və ya xəbəri yalan saysa, yaxud onun (Quranın) inkar etdiyini isbat etsə və ya onun isbat etdiyini bilə-bilə inkar etsə, yaxud ondan bir şeyə şəkk etsə, o şəxs, bütünlüklə elm əhlinin nəzərində kafir sayılar.”
Belə bir hökmü Şeyxulislam İbn Teymiyyə də “Sarimul-Məslul” adlı kitabının 586-cı səhifəsində qeyd etmişdir.
Amma indi baxın və görün ki, yuxarıda küfrlə dolu olan sözlərini qeyd etdiyim Nemətullah əl-Cəzairi barəsində şiə alimləri nə fikirdədir:
Hurr Amili onun barəsində belə deyir: “Əs-seyyid Nemə-tullah ibn Abdullah əl-Huseyni əl-Cəzairi qədir-qəyməti böyük olan fəzilətli, araşdırıcı bir alimdir...” (“Əməlul-Amil”2/336).
Abbas əl-Qummi demişdir: “Çoxlu əsərlərin sahibi, qədir-qiyməti uca, fəzilətli və alim olan bir araşdırıcı idi. Təfsirdə, hədis və fiqhdə, ərəb dili və ədəbiyyatında öz əsrində yeganə bir şəxs idi.” (“Əl-kunə vəl-Əlqab” 3/298). Əlavə olaraq “Ravdatul-Cənnə”8/138-ci səhifəyə müraciət et!
Bütün bunlarla yanaşı Hicri 1320-ci ildə vəfat etmiş məhşur şiə alimi Nuri ət-Təbərsi Quranın təhrifini isbat etməkdən ötrü “Fəsl əl-Xitab fi isbat təhrif kitab rabb əl-ərbab” adlı bir kitab qələmə almışdır. O, bu kitabında Quranın təhrifinə dair “məsum imamlar”dan nəql olunmuş və şiənin hədis elmindəki qaydalarına uyğun  yüzlərlə “səhih” hədisi dəlil gətirir. Şübhəsiz ki, o, bu hədislərin səhihliyini, bunları inkar edən başqa şiə alimlərindən daha yaxşı bilirdi. Unutmaq lazım deyil ki, Nuri ət-Təbərsi Şiə məzhəbinin ən sonuncu və ən böyük mühəddislərindəndir. Şübhə-siz ki, mühəddis, (hədis elmi onun sahəsi olduğundan) hədislərin səhih-zəifliyini digərlərindən daha yaxşı bilir. Daha sonra o, bu kitabına irad tutanlara qarşı “Li rədd bəd əş-şubuhat ən Fəsl əl-Xitab” adlı bir kitab da yazmışdır. Onu da qeyd etmək lazımdır ki, o, Şiə məzhəbinin səkkiz ən mötəbər kitabından biri olan “Müstədrək əl-Vəsail” kitabının müəllifidir.
Çox qəribədir! Bu gün də, bütün bunları bilən şiə alimləri, bu etiqadda olan alimlərinə qarşı üzür axtarır və deyirlər ki: “Bu alimlər ictihad ediblər və xətaya yol veriblər. Biz onları, bu ictihadlarına görə kafir hesab edə bilmərik.” Sübhənallah!!! Məgər siz, Allahın varlığı barəsində münaqişə edəni və ya Muhəmmədin sonuncu rəsul olduğunu inkar edəni də üzürlü hesab edəcək və: “O, ictihad edib, xəta edib” deyəcəksiniz? Məgər dində etiqad edilməsi zəruri olan məsələlərdə ictihad etməyi caiz bilirsiniz? Məgər siz, ikinci əmanəti – əhli-beyti inkar edəni üzürlü sayırsınız? Bəs nə üçün ondan da böyük olan əmanəti inkar edənə üzür axtarırsınız? [15]
(Allahın ağıl nemətinə görə, Ona həmd olsun!!!)


İKİNCİ ƏMANƏT: “ƏHLİ-BEYT”
(Əhli-sünnətin Əhli-beytə tabeçiliyi)
Əhli-sünnət öz dinini, etiqadını Quran və Sünnətdən, Peyğəmbərin əshabından və əhli-beytindən almışdır. Əhli-sünnətə görə əhli-beyti sevmək və onların fəzilətlərini dilə gətirmək iman-dandır. Belə ki, əhli-sünnətin demək olar bütün hədis kitablarında əhli-beytin fəzilətinə dair xüsusi bölümlər var. Hətta İmam Nəsai məhz Əlinin (radiyallahu anh) fəzilətlərinə dair “əl-Xəsais” adlı bir əsər qələmə almışdır. Bu, h.215-ci ilində dünyaya gəlmiş bir əhli-sünnət alimidir. Kim hicri üçüncü əsirdə İ.Nəsainin bu kitabı kimi bir kitab yazan şiə müəllifini göstərə bilər?
Bu yerdə belə bir sual ortaya çıxa bilər: “Nə üçün əhli-sünnət Əbu Hənifənin, Şafinin, Məlikin və Əhmədin məzhəbinə (yəni: fikirlərinə, fətvalarına) tabe olduğu kimi, Cəfərə və onun atasına tabe olmurlar?”
Cavab: Şübhəsiz ki, İmam Zeynulabidin, İmam Həsən əl-Bəsri, Abdurrəhman Auzai, Muhəmməd əl-Bəqir, Sufyan əs-Souri, Sufyan ibn Uyeynə, İbn Mübarək, Zeyd ibn Əli ibn Hüseyn, İ.Məlik, Əhməd ibn Hənbəl, Cəfər əs-Sadiq və qeyriləri əhli-sünnətin imamları, hədis raviləri və hidayət rəhbərləridir. Ancaq burada başqa bir məsələ var. İmam Əhmədin, Əbu Hənifənin, Şafinin və İmam Məlikin əshabı öz ustadlarının fiqhini (fətvaları-nı) qələmə aldıqları halda, Sourinin, Auzainin, Cəfərin, Muhəm-məd əl-Bəqirin və qeyrilərinin tələbələri onların fiqhini qələmə al-mamışdır. Bu səbəbdən də, onların fiqhi tam olaraq bizə çatma-mışdır. Onların fətvalarının bir qismi yalnız ravilər vasitəsi ilə bizə çatmışdır. Məsələn, Həsən əl-Bəsrinin fiqhinin (fətvalarının) 80%-i, Sourinin fiqhinin 90%-i, İbn Mübarəkin fiqfinin 10%-i, Cəfərin fiqhinin 40%-i əhli-sünnətin kitablarında mövcuddur. (Bu faizlərin rəqəmi nisbidir) Amma Əbu Hənifənin bir neçə risaləsi bu günə-cən bizə gəlib çatmışdır. “əl-Fiqhul-əkbər”, “Müsnəd” və “əl-Vasiyyə” bunlardandır. Onun tələbələri olan Əbu Yusuf, Muhəm-məd ibn Həsən əş-Şeybani və İmam Zufər onun fiqhini qələmə almışdılar. İmam Məlikin “əl-Muvatta” əsəri mövcuddur. İ.Şafi “əl-Müsnəd”, “ər-Risalə” və “əl-Umm” əsərlərini qələmə almışdır. Əhməd ibn Hənbəl içərisində 30 mindən artıq hədis olan “əl-Müsnəd”in sahibidir. Onun tələbələri isə onun fətvalarını qələmə almışdır. İndi mən, bütün şiələrə belə bir sual ünvanlayıram: “Sizin əlinizdə məhz İ.Zeynulabidinin, əl-Bəqirin və ya Cəfər əs-Sadiqin özlərinin qələmə aldıqları bir fiqh və ya hədis kitabı varmı? Onların öz tələbələri tərəfindən onların fiqhinə dair qələmə aldıqları bir dənə də olsa, kitabı bizə göstərə bilərsinizmi?”
Siz belə bir kitabı ortaya çıxartmaqdan acizsiniz. O zaman, nə üçün özünüzü İmam Cəfərə nisbət edərək “Cəfəri” adlandırırsı-nız? Axı siz “Cəfəri” adı altında Xomeynini, Lənkərani-ni, Xoini, Sistanini təqlid edirsiniz. Bunların İ.Cəfər ilə nə əlaqəsi var?
Bəli, əhli-sünnət öz kitablarında əhli beytdən nəql olunmuş hədisləri və fətvaları qəbul edir. Əhli-beytin rəisi olan Peyğəmbər-dən (salləllahu aleyhi və səlləm) nəql olunmuş on minlərlə səhih hədis əhli-sünnətin hədis kitablarında mövcuddur. Ancaq şiələrin ən mötəbər hədis kitabların da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) nəql olunmuş hədislərin sayı cəmi 644-dür. Hələ mən, bunların səhih olub-olmadığını demirəm. Əhli-sünnət alimləri əhli-beytdən olan möminlərin anası  (münafiqlərin deyil) Aişədən 2210 hədis, İbn Abbasdan 1160 və Əlidən  (təkrarları ilə birlikdə) 1583 hədis rəvayət etmişdir. Ancaq şiələrin dörd əsas və mötəbər hədis kitabında [16] Əlidən nəql olunmuş hədislər 690 dənədir. Bunları növbəti səhifədə ətraflı bir şəkildə açıqlayacam.
Əhli-sünnətin kitablarında bəzi səhabələrdən az, bəzilərindən çox, bəzi imamlardan az, bəzilərindən çox hədis rəvayət olun-masının bir çox səbəbləri vardır. Bu səbəbləri izah etmək buranın yeri deyil. Ancaq bəzi misallar qeyd etmək istəyirəm ki, haqqı axtaran onu tapsın! Məsələn, Əhli-sünnət kitablarında  Əbu Bəkr və Osmandan nəql olunmuş hədislərlə yanaşı Zeynulabidin, əl-Bəqir və Cəfərdən nəql olunmuş hədislərin sayını sizə təqdim edirəm:            
1. “Səhih əl-Buxari”də: Zeynulabidindən 25, Osamandan da 25 hədis rəvayət edilmişdir;
2. “Səhih əl-Müslim”də: Zeynulabidindən 15, əl-Bəqirdən 19, əs-Sadiqdən 17, Əbu Bəkrdən isə yalnız 9 hədis rəvayət edilmişdir;
3. “Sünən ət-Tirmizi”də: əl-Bəqirdən 23, Cəfərdən 20, Əbu Bəkrdən 22 və Osmandan 19 hədis rəvayət edilmişdir;
4. “Sünən ən-Nəsai”də: əl-Bəqirdən 56, Cəfərdən 44, Əbu Bəkrdən 22, Osmandan isə 27 hədis rəvayət edilmişdir;
5. “Sünən Əbi-Davud”də: Zeynulabidindən 11, əl-Bəqirdən 17, Cəfərdən 11, Əbu Bəkrdən də 11 və Osmandan 15 hədis rəvayət edilmişdir;
6. “Sünən İbni Məcə”də: əl-Bəqirdən 24, Cəfərdən 19, Əbu Bəkrdən 16, Osmandan isə 23 hədis rəvayət edilmişdir.
Fikir verin! Əhli-sünnətin ən mötəbər hədis kitablarında [17] Əbu Bəkrdən rəvayət olunan hədislərin sayı cəmi 210, Muhəmməd əl-Bəqirdən rəvayət olunmuş hədislərin sayı isə 229-dur. Məgər, Əbu Bəkrdən az hədis rəvayət olunması, əhli-sünnətin ona qarşı hörmətsizliyini göstərir? Əlbətdə ki, xeyr. Beləcə də digərlərindən az hədis rəvayət olunması onlara qarşı hörmətsizliyin əlaməti deyil. Əksinə, əhli-sünnət hər kəsin haqqını vermiş, təfrit və ifratdan uzaq durmuşdur.
Hörmətli oxucu! Sənin üçün Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), Əlidən, Fatimə, Həsən və Hüseyndən nəql olunmuş hədislərin sayını həm əhli-sünnətin və həm də şiələrin ən mötəbər hədis kitablarından təqdim edirəm:
1.      Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) nəql olunmuş hədislərin sayı: Əhli-sünnətin ən mötəbər hədis kitablarında nəql olunmuş on minlərlə hədisin 90%-indən artıqı məhz Peyğəmbərimizin hədisləridir. Qalan hədislər isə səhabələrin söz və fellərindən ibarət xəbərlərdir. Şiələrin ən mötəbər dörd hədis kitabında olan hədislərin sayı 44 mindən artıqdır (44244 hədis). Bu hədislərdən yalnız 644 hədis Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət olunmuşdur. Bu dörd kitabın içərisində şiələrin ən dəyərli kitabı əl-Kəfi də 16 mindən artıq (16121) hədis var. Bu hədislərdən yalnız 92-si Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) nəql olun-muşdur. (Şiə alimlərinin öz etirafları ilə) bu 92 hədisin hamısının sənədində də zəiflik var. Çox təəccüblüdür, deyilmi? Şiələrin Peyğəmbərə qədər gedib çıxan səhih bir dənə də olsa hədisləri yoxdur.
2.      Əlidən (radiyallahu anh) nəql olunmuş hədislərin sayı: Əhli-sünnət kitablarında Əlidən 1583 hədis nəql olun-muşdur. Bunlardan 804-ü İmam Əhmədin “Müsnədin”də mövcuddur. Şiə kitablarında isə Əlidən 690 hədis nəql olunmuşdur. Bu rəqəmlər arasındakı fərqə fikir ver! Ey şiələr! Harada qaldı “Mən elmin şəhəri və Əli də onun qapısıdır” hədisi?
3.      Fatimədən nəql olunmuş hədislərin sayı: Əhli-sünnətin mötəbər kitablarında Fatimədən 11 hədis nəql olunmuş-dur. Şiələrin dörd  mötəbər kitabında isə ondan bir dənə də olsa, hədis nəql olunmayıb.
4.      Həsəndən nəql olunmuş hədislərin sayı: Əhli-sünnət ondan 35, şiələr isə 21 hədis rəvayət etmişdir.
5.      Hüseyndən nəql olunmuş hədislərin sayı: Əhli-sünnət ondan 43 hədis nəql etmişdir. Şiələr isə onun barəsində bu qədər həddi aşmalarına baxmayaraq, ondan cəmi 7 hədis rəvayət etmişdilər.
Bütün bunlardan sonra kim deyə bilər ki, əhli-sünnət öz elmini əhli-beytdən almayıb. “Səqəleyn” hədisini əhli-sünnətə qarşı dəlil kimi irəli sürmək istəyən, bütün bunları heç olmasa ömründə bir dəfə də olsa araşdırıbmı?
Biz (əhli-sünnət), İslamın rüknlərindən biri olan həcci əhli-beytin vasitəsi ilə öyrənmişik. Belə ki, İmam Müslim özünün “əs-Səhih” əsərində İmam Cəfərdən, o da atası Muhəmməd əl-Bəqirdən, o da səhabə Cabir ibn Abdullahdan Peyğəmbərin  (salləllahu aleyhi və səlləm) necə həcc etdiyini müfəssəl bir şəkildə nəql etmişdir. Əhli-sünnətin bütün alimləri bu səhih hədisə etimad etmiş və onunla əməl etmişdirlər. Əhli-sünnətə mənsub camaat, hər il bu hədis əsasında həccini yerinə yetirir. Məgər bu, əhli beytə tabeçilik deyilmi? Hətta Şeyx Əlbani məhz bu hədisin şərhi ilə əlaqəli bir əsər qələmə almışdır.
Tirmizinin Cabirdən (radiyallahu anh) rəvayət etdiyi “Səqə-leyn” hədisinin də sənədi bu cürdür: İmam Tirmizi bu hədisi Abdurrəhman əl-Kufidən, o da Zeyd ibn Həsəndən, o isə Cəfərdən, o da atası Muhəmməddən, o da Cabir ibn Abdullahdan nəql etmişdir.
Əhli-sünnət namazda əlləri bağlamağı da Peyğəmbərin (sal-ləllahu aleyhi və səlləm) əshabı və əhli-beytindən öyrənmişdir. Bu barədə əhli-beytdən: Aişə, İbn Abbas və Əlidən hədislər nəql olunmuşdur. Ğəzvən ibn Cərir öz atasından nəql etmişdir ki: “Əli (radiyallahu anh) namaza qalxdığı zaman təkbir gətirər, sağ əlini sol əlinin biləyinin üstünə qoyar və rükuya gedənə qədər əllərini aşağı salmazdı...” (Beyhəqi “Sünən əl-Kubra” 2164, hədis həsəndir).
Əhli-sünnət dəstəmazda ayaqların necə yuyulacağını da Peyğəmbərin əshabı və əhli-beytindən öyrənmişdir. Dəraqutni “əs-Sünən” əsərində, “Peyğəmbərin dəstəmazının vəsfi” bölümündə Əlinin nəcə dəstəmaz aldığını nəql etmişdir. Belə ki, Əli (radiyallahu anh) dəstəmaz aldığı vaxt ayaqlarını üç dəfə yumuş [18] “Mən Peyğəmbərin bu cür dəstəmaz aldığını gördüm” demişdir. (Əbu Davud 116, Nəsai 70, Tirmizi 48, İbn Hibbən 1056)
Əhli-sünnət mutənin (siğənin) haram olduğunu da əhli-beytdən öyrənmişdir. Belə ki, İmam Cəfərə mutə barəsində sual veriləndə, o dedi: “Bu zinadır” (Beyhəqi “Sünən əl-Kubra” 7/207).
Əli ibn Əbu Talib Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Xeybər günü mütəni haram etdiyini bildirmişdir. (Buxari 5115, Müslim 1407) [19] Əlidən nəql olunmuş bu hədis şiələrin bütün məzhəbləri tərəfindən də rəvayət olunmuşdur. “Zeydi” şiələrinin mənbəsi: “ər-Rovdun-nəzir şərhu məcmuul-fiqhil-kəbir” 4/23. “Cəfəri” şiələrinin mənbələri: “ət-Təhzib” 2/186; “əl-İstibsar” 3/142; “Vəsailuş-şiə” 14/441. “İsmaili” şiələrinin mənbəsi: “Dəaimul-İsləm” 2/228-229 hədis no: 858.
Bir dəfə mən, Əlinin mutənin haramlığına dair söylədiyi bu sözlərini Qum şəhərində təhsil almış bir şiənin qabağına qoyduqda, onun mənə verdiyi cavabı belə oldu: “Bəli, bu sözü Əli deyib. Çünki bu rəvayət bizim bütün kitablarımızda var. Ancaq Əli bütün bunları yalandan, təqiyyə əsasında söyləyib”. Mən isə ona: “Əgər dünyanın bütün kişiləri bir tərəfdə, haqq isə başqa bir tərəfdə dursaydı, Əli yenə də haqqın yanında olar və haqqı deyərdi” - dedim.
Əhli-sünnət Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabını sevməyi, onlara hörmət etməyi və onları daima xeyirlə yad etməyi də əhli-beytdən öyrənmişdir. Muhəmməd ibn Əli əl-Hənəfiyyədən belə dediyi nəql edilmişdir: “Atam (Əli ibn Əbu Talib)-dən soruşdum: “Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra insanların ən xeyirlisi kimdir?” “Əbu Bəkr”, dedi. Mən: “Sonra kimdir?” “Ömər”, dedi. Mən “üçüncüsü də Osmandır” deyəcəyindən qorxduğum üçün; “Sonra da sənsən?” deyə soruşdum. O isə belə dedi: “Mən sadəcə müsəlmanlardan biriyəm” (Buxari 3651, Əbu Davud 4629)
İbn Abbasdan belə dediyi nəql edilmişdir: “Ömər ibn Xəttab  (radiyallahu anh) vəfat etdikdə insanlar onun ətrafına yığışdılar, onu xeyirlə yad edib ona dua etməyə başladılar. Mən də insanların arasında idim. Hiss etdim ki, bir kəs əllərini arxadan çiyinlərimin üzərinə qoydu. Arxaya dönərkən onun Əli olduğunu gördüm. (Əli) Ömər üçün Allahdan rəhmət dilədi və belə dedi: “Artıq səndən sonra, sənin kimi (saleh) əməl işləyib Allaha qovu-şacağımı istədiyim başqa bir şəxs qalmadı. Allaha and olsun, mən bilirdim ki, Allah  daima səni iki dostunla (Peyğəmbər və Əbu Bəkr ilə) bir yerdə bərqərar edəcəkdir [20] . Çünki mən Pey-ğəmbərin (salləllahu aleyhi və səlləm) daima belə dediyini eşidir-dim: “Mən, Əbu Bəkr və Ömər gəldik. Mən, Əbu Bəkr və Ömər girdik. Mən, Əbu Bəkr və Ömər çıxdıq.” (Buxari 3677, 3685 və Müslim 2389)
Bu hədisin bir bənzərini də İmam Məlik Cəfər əs-Sadiqdən, o da atası əl-Bəqirdən səhih bir sənədlə rəvayət etmişdir. (İbn Həcər əl-Heytəmi “əs-Səvaiq” səh.58) [21]
Əhli-sünnət, övladlarına Əbu Bəkr, Ömər, Aişə kimi adları qoymağı da əhli-beytdən öyrənmişdir.
Əli (radiyallahu anh) öz övladlarından bəzilərinin adını Əbu Bəkr, Ömər və Osman qoymuşdur. Bunlar, Hüseyn ibn Əli ilə birlikdə Kərbəlada şəhid olanlardandır. [22]
Həsən (radiyallahu anh) bəzi övladlarının adını Əbu Bəkr, Ömər və Talha qoymuşdur. Əbu Bəkr ibn Həsən əmisi Hüseyn ilə birlikdə Kərbəlada şəhid olmuşdur.
Hüseyn (radiyallahu anh) bir övladının adını Ömər qoymuş-dur.
Əli ibn Hüseyn Zeynulabidin bir qızının adını Aişə və bir oğlunun adını da Ömər qoymuşdur. Onun nəsli oğlu Ömərdən də davam etmişdir. İmam Zeynulabidinin kunyəsi Əbu Bəkr idi.
Musa ibn Cəfər əl-Kazım iki övladına Əbu Bəkr və Ömər, bir qızına da Aişə adını vermişdir.
Əli ibn Musa ər-Rza qızının adını Aişə qoymuşdur. Onun kunyəsi də Əbu Bəkr idi. [23] Nə üçün şiələr övladlarına bu cür adlar qoymurlar? Axı onlara görə hər bir məsələdə əhli-beytə tabeçilik vacibdir. İnsan öz düşmənlərinin adını övladına qoyarmı? İnsan öz düşməninə qızını ərə verərmi? Əlbətdə ki, xeyr. Bəs nə üçün Əli, Fatimədən olan qızı Ümmü Gülsümü Ömər ibn Xəttaba ərə verdi? [24] Bütün bunları düşün! Düşün ki, haqq sənə bəlli olsun. [25]
Əhli-sünnət şirki inkar etməyi və tövhidə sarılmağı da əhli-beytdən öyrənmişdir. Əli ibn Hüseyn Zeynulabidin daima Pey-ğəmbərin (salləllahu aleyhi və səlləm) qəbrinin yanına gəlib, orada dua edən adamı bu əməlindən çəkindirmiş və ona belə demişdir: “Sənə atamdan, onun da babam Peyğəmbərdən eşitdiyi bir hədisi danışıram: “Mənim qəbrimi bayram yerinə, evlərinizi də qəbirstanlığa çevirməyin! Mənə dua edin, siz harada olsanız duanız mənə çatacaqdır.” (İbn Əbi Şeybə “əl-Müsənnəf” 2/83, Əbu Yalə 2/32, Diya əl-Məqdisi “əl-Muxtara” 1/54, hədisin sənədi mutəsəlsilən (yəni ard-arda) əhli-beytdəndir.) [26]
Əbul-Həyyac əl-Əsədidən belə dediyi nəql olunmuşdur: “Əli (radiyallahu anh)  xilafəti zamanında bir gün mənə belə dedi: “Ey Əbul-Həyyac! Vaxtiylə Peyğəmbərin məni vəzifələndirdiyi bir iş ilə indi mən səni vəzifələndirmək istəyirəm. Get və yıxmadığın bir timsal (şəkil, büt), yerləbir etmədiyin hündür qəbir buraxma!” (Müslim 1/666 hədis no:969, Əbu Davud 3/548 no:3218, Titmizi hədis: 1049, Nəsai 4/88, Əhməd “Müsnəd” 1/96, Beyhəqi 4/3, İbn Əbi Şeybə 6548) [27]
Süheyl ibn Əbi-Süheyl Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəbrini görəndə ona sarılmış və əlini ona sürtmüşdür. Bunu görən Həsən ibn Həsən ibn Əli ona doğru bir daş atmış və onu bu əməlindən çəkindirmişdir. (İbn Asakir 4/217, Abdurrəzzaq 3/557 hədis:6694)
Muhəmməd ibn Əli əl-Bəqir vəsiyyət edərək demişdir: “Qəbrimi yerdən yüksək etməyin!” (Dulabi 1/134. Bu hədisin bütün raviləri etibarlıdır. Yalnız Səlim adlı ravi məçhuldur. İmam Zəhəbi “əl-Mizan”da və şiə olan Hilli də “Xilasətul-əqval” səh.108-də bu cür demişdir.) [28]
İndi baxın, məhşur şiə alimi Məclisi öz kitabında nə yazır: “Qiblə namaz qılanın arxasında qalsa da, qəbrə doğru namaz qılmaq olar...” (“Biharul-ənvər” c.41 səh. 26 və ya c.97 səh.134 “Kitabul-məzar” bölümündə)[29]
Xoi “Minhəcus-salihin” kitabının 562-ci məsələsində (səh.147) demişdir: “İmamların məşhədlərində (məqbərələrində) namaz qılmaq müstəhəbdir. Hətta, orada qılınan namazlar məscid-lərdə qılınanlardan da əfzəldir. Əlinin qəbri yanında qılınan namaz, 200 min namaza bərabərdir.” [30]
 Ey şiələr! Haradadır sizin əhli-beytə tabeçiliyiniz? Harada-dır sizin tövhidə əsaslanan əhli-beyt əqidəniz? Vallahi, şirkin böyük-kiçik, aşkar-gizli elə bir növü yoxdur ki, sizdə olmasın. Budurmu əhli-beytin yolu? Əgər budursa, belə yoldan Allaha sığı-nırıq.
Xülasə, Əhli-sünnətin kitabları Əlinin, HəsənHüseynin fəzilətləri, rəvayət etdikləri hədisləri və fətvaları ilə doludur. Ancaq biz, onların məsum olduqlarını, onların qeybi bildiklərini və onların elmdə hər kəsdən üstün olub da xilafətə hər kəsdən daha layiq olduqlarını da söyləmirik. Səid ibn Müseyyəb, Əlqamə, Qatadə, Mücahid, Həsən əl-Bəsri, Məqhul, Muhəmməd ibn Sirin, Səlim ibn Abdullah kimi şəxsiyyətlər dində imam olduqları kimi, Əli ibn HüseynMuhəmməd ibn Əli kimi şəxsiyyətlər də əhli-sünnət üçün dində hidayət rəhbərləridir. əl-Mizzi “Təhzibul-Kəmal”da Sufyan ibn Uyeynənin Zuhridən belə eşitdiyini nəql edir: “Mən Qureyşin içərisində Əli ibn Hüseyndən daha fəzilətli bir şəxsi görmədim.” Ancaq insanlardan bəziləri onlara, xüsusən də Cəfər ibn Muhəmmədə aid olmayan şeyləri ona nisbət etdilər. Hətta əbcəd hesabını, nəsəb və nücum (ulduz) elmini ona nisbət etdilər. Onun kimyagər olduğunu belə söylədilər. Ancaq onun belə mənasız işlərlə heç bir əlaqəsi yoxdur. Cəfər ibn Muhəmməd dövrünün böyük alimlərindən olmuş və atasından, Qasim ibn Muhəmməddən, Urvə ibn Zübeyrdən, Ata ibn Əbi Rəbahdan, Zuhri və Nafidən, Muhəmməd ibn Munkədirdən və başqa bu kimi tanınmış alimlərdən elm almış və hədis rəvayət etmişdir. [31] Əhli-sünnət heç vaxt Yəhya ibn Səid, Hişam ibn Urvə və Əbuz-Zinadın tabeçilik yönündən Cəfər ibn  Muhəmməddən daha layiqli olduğunu söyləməz. Həmçinin onlar (əhli-sünnət), Zuhri, Yəhya ibn Əbu Bəkr və Həmmad ibn Əbi Sələmənin tabeçilik cəhətindən Muhəmməd əl-Bəqirdən daha layiqli olduğunu iddia etməzlər. Yenə əhli-sünnət, Qasim ibn Muhəmməd, Urvə ibn Zübeyrin və Səlim ibn Abdullahın elmdə Əli ibn Hüseyndən daha irəli olduğunu da deməz. Əksinə, əhli-sünnət yuxarıda adlarını zikr etdiyim şəxsiyyətlərdən hər birinin, sadiq (doğru sözlü) bir ravinin özlərindən rəvayət etdikləri hər bir mövzuda müsəlmanların imamı olduğuna etiqad edir. Musa ibn Cəfər haqqında da Əbu Hatim: “Müsəlman imamlarından bir imamdır” demişdir. İbn Sad isə, Musanın çox rəvayəti olmadığını söyləmişdir. Musa ibn Cəfərdən sonrakı imamlara gəldikdə, iddia edildiyi qədər də onlardan elm alınmamışdır. Fətvaları da yoxdur. Ancaq sahib olduqları bir çox gözəl və yüksək əxlaqi keyfiyyətləri vardır. Əli ibn Musa da dəyəri, qədir-qiyməti uca olan bir insan idi. Zamanında ondan daha alim olan Şafi və digər imamlar var idi. Maruf əl-Kərhi və Əbu Süleyman əd-Darani də onun zamanında yaşamış və ondan daha zahid olan şəxsiyyətlərdir. Əgər müsəlmanlar Məlik, Şafi və Əhmədin əsərlərində gördükləri hədisləri Musa ibn Cəfər, Əli ibn MusaMuhəmməd ibn Əlinin yanında olan hədislərdən daha çox görməsəydilər, bunları buraxıb da Məlik, Şafi və Əhmədə yönəlməzdilər. Halbuki, Musa ibn Cəfər ilə İmam Məlik eyni dövrdə və eyni şəhərdə yaşamışdılar. Əhli-beytdən olan Haşim oğulları belə Musadan çox, Məlikdən elm alırdılar. Bu gün də əlimizdə İmam Məlikin qələmə aldığı “əl-Muvatta” əsəri olduğu halda, Musa ibn Cəfərdən, onun atasından və oğullarından bir dənə də olsa əsər yoxdur. İmam Şafi də Məlikdən elm almış və Muvattanı əzbərləmişdir. O da Haşimi oğullarından idi. Şafi öz qohumu olan Musa ibn Cəfərin, Əli ibn Musanın elmini və hədis rəvayətlərini Məlikin elmindən çox görsəydi, heç şübhəsiz onların yanına gedər və elmini onlardan alardı. İmam Əhməd də Peyğəmbərə tabeçiliyi, əhli-beytə olan sevgisi və əhli-beyt düşmənlərinə qarşı nifrəti ilə tanınan bir şəxs idi. Onun əsərləri Məlik, Souri, Auzai, Leys ibn Sad, Vəki ibn Cərrah, Yəhya ibn Səid, Abdurrəhman ibn Məhdi və digər imamların rəvayətləri ilə dolu olmasına rəğmən, Əli ibn Musa, Muhəmməd ibn Əli və digərlərinin rəvayətlərindən bir şey yoxdur. Əhməd bunların yanında istədiyi qədər elm görsəydi, başqalarından daha çox bunlara rəğbət göstərərdi. Bütün bunlar, inkarı qeyri-mümkün olan həqiqətlərdir. Bu həqiqətlərə göz yuman isə, haqqa arxa çevirmiş miskindir.

Şiələrin Əhli-beytə tabeçiliyi
Artıq mən, şiə kitablarında Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), Əlidən, Fatimədən, Həsən və Hüseyndən (Allah onlardan razı olsun!) nəql olunmuş hədislərin sayını sizə təqdim etmişəm. Bu say, əhli-sünnətin onlardan rəvayət etdikləri hədislərə nisbətən çox azdır. [32] Şiələrin kitabları əsasən Cəfərdən və atası Muhəmməddən nəql olunmuş hədislərdən ibarətdir. Sonra isə say etibari ilə Zeynulabidinin və Musa ibn Cəfərin rəvayətləri gəlmək-dədir. Bu dörd imamın içərisində də ən çox Cəfər əs-Sadiqin rəva-yətləri üstünlük təşkil edir. Bu səbəbdən də bu gün bir çox şiə özünü “Cəfəri” adlandırır. Ancaq əsas olan, bu rəvayətlərin çox-luğu yox, bunların etibarlılığıdır.
Şiə fiqhinin İmam Cəfər ilə əlaqəsi varmı? Şiəliyin İmam Cəfər ilə heç bir əlaqəsi yoxdur. Biz bunu rahat bir şəkildə söyləyə bilərik. Onların əlində nə Cəfərin özünün yazdığı, nə də tələbələri-nin ondan eşidib də qələmə aldıqları bir fiqh və ya hədis kitabı yoxdur. [33] Belə olduqda, onlar özlərini necə “Cəfəri” adlandırırlar? Bu gün özlərini “Cəfəri” adlandıranlar, ya Xomeynini, ya Lənkəra-nini, ya Sistanini ya da digər müctəhidlərindən birini təqlid edir, öz ibadətlərini İmam Cəfərin yox, bunların risalələrinə görə icra edir-lər. Hətta şiələrə görə bunları təqlid etmək, Qurana tabe olmaq kimi vacibdir. Təqlidsiz əməl də batildir. Daima əhli-sünnətə “məsum imamlara tabe olun!” – deyən şiələr, nə üçün məsum olmayan Xomeyniyə və Sistaniyə tabe olurlar? Hətta onlara görə Xomeynini təqlid edənin Sistaniyə, Sistanini təqlid edənin də Xomeyniyə tabe olması qadağandır. Görəsən bu qadağa kim tərə-findən qoyulub? Onların risalələri isə Cəfərin sözləri əsasında yox, müctəhidin öz rəyi əsasında yazılır. Əgər belə olmasaydı, şiə müc-təhidləri arasında ixtilaf da olmazdı. Axı “məsum imam”ın fiqhin-də ixtilaf və ziddiyət ola bilməz. Feyz əl-Kaşani bundan şikayətlə-nərək demişdir: “Bəzən görürsən ki, Şiə alimləri bir məsələdə iyirmi, otuz və daha artıq rəy ilə ixtilafa düşürlər...” (“əl-Vafi” 1/9) Şiə məzhəbinin şeyxi sayılan Tusi demişdir: “Hətta, sən şiə alimlə-rinin arasında olan ixtilafa fikir versən, görərsən ki, onların arasın-da olan ixtilaf Əbu Hənifənin, Şəfinin və Məlikin arasında olan ixtilafdan da çoxdur.” (“əl-Uddə fi usulil-fiqh”1/138) Onlara görə sağlığında təqlid etmədiyi müctəhidi öldükdən sonra təqlid etmək haramdır. Deməli, müctəhidin ölməsiylə onun fiqhi də ölür. Əgər onların məzhəbi və fiqhi Cəfərin məzhəbi və fiqhidirsə, nə üçün öldükdən sonra ona (müctəhidə) tabe olmaq  haram sayılır? Axı “məsum imamlar”ın elmi ölmür və müctəhidlərin ölməsiylə də “məsum imamın” fiqhi dəyişmir. Əgər Xomeyninin fiqhi İmam Cəfərin fiqhidirsə, nə üçün o öldükdən sonra onun fiqhinə tabe olmaq haram olsun? Məgər İmam Cəfərin fiqhinə tabe olmaq haramdır? Ümumiyyətlə, şiələrin məqsədi dini Allaha xas qılaraq, Onun üçün ixlasla əməl etmək deyil. Onların məqsədi hər bir məsələdə əhli-sünnətə müxalif olmaqdır. Onlar üçün əsas olan, Quran və Sünnətə tabeçilik yox, əhli-sünnətə müxalifətçilikdir. Onlara görə əhli-sünnətə müxalif olmaq, uğur qazanmaq sayılır. Bütün bunları, onların “məsum” imamlarından rəvayət etdikləri hədislər də isbat edir. Kuleyni İmam Cəfərdən belə rəvayət edir: “...Bir şəxs İmamdan soruşur: Biz (bir-birinə zidd olan) iki hədislə rastlaşırıq, bu hədislərdən biri əhli-sünnətin dediklərinə müvafiq, biri isə onlara muxalifdir. Bu halda, bu iki hədisdən hansını qəbul etməliyik? İmam dedi: “Əhli-sünnətə müxalif olan fikirdə uğur, qurtuluş var.” (“Usul əl-kəfi” “Hədisdə ixtilaf” bölümü 1/68)
 Başqa bir rəvayətdə isə belə bir sualı İmam bu cür cavablandırır: “Əhli-sünnətə müxalif olan hədisi götür!” (Seyyid Xomeyni “Risalətut-təadil vət-tərcih”) Hurr Amili “Vəsailuş-şiə” kitabında “Əhli-sünnətə, onların yoluna müvafiq olan ilə əməl etməyin qada-ğan olunması” adlı bir bölüm açmış və həmin bölümdə “məsum”-lardan çoxlu sayda hədis nəql etmişdir. Bu hədislərin birində deyi-lir ki, Cəfərdən bir-birinə zidd olan iki hədis barəsində soruşurlar. O isə cavabında deyir: “O iki hədisi əhli-sünnətin hədisləri ilə tutuşdurun. Onların hədislərinə müxalif olanı qəbul edin, müvafiq olanı isə rədd edin!”  Bütün bunlara görə Xomeyni belə deyir: “ İxtilaflı məsələlərdə doğrunu bilməkdən ötrü əhli-sünnətə muxalifətçilik etməkdə heç bir eyb yoxdur.” (Xomeyni “ər-Rəsail” 2/83)
Şiə əqidəsinin İmam Cəfər ilə əlaqəsi varmı? Quranın təhrif edildiyinə etiqad edən, Allah Rəsulunun əshabına söyən, “imamlar qeybi bilir və onlar bir şeyə “ol!” desələr, olur”- deyən, imamları peyğəmbərlərdən üstün görən şiələrin imam Cəfər ilə və onun etiqadı ilə nə əlaqəsi ola bilər? Şiələrin əlində İmam Cəfərin etiqada dair yazdığı bir dənə də kitabı yoxdur. Halbuki, Cəfər ilə eyni dövrdə yaşamış Əbu Hənifənin etiqada dair bir neçə risaləsi bu günümüzəcən gəlib çatmışdır. Şiələrin ən önəmli və ən etibarlı əqidə kitabı Şeyx Saduqun yazdığı və “Etiqadus-saduq” adı ilə tanınan kitabdır. Bu kitabda yazılanlar şiələr tərəfindən “məsum imam”ların etiqadı kimi qəbul olunur. Amma bu kitabın üzərindən uzun bir müddət keçməmiş onun tələbəsi Mufid [34] şeyxinin bu kitabına rəddiyyə olaraq “Təshihul-etiqad” kitabını yazdı. Şiələrin etiqaddakı ixtilafları bununlada bitmədi. Daha sonra Şərif Mürtəza gəldi, qollarını çırmaladı və şeyxi Mufidə etiqadda 95 məsələdə müxalif oldu. Bu yerdə insanın ağlına bir neçə sual gəlir. Görəsən bunlardan hansının yolu imam Cəfərin etiqadı üzərindədir? Saduqun yazdıqları Cəfərin etiqadıdır, yoxsa Mufidin yazdıqları? Budurmu sizin günəşdən də parlaq, gündüzdən də aydın və sudan duru olan “İmamiyyə” əqidəniz?! Ümumiyyətlə siravi şiələrin belə ixtilaflardan (sahili görünməyən ixtilaf dənizindən) xəbərləri yoxdur. Çünki onların əksəriyəti məzhəblərinin təməlini təşkil edən kitablarından bixəbərdilər.
Əxbarilər və Üsulçular: Şiə alimləri ictihad (alimin fətva verib hökm çıxarması) və müctəhidə (ictihad edən alimə) tabe olmaq məsələsində ixtilaf edib “əxbarilər” və “üsulçular” adı altın-da iki hissəyə bölündülər. Əxbarilər, məsum olmayan şəxsin icti-had etməsini haram sayırlar. Çünki məsumdan başqası xəta edə bilər. Xəta edənə də mütləq bir şəkildə tabe olmaq isə haramdır. Üsulçular isə məsum olmayanın ictihad edib, hökm verməsini qəbul edirlər. Bu gün şiələrin bütün müctəhidləri üsulçudur. Üsul-çulara görə məsum imamın bütün səlahiyətləri müctəhidin əlində-dir. Yəni, müctəhidə tabe olan məsum imama tabe olmuş, onu rədd edən isə məsum imamı rədd etmiş sayılır. Bu yerdə belə bir sual ortaya çıxır: Nə üçün üsulçular, müctəhidi məsum imamın yerinə qoyurlar? Bu sualın cavabı belədir: Çünki şiələrə görə hər bir şəxs Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra imamlara tabe olmalıdır. Məsum imam da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra müsəlmanların bütün işlərini səhmana salmalıdır. Bəs indiki zamanda şiələrin tabe olacaqları və müsəlmanların işlə-rini səhmana salacaq imamları  kimdir? Cavab: “Mehdi”. Axı şiələrin qeybdə olduğunu iddia etdikləri Mehdinin müsəlmanlara heç bir faydası yoxdur. Bu gün hansı bir şiə Mehdiyə tabedir. Hansı bir şiə ondan əmr alıb onu icra edir və onun qadağan etdi-yindən çəkinir? Özündən heç bir əmr və qadağa gəlməyən, özünə tabe olunmayan “Mehdi”dən müsəlmanlara nə fayda?! İmamların varlığından məqsəd, İslamı qorumaq və müsəlmanları islah etmək-dirsə və Mehdi bu işləri görmürsə, o zaman onun varlığından və imamətindən nə fayda?! Bütün bu sualları cavablandırmaqdan və bu çətin vəziyyətdən çıxmaqdan ötrü şiələrdən bir qismi özlərini “üsulçu” adlandıraraq dedi: “Müctəhidlər Mehdi zühur edənəcən “Naibul-imam”dırlar (yəni: imamın əvəzedicisi). Onlar dinin ha-kimləridir. İmamın insanlar arasında hakimlik etmək səlahiyətləri müctəhidlərin əlindədir. Müctəhidlərin fikrini rədd edən, Allahın əmrini rədd etmiş və beləcə Allaha qarşı küfr etmiş sayılır.” (Muhəmməd Rza əl-Müzəffərin “Əqaidul-iməmiyyə” və Nəcəfdə elmi hövzənin mədrəsələrində tədris olunan “Əqidətuna fil-müctə-hid” kitabına (səh.34) müraciət edə bilərsiniz. Bu kitab Qum şəhərində 2002-ci ildə nəşr olunmuşdur).
“Kitabul-Kəfi” kitabı şiə məzhəbinin ən səhih və Qurandan sonra ən dəyərli kitabıdır. Bu kitab barədə Nuri ət-Təbərsi demişdir: “əl-Kəfi kitabı dörd kitab arasında, günəşin ulduzlar arasında olduğu kimidir...” (“Müstədrəkul-vəsail”3/532). Şeyx Mufid deyir: “əl-Kəfi, şiə kitablarının ən dəyərlisidir...” (Müqəddimətül-kəfi səh.26). Feyz əl-Kaşani deyir: “əl-Kəfi, şiə kitablarının ən şərəflisi və ən səhihidir...” (Müqəddimətül-kəfi səh.27). Şiə alimlərinin etirafına görə bu kitabda olan 16 min hədisdən yalnız 5072-si səhihdir. Bu isə kitabın yalnız 3/1-dir. [35] (Bax! “Luluətul-bəhreyn” səh.394, “Kulliyyətu fi ilmir-rical” səh.357) Bu, şiələrin ən dəyərli kitabının halıdır. Digər kitablar barədə artıq siz düşünün!!!
Şiələrin Əhli-beytə nisbət etdikləri yalanlar: Şiələr tarix boyunca “əhli-beytə tabeçilik” adı altında onlara yalanlar nisbət etmiş və onların adından hədislər uydurmuşdular. Bunu onların kitabları da isbat edir. Yunus adlı bir şiə ravisi demişdir: “İraqa gəlib orada Əbu Cəfərin (İmam əl-Bəqirin) əshabından bir dəstə ilə, Əbu Abdullahın (İmam Cəfərin) əshabından bir çox şəxs ilə görüşdüm. Onlardan hədis dinlədim və onların (hədis) kitablarını götürdüm. Sonralar bu kitabları İmam Əli ər-Rzaya göstərdim, o isə bu kitablarda olan hədislərin əksəriyyətinin Əbu Abdullahın hədisləri olduğunu inkar etdi...” (Əbu Cəfər Muhəmməd ibn Həsən ət-Tusi “İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 3/298. Tehran çapı).
Çox qəribədir, İmam Cəfər Mədinədə doğulduğu, orada yaşadığı və elə orada da vəfat etdiyi halda, ondan hədis rəvayət edənlərin içərisində Mədinə əhlinə çox az rast gəlinir. Ondan və atasından rəvayət edənlərin əksəriyyəti Küfə əhlidir. Küfə də şiəli-yin və hədis uydurmaq sənətinin ilk beşiyi sayılır. Elə təkcə bu fakt, arif olan insana bir çox həqiqətləri bəyan etmək üçün kifayət edər.
Əl-Feyz ibn Muxtar da bundan şikayətlənərək İmam Cəfərə deyir: “Sizin şiələriniz arasında olan bu ixtilaf da nədir? Mən Küfədə şiələrin məclislərində otururam və az qalsın onların hədislərinə şübhə edirəm.” İmam isə ona belə deyir: “Ey Feyz! Həqiqətən də insanlar bizim adımızdan yalan danışmağa çox həvəslidirlər.” (“Ricalul-Kəşşi” səh.347, “Biharul-ənvər” 2/246). Yenə də Küfənin hədis uyduran sənətkarları!!!
İmam Cəfər demişdir: “Allah Muğirə ibn Səidə lənət etsin! O, atamın adından hədis uydururdu..” (“İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi”3/297).
Şiə kitablarında rəvayət olunduğu kimi Muğirə ibn Səid özü də bunu etiraf etmişdir. O, belə deyir: “ Mən (əhli-beytin adından) çox sayda, təqribən 100 min hədis uydurdum.” (Məməqani “Tənqihul məqal fi ilmir-rical” 1/174-175 Nəcəf çapı).
İmam Cəfər demişdir: “Biz, əhli-beyt doğru danışanlarıq. Ancaq biz, bizim adımızdan yalan danışan yalançılardan azad da deyilik. Onların bizim üzərimizə yaxdıqları yalanlardan ötrü insanların nəzərində bizə etibar da azalıb...” [36] (“Ricalul-kəşşi” səh.108).
Hətta İmam Cəfər demişdir: “İnsanlar bizdən bir söz eşidir-lər, sonra da o sözün üstünə onunu qoyurlar.” (“Kitəbul-kəfi” 8/192).
Onların İmam Cəfərin başına gətirdikləri müsibətlərinə bir baxın: “Cahil camaat imamın ətrafına yığışar, onun yanına girər və ordan çıxarkən belə deyərdilər: “Bizə Cəfər ibn Muhəmməd hədis rəvayət etdi”. Beləcə onun adından hamısı yalan və uydurma olan hədislər rəvayət edərlər. Üstəlik də bu yalan rəvayətlər ilə insanlardan qazanc qazanar və onlardan bu rəvayətlərin müqabilin-də dirhəmlər alarlar.” (“İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 4/391, “Biharul-ənvər” 25/302 və ya 20/302)
Əhli-beyt imamlarının şiələr barədə dedikləri: Şiəliyin ilk beşiyi Küfə sayılır. Təbii ki, o zaman şiə deyərkən indiki kimi xüsusi bir şəkildə formalaşmış Şiə məzhəbi nəzərdə tutulmurdu. Şiə deyərkən yalnız və yalnız əhli-beytin tərəftarları nəzərdə tutulurdu. Çünki “şiə” sözü tərəftar deməkdir. Yəni, o zamanlar “şiə” sözü şəri mənada deyil, lüğəvi mənada işlənirdi. Küfə əhli Əlinin şiəsi olduğu kimi, Şam əhli də Muaviyənin şiəsi idi. O zamanlar da yaranmış bu fikir, yüzillərlə formalaşaraq xüsusi bir məzhəb halına gəldi. Ancaq o zamanlar əhli-beyt imamları nə bilərdi ki, bu “şiəlik-tərəftarlıq” fikri ətrafında və bu ad altında, nadan insanlar onların adından istifadə edərək, Peyğəmbərin yo-lundan təmamən uzaq, batil bir məzhəb quracaqlaq.
   Əli (radiyallahu anh) öz şiələri barədə demişdir: “Ey kişiyə oxşayıb kişi olmayanlar! Uşaq düşüncəli və qadın ağıllılar! Nə yaxşı olardı, mən sizi heç görməyəydim və tanımayaydım. Allaha and olsun ki, peşmançılıqdan, kədərdən yaxa qurtara bilmirəm. Allah sizi öldürsün! Qəlbimi irinlə doldurmusunuz, köksümü qeyzlə yükləmisiniz. Mənə sinə dolusu töhməti qurtum-qurtum uddurmusunuz. Mənim rəyimə mənə qarşı üsyan etməklə və məni arada qoyub qaçmaqla zay etmisiniz...” (“Nəhcul-Bəlağə” səh.70-71 Beyrut çapı).
Əli (radiyallahu anh) demişdir: “Sizin nə elə etibarınız var ki, adam sizə etibar etsin, nə də hörmətə layiqsiniz ki, qeyrətiniz çəkilsin. Siz nə yaman ara qızışdıransınız! Aman sizin əlinizdən! Sizə aşkar bir söz deyəndə də, sirr açanda da sizdən əziyyət gör-düm. Siz nə adamın səsinə səs verən səmimi dost deyilsiniz, nə də sirr açanda etibarlı qardaş” (“Nəhcul-Bəlağə” səh.183).
Həsən ibn Əli öz şiələri barədə demişdir: “Allah and olsun, mən bu fikirdəyəm ki, Muaviyə mənim üçün bunlardan daha yaxşıdır. Bunlar deyirlər ki, mənim şiələrimdirlər, özləridə mə-nim qətlimi istəyirlər ki, malıma sahib dursunlar. Allaha and ol-sun ki, yaxşı olar ki, mən Muaviyə ilə əhdi-peyman bağlayım, özümü ölümdən qurtarım, ailəmin təhlükəsizliyini təmin edim, nəinki onlar (şiələr) məni öldürsünlər, nəslim və ailəm yox olsun.” (Təbərsi “əl-İhticac” səh.148).
Musa ibn Cəfər öz şiələri barədə demişdir: “Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boşboğaz gördüm, onları imtahan etdim, amma mürtəd gördüm.” (Kuleyni “Kitabur-ravda” səh.107 Hindistan çapı və ya 8/228).
    
Şiə raviləri
Birincisi – Yalançı və lənətlənmiş şiə raviləri:
1. Cabir ibn Yezid əl-Cofi: Hurr Amili bu ravi barədə demişdir: “O, İmam əl-Bəqirdən 70 min, digər imamlardan isə 140 min hədis rəvayət etmişdir.” (“Vəsailuş-şiə” 20/151 və ya 30/329).
İmam Cəfərdən Cabir əl-Cofinin rəvayət etdiyi hədislər barə-də soruşarkən, o demişdir: “Mən onu atamın yanında yalnız bir dəfə görmüşəm, mənim yanımda isə heç vaxt olmayıb.” (“Ricəlul-Kəşşi” səh.169, Məməqani “Tənqihul-məqal”2/203).
Cəfər əs-Sadiqin onun barəsində dediyi bu sözünə baxmaya-raq, şiə alimi Xoi Cabir əl-Cofini siqa (doğrucul) ravi saymış, imamın sözü barədə isə belə demişdir: “İmamın bu sözünü təqiy-yəyə aid etmək labüddür.” [37] (yəni: imam bunu təqiyyə ilə demişdir) (Əbul-Qasim əl-Xoi “Mucəmu ricəlil-hədis” 4/25).
Ey Xoi! Cəfər nə üçün təqiyyə etsin? Nədən çəkinirdi? Axı ona bu sualı verən məhz öz şiəsi Zurarə olmuşdu. Məgər imam öz şiəsindən qorxur və öz şiəsini aldadır?
Haşim Məruf əl-Hüseyni də bunu təkzib edərək demişdir: “Cabir əl-Cofi rical kitablarında [38] əksər alimlər tərəfindən yalançılıqda ittiham olunmuş bir ravidir.” (“əl-Mouduat fil-əsəri vəl əxbər” səh.234).
Onun yalançı bir ravi olduğunu əhli-sünnət imamları da bəyan etmişdir. Beləki, Küfənin imamı və nuru olan Əbu Hənifə (rahiməhullah) Küfənin hədis uyduran sənətkarı barədə demişdir: “Cabir əl-Cofidən daha yalançı birini görmədim.” (Tirmizi “əl-İləl”, Uqeyli “əd-Duafəul-kəbir” 1/196).
2. Zurarə ibn Əyun: Əbul-Qasim  əl-Xoi  onun  barəsində  demişdir: “Zürarənin rəvayətləri 2490-a yaxındır...” (Əbul-Qasim əl-Xoi “Mucəmu ricəlil-hədis” 7/249). Bu hədislərdən 1626-sı Kutubul-ərba`dadır (dörd mötəbər kitabda).
Şiə alimi Nəcaşi onu tərifləyərək deyir: “Zurarə ibn Əyun öz zamanında şiələrin şeyxi, onların ən qədim olanı, fəqih və mütəkəllimi idi.” (Ricalun-Nəcaşi səh.175).
Seyyid Bəhrul-ulum demişdir: “Əyun ailəsi Küfədə əhli-beyt şiələrinin ən böyüyü idi.” (“əl-Fəvaidur-ricəliyyə” 1/222).
Ancaq İmam Cəfər onun haqqında belə demişdir: “Əyun ailəsinin uydurmalarından olan şey, mənim və atamın dinindən deyil.” (Ricalul-Kəşşi səh.137).
Həmçinin imam onu lənətləmişdir. (“İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 2/229).
İmam Cəfər dostlarının birindən soruşur: “Zürarə ilə nə vaxt görüşmüsən?” O da neçə gündür onu görmədiyini deyir. Sonra imam ona deyir: “İşin olmasın, xəstələnibsə yanına getmə və ölübsə cənazəsində iştirak etmə!” O, imamın sözündən təəccüblə-nərək soruşur: “Zürarənin?” İmam isə cavabında belə deyir: “Bəli, Zürarə yəhudilərdən, xristianlardan və “Allah üç nəfərdən üçüncü-südür” deyənlərdən də pis adamdır.” (Ricalul-Kəşşi səh.142, “İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 2/237)
Şiə alimlərindən bir çoxsu iddia etmişdir ki, İmam Cəfərin onun barəsində dediyi xoşagəlməz sözləri təqiyyə əsasında deyil-miş sözlərindəndir. Yaxşı, bir anlıq elə fərz edək ki, imam bu sözləri təqiyyə əsasında deyib. Bəs siz, İmam Cəfəri yalanlayan, onun sözünə muxalif olan, ona iftira yaxan, imamın elminə şəkk edən, öz rəyi ilə halal-haram hökmü verən və Musa ibn Cəfərin imamlığına şəkk edən kəsi adil bir şəxs saya bilərsiniz? Əslində siz, belə bir şəxsi nəinki adil, heç müsəlman da saymazsınız. Müdafiə etməyə çalışdığınız Zürarə ibn Əyun isə yuxarıda qeyd etdiyim xüsusiyyətləri özündə cəm etmiş nadan və Küfənin hədis quraşdıran sənətkarlarından biri idi. (Bax! Ricalul-Kəşşi səh.138, “İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 2/234-235, 236)
3. Əbu Bəsir Leys ibn əl-Buxtəri: Kutubul-ərba`ada onun əl-Bəqir və əs-Sadiqdən rəvayət etdikləri hədislərinin sayı 2110-dur. Əhli-Beyt tərəfindən tən edilmiş yalançı bir ravidir. (Ricəlul-Kəşşi səh.152)
Haşim Maruf əl-Hüseyni onun barəsində demişdir: “Əbu Bəsir künyəsi ilə tanınan dörd şiə ravisi var: Əbu Bəsir Abdullah ibn Muhəmməd, Əbu Bəsir Aliyyə, Əbu Bəsir Leys ibn əl-Buxtəri və Əbu Bəsir Yəhya ibn Əbil-Qasim. Onların hamısı ittiham olun-muş ravilərdir. Onların içərisində ən yaxşısı Əbu Bəsr əl-Buxtəri-dir. Ancaq onu da bir qism alim siqa (doğrucul) saymışdır. Bir qismi isə ona tən etmiş və əqidəsinin xarab olduğunu bəyan etmişdilər.” ( “əl-Mouduat fil-əsəri vəl əxbər” səh.233)
Şiə alimləri onu müdafiə etməkdən ötrü deyirlər ki, Onun dininə və etiqadına tən edilmişdir, rəvayət etdikləri hədislərinə yox. Sağlam etiqadlı olmasa da hədislərini qəbul edir və onu siqa ravi sayırıq. (İbn Mutahhar əl-Hilli “ər-Rical” səh.137)
Çox qəribədir ki, şiələr Musa ibn Cəfərin imamətini qəbul etməyən və onu elmsiz sayan Əbu Bəsirin rəvayətlərini qəbul edirlər. (Ricalul-Kəşşi səh.154)
4. Muhəmməd ibn Sinan: Kutubul-ərba`ada ondan rəvayət olunmuş hədislərinin sayı 662-dir. Hurr Amili onun barəsində demişdir: “Mufid onu siqa (doğrucul) saymış, Kəşşi də onun barəsində tərifəlayiq sözlər nəql etmişdir ki, bu da onun siqa bir ravi olduğuna dəlalət edir. Amma Nəcaşi və Şeyx Tusi onu siqa ravi saymamışdır...” (“Vəsailuş-şiə” 30/473)
Şiə alimləri onu necə siqa ravi saya bilərlər ki, Muhəmməd ibn Sinan özü ölümündən qabaq etiraf etmişdir ki, o rəvayət etdiyi hədislərin heç birisini imamlardan eşitməyib. (“İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi”6/557)
Bu səbəbdən də əl-Fəzl İbn Şazan demişdir ki, Muhəmməd ibn Sinanın hədislərini rəvayət etmək halal deyil. (“əl-Mouduat fil-əsəri vəl əxbər” səh.219)
5. Muhəmməd ibn Əli ibn Bilal: Kutubul-ərba`ada ondan rəvayət olunmuş hədislərinin sayı 400-dür. Məlundur (yəni: əhli-beyt tərəfindən lənətlənmişdir.) (Ricalul-Hilli səh.274).
6. Səhl ibn Ziyad: Kutubul-ərba`ada ondan rəvayət olunmuş hədislərinin sayı 1758-dir. Nəcaşi öz ricalında onun barəsində demişdir: “Hədisdə zəifdir, ona güvənmək olmaz...” (Ricalun-Nəcaşi səh.185)
Ğadairi onun barəsində demişdir: “Dini və rəvayətləri xarab olan, çox zəif bir ravidir.” (Ricəlul-Ğadairi səh.67 Seyyid Muhəmməd Rza əl-Hüseyninin təhqiqi ilə)
7. Safvan ibn Yəhya: Kutubul-ərba`ada ondan rəvayət olunmuş hədislərinin sayı 933-dür. Yalançı və lənətlənmiş bir ravidir. (Ricalul-Kəşşi səh.553, Məməqani “Tənqihul-məqal” 2/100)
8. Abdurrəhman ibn əl-Həccac: 419 hədis rəvayət etmiş bu şiə ravisi, imamlar tərəfindən lənətlənmiş bir ravidir. (Ricalul-Xoi 15/132 və 21/37)
9. Əli ibn Əbi Həmzə: 499 hədis rəvayət etmiş bu şiə ravisi, lənətlənmişdir. (Ricalul-Hilli səh.232)
Xülasə, bu cür yalançı və əhli-beyt tərəfindən lənətlənmiş şiə raviləri həddən artıq çoxdur. Bu ravilərdən bəzilərinin adını qeyd edirəm: Yunus ibn Zabyan (Ricəlul-Xoi 21/204), Muhəmməd ibn Musa (Ricalul-Xoi 18/301), Yunus ibn Abdurrəhman əl-Qummi (Ricəlul-Kəşşi səh.544), Mufəddəl ibn Ömər (Ricəlul-Kəşşi səh.390), Əhməd ibn Hilal (Ricalul-Hilli səh.274), İshaq ibn Muhəmməd (Ricalu İbn Davud səh.425), Salih ibn Uqbə (Ricalul-Hilli səh.230), Əli ibn Əhməd əl-Kufi  (Ricalul-Hilli səh.233), Abdullah ibn  Abdurrəhman  (Ricəlul-Ğadairi səh.76-77), Əbul-Abbas (Ricəlu İbn Davud səh.567), Muhəmməd ibn  Musa ibn İsa (Ricəlu İbn Davud səh.511) və.s. Şiə məzhəbinin ən mötəbər dörd hədis kitabında məlun (yəni imamlar tərəfindən lənələnətlənmiş) ravilər tərəfindən 5765, kəzzab (yəni yalançı) ravilər tərəfindən isə 5654 hədis rəvayət olunmuşdur. Bunun cəmi; 11419 hədis edir. Deməli, Kutubul-ərba`ada olan 44 min hədisdən 11419-u məlun və kəzzab ravilərin uydurmasıdır.
İkincisi – Vaqifi olan şiə raviləri: Bunlar, Musa əl-Kazımın imaməti üzərində duran və sonrakı imamların imamətini qəbul etməyənlərdir. Kutubul-ərba`ada Vaqifi şiələrindən rəvayət olunmuş hədislərin sayı 2198-dir. Şiə alimlərinin əksəriyyəti Vaqifi ravilərə etimad göstərmiş və onların rəvayətlərini qəbul etmişlər. Çox qəribədir!!! Axı şiələrin “məsum”lardan nəql etdikləri hədislərə əsasən və onların bir çox alimlərinin etirafına görə on iki imamdan birini inkar edən kafir sayılır. (Bax! Ricalul-Kəşşi səh.456)
Şiələrin dahi alimi Məməqani demişdir: “Hədislərdən belə nəticə çıxır ki, on iki imamçı olmayan hər bir kəs axirətdə kafir və müşrik hökmündədir.” (“Tənqihul-məqal” 1/207).
Üçüncüsü – Əftahi olan şiə raviləri: Bunlar, Musa ibn Cəfərin imamətini rədd edib Abdullah ibn Cəfər əs-Sadiqin imamətini qəbul edənlərdir. (Ricalul-Kəşşi səh.219) Bunlara əl-Fəthiyyə də deyilmişdir. Kutubul-ərba`ada Fəthi şiələrindən rəva-yət olunmuş hədislərin sayı 4705-dir. Şiə alimləri Fəthi ravilərə və onların rəvayətlərinə etimad göstərmişlər. Çox qəribədir, şiələr Musa ibn Cəfərin və onun övladlarının imamətini qəbul etməyən Fəthilərə necə güvənirlər, onların rəvayətlərini necə qəbul edirlər? Bu yerdə maraqlı bir sual ortaya çıxır: Şiələrin iddia etdikləri kimi “on iki imamçılıq” əqidəsi Peyğəmbərdən və əhli-beytdən gələn bir əqidə idisə, Cəfər və digərləri özlərinin ilahi imam olduqlarını irəli sürürdülərsə, nə üçün şiələr imamların sayı və onların təyini barəsində ixtilafa düşüb, yüzə yaxın firqəyə ayrıldılar??? (Bu firqələr barəsində məlumat almaq istəyən, şiə alimi Novbəxtinin “Firəquş-şiə” kitabına müraciət edə bilər.)
Səhabələr (şiələrin zənnincə) Peyğəmbərin vəfatından sonra xilafəti Əliyə vermədikləri və Əlini xilafətə layiq bilmədikləri üçün, şiələr onlara etimad göstərmir və onların rəvayətlərini qəbul etmirlər. Bəs nə üçün şiələr, İmam Cəfərin vəfatından sonra ima-məti Musa ibn Cəfər üçün layiq bilməyən Fəthilərə etimad göstərir və onların rəvayətlərini qəbul edirlər? Məgər, Əlinin imaməti ilə Musanın imaməti arasında fərq var? Təəccüblüdür, elə deyilmi?!
Dördüncüsü – Nəvusi olan şiə raviləri: Bunlar, Cəfər ibn Muhəmməd ölməyib, o sağdır və gözlənilən Mehdi odur, deyən şiələrdir. (Cəfər Sübhani “Kulliyətu fi ilmir-rical” səh.408-409, əl-Qummi “əl-Məqalət” səh.80, Novbəxti “Firəquş-şiə” səh.67) Kutubul-ərba`ada Nəvusi şiələrindən rəvayət olunmuş hədislərin sayı 663-dür.
Beşincisi – Şərabxor şiə raviləri:
1. Ouf əl-Uqeyli: Kəşşi onun barəsində belə nəql edir: “Şərab içən idi, ancaq hədisləri eşitdiyi kimi nəql edirdi.” (Ricalul-Kəşşi səh.90, “Mucəmu ricəlil-hədis” 11/160)
2. Muhəmməd ibn Əbi Abbad: Xoi onun barəsində demiş-dir: “Hədis rəvayəti və şərab içməyi ilə məhşurlaşmışdır.” (“Mucə-mu ricəlil-hədis” 15/278)
3. Əbu Həmzə Sabit ibn Dinar: Abdulhüseyn əl-Musəvi “əl-Müraciət” kitabında onun barəsində demişdir: “Əbu Həmzə ibn Dinar, bizim gəlib-keşmiş salehlərimizin ən güvənilir və ən bilikli olanlarındandır. O elmini üç imamdan; əs-Sadiqdən, əl-Bəqirdən və Zeynulabidindən almışdır...” (əl-Müraciət səh. 309)
Əli ibn Həsən ibn Fəddal onun barəsində demişdir: “Əbu Həmzə şərab içənin biri idi.” (“Tənqihul-Məqal” 1/191, Xoi “Mucəmu ricəlil-hədis”3/389)
 Kutubul-ərba`a da bu şərabxor ravidən 326 hədis rəvayət olunmuşdur. Şiənin bütün alimləri bu şərəbxoru etibarlı və dəyərli ravi saymışdılar. Onlar bu şərabxora güvəndikləri və onu sevdik-ləri halda, canlarını və mallarını İslam uğrunda fəda edən səhabələrə nifrət edir və onları söyürlər. Onu mədh edən şiə kitab-ları: Tusi “əl-Fihrist” səh.70, Ərdəbili “Cəmiur-ruvat”1/134, Rica-lul-Kəşşi səh.176, Hurr Amili “Vəsailuş-şiə”20/149, Abbas əl-Qummi “əl-Kunə vəl-Əlqab” 1/118, Məməqani “Tənqihul-məqal”1/189, Ricəlul-Hilli səh.59 və.s.
4. Abdullah ibn Əbi Yafur: Bu şərəbxor ravi də digər həmkarları kimi şiələrin ən dəyərli ravilərindən sayılır. Şiələr İmam Cəfərin onun haqqında belə dediyini rəvayət edirlər: “Bir nəfərdən – Abdullah ibn Əbi Yafurdan başqa mənim sözümü qəbul edib mənə itaət edən olmadı...” (Ricalul-Kəşşi səh.215, Tənqihul-məqal 2/166, Cəmiur-ruvat 1/467)
Ey şiələr! Harada qaldı sizin ağız dolusu iddialarınız? Haradadır Cəfərin iddia etdiyiniz yüzminlərlə sadiq tələbəsi? Haradadır sizin imama tabe olan keçmiş salehləriniz? İmamın sözünü dinləyib, ona itaət edən bir şiəniz tapıldı, o da şərabxor çıxdı. Onun şərabxor olduğunu isbat edən şiənin rical kitabları: Ricalul-Kəşşi səh.214, Tənqihul-məqal 2/166, Mucəmu ricəlil-hədis 10/98.
 Kutubul-ərba`ada bu cür ravilərdən rəvayət olunmuş hədis-lərin sayı 398-dir. Görün, əhli-beytin hədislərini kimlər rəvayət edib!
Altıncısı – Məchul şiə raviləri: Bütün bu qəribə ravilərdən əlavə şiə kitablarında, adı zikr olunmayan və kimliyi də bilin-məyən naməlum ravilərdən çox sayda hədislər rəvayət olun-muşdur. Məsələn:
“Bəzi küfəlilərdən nəql olunduğuna görə...” (Usulu-Kəfi 2/352);
“Bəzi iraqlılardan nəql olunduğuna görə...” (Usulu-Kəfi 2/78);
“Bizim məzhəbdən olan bəzi kəslərdən...” (Usulu-Kəfi 2/13);
“Filankəsdən nəql olunduğuna görə...” (Usulu-Kəfi 1/86);
“Bir kişidən nəql olunduğuna görə...” və.s.
Hədis elmində bu cür rəvayətlər məqbul sayılmır. Çünki bilinmir ki, o küfəli və ya o iraqlı kimdir? O filankəs və ya o bir kişi kimdir? Bəlkə o hədis uyduran olub və ya lənətlənmiş bir ravi olub və ya heç belə bir şəxs ümumiyyətlə olmayıb. Hədislərin məqbul sayılması üçün o hədisi rəvayət edən ravilərin kimliyi mütləq bilinməlidir. Buna görə İslam dinində hədislərin səhih-zəifliyini bir-birindən ayırd edən hədis elmi vardır. (Bu barədə növbəti bölümlərdə ətraflı məlumat veriləcəkdir.)
Şiə məzhəbinin ən güclü hədis kitabı əl-Kəfinin demək olar ki, yarısı bu cür məçhul ravilərin hədisləri ilə doludur.
1. Sənədində “Bir kişidən rəvayət olundu ki,..” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 1508 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 209 hədis nəql olunmuşdur.
2. Sənədində “Bunu nəql edən birindən...” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 1446 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 255 hədis nəql olunmuşdur.
3. Sənədində “Bizə bir dəstə adam xəbər verdi ki,..” ibarəsi olan hədislər:  Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 343 ədəddir.
4. Sənədində “Onun bəzi dostlarından nəql olundu ki,..” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 1310 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 330 hədis nəql olunmuşdur.
5. Sənədində “bir neçə nəfərdən nəql olunduğuna görə...” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 457 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 117 hədis nəql olunmuşdur. İnşallah şiənin hədis kitab-larını açıb orada olan hədislərin sənədinə nəzər yetirən hər kəs, mənim bu yazdıqlarımın həqiqət olduğunu mütləq görəcəkdir.
Şiələr, daima SƏQƏLEYN hədisini dəlil gətirərək məzhəblə-rinin əhli-beyt məzhəbi olduğunu irəli sürürlər. Dinlərini əhli-beyt vasitəsi ilə öyrəndiklərini iddia edirlər. Budurmu əhli-beytin məz-həbi? Siz dininizi əhli-beytdən yox, yalançı, lənətlənmiş, şərabxor və kimliyi bilinməyən naməlum insanlardan, əhli-beyt adından hədislər uyduran şəxslərdən götürmüsünüz.
Nə üçün əlinizdə əhli-beytdən olan bir səhih kitabınız yoxdur?
Nə üçün Cəfər və onun tələbələri bir dənə də olsa hədis və ya fiqh kitabı qələmə almayıblar?
İddia etdiyiniz Mehdi uzun müddət kiçik “qeybət dövründə” olarkən, nə üçün öz şiələri üçün bir kitab yazmadı?
Onunla eyni dövrdə yaşamış Kuleyni əhli-beytin adından hədisləri bir kitabın içərisinə topladığı halda, nə üçün bu işi Mehdi etmədi? Məgər, dininizi qorumaq Kuleyniyə qalıb?
Sizə görə dini bütün nöqsanlardan qorumaq üçün məsum imamın varlığına ehtiyac yoxdurmu?
Bəs nə üçün onlar öz sözlərinin nəqlini məsum olmayan ravilərə, yalançı və şərabxor insanlara  həvalə etdilər?
Nə üçün onlar dinin əhkamlarını toplamağı Kuleyni, Qummi, Tusi, Məclisi kimi xəta edə bilən və məsum olmayan bəşərə tapşır-dılar?
Əgər dininizin bütün əhkamlarını məsum olmayanların vasitəsi ilə öyrənəcəkdinizsə, məsumlara nə ehtiyac var idi?
Nə üçün məsum olmayan Xomeynini, Sistanini təqlid edir-siniz?
Məsum olmayanı təqlid edəcəkdinizsə, nə üçün məsum imama tabe olmaq vacibdir, deyirsiniz?
Haradadır Fatimənin müshəfi?
Haradadır Əlinin tərtib etdiyi Quran? – Mehdidə? Bəs Mehdiniz haradadır? – Qeybdə? Bəs nə vaxt gələcək? –  Bilmirsiniz?
Sübhənallah!!! Əlinizdə iddia etdiyiniz Fatimənin Müshəfi yoxdur. Mehdiniz də yoxdur. Cəfərin fiqhi də yoxdur. Bəs nəyiniz var???.. Yalanlarla dolu boş iddialarınızdan başqa heç nə!!!
Yeddincisi – Uzunqulaq ravilər:Usulu-kəfi” də olan bu hədisə diqqət yetirin!
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) uzunqulağı Ufeyr ona deyir: “Atam-anam sənə fəda olsun, ey Peyğəmbər! Atam mənə dedi, o da öz atasından rəvayət etdi, o da babasından, o da öz atasından eşitdi ki, o, Nuh peyğəmbər ilə birlikdə gəmidə idi. Nuh əlini onun belinə çəkib, dedi: Bu uzunqulağın zürriyyətindən bir uzunqulaq gələcək, sonuncu peyğəmbər onu minəcək...” ( “Usulu-Kəfi 1/237).
Sənədin ərəbcəsi:
... فَقَالَ بِأَبِي أَنْتَ وَ أُمِّي إِنَّ أَبِي حَدَّثَنِي عَنْ أَبِيهِ عَنْ جَدِّهِ عَنْ أَبِيهِ أَنَّهُ كَانَ مَعَ نُوحٍ ِ
Kuleyni, bu hədisi yaxşı ki isnad ilə (yəni sənədlə) gətirir. Bu yaxşı bir haldır. Çünki hər bir hədisin sənədi olmalıdır. Ancaq təəssüflər olsun ki, bu hədisin sənədində olan ravilər uzunqulaqlar-dır. Hədis uzunqulaqlar silsiləsi ilə nəql olunmuşdur. Ancaq mən bu hədisi qəbul etməyə bir az tərəddüd edirəm. Çünki bu hədisi rəvayət edən uzunqulaq ravilər məçhul ravilərdir. Mən bilmirəm bu ravilər siqadır (etibarlıdır), yoxsa kəzzab (yalançı). Bu ravilərin tərcümeyi-halını tapmaqda da çətinlik çəkirəm. Bəlkə şiələr özləri-nin rical kitablarında bu ravilərin bioqrafiyalarına rast gəliblər?
                         
Şiə məzhəbində hədis elmi
Ümumiyyətlə şiə məzhəbində hədis elmi olmayıb. Onlar, hədislərin ağına-bozuna baxmadan, hədisin ravilərini araşdırma-dan, necə gəldi qəbul ediblər. Şübhəsiz ki, bu elm, əhli-sünnətə məxsus bir elmdir. Daha sonra onlar, əhli-sünnətə baxaraq bu elmə girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma çıxdı.
Şiənin ən məhşur və ən qabaqcıl mühəddislərindən biri olan Hurr əl-Amili demişdir: “Yeni istilahlar (yəni hədisləri “səhih” və “zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydaları-na müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.” (“Vəsailuş-şiə” 20/100 və ya 30/260).
Həmçinin o demişdir: “Məlum olduğu kimi, bu istilahlar Alləmənin (yəni ibn Mutahhar əl-Hillinin) və ya onun şeyxi Əhməd ibn Tavusun zamanında ortaya çıxmışdır.”  (“Vəsailuş-şiə” 20/102 və ya 30/262)
Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri İbn Mutahhar və onun ustadı ibn Tavus olmuşdur. (“əl-Hədaiqun-Nədira”1/53)
Şiələr, hədisləri növlərə ayırmağı əhli-sünnətin kitablarından öyrəndiyi kimi hədislərdən hökm çıxarmaq qaydalarını da əhli-sünnətdən öyrənmişdir.
Şiə alimi əl-Hairi demişdir: “Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən Şəhidus-sənidən qabaq dirayətul-hədisə (hədisdən hökm çıxarmağın qaydalarından bəhs edən bir elmdir) dair kitab yazan olmayıb. Bu elm də əhli-sünnətin elmlərindəndir.” (“Muqtəbisul-əsər” 3/73)
Bəs, nə üçün şiələr də hədis elminə girişdilər?
Cavab: Əhli-sünnət hədisin sənədinə və doğruluğuna fikir verirdi. Bu səbəbdən də şiələr daima əhli-sünnətin yanında gözü kölgəli idi. Çünki onlar da hədis elmi mövcud deyildi və hədisləri necə gəldi qəbul edirdilər. Bu səbəbdən də onlar, əhli-sünnətin qınağından qurtulmaq üçün bu elmə girişdilər. Ancaq heç bir faydası olmadı.  (Bax! “Vəsailuş-şiə! 20/100 və ya 30/258)
Faydası ona görə olmadı ki, onların rəvayətləri əhli-beytdən nəql olunmayıb. Yuxarıda da qeyd etdiyim kimi, raviləri yalançı və hədis uyduranlardır. Bu səbəbdən də onların “rical” kitabları ixtilaf və ziddiyətlərlə doludur. Bunu onların böyük alimi olan Feyz əl-Kaşani də etiraf etmişdir. (Bax! “əl-Vafi” 1/11-12)
Hurr əl-Amili özü də etiraf edir ki, şiə alimlərinin əhli-sün-nətə baxaraq hədisləri zəif-səhihə ayırmaları boş və əbəs bir şeydir: “Şeyx (ət-Tusi) çox vaxt hədisin ravisinin zəif olduğuna görə, hədisi də zəif sayır...Ancaq Şeyxin hədisləri bu səbəbdən ötrü, yəni ravisinin zəifliyindən ötrü zəif sayması qeyri-həqiqi bir şeydir... Məsələn, (Tusi) deyir ki: “Bu ravi zəif olduğuna görə, onun rəvayət etdiyi hədis də zəifdir”. Sonra biz görürük ki, o, başqa bir yerdə elə bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta, bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Çox yerdə hədisi Mürsəl olduğuna görə (yəni: sənədi tam olmadığına görə) zəif sayır, sonra elə özü (başqa bir yerdə) Mürsəl hədisi dəlil gətirir. Hətta o, çox vaxt sənədi qırıq (mürsəl) və zəif rəvayətləri qəbul edir, amma Müsnəd (sənədi tam) və raviləri güclü olan hədisləri isə rədd edir.” (Bax! “Vəsailuş-şiə! 20/111 və ya 30/279).
Hurr əl-Amili şiənin hədisləri barədə demişdir: “Əgər hədis-lərimiz (hədis elminin qaydaları əsasında) araşdırılsa, hamısı zəif çıxacaqdır.” (Bax! “Vəsailuş-şiə 30/260)
Nə üçün?
Cavab: Çünki bir hədisin səhih ola bilməsi üçün ilk növbədə o hədisi rəvayət edən ravilərin adil olmaları şərtdir. Şiənin hədis-lərini isə yuxarıda da qeyd etdiyim kimi məlun (lənətlənmiş) və kəzzab (yalançı) ravilər rəvayət etmişdir. Hurr əl-Amili deyir: “Yeni istilahların (yəni hədis elminin) əhli, hədisin ravisinin adil olmasını şərt qoşmuşdur. Elə bu şərtə görə də bizim bütün hədislə-rimiz zəyif çıxır. Çünki nadir hallarda ravinin adil olub-olmaması bilinir.” (Bax! “Vəsailuş-şiə 30/260) Bu, böyük bir şiə aliminin öz hədislərinə verdiyi şəhadətidir.
Bu günümüzdə də vəziyyət fərqli deyil. Bunu əhli-sünnətin və şiələrin (daha doğrusu müsəlmanların və şiələrin) kitablarını oxuyan hər kəs görə bilər. Əhli-sünnətə məxsus kiçik həcmli bir kitabça da olsa, orada qeyd olunan bütün hədislərin mənbələri, etibarlılığı (səhih olub-olmaması) mütləq göstərilir. Ancaq belə şeylərə şiə kitablarında rast gəlmək çox çətindir.

Nəticə
Sonda bu risaləni, yaşadığım iki hadisəni qeyd etməklə bitir-mək istəyirəm. Mən şiələrdən birinə belə bir sual vermişdim: “Əhli-beytdən ən çox hədis nəql edən raviniz kimdir?” O dedi: “Zurarə ibn Əyun və başqaları...” Mən dedim: “Mən nə bilim ki, Zurarə hədis uyduran olub, yoxsa doğru danışan?” O isə: “Bunun üçün rical kitablarına baxmaq kifayətdir” dedi. Mən dedim: “Mən artıq şiənin ən əsas rical kitabına – Ricalul-Kəşşiyə baxmışam. Orada imamlar Zurarəni gah tərifləyir və bir çox yerdə isə lənətləyir.” Şiə dedi: “O sözlər təqiyyə ilə deyilib.” Mən təəccüb edərək dedim: “Sizin rical kitablarınıza da təqiyyə (yalan) giribsə, sizə deyəcəyim başqa sözüm yoxdur.”
İkinci bir hadisə, yenə də bu şiə ilə aramda olan söhbət zamanı baş verdi. Belə ki, mən ona “Muhəmmədə nazil olan Quran, 17 min ayə idi” hədisini deyəndə, o, bu hədisin uydurma olduğunu söylədi. Mən dedim: “Hədislərin səhih və zəif olmasını kim ayırd edir?” O dedi: “Hədis alimləri.” Mən də ondan soruşdum ki: “Şiə məzhəbinin əsas və mötəbər hədisçiləri kimlərdir?” O, Məclisinin adını çəkdi. Mən də: “Axı Məclisi “Miratul-Uqul”da bu hədisi doğru sayıb” deyəndə, o cavab verdi ki: “Məclisi bu hədisi səhih saysa da, bu hədis Qurana ziddir.” Bu zaman mənim ona cavabım belə oldu: “Axı bu hədisi rəvayət edən ravilərin hamısı sizin rical kitablarınızda təriflənmiş ravilərdir. Bəs necə oldu ki, ən sağlam raviləriniz İmam Cəfərin dilindən Qurana zidd olan belə bir şeyi nəql ediblər.”
Bir sözlə şiələr üçün hədisin səhihliyi və ravilərin doğruluğu önəmli deyil. Onlar üçün önəmli olan hədisin öz istəklərinə uyğun olmasıdır. Bütün bunlardan sonra, onlar SƏQƏLEYN hədisini necə dəlil olaraq irəli sürə bilərlər?




                                                                                                


  abuzeyd-selefi@mail.ru

_________________________________________________________________
 [1] H.1111-ci ildə vəfat etmişdir. “Biharul-Ənvər”, “Miratul-Uqul fi-şərhi əxbərir-Rəsul”, Cilə-ul-Uyun”, “Əl-Ərbəin”, “Haq-qul-Yəqin” və başqa bir çox əsərin müəllifidir. Onun böyük bir hədisçi və fəqih bir alim olmasında heç bir şiə alimi ixtilaf etməmişdir. O, öz zamanında ən böyük şiə alimi idi. Onun bioqrafiyası üçün bu kitablara müraciət edin! Ərdəbili “Cəmiur-Rəvat”2/78-79, Məməqani “Tənqihul-Məqal”2/85, Hurr Amili “Əməlul-Amil”2/248.
[2] Şiələrin əhli-beytdən saydıqları on dörd nəfər: Peyğəmbər, qızı Fatimə, Əli, Həsən, Hüseyn, Əli əz-Zeynulabidin, Muhəmməd əl-Bəqir, Cəfər əs-Sadiq, Musa əl-Kazım, Əli ər-Rda, Muhəmməd əl-Cəvad, Əli əl-Hədi, Həsən əl-Əskəri və Muhəmməd əl-Mehdi.
[3]  Yəni: Əbu Bəkr, Ömər, Osman və Əli (Allah onlardan razı olsun!).
[4] 4 şəzz qiraət məqbul qiraət sayılmır. Bu qiraətlər ilə namazda Quran oxuna bilməz. Qiraətin məqbul sayılması üçün bu üç şərtin bir yerdə olması labüddür:
a. Ayə və surənin Peyğəmbərə qədər çatan sənədinin səhih və mütəvatir (çoxsaylı) olması;
b. Osman (r.a) tərəfindən çoxaldılan və ümmətin icma etdiyi Quran nüsxələ-rinə uyğun olması;
c. Ərəb dilinə uyğun olması.
On qiraət bütün bu şərtləri özündə cəm etdiyi üçün səhih (doğru) və məqbul qiraət adlanmışdır. Bu on qiraətdən hər biri ilə Quran oxumaq olar.
[5] Yuxarıda da qeyd etdiyim kimi Quranın ilk dəfə yazıb çoxaldılması Osmanın xilafəti zamanı baş vermişdir. Bu nüsxələr Osman (r.a) tərəfindən hər biri bir Quran ustadı ilə birlikdə Küfə, Bəsrə və Şam şəhərlərinə göndərildi. Bir nüsxədə Mədinədə saxlanıldı. Çoxaldılan bu Quran nüsxələrində hərflərin nöqtə və hərəkələri yox idi. Bəs o zaman insanlar nöqtəsiz və hərəkəsiz Quranı necə oxuyurdular? Yer üzərində barmaqla sayılacaq bu qədər az Quran nüsxəsi olduğu halda insanlar necə Quranı uxuyur və necə onu əzbərləyirdilər? Quranı tam olaraq əzbər bilən minlərlə hafiz necə əmələ gəlirdi? Bütün bu sualların cavabı belədir: Peyğəmbər (saləllahu aleyhi və səlləm) zamanında Quranın nazil olan hər ayəsi onun əshabı tərəfindən əzbərlənirdi. Onların övladlarıda Quranı öz böyüklərinin dilindən əzbərləyirdilər. Yəni, Quran müshəflərdən (Quran nüsxələrindən) yox, dillərdən götürülürdü. Bu cür əzbərləmə metoduna “əl-Müşafəhə” və ya “əs-Səma” deyilir. Beləcə Quranın on müxtəlif oxunuş forması əmələ gəldi ki, bu formaların hamısı da Peyğəmbər (saləllahu aleyhi və səlləm) tərəfindən əshabına öyrədilmişdir. Bu on qarinin hər biri bir qiraət formasını tabiinlərdən (səhabələrin tələbələrindən) və tabiinlər də Peyğəmbərin əshabından öyrənmişdirlər. Daha sonralar bu qiraətlər bu on qarinin vasitəsi ilə gələcək nəsillərə ötürüldüyündən, bu on qarinin adı ilə məhşurlaşmış və onların adları ilə adlandırılmışdır. Quranı bu on qarinin hər birisindən də iki tələbəsi nəql etmişdir. Bu gün yer üzərində ən çox oxunan qiraət, Həfsin öz ustadı İmam Asimdən nəql etdiyi qiraətdir. Demək olar ki, Quran-i Kərim dünyanın hər yerində bu qiraətlə oxunur. İmam Asim də Quran qiraətini Abdullah ibn Həbib əs-Süləmidən və Zirr ibn Hubeyşdən, onlar isə Osman, Əli, ibn Məsud, Ubey ibn Kəb və Zeyd ibn Sabitdən, bu beş səhabə isə Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) rəvayət etmişlər. Bu gün Quran nüsxələrinin əksəriyyəti Asim qiraətinə görə hərəkələnir. Ancaq digər qiraətlərdə də Quran nüsxələri çap olunmaqdadır.

[6] Hicri 307-ci ildə vəfat etmişdir. “Təfsirul-Qummi” adı ilə məhşurlaşan təfsirin müəllifidir. Məclisi onun haqqında belə deyir: “Əli ibn İbrahim ibn  Həşim Əbul-Həsən əl-Qummi imamilərin ən dəyərli ravilərindən və ən böyük şeyxlərindəndir. Bütün tərcümeyi-hallar onun dəyəri və etibarlılığı üzərində ittifaq halındadır.” Rical alimi Nəcaşi “əl-Fihrist”də demişdir: “Hədisdə doğrucul, nüfuzu təstiqlənmiş və düzgün məzhəbli birisidir.” (Bax! “Müqəd-dimətul-Bihar” səh.128.) Həmçinin onun təfsiri haqqında belə deyilmişdir: “Əli ibn İbrahim əl-Qummi Kuleyninin ən dəyərli şeyxlərindən birisidir. Heç şübhəsiz ki, onun əlimizdə olan təfsiri bizə çatan ən qədim təfsirlərdəndir. Bu təfsir iki doğrucul adamın (Bəqir və Cəfər) əleyhissəlamın təfsiridir.” (İxtisarla nəql etdim. Bax! “Tabaqatu əaləmuş-şiə” (4-cü əsr) səh.167. “Əz-Zəria” 4/302. “Muqəddimətu Təfsiril-Qummi” Şeyx Musəvi əl-Cəzairinin qələmi ilə səh.14-16.)
[7] H.328-ci ildə vəfat etmişdir. Şiə məzhəbinin ən dəyərli kitabı olan “Kitabul-Kafi”nin müəllifidir. Onun barəsində Şeyx Tusi demişdir: “Hədisdə alim idi...” (“Ricəl ət-Tusi”səh.495.) Ərdəbili demişdir: “Hədisdə insanların ən doğruculu idi. Kitabul-Kafini iyirmi ilə yazmışdır.” (“Cəmiur-Ruvat” 2/218. Hilli səh.145). Ağabozork ət-Tehrani demişdir: “Əl-Kafi, hədisdə etimad olunan əsas dörd kitabın ən dəyərlisidir. Rəsulullahın ailəsindən nəql olunmuş rəvayətləri onun kimi yazan olmamışdır.” (“Əz-Zəria”17/245) Onun bu kitabı haqqında həmçinin belə deyilmişdir: “O, İslami kitabların ən dəyərlisi, imamilərin əsərlərinin ən əzəmətlisidir. Əl-Əstərabadi deyir ki, biz, şeyx və alimlərimizdən eşitdik ki, İslamda bu kitaba bərabər bir kitab yazılmamışdır.” (Bax!Abbas əl-Qummi “əl-Kunə vəl-əlqab” 3/98. “Mustədrəkul-Vəsail”3/532).
[8] H.620-ci ildə vəfat etmişdir. “əl-İhticac” kitabının müəllifidir. Məclisi onun barəsində demişdir: “Şeyx Əbu Mənsur Əhməd ibn Əbi Talib ət-Təbərsi bizim dəyərli, qədim və doğrucul mühəddis olan fəzilətli alimlərimizdəndir və “Kitabul-İhticac”ın sahibidir.” (Müqəddimətu Biharil-Ənvər səh.140). Hur Amili də onun barəsində: “Fəzilət sahibi bir alim və doğrucul olan fəqih bir mühəddis idi” deyir.  (Əməlul-Amil 2/17 və Məməqani “Tənqihul-Məqal”1/69).
[9] H.1111-ci ildə vəfat etmişdir. “Biharul-Ənvər”, “Miratul-Uqul fi-şərhi əxbərir-Rəsul”, “Ciləul-Uyun”, “Əl-Ərbəin”, “Haqqul-Yəqin” və bir çox əsərlərin müəllifidir. Onun böyük bir hədisçi və fəqih bir alim olmasında heç bir şiə alimi ixtilaf etməmişdir. O, öz zamanında ən böyük şiə alimi idi. Onun bioqrafiyası üçün bu kitablara müraciət edin! Ərdəbili “Cəmiur-Rəvat”2/78-79, Məməqani “Tənqihul-Məqal”2/85, Hur Amili “Əməlul-Amil”2/248.
[10] Yəni, təhrif barədə olan hədisləri inkar etdikləri halda imamət barəsində olan hədisləri necə qəbul edirlər?Axı təhrif barəsində olan hədislər heçdə imamət haqqında olan xəbərlərdən az deyil!!!
[11]  Şiə alimlərinin bioqrafiyalarının yer aldığı “Ravdatul-Cənnət” əsərində Əbul-Həsən Amilinin ən böyük şiə fəqihlərindən olduğu qeyd edilir. Bütün şiə alimləri onu övmüş, onun elmini təqdir etmişdir. Həqiqətən də, o, şiənin fəxridir. (Onun bioqrafiyası üçün bu əsərlərə müraciət edin! Ağabozork ət-Tehrani “Əz-Zəria” 20/264. Yusuf Bəhrani “Lulutul-Bəhreyn” səh.107.)
[12] “Məşariquş-Şumus əd-Durriyyə” kitabının müəllifidir. Ağabozorq ət-Tehrani onun barəsində belə deyir: “Mahir olan elm əhlindən və fəziləti kamil olanlardan biri idi...” (əz- Zəria 3/1265: ixtisarla nəql etdim.)
[13] “Luluətul-Bəhreyn” və “əd-Durarun-Nəcəfiyyə” adlı kitabların müəllifidir. Hədisdə və fiqihdə mahir bir alim idi. Onun bioqrafiyası üçün bax! “Əyanuş-şiə” 10/317.
[14] Şiənin böyük bir mühəddisi və kəlamçısıdır. “Nəhcul-Bələğa”nı şərh et-mişdir. Onun bioqrafiyası üçün bax! Ravdatul-Cənnə 7/204.
[15] Quranın təhrifinə dair etiqad, əslində şiələrin əsas etiqadlarından biridir. Ancaq onlar bu etiqada sahib olduqlarından ötrü tarix boyu müsəlmanlar tərəfindən təhqir edildiklərinə görə “Bu, bizə qarşı böhtan və yalandır” deməyə məcbur oldular.
[16] Şiələrin qədim ən mötəbər dörd hədis kitabı:
1. Muhəmməd ibn Yaqub əl-Kuleyninin “Kitabul-Kəfi” kitabı. İçərisində 16099 hədis var. Bu kitab üç hissədən: “Furu”, “Usul” və “ər-Rovda”dan ibarət-dir;
2. Muhəmməd ibn Babaveyh əl-Qumminin (Şeyx Saduq ləqəbi ilə tanınmış-dır) “Mən lə yəhduruhul-fəqih” kitabı. 176 bölümdən, 9044 hədisdən ibarətdir;
3. Muhəmməd ibn Həsən ət-Tusinin “Təhzibul-Əhkam” kitabı;
4. Muhəmməd ibn Həsən ət-Tusinin “əl-İstibsar” kitabı.
Şiələrin daha sonra yazılmış ən mötəbər dörd hədis kitabı:
1. Əl-Feyz əl-Kaşaninin “əl-Vafi” kitabı;
2. Məclisinin “Biharul-ənvər” kitabı;
3. Hurr əl-Amilinin “Vəsailuş-şiə” kitabı;
4. Nuri ət-Təbərsinin“Mustədrəkul-vəsail” kitabı.
[17] Əhli-sünnətin ən mötəbər altı hədis kitabı: Buxari və Müslimin “Səhih”ləri, Nəsai, Tirmizi, Əbu Davud və İbn Məcənin “Sünən”ləridir. Bu kitablara “Kutubi-sittə” (yəni: altı kitab) deyilir. “Kutubi-tis`a”  (yəni doqquz kitab) deyildikdə, bu altı kitabdan əlavə İmam Əhmədin “Müsnəd”i, Dariminin “Sünən”i və İmam Məlikin “əl-Muvatta” adlı kitabı nəzərdə tutulur.
[18] Belə bir hədis şiə kitablarında da nəql olunmuşdur. Əli (radiyallahu anh)  Muhəmməd ibn Əbu Bəkrə və Misir əhlinə dəstəmazın necə alınacağını bəyan edərək deyir: “Başınıza məsh çəkin, sonra sağ və sol ayaqlarınızı üç dəfə yuyun! Çünki mən Peyğəmbəri bu cür dəstəmaz alan gördüm.”  (“Müstədrək əl-vəsail” 1/44)   Əli deyir: “Dəstəmaz almaq üçün oturmuşdum. Elə bu vaxt Peyğəmbər (saləllahu aleyhi və səlləm) gəldi və mənə gözəl şəkildə dəstəmaz almağın qaydasını öyrətdi. Mən ayağımı yuduğum vaxt, o, (saləllahu aleyhi və səlləm) mənə dedi: “Ey Əli! Barmaqlarının arasını da yu ki, sənə cəhənnəm odu toxunmasın.” (“əl-İstibsar” 1/65-66, “Təhzib əl-əhkam” 1/93, “Vəsailuş-şiə”1/296-297)   İmam Cəfər dəstəmazı öyrədərkən demişdir: “Əgər başa məsh çəkməmiş ayaqları yusan, gərək qayıdıb başa məsh çəkəsən və sonra ayaqları yuyasan” (Kuleyni “Furu əl-Kəfi” 3/35, “Təhzib əl-əhkam” 1/99, “əl-İstibsar” 1/74, “Vəsailuş-şiə”1/318)
[19] Əlidən nəql olunmuş bu hədis şiələrin bütün məzhəbləri tərəfindən də rəvayət olunmuşdur. “Zeydi” şiələrinin mənbəsi: “ər-Rovdun-nəzir şərhu məcmuul-fiqhil-kəbir” 4/23. “Cəfəri” şiələrinin mənbələri: “ət-Təhzib” 2/186; “əl-İstibsar” 3/142; “Vəsailuş-şiə” 14/441.  “İsmaili” şiələrinin mənbəsi: “Dəaimul-İsləm” 2/228-229 hədis no: 858.
[20] Əlinin Ömər barədə olan zənnini Allah həqiqətə çevirdi. Sağlığında iki dostu ilə birlikdə olan Ömər, vəfat etdikdən sonra da onlarla birlikdə oldu. (Üçünün də qəbri bir yerdədir) Əli ibn Hüseyn (Zeynulabidin)-dən soruşdular: “Əbu Bəkr və Ömərin Peyğəmbərə yaxınlığı necədir?” İmam isə əli ilə peyğəmbərin qəbirlərinə işarə edərək dedi: “Onların peyğəmbərə olan yaxınlığı indiki kimi idi.” (Zəhəbi “Siyəru Aləmin-nübəla” 4/394-395)
[21] Bu mənada olan hədislər şiələrin də kitablarında mövcuddur. Bunlardan bir neçəsini qeyd edirəm. Əli daima xütbələrində deyərdi: “Allahım! Raşidi xəlifələrini islah etdiyin kimi, bizi də islah et!” Ondan soruşanda ki, “Onlar kimlərdir?”, cavabında imam belə demişdir: “Onlar, iki sevimli, İslamın şeyxləri, hidayət rəhbərləri və peyğəmbərdən sonra özlərinə tabe olunan Qureyşin kişiləri – Əbu Bəkr və Ömərdir. Kim onlara tabe olsa qorunar, onların izi ilə gedən isə doğru yolda olar.” (Tusi “Təlxisuş-Şəfi” 2/428). Zeynulabidin əl-Həşr surəsinin 8-10 cu ayələri ilə Əbu Bəkr, Ömər və Osmanı müdafiə etmişdir. (“Kəşful-ğummə”2/291)  İmam əl-Bəqir demişdir: “Allah Əbu Bəkrə “Siddiq” (doğrucul) deməyənin sözünü nə bu dünyada, nə də axirətdə təmizə çıxarmaz.” (“Kəşful-ğummə”2/360)  Bir qadın Cəfərdən, Əbu Bəkr və Ömər barədə soruşur. İmam isə onları sevməyi və onları dost tutmağı tövsiyə edir.  (Kuleyni “Rovda əl-Kəfi” səh.88)  Əli ibn Musa ər-Rdadan, Peyğəmbərin “Mənim əshabıma dua edin!” hədisi və “Əshabım ulduzlar kimidir, onlardan birinə tabe olan haqqı tapar” hədisi barədə soruşdular. O isə cavabında: “Bu hədis səhihdir” – dedi. (Qummi “Uyunu əxbər ər-Rda” 2/87)   Mühəmməd ibn Əli ər-Rda demişdir: “Mən Ömərin fəzilətini inkar etmirəm. Lakin, Əbu Bəkr Ömərdən də əfzəldir.” (əl-İhticac 2/479)
[22] Görəsən, nə üçün daima Kərbəla şəhidləri üçün mərsiyyə, şer və qəzəllər oxuyan şiələr Əbu Bəkr ibn Əlinin, Ömər ibn Əlinin, Osman ibn Əlinin adlarını çəkmirlər?
[23] Bax! Əhli-sünnətin kitablarından: Tarix ət-Təbəri 3/162, 343 və İbn Kəsir “əl-Bidayə vən-Nihayə” 8/189.   Şiə kitablarından: Əbul-Həsən Ərdəbili “Kəşful-Ğummə” cild.2 səh.64, 67-68, 90, 199, 217, 334 və cild.3 səh.10, 29, 60; Tarixul-Yaqubi 2/213; “əl-Fusulul-Muhimmə” səh.283.
Təbərsi “Ə`ləmul-vəra” səh.203; Mufid “əl-İrşad” səh.186; Əbul-Fərəc Əsfəhani “Məqatilut-Talibin” səh.78, 83, 119, 142, 561-562; Məclisi “Ciləul-uyun” səh.182 və 582; “Biharul-ənvər” 42/120; Məsudi “ət-Tənbih vəl-İşraf” səh.263; “Ənvərun-Numaniyyə” 1/371 və.s.
[24] Cəfər əs-Sadiqdən soruşurlar: “Əri ölmüş qadın öz evində qalmalıdır, yoxsa harada istəsə qala bilər?” İmam cavabında deyir: “Əlbəttə, harada istəsə. Əli, Ömər öləndən sonra Ümmü Gülsümün talağını alıb onu öz evinə gətirdi.” (Kuleyni “Furu əl-Kəfi” cild.2 səh.115 bəzi nüsxələrdə: səh.311) Buna bənzər bir rəvayəti də Tusi “Təhzibul-əhkam” kitabının “Qadınların iddəti” fəslində gətirir.  Ömərin Ümmü Gülsümdən övladları da olmuşdur. (“Təhzibul-əhkam”2/380 “Miras kitab”ında)
[25] Qumda təhsil almış bir şiə ilə bu barədə söhbət etdikdə, o mənə belə dedi: “Ömər Əlini təhdid edib. Onu öldürtdürəcəyini və ya üzərinə oğurluq iftirası ataraq əlini kəsdirəcəyini deyib. Buna görə də Əli məcburiyyət qarşısında qalaraq qızını Ömərə verib.” Hətta İmam Cəfərin belə dediyini irəli sürdü: “Bu  (yəni Ümmü Gülsüm), bizim əlimizdən alınmış namusumuzdur.” (Furu əl-Kəfi 2/141 “Ümmü Gülsümün ərə verilməsi” fəsli) Mənim isə ona cavabında belə dedim: “Sənin bu sözün Əliyə “namussuzluq” iftirası atmaqdır. Sözündən elə çıxır ki, Əli öz canının qorxusundan namusunu satıb. Həmçinin sənin bu sözün Əliyə “qorxaqlıq” iftirası atmaqdır. Necə olur ki, Əli bir qızına sahib çıxa bilmədi. Axı sizə görə Əli Peyğəmbərdən  (saləllahu aleyhi və səlləm) sonra bu ümmətin sahibi sayılır. Bir qızına sahib çıxa bilməyən, bu ümmətə nacə sahiblik edə bilər? Bax, beləcə, şiələr haqqı bilənlərin yanında gizli olmayan qüsurları əhli-beytə yamaq etmişlər.”
[26] Buna oxşar bir hədisi şiə alimi Nuri Təbərsi “Mustədrəkul-vəsail” kitabında cild.2 səh.379-da qeyd etmişdir.
[27] Şiə kitablarından: “əl-Kəfi”6/528, “Vəsailuş-şiə”3/211, “Biharul-ənvər”76/286.
[28] Şiə kitablarında da qəbir üzərində qübbə və türbə tikmək, qəbirin üzərinə yazı yazmaq, qəbrə doğru və qəbir olan yerdə namaz qılmaq kimi şirkə vəsilə olan əməllərin haram olması barəsində əhli-beytdən kifayət qədər hədislər nəql olunmuşdur: “Mən lə yəhduruhul-fəqih”1/178, “İstibsar” 1/217, “Təhzibul-əhkam”1/461, “Müstədrəkul-vəsail” 2/347, “Vəsailuş-şiə”3/202, 210-211, 235 və 5/158, 161, “Biharul-ənvər” 73/159, 79/20, 80/313 və.s.
[29] Məclisi kitabının həmin yerində imamların qəbrini ziyarət etməyin qaydasını açıqlayaraq deyir: “İmam Hüseynin qəbrini ziyarət zamanı, qəbrin baş tərəfində iki rəkət namaz qılırsan. Birinci rəkətdə Fatihə və Yasin surələrini, ikinci rəkətdə isə Fatihə və ər-Rəhman sürələrini oxuyursan. Əgər, istəsən qəbrin arxasında da qıla bilərsən, amma baş tərəfində qılmaq daha əfzəldir. Bu iki rəkəti qıldıqdan sonra nə qədər istəsən namaz qıla bilərsən...” Daha sonra o, imamların qəbrini ziyarət etmək üçün əvvəlcədən necə qüsul almağı, ziyarətka-hın qapısının önündə durub dua etməyi, əl sürtməyi, öpməyi, ora necə daxil olmağı, qəbrə doğru namaz qılmağı və.s. bu kimi şirk əməlləri öyrədir.
Sübhənallah!!! Daha şeytana nə qaldı? Onun vəzifəsini artıq Məclisi gördü. Şiə alimləri imamların qəbirlərini ziyarət etməyin qaydalarına dair bu cür kitablar çox yazıblar. Onlar, bu kitabların adını adətən “Ziyarətnamə” qoyurlar. Mən isə bu kitablara “Şirknamə” deyərdim.
[30] Ümumiyyətlə şiələrin əhli-beyt barədə olan etiqadlarını oxuyanda insanı dəhşət bürüyür. Şiə alimlərinə görə İmam Hüseynin qəbrinin torpağını, palçığını yemək bütün dərdlər üçün dəva, xəstəliklər üçün şəfadır. (“Kitabul-kəfi” 3/378; “Biharul-ənvər” c.98 səh.118, 129, 131) Xomeyni “əl-Hukumətul-İsləmiy-yə”kitabında (səh.75) belə deyir: “Bizim məzhəbin zəruriyyətlərindəndir ki, imamların dərəcəsinə nə Allaha yaxın bir mələk, nə də rəsul olan bir peyğəmbər çata bilməz.”
Ayətullah Zeynulabidin “Ənvərul-vilayə” kitabında (səh.440) demişdir: “Məsum imamların içi də, çölü də təmizdir... Onların bövl (sidik) və ğait (nəcis)-ləri murdar sayılmır. Əksinə, bunlar misk kimidir. İmamların bövl və ğaitlərini içən şəxsə Allah Cəhənnəm odunu haram edər və ona Cənnətə girmək vacib olar.”
[31] Buxari “Tarix” 2/198; Əbu Nəim “Hilyətul-Övliya” 3/192; Zəhəbi “Siyər” 6/255.
[32] Şiələrin ən mötəbər kitabı olan əl-Kəfinin ilk iki cildində Əhli-əbadan, yəni, Peyğəmbərdən (saləllahu aleyhi və səlləm), Əlidən, Fatimədən, Həsən və Hüseyndən (Allah onlardan razı olsun!) nəql olunmuş hədislərin sayını sizə təqdim edirəm:
1-ci cilddə 1445 hədis var. Bu hədislərdən 4-ü Peyğəmbərdən, 38-i Əlidən, 2-si Hüseyndən rəvayət olunmuşdur. Bu cilddə Fatimə və Həsəndən bir dənə də olsa hədis rəvayət olunmamışdır. 1445 hədisdən cəmi 44-ü Əhli-əbadan nəql olunmuşdur.
2-ci cilddə 2346 hədis var. Bu hədislərdən 17-si Peyğəmbərdən, 30-u Əlidən, 1-i Həsəndən, 1-i də Hüseyndən rəvayət olunmuşdur. Bu cilddə də Fatimədən bir hədis belə rəvayət olunmamışdır. 2346 hədisdən cəmi 49-u Əhli-əbadandır. Fikir verin, bu iki cilddə olan 3791 hədisdən cəmi 93 hədis Əhli-əbadandır. Mən hələ bu hədislərin səhih olub-olmadığından danışmıram. Kitabul-kəfini şərh etmiş üç şiə alimi: Məclisi “Miratul-Uqul”da, Behbudi “Səhihul-kəfi”də və Muzəffər “əş-Şəfi fi şərhi usulil-kəfi”də bu hədislərin (yəni 93 hədisin) hamısının zəif olduğunu bəyan etmişdilər. Ey şiələr, siz nə üçün Fatiməyə, Həsən və Hüseynə məsumluq isnad edirsiniz? Ona görə ki, onlar xəta edə bilməzlər və bu səbəbdən də onlara tabe olmaq vacibdir? Budurmu onlara tabeçilik? Onlardan səhih olaraq nə rəvayət etmisiniz ki, ona da tabe olasız.
[33] Ancaq bunun əksinə, dörd imam və onların tələbələri  müsəlmanlar üçün etiqada, fiqhə və hədisə dair əsərlər qoyub gediblər. “Müsnəd”, “Fiqhul-əkbər”, “Fədailus-sahabə”, “Kitabuz-zühd”, “Rəddu aləl-Cəhmiyyə”, “ər-Risalə”, “əl-Umm” kimi əsərlər onların müsəlmanlar üçün miras qoyduqları əsərlərdən yalnız bir qismidir. Onların tələbələri tərəfindən yazılmış kitablar isə həddən artıq çoxdur.
[34] Mufid adıyla məhşurlaşan bu alimin əsl adı Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn ən-Numandır. H.413-ci ildə vəfat etmişdir. “əl-İrşad”, “Əvailul-Məqalət”, “əl-İxtisas” və “Şərhu Əqaidis-Saduq” kimi bir çox əsərin müəllifidir. Yusuf Bəhrani onun barəsində demişdir: “Şiə şeyxlərinin ən dəyərli olanlarından,onların ustadı və rəislərindəndir.” (Lulutul-Bəhreyn, 356-357) Abbas əl-Qummi isə belə demişdir: “Ümmətin başçılarının başçısı, dəyərli şeyxlərin şeyxi və şiənin fəxridir...” (Əl-Kunə vəl-Əlqab 3/164)
[35] Muhəmməd Bəqir əl-Behbudi Kitabul-Kəfini təhqiq edən şiə alimlərindən biridir. O, “Səhihul-kəfi” adlı bu kitabında 16 min hədisdən yalnız 4428 hədisi səhih saymış və yerdə qalan 11693 hədisi səhih görməmişdir.
[36] Elə bu səbəbdən də İmam Buxari “əs-Səhih” əsərində Cəfər əs-Sadiqdən bir dənə də olsa, hədis nəql etməyib. Çünki o, İmam Cəfərin zamanında yaşama-dığından ötrü, birbaşa ondan hədis nəql edə bilməyib. Ancaq o, imamın adından yalan hədislərin çox yayıldığını və doğrunu yalandan ayırd etməyin də həddən çox çətin olduğunu bildiyi üçün, hədis ravilərinin onun adından nəql etdikləri hədislərə güvənməmiş və bu hədisləri kitabına götürməmişdi. Çünki ondan hədis rəvayət edən ravilərin əksəriyyəti yuxarıda da qeyd etdiyim kimi, Küfənin “hədis uyduran şiə sənətkarları” idi.
[37] Təqiyyə – doğru olanı daxildə gizlədərək, onun ziddini (yalanı) üzə çıxarmağa deyilir. Şiələr təqiyyəyə (yalana) o qədər aludə olublar ki, hətta onu dinlərinin əsasına çeviriblər. Onlar əl-Bəqirin belə dediyini rəvayət edirlər: “Təqiyyə, mənim və ata-babalarımın dinindəndir, təqiyyəsi olmayanın imanı yoxdur” (Kitabul-kəfi 2/219; Biharul-ənvər 72/431). Guya ki, İmam Cəfər demişdir: “Dinin onda doqquzu təqiyyədir, təqiyyəsi olmayanın da dini yoxdur” (əl-Kəfi 2/217). “Təqiyyədən daha sevimli əməl yoxdur” (Biharul-ənvər 72/398) “Ən təqvalınız, ən çox təqiyyə edəninizdir” (əl-Kəfi 2/218). Şeyx Saduq demişdir: “Təqiyyəni tərk edən ilə namazı tərk edən eyni səviyyədədi.” (“Etiqad” səh.127). Bu yerdə belə bir sual ortaya çıxır. Onlar nə üçün təqiyyəyə bu qədər önəm veriblər? Cavab: Onlar görəndə ki, əhli-beyt öz şiələrini söyür, şiə raviləri imamların dilindən lənətlənir, səhabər imamlar tərəfindən təriflənir, belə olduqda onlar bu cür deməyə məcbur oldular: “Bütün bunlar təqiyyə ilə deyilmiş sözlərdir.” Deməli, şiəlik məhz təqiyyə (yalan) əsasında və təqiyyə (yalan) üzərində qurulub.
[38] Rical – ravilərin tərcümeyi-halından bəhs edən elmin adıdır. “Rical”-“Kişilər” deməkdir. Hədisləri rəvayət edən ravilər kişilər olduğundan, bu elmə də rical elmi adı verilmişdir. Şiə məzhəbinin ən etibarlı rical kitabları bunlardır: Ricalul-Kəşşi, Ricalul-Hilli, Ricalun-Nəcaşi, Ricalut-Tusi və.s.
Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir