a)
On iki imamın peyğəmbərlərdən üstün hesab edilməsi.
Aydındır ki,onlar Əhli beytə Əhli Sünnətin baxdığı
kimi baxmırlar.İtaətə çağırdıqları Əhli beyt on iki imamdır.Bu on iki imamı da
peyğəmbərlərdən üstün hesab edirlər.
Alimləri seyyid Əmir Muhəmməd əl
Kazimi əl Qəzvini “Şiə fi aqaidihim və ahkamihim” kitabında (səh 73) yazır: “Əhli beytdən olan imamlar peyğəmbərlərdən
üstündürlər.”
Seyid
Şübbar kitabında yazır: “Məsum imamlar
İslam peyğəmbərindən başqa bütün peyğəmbərlərdən üstündür.” (“Şərhul ziyarətul camiə” səh 39)
Həmçinin,
yazır: “İmamlar Allah qatında elə böyük
məqama sahibdirlər ki,o məqama İslam Peyğəmbərindən başqa nə bir yaxın mələk,nədə
Peyğəmbər çata bilməz.” (“Şərhul ziyarətul camiə” səh
88)
Xomeyninin
yardımçılarından olan Ayətullah seyyid Əbdulhüseyn Dəstaqeyb kitabında yazır: “Bizim 12 imamımız,sonuncu peyğəmbərdən
başqa bütün peyğəmbərlərdən üstündürlər.”
(“əl Yəqin”,səh 46, “Darut taruf” Beyrut 1989)
Həmin kitabın “Kəbədə
doğum,məsciddə isə şəhidlik” fəslində isə yazır: “Əli ən pak və ən müqəddəs məxluqdur.”
Xomeyni “Hukumətul
İslamiyyə” adlı məşhur kitabında yazır: ”İmam
üçün tərifəlayiq elə bir məqam vardır ki,aləmin hökmranlığı,kainatın bütün zərrələri
ilə imamların vilayətinə və hökmünə boyun əyir.Məzhəbimizin əqidə əsaslarından
biri də budur ki,imamlarımız bir məqama sahibdir ki,o məqama nə
yaxınlaşdırılmış mələklər,nə rəsullar,nə də peyğəmbərlər sahib
olmamışdır.Əlimizdəki rəvayyət və hədislərdən çıxan nəticəyə görə ən böyük Peyğəmbər
(s.a.s) və imamlar bu aləmin yaradılmasından öncə xəlq olunmuş bir nurdular və
Allah onları özündən başqa heç kimin bilmədiyi bir məqama
ucaltdı.İmamlarımızdan rəvayyət olunur ki, ”Bizim Allah ilə aramızda bəzi
xüsusi hallarımız vardır.Ona nə yaxınlaşdırılmış mələklər,nə rəsullar,nə də peyğəmbərlər
sahib olmamışdır.Həmçinin,Fatimə Zəhra (r.a)-da belə bir məqama sahibdir... ” (“Hukumətul İslamiyyə” səh 52)
Bu ifadələri onun sələfləri olan Şeyx Səduq,Hurr Amili kitablarında öz
zamanlarında qeyd etmişdilər. Həmçinin,Seyyid Şübbar
yazır: “İmamlar Allah qatında elə böyük
məqama sahibdirlər ki,o məqama İslam
Peyğəmbərindən başqa nə bir yaxın mələk,nədə Peyğəmbər çata bilməz.” (“Şərhul ziyarətul camiə” səh 88)
Daha sonra
Xomeyni yazır: “Biz inanırıq
ki,imamların əmr və işləri digərlərindən fərqlənir.Biz məzhəbimizə görə
inanırıq ki,imamlarımızdan gələn hər bir əmr və işə vəfatlarından sonra belə
tabe olunması vacibdir.” (“Hukumətul İslamiyyə” səh 90)
Digər səhifədə yazır: “Daha öncə də
bildirdiyimiz kimi imamların təlimi Quranın təlimi kimidir və bu təlimlər hər kəs
üçün hər əsrdə və zamanda keçərli olub,ona tabe olmaq və tətbiq etmək
vacibdir.” (“Hukumətul İslamiyyə” səh 112)
Seyyid Nemətullah Cəzairi öz kitabında bunları
qeyd edir: "Bil ki, mütəvatir xəbərlərə
əsasən əshabələrimiz arasında Peyğəmbərimizin səma xəbərlərini ardıcıl olaraq
yerə çatdırmış sair peyğəmbərlərdən daha şərəfli olması məsələsində ixtilaflar
yoxdur. Onların arasındakı ixtilaf Əmirəlmömininin (Əlinin) və pak imamların öz
babalarından başqa bütün peyğəmbərlərdən üstün olub-olmaması məsələsindədir.Onlardan
bir dəstə adam bu fikirdədir ki, imamlar ululəzm (böyük peyğəmbərlər: Nuh,
Ibrahim, Musa, Isa və Məhəmməd əleyhissəlamlar ) peyğəmbərlərdən başqa, qalan
peyğəmbərlərdən üstündürlər, bu peyğəmbərlər isə imamlardan üstündürlər. Bəziləri
onların bir-birinə bərabər olduğunu deyirlər. Qalan əksəriyyət isə imamların
ululəzm və digər peyğəmbərlərin hamısından üstün olduğu fikrini irəli sürürlər
ki, doğrusu da budur" (“Ənvar
ən-Numaniyyə", c.1,səh 20-21)
Muhəmməd
Baqir Məclisi “Miratul uqul” əsərində “Elçi,peyğəmbər və mühəddis arasında fərq”
fəslində yazır: “İmamlar bizim Peyğəmbərdən
başqa bütün peyğəmbərlərdən üstündürlər.” (“Miratul uqul” 2/290)
Şiələrin
dəyərli şeyxi,alimi Zeynuddin Əbu Muhəmməd Əli ibn Yunis əl Amili ən Nəbatinin
qələmə aldığı “Sıratul mustəqim” kitabı haqqında məlumat vermək istərdik.Muhəmməd
Baqir Behbudi bu kitaba şərh yazmışdır.Müasir təqlid mərciilərindən olan Ayətullah
Əbul Məali Şihabuddin əl Hüseyni əl Məraşi “Riyadul əfahi” adlı kitabının müqəddiməsində
Nəbati haqqında yazır:
“İlk dərəcəli və öndə gələcək kitablardan
biri də tədqiqatçı alim şeyx Zeynuddin Əbu Muhəmməd ən Nəbatinin qələmə aldığı
“Sıratul mustəqim” kitabıdır.And olsun ki,bu kitab mövzusu baxımından çox dəyərli
bir kitabdır.”ər Rəvdat” müəllifi əllamə seyyid Murtəza Aləmulhudanın “Safi”
kitabından sonra buna bənzər bir kitab görməmişəm....”
Həmin bu Yunus əl Amili
ən Nəbati “Siratul mustəqim” (səh 1/20)-də deyir: “İmam Malik ibn Ənəs Əlinin fəziləti baradə çoxlu hədislər nəql
etmişdir və o imamı ulul-əzm peyğəmbərlərdən üstün hesab edirdi.”
Lənətullahi aləl kəzibin!
Allaha həmd olsun ki,imam Malikin sözləri bizə əsrlərdən bəri gəlib çıxmışdır və
orada belə bir küfr yoxdur! İbn Qeyyim yazır: “Rafizilər Allahın ən yalançı məxluqlarıdır.” (“əl mənarul munif
fis səhih və zəif” səh 171-172)
Bu sözləri yazan şeyx
necə də haqqlıdır! Onların imamları peyğəmbərlərdən üstün tutmaları azmış kimi
bu küfrü bizim alimlərə də isnad etmişlər.
Daha sonra
öz alimlərinin çoxunun Əli (r.a)-ni ulul-əzm peyğəmbərlərdən üstün görməsini
deyərək,yazır: “Alimlərimizin çoxu ümumi
rəhbərliyindən və dünya əhalisinin hamısının onun xəlifəliyindən istifadə etməsi
səbəbi ilə onu ulul-əzm peyğəmbərlərdən üstün hesab edirlər.”
Dünya əhalisinin
hamısı Əlinin xəlifəliyindən faydalanmışdırmı?! Şiə alimləri onun ulul-əzm peyğəmbərlər
xaricində bütün peyğəmbərlərdən üstün olması məsələsində həmfikirdilər.Bəzisi
ulul-əzm peyğəmbərləri üstün hesab edir,bəzisi də imamları onlardan üstün hesab
edirlər.Nəbatinin zamanında şiə alimlərinin çoxu imamları ulul-əzm peyğəmbərlərdən
üstün hesab edirdilər.Bu gün də imamların Muhəmməd (s.a.s) xaricində bütün peyğəmbərlərdən
üstün olduğunu açıq şəkildə deyirlər.Bunu təqiyyə ilə inkar edənlərə isə etibar
edilməz.
əl Amili Nəbati
həmin kitabda (1/101) “Əmirəlmöminin bir qrup peyğəmbərlərlə bərabər səviyyədə
olması” başlığı altında yazır: “Allah
Musanın duası ilə bir camaatı diriltmişdi.Əlinin duası ilə də Əshabi kəhfi
diriltmişdi.Sam ibn Nuhu və Həbəşilərin kralını dilitməsi rəvayyət edilmişdir.”
Daha sonra
(1/102) yazır: “Əlini balıqlar belə
salamlamışlar.Allah onu insanların və cinlərin imamı etmişdir.”
Nəbati
yazır: “Əshabı ona (Əliyə) deyirdi:
“Musa və İsa möcüzələr göstərirdi.Səndə bizə bir möcüzə göstər ki,qəlbimiz aram
olsun.” İmam onlara bir tərəfdən cənnəti,bir tərəfdən də cəhənnəmi göstərirdi.Onların çoxu dedilər ki,bu bir
sehrdir.Yalnız iki nəfər sabit qaldı.Onlara da Kufə məscidinin daşlarını yaqut
olaraq göstərdi.Onlardan biri də sonra küfr etdi,yalnız biri qaldı.” (“Sıratul mustəqim” 1/105)
Həmin səhifədə
yazır: “Bir xarici ilə bir qadın dava
etdilər.Əli kişiyə qışqıraraq “hoşt” dedi və adamın başı köpək başına
çevrildi.”
105-ci səhifədə
yazır: “Məhzum oğullarından birinin
yoldaşını diriltmiş,adam da “buyur,buyur ağamız!” deyərək qalxmışdı.İmam ona “sən
ərəb deyilsənmi” dedikdə,adam ona “əlbəttə ki,ərəb idim” dedi.Lakin,filan və
filankəsin vilayəti üzərində ölmüşdüm.Beləcə,dilim də cəhənnəm xalqının dilinə
çevrildi.”
107-ci səhifədə
yazır: “Siffindən qayıtdıqda Fırat çayı
ilə danışdı.Çay dalğalananda insanlar Fıratın şəhadət kəlməsini gətirərək,xəlifəliyin
onun olduğunu iqrar etməsini eşitdilər. İmam Sadiq babalarından rəvayyət edir
ki,imam Əli Fırat çayına qamışla vurduqda,çay dalğalandı və orada olan balıqlar
ona salam verərək,hüccət olduğunu təsdiq etdilər.”
Bu kitabı həmçinin,
böyük müctəhidləri Muhsin əl Əmin müqəddimədə tərifləyir və müəllifin fəzilətinə
dair bir dəlil hesab edir.Halbuki,həmin bu Muhsin əl Əmin “əş Şia beynə həqaiq
vəl əhvam” adlı kitabında şiələrin xürafatlardan və onlara nisbət edilənlərdən
uzaq olduğunu iddia edir.
ən Nəbati Bəyadi
kitabın (3/5)-da yazır: “Əbu Zərrin rəvayyətində
deyilir ki,imam Quranı cəm etdikdən sonra onu Əbu Bəkrin yanına gətirdi.Əbu Bəkr
orada özlərinin pisliklərini gördü və onu rədd etdi.Ömər Zeyd ibn Sabitə başqa
bir Quran cəm etməyi tapşırdı.Quranı təhrif etmək üçün imamın əlində olan nüsxəni
gətirməsini istədilər ki,onu yox etsinlər.Əmirəlmöminin bunu rədd etdi.Sonra
Xalid ibn Vəlidin əli ilə onu öldürməyə çalışdılar.Bu hadisə məşhurdur.”
Bu şiələrin
müsəlmanların əlində olan Quranın sabit olmamasına inandıqlarını isbat edən rəvayyətlərdən
biridir. Bu haqqda inşəallah gələcək
bölümlərdə bəhs edəcəyik.
ən Nəbati Bəyadi
(1/105)-də yazır: “İmam Əli ənik daşı
olan bir adama “Bir İsraili dayışır” dedi. Həmin şəxs dedi: “Ənik nə vaxtdan
İsrail oldu?” Əleyhissalam “bu adam beşinci gün öləcək” dedi.Həmin adam beşinci
gün öldü və dəfn edildi.İmam gəlib ayağı ilə qəbri ehmalca vurdu.Qəbrdə olan
ayağa qalxıb,dedi: “Əliyə cavab qaytaran Allah və Rəsuluna cavab qaytarmış
kimidir.” İmam ona dedi: “Qəbrinə geri qayıt!” O,qəbrinə girdi və qəbir
bağlandı.”
Zeynuddin əl
Amili Nəbatinin yazdığı və Ayətullah Məraşinin də təhqiq edib, rədd etmədiyi bu
kitab onlara görə dəyərli bir kitabdır.
b) Şiəliyə görə
imamların məsumiyyəti.
Onlara görə vilayət təkcə
Əhli beyti sevmək deyil,təyin olunmuş 12 imama,onların məsum olduqlarına və
sözlərinin Peyğəmbər (s.a.s) sözü kimi olduqlarına imandır.
Şeyx
Muhəmməd Rza Müzəffər yazır: “Biz
imamların da peyğəmbərlər kimi gizli vəya açıq,bilərək vəya bilməyərək əxlaqsızlıq
kimi bütün günahlardan uşaqlıq dövründən
ölənə qədər məsum olduğuna inanırıq.Həmçinin,onlar səhv,xəta və unutqanlıqdan
da uzaqdırlar.” (“Əqaidulil imamiyyə” səh 91,Beyrut)
Eyni
yerdə yazır: “Onların əmr və
qadağalarının Allahın əmr və qadağaları olmasına,onlara itaət və asiliyin
Allaha edilmiş itaət və asilik olduğuna,onların dost və düşməninin Allahın
dostu və düşməni olduğuna etiqad edirik.Onlara edilən etiraz Rəsullullah
(s.a.s)-a edilmiş etiraz kimidir.Peyğəmbər (s.a.s)-ə edilən etiraz da Allaha
edilmiş etiraz kimidir.”
Xomeyni kitabında yazır: “Biz inanırıq ki,imamların fəqihlərə bəxş etdikləri məqam hələ də davam
etməkdədir.Çünki,haqqlarında səhv və qəflət olduğunu təsəvvür etmədiymiz
imamlarımız müsəlmanların mənfəəti naminə hər şeyi əhatə edirlər.İmamlar özləri
də onlardan sonra bunun fəqihlər tərəfindən idarə olunacağını bilirdilər.” (“Hukumətul
İslamiyyə” səh 91)
Ayətullah
Seyyid İbrahim əz Zincani şeyx Səduqa istinadən yazır: “Peyğəmbərlər,rəsullar və imamlar haqqında etiqadımız budur ki,onlar hər
cür pislikdən və günahdan məsumdurlar.Nə kiçik,nə də böyük günah etməzlər. Əmr
olunduğu məsələlərdə Allaha asi olmazlar,onları tanımayan kafirdir.”
(“Əqaidul isna əşariyyə” 2/157,Beyrut)
Rza Müzəffər yazır:
60-cı səhifədə: “Ona görə biz etiqad edirik ki,imam gərək
Allah tərəfindən Peyğəmbərin dili ilə vəya digər İmamın dili ilə təyin
edilsin.”
61-ci səhifədə: ”İmam
uşaq yaşından ölənə qədər məsum olmalıdır.Onun üçün səhv etmə və yaddan çıxma
halı caiz deyildir.”
O,deyir ki,imamlar səhv
və unutqanlıqdan uzaqdırlar.Biz isə öz növbəmizdə yalnız imamların bu məsələ
barasində elə şiə mənbələrində nə dedikləri haqqında sitatlar təqdim etmək istərdik.
İmam Əli deyib: “İnsanların çoxları bir işdə çalışıb səy göstərdikdən sonra mədh və tərifi
şirin hesab edirlər. Amma, hələ qalmış və yerinə yetirmədiyim haqlar və
icrasında naçar olduğum vacibi əməllərin müqabilində Allaha itaətimə və sizinlə
xoş rəftarıma görə mənə gözəl təriflər deməyin. Mənə zülmkarlara (xoş gəlmək üçün) deyilən sözləri deməyin. Qəzəbli
insanlardan (qəzəblənmələrinə görə) çəkinərək
gizlədilən şeyləri məndən gizlətməyin. Zahirdə dostluq göstərmək, yaltaqlıq və (dil ilə) rüşvət verməklə mənimlə ünsiyyətdə olmayın. Mənim
barəmdə belə güman etməyin ki, əgər haqq deyilsə, o mənə ağır gələcək və mən
özümü böyük tutmaq istəyirəm. (Mənimlə haqq söz deyilməyən itaətsiz hakimlər kimi
davranmağınızı istəmirəm.) Çünki mən, Allahın mənim nəfsimə daha
malik və güclü olduğu yerlərdə kifayət etməsi istisna olmaqla, nə səhv etməkdən
yüksəkdəyəm, nə də öz işimdə ondan amandayam. (Buna
görə də buyurur:) Həm mən, həm də siz Ondan başqa tərbiyə edən və
yetişdirən olmayan Rəbbin ixtiyarındakı bəndə və quluq. O, bizim özümüzün
ixtiyarımız olmayan şeylərimizin maliki və ixtiyar sahibidir. (Buna
görə də böyüklük Ona layiqdir və Ondan başqalarının vəzifəsi bəndəlik və itaətkarlıq
etməkdir.) O bizi (içində) olduğumuz nadanlıqdan
çıxardaraq xeyrimizə olan elmə sövq etdi; bizim azğınlığımızı hidayət və doğru
yola çevirdi və bizə korluqdan sonra görmə bəxş etdi.” (“Nəhcul bəlağa” xütbə 207)
İmam Cəfər dedi: “Mənim ən yaxşı dostum mənə qəbahətlərimi
bildirəndir.” (Muhsin Hərrati “Yaxşılığa dəvət,pis işlərdən çəkindirmək” səh
15,”Əhli beyt evi” 2005 il)
Əli (r.a) deyir: “Allahım,
məni (günahımı)
bağışla ki, Sən onu daha yaxşı bilirsən. Mən yenə dönsəm (ikinci
dəfə onu törətsəm) sən bağışlanmağı da mənə qaytar. Allahım, mən
özümlə bağladığım və mənim ona vəfalı olduğumu görmədiyin əhdimi (əməl etməyi öhdəmə götürdüyüm itaət və
bəndəliyi) bağışla. Allahım, dildə Sənə yaxınlaşmaq istəyimi, ürəyimin
onun əksinə olmasını (işin əvvəlində
Sənə yaxınlaşmaq üçün ibadət və bəndəlik etsəm də, ondan sonra beynimə riya və
özünü göstərmək kimi fikirlər gəldiyinə görə) bağışla. Allahım,
gözümün ucunun işarələrini (gözünün
ucu ilə işarə edib möminə əziyyət verməyi və ya onun qeybətini edib arxasınca
pis danışmağı), boş söhbətlərimi, ürəyimin arzularını və dilimin
büdrəmələrini bağışla.” (“Nəhcul bəlağa”
xütbə 77)
İmam
Əli oğlu Həsənə Siffeyn döyüşündən sonra məktub yazaraq vəsiyyət edir.Bu məktub,vəsiyyət
uzundur.Oradan ixtisarlarla bəzi hissələr
belədir.Bu Nəhcul Bəlağada 31-ci məktubdur:
“...Bilmədiyin
şey barəsində söz söyləmə. Sənə aid olmayan şey barəsində söhbət etmə.
Azğınlıq olmasından qorxduğun yoldan çəkin...”
...Sonra
xalqın nəfsi istəklər və rəylərə uymaları səbəbindən şübhələrə düşüb ixtilafa
düçar olduqları şey barəsində sənin şübhəyə düşəcəyindən qorxdum. Onu sənin
yadına salmağa meylim olmasa da, mənim üçün onu möhkəmləndirmək, səni həlak və
məhvediciliyindən əmin olmadığım işdə təkbaşına buraxmaqdan daha xoşdur.
Allahın, onda sənə qurtuluş və nicat müvəffəqiyyəti əta etməsini və səni düz
yola hidayət etməsini diləyirəm. Beləliklə, bunları vəsiyyət edirəm sənə....
...Allahından kömək istə, müvəffəqiyyət qazanmağın
üçün Ona üz tut və səni şəkk-şübhəyə salan və ya zəlalət və azğınlığa
aparan bütün pis işləri tərk et...
Buna görə də
işlərdən hansısa sənə çətin gələndə, onu sənin ondan xəbərsizliyin və
nadanlığın hesab et. Çünki, sən yaradılışının əvvəlində nadan idin, sonra
bilik sahibi oldun. Sənin bilmədiyin,
düşüncənin barəsində sərgərdan qaldığı, görmənin azdığı və sonra görüb dərk
etdiyin şeylər çoxdur. Buna görə də yaradan, ruzi verən və gözəl əndamını xəlq
edəndən yapış. İbadət və bəndəliyin Ona olsun, Ona üz tut və qorxun Ondan
olsun...
Səninlə Özü arasında Onu səndən ayıracaq bir kimsə
qoymayıb. Səni Onun yanına şəfaətçi və vasitəçi aparmağa məcbur etməyib. Pis iş görəndə
tövbə etməyinə mane olmayıb,) cəza verməyə tələsməyib. Rüsvay edilməyə
layiq olduğun yerdə rüsvay etməyib səni. Tövbənin qəbul edilməsində səni əziyyətə
salmayıb. Günahlara görə səni sıxıntıya salmayıb və rəhmətindən naümid
etməyib. Hətta, sənin özünü günahdan saxlamağını yaxşı iş kimi dəyərləndirib. Sənin
günah və pis işini bir günah, yaxşı və gözəl işini isə on bərabər hesab
edib....
...etdiyin günah zamanı haqlayaraq səninlə fikrin arasında ayrılıq
salmasından qorx və çəkin. Həmin vəziyyətdə sən özünü məhv etmisən....Tamah və
hərislik dəvələrinin səni sürətlə həlak suyunun başına aparmasından çəkin...Arzulara
güvənmək və dalmaqdan çəkin.”
Allah xətrinə! Bütün
günah və səhvlərdən uzaq olan insan belə dua edərmi?!
İmam Zeynəlabiddin buyurur: “Ey Rəbbim! Öz ibadətlərimi
sayarkən,onları bir heç görürəm.Öz günahlarımı etiraf edərkən onları hədsiz
sayda görürəm.Sən heç bir quluna,hətta ən günahkar qulundan belə üz döndərməzsən.Elə
isə məni bağışla Ey Rəbbim!....İblis mənə sənə üz tutduğum anda,kiçik və
böyük günahlardan qaçınarkən yetişdi
ki,bunlar məni məhv edə bilərdilər.Mən günah edəndə və sənin qəzəbini qazananda
isə şeytan məni tərk etdi. (müxtəsərlə)
(“Səhifə səccadiyyə” dua № 32)
Çox qəribədir ki, www.alshia saytında haşiyədə yazılıb.”Bu duanı imam gecə namazlarından sonra
deyərdi və günahlarını etiraf edərdi.”
O,həmçinin duasında
deyir: “Ey Rəbbim! Günahlarımın ağırlığını üzərimdən
götürməni səndən diləyirəm.Bu ayaq üstə dayanmağa qoymayan yükü daşımada mənə
yardım et!.... Muhəmməd və onun əhlinə
salam göndər və özümə zülm etdiyimə görə məni bağışla!... Muhəmməd və onun əhlinə salam göndər və məni
günahları bağışlananların öncüsü et!.... “(“Səhifə səccadiyyə” dua №39)
İmam duasında: “....Məni öz əməllərimə görə məhv
etmə,mənim əməllərimə irad tutub,mənim gizli sirrlərimi faş etmə.Gizli olanları
üzə çıxartma və mənim əməllərimi ədalətlə mühakimə etmə.İnsanlardan ən yaxşı
olanlarına mənim qəlbimi açma və onlardan mənim utanacaq işlərimi gizlət.Onlara
məni rüsvay edəcək gizli əməllərimi açma....” (“Səhifə səccadiyyə” dua №41)
O,deyir: “Bu dəqiqə sənin önündə
günahların əlində oyuncaq olaraq günah və zəlalətlərə getməyə müsaid olan
dayanıb.İblis ona hücum etdi və qalib gəldi.Onda o sadəlövcəsinə ona əmr
etdiyini etmədi və təkəbürcəsinə ona yasaq etdiyini edirdi....” (“Səhifə səccadiyyə” dua
№31)
İmam həmçinin, duasında
deyir: “Ya Rəbb! Sənin qulun duaları
dilində,gözü aşağı dikilərək, önündə dayanmışdır.O,zəlilcəsinə başını əymiş və
Sənin daha yaxşı bildiyin qəlbinin gizli sirrlərini sənə etiraf etmişdir.O,dinməzcə
Sənin daha yaxşı bildiyin günahlarını sadalayır. O,Sənin əmrlərini pozmaqdan və
özünün pis addımlarından danışır ki,bunlara görə Sən onu alçaltdın,o günahlara
görə ki,onların dadı tez keçir və acılı aqibəti isə keçmək bilmir.” (“Səhifə səccadiyyə”
dua №31)
İmam deyir: “ Ey Rəbbim! Bu dayandığım yerdə mən kiçik və böyük
günahlarımdan,gizli və aşkar zülmlərimdən,keçmiş və indiki günahlarımdan tövbə
edirəm. Mən önündə hətta bundan sonra Sənə günahları haqqında danışmayacaq və
öncəki günahları ağlından belə keçirməyəcək bir adam kimi dayanmışam.” (“Səhifə səccadiyyə”
dua №31)
O,duasında deyir: “Ey Rəbbim! Səndən öz
cahilliyimə görə əhv və mənim günahlarımı bağışlamanı diləyirəm! ....Ey Rəbbim!
Önündə dayanarkən mən qəlbimin hər günah meyllərindən, günah baxışdan, günah
sözdən ki,ağzımdan çıxıb və sənin rızana tərs gəlir,istiğfar diləyirəm.Qoy mənim
əzalarım salamat və Sənin dəhşətli əzabından amanda olsunlar,o əzabından
ki,fasiqlər və zalimlər qorxu içində olacaqlar.” (“Səhifə səccadiyyə” dua №31)
SubhənAllah! Şiələrin bizim kitablarda Əbu Bəkr və
Ömərin belə sözlər dediyini oxuduqda nə hal alacaqlarını təsəvvür edirəm! Onlar
bu səhabələrin fasiq,zalım və cahil olduqlarını deməyə tələsərdilər!
Yuxarıdakı sitatlardan bu nəticə çıxır:
1)
İmamlar
(Allah onlardan razı olsun) səhv və günah edə biləcək digər adi insanlar kimi idilər.
2)
İmamlar
(Allah onlardan razı olsun) səhv vəya günah edə bilməzdilər və onlar yalandan
öz günah,zülm və cahilliklərini etiraf etmişlər.
c) Şiəliyə görə
imamların yaradılış keyfiyyəti.
Xomeyni “Zubdətul Ərbainə hadisən”adlı kitabında
yazır: “Ağah ol ki,ismət evinin əhalisi
(imamlar) aləmlərin yaradılmasından öncə qeybi məkanda Peyğəmbər (s.a.s)-ə şərikdirlər....Hədisi
şəriflərdə bunlar varid olmuşdur: “Ey Muhəmməd! Allah Təala vəhdaniyyəti ilə tək
idi.Sonra Muhəmmədi,Fatimə və Əlini yaratdı.Min il boyu gözlədilər.Daha sonra
Xaliq bütün əşya və məxluqu yaratdı.Onları da bunların xəlq olunmasına şahid
tutdu.Onlara itaəti məxluqatın üzərində vacib etdi.Məxluqun işlərini onlara həvalə
etdi.Onlar istədiklərini halal vəya haram edə bilərlər.Allahın iradəsinin
xaricində bir şey istəyə bilməzlər....
Onlar haqqında mötəbər
kitablarda varid olanlar ağılları heyrətə salır.Belə ki,özlərindən başqa heç kəs
onların həqiqət və sirrlərinə vaqif olmamışdır.Allahın salamı və bərəkəti
onların üzərinə olsun.” (“Zubdətul Ərbainə
hadisən” səh 232; Beyrut)
Xomeyninin nəzərdə tutduğu mötəbər kitabda bunlar
yazılıbdır.O,məhz buna əsaslanır.
“Kafi”də
İmam Rzadan gələn uzun bir hədisdə deyilir: ”Ümmətdən heç kim “İmamətin dəyərini,ölçüsünü və yerini
bilə bilərmi?Şübhəsiz ki,İmamət ölçü olaraq ən münasib,şərəf olaraq ən uca,yer
baxımından ən uca,insanların ona ağılları ilə,fikirləri ilə nail olma,ya da öz
istəkləri ilə İmam təyin etmədə ən uzaq olanıdır.... İmam günahlardan təmizlənmiş,qüsur
və nöqsanlıqlardan uzaqdır.Elm ona məxsusdur.O,dinin nizamı,müsəlmanların izzətidir.Münafiqlərin
qəzəbi və kafirlərin həlakıdır.İmam dövrünün adamıdır.Heç kim ona yaxınlaşa
bilməz,heç bir alim ona bərabər ola bilməz.Onun yerini heç bir şey tuta bilməz.Onu
dərk etmək üçün sayıla biləcək heç bir misal yoxdur.Heç bir şey onun kimi
deyildir,bənzəri yoxdur.Bütün bu fəzilətlər istənilmədən ona verilmişdir... İmamın bir şeyini dərk etməyə görə ağıllar azar,yaxşı
münasibətlər ortadan itər,ağıllar heyrət edər,gözlər pərişan
olar,həkimlər heyrət içində qalar,aqil adamlar cahilləşir,şairlər hikməti itirərdi.Buna
görə insan öz acizliyini və qüsurunu qəbul edər.Bunlar sadəcə bir İmama
aiddir.Bəs bütün İmamlar necə vəsf olunub,tanınır və ya onun hər hansı bir işi
necə başa düşülür? Onun məqamında və dərəcəsində
kim ola bilər?İmam alimdir,cahillik etməz.Nəzəri itidir,etdiyindən geri çəkilməz.Müqəddəs
və təmiz bir mədəndir.O,günahsız olaraq dəstəklənir.Müvəffəq olunmuş,səhvlərdən
və günahlardan əmin qılınıb.Bütün bunlar Allah qullarının üzərinə hüccət və məxluqatı
üzərinə şahid olması üçün ona məxsus edilmişdir.” (“Kafi” 1/199)
Rza Müzəffər yazır: “İmamın göstərişi Allahın,onu qadağası isə
Allahın qadağasıdır.Onlara itaət Allaha,onlara asilik isə Allaha asilikdir.”
(“Əqidətul İmamiyyə”səh 65)
Şiə təqlid mərcii olan
Mirzə Həsən əl Hairiyə belə bir sual verdilər.
Sual: “İmam
Əli Musa (ə)-dən daha fəzilətli olduğuna görə imamın “Mən Musanın əsasıyam”
sözünün mənası nədir? İmam Əli “məndən daha böyük ayət nədir?” deyərkən bu Musa
üçün bir möcüzə ola bilərmi? Ətraflı izah etmənizi xahiş edirəm.Təşəkkür edirəm.”
Cavab: “Bu
mübarək kəlmənin iki təfsiri və iki mənası vardır.
a) Əleyhissəlam özünü Rəsulullah
(s.a.s)-a nisbətdə Musanın əsası mərtəbəsində gördüyünü nəzərdə tutur.Özünün
elmi,möcüzələri və kəramətləri ilə qardaşının peyğəmbərliyini isbat edən ən
böyük ayət,ən böyük möcüzə olduğunu demək istəyir.
b) Musa (ə)-nın əsası üzərində
söz sahibidir.Onun vilayətinin təsiri olmasaydı Musanın əsası ilana dönməzdi.Böyük
nüfuzu və əzmli vilayəti ilə bütün peyğəmbərlərin möcüzələrinin, kəramətlərinin
təsirli olması üçün onlara yardım edən odur.O,ayəti-kübra və nəbəyyi əzimdir.” (“Din beynəs
sail vəl mucib” 2/72; Kuveyt)
Həmin kitabda (2/219)-da Hairiyə belə bir sual verirlər:
Sual: “Namazda Məsum imamın türbəsinin
önündə durmaq olarmı? Yəni,hərəmin içində namaz qılarkən,türbə onun arxasında
qalır.Məsum imamların övladlarından şəhid olan və salehlərin hökmü nədir? Müqəddəs
türbə önündə namaz qılmağın hökmü nədir?”
Cavab: “Namazda
məsumun türbəsinin önündə durmaq cazi deyil.İmamın türbəsinin önündə qılınan
namaz imamiyyə alimlərinin ittifaqı ilə batildir.Çünki,vəfatlarından sonrakı
hökm,həyatda olduqları hökmlə eynidir.Misal üçün, Əbulfəzl Abbasın türbəsinin
önündə namaz qılmaq,onun ehtiramına və məqamına qarşı ədəbsizlikdir.Namaz məsumun
pak qəbrinin önündən başqa digər yerdə qılınsa heç bir eybi yoxdur…”
Eyni kitabda (2/181)
Mirzə Həsən əl Hairidən soruşurlar:
Sual: “Xətiblərdən
Rəsulullah (s.a.s)-in nuru olduğunu eşidirik.Bu nur günəşin və ayın nurunu üstələyir.Bu
nurun keyfiyyətini açıqlayın zəhmət olmasa.”
Cavab: “Allahın
adı ilə! Bunu bil ki,Allah Təala şiə və sünnilərin ittifaq etdiyi kimi Peyğəmbər
(s.a.s)-in nurunu öz əzəmətinin nurundan yaratmışdır.Yəni,Allah ilk xəlq etmək
istədikdə müqəddəs,şərəfli bir nur yaratmış və onu özünə nisbət etmişdir.Bu
nurdan daha sonra Muhəmməd (s.a.s)-i yaratdı.İşıqdan çıxan işıq,oddan çıxan
qığılcım kimi bu nurdan möminlərin əmiri Əlini yaratdı…Digər məsumlar yəni,Fatimə
Zəhra və onun pak övladları da Əlinin nurundan yaradılmışdılar….Daha sonra bu
nurun işıntılarından digər peyğəmbərlər,mələklər və digər məxluqatı xəlq
etmişdi.”
Ayətullah Cəvad Təbriziyə
belə bir sual verdilər:
Sual: “Peyğəmbər və Əhli beytin ruhları
və bədənlərinin aləmlərin yaradılmasından öncə mövcud olması və Adəmin
yaradılmasından öncə var olması baradə fikriniz nədir? Çünki,Allah Təala
onların surətlərini ərşin çevrəsində qoymuşdu.Buna cavabınız nədir?”
Cavab: “Onlar (məsumlar) nurani
varlıqları ilə Adəmin yaradılmasından öncə mövcud idilər.Maddi varlıqları isə
bilindiyi kimi Adəmin yaradılmasından sonra olmuşdur.”(“Sıratun nəcat”
3/438-439,Kuveyt)
Yenə ona belə bir sual
vermişlər:
Sual: “Xanım Zəhranın eyni anda əti,qanı
və bədəni ilə qadınların müxtəlif məclislərində olmasına inanmaq caizdir?
Cavab: “Eyni anda müxtəlif məkanlarda
nurani surəti ilə olmasına heç bir maneə yoxdur. Çünki,nurani surət zaman və məkan
xaricindədir.Bədən olaraq da zaman və məkana ehtiyyac hiss etməz.Daha doğrusunu
Allah bilir.”
Müasir alim Əbdulhüseyn əl Əmini ən Nəcəfi deyir: “İmamlar İmam Əlinin sülbündən olan Allahın
övladlarıdır.”(“əl Ğadir” səh 214,216)
d)
Muhəmməd (s.a.s)-ə verilmiş bütün dərəcə və fəzilətlər imamlara da verilmişdir.
“Kafi”də bir hədisdə “Bir adam Əbu Cəfərə dedi: ”Ey Rəsullahın oğlu! Peyğəmbər (s.a.s)
daha elmlidir,yoxsa möminlərin əmiri Əli?
İmam Əbu Cəfər
dedi: ”Bu adamın nə dediyini eşidirsiniz?Allah istədiyi kimsənin qulaqlarını
açar.Mən onunla danışdım.Şübhəsiz ki,Allah Peyğəmbərlərin elmlərini Muhəmməd
(s.a.s)-də toplamışdır.Eyni zamanda bütün bu elmləri möminlərin əmirində də
toplamışdır.Bu adam da gəlib,onun yoxsa Peyğəmbərlərin daha elmli olduğunu
soruşur.” (“Kafi” 1/223)
Mühəddis
Şeyx Səduq “Fədailuş şia” kitabında “Əlinin mərtəbəsi Peyğəmbər (s.a.s) –in mərtəbəsi
kimidir” fəsili ayırıb və bu
fəsildə ilk olaraq Muhəmməd (s.a.s)-dən belə hədis rəvayyət edir:
“Niyə bəzi insanlar Allah qatında mənim dərəcəmə
bərabər birini xatırlayırlar?”
Seyyid
Şübbar kitabında yazır: “...Hər bir fəzilət
və dərəcəki Peyğəmbərə verilib,eyni ilə İmamlara da verilmişdir.” (“Şərhul ziyarətul camiə” səh 71)
Mühəddis
Şeyx Səduq “Fədailuş şia” kitabında “Əlinin mərtəbəsi Peyğəmbər (s.a.s) –in mərtəbəsi
kimidir” fəsili ayırıb və bu fəsildə ilk olaraq Muhəmməd (s.a.s)-dən
belə hədis rəvayyət edir:
“Niyə bəzi insanlar Allah qatında mənim dərəcəmə
bərabər birini xatırlayırlar?”
Bundan artıq “imamların
bizim peyğəmbər (s.a.s)-ə bərabər olduğunu” sözünü aydın şəkildə söyləmək çətindir.
Hər iki sitatı cəm edəndə bu nəticə çıxır: Şiələr 12 imamı digər bütün peyğəmbərlərdən
üstün hesab edir və onları Muhəmməd (s.a.s)-ə bərabər hesab edirlər. Onlar
Əlini Allahın adı hesab edirlər!
Dəstaqeyb Şirazi deyir: “Allahın
adı kainatın və bütün məxluqatın parçalarını əhatə edir.Fəqət,Allahın ismi azəm
(böyük adı) adı da vardır....Bu böyük söz Allahın müzəffər aslanı Əli ibn Əbu
Talibdir.” (“Quranın mənəvi dəyəri” fəsil “Əli ulu işarə,gözəl
söz və Allahın ulu adıdır.” səh 235)
e) Şiələrə görə
imamlara vəhy gəlir.
Seyyid Şübbar imam
Baqirdən rəvayyət edir: ”İmam vəhy mələyinin
səsini eşidir,amma onu nə həqiqətdə,nədə yuxuda
görmür.” (“Şərhul ziyarətul camiə” səh 17)
Həmçinin, yenə Şübbar
Peyğəmbər (s.a.s)-dən rəvayyət edir ki,O Əli haqqında demişdir: “Əgər bilmirsinizsə agah olun.Məndən sonra
bu adama vəhy gələcəkdir.”(“Şərhul ziyarətul camiə”səh
23)
İmam Baqir deyib: “Qədr gecəsi məsum imama
il ərzində baş verəcək hadisələrin izahı endirilir.” (“Şərhul ziyarətul camiə” səh 22)
f) Şiələrə görə imamlar Allahın şəriətini dəyişə
bilərlər.
“Kafi”də imam Rza deyir: ”İnsanlar itaətdə bizim qullarımız,dində isə bizim dostlarımızdır.” (“Kafi” 1/187)
Mühəddis Əbu Amr Muhəmməd
Kəşşi öz kitabında Həmdveyhin belə dediyini nəql edir: “Bizə Muhəmməd ibn
Hüseyn ona Həkəm ibn Miskin Səqəfinin ona Əbu Həmzə Məqil Iclinin ona Abdullah
ibn Yəfurun belə bir hədis danışdığını demişdir: “Mən Əbu Abdullahaha dedim: “Allaha and olsun ki, sən bir payı ikiyə
bölüb desən ki, bu halaldır, bu haram, mən sənin halal dediyinə halal, haram
dediyinə haram deyərəm. (Görəsən, Əbu Abdullah bunu inkar edib onun bu
sözünə rədd cavabı verdimi? Əlbəttə, yox) O
dedi: “Allah sənə rəhm eləsin, Allah sənə rəhm eləsin!”
(“Rical əl-Kəşşi”,səh.215,
Kərbəla çapı)
Ayətullah Meşkini yazır: "Mehdi
zühur edəndən sonra yalnız peyğəmbərlik mənsəbindən savayı, sonuncu peyğəmbərin bütün vəzifələrini icra edəcək. O cümlədən, O həzrətin ilahi hökmlər üzərində də hakimiyyəti olacaq.Yəni, zamana və cəmiyyətin tələblərinə uyğun olaraq, onlara dəyişikliklər edə biləcək” ("Vacib və haram" səh 8, №4)
Cəfər Sübhani “Şiə əqidəsinin
əsasları” kitabında (səh 258) yazır: “Buna
görə də əgər məsum imamlar bir məsələnin halal və haram olması baradə söz söyləsələr,onlara
tabe olmaq dinə tabe olmaq sayılır və bu dində bidət hesab olunmur.”
Yəni,bu alimlərə görə
istənilən 11 imam bir şeyə halal və haram hökmü verə bilər.Allahu Əkbər!
İmamların İslam şəriətini
dəyişdirə biləcəyindən əlavə onlar hələ insanlara yəhudilərin qanunlarına görə
hökm edirdilər!
Cuyəd əl Həmədani rəvayyət
edir: “Mən imam Zeynəlabiddindən
soruşdum. “Hansı qanunlara əsasən siz
hökm edirsiz?”
O,cavab verdi: “Davud nəslinin qanunlarına əsasən.Əgər
biz bir məsələ ilə bağlı çətinlik çəkiriksə cavabı Ruhul Qüdsdən alırıq.” (“Kafi” c.1,səh 695,№4 1036)
Ümumiyyətlə şiələrin
gözlədikləri 12-ci imam çoxlu maraqlı xüsusiyyətlərə sahibdir.
Məclisi “Kitab əl qeyb”
kitabında Mehdi baradə belə izahlar gətirir:
“Onun rəngi ərəblərin rəngidir,bədəni isə Yəhudilərin
bədəni kimidir.” (səh 138)
“O,iki qətər libası geyinəcək və Bəni İsrailə
oxşayacaqdır.” (səh 140)
Mehdi baradə maraqlı
keyfiyyətləri Numaninin “Qeyb”kitabında tapmaq olar. “Mehdinin təsviri və Quranda onun
haqqında olan ayələr” fəslində Numani İmam Muhəmməd Baqirin sözlərini gətirir.
Hədis 3-də yazır: “Onun alnında işarə,üzündə isə xal vardır.”
Hədis 4-də isə yazır: “Onun geniş qarnı,alnında işarə və gözəl
üzü vardır.”
g)
Şiələrə görə imamlar bütünlüklə hər şeyi bilir və hər elmə sahibdirlər.
İstənilən müsəlmandan
soruşanda ki,hər şeyi kim bilir,o mütləq “Allah” deyə cavab verəcəkdir. Şiədən
bunu soruşduqda isə o “imam” deyəcək.
Kuleyni öz kitabında Əbu Abdullahdan rəvayyət edir: “Əgər hansısa İmam onun başına nələr gələcəyini və sonunun necə
olacağını bilmirsə O Allahın qullarına hüccət sayıla bilməz.” (“Kafi” c.1,səh
427)
"Imamlar
nə vaxt öləcəklərini bilirlər və onlar özləri istəmədən ölməyəcəklər" başlığı altında Kuleyni Əbu Bəsirin imam Cəfər ibn
Baqirdən belə rəvayyət etdiyini yazır: "O
nə imamdır ki, qeybdən xəbəri olmasın,öz taleyini bilməsin.Allahın beləsini
İmam yaratdığını heç nə sübut edə bilməz" ("Kafi” "Kitab əl-huccə",
1/258)
Əllamə Məclisi kitabında imam Sadiqdən olan rəvayyətdə yazır: “Allaha and olsun ki,biz ilk və sonuncu
elmləri almışıq.” İmamın səhabələrindən biri qalxıb dedi: “Siz qeyb elmini
bilirsiz?”
İmam dedi: “Vay olsun sənə! Həqiqətən mən hər
şeyi,hətta qadın bətnində olanı da bilirəm.” (“Biharul Ənvar” 26/27)
“Miratul Ənvar mişkətul əsrar
fi təfsirul Quran” adlı məşhur əsərində Seyyid Əbul
Həsən əl Amili yazır: “Əli (r.a) dedi: “Mən
yer üzündə yaşayan Rəbb və imamam.” (səh
59)
Təfsir alimi Əyyaşi “Safi” təfsirində (c.2,səh 353)
Kəhf 110 ayəsinin təfsirində buna bənzər rəvayyət nəql etmişdir.
Halbuki,Allah Təala buyurur: “Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır.
Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə
bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.” (Loğman 34)
Kuleyni kitabının bir
neçə fəslini bu ayənin inkarına həsr edib.
O,kitabında “İmamların nə zaman öləcəklərini bilməsi və
yalnız öz istəkləri ilə öləcəyi” və “İmamlar
keçmişdə olanları və gələcəkdə olacaqları bilir və heç bir şey onlardan gizli
qalmaz” kimi fəsillər tərtib etmişdir. Quran ayələrini və bu fəsilləri
oxuduqda,bizə yalnız ayələri inkar edib,kafir olmaq,yada bu fəsilləri çirkin
bidət hesab edib,müsəlman olmaq qalır!
Cəfər Sadiq guya deyib: “Allaha and olsun ki,mən Quranı başdan sona
qədər bilirəm.Göylərin və yerlərin elmi,olmuş və olacaq hadisələr hamısı mənim
yanımdadır.” (“Şərhul ziyarətul camiə” səh
29)
Kuleyni Cəfər Sadiqdən rəvayyət edir: “Mən göylərdə və yerdə nə
olanları bilirəm. Cənnət də olanları bilirəm. Cəhənnəmdə olanları bilirəm. Bu
günə qədər olub keçənləri və olacaqlarıda.” (“Kafi” c.1,səh 431, hədis № 2
(674)
Kuleyni imam Cəfərdən rəvayyət edir: ".... Musa və Xızırın yanında olsaydım, onlara deyərdim ki, mən
onların hər ikisindən çox bilirəm və onlara bildiklərini xəbər verərdim;
Çünki,Musa və Xızıra keçmiş şeyləri bilmək
bacarığı verilib, onlara gələcəkdə olacaq və Qiyamət gününədək olan hadisələri
bilmək bacarığı verilməyib"(“Kafi” c.1, səh 431, hədis № 1 (673)
Allahu Əkbər! Bundan da böyük bidət ola bilərmi?!! Uca Allah Quranda
buyurur: “De: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir
zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün
xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir
qövm üçün qorxudan və müjdələyənəm". (Əraf 181)
Allah həmçinin buyurur: “De: "Allahdan başqa göylərdə və yerdə
olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər”
(Nəml 65)
Uca Allah buyurur: “Qeybin açarları Onun yanındadır, Onları
yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan
yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir
yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.”
(Ənam 59)
Həmçinin: “De:
"Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də
bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana
tabe oluram". De: "Məgər korla görən eyni ola bilərmi? Məgər
düşünmürsünüz?" (Ənam 50)
Allah özünün hər şeyi və
qeybi bildiyini,peyğəmbər (s.a.s) isə qeybi bilmədiyini buyurur! Şiələr iddia
edir ki,imamlar hər şeyi bilir və onlara bunu peyğəmbər (s.a.s) öyrətmişdir!
“Kafi”də Əbu Abdullah deyir: ”Əgər imam
bir şeyi öyrənmək istəsə Allah bunu ona mütləq öyrədər” (“Kafi” 1/258)
“Kafi”də bir hədisdə “İmam Rza deyir:
”Biz yer üzündə Allahın əmin qıldığı şəxslərik.Bəlaları
və müsibətləri bilmək elmi,ərəblərin bütün nəsil və nəsəbləri,İslamın zühuru
bizim əlimizdədir. Biz adamı görən
kimi onun mömin və ya münafiq olduğunu təyin edə bilirik. Bizim şiələrimizin və
onların ata-babalarının adları əvvəlcədən yazılıb, Allah bizimlə və onlarla əhd-peyman
bağlayıb" (“Kafi” "Kitab əl-Huccə" fəsli 1/223)
Seyyid Şübbar imam Rzadan
rəvayyət edir: “Biz adama baxdıqda onun
münafiq,yoxsa mömin olduğunu bilirik.” (“Şərhul ziyarətul camiə” səh 26)
Bütün deyilənlərə əsasən
şiələrə görə imamlar peyğəmbər (s.a.s)-dən daha çox biliklidir! Axı Uca Allah
buyurur: “Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var.
Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz
ki onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir
əzaba qaytarılacaqlar.” (Tövbə 101)
Peyğəmbər (s.a.s)
münafiqləri tanımırdı! Axı qəlblərdə olanı Allahdan başqa heç kəs bilməz! Şiə
imamı isə adama baxdıqda onun qəlbinin sirrlərini bilir.
i) Şiələrə hədislərinə görə Əli insanları cənnət və cəhənnəmə göndərəndir.
Ayətullah Dəstaqeyb Şirazi Əli (r.a)-nin
adından rəvayyət edir: “Əli ibn Əbu
Talib demişdir: “Ey Haris! Hər ölən adam məni görür.Sən həmçinin məni Sirat
körpüsünün başında görəcəksən.Mən orada Cənnət və Cəhənnəmi insanlar arasında
bölmək üçün olacam.Mən pisləri Cəhənnəmə,yaxşıları isə Cənnətə göndərəcəm.” (“Quranın mənəvi dəyəri” fəsli “Əlinin dəfni” səh
257;İngilis dilində)
Allahu Əkbər! Halbuki,Allah Təala buyurur: “Rəbbi onlara belə cavab verdi:
"Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, –
heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin,
öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların,
vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağacları
altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən
bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır".” (Ali
İmran 195)
Yenə buyurur: “Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi:
"Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə
inanıb onlara yardım etsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl
bir borc versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi ağacları
altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan
sonra kafir olsa, bilsin ki, artıq o, doğru yoldan azmışdır" (Maidə 12)
Hər kəs ölüm ayağında olarkən, Əlini görəcək sözlərinə gəlincə, Ayətullah
Dəstaqeyb buna belə izah gətirir: “Əli eyni
anda min ayrı yerdə göründü.Onun ruhu təkdir.Lakin,bu ruh ilahi təcəllidir.Allamə
Məclisinin dediyinə görə mümkündür ki,istənilən an minlərlə insan ölüm
anındadır.Əli onların ölüm anlarında iştirak edə bilər.”
Sonra yazır: “Əli hər şeydir və O bütün
dünyanı əhatə edə bilər.” (“Quranın mənəvi dəyəri” fəsil “Hər zaman minlərlə
insanın yanında olması” səh 256)
Maraqlıdır ki,görəsən bu alim “Əli bir ilahdır” sözünü daha açıq şəkildə
söyləyə bilərdimi?
Şiələrin "Ələl əş-şəriə" kitabında
yazılır:” Qiyamət günü Allah sağ tərəfdəki qullarına deyəcək:
"Bu Əli bin Əbi Talibdir. Cənnətin Sahibidir. İstədiyini ora
daxil edər." sonra isə
soldakılara
deyəcək: "Bu Əli bin Əbi Talibdir. Atəşin sahibidir. İstədiyini
ora daxil edəcək."
Şiələr iddia edirlər ki,12 imama xüsusi bir bulud verilmişdir! Şeyx Abbas Qummi “Sahibuzzaman” kitabında yazır: “İmam Mehdiyə Allah tərəfindən xüsusi ildırım və doluları ilə
bulud verilmişdir. Bu məsum buluda
binib,yerin və göyün yeddinci qatlarına gedə bilər.” (“Sahibuzzaman” səh 40, 2004 il)
Kuleyninin yazdığına görə guya imam Baqir
deyib: “Biz Allahın qapısı,onun sözü(dili),üzü və məxluqatda görən gözüyük.”
(“Kafi” c.1,səh 235,№ 356)
Məclisi yazır: “Səməa
ibn Mehran rəvayyət edir ki,o Əbu Abdullahın yanında olanda birdən göyün üzünü
qara buludlar aldı və ildırımlar çağmağa başladı.İmam Əbu Abdullah dedi: “Bütün
bu ildırım və göy gurultuları ancaq sizin sahibinizdən gəlir.”
Biz soruşduq: “Bizim sahibimiz kimdir?”
İmam dedi: “Bu Əli ibn Əbu Talibdir” (“Biharul Ənvar” 27/33)
Onlar 11-ci imama bu sözləri isnad etmişlər. Abbas Qummi, “Əndişeye-hadi” nəşriyatı tərəfindən, Azərbaycan dilində
2004 ildə çap olunmuş, “Sahibazzaman” kitabının 14-cü səhifəsində yazır ki,
imam deyib: “Biz peyğəmbərlərin canişinləri
(ana) qarında deyil böyründə olarıq. Ananın bətnindən yox, budundan dünyaya gəlirik.”
Guya möminlərin əmiri Əli ibn Əbu Talib (r.a) demişdir: “Mən Allahın gözü,onun əli,ona yaxın olan və
qapısıyam.” (“Kafi” c.1, səh 235,№ 357)
Şübbar isə imamları yarı ilahlıq səviyyəsinə qaldıraraq deyir: “.....Sizin
sözlər Allahın sözündən kiçik,bütün məxluqatın sözlərindən isə əfzəldir.” (“Şərhul ziyarətul camiə” səh 158)
Qısa nəticə çıxardaq: Şiələrə görə 12 imam Allah tərəfindən təyin olunur,
onlar bütünlüklə günah və səhvlərdən uzaqdırlar.Onlar şəriəti istədikləri vaxt
dəyişə bilərlər.Onlar Muhəmməd (s.a.s)-dən başqa bütün peyğəmbərlərdən
üstündürlər.Onlar bütünlüklə keçmişdə olmuş,gələcəkdə olanları bilir və yalnız
öz istəkləri ilə ölürlər...Bu siyahını çox uzatmaq olar.Lakin,biz bununla kifayətlənirik.
j) İmamların xüsusiyyətləri baradə həddi aşmaları.
Şiələrə görə imamların
xüsusiyyətləri və sifətlərini bilmək üçün onların mötəbər kitablarında mövcud
olan fəsil başlıqlarını qeyd etmək kifayətdir.Bu fəsil adlarını oxuyan hər kəs
Allahın izni ilə onların imamları ilahlıq dərəcəsinə qədər qaldırdığının şahidi
olacaqdır.
1 – “Siqətul İslam” ləqəbi ilə tanınan Muhəmməd ibn
Yəqub əl Kuleyninin “əl Kafi” əsəri
Ayətullah Əbdulhüseyn
Musəvi “Muraciət” kitabında yazır: “Sünnə və rəvayyətləri özündə əhatə edən ən mötəbər mənbə “Kütubi-ərbəə”dir ki, indiyə kimi 12 imami şiələrin üsulid-din və
firuid-dində dəlil və mənbələri sayılır. “Kütubi-ərbəə” mərhum Kuleyninin
“Kafi”, Şeyx Tusinin “Təhzib” və “İstibsar”, mərhum Səduqun “Mən la yəhzuruhul-fəqih”
kitablarından ibarətdir. Bu kitabların mötəbərliyində heç bir şəkk-şübhə
yoxdur. Onların içərisində “Kafi” o birilərindən daha qədim və əzəmətlidir.Orada
altı sünni hədis kitablarından daha çox olan 16199 hədis vardır.” (Məktub 110)
“Usuli Kafi”nin fəsilləri (c.1,Beyrut)
“İmamlar Allahın əmrləri
və elminin xəzinadarlarıdır”fəsli
“İmamlar Allahın yer üzərindəki xəlifələri,özündən
gələn qapılarıdır” fəsli
“İmamlar Allahın nurudur” fəsli
“Allahın kitabında zikr edilən ayələrin
imamlar olması” fəsli
“Allah və Rəsulunun kainatdan fərz qıldlğı
şeylərin imamlarla bərabər olması” fəsli
“Elmdə
dərinlik sahibi olanlar imamlardır” fəsli
“Allahın qulları içərisindən seçdiyi və
kitabına varis etdiyi kimsələrin imamlar olması” fəsli
“İmamlar
bilmək istədikləri zaman bilərlər” fəsli
“İmamların
nə zaman öləcəklərini bilməsi və yalnız öz istəkləri ilə ölə biləcəkləri” fəsli
“İmamlar
keçmişdə olanları,gələcəkdə olacaqları bilir və heç bir şey onlardan gizli
qalmaz” fəsli
“Allah
Peyğəmbərinə öyrətdiyi bir elmi möminlərin əmirinə də öyrədilməsini əmr etməsi və elmdə onun şəriki
olması” fəsli
“İmamlar üzərləri örtülsə belə hər kəsin lehinə
və əleyhinə olanları bildirirlər” fəsli
“Din
ilə bağlı məsələlərdə Rəsulullah (s.a.s)-a və imamlara üz tutulması”fəsli
“Quranın
imama hidayət etməsi”fəsli
“Allahın
Quranda zikr etdiyi nemətin imamlar olması”fəsli
“Əməllərin
Peyğəmbər (s.a.s)-ə və imamlara ərz edilməsi”fəsli
“İmamlar
elmin mənbəyi,Peyğəmbərlik ağacı,mələklərin gediş-gəliş məkanı olması”fəsli
“İmamlar
elmin mənbəyidir və elmi bir-birilərinə miras buraxarlar”fəsli
“İmamların
Peyğəmbər (s.a.s)-in,bütün əvvəlki peyğəmbərlərin və öncəki vəsilərin elminə
miras olmaları”fəsli
“İmamların
yanında Allah tərəfindən nazil olan bütün kitabların olması və dillərinin fərqli
olmasına baxmayaraq onları bilməsi”fəsli
“İmamlar Davud və Davud ailəsinin hökmü ilə
hökm edərlər.Dəlil istəməz və soruşmazlar.” fəsli
“Quranı
tam olaraq yalnız imamların bir araya cəm etməsi və Quranı tamamən bilmələri”fəsli
“İmamların
cümə gecəsində daha çox istəmələri”fəsli
“İmamların
mələklərə,peyğəmbərlərə və elçilərə çatan bütün elmlərə sahib olmaları”fəsli
“İmamlarda bütün kitablar vardır və onları
dilləri müxtəlif olsa da oxuyub anlaya bilirlər.” fəsli
“Möminlərin bütün əməllərini imamlar və Peyğəmbər (s.a.s) tərəzidə çəkəcəklər”
fəsli
“İmamlar peyğəmbərlərdən daha alimdirlər” fəsli.
Bu fəsildə 30 rəvayyət nəql olunur.
2 - Müctəhidlərin sonuncusu mühəddis Əllamə Muhəmməd
Baqir Məclisinin “Biharul Ənvar” kitabının 23-27 cildlərində İmamətlə bağlı
bablar:
“Allah
Təalanın qulların əməllərinə baxması məqsədi ilə imam üçün bir sütün
yaratması”fəsli
“Öz şiələrinin hallarından və imamların
ehtiyyac duyduqları elmlərdən heç bir şeyin gizli qalmaması,başlarına gələcək bəlaları
bilmələri,bunlara səbr etmələri,bu bəlaların dəf olunması üçün Allaha dua etsələr,dualarının
qəbul olunacağı,qəlblərdə olanı, ölümlər,doğumlar və bəlalarla bağlı elmləri
bilmələri”fəsli
“Mələklərin və Peyğəmbərlərin bütün elmlərinə
sahib olmaları,Allahın Peyğəmbərlərə bəxş etdiklərinin onlara da bəxş
edildiyi,hər bir imamın özündən əvvəlki imama bütün elmi bildirdiyi və yer
üzünün alimsiz qalmayacağı”fəsli
“Peyğəmbərlərin kitablarının imamlar yanında
olması və bu kitabların dilinin fərqli olmasına baxmayaraq onları bilmələri”fəsli
“İmamların
dilləri və lüğətləri bilmələri və bunlarla danışa bilmələri”fəsli
“İmamların
nə vaxt öləcəklərini bilmələri və bunu ancaq öz istəkləri ilə qəbul edəcəkləri”fəsli
“Ölümdən
sonrakı halları,ətlərinin yerə haram olması və göyə yüksəlməsi”fəsli
“Öldükdən
sonra da görüldükləri və özlərindən qəribə hallar izhar etdikləri”fəsli
“Adlarının ərş,kürsü,lövhi məhfuz,mələklərin
alınları,Cənnətin qapısı və digər yerlərdə yazılması”fəsli
“Cinlərin imamlara görünməsi,xidmət etmələri
və dinlərini onlardan öyrənmələri”fəsli
“Ölüləri diriltməyə,əbras xəstələrini,korları
sağaltmağa,peyğəmbərlərin bütün möcüzələrini
etməyə qadir olmaları”fəsli
“Buludların imamların əmrinə verildiyi və səbəblərin
asanlaşdırıldığı”fəsli
“Peyğəmbərlərdən və bütün məxluqatdan üstün
olmaları,onlardan,mələklərdən və digər məxluqatdan miras aldıqları və ulul - əzm
peyğəmbərlərin pmamları sevməklə ulul - əzm peyğəmbərlər olmaları” fəsli (bu fəsildə
88 rəvayyət zikr etmişdir)
“Peyğəmbərlərin
dualarının imamlara təvəssül edərək və şəfaətləri istənildiyi halda qəbul edilməsi”
fəsli
“Mələklərin onlara gəlmələri,döşəklərinə
basmaları və imamlar tərəfindən görüldükləri”fəsli
“Göy üzünün,yerin,cənnət və cəhənnəmin
elminin onlardan gizli olmaması,göylərin və yerin mələklərinin onlara ərz edilməsi,keçmişdə
olanları və qiyamətədək olanları bilmələri” fəsli
“İmamların insanlara imanın və nifaqın əlamətlərini
öyrətmələri,içərisində cənnət əhlinin,öz şiələrinin və düşmənlərinin adlarının
olduğu bir kitabın yanlarında olması”fəsli
“İmamlara məhəbbət duyan heyvanlar,quşların
qanadlarına onların üstünlüklərinin yazılması,heyvanların və quşların dillərini
bilmələri”fəsli
“Cansız varlıqların və bitkilərin imamların
vilayətini iqrar etmələri”fəsli
“İmamlar ölümlərindən sonra dünyaya yenidən
qayıdacaqlar” fəsli
3 - Əbu Cəfər Muhəmməd ibn Həsənin (Səffar) “Bəsairul
dərəcat” kitabında olan fəsillər.
“Əməllərin Rəsulullah
(s.a.s) və imamlara ərz edilməsi” fəsli
“Əməllərin ölü və diri olan imama ərz edilməsi” fəsli
“İmamlar üçün tikilmiş sütunda əməllərin özlərinə ərz
edilməsi və analarının bətnində ikən imamlara nələr edildiyi” fəsli
“İmamın şərq və qərbi nur ilə görməsi” fəsli
“İmamların yer üzündə azalan və artan haqq və
batili bilmələri” fəsli
“İmamların ölüm,bəla,ərəb nəsilləri və s.elmləri
bilmələri” fəsli
“İmamların ölüləri diriltmələri,korları və s.xəstələri
Allahın izni ilə sağaltmaları” fəsli
“İmamın özünün yarandığı palçığın öz şiələrinin
üzündə və adlarında olması səbəbi ilə öz şiələrini və düşmənlərini ayırd edə
bilməsi” fəsli
“Əmirəlmömininin buluda minərək səmaya və
kainata yüksəlməsi”fəsli
“Allahın Taif və digər yerlərdə əmirəl
möminin ilə danışması” fəsli
“İmamların göydə,yerdə,cənnət və cəhənnəmdə
olanları,keçmişdə olanları və qiyamətədək olacaqları bilməsi” fəsli
“İmamların heyvanların danışığını bilməsi,heyvanların
onları tanıması və onları çağırdıqda yanlarına gəlməsi” fəsli
k) Şiəliyin məşhədləri və imamların qəbrini ziyarət
etmə haqqındakı həddi aşmaları.
1 - Əbul Qasim Cəfər
ibn Muhəmməd ibn Kəvləviyə aid olan “Kamiluz Ziyarət” (“Darus Surur”nəşr.Beyrut,1997
il) adlı kitab.
Qumda bu kitabın təhqiqini
aparan “Muəssisətu Nəşril fəqaha” nəşriyyat evi (səh 1) əsər haqqında bunları
yazır: “Əshabımız (şiələr) arasında bu əsər
tanınmış və məşhur əsərdir. Etimad edilən ən mötəbər qaynaqlardandır.”Təhzib”-də
şeyx Hurr Amili kimi mühəddislər bu əsərdən istifadə etmişlər.Hədis,ziyarət və
digər mövzularda yazan müəlliflər bu əsərdən istifadə etmişlər.Bu əsər ziyarətlərlə
bağlı məsələləri və bunun fəziləti ilə bağlı imamlardan varid rəvayyətləri
özündə əks etdirir.”
Müəllif özü kitabı
haqqında bunları əsərinin müqəddiməsində (səh 37) yazır: ”Əzm etdim.Bunu düşünməklə
məşğul oldum.Allahdan imamların hədislərini təhric,bir araya gətirə bilməm üçün
yardım istədim….Əshabımızdan siqa olanlar cəhətindən bizə vaqif olanları bir
araya gətirdik. Şaz ricaldan rəvayyət olunan heç bir hədisi bu kitaba
salmadım.Kitabın adını “Kamiluz Ziyarət” qoydum.”
Kitabda olan bablar (fəsillər)
Fəsil 58: “Hüseyn (ə)-i ziyarət etmək ola biləcək ən fəzilətli əməldir.”
Fəsil 59: “Hüseyn (ə)-i ziyarət edən Allahı ərşdə ziyarət etmiş
kimidir”
Fəsil 60: “Hüseyn (ə) və imamların ziyarət edilməsi Rəsulullah
(s.a.s)-ın qəbrini ziyarət etməyə bərabərdir”
Fəsil 61: “Hüseyn (ə)-i ziyarət etmək ömrü və ruzini artırar,ziyarətin
tərk olunması isə azaldar”
Fəsil 62: “Hüseyn (ə)-i ziyarət etmək günahları silər”
Fəsil 63: “Hüseyn (ə)-in ziyarət edilməsi ümrəyə bərabərdir”
Fəsil 64: “Hüseyn (ə)-in ziyarət edilməsi həccə bərabərdir”
Fəsil 65: “Hüseyn (ə)-in ziyarət edilməsi həccə və ümrəyə bərabərdir”
Fəsil 67: “Hüseyn (ə)-in ziyarət
edilməsi qul azad etməyə bərabərdir”
Fəsil 68: “Hüseyn (ə)-in ziyarətçiləri şəfaət olunmuşlardır”
Fəsil 69: “Hüseyn (ə)-in ziyarət edilməsi sıxıntıları aradan
qaldırar”
Fəsil 91: “Hüseyn (ə)-in qəbrindən müstəhəb olan torpaq və bu
torpağın şəfa verməsi”
Fəsil 92: “Hüseyn (ə)-in torpağının şəfa və əmniyyət olması”
Fəsil 93: “Hüseyn (ə)-in qəbir torpağı haradan və necə alınar”
Fəsil 94: “Hüseyn (ə)-in qəbir torpağının yeyildiyi vaxt insanın nə
deyəcəyi”
Fəsil 53: “Hüseyn (ə)-i ziyarət edənlərin cənnətə digər insanlardan
daha tez daxil olacaqıarı”
2 - Şeyx Muhəmməd Həsən
əl Əstahbənatinin “Nurul ayn fil məşyi ilə ziyarəti qəbril Huseyn” (“Darul
Mizan” Beyrut) adlı kitabda “imamların qəbirlərini
ziyarət etmənin fəziləti”nə dair fəsillər:
“Hüseyn (ə)-i ziyarət edənə Qiyamət günü şərq ilə qərb arasını
nurlandıracaq bir nur veriləcəyi.” fəsli
“Onu ziyarət etmənin oddan xilas etməsi” fəsli
“Hüseyn (ə)-i ziyarət etmə 50
illik günahları silər” fəsli
“Hüseyn (ə)-i ziyarət etmə 22 ümrəyə bərabərdir” fəsli
“Hüseyn (ə)-i ziyarət etmə hazır olmamış həcc və ümrə ziyarətinə bərabərdir”
fəsli
“Hüseyn (ə)-i ziyarət edənlərə Allahın təcəlli edib,onlarla
danışması” fəsli
“Hüseyn (ə)-i cümə axşamları
Allahın ziyarət etməsi” fəsli
“Peyğəmbərlərin Hüseyn (ə)-i ziyarət etmələrini Allahdan istəmələri”
fəsli
“Peyğəmbər (s.a.s) və Əhli beytin “Hüseyn (ə)-in qəbrini ziyarət etmələri”
fəsli
“İbrahim (ə)-in Hüseyn (ə)-i ziyarət etməsi” fəsli
“Mələklərin Hüseyn (ə)-i ziyarət
etmək üçün Allahdan izn istəmələri” fəsli
“Keçən elə bir gecə yoxdur ki,Cəbrayıl,Mikayıl Hüseyn (ə)-i ziyarət
etməsin” fəsli
Allah Təala göy üzü mələklərinə və ərşi daşıyan mələklərinə qarşı
Hüseyn (ə)-i ziyarət edənlərlə öyünür” fəsli
“Allah Təala Hüseyn (ə)-i ziyarət edənlərə onların ziyana
uğramayacaqları vədini vermişdir” fəsli
“Hüseyn (ə)-in qəbrinin ziyarət edilməsi Rəsulullah (s.a.s) ilə
edilmiş 30 məqbul həccə bərabərdir” fəsli
“Hüseyn (ə)-i ziyarət edən Allahı ərşdə ziyarət etmiş kimidir” fəsli
“Hüseyn (ə)-i ziyarət edən Allahı kürsüsü üzərində ziyarət etmiş
kimidir” fəsli
“Hüseyn (ə)-in qəbrini ziyarət edən İlliyunun ən yüksək dərəcəsindədir”
fəsli
“Allahın özünə çoxlu baxmasını istəyən kimsə Hüseyn (ə)-in qəbrini
çoxlu ziyarət etməlidir” fəsli
3 – Şiələrin imam Hüseynin torpağını yeməsi və
imamların artıqları baradə olan fətvaları.
Kərbəla ziyarəti zamanı
imam Hüseynin torpağının yeyilməsi şiələr üçün caizdir.Şiələrin təqlid mərciiələrindən
çoxu “Yeyiləcəklər və içiləcəklər”-lə bağlı hökmlərdə bunu bəyan ediblər.
Belə fətva vermiş alimlər:
Ayətullah uzma Xomeyni - “Təhrirul Vəsilə”
Ayətullah uzma Mirzə Həsən
əl Əhkaqi - “Əhkamuş şia”
Ayətullah uzma Mirzə
Abdurrasul əl Əhkaqi - “Əhkəmuş şəria”
Ayətullah uzma Muhəmməd
Huseyni əş Şirazi - “əl Məsailul İslamiyyə”
Ayətullah uzma Əli əl
Hüseyni əs Sistani - “Minhəcus salihin”
Ayətullah uzma Əbul
qasim əl Xoyi - “Minhəcus salihin”
Ayətullah
uzma Muhəmməd Fazil Lənkərani
- “əl Əhkamul vadihə”
Ayətullah
uzma Cəvad Təbrizi – “Məsailul Muntəhabə”
Xomeyni yazır: “İmam Kuleyni öz ardıcıllarına imam Hüseyn
(ə)-nin türbətinin torpağını şəfa üçün yeməyi tövsiyyə edərdi və deyərdi ki, imam
Hüseynin qəbrindən götürülmüş gili şəfa məqsədi
ilə istifadə edin.Amma,bunu çoxlu sayda yeməyin,udmayın,yalnız bir loxum
olaraq qəbul edin və bilin ki,bu gilə heç bir torpaq,hətta Rasulullah
(s.a.s)-in qəbrindən götürülmüş gil belə bərabər ola bilməz.” (“Təhrirul Vəsilə”
8/164)
Ayətullah və hüccət olan Molla Zeynəlabiddin əl Kəlbeykani
“Ənvərul vilayə” adlı əsərində deyir: ”Məsumların
idrarlarında,qanlarında,artıqlarında namazdan çəkinməyi vacib edən bir nəcasətlik
yoxdur.İmamların idrarlarında və artıqlarında bir çirkinlik,iyrəncilik
yoxdur.Çünki,onlar bir müşkdürlər.Hər kim onların idrarlarından,artıqlarından və
qanlarından içərsə Allah ona odu haram edər və Cənnətə girməsi vacib olar.” (“Ənvarul
Vilayə”, səh 440)
Kərbəla
torpağının Məkkeyyi-mükərrəmədən üstün hesab edilməsi.
Çox maraqlıdır ki,görəsən şiələr niyə görə həcc
edirlər? Onların sözlərinə və kitablarına əsasən Hüseynin məqbərəsini ziyarət
edən daha çox savab alırsa,həcc onların nəyinə gərəkdir? İstənilən halda,müsəlmanlar
Müzdəlifədə Allaha dua edərkən,şiələr adətlərinə görə təziyyə məclisləri təşkil
edir və yalançı göz yaşları tökməyə çalışırlar.
Ayətullah
Muhəmməd Hüseyn Şiraziyə sual verdilər:
Sual:
“Deyirlər
ki,Kərbəla ərazisi Məkkə ərazisindən və Hüseynin torpağına səcdə,Məkkə
torpağına səcdədən daha əfzəldir.Bu doğrudurmu?”
Cavab:
“Bəli...” (“əl fiqh əl əqaid” səh
370,Məktəbətul cinanil qadir,Kuveyt.)
Həmçinin,əllamə
seyyid Abbas Hüseyn əl Kəşani “Məsabihul cinan” kitabında “Kərbəlanın digər yerlərdən daha üstün olması” adından bir fəsil tərtib
etmişdir.Bu fəsildə o yazır:
”Şübhə yoxdur ki,İslamda Kərbəladan daha üstün yer
yoxdur.Çünki,oranın müqəddəsliyi haqqında varid olan nasslar başqa şərəfli yerlər
haqqında varid olan nasslardan daha çoxdur.Beləcə, bu Allahın müqəddəs və mübarək
bir yeri,Allaha boyun əyən torpağı,Allahın seçilmiş əmin və mübarək hərəmi,Allah
və Rəsulunun hərəmi və İslamın qübbəsi olmuşdur.Bura Allahın orada dua və ibadət
edilməsini istədiyi yerlərdəndir.Allahın torpağı,şəfa olan bir ərazisidir.Bu və
bunun kimi fəzilətlər heç bir yer üçün,hətta Kəbə üçün də gəlməmişdir.” (Abbas əl Kəşani “Məsabihul Cinan”səh 360 “Darul
fiqh” İran)
Digər kitabında qeyd
edir ki,imam Hüseynin qəbrinin ziyarət edilməsi Həccdən daha əfzəldir.
“Nəfasul
məhmum” kitabında o imam Cəfərdən nəql edir: “Varlı insan imam Hüseynin qəbrini ildə iki dəfə ziyarət etməlidir.Kasıb
isə ildə bir dəfə ziyarət etməlidir.Bu yerin yaxınlığında yaşayanlar isə ən azı
ayda bir dəfə onu ziyarət etməlidirlər.Biraz uzaqda qalanlar isə ildə üç dəfə
ziyarət etməlidirlər.” (“Nəfasul məhmum” səh 431; “Ənsarian” Qum)
Bu kitab və müəllifi
haqqında Ayətullah uzma Muhəmməd əl Hadi Milani və əllamə, müctəhid Muhəmməd əl
Mehdi əl Huvənsari tərəfindən tərif dolu sözlər yazılmışdır.
Müsəlmanlar bilir ki,həcc
insana həyatda bir dəfə fərzdir və bunada gərək imkan da olsun. Amma, gördüyümüz
kimi Hüseynin qəbrinin ziyarət edilməsi varlılar üçün ildə iki dəfə,bir dəfə isə
imkansızlar üçün vacibdir.
Onlara görə qəbirlərdə
namaz məscidlərdə qılınan namazdan daha əfzəldir. Əli Sistani kitabında yazır: “Müstəhəbdir ki,namazlar imamların hərəmində
qılınsın.Hətta,demək olar ki,burada qılınan namaz məscidlərdə qılınan
namazlardan daha üstündür.Hədislərdə varid olduğuna görə Əli ibn Əbu Talibin hərəmində
qılınan namaz digər yerlərdə qılınan namazlardan 100 000 dəfə üstündür.” (“Minhəc əs salihin” c.1,səh 187,№562)
Mufid “Məzar” kitabında imam
Baqirdən hədis nəql edir: “Əgər insanlar
Kufə məscidinin fəzilətini bilsəydilər onda onlar miniklərini,azuqələrini
hazırlayıb, çox uzaqlardan olsa belə bura gələrdilər.Burada qılınan hər fərz
namaz Həccə,müstəhəb namaz isə ümrəyə bərabərdir.” (“Məzar” səh 20,”Min əqaidu şia”
kitabından)
Şeyx
Mufid “İmamın qəbri yanında dayanıb deyiləcək dualar” başlığı altında uzun bir
duanı yazır: “....dəqiq bilirəm ki,Allah
sizin vasitəniz ilə rəhməti nazil edir,dağları sizin vasitəniz ilə sabit
qılır.Rəbbimə səninlə üz tutdum ey ağam.Ehtiyyaclarımı qarşıla,günahlarımı
bağışla.” (Mufid “Məzar”səh 99)
Abbas
Qummi “Həyatu İmam Hüseyn” kitabında (səh 263) yazır: ”İmam Cəfər buyurdu: “Hüseyn ibn Əlinin ziyarəti qəbul olunan yüzlərlə Həcc və ümrə ziyarətlərinə
bərabərdir.”
Şeyx
Mufid “Məzar”kitabında Əbu Abdullahdan nəql edir: “Allah Təala Hüseyni ziyarət edənə 80 məqbul həccin savabını yazar.” (“Məzar” səh 47; “mən qatalə Hüseyn” kitabından)
Mühəddis
Hurr Amili “Vəsailuş şia” kitabında Əbu Abdullahdan rəvayyət edir: “Hüseynin ziyarəti 20 Həcc və ümrə ziyarətindən
üstündür.” (c.14,səh 446, №19568)
Həmçinin, bu kitabda bir
adam imama dedi: “Mən 19 dəfə Məkkəyə
ziyarətə getmişəm.Mənim üçün dua et ki,20-ci dəfə ziyarətə getmək mənə nəsib
olsun.İmam soruşdu: “Sən Hüseynin qəbrini ziyarət etmisən?” Adam dedi: “Xeyr.”
İmam buyurdu: “Onun ziyarəti 20 Həccdən daha əfzəldir.”
(“Vəsailuş şia” c.14,səh 447-448, №
19570)
Bu
kitabda yenə Harun ibn Xaricidən rəvayyət olunur ki,o Əbu Abdullahdan bir adamın üzrsüz yerə Hüseynin qəbrini ziyarət etməməsi
bardə soruşdu.İmam buyurdu: “Bu adam Cəhənnəm əhlindəndir.”(c.10,səh 336)
İmam buyurur: “Əgər mən sizə Hüseynin
ziyarətinin nə qədər əfzəl olduğunu anlatsaydım, Allaha and olsun ki,siz Həcc
ziyarətini lap əvvəldən tərk edərdiz və heç biriniz Həcc etməzdi.” (“Biharul ənvar” c.33,səh 98,101 “min əqaidu şia”
kitabından)
Xomeyninin qəbirlər
və onları ziyarət baradə fətvaları tamamilə Peyğəmbər (s.a.s) adından
uydurulmuş yalan hədislərə əsaslanır.Belə bir hədisi Xomeyni kitabında nəql
edir:
“Peyğəmbər (s.a.s) Əli ibn Əbu Talibə dedi: “Ey Hüseynin atası! Şübhəsiz ki,Allah sənin və
övladlarının qəbirlərini Cənnət məkanlarından bir məkan etmişdir və şübhəsiz
ki,Allah yaratdığı məxluqatdan seçdiyi kimsələrin qəlblərinə sizin məhəbbətinizi
yerləşdirmişdir.Onları sizin yolunuzda əziyyətə və məşəqqətə qatlananlardan
etdi.Onlar ki,sizin qəbirlərinizi inşa edər,Allah və Rəsuluna yaxınlaşmaq qəsdi
ilə sizin ziyarətinizə gələrlər.Məhz onlar mənim şəfaətimə nail
olanlardır. Ey Əli! Kim sizin qəbirlərinizi
inşa edib,bərpa edərsə ona yetmiş Həcc savabı yazılar,bütün günahları silinər və
anadan olmuş yeni körpə kimi təmizlənmiş olar.Mən səni bununla müjdələyirəm və
səndə sevdiklərini heç bir gözün görmədiyi,qulağın eşitmədiyi və ağlın da təsəvvür
etmədiyi nemətlərlə müjdələ. Bundan başqa sizin qəbirlərinizi ziyarət edənləri
zina edən qadını qınayanlar kimi qınayanlar olacaqdır.Məhz onlar bu ümmətin şərliləridir.Allaha
and olsun ki,onlar mənim şəfaətimə nail olmayacaqlar.” (“Kəşful Əsrar” səh 84)
Xomeyninin yaxın
sirdaşı və dostu olan Əbdulhüseyn Dəstğeyb “Səvratul Huseyniyyə” kitabında
yazır: “Aləmlərin Rəbbi imam Hüseynin qəbrini
ziyarət etməyi Beyti Harama həcc etməyə alternativ olaraq qullarına bir lütf
olaraq nəsib etmişdir.Həcc etməyə qadir olmayanlar buna sarılsın.Hətta,bunun savabı
ziyarət şərtlərinə riayyət edən möminlər üçün Həcc savabından daha çoxdur.Beləki,bu
mənada varid olmuş bir çox rəvayyətdə bu məsələ sərihdir.” (“Səvratul
Huseyniyyə” səh 15; “Darut təaruf” Beyrut)
Müsəlman qardaş! Bunlar
şiələrin imamlar haqqında olan bəzi həddi aşmalarına olan nümunələrdir. Məlumdur
ki,şiəliyə dəvət,şiə missiyonerliyini edən və mənfəətləri üçün yazılar yazan şiə
alimləri, müəllifləri və dəvətçiləri belə etiqad növlərini kitablarında
açıq-aşkar qeyd etmirlər.Beləki,bu kimsələrin belə inancları inkar etməyə
çalışıb,kitablarında belə şeylərə inanmadıqlarını dediyini müşahidə
etmişik.Lakin,bu tamamilə yalan və aldatmacadır.Bunun belə olduğunu
aşağıdakılara görə yəqin edirik:
a) Onların
küfr dərəcəsinə kimi çatan bu xürafatlara rəddiyyə deyil,əksinə təriflər
yağdırmaları.
b) Bu kitabların müəlliflərinin tərcümeyi
halını qələmə alarkən,qəbul etdikləri bu batil fikirləri rədd etməyib,əksinə
onlara rəhmət oxuyub,təriflər söyləyirlər.Bu əsərlərini də müəlliflərin fəzilətini
isbat edən bir dəlil hesab edirlər.Beləliklə,şiəlik dininin onda doqquzunun təqiyyədən
ibarət olduğunu nümayiş elətdirirlər.
Şiələr hər hansı bir
konfransda,kitabda özlərinə toxunulduqda,göstərişlə olsa da bunu inkar,rədd və
təhdid yolu ilə qəbul etmirlər.Lakin,eyni zamanda bu qədər həddi aşma,zəlalət
fikirlərə baxmayaraq, özlərini görməməzliyə vurur və bunlardan qaçmağa
çalışırlar.Bu qədər batil fikirlərə rəddiyyə verməyib,niyə görə hər zaman Əhli
Sünnətə rəddiyyə verməyə çalışırlar?
Kitablarında keçən bu qədər
rəvayyətlərin sənədlərini araşdırıb,niyə görə hüccət və dəlil hesab oluna bilməyəcəklərini
izhar etmirlər?