İmamların övladlarının adları


 Şeyx Mufid “İrşad” kitabında Əli (r.a)-ın övladları fəslində onlar haqqında yazır: “...12- Əbu Bəkr künyəli Muhəmməd əl Əsgər,13- Ubeydullah.Bunlar hər ikisi qardaşları İmam Hüseyn (r.a) ilə Tuf döyüşündə şəhid oldular....” (“Mufid “İrşad” səh 186)

Mufid “İrşad” kitabında“Möminlərin Əmirinin övladları” fəslində yazır: “Möminlərin Əmirinin 27 övladı olub.Birincisi Həsən,ikincisi Hüseyn...altıncı Ömər,yeddinci Rüqəyyə.Ömər və Rüqəyyə əkiz idilər.Onların anası Umm Həbib bint Rəbiyyə idi.(Mufid “İrşad” səh 176)

əl Yəqubi yazır: “Əli (r.a)-ın 14 oğlu var idi: “Həsən,Hüseyn,...Ubeydullah,Əbu Bəkr.Bu sonuncu oğullarının anası isə Yalə bint Məsud əl Xənzəmiyyə bəni Təym idi.”(Yəqubi c.2,səh 213)

Şeyx Mufid “Həsən ibn Əlinin övladları” fəslində yazır: “Həsən ibn Əlinin övladlarının sayı 15 idi:

1)Zeyd....5)Ömər,6)Qasim,7)Abdulla.Bunların anası Umm Vələd idi.”(Mufid “İrşad” səh 194;“Tarix Yəqubi” c.2,səh 228;“Umdətul Talib” səh 81;“Fəslul muhim”səh 166)


əl İsfahani İmam Hüseyn və ailəsinin şəhid olması hadisəsindən bəhs edərkən yazır: “Onlardan biri də Əbu Bəkr ibn Əli ibn Əbu Talib idi.Onun anası Yalə bint Məsud....Əbu Cəfər deyir ki,onu Həmədandan olan bir nəfər öldürdü.əl Mədaini isə deyir ki,Əbu Bəkrin cəsədini yerdə gördüm və onu kimin öldürdüyünü bilmədim.” (İsfəhani “Məkatilun talibin” səh 142; bənzər nəql “Kəşful gimmə” c.2,səh 64; “Cilalul uyun” səh 582)

Yəqubi yazır: “İmam Həsən (r.a)-ın 8 oğlu var idi.Bunlar: “...Əbu Bəkr və Əbdurrahmən,Təlha və Ubeydullah idi” (Yəqubi c.2,səh 228;Qummi “Muntəxil aməl” c.1,səh 240)

İsfahani yazır: “Əbu Bəkr ibn Həsən ibn Əli ibn Əbu Talib Kərbəlada Hüseyn (r.a) ilə bir yerdə şəhid olmuşdu.Onu Ukbə əl Qanvi öldürmüşdü.”(İsfəhani “Məkatilun talibin” səh 87)

Məclisi yazır: “Ömər ibn Əli Hüseyn (r.a) ilə Kərbəlada şəhid olanlardan idi.Onun anası Umm Bənin bint əl Hizam əl Kiləbiyyə idi.”(“Cilalul əyun” səh 570)

Məsudi “Xəbərdarlıq və rəhbərlik” kitabında yazır: “Kərbəlada şəhid olan Hüseyn (r.a)-ın övladları bunlar idi: “Əli Əkbər,Abdulla,balaca oğlan və Əbu Bəkr.Bütün bunlar Hüseyn ibn Əlinin oğlanları idi.” (səh 263)

Məclisi Kərbəlada şəhid olan Hüseynin ailəsini qeyd edərkən yazır: “Hüseyn (r.a)-ın oğlanlarından şəhid olanlar məlum olduğu kimi Əli Əkbər və Abdulla idi ki,hansıki atasının qucağında canını tapşırdı.Bəziləri deyir ki,onun şəhid olan övladları arasında Ömər və Zeyd də var idi.”(“Cilalul əyun” səh 582)

İsfəhani yazır: “Ömər Zeyd ibn Əlinin ata,anası bir olan doğma qardaşı idi.Zeyd ibn Əlinin bioqrafiyası altında müəllif yazır: “Zeyd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib...Onun anası Umm Vələd idi.O,Muxtar ibn Əbu Ubeydə tərəfindən Əli ibn Hüseynə verilmişdi.Bu qadından İmam Zeynəlabiddinin Zeyd,Ömər,Əli və Xədicə adlı övladları olmuşdu...” (“Məkatilun talibin” səh 127)

“Fəslul muhim” kitabı və digər kitablarda “Əli ibn Əbu Talibin övladları”fəslində yazılır: “Ömər Bəni Təqlub qəbiləsindən olan qadından dünyaya gəlmişdi.Onu adı Səhba bint Rəbiyyə idi.O,Xalid ibn Vəlid tərəfindən Əyun Təmr döyüşündə əsir götürülənlərdən idi.Bu Ömər 85 il yaşadı və ona Əli (r.a)-ın mülkünün yarısı miras qaldı.Bu ona görə belə oldu ki,onun qardaşları Abdulla,Cəfər,Osman Hüseyn (r.a)-la birgə Kərbəlada şəhid olmuşdular.Ona görə də ona qardaşlarına çatan miras çatdı.” (“Fəslul muhim” səh 143;“Umdətul Talib” səh 361;“Kəşful-ğummə” c.1,səh 575)

Ərdəbili “Kəşful Ğummə”-də yazır: “Yenə deyirlər ki,Zeynəlabiddin ibn Hüseyni Əbu Bəkr adlandırırdılar.” (Ərdəbili “Kəşful Ğummə” c.2,səh 74,Növbəxti “Firəq əş şia” səh 177 (türk dilində)

İsfahani İsa ibn Mehrandan o da Əbu Salatə əl Xəravidən rəvayyət edir ki, “Bir gün Xəlifə Məmun məndən bir məsələ baradə soruşdu və mən dedim: “Bu məsələdə bizim Əbu Bəkr biliklidir.İsa ibn Mehran deyir ki,o Əbu Salətədən soruşdu: “Bizim Əbu Bəkr kimdir?”

O dedi: “Əli ibn Musa ər Rza bu künyə sahibi idi.Onun anasını isə Əbu Bəkrin anası çağırardılar.” (İsfəhani “Məkatilu talibin” səh 561-562)

Şeyx Mufid Musa ibn Cəfərin övladlarını və bu baradə ki,xəbərləri nəql edərkən yazır: “Museyyi Kazımın 37 uşağı var idi: “Əli ibn Musa ər Rza....Fatimə,Aişə,Ümm Sələmə” (“Mufid “İrşad” səh 302-303; Kəşful Ğummə” c.2,səh 237)

“İmam Zeynəlabiddin də qızlarından birinin adını Aişə qoymuşdu.” (Kəşful Ğummə” c.2,səh 90)

Həmçinin Musa Kazım ibn Cəfər (7-ci İmam) öz oğullarından birinin adını Ömər qoymuşdu.Bu baradə Ərdəbili İmam Museyyi Kazim övladlarından bəhs edərkən yazır.(Ərdəbili “Kəşful Ğummə”,səh 126)

İmam Zeynəlabiddin də öz oğullarından birinin adını Ömər qoymuşdu.Mufid “Əlinin övladları” fəslində yazır: “Əli ibn Hüseynin (Zeynəlabiddin) 15 oğlu var idi: 1) Muhəmməd Baqir (Əbu Cəfər),...6) Ömər (anası Umm Vələd idi) “(Mufid “İrşad” səh 261; (Ərdəbili “Kəşful Ğummə”,c.2,səh 105; “Umdətul Talib” səh 194;“Fəslul muhim” səh 209)

10-cu İmam Əli ibn Muhəmməd əl Hadi qızlarından birinin adını Aişə qoymuşdu.Mufid yazır: “Əbul Həsən 254-ci il rəcab ayında vəfat edəndə öz evində Samarrada dəfn edildi və özündən sonra övladları Əbu Muhəmməd əl Həsən... və qızı Aişəni qoydu.” (“Mufid “İrşad” səh 304)

Kərbəla düzündə kufəlilər tərəfindən şəhadətə yetirilən Hüseyn (r.a) ilə bərabər zalım düşmənə qarşı vuruşanlar qardaşları arasında Əli (r.a)-ın övladları:

1. Əbu Bəkr ibn Əli ibn Əbu Talib
2. Ömər ibn Əli ibn Əbu Talib
3. Osman ibn Əli ibn Əbu Talib
4. Əbu Bəkr ibn Həsən ibn Əli ibn Əbu Talib
5. Ömər ibn Həsən ibn Əli ibn Əbu Talib

Bu fakt bütün şiə qaynaqları tərəfindən təsdiqlənib. Müfidin “əl-İrşad”, Abbas əl-Qumminin “Muntehal Amal” və başqa şiə qaynaqları buna sübutdur.
Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir