Bu mövzu baradə saatlarla danışmaq və cildlərlə
kitab yazmaq olar.Şiələr tərəfindən ola biləcək spekulyassiyalardan
qaçmaq,onların nəhy olunmuş ayələr,yeddi qiraət haqqında olan rəvayyətləri dəlil gətirə bilməmələri üçün bu
fəsildə yalnız şiə alimlərinin sözlərindən sitat gətiriləcəkdir.
1) Yuxarıda qeyd edildiyi kimi 3 nəfərdən başqa
bütün səhabələr şiələrin səhih rəvayyətlərinə görə İslamdan çıxmışdılar.Bununla
yanaşı onların bəzi alimləri Quranın səhabələr tərəfindən toplandığı fikrini dəstəkləmişdir.
Müasir alimlərindən olan Ayətullah Muhəmməd Hüseyn
Təbatəbai yazır: “Peyğəmbər (s.a.s)-in vəfatından
14-15 ay sonra Yəmamə müharibəsi başladı ki,bu müharibədə 70 Quran hafizi şəhid
oldu.Növbəti döyüşlərdə də hafizlərin öldürülməsindən ehtiyyat edən xilafət mənsubları
Quranın yox olmaması üçün onu bir kitab halına salmaq qərarına gəldilər.Xəlifənin
əmrinə müvafiq olaraq,Zeyd ibn Sabitin başçılığı altında hafiz səhabələrdən
ibarət olan heyət Peyğəmbər (s.a.s) evi və səhabələrdə olan ayə və surələri
toplayaraq,vahid kitab halına saldılar.Bu kitabı bir neçə nüsxədə
çoxaldaraq,onu bölgələrə göndərdilər.Üçüncü xəlifənin zamanında ona bildirdilər
ki,Quranı üzündən köçürən insanların səhv etməsi və qiraətlərdəki fərqlərə görə
fikir ayrılıqları yaranmışdır.Bildirdilər ki,əgər bu belə davam etsə,Quranın təhrif
olunması qorxusu vardır.Belə bir təhlükəni dəf etmək üçün birinci xəlifənin tərtib
etdiyi Quran üçüncü xəlifənin əmri ilə Ömərin qızı Həfsənin evindən
alındı.Sonra beş hafiz səhabədən ibarət olan Zeyd ibn Sabitin heyəti ki,onların arasında birinci nüsxənin tərtib
olunmasında iştirak edən bir nəfər də vardı,Həfsənin evində olan müshəfin əsasında
digər müshəflər üçün də əsas olacaq kitabı tərtib etdilər.Həmçinin,müsəlmanların
əlində olan bütün müshəflərin alınıb,Mədinəyə aparılmasına əmr verildi.Bütün bu
müshəflər xəlifənin əmri ilə yandırıldı.
Beləliklə,bir müshəf əsasında bir neçə nüsxə tərtib olundu.Bir nüsxəni
Mədinədə saxlayıb,digərlərini Məkkə,Şam,Kufə və Bəsrəyə göndərdilər.” (“İslamda Quran” səh 133-134,bəzi ixtisarlarla,
2004-ci il)
Eyni zamanda Təbatəbai həmin kitabın digər səhifəsində
yazır: “Birinci və ikinci müshəf
toplananda Əli (r.a) işçi heyətə daxil edilməmişdi.
İmam Əlinin Quranı Allahın endirdiyi tərtibdə toplayıb müsəlmanlara göstərməsinə
baxmayaraq bu müshəf qəbul edilmədi.Həmçinin,imam Əli Quranın yekun cəm
olunması komisiyyasına da daxil edilmədi.” (səh
136)
Təbatəbai “Mizan” təfsirində yazır: “Bu
Əhli beyt imamlarının
yoludur.Onlar Quranda nazil olan ayələri
müəyyən bir məsələyə o baradə ayə nazil olmasa da tətbiq edərdilər.Quran ayələrinin
Əhli beyt imamlarına və onların
düşmənlərinə tətbiqi ilə bağlı olan rəvayyətlər yüzlərlədir.Hədislər işığında
olan təfsirimizdə bunlara yer verməyəcəyik.Çünki,bu rəvayyətlərin bəhsi məqsədimiz
deyil.” (“əl
Mizan”səh 83,84)
Kafirlərin topladığı və kitab halına saldığı Qurana
necə inanmaq olar?
Səhabələrin Quranı kitab halına salması və şiələrin
onları kafir hesab etməsi faktı şiələrin bizim Qurana olan həqiqi münasibətini
ortaya qoymuş olur. Belə bir qayda qoymaq olar:
Quransız İslam yoxdur,səhabələrə inam olmadıqca,
Qurana inam yoxdur.Peyğəmbər (s.a.s)-in vəfatından sonra səhabələrin dindən
çıxmasına etiqad etmək avtomatik olaraq,Quranın həqiqiliyini şübhə altına almaq
hesab olunur.Başqa sözlə belə bir etiqad dolayısıyla Qurana hücumdur.Bu sadə
bir məntiqdir.Bu kitabı bizə kafirlər çatdırdı deməklə İslamın əsaslarını,ehkamlarını,onun
müqəddəs kitabını qəbul etmək olarmı?
Şiələrin Qurandan dəlil gətirməyə və ona istinad
etməyə səhabələri küfrdə ittiham edənə qədər mənəvi haqqları yoxdur.Həmçinin,
qeyd etmək lazımdır ki,şiə rəvayyətləri səhabələrin topladığı müshəfin səhihliyinə
şübhə salır.
Kuleyni imam Əbu Cəfərin belə dediyini rəvayyət
edir: "Yalnız yalançı bütün Quranı
nazil olduğu kimi topladığını iddia edə bilər.Onu nazil olduğu kimi Əli ibn Əbu
Talib və ondan sonrakı imamlardan başqa heç kəs toplamamış və hifz etməmişdir"("Kafi",
"Kitab əl-hüccət", "Imamlardan başqa heç kəs bütün Quranı
toplamamışdır" fəsli, c.1,səh 376, №603)
İndi isə yalnız və yalnız şiə alimlərinin sözləri...
Müasir alimlərindən Əli
Qurani deyir: “Quranın təhrif olunmasına
gəldikdə isə bəzi şiə alimləri deyirlər: “Quran təhrif olunub yəni,ondan bəzi
ayələr çıxardılıb.Həmçinin, deyirlər ki,bəzi ayələr öz həqiqi yerindən
çıxardılıb digər ayələrin arasına salınmışdır.Ayələrin yerinin dəyişilməsinə gəldikdə
isə bunu əksər şiə alimləri deyirlər.Başqa sözlə bəzi şiə alimləri deyirlər
ki,Quranda bir sıra ayələr çatışmır.” http://fnoor.com/media/fn311.ram
“Safi” adlı məşhur təfsirinin müqəddimədə Kəşani
yazır:
أقول : المستفاد
من جميع هذه الأخبار وغيرها من الروايات من طريق أهل البيت عليهم السلام إن القرآن
الذي بين أظهرنا ليس بتمامه كما انزل على محمد صلى الله عليه وآله وسلم بل منه ما
هو خلاف ما أنز الله ومنه ما هو مغير ومحرف وإنه قد حذف عنه أشياء كثيرة منها اسم
علي عليه السلام في كثير من المواضع ومنها غير ذلك وأنه ليس أيضا على الترتيب
المرضي عند الله وعند رسوله صلى الله عليه وآله وسلم
"Deyirəm:
Bütün bu xəbərlərin və Əhli beyt yolu ilə
gələn digər rəvayyətlərin hamısından
anlaşılır ki,qarşımızdakı bu Quran Muhəmməd (s.a.s)-ə nazil edildiyi
kimi tamam deyildir.Əksinə onun içində Allahın nazil etdiyinə zidd olan və onun
içində dəyişdirilmiş və təhrif olunmuş şeylər vardır və oradan bir çox şeylər
götürülmüşdür. Məsələn: Əli (r.a)-nin adı,Muhəmməd ailəsi kimi ifadələr və
münafiqlərin adları Qurandan çıxarılmışdır.İndiki Quran həm də Allahın və Onun
Elçisinin (s.a.s) razı olmadığı şəkildə tərtib olunmuşdur.Əli ibn İbrahim də öz
təfsirində bunu deyir.” (“Təfsir əs-Safi”
c.1,səh 44;“Muəssisətu aləmi”nəş.Beyrut 1979 il)
O,həmçinin yazır: “Bizim rəhmətlik şeyxlərimizin bu məsələ baradə
etiqadlarına gəldikdə isə “Siqət əl-İslam” (Islamın etibarı) təxəllüslü Muhəmməd
ibn Yəqub Kuleynidən zahir olur ki, o da
Quranın təhrif olunduğu və onda çatışmazlığın mövcudluğu etiqadında olmuşdur.
Çünki, o özünün “əl-Kafi” kitabında bu mənalı rəvayyətlər nəql etmiş, kitabın əvvəlində
orada rəvayyət etdiklərinə inandığını qeyd etməklə yanaşı, həmin rəvayyətlərə
etiraz etməmişdir. Onun ustadı Əli ibn Ibrahim Qummi də elə. Onun təfsiri belə
rəvayyətlərlə doludur. O, bu işdə xüsusi səyy göstərir. Eləcə də şeyx Əhməd ibn
Əbu Talib Təbərsi özünün "əl-İhticac" kitabında onları təqlid
etmişdir.” (“Təfsir əs Safi”nin müqəddiməsi, səh14,bəzi nüsxələrdə
c.1,səh 52)
İlk
şiə təfsir kitabının müəlliflərindən biri olan Əli ibn Ibrahim Qümmi öz təfsirinin
müqəddiməsində yazır:
"Qurana dəyişiklik
edilmiş və təhrif baş
vermişdir. "Allah Təalanın
nazil etdiyi “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz
yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.
Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların
arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir.”
(3/110) kəlamında göstərilənlərin əksi olmuşdur.” Əbu Abdullah bu ayəni oxuyana
demişdir: "Əmirəlmöminini və Hüseyn ibn Əlini öldürən ən yaxşı ümmət?"
Ondan soruşmuşlar: "Ey Rəsulullah
övladı! Bəs bu ayə necə nazil olmuşdur?" O demişdir ki,bu ayə belə nazil
olmuşdur: "Siz insanlar üçün peyda olmuş ən yaxşı
imamlarsınız." O sonra əlavə etmişdir: “Buradan çıxarılmış sözlər isə bunlardır:
"Lakin Allah Əli haqqında sənə nazil etdiyinə şahidlik
edir." Bax bu ayə belə nazil
olmuşdu və bir də belə: "Ey Rəsul!Rəbbindən sənə Əli haqqında nazil
olanı təbliğ et"
Davam edərək yazır: “Quranda təhrif olunmuş ayələrə
gəldikdə isə: “Fəqət Allah sənə Əli baradə nazil etdiyinə şahiddir.”O, bu
Quranı Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahiddirlər. Şahid olaraq
Allah kifayətdir.” (Nisa 166) Həmçinin, “Ey Elçi! Rəbbindən sənə Əli baradə
nazil ediləni təbliğ et! Əgər belə etməsən, Onun göstərişini (sənə tapşırdığı
elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar.
Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz.” (Maidə 67), Həmçinin,
“Həqiqətən o kəslər ki,Muhəmməd ailəsi baradə iman gətirməyib və zülm
etdilər,Allah onları bağışlamayacaq və onları doğru yola yönəltməyəcəkdir.Kafirləri
və zalımları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir.” Həmçinin, “Zalımları ölüm girdabında olduqda, mələklərin
də əllərini uzadıb: "Canlarınızı çıxarın! Muhəmməd ailəsinə nahaq sözlər söylədiyinizə və Onun ayələrinə
təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!" dediklərini
bircə görəydin.” (Ənam 93) (“Təfsir əl Qummi” c.1,səh 36-37;Beyrut, bəzi nüsxələrdə
səh 228)
Məclisi “Miratul uqul” kitabında (3/1) yazır: “....Bizə şiələrdən və sünnilərdən varid
olan xəbərlərə görə Quranda nöqsan və təhrif olması hədisləri mütəvatirdir.Məntiq
bizə deyir ki,əgər Quran Əhli beytdən ayrılıb,insanlar arasında yayılıb və adi
insanlar onu toplamağa cəhd ediblərsə,onun tam və həqiqətə uyğun şəkildə
toplanması ehtimalı azdır.Nə olursa olsun Mehdi gələnə qədər insanlara vacibdir
ki,müshəflərdə olanlarla işləsinlər və onları oxusunlar.Bu məsələ çox saylı
Əhli beyt xəbərləri ilə sabitdir və mütavatirdir və Quranda naqisliyin olmasını
təsdiq edir....”
Əllamə əs
seyyid Adnan əl-Bəhrani kitabında yazır:
“Bu baradə sayılmayacaq qədər çox sayda mütəvatir səviyyəsini aşmış xəbərlər
mövcuddur.İki firqə arasında təhrif və dəyişdirmənin vaqe olması fikri geniş
yayıldığından,haqqlı firqənin (Şiə) üzərində icma etdiyi və məzhəbin zərurətlərindən
sayılan bir məsələ olduqdan sonra bu mövzuda rəvayyətlərin nəql olunmasına
ehtiyyac duyulmur.” ("Məşariqu-şəmsu-durriyyə" səh 126, “əl-Məktəbətul-adnaniyyə"nəşr.
Bəhreyn)
Bir sonrakı səhifədə isə yazır: ”Xülasə olaraq deyirik ki, Əhli
beyt yolu gələn,əgər mütəvatir sayılmasa
da, çox sayda olan xəbərlərə görə əlimizdəki bu Quran Muhammədə (s.a.s) nazil
olmuş Quranın tamamı deyildir.Əksinə, burda Allahın endirdiyinə müxalif
olan və təhrif edilmiş, dəyişdirilmiş yerlər vardır və ordan çoxlu şeylər də
çıxarılmışdır. Məsələn, Əlinin adı,Muhammədin ailəsi sözü və eləcədə münafiqlərin
adları və bundan başqa bir çox şeylər də
çıxarılmışdır. Əli ibn İbrahimin təfsirində deyildiyi kimi bu Quran Allahın və
Onun Elçisinin razı olduğu şəkildə tərtib edilməmişdir.” ( "Məşariqu şəmsu durriyyə" səh
127)
Meysəm əl Bəhrani “Nəhcul
bəlağa”kitabına yazdığı şərhdə yazır: “O,adamların
hamısını, xüsusilə Zeyd ibn Sabitin qiraətinə cəlb edib müshəfləri yandırıb və
şübhəsiz ki,nazil olmuş həqiqi Quranı yox etmişdi." (c.11,səh 1; Tehran çapı)
Muhəmməd Təqi Kəşani
yazır: "Osman özünün dostlarından və
Əlinin düşmənlərindən olan Zeyd ibn Sabitə əmr etdi ki, Quranı toplasın, ondan
Əhli beytin üstün cəhətlərini və onların düşmənlərini pisləyən yerləri
çıxarsın. Hal-hazırda adamların əlində olan və Osman müshəfi kimi tanınmış
Quran Osmanın əmrilə toplanmış həmin Qurandır" ("Hidayətul talibin", səh 368, Tehran çapı)
Şiə alimi Müqəddəs Ərdəbili
yazır: "Osman Abdullah ibn Məsudu
ona özündəki müshəfdən imtina etməyi təklif etdikdən və onu Zeyd ibn Sabitin
özünün əmri ilə yazdığı və tərtib etdiyi müshəfi oxumağa məcbur etdikdən sonra
öldürmüşdür. Bəziləri demişlər ki, Osman özünün iki katibinə Mərvan ibn Həkəmə
və Ziyad ibn Səmərəyə əmr etmişdir ki, Abdullahnın müshəfindən onları razı
salan şeyləri köçürsünlər,onların razı olmadıqları yerləri çıxarsınlar və
qalanını da məhv etsinlər." ("Hədiqət əş-şiə" səh 118,119,
Iran çapı, fars dilində)
Qumminin təfsirini şərh
etmiş şiə alimi Seyyid Teyyib Musəvi Quranın təhrif olunduğuna dair alimlərin
sözlərini qeyd edərək demişdir: "Lakin
digər keçmiş və sonrakı alimlərin və mühəddislərin sözlərindən görünür ki,onlar
Quranda naqislik olduğunu söyləyirlər. Belələrinə Kuleyni,Bərqi,Əyyaşi,Numani,Furat
ibn Ibrahim,Əhməd ibn Əbu Talib Təbərsi,Məclisi,Seyyid Cəzairi,Hurr
Amili,Futuni,Seyyid Bəhrani kimilərini misal göstərmək olar.Onlar öz məzhəblərini
elə ayələr və rəvayyətlərlə sübut etməyə çalışmışlar ki,onlara göz yummaq
mümkün deyil" (Seyyid Teyyib Musəvinin "Təfsir əl-Qümmi"yə
müqəddiməsi c.1,səh 412-413)
Nemətullah
əl-Cəzairi yazır:
" إن تسليم تواترها -يعني القراءات السبع- عن الوحي الإلهي، وكون الكل قد نزل به الروح الأمين يفضي إلى طرح الأخبار المستفيضة بل المتواترة الدالة بصريحها على وقوع التحريف في القرآن كلاماً ومادة وإعراباً، مع أن أصحابنا رضوان الله عليهم قد أطبقوا على صحتها والتصديق بها ". الأنوار النعمانية 2 / 357.
"Şübhəsiz ki,İlahi vəhydən onun yəni,yeddi qiraətin mütəvatir olmasına təslim
olmaq, onların hamısının Ruhul Əmin (Cəbrayıl) vasitəsi ilə nazil olmasını,
yayğın olan xəbərlərə görə, həm də sərahətən (açıq-aydın) mütəvatir olaraq dəlalət
etməsinə görə,Quranın təhrif olması həm söz,həm maddə və həm də irab
(qrammatik) olaraq baş vermişdir.Bununla belə,bizim əshabımız (alimlərimiz) bu
xəbərlərin səhihliyinə və təsdiqinə müvafiq olmuşlar." ("Ənvərun-numaniyyə" 2/357;
Təbriz)
Kuleyni “Kafi” kitabında imamdan nəql edir ki,Cəbrayıl
tərəfindən Muhəmməd (s.a.s)-ə nazil olmuş Quranda 17 000 ayə var idi.Bu hədisi
şərh edərkən Məclisi yazır:
" لا يخفى
أن كثيراً من
الأخبار الصحيحة صريحة
في نقص القرآن
وتغييره، وعندي أن
الأخبار في هذا
الباب متواترة معنى،
وطرح جميعها يوجب
رفع الاعتماد عليها
رأساً. بل ظني
أن الأخبار في
هذا الباب لا
يقصر عن أخبار
الإمامة فكيف يثبتونها
بالخبر " . مرآة العقول
12/ 525.
"Sarih,
səhih olaraq gələn xəbərlərin çoxundan gizli deyildir ki, Quranda naqislik və dəyişiklik
vardır. Mənim nəzdimdə bu babda (fəsildə) olan xəbərlər mənaca mütəvatir səviyyəsindədir
və onların hamısı, başdan sona qədər ona (Qurana) etimadın qaldırılmasını vacib
edir. Belə ki, mənim zənnimə görə bu babda (fəsildə) olan xəbərlər, heç də imamət
barədə gələn xəbərlərdən az deyildir. Bəs, elə isə, xəbərin sabit olması necə təsbit
edilir?" ("Miratul-uqul" 12/ 525; Tehran)
Şeyx Təbərsi "əl-Ihticac" kitabında yazır: “Təqiyyənin genişliyinə baxmayaraq ayələri
təhrif edənlərin və artırma edənlərin adlarının açıqlanması caiz deyildir.Bu
baradə sənin üçün eşitdiklərin yetərlidir.Çünki,təqiyyə şəriəti bundan daha
artıq açıqlamağı qadağan etmişdir.Əks təqdirdə tədil,küfr əhli olanların
dinimizə qarşı olan dəlilləri güclənmiş olacaqdır.Digər tərəfdən imamlar tərəfindən
itaəti əmr edilmiş bu zahir elmin itməsi ehtimalı da vardır.Batil əhli həmişə
haqq əhlindən daha çox olmuşdur.” ("Ihticac" c.1,səh 249 “əl Aləmi”nəşr.
Beyrut)
Başqa
yerdə o yazır: “Bu mənada Qurandan
çıxarılan,təhrif edilən və dəyişdirilən hər şeyi açıqlayacaq olarsam mövzu çox
uzanar.Həmçinin, təqiyyənin qadağan etdiyi övliyya fəzilətləri və düşmənlərin tədbirləri
də ortaya çıxmış olar.” (Təbərsi
"əl-Ihticac",c.1 səh 254,“əl Aləmi” nəş.Beyrut)
Sultan Əli Şah ləqəbli Şeyx Hacı Sultan Muhəmməd əl
Cənabəzi “Bəyanus səadə fi məqamətil
ibadə” kitabında yazır:
“Bunu
bil ki,pak imamlardan Quranda artırma,azaltma,təhrif və dəyişdirmə olduğu baradə
çoxlu sayda xəbərlər varid olmuşdur.Belə ki,bu xəbərlərdən bəzilərinin onlardan
varid olmasında heç bir şübhə yoxdur.Artırma,azaltma və dəyişdirmənin Quranın ləfzində
deyil,onun idrakında olması mövzusu hər kəs tərəfindən edilən məcburi bir təvildir.Bu
kamil kimsələr tərəfindən avama edilən xitabda uyğun olmayan bir təvildir.Peyğəmbər
(s.a.s)-in zamanında əshabın yanında Quranın cəm edilmiş olması,əzbərlənməsi,qiraət
edilməsi və beləliklə təhrifdən uzaq olması iddialarına cavab olaraq deyirik:
“Quranın cəm edilməsi fikri qəbul edilə bilməz.Çünki,Quran Peyğəmbər (s.a.s)-in
vəfatına qədər hissə-hissə nazil olurdu.Peyğəmbər (s.a.s)-in vəfatından sonra səhabənin
və Əlinin cəm işini görmələri xəbərləri inkar olunmazdır. Səhabənin Quranı hifz
və tədris etmələri ancaq əllərində olanlar ilə məhdudlaşır. Quranın qiraəti və
hifz olunması isə cəm işi bitdikdən sonra vüsət almışdır.Quranın qorunmasına
dair səbəblər olduğu kimi,münafiqlər üçün də təhrif olunmaq üçün səbəblər
olmuşdur.” (“Bəyanus
səadə fi məqamətil ibadə” c.1,səh 19-20 Aləmi” nəş. Beyrut,hic.1408 il)
Hindli alim Əhməd Sultan yazır: “Quranda təhrifin
olduğunu rədd edənlərin bu mövqeləri təqiyyədən başqa bir şeyə dayanmır.”(“Təshiful
katibin”səh 18)
Əllamə məşhur mühəddis Yusif əl Bəhrani
“əd Durarun Nəcəfiyyə” kitabında təhrifə dəlalət edən rəvayyətləri qeyd etdikdən
sonra yazır:
“Seçimimiz
olan rəy və bu rəyin səhihliyinə dəlalət edən sübutlar açıq aşkardır.Çox sayda
və geniş yayılmış bu xəbərlərə şübhə edilərsə,şəriətin bütün xəbərlərinə şübhə
etmək və dil uzatmaq mümkün hala gələ bilər.Çünki,ağıllar eynidir.Həmçinin, sənədlər,ravilər,şeyxlər
və nəql edənlər də eynidir.Həyatıma and olsun ki,müshəfdə təhrif və dəyişdirmənin
olmadığını söyləmək zülm rəhbərlərinə hüsnü zənn etmək və digər əmanətlərə xəyanətlərinə
bəraət qazandırmaq deməkdir.” (“əd Durarun Nəcəfiyyə”,səh
298; “Muəssisətu əhləl beyt” nəşr.)
Əllamə Hacı Mirzə Həbibullah əl Haşimi əl
Xoyi kitabında yazır: “İmam Əli təqiyyə
səbəbi ilə Qiyamət günü təhrifçilər və dəyişdirənlər əleyhinə bir hüccət olsun
deyə öz xəlifəliyi zamanı Quranı izhar etməmişdi.” (“Minhəcul bərəa fi şərhi
Nəhcil Bəlağa” c.2,səh 214-220 “Muəssisətu Vəfa”nəş.Beyrut)
Həmçinin, eyni yerdə yazır: “İmamlar insanların ixtilafa və küfrə dönmələrindən
ehtiyyat edərək səhih olan Quranı ortaya çıxarmamışlardı.”
Quranın təhrif edildiyi haqqında şiə
alimlərinin bəzi açıqlamaları bunlardır.Təhrif iddiası deyildiyi kimi şiə məzhəbinin
zərurətlərindəndir.Qədim və sonrakı alimlər bu iddianın təsdiqi üçün kitablar qələmə
almışdılar.Bu mövzu baradə kitab yazan sonuncu alimləri və elm dəryaları alim, zahid,
abid, fəqih,mühəddis olan şeyx Mirzə
Hüseyn ibn Muhəmməd Təqi ən Nuri ət Təbərsidir.Bu alim Quranın
təhrif olunmasını sübut etmək üçün müstəqil bir kitab yazmış və bu kitabda nəql
etdiyi iki minə yaxın rəvayyətə əsasən iddiasını isbat etməyə çalışmışdır.
Kitabın müqəddiməsində o yazır: “Günahkar qul Hüseyn ibn Muhəmməd Təqi ən
Nuri ət Təbərsini Allah qapısında dayanan,onun kitabına tabe olanlardan
etsin.Şübhəsiz ki, bu kitab əzəmətli və möhtərəm kitabdır ki,bunu mən Quranın təhrif
olunmasını və zəlalət və zülm əhlini ifşa və sübut etmək üçün yazdım.Mən bu
kitaba “Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab” “Aləmlərin Rəbbinin
kitabının təhrif olunması haqqda yekun söz” adını verdim.”
Müəllif (səh 211) təhrif olunmamağa
dair dəlillərə toxunarkən yazır: “Bəzi
yerlərdə ki,bəlağat və fəsahat möcüzəlik həddinə çıxarkən,bəzi yerlərdə isə çox
səviyyəsizdir.”
Şiələr tərəfindən “son mühəddis” ünvanı
verilmiş,kitabı şiə məzhəbinin 8 əsas kitablarından biri olan “Mustədrəkul Vəsail”
müəllifi olan Nuri Təbərsi belə şəxsiyyətdir.
Xomeyni onun haqqında yazır: “Mövla,alim,zahid,abid,fəqih,mühəddis Mirzə
Hüseyn ən Nuri Nurullah “əş Şərif”-də dəfn olunub.” (“Ərbainə hadisən”səh
24,”Darul təaruf” nəş.)
Ağa Bəzrək Tehrani deyir: “Şeyx Mirzə Hüseyn ibn Muhəmməd Təqi ən Nuri ət Təbərsi son əsrlərin hədis
və rical imamlarının imamıdır.Dövrünün böyük İslam və şiənin öndə gələn elm
adamlarındandır....Şeyx Nuri Təbərsi bu əsrdə nadir rastlanan Sələfi saleh
nümunələrindən biridir.Bənzərsiz bir dühaya sahibdir və Allah Təalanın ayələrindən
biridir.Ona böyük kəramətlər verilmişdir.Bunun sayəsində o ömrünü dinə və məzhəbə
xidmətlə keçirmiş şiənin öndər alimləri sırasına girmişdir.Əsərləndən bəzisi “Fəsl
əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab” “Aləmlərin Rəbbinin kitabının təhrif
olunması haqqda yekun söz” kitabıdır.”
(“Nuqabəul bəşər”c.2,səh 543,545,549,550)
Həmçinin,Ayətullah
Muhsin əl Əmin,Abbas əl Qummi və s.alimlər də onun ünvanına kitablarında təriflər
demişlər.
Bu siyahını çox uzatmaq olar.Daha ətraflı
maraqlanmaq istəyənlər şəhid İhsan İlahi Zahirin yazdığı “Şiə və Quran”
kitabına müraciət edə bilərlər. Yekun olaraq,şiəlik Quranın təhrif olunduğuna etiqad edir.Qurana dil
uzadan ravi və alimlərinə təriflər deyir,onlara rəhmət oxuyurlar.Əhli Sünnət
qarşısında təhrifi inkar edirmiş kimi görsənmələri hiylə edərək söz oyunu
oynamaq,yalan deməyi mübah qılan aldatma və təqiyyədən başqa bir şey
deyildir.Əks halda,təhrifi iddia edən alimlərinə rəhmət oxuyub,onları tərifləməzdilər.
Buna ən
böyük misal Əbul
Qasim əl Xoyinin “Bəyan fi təfsirul Quran” (səh 278)-da dediyi bu sözlərdir.O
yazır: “Quranın təhrif olunduğunu bildirən
hədis xürafat və xəyaldır.Ağlı dayaz olan adamdan başqası belə bir şey deyə
bilməz....İnsaflı və düşüncəli ağıl isə bunun batil və xürafat olduğuna şübhə
etməz.”
Kuleyni,Qummi,Təbərsi,Məclisi,Nuri,Fəttuni,Mufid
və s.adamlar ağılları dayaz olan kimsələrdir?!
əl Xoyinin
dediyini təsdiq edəcəyik,yoxsa bu sözün müxaliflərə qarşı yalan deməyi mübah
hesab edən təqiyyə işlətdiyinə hökm edəcəyik?
Xoyinin
Quranla bağlı mövqeyi baradə aşağıdakıları qeyd etmək yerinə düşərdi.
1)
əl Xoyi Qurana dil uzadan Əli ibn İbrahim Qummiyə “Mucəm ricalil hədis”
kitabında təşviq edir.
2)
Həmin bu əl Xoyi “Qüreyşin iki bütü” duasına fətva verənlərdən
biridir.Bu duada Əbu Bəkr və Öməri Quranı təhrif etməkdə ittiham edən iki sətir
vardır.Bunlardan biri “Qureyşdən sənin əmrinə qarşı gələn, vəhyini inkar
edən,nemətlərini rədd edən,elçinə üsyan edən,dinini,kitabını təhrif edən,düşmənlərinlə
dostluq edən,dostlarına düşmənçilik edən,ölkələri xaraba edib,qullarını pərişan
edən iki bütünə,iki cibtinə,iki tağutuna və iki qızına lənət et.” İkinci yerdə isə Allahım!
Təhrif etdikləri hər ayə...səbəbi ilə onlara lənət elə!” yazılır.
3)
“əl Bəyan” təfsirində (səh 243) o yazır: “Əmirəlmömininin fərqli bir surə sıralaması ilə mövcud olan müshəfə sahib
olması heç bir şübhə doğurmayan həqiqətdir. Əllamə və elm adamlarının belə bir
müshəfin mövcud olduğunu qəbul etmələri bunu isbat etmək üçün bizə əlavə zəhmət
çəkməyə ehtiyyac yeri qoymur.”
4)
Xoyiyə görə tilavət nəsxini qəbul etmək, Quranın təhrif olunduğuna
etiqad etməkdir.Quran və sünnətdə tilavət nəsxi sabit olduğuna görə bunun mənası
o olur ki,Xoyi təhrifə etiqad edir. O,belə yazır:
Səh 219: “Tilavət nəsxi fikri eyni ilə təhrifə
etiqad etmək deməkdir.Tilavət nəsxini Əhli Sünnə alimləri qəbul etdiyinə görə də
onlar gərək təhrif etiqadına sahib olsunlar.”
Səh 224-də yazır: “Tilavət
nəsxi fikrinin eyni ilə təhrif fikri olması məsələsi aşıq-aşkardır.”
5)
Xoyi (səh 219) yazır: “Bir qrup
alim aralarında alimlər ustadı olan Mufidin də olduğu alimlərin təhrif olmadığı
dediyini qeyd etmişlər.”
Halbuki,Mufidin Quran
haqqında fikirləri yuxarıda qeyd olunmuşdu.Xoyi isə burada Mufidin fikirlərini
gizlədərək,onu açıqlamamışdır.
6)
Öz nəzərlərinə görə Xoyi təhrif baradə olan rəvayyətləri qeyd edərək (səh
245-246-da) yazır: “Rəvayyətlərin bir
çoxu sənəd baxımından zəif olsa da,böyük bir hissəsi rical alimlərinə görə məzhəbi
fasid,tənasüh fikrinə sahib olan Əhməd ibn Muhəmməd əs Seyyarinin kitabından və
yenə rical alimlərinə görə yalançı,batil məzhəbə sahib olan Əli ibn Əhməd əl
Kufidən nəql edilmişdir.Lakin,rəvayyətlərin çoxluğu onlardan bəzisinin həqiqətən,məsumlardan
varid olması haqqında qəti fikir yaratmaqdadır.Bu rəvayyətlərin içərsində mötəbər
sənədlə varid olnlar da vardır.Onların hər birinin sənədi üzərində ətraflı dayanmağa
ehtiyyac yoxdur.”
7)
Əbul Qasim əl Xoyi “Mucəmu ricalil hədis” kitabında (c.14,səh
245;Beyrut) Əbu Abdullahdan varid olan belə bir hədis nəql edir: “Allah Quranda yeddi adamı adları ilə birgə
zikr etmişdir.Qüreyş bunlardan altısını silmiş,Əbu Ləhəbi isə saxlamışdır. (Ravi)
“Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil
olarlar.” Ayəsi haqqında soruşdum.Dedi: “Onlar yeddi nəfərdir: Muğira ibn Səid,Bənan,Səid
ən Nəhai,əl Haris ən Nəhdi,Abdullah ibn əl Haris,Həmzə ibn Əmmar əz
Zubeyri,Əbul Xəttab.”
əl Xoyi bu rəvayyətlərlə bərabər bir çox belə rəvayyəti
həmin yerdə qeyd edir.Həmin kitabda (səh 259) belə rəvayyətlər üzərinə haşiyə olaraq,yazır:
“Bu rəvayyətlərdən çıxan nəticəyə görə
Muhəmməd ibn Əbu Zeynəb azmış,batil bir
məzhəbə sahib olan adam idi.Beləcə,bu rəvayyətlərin bəzisi hər nə qədər sənəd
baxımından zəif olsa da səhih olanları ilə birgə bunların mütəvatirlik dərəcəsinə
çatdığı iddiası ehtimal olunan rəydir.”
Göründüyü
kimi əl Xoyi bu rəvayyətlərin zəifliyi vəya səhihliyi üzərində dayanmamışdır.
Lakin,o həmin kitabda (9/47) bir rəvayyətin şərhində yazır: “Muhəmməd ibn Əbu Zeynəbin bioqrafiyyasında
“Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?” ayəsinin təfsirində
imamın Səid ən Nəhdinin onlardan biri olduğu dediyi məsələsi gələcəkdir.”
Halbuki,əl Xoyi bu rəvayyəti
qeyd edərkən,onun zəif vəya səhih olmasını qeyd etmədən və ona şərh
yazmışdır.Bu isə o deməkdir ki,əl Xoyi bunu qəbul edir.
8)
Bu
insan açıq-aşkar yalan söyləməkdən də çəkinməyərək kitabında (səh 219) yazır:
“Şiə alimlərinin və mühəqqiqlərinin nəzərində məşhur,hətta
qəti fikir budur ki,təhrif baş verməmişdir.”
Daha sonra özünü təkzib
edərək,yazır: “Sonra şiə mühəddislərindən və sünni alimlərinin bir qismi təhrif baş
verdiyinə qail olmuşlar.”
“ sünni alimlərinin bir qismi” deməklə onun göstərdiyi
bu cürətə baxın!
Budur əl Xoyi və onun fikirləri! Onun təqiyyə baradə
sözlərini unutmamaq lazımdır. O imam
Cəfərdən belə bir hədis nəql edir: “Təqiyyə
üçün və ya təqiyyə ilə nə kimi andlar içərsinizsə,bu baradə bir genişliyə
sahibsiniz.” (“Tənqih şərhul
urvatul vuska” c.4,səh 278,307)
Müsəlmanları
aldatmaq və onlara yalan demək üçün and içməyi caiz görən bu hiyləgər
şeytanlara qarşı diqqətli olmaq lazımdır! Önəmli və təhlükəli bir məsələyə toxunmaq
istərdik.əl Xoyi Quranın təhrif edildiyini deyənləri təkfir etməmişdir. Niyə?
Çünki, şiə məzhəbi “üsul” və “furu” da
bu insanların nəql etdiyi rəvayyətlərə əsaslanır.Bu kimsələrin fikir və rəvayyətləri
rədd edilib,özləri təkfir olunarsa, məzhəb çökər və əsən yellər qarşısında sovrulub gedər.
Müsəlman
qardaş! Şiəliyin zahirən onlara görə “təhrif olunmuş” Quranı oxumalarına təəcüb
eləmə. Çünki, onlara bu şəkildə davranmaq əmr olunmuşdur.
Mühəddis Cəzairi
kitabında Quranı oxumağın və ona əməl etməyən səbəblərini izah edərək yazır: "Dəyişdirilmiş
bu Quranı oxumaq necə caiz ola bilər sualına cavab olaraq deyirik: Xəbərlərdə
deyilir ki, onlar (yəni imamlar) öz şiələrinə əmr etmişlər ki, mövlamız Sahibəzzaman
zühur edənədək bu mövcud olan Quranı namaz qılarkən və başqa hallarda oxusunlar
və onun ehkamlarına əməl etsinlər. Bir zaman bu Quran adamların əllərindən
çıxıb səmaya qalxacaq və Əmirəlmömininin tərtib etdiyi Quran üzə çıxacaq. Onda
onlar onu oxuyar və onun ehkamlarına əməl edərlər" ("əl-Ənvar ən
Numaniyyə" 2/363; Beyrut)
Şeyx Mufid yazır: “Bizim imamlar bizə iki müshəf arasında
olanı ona bir şey artırıb,azaltmadan oxumağı əmr etmişlər.Bu qaim Mehdi gələnə
qədər belə davam edəcək və o gəlində insanlara Allahın nazil etdiyi və Əlinin
topladığı Quranı oxuyacaqdır. Xəbərlərdə varid olanlara əsasən bizə müshəfdə
olan Qurana hərf və sözlər artıraraq oxumaq qadağan edilmişdir.Bu artırılma ilə
bağlı rəvayyətlər bizə mütavatir yolla varid olmamışdır.Onlar yalnız xəbərlərdə
varid olmuşdur.Adamlar müshəfə müxalif olanları oxuduğu zaman müxaliflər tərəfindən
sıxıntıya məruz qala bilərlər.Bu səbəblə özünü təhlükəyə salmış olarlar.Ona görə
də iki lövhə arasında olan müshəfin xilafını oxumaq qadağan olunmuşdur.” (“Məsailus səraviyyə” səh 78-81-də (bəzi nəşrlərdə
81-88-də)
Bəzi şiələrin Quranda təhrifdən məqsədin əslində təfsirdə
təhrif olduğunu demələri əsassız bir iddiadır. Bu iddianın batil olduğuna dair
dəlillər bunlardır:
Həqiqi Quranın Mehdinin yanında olması iddiaları.Bu
isə o deməkdir ki,əlimizdə olan Quran həqiqi Quran deyildir.Çünki,əgər Mehdinin
Quranı indi əlimizdə mövcud olan Quranla eynidirsə,bu iddiaların nə mənası var?
Məlumdur ki,”Kafi”
(2/597)-də “Quranda 17 000 ayə mövcud idi” hədisi vardır.Halbuki, Quranda təxminən
6200 ayə mövcuddur. Bu hədisi təfsir edən şiə alimləri Quranda ləfzi təhrif
olduğunu qeyd etmişlər. “Kafi” kitabına şərh yazan Məclisi və Saleh Mazandarani
bu hədisin şərhində açıq-aşkar demişlər ki,çatışmayan ayələr Qurandan çıxarılıb
və təhrif olunub.Bunu Məclisi "Miratul-uqul"
(12/
525)-da,Mazandarani isə “Şərhu
Usulil Kafi”(11/76)-də qeyd edir.O,yazır: “Quran bu
gün 6500-ə yaxın ayədən ibarətdir. Bundan artıq olan ayələr isə təhrif
olunub,kitabdan çıxarılmışdır.”
Saleh Mazandarani Kuleyninin
“Əli barasində ayə gətirin” hədisinin
şərhində Quranın
açq-aşkar təhrif olunmasını təsdiq
etmişdir.
Sitat: “Cabirdən nəql olunan hədisdə deyilir: “Cəbrayıl
Quranda bu ayəni gətirmişdi: ”Əgər Əli baradə nazil
etdiyimizə şübhəniz varsa
ona bərabər bir surə gətirin.”
Şərhində
Mazandarani deyir: “Əlinin adı Quranda var
idi.Münafiqlər onun
adını Qurandan sildilər və pozdular.” (26-cı hədis,səh66-67)
Bəzi böyük şiə alimləri
təhrifin təfsirdə deyil,ləfzdə olduğunu etiraf etmişlər.
Şiə alimləri “Vilayət”
və “Nureyn” surəsi kimi bütöv surələrin Qurandan çıxarıldığını iddia etmişlər.Beləki,Məclisi
“Təzkiratul əimmə” səh (18-21)-də,Əllamə Həbibullah əl Haşimi “Minhəcul bərəa fi şərhi Nəhcil Bəlağa” (2/217)-də
və Nuri ət Təbərsi “Fəslul xitab” (səh 180)-da “Nureyn” surəsinin mətnini qeyd
etmişlər.
“Nureyn” (İki işıq) surəsi
“Ey iki nura iman gətirənlər! Biz onları sizə sizi bir böyük günün əzabından
çəkindirmək üçün Mənim əlamətlərim kimi göndərdik. Bu elə iki nurdur ki, biri o
birindəndir. Mən isə hər şeyi eşidən və bilənəm. Kim ki, Allahın və Onun peyğəmbərinin
ayələrdəki əhdinə vəfa edir, onlar üçün Cənnət bağları vardır. O kəslər ki,
iman gətirəndən sonra öz əhdlərini və peyğəmbərlə aralarında olan bağlaşmanı
pozmaqla kafir oldular, onlar cəhənnəmə atılacaqlar. Onlar özlərinə zülm etdilər
və elçinin vəliəhdinə asi oldular.Elələri cəhənnəmin qaynar suyundan içəcəklər....
Sizin çoxunuz fasiqsiniz.Allah onlara qiyamət günü bir araya
toplayacaqdır.Hesaba çəkiləndə cavab verməyə taqətləri olmayacaqdır.Od onların
məskənidir.Allah hər şeyi bilən və hikmət sahibidir.Ayələrimdən və hökmümdən üz
çevirənlər ziyana uğrayanlardır.Sənin əhdinə vəfa göstərənləri Nəim cənnəti ilə
müjdələ.Allah məğfirət və böyük mükafat sahibidir.Əli də müttəqilərdəndir.Biz
onun haqqını din günündə verəcəyik.Biz ona edilən zülmlərdən qafil deyilik.O və
zürriyyəti səbrli insanlardır.Onların düşməni mücrimlərin imamıdır.İman gətirdikdən
sonra küfrə qayıdanlara de ki, siz dünya nemətlərini arzu etdiniz,onu tələsik əldə
etmək istədiniz.Allah və Elçisinin sizlərə vəd etdiyini unutdunuz.Əhdi bağladıqdan
sonra onu pozdunuz....
Əli Allahdan qorxan və Rəbbinin əcrini qazanmaq üçün
gecələri səcdədə keçirən biridir.Zülm edənlər heç bir ola bilərmi?Onları əzabımı
biləcəklər.Biz səni onun saleh zürriyyəti ilə müjdələdik.Onlar bizim əmrimizdən
geri qalmazlar.Mənim salamım rəhmətim diri olaraq,ölü olaraq və qiyamət gününə
qədər onların üzərinədir. Səndən sonra onlara qarşı zülm edənlərə də əzabım
vardır.Onlar pis və ziyana uğramış bir camaatdır...
Həmçinin,Həbibullah əl
Haşimi “Minhəcul bərəa fi şərhi Nəhcil Bəlağa” (2/217)-da və Məclisi “Təzkiratul əimmə” səh (19-20)-də təhrif
olunmuş digər surənin mətnini nəql edirlər.
Surə belədir:
“Ey iman gətirənlər! Sizi doğru yola yönəltmələri
üçün göndərdiyimiz elçiyə və vəlisinə iman edin! Onlar hər ikisi bir-birindəndir.Mən
bilən və xəbərdaram.Allahın əhdini yerinə yetirənlərə Nəim cənnətləri vardır.Ayələrimizi
oxuduğumuz kimsələr onları yalan hesab etdilər.Onlara cəhhənnəmdə od
hazırlanmışdır.Qiyamət günündə onlara “Peyğəmbəri yalançı hesab edən azğınlar
haradadır” deyə nida edilər.Peyğəmbərə haqq ilə xəlifə verilmişdir...Əli də
şahidlərdən ikən Rəbbinə həmd edib,təriflər söylə.”