Əli
(r.a)-nin xilafətinə dair dəlil olması iddiaları.
Səhabələr
Əbu Bəkr əs Siddiq (r.a),Ömər ibn Xəttab (r.a),Osman ibn Əffan (r.a) və Əli ibn
Əbu Talib (r.a)-in imaməti və xilafəti üzərində ittifaq etmişdilər.Beləki,Əli
(r.a) şiələrin onun lehinə dair istifadə etdikləri heç bir dəlili özündən əvvəlkilərə
qarşı istifadə etməmişdir.19-cu əsrin böyük şiə alimlərindən olan Şərəfuddin
Musəvi Əli (r.a)-nin xəlifələrə qarşı heç bir hüccət gətirmədiyini etiraf
etmişdir.O, “Məktubat” kitabın (məktub 102)-da yazır: “Bütün bunlardan əlavə,imam Əli o günlərdə
dəlil-sübut gətirməyin fitnədən və haqqının aradan getməsindən savayı
heç bir təsiri olmayacağını yaxşı bilirdi. Çünki o həzrət İslamın əsasının,
“tövhid” kəlməsinin aradan getməsindən qorxurdu.”
Qeyd etmək lazımdır ki,imam Əli xilafətin şura ilə seçilməsinə
inanırdı.Ən mötəbər mənbələrindən olan “Nəhcul bəlağa”da Əlinin bu xütbəsi
mövcuddur:
“Əbu Bəkr,
Ömər və Osmanla beyət edənlər həmin yolla mənimlə beyət edərək əhd-peyman
bağladılar. Odur ki, orada (beyətdə) olanların ondan başqasını
seçmək haqqları yoxdur. Orda olmayanın da onu qəbul etməmək haqqı yoxdur. məşvərət
aparmaq Mühacirlərin və Ənsarın haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və
imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə eyb və
nöqsan tapması səbəbindən və ya bidət nəticəsində
onların əmrlərindən boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər onların
göstərişlərini qəbul etməsə, onunla möminlərin yolundan başqa bir yol ilə
getdiyi üçün vuruşarlar. Allah onu üz tutduğu şeyin öhdəsinə buraxar.” (Məktub 6)
Həmçinin, Əli (r.a) digər
xütbəsində belə buyurmuşdu: “Vallahi
xilafətə rəğbətim və hökm etməyə həvəsim yox idi. Bu iş üçün siz məni
çağırdınız, bu yükü üzərimə siz yüklədiniz.” (“Nəhcul bəlağə”, xütbə 196)
Göründüyü
kimi o birinci rəvayyətdə xəlifəliyin və müsəlmanların işlərinin idarəsinin
şura ilə olduğunu,ikinci rəvayyətdə isə xəlifəliyə Peyğəmbər (s.a.s) əmri ilə
deyil,müsəlmanların istəyi və seçimi ilə gəldiyini açıq-aşkar demişdir.Deməli,Əli
(r.a) şiəliyin iddia etdiyi kimi onun təyini baradə qəti nass olduğu baradə bir
şey bilmirdi.
Abdullah ibn Səba
İlk öncə oxucuya bu
tarixi şəxs haqqında məlumat vermək istərdik. İbn Əbil əl Hənəfi imam Təhəvinin
“Əqidə” kitabının şərhində yazır: “Təhavi
“Münafiqlərdən uzaq olun” dedikdə rafiziliyi yaradan münafiq və zındığı nəzərdə
tutur.Bu adamın məqsədi İslamı məhv etmək,Peyğəmbər (s.a.s)-i alçaltmaq
olub.Alimlər bunu belə izah edirlər:
Abdullah ibn Səba İslamı qəbul edib,onu hiylə və məkrlə
məhv etmək istədi.O,İslama Pavelin Xristianlğa vurduğu zərbə kimi zərbə vurmaq
istədi.İlk öncə o özünü təqvalı insan kimi görsətməyə çalışdı.Xeyrə dəvət
edib,münkərdən çəkindirmək adı ilə o Osmanın xilafəti zamanı fitnə qaldırdı və
insanları onu öldürməyə çağırdı.Sonra o Kufəyə gələrək Əlini ucaltmağa
başladı.” (“Təhavi
əqidəsinin şərhi” səh 420-421,Quraba 2002)
Molla Əliul Qari Hənəfi
dedi: “Rafiziliyi yaradan şəxs münafiq və
zındıq olmuşdur.O,İslamı məhv edib,Peyğəmbər (s.a.s)-i alçatmaq istəyirdi.Zahirən
İslamı qəbul edərək, ibn Səba Pavel Nəsraniliyi təxrib etdiyi kimi dini içəridən
hiylə ilə təxrib etməyə çalışdı. Özünü təqvalı adam kimi göstərərək,o xeyrə dəvət
edib,pisliklərdən çəkindirirdi.O,Osmanın qətl edilməsi üçün əlindən gələni
etdi.Sonra Kufəyə gələrək,o Əlini ucaltmağa başladı.Bunu eşidən Əbul Həsən onun
qətlinə fərman vermişdi.” (“Şərhul fiqhul əkbər” səh 189-190)
Qədim şiə müəllifləri
”hər peyğəmbərin bir vəlisi olmalıdır” fikrini Abdullah ibn Səba tərəfindən
ortaya atıldığını təsdiq etmişlər.
Şiənin mötəbər rical müəlliflərindən
olan Kəşşi kitabında belə yazır:
"Bəzi elm adamları qeyd etmişlər ki, Abdullah ibn Səba yəhudi
olmuş, sonra Islamı qəbul etmişdir. Əlinin tərəfini saxlamışdır.Yəhudi ikən,
ifrata varıb Yuşə ibn Nunun Musanın vəliəhdi olduğunu dediyi kimi, İslam dinində
olanda Rəsulullah (s.a.s)-ın vəfatından sonra Əli haqqında belə şeylər
demişdir. Əlinin imamlığının fərz olduğunu dili ilə deyib elan edən birinci
adam olmuş, onun düşmənlərindən üz döndərmiş,ona müxalifətdə olanları aşkara
çıxarıb kafirlikdə günahlandırmışdır.Buna görə də şiələrə müxalif olanlar
demişlər ki,şiəlik və inkarçılıq yəhudilikdən götürülmüşdür." (“Rical əl-Kəşşi", səh 101, Iraq, Kərbəladakı
"əl-Ələmi" müəssisəsinin çapı)
Öz
dövrünün şiə şeyxi Həsən Musa Növbəxti "Firəq əş-şiə" (Şiə firqələri) kitabında yazır: “Abdullah ibn Səba Əbu Bəkri, Öməri, Osmanı və əshabələri
söymüş, onlara öz etirazını bildirmiş və onlardan ayrılmış adamlardan biridir.O
demişdir ki, bunu ona Əli əmr etmişdir. Əli onu danlamış, ondan bunu deyib-demədiyini
soruşmuşdur.O öz dediklərini boynuna almış,Əli onu öldürməyi əmr etmişdir.Bunu
görən adamlar çığırıb ona demişlər ki, ey Əmirəlmöminin! İnsanlar arasında sizə Əhli eytə məhəbbət və sizin vilayətinizi,
sizin düşmənlərinizdən uzaqlaşmağı təbliğ edən bir adamı necə öldürək? Belə
olduqda Əli onu öldürməyib Mədainə (Iranın o zamankı paytaxtı) sürgün edir. Əli
əshabələrindən olan elm əhlindən bir qrupu hekayət etmişlər ki, Abdullah Ibn Səba
Islamı qəbul etmiş yəhudi olmuşdur. O, Əlinin
tərəfdarı idi. Yəhudi ikən Musadan sonra Yuşə ibn Nunun vəliəhd olduğunu
dediyi kimi, müsəlman ikən də Peyğəmbər (s.a.s)-in vəfatından sonra Əli
haqqında həmin sözləri demişdir. O, Əli (r.a)-nin imamlığının fərz olması
sözünü açıq deyən birinci adam olmuş,onun düşmənlərindən aralanmış, müxaliflərini
rüsvay etmişdir. Buna görə də şiəliyə müxalif olanlar demişlər:
"Inkarçılığın əsası yəhudilikdən götürülmüşdür." Abdullah ibn Səbaya
Mədaində Əlinin ölüm xəbəri çatanda o, bu xəbəri gətirənə demişdir:
"Yetmiş dəfə onun başını gətirib göstərsən və onun qətli ilə əlaqədar
yetmiş məhkəmə də qursan, yalan dediyini bilirəm. Çünki, o nə ölüb, nə də qətlə
yetirilib, nə də bütün Yer kürəsinə sahib olmadan ölməyəcəkdir." (Növbəxti "Firəq əş-şiə" səh 43-44; Nəcəf;
"əl-Mətbəə əl-Heydəriyyə" nəşr. 1959)
Sədd ibn Abdullah əl Əşəri
əl Qummi (İmam Həsən Əsgərinin yoldaşı olub) Səbailər haqqında deyir: “Səbaililər Abdullah ibn Səbaının
davamçılarıdır.Ona yardım edənlər Abdullah ibn Hursi və İbn Əsvəd idi.Bunlar
onun ən böyük səhabələri idilər.O,Əbu Bəkri,Öməri,Osmanı və digər səhabələri
aşkarca tənqid,təhqir edən ilk insan idi.” (“əl Məqalət vəl firaq” səh
22,Tehran)
Muhəmməd Əbdül Kərim Şəhristani
yazır: “İbn Səba Əlinin ilahi imaməti
haqqında iddia edən ilk şəxs olmuşdur.” (Şəhristani “Dinlər və firqələr” səh 137,Moskva 1999)
Şiəliyin üç əsasının
kökü bu yəhudiyə gedib çıxır.
Qeybə iman və imamın zühuru. (Racət)
Muhəmməd
Rza Müzəffər yazır: “12 imama etiqad edən
şiələrin əqidələrindən biridə zühura inamdır.Əhli beytdən gələn xəbərlərə görə
Allah Təala bəzi ölülərə bu dünyaya yenidən ilkin halında olduqları kimi
qaytaracaqdır.Onlardan bəzilərinə mükafat,bəzilərini isə rüsvay edəcəkdir.Allah
əməlisalehlərin və məzlumların haqqını qaytaracaqdır.Bütün bunlar imam Mehdinin
qiyamından sonra baş verəcəkdir.“ (“Əqidə məsələləri” “Zühur haqqında bəhs” fəsli)
Seyyid Şübbar yazır: “Bütün imamlar bu dünyaya yenidən qayıdacaqlar.” (“Şərhul ziyarətul camiə” səh
132)
Onlar həmçinin, inanırlar
ki,12-ci imam 1000 il bundan əvvəl qeybə çəkilib və Qiyamət gününə yaxın zamanda
yenidən qayıdacaqdır.
Məşhur
şərqşünas Anri Masse şiələrin əqidələrini belə təsvir edir: “Şiələrin etiqadı aşağıdakı kimidir: “12
imam məsumdur,onların hər biri möcüzə göstərib,...onlardan hər biri öləndə
yerinə vəliəhd təyin edib və bu Həsən əl Əsqəriyə qədər belə davam edib.Sonuncu
imaməti oğluna vəsiyyət edərək deyib: “Bu Mehdi və zamanın sahibidir.” Bu uşaq
Samarrada 869-ci ildə anadan olmuşdu.Orada mağara vardır və onların dediyinə
görə onun qeybi (yoxa çıxması) baş vermişdir.Bu yeri şiələr ziyarət edirlər.” (“İslam”
səh 140,Moskva,1963)
Əbu
Zuhra yazır: “Bu firqənin etiqadına görə
12-ci imam anasının gözünün qabağında Samarra şəhərində ki,atasının evində zirzəmiyə
girmişdir və artıq oradan qayıtmamışdır.” (“İslamda məzhəblər tarixi” (səh 57-58)
Şəhristani yazır: “Abdullah ibn Səbanın ətrafında bir qrup
insanlar toplandı.Bu ilk firqə idi ki,racətə,qeyb olmağa və zühura etiqad
edirdi.” (“Dinlər və firqələr” Şəhristani
səh 137,Moskva 1999)
İnsanların dirilərək bu dünyaya qayıtmasına (racət) iman Allaha
küfrdür.İmam Əbu Muhəmməd Həsən ibn Əli əl Bərbəhari (ö.329 il) deyir: “Bu dünyaya ölmüş adamların yenidən
qayıtmasına (racət) iman bidət və Allaha küfdür.Buna kim inanarsa kimliyindən
asılı olmayaraq o kafirdir və bunda şübhə yoxdur.Kim racətə və Əlinin ölməyib,yenidən
dünyaya qayıdacağına inanarsa vəya bunları Muhamməd ibn Əli,Cəfər ibn Muhamməd
haqqında söylərsə və onları ucaldıb,qeybi bildiklərini iddia edərsə,ondan uzaq
ol.Onlar Allaha küfr etmişlər.” (“Şərhus
sunnə” səh 102,məsələ 160)
Şeyx Əbdulqadir Ceylani
öz zamanında rafizi və yəhudilərin bənzərliklərinə işarə etmişdir.O,yazır: “Xülasə olaraq,rafizilərin məzhəbi yəhudilərin
məzhəbi kimidir.Rafizi və iələri sevmək,yəhudiləri sevmək kimidir.Yəhudilər
dedilər ki,xəlifəliyə yalnız Davud nəslindən olanlar layiqdir.Rafizilər də
iddia etdilər ki,xəlifəliyə yalnız Əli ibn Əbu Talibin nəslindən olanlar sahib
olmalıdır.Yəhudilər dedilər ki,Dəccal gəlib,İsa zühur etməyincə cihad
yoxdur.Rafizilər də iddia etdilər ki,Mehdi gələnə qədər və səmadan səs gələnə qədər
cihad yoxdur.Yəhudilər axşam namazını ulduzlar çıxana qədər gecikdirirlər.Eyni
ilə rafizilər də belə edirlər.Yəhudilər müsəlmanın qanını halal hesab edirlər,rafizilər
də buna inanırlar.” (“Hunyətul
talibin” səh 134,Çəlik nəşr.)
Şiələrin
“racət” baradə etiqadlarını Muhəmməd Rza Müzəffər belə izah edir: “12 İmama etiqad edən şiələrin
etiqadlarından biridə zühura inamdır.Əhli beytdən gələn xəbərlərə görə Allah Təala
bəzi ölülərə bu dünyaya yenidən ilkin halında olduqları kimi
qaytaracaqdır.Onlardan bəzilərinə mükafat,bəzilərini isə rüsvay edəcəkdir.Allah
əməlisalehlərin və məzlumların haqqını qaytaracaqdır.Bütün bunlar imam Mehdinin
qiyamından sonra baş verəcəkdir. “( “Əqidə məsələləri” “Zühur haqqında bəhs” fəsli)
Müctəhidlərin sonuncusu mühəddis Əllamə
Muhəmməd Baqir Məclisinin “Biharul Ənvar”kitabında müstəqil bir fəsilin adını
belə qoymuşdur. “İmamlar ölümlərindən sonra dünyaya yenidən qayıdacaqlar”
Əbu Abdullahdan: ”Mələklər Allahdan ona (yəni Hüseynə) kömək
etməklərini istədilər. Onlara icazə verildi. Onlar savaş üçün hazırlaşarkən, o
öldürüldü. Düşdülər aşağı. Onun müddəti bitmişdir. O öldürülmüşdür. Mələklər
dedilər: “Ya Rəbb, bizə enməyə icazə verdin, kömək etməyə də icazə verdin, biz
düşdük, ancaq sən onun ruhunu almışdın (yəni biz çata bilmədik)”.Allah onlara vəhy
etdi ki, onu görənədək qəbrində qalsın. Çıxanda ona kömək edərsiniz. Ona kömək
edə bilmədiyiniz üçün başqalarına ağlayın. Siz ona kömək etmək və ağlamaq üçün
ayrılmısınız (seçilibsiz). Mələklər kədər və təziyyə ilə ona kömək edə bilmədikləri
üçün ağladılar. O,çıxanda onun köməkçiləri olacaqlar”
(“Kafi” c.1, səh 472 “Mubahilə” 2005 il)
“Usuli Kəfi”-nin
tərcüməçisi Tağızadə Elkiz, həmin səhifənin
haşiyəsində qeyd edir: ”Hədisin son cümləsi
“racat” (geri dönmə) məsələsinə işarə edir. Şiə məzhəbinın etigad kitablarında
da yer alan təməl prinsiplərindəndir. Buna görə bəzi imamlar, bir grup mömim və
kəfirlər qiyamətdən əvvəl dünyaya geri qayıdacaqlar. Beləliklə möminlərdə kəfirlərdən
inriqam alacaqlar”
Seyyid Şübbar yazır: “Bütün imamlar bu dünyaya yenidən qayıdacaqlar.” (“Şərhul ziyarətul camiə” səh
132)
“İmamiyyə bir çox ölünün
Qiyamət günündən öncə təkrar dünyaya geri dönməsini məsələsində ittifaq
etmişdir.Allah Təalanın sifətlərindən “bəda”-ın onun haqqında caiz olması məsələsində
də ittifaq etmişlər.Həmçinin zəlalət rəhbərlərinin Quranın təlifi ilə əlaqəli
bir çox məsələdə vəhyə və Rəsulullah (s.a.s)-ın sünnətinə müxalif olmaları məsələsində
ittifaq etmişlər.”
(Mufid "Əvəilul-məqalat" səh 48-49,Beyrut)
Seyyid əl Murtəza “əl Məsailun
Nasiriyyə” kitabında Əbu Bəkr və Ömərin
Mehdinin vaxtında bir ağaca çarmıxa çəkiləcəklərini,ağac əvvəl yaş ikən onlar
asılandan sonra onun quruyacağını yazır.
(Mufid ”Əvailul Məqalət”
səh 95)
Məclisi “Həqqul Yəqin”kitabında
imam Baqidən rəvayyət edir ki, Mehdi
zühur etdikdən sonra möminlərin anası Aişəni dirildəcək və ona hədd cəzası tətbiq
edəcəkdir. (“Həqqul Yəqin” səh 247)
Məclisi Əbu Bəsirdən rəvayyət
edir ki,Əbu Abdullah dedi: ”Ey Əbu Muhəmməd!
Qaimi Səhlə məscidində yoldaşı və uşaqları ilə bigə görür kimiyəm.....Dedim
ki,onun yanında zimmət əhli nə olur?Belə cavab verdi: ”Rəsulullah (s.a.s)-ın
sülh bağladığı kimi o da onlarla sülh bağlar.Cizyə ödəmək məcburiyyətində
qalır.Soruşdum ki,sizə düşmənlik edənlər kimlərdir? Dedi ki,xeyr,ey Əbu Muhəmməd.Bizə
verilənlər baradə bizə müxalif olanlar bizim düşmənlərimizdir.Şübhəsiz,Qaim
qiyam etdiyi zaman Allah onların qanını bizə halal etmişdir.Bu gün isə bizə də,sizə
də haramdır.Kimsə səni aldatmasın.Qaim qiyam Allah,Rəsulu və hamımız üçün qisas
alacaqdır.” (“Biharul Ənvar” 52/376)
Abdullah
ibn Muğira Cəfər Sadiqin belə dediyini rəvayyət etmişdir: “İmam Mehdi gəldiyində Qureyşdən 500 adamı dirildər,sonra boyunlarını
vurar və bunu 6 dəfə təkrar edər.Ravi ibn Muğira imamdan soruşdu: “Bunların
sayı bu qədərdir?”
İmam Cəfər Sadiq buyurdu: “Bəli,bunlar
onlardan və onların dostlarından olacaq.” (Şeyx Mufid “əl İrşad” səh 364)
Imam dedi: “Kim mutənin halal
olmasına və racətə inanmarsa,o bizdən deyil.” (Kəşani “Safi”təfsiri,c.1,səh
347,İran)
Mühəddis Cəzairi yazır:
“Qiyamət günündən öncə Peyğəmbər
(s.a.s),Əli,Fatimə,Həsən,Hüseyn (r.a),az miqdarda səmimi möminlər və digər
kafirlər həyata qaytarılacaqlar.”(“Ənvərun Numaniyyə” c.2,səh 87;Rəcat
babı,İran nəşri)
Hindistanlı şiə Hüseyn Dəhləvi kitabında (səh 46) yazır
ki,Qiyamətdən əvvəl bütün peyğəmbərlər qayıdacaq və Əliyə yardım edəcəklər.”
Məlumatsızları
aldadıb,çaşdırmaları.
Şiəliyin
istifadə etdiyi üslublardan biri də Şiə məzhəbi və Əhli Sünnət ilə əlaqəli şübhəli
məsələləri araşdırmağa tələsən şiəliyin həqiqi
simasını bilməyən məlumatsız müsəlmanları aldatmaqdır.Şiəliyi təbliğ edən
belə kitablar yazır və onu müsəlman ölkələrində yayırlar.Misal olaraq,Murtəza Rədavinin
“Məa ricalil fikr fil Qahirə” adlı kitabını göstərmək olar.Murtəza əl Hakəmi
adlı alimləri də bu kitaba müqəddimə yazmış və onun müəllifini tərif
etmişdir.Kitabın 21-ci səhifəsində o yazır:
“ Ustad ər Rədavi
əqidə və tarixlə bağlı bir çox məsələləri mədəni və düşüncə sahibi olan bir
qrup adamla fərqli şəkildə təhlil etmişdi.Bunun nəticəsində bəlli bir anlayış və
yaxınlaşma səviyyəsinə çatmışdı.Mədəni insanlardan ibarət olan bir camaatla
dialoq qurmuşdu.Sadəcə şiələrə yarayacaq sözlər deyib, izahlar verməklə
“aldatmaca ifadələr” istifadə edərək bəzi məzhəbi məsələləri ortaya atmışdı.”
Misal olaraq
o kitabın (səh 201-202)-da yazır: “İllər
sonra mübarək Ramazan ayında Qahirəyə gəldim.Səhər tezdən ustadın evinə
getdim.Məni mehriban qarşıladı və otağına dəvət etdi.Axşam iftar süfrəsinə
qonaq dəvət etdi,mən də qəbul etdim…..Axşam onlara yollandım.O,məni qarşıladı və
süfrə açılmış otağa dəvət etdi.Sonra əlində xurma olan boşqabda gəldi və mənə
bir neçə xurma uzadaraq dedi: “Buyur,iftarını aç.” Mən xurmanı götürüb,süfrəyə
qabağıma qoydum.Soruşdu: “Niyə iftar açmırsan?” Mən dedim: Allah Təala buyurub:
“Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin
qaranlığından) seçilənə qədər yeyin-için.”
İndiki bu vaxta gecə
deyilir? Üfüqdə qızartını göstərib dedim: “Biz imamiyyə şiələri bu vaxt iftar
etmirik.Qızartının itməsi üçün bir neçə dəqiqə gözləyirik.Qızartı itəndən sonra
iftar açmaq caiz olur.Biz sünni qardaşlarımıza təəsüf edirik.” Dedi: “Mən də
sizinlə eyni fikirdəyəm.”
Axşam namazı
və iftar etmənin vaxtı günəş batdıqdan sonradır.Əhli Sünnət təriqi ilə bunu təsdiqləyən
bir çox səhih hədislər varid olmuşdur.Şiə təriqi ilə də bunu təsdiqləyən rəvayyətlər
varid olmuşdur.
Şeyx Səduq imam Sadiqdən rəvayyətdə yazır: “Günəş gözdən itdiyi
zaman iftar halal,namaz vacib olur.” (Səduq “Mən lə yəhduruhul fəqih”1/142,
Tehran; Hurr Amili “Vəsailuş şia” 7/90)
Hurr Amili Zurarədən imam Baqirin belə
dediyini rəvayyət etmişdir:
“Axşam namazının vaxtı günəş diski qeyb olduğundadır.” (“Vəsailuş şia”
7/87)
Əbu Usamə əş
Şəhhamdan rəvayyət edilir: “Bir nəfər
Əbu Abdullaha dedi: “Ulduzlar çıxana qədər axşam namazını yubadımmı?” İmam
dedi: “Sən Xəttabisən?..” (“əl Həqaiq fil cəvamil fəvaiq” 2/383,Beyrut)
Şeyx Səduq imam Əbu Abdullahdan rəvayyət
edir: “Rəsulullah (s.a.s) axşam namazını
qılardı.Onunla birgə ənsardan olanlar və Sələmə oğulları məhəlləsində olanlar
da bu namazı qılardılar.Evləri yarım mil uzaqlıqda idi.Namazı qıldıqdan sonra
isə evlərinə gedərlərdi.Evləri oxun düşdüyü məsəfədə idi və gözlə görünürdü.” (“Mən lə yəhduruhul fəqih”
1/142)
Səduq eyni
yerdə Zeyd əş Şahmdan rəvayyət edir: “Bir
dəfə insanlar axşam namazı qılarkən Əbu Qubeys dağına çıxmışdım.Orada günəşin
batmamış olduğunu gördüm.Günəş sadəcə dağın arxasında idi və insanlar tərəfindən
görünmürdü.Sonra Əbu Abdullahla rastlaşdım və gördüklərimi ona dedim.Mənə dedi:
“Niyə belə elədin? Etdiyin iş nə pis bir şeydir.Günəşin çıxması və batması
haqqında nə bilirsənsə o sənə aiddir.İnsanların araşdırmasına ehtiyyac yoxdur.”
Şeyx Burucərdi “Camiu əhadisuş şia”-da
Sahibud Dəamidən bunları nəql edir: “Əhli
beytdən bizə nəql edildiyinə görə,onlardan rəvayyət edənlərdən bildiyimiz qədəri
ilə bu baradə icma olmaqdadır ki,oruclunun iftar etməsini halal edən şey gecənin
girməsi,günəşin qərb istiqamətində batmasıdır.Günəş kursu bu şəkildə üfüqdə
qeyb olduğu zaman gecə başlamış sayılır və iftar etmək halal olar.” (“Camiu əhadisuş şia” 9/165)
Hurr Amili “Vəsailuş şia”-da yazır: “Hüseyn ibn Əbul Ərnədəsin imam Musa Kazımı Məscidi-haramda
gördüyünü rəvayyət edir və deyir: “İmama
aid olan zənci bir kölə ağ libasda əlində bardaq ilə imamın
yanına gəldi.Müəzzin
“Allahu Əkbər” deyincə qulluqçu
bardağı doldurdu və imama
verdi və o da içdi.” (“Vəsailuş şia” 7/91)
Şeyx Burucərdi bu rəvayyəti (9/166)-da
zikr etmişdir.
Əbu Saleh əl Hələbi “əl Kafi əl fiqh” “Təyəmmüm” fəslində yazır: “Məğrib namazının vaxtı günəşin qeyb olmasıdır və bunun əlaməti şərqdə qızartının
itməsindən sonra
qaraltının yaranmasıdır.” http://www.al-shia.com/html/ara/books/kafi_halabi/a15.html
Şeyx Mufid “Muğniyyə” kitabında “Namazların vaxtları və əlamətləri” fəslində yazır: “Məğrib namazı üçün təyin olunmuş
vaxt günəşin qeyb olması və onun əlamətləridir.”