Şiə mənbələrində Əhli Beytə tən etmə və təhqir




Şeyx Saduq İmam Rzadan Əhzab-37 ayəsinin təfsirində yazır: “Peyğəmbər (s.a.s) Zeyd ibn Harisin evinə bir iş üçün getmişdi.Çatanda onun zövcəsi Zeynəbi çimərkən gördü və dedi: “Səni yardan Allah necə də Ucadır!” (“Uyun əxbər ər Riza” səh 112)

Əli (r.a)-dan rəvayyət olunur ki,o bir gün Peyğəmbər (s.a.s)-in yanına Əbu Bəkr və Ömər onun yanında olduğu zaman gəldi...İmam deyir: “Mən onunla Aişə arasında oturdum.Aişə mənə dedi: “Mənim və Peyğəmbər (s.a.s)-in kürəyindən başqa yer tapmadın? Əli dedi: “Yetər Aişə.” (“Burhan təfsiri” c.4,səh 225)

Başqa dəfə Əli (r.a) Peyğəmbər (s.a.s)-in yanına gələndə O Əliyə əli ilə işarə etdi və bura gəl(onun arxası) dedi.Aişə isə onun arxasında dayanmışdı.Əli yaxınlaşdı və Peyğəmbər (s.a.s) və Aişənin arasında oturdu.Aişə qəzəblənərək ona dedi: “Nədi,öz arxan üçün mənim əbamdan başqa yer tapa bilmədin?
Peyğəmbər (s.a.s) qəzəblənərək dedi: “Ey qırmızı yanaq! Mənim qardaşımı incidərək,məni incitmə.” (Kitab Səlim ibn Qeys” səh 179)

Fatimənin yanına Peyğəmbər (s.a.s) gələrkən o ağlayırdı.O,ondan soruşdu: Niyə ağlayırsan?Allaha and olsun ki,əgər mənim qohumlarım arasında ondan daha yaxşısı olsa idi,mən ona səni verməzdim.Mən bunu deyil,Allah belə qərar verdi.”


Bir dəfə də Peyğəmbər (s.a.s) Bureyda ilə onun yanına gələndə onu ağlayan gördü.Peyğəmbər (s.a.s) soruşdu: “Niyə ağlayırsan qızım?”

Fatimə: “Az yemək,çox iş,çox dərdimiz var.” (“Kəşful ğummə” c.1,səh 149-150)

Hüseyn (r.a)-əFatimə (r.a) və heç bir qadın süd verməyib.Onu Peyğəmbər (s.a.s) körpə olarkən öz baş barmağını onun ağzına qoyaraq süd verərdi.Körpə bunu sorardı və bu ona 2-3 günlük bəs edərdi.” (“Kafi”)

Əbu Abdullahdan: “Həqiqətən bu bizim fərcimiz (qadın cinsi orqanı) idi ki,əlimizdən zorla aldılar.” (“Furu əl Kafi” c.2,səh 141)

Burada söhbət Əli (r.a)-ın qızı Ümm Gülsümün Ömər (r.a)-ə ərə verilməsindən gedir.

Süfyan ibn Əbu Leyla Həsən (r.a)-ın yanına gəlib dedi: “Sənə salam olsun ey Möminləri alçaldan.” İmam dedi: “Bunu haradan biləsən?”

Süfyan dedi: “Sən Ümməti idarə etmək işini ələ aldın.Sonra bunu üzərindən atıb,bunu bu tirana verdin.” (“Rical əl Kəşşi” səh 103)

“Pis yoldaş,pis sahib” ayəsi Abbas baradə nazil olmuşdu.” (“Rical əl Kəşşi” səh 54)

Təbərsi özünün İmam Baqir haqqındakı kitabında belə rəvayyət edir: "Cəməl döyüşündə Aişənin kəcavəsinə ox atılanda Əmirəlmöminin Əli dedi: “Allaha and olsun ki, onun talağını verib azad etməkdən başqa çarəm qalmayıb. Ey Allah, nə ola indi burada Rasulullah (s.a.s)-ın "Ey Əli, məndən sonra arvadlarımın ixtiyarı sənin əlindədir” dediyini eşitmiş bir adam olaydı! Bunu eşidən bir nəfər ayağa qalxan kimi şəhid oldu. Daha sonra on üç kişi ayağa qalxdı. Onların ikisi Bədr döyüşünün iştirakçıları idilər. Onlar şahidlik etdilər ki, Rasulullah (s.a.s) Əli ibn Əbu Talibə belə dediyini eşitmişlər: "Ey Əli, məndən sonra arvadlarımın ixtiyarı sənin əlindədir".Belə olduqda Aişə ağlamış və onlar onun ağladığını eşitmişlər". (Təbərsinin "əl-Ihticac" əsəri, səh.82, Iran çapı,hic. 1302 )

“Bu dünyada kor olanlar orada da kor olacaqdır” ayəsi baradə əl Kəşşi yazır: “Möminlərin Əmiri Əli (r.a) Abdullah ibn Abbası,qardaşı Ubeydullahı lənətləyərək dedi: “Ey Allah! Filankəsin oğlanlarını lənətlə,onların gözünü kor et,necə ki,onların qəlblərini kor etmisən.Onların gözünün korluğunu qəlblərinin korluğuna işarə et.” (“Rical əl Kəşşi” səh 52)

Kuleyni Furu əl Kəfi əsərində yazır: “İmam Baqir Əli (r.a) haqqında dedi ki,onun yanında İslamı yeni qəbul etmiş iki zəif və dəyərsiz adamlar Abbas və Aqil qalmışdı.”

Kuleyni yazır: “Yezid ibn Müaviyyə İmam Zeynəlabiddinə onun qulu olmaq təklifi etdi.İmam onun qulu olmaq təklifini qəbul etdi və dedi: “Mən sənə istədiyin hər şeyi verəcəm.Mən tabe olunmuş qulam.Əgər istəsən məni özünə saxla,istəsən başqasına sat.” (“ər Ravda Kəfi” c.8,səh 235)

“Peyğəmbər (s.a.s) bəzən yatarkən öz üzü ilə qızı Fatimə (r.a)-ın döşlərinə üzünü qoyardı.” (Məclisi “Biharul Ənvar” c.43,səh 78)

İmam Rzaya oğlu olduqda dedilər: “Bizim aramızda heç vaxt rəngi dəyişən (qara) İmam olmamışdı.” İmam Rza: “Bu həqiqətən mənim oğlumdur” dedi.(“əl Kafi” c.1,səh 322)

Cəfər (İmam Həsən əl Əsgərinin qardaşı) açıq aşkar fasiq,utanmaz,şərəbxor idi.Onda kişilikdən az əlamət qalmışdı və o dəyərsiz biridir.”(“əl Kafi” c.1,səh 504)

Bu şiələri məşhur saytı. Şəkk edənlər daxil olub, oxuya bilərlər. Hədis № 265

http://www.al-shia.org/html/ara/books/lib-...hi2/3.html#ch37

Hədisin qısa tərcüməsibelədir.

Beləliklədə, Zurarə rəvayət edir ki: "Mən Əba Abdullahdan (Cəfər Sadiq) təşəhüd barəsindəsoruşdum vəo, belədedi: "Əttəhiyyətu vas-sələvatu...." Mən yenətəşəhüd haqqında soruşdum vəo, yenəbelədedi: "Əttəhiyyətu vas-sələvatu...." Mən oranı tərk edən zaman onun saqqalına yel (qaz havası) buraxdım və ona: " O, heç vaxt müvəffəq etməz" dedim " (Rical əl-Kəşşi", səh. 160, Hədis № 265).

Şiələrin mötəbər kitabları sayılan "Rical-əl-Kəşşi" əsərindəgöstərilmiş hədis Əhli Beytdən sayılan vəiki məşhur əshabənin nəvəsini təhqir edir. Çünki,"ضرطتفيلحيته" (Darattu fi lihyətihi) Yəni Zurara: "Mən onun (yəni Cəfər Sadiqin) saqqalına yel (qaz havası) buraxdım" demişdir. Bu ifadəaçıq aşkar İmam Cəfər Sadiqi (Allah ondan razı olsun) təhqir etmək üçün istifadəolunmuşdur. Məgər doğrudanmı Zurara Cəfər Sadiqin saqqalına yel (bağırsaqlardan gələn qaz havası) buraxsın ?

Zürarə deyir: “Allaha and olsun ki,əgər mən Əbu Abdullahdan eşitdiklərimin hamısını danışsaydım,onda kişilərin zəkərləri odun kimi olardı.” (Rical əl-Kəşşi"səh 123)

Əlidən rəvayyət olunur ki, o dedi: "Peyğəmbərlə birlikdə səfərə çıxdım. Ona xidmət etmək üçün yalnız mən var idim. Aişə də onunla idi. Amma bizim üçümüzə yalnız bir yorğan var idi. Buna görə də üstümüzə bu yorğanı atdıq, Peyğəmbər də bizim ikimizin (Əli və Aişənin) arasında yatdı. Peyğəmbər gecə namazına qalxarkən, əli ilə yorğanın ortasından döşəyə çatana kimi əydi. (yəni aralarında sərhəd çəkdi)."("Biharul-ənvar", 40/ 2)

Əlidən (r.a.) rəvayyət olunur ki, o dedi:"Bir səhər Peyğəmbər (s.a.s) bizə gəldi. Biz isə hələ yatağımızda idik. O dedi: “Əssələmu əleykum. Susduq, cavab verməyə utandıq. Yenə dedi: Əssələmu əleykum. Biz yenə susduq."

Necə olur ki, Peyğəmbər (s.a.s) iki dəfə salam verir, onlarda salam almırlar?

Həsən bin Əli babası Peyğəmbər (s.a.s)-in yanına kefsiz bir halda gəldi və ona gizlincə nə isə dedi. Onun rəngi dəyişdi. Qalxıb Fatimənin evinə gəldi. Sonra Əli də gəldi. O Əlinin(r.a.) əlindən tutub yavaşca silkələdi və dedi: Ey Həsənin atası! Fatiməni qəzəbləndirmə! Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər, razı olduğuna razı olarlar! ("Biharul-ənvar", 43/səh.42)

İbn Abbasdan rəvayyət olunur ki, Fatimə (bir gün) evinə gəldikdə, Əlinin başını Cəfərin ona bağışladığı kənizin qucağında gördü. Hər bir qadında olan qısqanclıq hissi ona güc gəldi. Baş örtüyünü bağlayıb, Peyğəmbərin yanına şikayətə getdi.("Biharul-ənvar", c 39, səh. 207;”əl Mənaqib “c.3,səh 342)

Əllamə əl Qummi Əbu Zərdən rəvayyət edir ki: “Mən Cəfər ibn Əbu Taliblə Həbəşistana hicrət etmişdim.Orada 4000 dinar qiyməti olan kəniz Cəfərə hədiyyə verilmişdi.Mədinəyə qayıtdıqdan sonra Cəfər (r.a) bu kənizi Əli (r.a)-a hədiyyə etdi ki,ona xidmət etsin.Əli (r.a) bu kənizi Fatimə (r.a)-ın evində saxlayırdı.Bir dəfə Fatimə (r.a) evə qayıdanda gördü ki,ərinin başı bu kənizin dizlərinin üstündədir.Fatimə (r.a) dedi: “Ey Əbul Həsən! Sən bunu etdin?

Əli (r.a) dedi: Muhəmmədin qızı,mən heçnə etməmişəm,nə istəyirsən?

Fatimə (r.a) dedi: Sən icazə verərsən mən atamın evinə gedim? Əli (r.a) buna razı oldu.Baş örtüyünü alıb,Fatimə (r.a) atasının yanına getdi.” (Şeyx Səduq”İləl əş Şərai” səh 163;Məclisi,”Bihar” c.43,səh 147)

Rasulullah (s.a.s) buyurdu: “Ey Əbul Həsən! Fatiməni qəzəbləndirmə.Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər,onun razılığına razı olarlar. (Məclisi,”Bihar” c.43,səh 42,hədis 42)

İshaq Səbii Harisdən o da Əlidən rəvayyət edir ki, “Bir dəfə Fatimə Rasulullah (s.a.s)-ə şikayət edərkən,Peyğəmbər (s.a.s) dedi: “Məgər sən ümmətin ən birinci İslama gələninə,ən ağıllı və ən elmlisinə ərə verdiyimdən narazısan?Məgər sən İmranın qızı Məryəm istisna olmaqla Cənnət əhli qadınlarının başçısı olmaq istəmirsən? Sənin iki oğlun isə Cənnət əhli gənclərinin başçısıdır.”(“Əməli ət-Tusi”səh 248)

İmam Cəfər buyurur: “Bir dəfə Fatimə (r.a) Peyğəmbər (s.a.s)-ə Əlidən şikayət edərək dedi: “Ey Allahın Rəsulu! Evdə nəyimiz varsa hamısını yazıqlara paylayır.” Peyəmbər (s.a.s) dedi: “Ey Fatimə! Qardaşım və qardaşım oğluna görə məni qəzəbləndirirsən? Onu qəzəbləndirmək məni,məni qəzəbləndirmək isə Uca Allahı qəzəbləndirmək deməkdir.”(“Biharul Ənvar”c.43,səh 153; “Kəşful Ğumməc.1,səh 473)

Fatimənin yanına Peyğəmbər (s.a.s) gələrkən o ağlayırdı.O,ondan soruşdu: Niyə ağlayırsan?Allaha and olsun ki,əgər mənim qohumlarım arasında ondan daha yaxşısı olsa idi,mən ona səni verməzdim.Mən bunu deyil,Allah belə qərar verdi.”

Bir dəfə də Peyğəmbər (s.a.s) Bureyda ilə onun yanına gələndə onu ağlayan gördü.Peyğəmbər (s.a.s) soruşdu: “Niyə ağlayırsan qızım?”

Fatimə: “Az yemək,çox iş,çox dərdimiz var.” (“Kəşful ğummə” c.1,səh 149-150)

İmam Əli uzun bir hədisdə buyurur: “...Sonra Peyğəmbər (s.a.s) qalxıb getmək istədikdə Fatimə ona dedi: “Atacan!Mənim ev işlərini görməyə taqətim yoxdur.Mənə bir xidmətçi ver ki,yardımçım olsun.Peyğəmbər (s.a.s) dedi: “Ey Fatimə! Xidmətçidən daha xeyirli bir şey istəyirsənmi? Əli Fatiməyə dedi: De ki,bəli.

Fatimə dedi: “Atacan! Xidmətçidən daha xeyirli? Peyğəmbər (s.a.s) dedi: “Hər gün 33 dəfə İzzət və Cəlal sahibi olan Allaha təsbih edir,33 dəfə ona həmd edir,34 dəfə isə ona təkbir edirsən.Dilinlə bunu deməklə öz tərəzinə min savab əlavə etmiş olursan.”(“Biharul Ənvar c.43səh 134; “Kəşful Ğummə”(43/134)

Əli bin Əbu Talibdən rəvayyət olunur ki, o dedi: “Mən Allahın yaxını, kəlamı, qəlbi və daxil olan qapısıyam. O qapıdansəcdə edərək, daxil olun, sizlərin günahlarınızı bağışlayım, mühsinlərin (savabını) daha da artırım. Mənimlə və mənim əlimlə Qiyamət qopacaq. Mənə yalnız batil(əhli) şübhə edər. Mən əvvələm və sonuncuyam, zahirəm və batinəm, mən hər şeyi bilirəm.”("Biharul-ənvar", c.39, səh 348)

Əbu Abdullahdan rəvayyət olunur ki, o dedi:"Bir dəfə Əli bir dəstə yaxınlarının arasında olarkən, bir kişi ona yaxınlaşaraq, dedi: Ey möminlərin əmiri! Mən qulumla çirkin əməl etmişəm, məni paklaşdır. O da kişiyə iki dəfə rədd cavabı verdi. Üçüncü dəfə o gəldikdə dedi: Ey kişi! Peyğəmbər sənin kimisinə üç cür hökm verərdi. Bunlardan hansını istəsən seç: 1-qılıncla başını kəsmək; 2-dağdan başı üstə yerə atmaq; 3-odla yandırmaq. O ağlayaraq, Əlinin(r.a.) onun üçün qazdığı, içərisində alovlar olan çalanın başında durdu. Bunu görən Əli(r.a.) ağladı və dedi: Ey filankəs! Qalx! Uca Allah artıq səni bağışladı. Bir daha belə etmə!"("Əl-Kafi, cild 7, səh.201)
Bu Allahın əmrini tərk etmək deyilmi?

Əbu Abdullahdan rəvayyət olunur ki, o dedi: "Ömərin yanına bir qadın gətirdilər. O qadın ənsarlardan olan bir kişiyə vurulmuşdu və onu ələ almaq istəyirdi. O(buna nail olmaq üçün) yumurtanın ağını götürüb, paltarının üstünə və ayaqlarına tökdü. Əli qalxıb o qadının ayaqlarna baxdı və onu (böhtançılıqda) ittiham etdi"("Biharul-ənvar", c.4, səh.303)

Əbu Abdullahdan: “Həqiqətən bu bizim fərcimiz (qadın cinsi orqanı) idi ki,əlimizdən zorla aldılar.” (“Furu əl Kafi” c.2,səh 141)

Burada söhbət Əli (r.a)-ın qızı Ümm Gülsümün Ömər (r.a)-ə ərə verilməsindən gedir.

Həbib bin Sabitdən rəvayyət olunur ki, o dedi: Əli və Fatimə arasında narazıçılıq var idi. Peyğəmbər (s.a.s) onlara (məsləhət vermək üçün) misallar çəkdi, sonra da uzanıb yatdı. O (Peyğəmbər ) yatandan sonra Əli gəlib onun bir tərəfində Fatimə də o biri tərəfində uzandı, onalrın aras düzəldi. ("Kəşvül-ğümmə", c1., səh 467
Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir