Şiələrin bizim
kitablardan gətirdikləri dəlilləri şərti olaraq,4 hissəyə ayırmaq olar.
1) Bariz yalan. Şeyx Muhəmməd
adı ilə tanınan Hoca Nəsrullah əl Hindi deyir: “Onlar (şiələr) mövcud olmayan kitablardan səhabələri məzəmmət edən və
şiələri tərifləyən rəvayyətlərə istinad edirlər.Bəzən onlar uydurma və yalan
sözləri məşhur sünni kitablarına isnad edirlər.” (Nəsir əl Qifari
“Usuluddin ində əimmətul ərba vahidətun” səh 77)
Sadə nümunə kimi onların
sevimli hədisi.”Hər kim dövrünün imamını
tanımadan ölərsə,o cahiliyyə ölümü kimi ölmüş olar.” Ayətullah Səid Fəqih
Kamal İmani bu hədisi “Peyğəmbər və əhli beyt bağından güllər” kitabında (səh
218) hədis №400 olaraq nəql etmişdir.Bunu nəql edərkən o utanmadan rəvayyəti
Buxarinin “Səhih” və Əhmədin “Müsnəd” kitablarına isnad etmişdir. Halbuki,bu mətnlə
rəvayyət nə Buxarinin,nədə Əhmədin kitablarında mövcud deyil.Şeyx Albaninin
dediyi kimi bu hədisin əsli yoxdur.
Saqaleyn hədisi. “Mən sizə iki qiymətli şeyi; Allahın
kitabını və əhli beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən
sonra heç vaxt yolunuzu azmazsınız.” Bu hədisi bir çox şiə alimləri
yalandan imam Muslimin “Səhih” kitabına isnad edirlər.Misal olaraq, Seyyid Muctəba
Musəvi Lari Bakıda 1996-cı ildə nəşr olunan “İmamət” kitabında (səh 42) nəql
etmiş və isnad olaraq, ”Səhih” kitabına işarə etmişdir.Halbuki,bu mətnlə hədis
“Səhih” kitabında yoxdur.
Bu müəllif möminlərin əmiri
Ömər ibn Xəttaba iftira ataraq yazır: “O,sübh
namazında “namaz yuxudan daha xeyirlidir” deməyi əmr etmişdir.” (səh 52)
İmam Əbu Davud “Sünən”
(№500, №501) kitabında Muhəmməd ibn Əbdulmalik ibn Əbu Məxzurədən o atasından,o
da babasından Peyğəmbər (s.a.s)-in ona azanı öyrədərkən,sübh namazı azanında “namaz yuxudan daha xeyirlidir” deməyi əmr
etdiyini nəql edir.
Həmçinin,imam Nəsai Əbu
Məxzurədən rəvayyət edir: “Mən Peyğəmbər
(s.a.s)-in müəzzini idim.Sübh namazı zamanı “xilas olmağa tələsin” sözlərindən
sonra “namaz yuxudan daha xeyirlidir” oxuyardım.Allah Əkbər,Allahu Əkbər.Lə
ilahə illəllah.” (“Sünən” №643)
Bu sözlərin azanda
olmasını təsdiqləyən Bilaldan varid olan hədis də vardır.Bunu ibn Macə “Sünən” №715-də nəql etmişdir.
Musəvi Larinin
kitabında biz daha bir yalan nümunəsi görə bilərik.O,yazır: “Tirmizinin “Səhih” kitabında deyilir:
“Suriyadan olan bir adam Abdullah ibn Ömərdən müvəqqəti nigah haqqında soruşdu.
Ibn Ömər dedi: “Bu haqqdır” Suriyalı dedi: “Məgər atan Ömər bundan bizi çəkindirməmişdi?”
İbn Ömər dedi: “Əgər bunu Ömər qoymurdusa,Peyğəmbər (s.a.s) buna icazə
vermişdi.Sən Ömərin sözlərinə görə sünnədən dönəcəksənmi?” (“İmamət” səh
52-53)
Bu rafizilərin növbəti yalan və hiylələrindən
bir nümunədir.Oxucunun diqqətinə Tirmizinin “Sünən” kitabında olan hədisi təqdim
edirəm.
“Əbd ibn Humeyd
- Yəqub ibn İbrahim ibn Sadd – atasından - Saleh ibn Keysandan - ibn Şihabdan -
Səlim ibn Abdullah Suriyalı bir adamın ibn Ömərdən həcc və ümrənin eyni zamanda
edilməsi (təməttu həcci) haqqında soruşduğunu nəql edir.
İbn Ömər dedi:
““Bu haqqdır” Suriyalı dedi: “Məgər atan Ömər bundan bizi çəkindirməmişdimi?”
İbn Ömər dedi: “Əgər bunu Ömər qoymurdusa,Peyğəmbər (s.a.s) buna icazə
vermişdi.Bu halda atamın göstərişinə tabe olacaqsan,yoxsa Peyğəmbər
(s.a.s)-in?” Suriyalı dedi: “Əlbəttə Rəsullahın!” İbn Ömər dedi: “Peyğəmbər
(s.a.s) belə edərdi.” (“Sünən”
№824,Həcc bölümü)
Onların digər yalan növü budur ki,bəzən şiə vəya
şiə meyilli müəlliflərin kitablarından sitatlar gətirərək,fəxrlə bu müəlliflərin
“möhtərəm sünni alimləri” olduqlarını deyirlər.Onlar şiə tarixçisi Məsudi,mötəzili-şiə
ibn Əbil Hədiddən sitatlar gətirirlər.
“Nəhcul bəlağa” kitabının Əhli Sünnə arasında
mötəbər bir kitab olmasını iddia edən şiələrə də rast gəlmişik.Bu kitab guya
möminləri əmiri Əli ibn Əbu Talibin xütbələri,məktubları və kəlamlarının
toplandığı bir məcmuadır.Şiə müəllifi ər Razi bunu Əli ibn Əbu Talibin vəfatından
təqribən 300 il sonra qələmə almışdır və bu kitabda siz müəllifi Əli (r.a) ilə
bağlayan heç bir ravi silsiləsinə rast gəlməzsiz.
Onların adlarla bağlı oynadığı çirkin oyunu qeyd
etmək yerinə düşərdi. İmam əd Dəhləvi və onun yoldaşları rafizilərin insanları
dində azdırmaq üçün ad və künyələrlə bağlı hiylələrini anlayan ilk şəxslər
olmuşlar.Onlar deyirlər: “Rafizilərin hiylələrindən biri də budur ki,
onlar Əhli Sünnət nəzdində etibarlı alimlərin adlarına baxırlar və əgər eyni
ada və ya ləqəbə sahib olan şiə alimləri varsa həmin şiənin rəvayyət etdiyi hədisi
o alimə nisbət edərlər. Əhli Sünnətdən bu barədə xəbərsiz olanlar elə düşünürlər
ki, bu adam öz imamlarından bir imamdır.Buna görə də sözünü diqqətə alır və rəvayyətinə
əsaslanırlar.əs-Suddi buna misaldır.Çünki, bu adda iki nəfər var. Onlardan biri
əs-Suddi əl-Kəbir,ikincisi isə əs-Suddi əs-Sağirdir. əl-Kəbir (İsmail ibn
Əbdurrahmən Suddi) Əhli Sünnətin etibarlı alimlərindən biridir, əs-Sağir (Muhəmməd
ibn Mərvan Suddi) isə rəvayyət uyduran və yalan danışanlardan biridir və o,
ifrata varmış bir rafizidir. Həmçinin, Abdullah bin Quteybə ifrata varmış bir
rafizidir, Abdullah bin Muslim bin Quteybə (Əbu Muhəmməd Abdullah ibn Muslim
ibn Quteybə öl.276) isə Əhli-sünnətin etibarlı alimlərindən biridir və “əl-Məarif”
adlandırdığı bir kitab yazmışdır, həmin rafizi də bir kitab yazaraq
(sünniləri) azdırmaq qəsdi ilə kitabını “əl-Məarif”
adlandırmışdır.” (Nasir əl Qifari “Usuluddin ində əimmətul ərba
vahidətun” səh 69-70)
Şiələr ibn Quteybənin “İmamət və siyasət”
kitabına tez-tez istinad edirlər. “Bu
kitab müsəlmanların imamına deyil, şiə olan ibn Quteybəyə aiddir” (“Usuluddin ində əimmətul ərba vahidətun” səh 72-73)
Bundan bəlkə də daha çox imam Təbəri əziyyət
çəkmişdir.Eyni dövr və eyni məkanda bu
adda iki adam mövcud idi.Muhamməd
bin Cərir bin Rustum ət-Tabəri rafizi və müsəlmanların imamı Muhəmməd ibn Cərir
ibn Yezid ət Təbəri.
Onlar həmçinin,bənzər
ad və künyələri olan sünnə alimlərindən hiylə məqsədi ilə də istifadə edirlər. Nümunə
üçün ibn Hacər.Bu ad çəkildikdə ağla ilk öncə ibn Hacər əl Əsqalani gəlir.Şiə
kitablarında belə bir ifadəyə rast gəlmək olur.”İbn Hacər nəql edib və rəvayyəti səhih görüb.” Halbuki,söhbət heç
də əl Əsqalanidən deyil,”Səvaiq əl muhriqa”nın müəllifi olan ibn Hacər əl Heytəmidən
gedir.Bu alim onun adaşı kimi şübhəsiz ki,hədis sahəsində mütəxəssis deyildi.
Belə hiyləni onlar imam Təbərinin misalında
da tətbiq edirlər.Onlar ət Təbəri adını yazmaqla oxucuda elə təəsürat yaratmaq
istəyirlər ki,söhbər məşhur təfsir alimi Əbu Cəfər Muhəmməd ibn Cərir ət Təbəridən
gedir.Halbuki,qəsd olunan “Zəhair əl uqbə” kitabının müəllifi Muhibbə ət Təbəridir.
2) İxtisarlı sitat gətirmə.
Nümunə olaraq, “Mən hikmət evi,Əli
isə onun qapısıdır” hədisi. Bu hədis Tirmizinin kitabındadır.Siz adətən şiələrin
bu kitaba,amma müəllifin öz rəyinə müraciət etmədiyini görərsiz. Halbuki,o
yazır: “Bu rəvayət qərib və münkərdir.”
(“Sünən” №3723)
Vəya onların imam Heysəminin “Məcməu zəvaid”
kitabına istinadı.Əgər şiə bu kitaba istinad edib,müəllifin rəyini gətirmirsə,bu
o deməkdir ki,müəllif rəvayyəti 99% zəif hesab etmişdir.
Həmçinin,istinadların çoxsaylı olması üçün
onlar kitablarında ilk öncə Təbəraniyə,sonra isə Heysəminin kitabına yer verirlər.Halbuki,Heysəminin
kitabı Təbərani və digər hədis alimlərinin kitablarından götürülmüş hədislərin
toplandığı məcmuadır.
Biz həmçinin,şiələrin ibn Macənin “Sünən”
kitabında keçən bu hədisi gətirdiklərinin şahidi oluruq: “Ümmətimin ən yaxşı hakimi Əlidir.”
Siz bu hədisi tam olaraq,gətirən şiəyə rast gəlmərsiz.Peyğəmbər
(s.a.s) buyurub: “Mənim ümmətimdə ümmətimə
qarşı ən mərhəmətli olan Əbu Bəkr,dində ən ciddi və sərt olanı isə Ömərdir.Ən
dürüstü Osman,ən yaxşı hakimi isə Əli ibn Əbu Talibdir.Allahın kitabının ən
yaxşı oxuyucusu Ubeyy ibn Kəbb,halal və haramı ən yaxşı biləni isə Muaz ibn Cəbəldir.İrs
və miras məsələlərini isə hamıdan daha yaxşı Zeyd ibn Sabit bilir.Diqqət! Hər
ümmətin bir “əmini” olmuşdur.Bu ümmətin əmini isə Əbu Ubeydə ibn əl Cərrahdır.”
(İbn Macə “Sünən” №154)
Səhabələrə qarşı olan kin onların gözünü və
ağlını örtür.
3) İkinci dərəcəli və olduqca zəif mənbələrin istifadə oluması.
Öz fikirlərini təsdiq və isbat etmək üçün şiələr “Lüğət” kitablarından
tutmuş, ”Firhistlər”ə kimi istənilən hər şeyə istinad edə bilərlər.Onlar adətən
“Kənzul Ummal” kitabına istinad edirlər.Bu kitab sadəcə hədis fihristidir
ki,burada rəvayyətlər sənədsiz olaraq nəql olunur və kitab zəif və uydurma hədislərlə
doludur. Onlar Həsqaninin “Şəvahid ət tənzil” kitabına istinad edirlər.Bu
kitabın ravi silsilələrinə nəzər saldıqda demək olar ki,kitab yalnız zəif,məchul
və yalançı raviləri tanımaq üçün bələdçi rolunu oynaya bilər.
Həmçinin,şiələrin istinad etdiyi mənbələr arasında
imam Zəhəbinin “Mizanul itidal” kitabına və ibn Hacər əl Əsqalaninin “Lisanul
mizan” kitabına rast gəlmək olar.Bu iki kitab zəif,yalançı və məchul ravilərin əlifba
sırasına görə toplandığı “lüğət”dir. Bu kitab ravinin adı,onun haqqında rical
alimlərinin fikri qeyd edilməklə (zəif,məchul,yalançı olması və s.) tərtib
olunmuşdur.Daha sonra müəllif nümunə olaraq,bu ravidən nəql olunan hədisi qeyd
edir.
Öz-özlüyündə belə hədislər şiələrdən başqa heç kim
üçün dəlil ola bilməzlər.Onların Suyutinin “Ləal məsnua” kitabından dəlil gətirdiyinə
şahid olmaq olar.Halbuki,bu kitabda müəllif zəif və uydurma rəvayyətləri
toplamış və mətnlərdə, ravi silsilələrində olan qüsurları açıqlamışdır.
4) Zəif və
uydurma rəvayyətlərə istinad.
Əmir əş Şabi deyir: “Bu ümmətdə Əli haqqında uydurulan yalanlar qədər heç kəs baradə yalan
uydurulmamışdır.”(”Fəvaid əl məcmua” səh 148, №187)
Zəif rəvayyətlərə misal çox gətirmək olar.Lakin,bəzilərini
qeyd etmək mümkündür. “Mən elmin şəhəri,Əli isə onun qapısıdır”, “Mənim Əhli
beytim Nuhun gəmisi kimidir”, “Kim mənim kimi yaşayıb,mənim kimi ölmək istəyirsə....”,
“Əliyə baxmaq ibadətdir.”,”Əli ən xeyirli məxluqdur” və s.