Şiə kitablarında olan şirk


“İksir əd dəavat” kitabında belə bir fəsil var.Fatimə (r.a)-dan yardım istəmə fəsli.

Müəllif yazır: “Məkkədə iki rukət namaz qıldıqdan sonra üç dəfə təkbir gətirib,Fatimə (r.a)-ə təsbih gətirirsən.Bundan sonra səcdə edib,yüz dəfə “Ey mənim Seyyidəm,ey Fatimə! Mənə yardım et.” Sonra sağ yanağını yerə qoyub bunları təkrar edirsən.Sonra yenə səcdə edib,eyni sözləri deyirsən.Daha sonra sol yanağını yerə qoyub,bu sözləri təkrar edirsən.Sonra yenə səcdə edib,bu sözləri 110 dəfə təkrar edirsən.Sonra öz ehtiyyaclarını deyərsən.Allahın izni ilə bunlar qəbul olunacaqdır.” (kitab “İksir əd dəavat”)

Həmçinin Seyyid Həsən əl Əbtahi “Ənvar əz Zəhra” adlı kitabında ki,bu kitab Nasir Nəcəfi tərəfindən tərcümə olunub yazır: “İstiğarə namazından sonra Fatimə Zəhra (r.a)-a səcdə edilməsinə dair rəvayyətlər varid olmuşdur.Səcdədə 100 kərə “Ya Mövlayi ya Fatimə əğisini” deyə dua edilir.Əlbəttə biz onun adını səcdədə olduğumuz zaman zilr etməliyik.Ondan məğfirət istəyirik.Ona yönəlmək və ona səcdə etmək lazımlıdır.Çünki,insanın Fatimə (r.a) ilə danışması,ona yönəlib,onu özünə həmsöhbət etməsi,ondan başqasına səcdə etməsi məntiqli deyildir.” (“Fatimə (r.a)-a səcdə etmək caizmidir?” fəsli,səh 45)


“Miratul Ənvar mişkətul əsrar fi təfsirul Quran” adlı məşhur əsərində Seyyid Əbul Həsən əl Amili yazır: “Əli (r.a) dedi: “Mən yer üzündə yaşayan Rəbb və İmamam.” (səh 59)

Təfsir alimi Əyyaşi “Safi” təfsirində (c.2,səh 353) Kəhf 110 ayəsinin təfsirində buna bənzər rəvayyət nəql etmişdir.

Məclisi yazır: “Əli ibn Hüseyn (İmam Zeynəlabiddin) zalım hakimlər və şeytanın verə biləcəyi xətərlərdən qoruyur.Muhəmməd ibn Əli (İmam Baqir) və İmam Cəfəri Sadiq axirət aləmi ilə bağlı məsələlərdə və Allaha itaətdə yardım edir.Musa ibn Cəfərə (İmam Museyyi Kazım) gəldikdə isə onun vasitəsi ilə yaxşı,xoş anlarında Allahdan istədiyini dilə.İmam Əli ibn Musadan quru və dənizdə xeyir və əminlik istəyə bilərsən.İmam Muhəmməd ibn Əli vasitəsi ilə Allahdan ruzi istəyə bilərsən.İmam Əli ibn Muhəmməddən nafilə ibadətlərdə,qardaşlara yaxşı münasibət və Allaha itaət məsələlərində istəyə bilərsən.İmam Həsən ibn Əlidən axirət aləmi ilə bağlı məsələlərdə istədiyini istə.Sahibi Zamana gəldikdə isə,sənə o kəsici qılınc yetişdikdə ondan kömək dilə və o sənə kömək edəcəkdir.” (Məclisi “Biharul Ənvar” c.94,səh 33)

Məclisi bu hədisin şərhində buna bənzər digər rəvayyətlər də nəql edir.

Məclisi öz kitabında nə yazır: “Qiblə namaz qılanın arxasında qalsa da, qəbrə doğru namaz qılmaq olar...”
Məclisi kitabının həmin yerində imamların qəbrini ziyarət etməyin qaydasını açıqlayaraq deyir: “İmam Hüseynin qəbrini ziyarət zamanı, qəbrin baş tərəfində iki rəkət namaz qılırsan. Birinci rəkətdə Fatihə və Yəsin surələrini, ikinci rəkətdə isə Fatihə və ər-Rəhman sürələrini oxuyursan. Əgər, istəsən qəbrin arxasında da qıla bilərsən, amma baş tərəfində qılmaq daha əfzəldir. Bu iki rəkəti qıldıqdan sonra nə qədər istəsən namaz qıla bilərsən...” Daha sonra o, imamların qəbrini ziyarət etmək üçün əvvəlcədən necə qüsul almağı, ziyarətkahın qapısının önündə durub dua etməyi, əl sürtməyi, öpməyi, ora necə daxil olmağı, qəbrə doğru namaz qılmağı və.s
(“Biharul-ənvər” c.41 səh. 26 və ya c.97 sh.134 “Kitabul-məzar” bölümündə)

Xoi “Minhəcus-salihin” kitabının 562-ci məsələsində(sh.147)-də demişdir: “İmamların məşhədlərində(məqbərələrində) namaz qılmaq müstəhəbdir. Hətta, orada qılınan namazlar məscidlərdə qılınanlardan da əfzəldir. Əlinin qəbri yanında qılınan namaz, 200 min namaza bərabərdir.”

“Allah duanı ancaq İmamların adları ilə qəbul edər.”(“Vəsailuş şia” c.4,səh 139)

Hər kim bizim adımız ilə dua edərsə istəyinə çatar.Hər kim bizdən başqası ilə dua edərsə həlak olmuş olar və həlakını istəmiş olar.”(“Biharul Ənvar” c.23,səh 103)

Əbu Abdullah “ən gözəl adlar Allahındır,onlarla ona dua edin” (Əraf 180) ayəsi haqqında demişdir: “Allaha and olsun ki,biz “Əsmai hüsnayıq”.Allah heç bir quldan bizi tanımadığı müddətcə əməlini qəbul etməyəcəkdir.”(“Kəfi” c.1,səh 143-144)

Məclisi yazır: “İmam şiələrindən birinə məktub yazaraq deyir: “Bir ehtiyyacın olduğu zaman sadəcə dilini hərəkət elətdir.Həmin an sənə yetişər və duana cavab verərəm.” (Məclisi “Biharul Ənvar” c.22,səh 94)

Həmçinin yazır: “Əgər sənin Allahdan bir istəyin varsa,bunu vərəqə yaz və İmamlardan birinin qəbrinə qoy və ya bu vərəqi gilə batırıb,onu çaya vəya dərin quyuya at.Həqiqətən bu sənin ağana gedib çatacaqdır.” (Məclisi “Biharul Ənvar” c.94,səh 29)

Kuleyni və Məclisi yazırlar: “Allah Təala bütün məxluqatı yaratmamışdan 100 000 il əvvəl Muhəmməd,Əli və Fatiməni xəlq etmişdi.Məxluqat onların qarşısında təslimiyyət şəhadəti gətirdi və yalnız onlar öz istəklərinə görə halal və haramı təyin edə bilərlər.”(Kuleyni “Kafi” c.1,səh 441;Məclisi “Biharul Ənvar”c.25,səh 340)

Xomeyni yazır:

Şübhəsiz ki,şirk ehtiyyacını Allahdan başqasından onun rəbb və ya ilah olduğuna etiqad edərək istəməndir.Allahdan başqasının rəbb və ya ilah olduğuna etiqad etmədən istəməyə gəlincə bu şirk deyildir.Bu baxımdan ölü ilə diri arasında fərq yoxdur.İstər adam torpaqdan və ya daşdan ehtiyyacını tələb etsin,bu şirk deyildir. (“Kəşful Əsrar”səh 30)

“Batil bir əməl olsada daşdan vəya qayadan bir şeylər tələb etmək,istəmək şirk deyildir.Şübhəsiz ki,biz Allahın özlərinə qüdrət verdiyi İmamların və Peyğəmbərlərin müqəddəs ruhlarından mədət diləyirik.” (“Kəşful əsrar” səh 49)

Xomeyninin qəbirlər və onları ziyarət baradə fətvaları tamamən Peyğəmbər (s.a.s) adından uydurulmuş yalan hədislərə əsaslanır.Belə bir hədisi Xomeyni kitabında nəql edir:
“Peyğəmbər (s.a.s) Əli ibn Əbu Talibə dedi: “Ey Hüseynin atası! Şübhəsiz ki,Allah sənin və övladlarının qəbirlərini Cənnət məkanlarından bir məkan etmişdir və şübhəsiz ki,Allah yaratdığı məxluqatdan seçdiyi kimsələrin qəlblərinə sizin məhəbbətinizi yerləşdirmişdir.Onları sizin yolunuzda əziyyətə və məşəqqətə qatlananlardan etdi.Onlar ki,sizin qəbirlərinizi inşa edər,Allah və Rəsuluna yaxınlaşmaq qəsdi ilə sizin ziyarətinizə gələrlər.Məhz onlar mənim şəfaətimə nail olanlardır.

Ey Əli! Kim sizin qəbirlərinizi inşa edib,bərpa edərsə ona yetmiş Həcc savabı yazılar,bütün günahları silinər və anadan olmuş yeni körpə kimi təmizlənmiş olar.Mən səni bununla müjdələyirəm və səndə sevdiklərini heç bir gözün görmədiyi,qulağın eşitmədiyi və ağlın da təsəvvür etmədiyi nemətlərlə müjdələ.

Bundan başqa sizin qəbirlərinizi ziyarət edənləri zina edən qadını qınayanlar kimi qınayanlar olacaqdır.Məhz onlar bu ümmətin şərliləridir.Allaha and olsun ki,onlar mənim şəfaətimə nail olmayacaqlar.” (“Kəşful Əsrar” səh 84)

                Kitabın adı: Kəramət sahibləri Mövzu: Əxlaq Müəllif: Əbdürrəhman Baqirzadə Babuli

                                                                  «ÖLÜ YENİDƏN DİRİLİR»

Ayətullah Cəzayiri (Müfti Seyyid Təyyib) deyir:

Mən Pakistanda, xüsusilə də Pəncab məntəqəsində, Əhli- beytsevərlərin evlərinin üstündə bayraq görürdüm ki, üzərində "Ya Abbas" yazılmış və Həzrət Əbülfəzl bayrağı adı ilə məşhur idi. Bu işin fəlsəfəsi mənim üçün aydın olmadığından, onlardan təqlid etməyə hazır deyildim. Amma zaman keçdikcə onun xeyir-bərəkətini görürdüm. Mən də Nəcəf- Əşrəfdəki mənzilimdə bu bayrağı (pərçəmi) taxdım. Əlhəmdülillah, indiyə qədər ki, mənzilim Qum şəhərindədir, bu bayraq mənim evimin üstündədir və mən çoxlu fövqəladə kəramətlərini müşahidə etmişəm.

O cümlədən, Nəcəf-Əşrəfdə olduğum bir vaxtda, günlərin birində uşaqlarımdan biri ki, böyük qızım idi, güclü ishal olmuşdu. Mən çox ciddi yanaşmayıb, öz-özümə dedim ki, yəqin istidən olub. İnşallah cüzi dərmanlarla yaxşı olub keçər.

Günortadan sonra evə qayıdanda, anası dedi: Qıza bax, halı çox pisdir. Gərək onu həkimə aparaq. Elə bu vaxt qızım ayağa qalxıb, ayaqyoluna getmək istəyəndə, addım ata bilməyib yerə yıxıldı. Gözlərini yumdu və ağzı qıfıllandı. Nəbzi də vurmurdu.

Tez evin damına qalxıb Həzrət Əbülfəzlin bayrağını gətirib qızın başı üstə sərdim. O Həzrəti adıyla çağırmağa başladım. O biri uşaqlarıma da dedim ki, siz də Abbas, Abbas deyib, çağırın. Hamımız qışqırırdıq: Ey Abbas, ey Abbas! Mən gah ey Abbas deyir, gah da xəstə qızımın adını çağırırdım. Birdən gördüm ki, xəstə qızımın bədəni titrədi və gözlərini açdı. Soruşdum: Necəsən? Dedi: Yaxşıyam. Bundan qabaq elə bilirdim ki, dərin bir quyuya düşürəm və sizin səsiniz də uzaqdan gəlirdi ki, məni çağırırsınız. Həmin vaxt gördüm ki, bir şəxs əlini uzadıb məni tutdu və həmin qaranlıq quyudan çıxartdı. Bu əhvalatdan sonra, uşağın yaxşılaşmasına baxmayaraq, ehtiyat üçün onu xəstəxanaya apardıq. Orada qan analizi verdikdən sonra dedilər ki, zəhərlənibmiş, indi gərək xəstəxanada yata. Mən uşağın anasına dedim: İndi ki, Həzrət Abbas ona şəfa verib və halı da yaxşıdır, niyə onu xəstəxanada yatırdaq? Evə gəldik və qızımın halı lap yaxşılaşdı.


Burada isə Azərbaycanda satılan şiə kitablarında olan şirk:


                             




Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir