İmam Əli şiələr haqqında




Şiə məshəbinin ən mötəbər sayılan "Nəhcül-bəlağə"  kitabında nəql olunur ki, İmam Əli öz şiələrinə deyir:

"Ey kişilikdən nişanəsi olmayan namərdlər! Ey ağlı uşaq və bəy otağına təzə girmiş qadın ağlı kimi olanlar! Ey kaş mən sizləri nə görə, nə də tanıyaydım. And olsun Allaha, sizi tanımağın nəticəsi peşmanlıq, qəm və qüssədir. Allah sizləri məhv etsin ki, mənim ürəyimi qan etdiniz, sinəmi qəzəblə doldurub-daşırdınız. Aldığım hər nəfəsdə mənə qəm və hüzn yedirtdiniz. Mənə itaətsizlik, etinasızlıq edərək tədbirimi pozub, puç etdiniz, bunun nəticəsində də Qüreyş «Əbu Talibin oğlu igiddir, ancaq müharibə aparmaq qaydasını bilmir» dedilər.."

Şiə alimlərinin fətvaları.


Bəzən rafizilər İslam alimlərinin bəzi fətvalarını ələ alaraq,bir çox hallarda səhv tərcümə və təhrif edərək dilimizə tərcümə edir və yayırlar.Bununla onlar məsələdən agah olmayan sıravi müsəlmanlarda  qəzəb və nifrət yaratmağa çalışırlar. Burada vacib bir məsələni qeyd etmək yerinə düşərdi. İmam Malikin sözlərini unutmamaq lazımdır.O,deyir: “Bu qəbirdə yatan (əli ilə Peyğəmbər (s.a.s)-in qəbrinə işarə edərək) insanın sözündən başqa istənilən şəxsin sözü qəbul vəya rədd edilə bilər.”
Şübhə yoxdur ki,Allahın şəriətində utanacaq heç nə yoxdur.Ona görə də əgər hər hansı bir alim zəif rəvayyətlərə istinad edərək,şəriət mətnlərini düzgün anlamayıb,fitrətə tərs fətva verərsə,biz onu sadəcə olaraq,rədd edəcəyik.
Fəqət,ərəblərin yaxşı bir ata sözü vardır.”Evi şüşədən olan adam başqasına daş atmamalıdır.” Aşağıda şiə alimlərinin fətvalarından bir neçə nümunələr gətiriləcəkdir.


1)     Cinsiyyətin dəyişdirilməsi.

Bunu ilk dəfə ələ alan Xomeyni olmuşdur. Xomeyni “Təhrir əl Vəsilə” kitabında yazır:

“Məsələ 1. “Zahirən kişinin cinsiyyətinin qadına və qadının cinsiyyətinin kişiyə çevrilməsində problem yoxdur və bu qadağan deyildir.”
Məsələ 3. “ Əgər qadın ərə gedib,sonra cinsiyyətini dəyişərsə onun nigahı bu andan etibarən ləğv olunur və onun əridə əgər onunla bu əməliyyata qədər cinsi əlaqəyə giribsə mehrin tam verilməsi öhdəliyi durur...”
Məsələ 7. “Əgər bacı və qardaş hər ikisi cinsiyyətlərini əks olaraq dəyişiblərsə,bu onların qan qohumluğunu pozmur.Qardaş bacı,bacı isə qardaş olur.Əgər ata tərəfdən əmi cinsini dəyişərsə,o ata tərəfdən bibi olacaqdır və ya əksinə ana tərəfdən dayı olacaqdır.Həmçinin, digərləri də bunun kimi.”
Məsələ 8.”Əgər ana cinsiyyətini dəyişərsə o oğulun zövcəsinə məhrəm olacaqmı,yoxsa yox?Əgər ata qadın cinsinə keçərsə o öz oğlanlarına hətta ana çağrılmasa belə məhrəm olacaqmı?Zahirən bu belədir.Əgər gəlin cinsini dəyişərsə və kişi olarsa o öz xalasına məhrəm olacaqmı?Bütün bunlar məntiqdən uzaq deyil.”

Şiələr və Quran


Bu mövzu baradə saatlarla danışmaq və cildlərlə kitab yazmaq olar.Şiələr tərəfindən ola biləcək spekulyassiyalardan qaçmaq,onların nəhy olunmuş ayələr,yeddi qiraət haqqında olan  rəvayyətləri dəlil gətirə bilməmələri üçün bu fəsildə yalnız şiə alimlərinin sözlərindən sitat gətiriləcəkdir.

1) Yuxarıda qeyd edildiyi kimi 3 nəfərdən başqa bütün səhabələr şiələrin səhih rəvayyətlərinə görə İslamdan çıxmışdılar.Bununla yanaşı onların bəzi alimləri Quranın səhabələr tərəfindən toplandığı fikrini dəstəkləmişdir.

Müasir alimlərindən olan Ayətullah Muhəmməd Hüseyn Təbatəbai yazır: “Peyğəmbər (s.a.s)-in vəfatından 14-15 ay sonra Yəmamə müharibəsi başladı ki,bu müharibədə 70 Quran hafizi şəhid oldu.Növbəti döyüşlərdə də hafizlərin öldürülməsindən ehtiyyat edən xilafət mənsubları Quranın yox olmaması üçün onu bir kitab halına salmaq qərarına gəldilər.Xəlifənin əmrinə müvafiq olaraq,Zeyd ibn Sabitin başçılığı altında hafiz səhabələrdən ibarət olan heyət Peyğəmbər (s.a.s) evi və səhabələrdə olan ayə və surələri toplayaraq,vahid kitab halına saldılar.Bu kitabı bir neçə nüsxədə çoxaldaraq,onu bölgələrə göndərdilər.Üçüncü xəlifənin zamanında ona bildirdilər ki,Quranı üzündən köçürən insanların səhv etməsi və qiraətlərdəki fərqlərə görə fikir ayrılıqları yaranmışdır.Bildirdilər ki,əgər bu belə davam etsə,Quranın təhrif olunması qorxusu vardır.Belə bir təhlükəni dəf etmək üçün birinci xəlifənin tərtib etdiyi Quran üçüncü xəlifənin əmri ilə Ömərin qızı Həfsənin evindən alındı.Sonra beş hafiz səhabədən ibarət olan Zeyd ibn Sabitin  heyəti ki,onların arasında birinci nüsxənin tərtib olunmasında iştirak edən bir nəfər də vardı,Həfsənin evində olan müshəfin əsasında digər müshəflər üçün də əsas olacaq kitabı tərtib etdilər.Həmçinin,müsəlmanların əlində olan bütün müshəflərin alınıb,Mədinəyə aparılmasına əmr verildi.Bütün bu müshəflər xəlifənin əmri ilə yandırıldı.
Beləliklə,bir müshəf əsasında bir neçə nüsxə tərtib olundu.Bir nüsxəni Mədinədə saxlayıb,digərlərini Məkkə,Şam,Kufə və Bəsrəyə göndərdilər.” (“İslamda Quran” səh 133-134,bəzi ixtisarlarla, 2004-ci il)

Fatimə müshəfi

Kuleyni imam Cəfərdən rəvayyət edir ki,Əbu Bəsir ondan soruşmuşdur: “...Yaxşı, Fatimə Müshəfi nə olan şeydir? O dedi:  Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur" ( “Kafi”c.1, səh.239)

Bu rəvayyətin tam versiyası belədir: "Əbu Bəsir demişdir: "Əbu Abdullahın yanına girdim və dedim: Sənə fəda olum! Mən səndən bir şey soruşmaq istəyirəm. Burada sözümü eşidəcək kənar bir adam yoxdur ki?” Əbu Abdullah özü ilə başqa bir otaq arasındakı pərdəni qaldırdı, diqqətlə ora baxdı, sonra dedi: “Soruşmaq istədiyini soruş.” Mən dedim:  “Sənin şiələrin danışırlar ki, Rəsulullah (s.a.s) Əli (r.a)-yə bir qapı tanıdıb ondan min qapı açılır. O dedi: “Rəsulullah (s.a.s) Əli (r.a)-yə min qapı tanıdıb, onların hərəsindən min qapı açılır. Mən dedim: “Allaha and olsun ki, bu elmdir.” O bir qədər susdu, sonra dedi: “Doğrudur, bu, elmdir, ancaq o elmdən deyil. Sonra sözünə davam etdi: “Ey Əbu Muhəmməd, bizdə Camiə var, onlar isə bilmirlər ki, Camiə nədir? Mən dedim:  “Sənə fəda olum, Camiə nə olan şeydir?”  O dedi:  “Camiə uzunluğu Rəsulullah (s.a.s)-ın dirsəyi ilə yetmiş dirsək olan bir lövhədir. Orada yazılanlar Peyğəmbər (s.a.s)-in dilindən çıxan sözlərdir.İmam Əli onun sağ tərəfində bütün halal və haram olan şeyləri, insanların möhtac olduqları hər şeyi yazıb göstərmişdir. Sonra o, əli ilə mənə toxunub dedi:  Ey Əbu Muhəmməd, izn verirsən? Dedim: “Sənə fəda olum, mən sənin ixtiyarındayam, istədiyini elə. O, əli ilə mənə yüngülvari toxunub dedi:  “Elə götürək bu ərəşi. O, bunu deyəndə qəzəblənmiş kimi görünürdü. Mən dedim: “Allaha and olsun ki, bu elmdir.” O, dedi:  “Bu, doğrudan da, elmdir, amma o elmdən deyil.” Sonra bir qədər sakit oturduqdan sonra dedi: “Bizim Cifrimiz var, onlar isə bilmirlər ki, Cifr nədir?” Mən soruşdum:  “Yaxşı, Cifr nədir? O, dedi:  “Bu elə bir dəri lövhədir ki, onda Peyğəmbərlərin və onların vəliəhdlərinin, Bəni Israildən olan keçmiş alimlərin elmləri var.” Mən dedim:  “Elm buna deyərlər.” O dedi:  “Düzdür, bu elmdir, lakin o elmdən deyil.” Sonra yenə bir az susduqdan sonra dedi:  “Bizdə Fatimənin müshəfi var, onlar isə bilmirlər ki, Fatimə müshəfi nə olan şeydir? Mən soruşdum: “Yaxşı, Fatimə müshəfi nə olan şeydir?” O, dedi:  “Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur"

İmamətin inkarı,Əhli Sünnətin və Səhabələrin təkfir edilməsi.

Həqiqətən Şiəlik Yəhudilikdən çoxlu miraslar almışdır və bu boş sözlər deyil. Axı Yəhudilərdən başqa kim digər millətlərə,dinlərə və irqlərə belə kinlə yanaşır.

 - علي بن إبراهيم، عن محمد بن عيسى، عن يونس، عن جميل، عن أبي عبدالله (عليه السلام) قال: سمعته يقول يغدوا الناس على ثلاثة أصناف: عالم ومتعلم وغثاء، فنحن العلماء وشيعتنا المتعلمون وسائر الناس غثاء.

Kuleyni İmamdan  (Əbu Abdullah) rəvayyət edir: 
“İnsanlar üç qismə bölünür: Alimlər,öyrənən tələbələr və artıqlar.Biz Əhli Beyt İmamları alimlərik,bizim şiələr tələbələr,digər artıq insanlar isə zibildirlər.”
 (Kafi c.1,səh 51-52,hədis 4 (56)

 İmam Baqirdən rəvayyət edirlər ki: “İnsanlar Peyğəmbər (s.a.s)-dən sonra üç nəfər xaric mürtəd oldular.”Bunlar Salman,Əbu Zərr və Miqdaddır.”
(“Rəvdətul Kafi”c.8,səh 245-246; hədis 341;”Biharul Ənvar” c.22,səh 333,352,440; Mufid “İxtisas” səh 10;Tusi “Mərifətul rical” c.1,səh 38;Kəşani “Safi” c.1,səh 389 və s.)
Bu hədisi Məclisi “Miratul uqul”kitabında muvəssəq hesab etmişdir.

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir