Şiə mənbələrinin səhihliyi

Hər din,hər firqənin özünün mənbələri vardır.Quran baradə olan fəsildə şiə alimlərinin Allahın kitabı baradə olan fikirləri ilə tanış olmuşduq.İndi isə şiə kitablarının mötəbərliyi haqqında bəhs edək.
1) Nəcaşinin “Rical” kitabı
Bu kitab şeyx Əbul Abbas Əhməd ibn Əli ibn Əhməd ibn əl Abbas ən Nəcaşiyə aiddir.Daha doğrusu ona isnad edilir.Bu alim hicri 372-450 illər arasında yaşamışdır və bu kitab şiə raviləri haqqında mövcud olan əsas mənbədir.
Bu kitabın 404-cü səhifəsində 1070 nömrəli haşiyədə ravi Əbu Yalə Muhəmməd ibn Həsən ibn Həmzə əl Cəfərinin bioqrafiyasına yer verilir.Bütün bunlarla yanaşı bu ravinin 463-cü ildə vəfat etdiyi bildirilir.
Bizim iki yolumuz var.Müəllifin 450-cı ildə vəfat etdiyini nəzərə alaraq,ya deməliyik ki,kitab onun tərəfindən yazılmayıb,ya da onun 13 il sonra qəbirdən qalxıb,bu ravinin bioqrafiyasını yazdığını deməliyik.


1)     Şeyx Mufidin “Xəsais” kitabı.

20-ci əsrin ən böyük şiə alimlərindən olan Əbulqasim əl Xoyi “Mucəm ər rical” (№4761) kitabında bu kitabın şeyx Mufidə aid olmadığını qeyd edir.


2)     “Tövhid əl Mufəddəl”

“Ənsarian” tərəfindən nəşr olunan kitabın müqəddiməsində deyilir: “İmam Cəfər əs Sadiqin nəql etdiyi “əl Mufəddəl” kitabı.”
Şiə rical alimlərindən olan ibn Qadiri “Duafa” kitabında yazır: “2-10. əl Mufəddəl ibn Ömər əl Cufi Əbu Abdullah.Zəifdir....onun rəvayyətlərini yazmaq caiz deyil.O,imam Cəfərdən və imam Əbul Həsəndən nəqllər etmişdir.”
Digər rical alimləri ibn Davud əl Hilli də bu ravinin zəif və rəvayyətlərinin dolaşıq olmasını qeyd etmişdir. (“Rical” №512,səh 280)

Atəşpərəst Əbu Lulu əl-Məcusi və şiələrin ona rəhmət oxuması


 
Əsl adı, Firuz Nəhavəndi (ərəbcə Əbu Lulu əl-Nəhavəndi, Əbu Lulu əl-Məcusi) Nəhavənddə doğulmuşdur. O, Böyük Sasani (Fars) imperatoru Rüstəm Fərruxzadın qoşununda xidmət etmişdir. O, 636-cı ildə Qadisiyyə döyüşündə müsəlmanlar tərəfindən əsir alınmışdı. Bu döyüşdə o belə demişdir: "Biz farslar 1000 ilə yaxın yer üzündə hökmranlıq etmişdik, biz rumlarla 7 əsrə yaxın döyüşdük və heç vaxt əsirləri qul kimi götürmədik, lakin siz müsəlmanlar məni qul kimi götürdüz. Siz gərək məni öldürərdiz, nəinki sizə qul kimi xidmət edim".
Onun himayədarı Muğirə demişdi: "Mən nə ərəb, nə də müsəlmanam, mən təmiz Misir nəslindənəm, lakin müsəlmanlar bizim imperatorluğumuzu da zəbt etdi. Biz siz farslara xəbərdarlıq etmişdik və sizə elçi göndərmişdik, lakin sizin Sasani hökmdarınız dedi ki, biz yer üzündə 1000 ilə yaxın hökmranlıq etmişik, ona görə də biz ərəblərdən narahat deyilik".
Muğirə Əbu Lulu əl-Məcusiyə dedi ki, "sən əgər mənim yanımda 100 gün işləsən, mən səni azadlığa buraxacam". O, Muğirənin yanında 100 gün işlədi, islamı öyrənməyə başladı ki Ömər bin əl-Xəttabın (r.a) yanına yol tapa bilsin və Sasani (Fars) imperiyasının dağılmasının əvəzini çıxsın,onların odunu söndürən Ömər bin əl-Xəttabı (r.a) öldürsün.
O, Qureyş qəbiləsinin mədəniyyətini və islamı öyrəndikdən sonra islam ordusuna daxil oldu. Ordunun inamını qazandıqdan sonra o Ömər bin əl-Xəttabın (r.a) yanına yol tapa bildi. Bir gün sübh namazı zamanı, Ömər bin əl-Xəttab (r.a) namazda imamlıq edərkən Əbu Lulu əl-Məcusi arxadan ona yaxınlaşaraq 6 dəfə bıçaqla vurdu.

Ən birinci şiə alimi yahudi olan Abdullah ibn Səba



Şiə məshəbin ən böyük alimlərindən olan alləmə Həsən Musa Nəubəhti özünün “Firaq əş-şiə” kitabında yazmışdır:

"Əlinin səhabələrindən bir neçəsi demişdir ki, Abdullah ibn Səba islamı qəbul etmiş yəhudi idi. O, Əli tərəfdarı(şiəsi) idi. Yəhudi olan vaxtı o deyirdi ki, ilahi vəhyə görə Yuşa ibn Nun Musa peyğəmbərin

Şiəlikdə olan rəvayyətlərdə isnadlar,onlarda olan ziddiyyətlər və ixtilaflar.

Bunu qəti olaraq qeyd etmək istərdik ki,şiəlikdə “məsumlar”dan varid olan elə bir rəvayyət,elə bir xəbər yoxdur ki,onu təkzib edən digər bir rəvayyət,xəbər olmasın. Şeyx Əbu Cəfər Tusi şiələrin dörd mötəbər kitabından biri olan “Təzhibul Əhkam” adlı kitabının müqəddiməsində belə yazır:
“Dostlarımız əshabımızın hədislərini və bu hədislərdəki ixtilaf,təzad və s.xüsusları mənimlə müzakirə etdilər.Məsələ o yerə çatır ki,hətta,anlaşılan bu olurdu ki, ittifaq ediləcək hər bir hədisin müqabilində onu nəhy edən və ona əks olan başqa bir hədis mövcud olurdu.Bu da müxaliflərimizin  məzhəbimizə dil uzatmalarına ən çox səbəb olan xüsuslardandır.” (“Təhzib” səh 12)

İmami şiəsi olan seyyid Dildar Əli əl Ləknəvi “Əsarul usul”kitabının 51-ci səhifəsində yazır:
“İmamlardan sadir olan hadislər o dərəcədə ixtilaflıdır ki,hardasa hər bir hədisin müqabilində onu nəhy edən başqa bir hədis,üzərində ittifaq olunan bir hədisin qarşısında isə onun ziddi mövcuddur.Bu vəziyyət də bəzi məlumatı az olanların haqq inancdan dönmələrinə səbəb olmuşdur.”

Seyyid Haşim Məruf əl Hüseyni yazır: “...Kafi,”Vafi” və s.hədis məcmualarında olan hədislərin tədqiqatından sonra görsənir ki,qulatın və hidayət imamlarına qarşı kin duyanların imamların hədislərini bərbad etmək və adlarını qaralamq üçün etdiyi səylər nəticəsində hardasa heç bir bab qalmamışdır ki,orada təhriflər olmasın.” (əl Məvduat fil əsər vəl əxbər” səh 165,253, 1-ci nəşr,1973)

Möminlərin anası Aişəni (r.a) və müsəlmanları təhqir etmələri


Müsəlmanlara qarşı pis ifadələr sərf etmək və onları təhqir etmələri.

Rafizilər təkcə bu dünyada olan bütün insanları və şiə olmayan hər kəsi təhqir etməyiblər.Şiə hədislərinə görə dünyaya gələn hər körpə şeytanın əlinin altından keçir. Şiəliyin İslam ümmətini təhqir etməsinə dair misallardan biri olaraq,bunu göstərmək olar.

Kuleyni “Kafi”(c.8, səh 239,285)-də,Məclisi “Bihar” (24/311)-da,Hurr Amili “Vəsailuş şia” (c.16,səh 37,hədis 2910)-da  Əbu Cəfər ibn Muhəmməd Baqirdən rəvayyət edirlər: “Əbu Həmzə İmama dedi: “Bəzi yoldaşlarımız müxaliflərə böhtan atırlar.” dedi.İmam ona dedi: “Sussan yaxşı olar.Allaha and olsun ki,bizim şiələrdən başqa bütün insanlar fahişə övladlarıdır.” 

Əbu Abdullahdan: (Əbu Bəsirə dedi) “Həqiqətən şeytan kişi qadına yaxınlaşdığı kimi yaxınlaşır, etdiyi kimi edir, cinsi əlaqədə olduğu kimi olur.” (Ravi) dedim: “Bu nə ilə bilinir?” (İmam cavab verdi): “Bizə olan sevgi və nifrətlə. Kim bizi sevir qulun (sperması olur) kim nifrət edər (sperma şeytanın olar)” (“Kafi” c.5, səh 502)

Eyni tipli rəvayyət “Vasailuş şia” (c.20, səh 135-136,hədis 25233)-da nəql olunur.

Şiə məzhəbində hədis elmi


Şiələrdə isə hansısa bir məsələ haqqında elə bir söz yoxdur ki, bu barədə onun əksi olan başqa bir söz olmasın. Hətta,onların hədis raviləri içərisində elə bir ravi yoxdur ki, onun haqqında iki fikir olmasın, bir fikir onu təsdiq edəndə o biri inkar etməsin. Nəinki inkar etməsin, hətta onu ən aşağı səviyyəyə salıb məlunların məlunu etməsin.

Ümumiyyətlə şiə məzhəbində hədis elmi olmayıb. Onlar, hədislərin ağına-bozuna baxmadan, hədisin ravilərini araşdırmadan, necə gəldi qəbul ediblər. Şübhəsiz ki, bu elm, əhli-sünnətə məxsus bir elmdir. Daha sonra onlar, əhli-sünnətə baxaraq bu elmə girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma çıxdı.

Şiənin ən məhşur və ən qabaqcıl mühəddislərindən biri olan Hurr əl-Amili demişdir: “Yeni istilahlar(yəni hədisləri “səhih” və “zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydalarına müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.”(“Vəsailuş-şiə” 20/100 və ya 30/260)

Həmçinin, o demişdir: “Məlum olduğu kimi, bu istilahlar Alləmənin(yəni ibn.Mutahhar əl-Hillinin) və ya onun şeyxi Əhməd ibn.Tavusun zamanında ortaya çıxmışdır.” (“Vəsailuş-şiə” 20/102 və ya 30/262)

Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri İbn.Mutahhar və onun ustadı ibn.Tavus olmuşdur.(“əl-Hədaiqun-Nədira”1/53)

Şiələr, hədisləri növlərə ayırmağı əhli-sünnətin kitablarından öyrəndiyi kimi hədislərdən hökm çıxarmaq qaydalarını da əhli-sünnətdən öyrənmişdir.

Şiəlik haqqında digər həqiqətlər

Əli (r.a)-nin xilafətinə dair dəlil olması iddiaları.

Səhabələr Əbu Bəkr əs Siddiq (r.a),Ömər ibn Xəttab (r.a),Osman ibn Əffan (r.a) və Əli ibn Əbu Talib (r.a)-in imaməti və xilafəti üzərində ittifaq etmişdilər.Beləki,Əli (r.a) şiələrin onun lehinə dair istifadə etdikləri heç bir dəlili özündən əvvəlkilərə qarşı istifadə etməmişdir.19-cu əsrin böyük şiə alimlərindən olan Şərəfuddin Musəvi Əli (r.a)-nin xəlifələrə qarşı heç bir hüccət gətirmədiyini etiraf etmişdir.O, “Məktubat” kitabın (məktub 102)-da yazır: Bütün bunlardan əlavə,imam Əli  o günlərdə  dəlil-sübut gətirməyin fitnədən və haqqının aradan getməsindən savayı heç bir təsiri olmayacağını yaxşı bilirdi. Çünki o həzrət İslamın əsasının, “tövhid” kəlməsinin aradan getməsindən qorxurdu.”

Qeyd etmək lazımdır ki,imam Əli xilafətin şura ilə seçilməsinə inanırdı.Ən mötəbər mənbələrindən olan “Nəhcul bəlağa”da Əlinin bu xütbəsi mövcuddur:
 “Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər həmin yolla mənimlə beyət edərək əhd-peyman bağladılar. Odur ki, orada (beyətdə) olanların ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da onu qəbul etməmək haqqı yoxdur. məşvərət aparmaq Mühacirlərin və Ənsarın haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə eyb və nöqsan tapması səbəbindən və ya bidət  nəticəsində onların əmrlərindən boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər onların göstərişlərini qəbul etməsə, onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah onu üz tutduğu şeyin öhdəsinə buraxar.”   (Məktub 6)

Həmçinin, Əli (r.a) digər xütbəsində belə buyurmuşdu: “Vallahi xilafətə rəğbətim və hökm etməyə həvəsim yox idi. Bu iş üçün siz məni çağırdınız, bu yükü üzərimə siz yüklədiniz.” (“Nəhcul bəlağə”, xütbə 196)

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir