Rafizilərin Əhli Sünnətin dörd imamına dil uzatması

Şiəliyin Əhli Sünnətin dörd imamına dil uzatması.

Şiəliyin dörd imama (Əbu Hənifə,Malik,Şafii,Əhməd ibn Hənbəl) göstərdikləri hörmət sadəcə təqiyyəyə bağlıdır.
Kuleyni “Kafi”-də imam Musa Kazımdan rəvayyət etdiyi hədisdə yazır: “…Bildiyiniz şeylər sizə çatanda onu deyin,bilmədikləriniz olanda isə,əli ilə ağzına işarə edərək “Allah dedi,Əli dedi,mən dedim və səhabə dedi deyən Əbu Hənifəyə lənət olsun.” (“Kafi” 1/58)
Bu rəvayyəti həmçinin Hurr Amili “Vəsailuş şia”-(18/23)-da qeyd etmişdir.
Kəşşi “Ricalul Kəşşi” səh 145,187,190-də Əbu Hənifəyə lənət baradə bir neçə belə rəvayyət nəql etmişdir.

Muhəmməd Razi ər Rədavi kitabında yazır: “Allah səni rəzil etsin ey Əbu Hənifə! Namazın Allahın dinindən olmadığını necə deyə bilərsən?!...” (“Kəzabu aləş şia” səh 135)
Həmçinin,yazır: “Əgər İslam və sünnət iddiasında olanlar Əhli beyti sevirlərsə,onda  gərək onlara tabe olsunlar və dinlərini Əbu Hənifə,Malik,Şafii və ibn Hənbəl kimi təhrifçilərdən almasınlar.” (“Kəzabu aləş şia” səh 279)


Seyyid Nemətullah Cəzairi “Kısasu ənbiya” kitabında yazır: “Bunları deyirəm ki,bir çox şeyi başa düşəsiniz.Müxaliflərin ibadətlərinin batil olması da bunlardan biridir. Çünki,onlar oruc tutsalar,namaz qılsalar,həcc etsələr,zəkat versələr,müxtəlif ibadətlər etsələr və digərlərindən artıq əməl etsələr də onlar Allahın girilməsini əmr etdiyi qapıdan deyil,başqa qapıdan girmişlər….Dörd məzhəbi özləri ilə Rəbbləri arasında bir vasitə,bir giriş qapısı olaraq qəbul etmişlər.Hökmləri onlardan almış,onlar isə bu hökmləri Allahın haram etdiyi yerlərdən,qiyaslardan,rəylərdən və ictihadlardan almışlar.” (“Kısasu ənbiya”səh 347,Beyrut)

Bunlar iç dünyalarında inandıqları və gələcək nəsillərə verdikləri tərbiyyənin nümunələridir.Daha sonra müasir yazıçılarından olan Ticani kimi biri meydana çıxmış və şiəliyin Əhli Sünnətə duyduğu kini və nifrəti aşkara çıxarmışdır.


Ticani yazır: “Hənəfi,Maliki,Şafii,Hənbəli kimi müxtəlif firqələr və aralarında çoxlu fiqhi ixtilaflar olarkən,özünü Əhli Sünnə adlandıranlara necə heyrət etməyəsən?!” (“Şiə hum Əhli Sünnə”səh 84)
Səh 104-də yazır: “Beləliklə,hakim rejimlərin ortaya çıxardıqları və Əhli Sünnə adlandırılan məzhəbin necə meydana gəldiyini öyrənmiş oldun.”

Səh 109-da yazır“Bizi bu tədqiqatda maraqlandıran məsələ Əhli Sünnətin dörd məzhəbinin siyasi səbəblər nəticəsində uydurulmuş məzhəblər olduğunu açıq dəlillərlə sübut etməkdir.”

Səh 88-də yazır: “Budur Əbu Hənifə!...Sərih nasslara qarşı rəylə əməl etməklə məzhəb uydurduğunu  gördüz....Malik...Onun da İslam dinində bir məzhəb uydurduğunu gördük...Şafii...ibn Hənbəl...”

Səh 93-də yazır: “...Əbu Hənifə sağlığında öz dövründə olan alimlər tərəfindən təkfir edilib, zındıqlıqda ittiham olunduğu halda sonradan özü böyük alim,məzhəbi də ən böyük məzhəb halına gəldi.”

Səh 168-da yazır: “Əhli Sünnətin böyük şəxsiyyətləri və imamları sərih olan nəbəvi sünnətə müxalif olmuş,onlara arxa çevirmiş və bilərək onları tərk etmişlər.”

Ticani (səh 287)  “Nəbəvi sünnətin böyük əksəriyyətinə müxalif olmuşlar” deməklə Əhli Sünnəti pisləmişsə,onda niyə vəhdət haqqında eninə-boluna danışırlar?

Ticaninin də sıralarında olduğu bəzi şiə elm adamları İslam ölkələrinə niyə səfərlər edirlər?
Cavab: Bu öz məzhəblərini təqiyyədən istifadə etməklə yaymağa yönəlmiş addımlardır.Ticani kimilər Əhli Sünnətə necə qardaş ola bilər ki,onların böyüklərinə və alimlərinə dil uzadır?! Onlar bir tərəfdən Əhli Sünnətlə vəhdət yaratmağa çalışır,digər tərəfdən də onlara qarşı olmazın böhtanlar və yalanlar deyirlər. Bu şiə elm adamlarının etdikləri hiylə və ikiüzlülükdən başqa şey deyildir.
Qeyd etdiyimiz kimi onların yeganə məqsədi Əhli Sünnətin avamı arasında öz batil məzhəblərini yaymaqdır. Bunun qabağını isə yalnız şiələrin batil inanc və etiqadlarını ifşa etməklə nail olmaq olar. Bu baradə yəni,şiələrin batil etiqadlarını tədqiq edən bir kitab ortaya çıxdıqda,onlar “bu müsəlmanların birliyini təhdid edir,onların səflərini parçalayır” deyə fəryadlar qoparırlar. Amma, özləri bu ümmətin böyüklərinə,Qurana dil uzadanda və Əhli Sünnət etiqadı haqqında şübhə yaratmaqla,zəif və məlumatsız sünniləri şiəlik məzhəbinə daxil edəndə bu onların kriteriyalarına görə müsəlmanları parçalamır.

Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir