Atəşpərəst Əbu Lulu əl-Məcusi və şiələrin ona rəhmət oxuması


 
Əsl adı, Firuz Nəhavəndi (ərəbcə Əbu Lulu əl-Nəhavəndi, Əbu Lulu əl-Məcusi) Nəhavənddə doğulmuşdur. O, Böyük Sasani (Fars) imperatoru Rüstəm Fərruxzadın qoşununda xidmət etmişdir. O, 636-cı ildə Qadisiyyə döyüşündə müsəlmanlar tərəfindən əsir alınmışdı. Bu döyüşdə o belə demişdir: "Biz farslar 1000 ilə yaxın yer üzündə hökmranlıq etmişdik, biz rumlarla 7 əsrə yaxın döyüşdük və heç vaxt əsirləri qul kimi götürmədik, lakin siz müsəlmanlar məni qul kimi götürdüz. Siz gərək məni öldürərdiz, nəinki sizə qul kimi xidmət edim".
Onun himayədarı Muğirə demişdi: "Mən nə ərəb, nə də müsəlmanam, mən təmiz Misir nəslindənəm, lakin müsəlmanlar bizim imperatorluğumuzu da zəbt etdi. Biz siz farslara xəbərdarlıq etmişdik və sizə elçi göndərmişdik, lakin sizin Sasani hökmdarınız dedi ki, biz yer üzündə 1000 ilə yaxın hökmranlıq etmişik, ona görə də biz ərəblərdən narahat deyilik".
Muğirə Əbu Lulu əl-Məcusiyə dedi ki, "sən əgər mənim yanımda 100 gün işləsən, mən səni azadlığa buraxacam". O, Muğirənin yanında 100 gün işlədi, islamı öyrənməyə başladı ki Ömər bin əl-Xəttabın (r.a) yanına yol tapa bilsin və Sasani (Fars) imperiyasının dağılmasının əvəzini çıxsın,onların odunu söndürən Ömər bin əl-Xəttabı (r.a) öldürsün.
O, Qureyş qəbiləsinin mədəniyyətini və islamı öyrəndikdən sonra islam ordusuna daxil oldu. Ordunun inamını qazandıqdan sonra o Ömər bin əl-Xəttabın (r.a) yanına yol tapa bildi. Bir gün sübh namazı zamanı, Ömər bin əl-Xəttab (r.a) namazda imamlıq edərkən Əbu Lulu əl-Məcusi arxadan ona yaxınlaşaraq 6 dəfə bıçaqla vurdu.

Əbu Lulu əl-Məcusi bir çox iranlılar tərəfindən milli qəhrəman kimi göstərilir, hətta onun qəbri ziyarət olunur və buna dəlil olaraq şiə mənbələrindən bir hədisi qeyd etmək olar. Mən qısa olaraq hədisi tərcümə edəcəm, çünki hədis böyükdü, cəfəngiyyatla doludur, guya ki Peyğəmbər (s.ə.s) Öməri (r.a) "vəsf" edir.

"Hüzeyfə ibn əl-Yaman rəvayət edir ki, Rabi əl əvvəlin 9-cu günü idi. Mən Rəsulullahın (s.ə.s) yanına getdim. Əmirəl Müminun Əlini, İmam Həsən və İmam Hüseyn də orada idi. Hamı yemək yeyirdi. Rəsulullah (s.ə.s) Həsən və Hüseynə baxaraq gülümsədi və dedi: "Bu gün Allah sizin və babanızın düşmənini məhv edəcək və Allah sizin ananızın lənətini qəbul edəcəkdir. Bu gün o gündür ki, sizin və babanızın düşməninin yer üzündən silindiyi gündür"........Rəsulullah bu sözləri deyəndən sonra Ümm Həbibənin yanına getdi. Bu sözlərdən sonra mən artıq qəti olaraq əmin oldum ki, Ömər küfr içindədi. Beləliklə, Rəsulullah vəfat edəndən sonra mən Ömərin küfrünə, bidətlərinə, fitnəsinə şahid oldum. O, Allahın halal buyurduğunu haram etdi, Fatimənin üzünə və qarnına qapını çırpdı. Hüzeyfə sonra dedi: "Axır ki, Allah Təalə Peyğəmbərin və onun qızınının (Fatimənin) lənətini qəbul etdi və onu Əbu Lulu əl-Məcusinin əliylə ödürdü, Allah Əbu Luluya rəhmət eləsin" (Muhəmməd Baqir Məclisi, "Zədül Məad", səh. 433-436)
Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir