rədiyyə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
rədiyyə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ


Rəhmli və Mərhəmətli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ona həmd edir, Ondan yardım istəyir, Onun məğfirətini diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə onu azdıracaq, kimi də azdırsa onu doğru yola yönəl-dəcək kəs yoxdur. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. O, təkdir və şəriksizdir. Şəhadət edi-rəm ki, Muhəmməd Allahın qulu və son elçisidir. Hörmətli oxucu! Bu risaləni qələmə almağımın səbəbi şiə məzhəbinin bir hədis ətrafında ortaya atdıqları şübhələrlə dolu yalan iddiaları olmuşdur. Həmin hədisin mətni belədir: Mən sizə iki şeyi: Allahın kitabını və əhli-beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız. (Tirmizi: 3786)
Şiələr bu hədisi dəlil gətirərək iddia edirlər ki, onlar (yəni şiələr) əhli-sünnətdən fərqli olaraq əhli-beytə tabe olmağı vacib bilirlər. Guya ki, onların məzhəbi əhli-beytin məzhəbidir. Bu sə-bəbdən də onlar özlərini əhli-beytdən olan İmam Cəfərə nisbət edərək “Cəfəri” adlandırırlar.
Şübhəsiz ki, bu hədis şiələrin leyhlərinə yox, əleyhlərinə dəlildir. Mən bunu bir nəçə yöndən izah etməyə çalışacam.
Birincisi: Hədisin məhz bu formada Peyğəmbərdən (salləlla-hu aleyhi və səlləm) səhih sənədlə nəql olunmasında alimlər ixtilaf etmişdilər. Çünki bu hədisin sənədində Zeyd adlı bir rəvayətçi vardır. O, daima nəql etdiyi hədislərdə özündən daha etibarlı sayılan rəvayətçilərə muxalif olur. Bu hədisi İmam Müslim daha etibarlı bir sənədlə bu formada rəvayət etmişdir: Mən sizə iki ağır əmanəti qoyub gedirəm. Bunların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. Siz də Allahın kitabına bağlanın və ondan möhkəm tutunun... (İkinci tövsiyəm) Əhli-beytimdir. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram.” (Müslim: 2408). Hədisin bu mətnindən aydın olur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurana tabe olmağı əmr etmişdir. Əhli-beytinə qarşı isə nəvaziş göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Tirmizi-nin rəvayətindən fərqli olaraq burada əhli-beytə tabe olmaqdan söhbət getmir. Tabeçilik yalnız Quran barədə əmr edilmişdir. Bunu, Müslimin Cabir ibn  Abdullahdan (radiyallahu anh) rəvayət etdiyi digər bir hədis də təsdiqləyir. Hədisdə deyilir:Mən sizə bir şeyi, Allahın kitabını qoyub gedirəm. Siz ondan tutunsanız, məndən sonra heç vaxt yolunuzu azmazsınız. (Müslim: 1218) Bu hədisdə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allahın kitabına tabe olan insanın haqq yoldan azmayacağını demiş, amma əhli-beytini qeyd etməmişdir.

Necə zəlalətə düşdüm.


                   (Ticaninin "Necə hidayət oldum"kitabına təkzib)
Ön söz.

"Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!"
(Quran, Maidə 8)
Həqiqətən bir məsələni araşdırarkən, bunu elmli yolla etmək, yaxşı niyyətə, sağlam fitrətə, təmiz qəlbə dəlalət edir. Buda indiki zamanda bir çox yazılara xas olmayan xüsusiyyətdir. Ancaq buna təəccüblənmirik. Çünki Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunun olacağını artıq xəbər vermişdir:
"Elə bir zəmanə gələcək ki, kişi yatacaq və oyandıqda artıq əmanət qəlbindən silinmiş olacaqdır"
("Fathul-Bari əsəri, "Köləlik kitabı", "Əmanətin aradan itməsi fəsli")
İslam tarixində əsrlər boyu bidət əhli Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) səhabələrinin ədalətinə şəkk gətirməyə, dahi İslam alimlərini ləkələməyə cəhd etmişlər. Lakin (innə rabbəkə labilmirsad) hansı bir bidət və zəlalət əhli nə yazmışsa, Allah onun batil əməlinin üstünü açmış, kələyini yerindəcə kəsmişdir. Allaha daima həmd olsun!
Görürsən ki, bu zəlalətə aparanlar insanları şübhəyə salmağa cəhd edirlər, aldadırlar və hətta yalanlar yazmağa, özlərindən nələrsə uydurmağa, təhriflər etməyə belə çəkinmirlər. Çünki əllərində olanı ancaq budur.
"...Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz."
(Quran, Nur, 40)
Hər eşidilənə inanan, hər deyilənin arxasınca gedən avam cahillərdə, öz ağalarının dediklərinin ardınca gedərək haqqı axtarmadan, yalan olub-olmadığını öyrənmədən, onların dedikləri ilə razı olanlar da tapılır (Yəqin ki, ağalarının halını bilməyirlər, ya da özlərini bilməməzliyə qoyurlar).
Belələrindən biri də özündən əvvəlki həmfikirləri kimi, haqq əhlinə tənə edərək, doğruluğa əməl etməyərək, tövbə etməzsə, Rəbbin dərgahında rəzil, alçaq olaraq, bir neçə kitabçalar yazmışdır.
Bu yazımla bir kişinin nə qədər yalan danışdığını bəyan edəcəyəm. Hər dediyinə geniş cavab verməyəcəyəm. Sadəcə olaraq, bu kişinin iddia etdiklərində yalançı olduğunu sizə açıqlayacağam.
Onun haqqnda Tunis alimlərindən soruşduq. Tunis alimlərindən olduğunu deyərək, onun haqqında nə eşidən, nə də onu tanıyan oldu. Şair gözəl deyib:
Soruşduq məhəllədə Sulamət haqqında.
Dedilər bəs kimdir Sulamət?
Dedik ki, Məhəmməd ibn Zeyddir.
Dedilər ki, artdı bizdə cəhalət.

Allahın dinini qorumaq üçün, bunu Allahın razılığı üçün yazdım. Ancaq yazımda elm əhli tərəfindən nöqsanlar tapılarsa, mənə zərəri olmaz. Çünki etiraf edirəm ki, mən elm meydanında usta deyiləm. Bu boşluğu dolduran, bu böhtançıya cavab vermək üçün vaxt ayıran olmaıdğına görə bu işi mən gördüm. Özümdən razı olaraq yox, su olmayanda təyəmmüm edərlər deyə, bunu məhz mən etdim.
Kəlamlarımda xəta olmaq ehtimalı da vardır. Çünki bu nə heç bir batilə yer olmayan Allahın kəlamı, nə də məsum Peyğəmbərimizin(səlləlləhu əleyhi və səlləm) kəlamıdır.
Xətalarımı bilən qoy onu bizlərə çatdırsın. Çünki Allah razılığı üçün əməl edən kəs haqqın haradan gəlməsindən asılı olmayaraq, onu görəndə sevinər.
Ancaq dediklərimi nəfsinə tabe olaraq, rədd edən insana isə deməyə söz tapmıram. Əyri budağın kölgəsi də əyri olar!
"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?"
(Quran, Caşiyə, 23)

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir