Şiə məzhəbində hədis elmi


Şiələrdə isə hansısa bir məsələ haqqında elə bir söz yoxdur ki, bu barədə onun əksi olan başqa bir söz olmasın. Hətta,onların hədis raviləri içərisində elə bir ravi yoxdur ki, onun haqqında iki fikir olmasın, bir fikir onu təsdiq edəndə o biri inkar etməsin. Nəinki inkar etməsin, hətta onu ən aşağı səviyyəyə salıb məlunların məlunu etməsin.

Ümumiyyətlə şiə məzhəbində hədis elmi olmayıb. Onlar, hədislərin ağına-bozuna baxmadan, hədisin ravilərini araşdırmadan, necə gəldi qəbul ediblər. Şübhəsiz ki, bu elm, əhli-sünnətə məxsus bir elmdir. Daha sonra onlar, əhli-sünnətə baxaraq bu elmə girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma çıxdı.

Şiənin ən məhşur və ən qabaqcıl mühəddislərindən biri olan Hurr əl-Amili demişdir: “Yeni istilahlar(yəni hədisləri “səhih” və “zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydalarına müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.”(“Vəsailuş-şiə” 20/100 və ya 30/260)

Həmçinin, o demişdir: “Məlum olduğu kimi, bu istilahlar Alləmənin(yəni ibn.Mutahhar əl-Hillinin) və ya onun şeyxi Əhməd ibn.Tavusun zamanında ortaya çıxmışdır.” (“Vəsailuş-şiə” 20/102 və ya 30/262)

Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri İbn.Mutahhar və onun ustadı ibn.Tavus olmuşdur.(“əl-Hədaiqun-Nədira”1/53)

Şiələr, hədisləri növlərə ayırmağı əhli-sünnətin kitablarından öyrəndiyi kimi hədislərdən hökm çıxarmaq qaydalarını da əhli-sünnətdən öyrənmişdir.


Şiə alimi əl-Hairi (öl.h.965) demişdir: “Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən Şəhidus-sənidən qabaq dirayətul-hədisə(hədisdən hökm çıxarmağın qaydalarından bəhs edən bir elmdir) dair kitab yazan olmayıb. Bu elm də, əhli-sünnətin elmlərindəndir.”(“Muqtəbisul-əsər” 3/73)

Hurr Amiliyazır: “Şəhid Sani İmamilərdən ilk hədis elmi haqqında kitab yazan alim olmuşdur.Amma,O oğlu və digərlərinin dediyinə görə hədis terminalogiyasını əl əmmənin (Sünnilərin) kitablarından götürmüşdür. (Hurr Amili “Əməl əl amil” c.1,səh 86)

Digər versiyaya görə hədis elmi baradə ilk çalışmanı yazan Muttəhar əl Hilli (öl.h.726) olmuşdur.

Şiə alimi Baqir əl İrəvani yazır: “Rical alimi Nəcaşinin öz kitabını yazmasına səbəb müxaliflər tərəfindən Şiələrin kitablarının olmaması iradlarına cavab olmuşdur.”(“Durrus təmhidiyyə fi ulumul ər rical”səh 86)

Bəs, nə üçün şiələr də hədis elminə girişdilər?

-Cavab: Əhli-sünnət hədisin sənədinə və doğruluğuna fikir verirdi. Və bu səbəbdən də, şiələr daima əhli-sünnətin yanında gözü kölgəli idi. Çünki, onlar da hədis elmi mövcud deyildi və hədisləri necə gəldi qəbul edirdilər. Bu səbəbdən də onlar, əhli-sünnətin qınağından qurtulmaq üçün bu elmə girişdilər. Ancaq heç bir faydası olmadı. (Bax! “Vəsailuş-şiə! 20/100 və ya 30/258)

Faydası ona görə olmadı ki, onların rəvayətləri əhli-beytdən nəql olunmayıb. Yuxarıda da qeyd etdiyim kimi, raviləri yalançı və hədis uyduranlardır. Bu səbəbdən də onların “rical” kitabları ixtilaf və ziddiyətlərlə doludur. Bunu onların böyük alimi olan Feyz əl-Kaşani də etiraf etmişdir.(Bax! “əl-Vafi” 1/11-12)

Hurr əl-Amili özü də etiraf edir ki, şiə alimlərinin əhli-sünnətə baxaraq hədisləri zəif-səhihə ayırmaları boş və əbəs bir şeydir: “Şeyx(ət-Tusi) çox vaxt hədisin ravisinin zəif olduğuna görə, hədisi də zəif sayır...Ancaq, Şeyxin hədisləri bu səbəbdən ötrü, yəni ravisinin zəifliyindən ötrü zəif sayması qeyri-həqiqi bir şeydir...Məsələn,(Tusi) deyir ki; Bu ravi zəif olduğuna görə, onun rəvayət etdiyi hədis də zəifdir. Sonra biz görürük ki, o, başqa bir yerdə elə bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta, bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Çox yerdə hədisi, Mürsəl olduğuna görə(yəni sənədi tam olmadığına görə) zəif sayır, sonra elə özü(başqa bir yerdə) Mürsəl hədisi dəlil gətirir. Hətta, o, çox vaxt sənədi qırıq(mürsəl) və zəif rəvayətləri qəbul edir, amma Müsnəd(sənədi tam) və raviləri güclü olan hədisləri isə rədd edir.” (Bax! “Vəsailuş-şiə! 20/111 və ya 30/279)

Hurr əl-Amili şiənin hədisləri barədə demişdir: “Əgər hədislərimiz(hədis elminin qaydaları əsasında) araşdırılsa, hamısı zəif çıxacaqdır.” (Bax! “Vəsailuş-şiə 30/260)

Nə üçün?

-Cavab: Çünki, bir hədisin səhih ola bilməsi üçün ilk növbədə o hədisi rəvayət edən ravilərin adil olmaları şərtdir. Şiənin hədislərini isə yuxarıda da qeyd etdiyim kimi məlun(lənətlənmiş) və kəzzab(yalançı) ravilər rəvayət etmişdir. Hurr əl-Amili deyir: “Yeni istilahların(yəni hədis elminin) əhli, hədisin ravisinin adil olmasını şərt qoşmuşdur. Elə bu şərtə görə də bizim bütün hədislərimiz zəyif çıxır. Çünki, nadir hallarda ravinin adil olub-olmaması bilinir.” (Bax! “Vəsailuş-şiə 30/260) Bu, böyük bir şiə aliminin öz hədislərinə verdiyi şəhadətidir.

Bu günümüzdə də vəziyyət fərqli deyil. Bunu, əhli-sünnətin və şiələrin(daha doğrusu müsəlmanların və şiələrin) kitablarını oxuyan hər kəs görə bilər. Əhli-sünnətə məxsus kiçik həcmli bir kitabça da olsa, orada qeyd olunan bütün hədislərin mənbələri, etibarlılığı(səhih olub-olmaması) mütləq göstərilir. Ancaq belə şeylərə şiə kitablarında rast gəlmək çox çətindir.



Kitabın adı "Hədis elmi" müəllifin adı və şanı "Höccətül islam vəl müslimin Seyyid Səid Rəşadi"



Maraqlı odur ki müəllif kitabın 40-ci səhifəsində qeyd edir ki "Hədislərin çoxu sünnilərdən bizə gəlib çatmışdır".
Sonra. Umumiyətlə, şiə kitablarına, raviləri tam şiə olan, hədis mövcuddur?
Allah bilər.



Ayətullah Abdulla Səid Şəid Şubbar kitabında yazır: Kəşşi Cabirdən rəvayyət edir ki,İmam Baqir mənə dedi: “Mən 90000 hədis bilirəm ki,indiyə kimi heç kəsə deməmişəm və indidən sonra da deməyəcəyəm.”(Səid Şəid Şubbar Camia kəbira kitabına şərh,səh 56 azəri dilində)



“İraqa gəlib orada Əbu Cəfərin(İmam əl-Bəqirin) əshabından bir dəstə ilə, Əbu Abdullahın (İmam Cəfərin) əshabından bir çox şəxs ilə görüşdüm. Onlardan hədis dinlədim və onların(hədis) kitablarını götürdüm. Və sonralar bu kitabları İmam Əli ər-Rzaya göstərdim, o isə bu kitablarda olan hədislərin əksəriyyətinin Əbu Abdullahın hədisləri olduğunu inkar etdi...”(Əbu Cəfər Muhəmməd ibn.Həsən ət-Tusi “İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 3/298. Tehran çapı)



əl-Feyz ibn Muxtar da bundan şikayətlənərək İmam Cəfərə deyir: “Sizin şiələriniz arasında olan bu ixtilaf da nədir? Mən Küfədə şiələrin məclislərində otururam və az qalsın onların hədislərinə şübhə edirəm.” İmam isə ona belə deyir: “Ey Feyz! Həqiqətən də insanlar bizim adımızdan yalan danışmağa çox həvəslidirlər.”(“Ricalul-Kəşşi” sh.347, “Biharul-ənvər” 2/246)



Əhli-beytin rəisi olan Peyğəmbərdən(saləllahu aleyhi və səlləm) nəql olunmuş on minlərlə səhih hədis əhli-sünnətin hədis kitablarında mövcuddur. Ancaq şiələrin ən mötəbər hədis kitabların da Peyğəmbərdən (s.a.s) nəql olunmuş hədislərin sayı cəmi 644-dür. Hələ mən, bunların səhih olub-olmadığını demirəm. Əhli-sünnət alimləri əhli-beytdən olan möminlərin anası(münafiqlərin deyil) Aişədən 2210 hədis, İbn Abbasdan 1160 və Əlidən (təkrarları ilə birlikdə) 1583 hədis rəvayət etmişdir. Ancaq şiələrin dörd əsas və mötəbər hədis kitabında* Əlidən nəql olunmuş hədislər 690 dənədir. Bunları növbəti səhifədə ətraflı bir şəkildə açıqlayacam.

Əhli-sünnətin kitablarında bəzi səhabələrdən az, bəzilərindən çox, bəzi imamlardan az, bəzilərindən çox hədis rəvayət olunmasının bir çox səbəbləri vardır. Bu səbəbləri izah etmək buranın yeri deyil. Ancaq bəzi misallar qeyd etmək istəyirəm ki, haqqı axtaran onu tapsın! Məsələn, Əhli-sünnət kitablarında Əbu Bəkr və Osmandan nəql olunmuş hədislərlə yanaşı Zeynulabidin, əl-Bəqir və Cəfərdən nəql olunmuş hədislərin sayını sizə təqdim edirəm.

1. Səhih əl-Buxari :Zeynulabidindən 25, Osmandan da 25 hədis rəvayət etmişdir.

2. Səhih əl-Müslim:Zeynulabidindən 15, əl-Bəqirdən 19, əs-Sadiqdən 17, Əbu Bəkrdən isə yalnız 9 hədis rəvayət etmişdir.

3. Sünən ət-Tirmizi:əl-Bəqirdən 23, Cəfərdən 20, Əbu Bəkrdən 22 və Osmandan 19 hədis rəvayət etmişdir.

4. Sünən ən-Nəsai:əl-Bəqirdən 56, Cəfərdən 44, Əbu Bəkrdən 22, Osmandan isə 27 hədis rəvayət etmişdir.

5. Sünən Əbi-Davud:Zeynulabidindən 11, əl-Bəqirdən 17, Cəfərdən 11, Əbu Bəkrdən də 11 və Osmandan 15 hədis rəvayət etmişdir.

6. Sünən İbni Məcə:əl-Bəqirdən 24, Cəfərdən 19, Əbu Bəkrdən 16, Osmandan isə 23 hədis rəvayət etmişdir.

Fikir verin! Əhli sünnətin ən mötəbər hədis kitablarında** Əbu Bəkrdən rəvayət olunan hədislərin sayı cəmi 210, Muhəmməd əl-Bəqirdən rəvayət olunmuş hədislərin sayı isə 229-dur. Məgər, Əbu Bəkrdən az hədis rəvayət olunması, əhli-sünnətin ona qarşı hörmətsizliyini göstərir? -Əlbətdə ki, xeyr. Və beləcə də digərlərindən az hədis rəvayət olunması onlara qarşı hörmətsizliyin əlaməti deyil. Əksinə, əhli-sünnət hər kəsin haqqını vermiş, təfrit və ifratdan uzaq durmuşdur.



Şiələrin qədim ən mötəbər dörd hədis kitabı:

1.Muhəmməd ibn.Yaqub əl-Kuleyninin “Kitabul-Kəfi” kitabı. İçərisində 16099 hədis var. Bu kitab üç hissədən; “Furu”, “Usul” və “ər-Rovda”dan ibarətdir.

2.Muhəmməd ibn.Babaveyh əl-Qumminin(Şeyx Saduq ləqəbi ilə tanınmışdır) “Mən lə yəhduruhul-fəqih” kitabı. 176 bölümdən, 9044 hədisdən ibarətdir.

3. Muhəmməd ibn.Həsən ət-Tusinin “Təhzibul-Əhkam” kitabı.

4. Muhəmməd ibn.Həsən ət-Tusinin “əl-İstibsar” kitabı.

Şiələrin daha sonra yazılmış ən mötəbər dörd hədis kitabı:

1.əl-Feyz əl-Kaşaninin “əl-Vafi” kitabı.

2.Məclisinin “Biharul-ənvər” kitabı.

3.Hurr əl-Amilinin “Vəsailuş-şiə” kitabı.

4. Nuri ət-Təbərsinin“Mustədrəkul-vəsail” kitabı.

** Əhli-sünnətin ən mötəbər altı hədis kitabı: Buxari və Müslimin “Səhih”ləri, Nəsai, Tirmizi, Əbu Davud və İbn.Məcənin “Sünən”ləridir. Bu kitablara “Kutubi-sittə”(yəni altı kitab) deyilir. “Kutubi-tis`a” (yəni doqquz kitab) deyildikdə, bu altı kitabdan əlavə İmam Əhmədin “Müsnəd”i, Dariminin “Sünən”i və İmam Məlikin “əl-Muvatta” adlı kitabı nəzərdə tutulur.

Hörmətli oxucu! Sənin üçün Peyğəmbərdən (s.a.s), Əlidən, Fatimə, Həsən və Hüseyndən nəql olunmuş hədislərin sayını həm əhli-sünnətin və həm də şiələrin ən mötəbər hədis kitablarından təqdim edirəm.

1. Peyğəmbərdən(saləllahu aleyhi və səlləm) nəql olunmuş hədislərin sayı:Əhli-sünnətin ən mötəbər hədis kitablarında nəql olunmuş on minlərlə hədisin 90%-indən artıqı məhz Peyğəmbərimizin hədisləridir. Qalan hədislər isə səhabələrin söz və fellərindən ibarət xəbərlərdir. Şiələrin ən mötəbər dörd hədis kitabında olan hədislərin sayı 44 mindən artıqdır(44244 hədis). Bu hədislərdən yalnız 644 hədis Peyğəmbərdən(saləllahu aleyhi və səlləm) rəvayət olunmuşdur. Bu dörd kitabın içərisində şiələrin ən dəyərli kitabı əl-Kəfi də 16 mindən artıq(16121) hədis var. Bu hədislərdən yalnız 92-si Peyğəmbərdən(saləllahu aleyhi və səlləm) nəql olunmuşdur. Və (şiə alimlərinin öz etirafları ilə) bu 92 hədisin hamısının sənədində də zəiflik var. Çox təəccüblüdür, deyilmi? Şiələrin Peyğəmbərə qədər gedib-çıxan səhih bir dənə də olsa hədisləri yoxdur.

2. Əlidən (r.a) nəql olunmuş hədislərin sayı:Əhli-sünnət kitablarında Əlidən 1583 hədis nəql olunmuşdur. Bunlardan 804-ü İmam Əhmədin “Müsnədin”də mövcuddur. Şiə kitablarında isə Əlidən 690 hədis nəql olunmuşdur. Bu rəqəmlər arasındakı fərqə fikir ver! Ey şiələr! Harada qaldı “Mən elmin şəhəri və Əli də onun qapısıdır” hədisi?

3. Fatimədən nəql olunmuş hədislərin sayı:Əhli-sünnətin mötəbər kitablarında Fatimədən 11 hədis nəql olunmuşdur. Şiələrin dörd mötəbər kitabında isə ondan bir dənə də olsa, hədis nəql olunmayıb.

4. Həsəndən nəql olunmuş hədislərin sayı:Əhli-sünnət ondan 35, şiələr isə 21 hədis rəvayət etmişdir.

5. Hüseyndən nəql olunmuş hədislərin sayı:Əhli-sünnət ondan 43 hədis nəql etmişdir. Şiələr isə onun barəsində bu qədər həddi aşmalarına baxmayaraq, ondan cəmi 7 hədis rəvayət etmişdilər.

Bütün bunlardan sonra kim deyə bilər ki, əhli-sünnət öz elmini əhli-beytdən almayıb. “Səqəleyn” hədisini əhli-sünnətə qarşı dəlil kimi irəli sürmək istəyən, bütün bunları heç olmasa ömründə bir dəfə də olsa araşdırıbmı?



Şiələrin ən mötəbər kitabı olan əl-Kəfinin ilk iki cildində Əhli-əbadan yəni; Peyğəmbərdən(saləllahu aleyhi və səlləm), Əlidən, Fatimədən, Həsən və Hüseyndən(Allah onlardan razı olsun!) nəql olunmuş hədislərin sayını sizə təqdim edirəm:

1-ci cilddə1445 hədis var. Bu hədislərdən; 4-ü Peyğəmbərdən, 38-i Əlidən, 2-si Hüseyndən rəvayət olunmuşdur. Bu cilddə Fatimə və Həsəndən bir dənə də olsa hədis rəvayət olunmamışdır. 1445 hədisdən cəmi 44-ü Əhli-əbadan nəql olunmuşdur.

2-ci cilddə2346 hədis var. Bu hədislərdən; 17-si Peyğəmbərdən, 30-u Əlidən, 1-i Həsəndən, 1-i də Hüseyndən rəvayət olunmuşdur. Bu cilddə də Fatimədən bir hədis belə rəvayət olunmamışdır. 2346 hədisdən cəmi 49-u Əhli-əbadandır. Fikir verin, bu iki cilddə olan 3791 hədisdən cəmi 93 hədis Əhli-əbadandır. Mən hələ bu hədislərin səhih olub-olmadığından danışmıram. Kitabul-kəfini şərh etmiş üç şiə alimi; Məclisi “Miratul-Uqul”da, Behbudi “Səhihul-kəfi”də və Muzəffər “əş-Şəfi fi şərhi usulil-kəfi”də bu hədislərin(yəni 93 hədisin) hamısının zəif olduğunu bəyan etmişdilər. Ey şiələr, siz nə üçün Fatiməyə, Həsən və Hüseynə məsumluq isnad edirsiniz? Ona görə ki, onlar xəta edə bilməzlər və bu səbəbdən də onlara tabe olmaq vacibdir? Budurmu onlara tabeçilik? Onlardan səhih olaraq nə rəvayət etmisiniz ki, ona da tabe olasız.



İmam Cəfər demişdir: “Allah, Muğirə ibn Səidə lənət etsin! O, atamın adından hədis uydururdu..”(“İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi”3/297)

Şiə kitablarında rəvayyət olunduğu kimi Muğirə ibn.Səid özü də bunu etiraf etmişdir. O belə deyir: “ Mən (əhli-beytin adından) çox sayda, təqribən 100 min hədis uydurdum.”(Məməqani “Tənqihul məqal fi ilmir-rical” 1/174-175 Nəcəf çapı).

İmam Cəfər demişdir: “Biz, əhli-beyt doğru danışanlarıq. Ancaq biz, bizim adımızdan yalan danışan yalançılardan azad da deyilik. Onların bizim üzərimizə yaxdıqları yalanlardan ötrü insanların nəzərində bizə etibar da azalıb...”* (“Ricalul-kəşşi” səh 108)



Hətta,İmam Cəfər demişdir ki; “İnsanlar bizdən bir söz eşidirlər, sonra da o sözün üstünə onunu qoyurlar.”(“Kitəbul-kəfi” 8/192)

Onların İmam Cəfərin başına gətirdikləri müsibətlərinə bir baxın: “Cahil camaat imamın ətrafına yığışar, onun yanına girər və ordan çıxarkən belə deyərdilər: “Bizə Cəfər ibn.Muhəmməd hədis rəvayət etdi”. Və beləcə onun adından, hamısı yalan və uydurma olan hədislər rəvayət edərlər. Və üstəlik bu yalan rəvayətlər ilə insanlardan qazanc qazanar və onlardan bu rəvayətlərin müqabilində dirhəmlər alarlar.”(“İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi”4/391, “Biharul-ənvər” 25/302 və ya 20/302)

Elə bu səbəbdən də İmam Buxari “əs-Səhih” əsərində Cəfər əs-Sadiqdən bir dənə də olsa, hədis nəql etməyib. Çünki, o, İmam Cəfərin zamanında yaşamadığından ötrü, birbaşa ondan hədis nəql edə bilməyib. Ancaq o, imamın adından yalan hədislərin çox yayıldığını və doğrunu yalandan ayırd etməyin də həddən çox çətin olduğunu bildiyi üçün, hədis ravilərinin onun adından nəql etdikləri hədislərə güvənməmiş və bu hədisləri kitabına götürməmişdi. Çünki, ondan hədis rəvayət edən ravilərin əksəriyyəti yuxarıda da qeyd etdiyim kimi, Küfənin “hədis uyduran şiə sənətkarları” idi.

onlar(şiələr) məni öldürsünlər, nəslim və ailəm yox olsun.”(Təbərsi “əl-İhticac” səh 148)

Musa ibn.Cəfər öz şiələri barədə demişdir: “Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boşboğaz gördüm, onları imtahan etdim, amma mürtəd gördüm.”(Kuleyni “Kitabur-ravda” sh.107 Hindistan çapı və ya 8/228)



Muhəmməd Bəqir əl-Behbudi Kitabul-Kəfini təhqiq edən şiə alimlərindən biridir. O, “Səhihul-kəfi” adlı bu kitabında 16 min hədisdən yalnız 4428 hədisi səhih saymış və yerdə qalan 11693 hədisi səhih görməmişdir.

yaxdıqları yalanlardan ötrü insanların nəzərində bizə etibar da azalıb...”* (“Ricalul-kəşşi” səh 108)

Yazının hazırlanmasında Abu Zeydin "Səqaleyn hədisinin şərhi" risaləsindən istifadə olunmuşdur.
Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir