Abdullah ibn Səba və Şiəliyin üç əsası


İbn Abil əl Hənəfi İmam Təhəvinin “Əqidə” kitabının şərhində yazır: “Münafiqlərdən uzaq olun” dedikdə Rafiziliyi yaradan münafiq və zındıq nəzərdə tutulur.Bu adamın məqsədi İslamı məhv etmək,Peyğəmbər (s.a.s)-i alçaltmaq olub.Alimlər bunu belə izah edirlər:

“Abdulla ibn Səba İslamı qəbul edib,onu hiylə ilə məhv etmək istədi.O,İslama Pavelin Xristianlğa vurduğu zərbə kimi zərbə vurmaq istədi.İlk öncə o özünü təqvalı insan kimi görsətməyə çalışdı.Xeyrə dəvət edib,münkərdən çəkindirmək adı ilə o Osmanın Xilafəti zamanı fitnə qaldırdı və insanları onu öldürməyə çağırdı.Sonra o Kufəyə gələrək Əlini ucaltmağa başladı.”(“Təhavi əqidəsinin şərhi” səh 420-421,Quraba 2002)

Əli (r.a) Osman (r.a)-ın qətlə yetirilməsindən sonra ona qisas üçün üz tutan Mədinəlilərə deyir: “Ey qardaşlarım! Mən sizin dediklərinizdən bixəbər deyiləm.Lakin,mən nə edə bilərəm.Onlar öz tikanları ilə bizə malikdirlər,biz isə onlara malik deyilik.Onlar istədiyi qədər sizin aranızdadırlar.Sizin tələb etdiklərinizi yerinə yetirməyə macal görürsünüzmü?... Ona görə də səbirli olun ay camaat! Gərək bu insanların sakitləşməsini,qəlblərin öz yerində qərar tutmasını və imkan yaranmasını gözləyək.Mənə qarşı sakitləşin və mənim sizə verəcəyim əmri gözləyin.Elə bir əməl etməyin ki,o bizim gücümüzü zəiflədib,zəlilliyə salsın.Mən hələki gözləyəcəyəm.” (“Nəhcul Bəlağa”səh 243; “Biharul Ənvar” c.31,səh 502)


Şiəliyin üç əsası bu Yəhudiyə gedib çıxır.

İlahi İmamət və 3 Raşidi Xəlifədən təbərra.

Öz dövrünün şiə şeyxi Həsən Musa Növbəxti "Firəq əş-şiə" kitabında yazır: “Abdulla ibn Səba Əbu Bəkri, Öməri, Osmanı və əshabələri söymüş, onlara öz etirazını bildirmiş və onlardan ayrılmış adamlardan biridir. O demişdir ki, bunu ona Əli (r.a) əmr etmişdir. Əli (r.a) onu danlamış, ondan bunu deyib-demədiyini soruşmuşdur. O öz dediklərini boynuna almış, Əli onu öldürməyi əmr etmişdir".Bunu görən adamlar çığırıb ona demişlər ki, ey Əmirəlmöminin, insanlar arasında sizə Əhli Beytə məhəbbət və sizin vilayətinizi, sizin düşmənlərinizdən uzaqlaşmağı təbliğ edən bir adamı necə öldürək? Belə olduqda Əli onu öldürməyib Mədainə (Iranın o zamankı paytaxtı) sürgün edir. Əli (r.a) əshabələrindən olan elm əhlindən bir qrupu hekayət etmişlər ki, Abdullah Ibn Səba Islamı qəbul etmiş yəhudi olmuşdur. O, Əli (r.a)-ın tərəfdarı idi. Yəhudi ikən Musa(ə)-dən sonra Yuşə ibn Nunun vəliəhd olduğunu dediyi kimi, müsəlman ikən də Peyğəmbər (s.a.s)-in vəfatından sonra Əli (r.a) haqqında həmin sözləri demişdir. O, Əli (r.a)-ın imamlığının fərz olması sözünü açıq deyən birinci adam olmuş, onun düşmənlərindən aralanmış, müxaliflərini rüsvay etmişdir. Buna görə də şiəliyə müxalif olanlar demişlər: "Inkarçılığın əsası yəhudilikdən götürülmüşdür". Abdulla ibn Səbaya Mədaində Əlinin ölüm xəbəri çatanda o, bu xəbəri gətirənə demişdir: "Yetmiş dəfə onun başını gətirib göstərsən və onun qətli ilə əlaqədar yetmiş məhkəmə də qursan, yalan dediyini bilirəm. Çünki o nə ölüb, nə də qətlə yetirilib, nə də bütün Yer kürəsinə sahib olmadan ölməyəcək". (Növbəxtinin "Firəq əş-şiə" kitabı, səh.43 və 44; Iraq, Nəcəfdəki "əl-Mətbəə əl-Heydəriyyə" nəşriyyatının çapı, 1379 h. - 1959 m)

Muhəmməd ƏbdülKərim Şəhristani yazır: “İbn Səba Əlinin İlahi İmaməti haqqında iddia edən ilk şəxs olub.”(“Dinlər və firqələr” Şəhristani səh 137,Moskva 1999)
Şəhristani yazır: “Abdulla ibn Səbanın ətrafında bir dəstə insanlar toplandı.Bu ilk firqə idi ki,zühuru,qeybdə olmağı və İmamların geri qayıdacağına iman edirdilər.”(“Dinlər və məzhəblər tarixi” səh 137,Moskva 1999)

Abdullah ən Naşi Əkbəri (hic.3-4 əsrdə yaşayıb)“Məsailul İmamiyyə” kitabında səh 22-23-də Səbailik haqqında geniş yazır.

Alim Ərdəbili yazır: “O,həddini aşmış bir məlun idi.O,Əlinin ilah və peyğəmbər olduğunu iddia etmişdir.” (“Cəmi ər Ruvat” c.1,səh 485)

Şeyx Əbu Cəfər ət Tusi “Əlinin səhabələri fəslində” İbn Səbanın tərcümeyi halını yazır: “Həmin bu Abdulla ibn Səba küfrə qayıdaraq həddini aşmışdı.O,Əlinin ilah və peyğəmbər olduğunu iddia edirdi.” (“Rical ət Tusi”səh 51)

Şeyx Əbu Cəfər ət Tusi digər kitabında Abdulla ibn Səbanın mövcudluğundan danışır. (“Təhzibul əhkam”c.2,səh 322)

Əli əl Qahbəi yazır: “Bu həmin İbn Səbadır ki,küfrə qayıtmış və həddini aşdığını biruzə vermişdi.” (“Rical əl Qahbəi”c.3,səh 284)

Məmqani yazır: “Abdullah ibn Səba küfrə qayıtmış və qulat fikirlər söyləyən biri idi.Möminlərin Əmiri onu odda yandırdı.O,iddia edirdi ki,Əli (r.a) ilahdır,o özü isə peyğəmbərdir.” (“Təhqiqul məqal fi ilmi-r rical c.2,səh 183-184)
Sədd ibn Abdullah əl Əşəri əl Qummi (İmam Həsən Əsgərinin yoldaşı olub) Səbailər haqqında deyir: “Səbaililər Abdullah ibn Səbaının davamçılarıdır.Ona yardım edənlər Abdullah ibn Hursi və İbn Əsvəd idi.Bunlar onun ən böyük səhabələri idilər.O,Əbu Bəkri,Öməri,Osmanı və digər səhabələri aşkarca tənqid,təhqir edən ilk insan idi.” (“əl məqalət vəl firaq” səh 10-21)

Şeyx Səduq yazır: “Möminlərin Əmiri dedi: “Sizlərdən biriniz namazı bitirdikdə əllərini göyə qaldırsın və dua etsin.Bunu eşidən İbn Səba dedi: “Ey Möminlərin Əmir! Məgər Allah Təala hər yerdə deyil? “

İmam: “Əlbəttə dedi.Bəs onda niyə əlləri göyə qaldırırıq?....” (“Mən lə yəhduruhul fəqih” c.1,səh 229)

İbn əl Hədid yazır: “Əli (r.a) xütbə oxuyarkən İbn Səba onun qabağında dayandı və dedi: “Sən,sən və təkrar etdi.” Əli (r.a) ona dedi: “Vay olsun sənə,nə mən?”

İbn Səba dedi: “Sən illahsan.” Onda Əli (r.a) onu və onun fikrində olanları yaxalamağı əmr elədi.” (Şərh Nəhcul Bəlağa” c.5,səh 5)

İbn Hibban yazır: “Kəlbi (Muhəmməd ibn Səib) Abdulla ibn Səbanın davamçılarından olan Səbai idi.O və dostları iddia edirdilər ki,Əli (r.a) ölməyib və Qiyamət gününə yaxın qayıdacaqdır.” (“Mərcuhin” səh 253)

Nemətullah Cəzairi yazır: “Abdullah ibn Səba Əli (r.a)-ə dedi: “Sən həqiqi İlahsan” Əli (r.a) onu Mədainə sürgün etdi.İnsanlar dedilər ki,O yəhudi olub,İslamı qəbul etmişdi.Yəhudi olarkən,Yuşə ibn Nun və Musa (ə) haqqında dediklərini Əli (r.a) haqqında da deyirdi.” (“Ənvərun numaniyyə” c.2,səh 234)

Məclisi “Biharul Ənvar” c.25,səh 286-287-də İbn Səbadan bəhs edir.Həsən ibn Əli əl Hilli “Rical”kitabında c.2,səh 71-də İbn Səbanın zəif və etibarlı olmadığını yazır.

Naşi əl Əkbər (hic.293 öl.) “Məsail əl İmamə” (səh 22-23)-də deyir: “ Bir qrup Əli (r.a)-ın ölmədiyini,diri olduğunu,ərəbləri çomağı ilə yola gətirmədikcə ölmədiyini dedilər.Bunlar Abdullah ibn Səbanın davamçıları olan Səbailərdir.Abdullah ibn Səba isə Sənalı yəhudi idi və Mədaində iqamət edirdi.”

Şeyx Mufid “Şərh əqaidul sudur”-də yazır: “Müsəlman kimi görsənənlərdən Əli (r.a) və zürriyyəti üçün peyğəmbərlik və ilahlıq isnad edənlər üçün Əmirəlmöminin odda yandırılmaları hökmünü verdi.” (“Şərh əqaidul sudur” səh 25)

Muhəmməd Hüseyn əl Müzəffəri İbn Səbanın varlığını inkar etməyən müasir şiə alimlərindəndir. (“Tarix əş şia” səh 10)

Ümumiyyətlə 20-dən çox şiə mənbəsində Abdullah ibn Səbanın varlığı təsdiq olunur.

Kəşşi kitabında yazır: "Bəzi elm adamları qeyd etmişlər ki, Abdulla ibn Səba yəhudi olmuş, sonra Islamı qəbul etmişdir. Əli (r.a)-ın tərəfini saxlamışdır. Yəhudi ikən ifrata varıb Yuşə ibn Nunun Musanın vəliəhdi olduğunu dediyi kimi, islam dinində olanda Rasulullah (s.a.s)-in vəfatından sonra Əli haqqında belə demişdir. Əlinin imamlığının fərz olduğunu dili ilə deyib elan edən birinci adam olmuş, onun düşmənlərindən üz döndərmiş, ona müxalifətdə olanları aşkara çıxarıb kafirlikdə günahlandırmışdır. Buna görə də şiələrə müxalif olanlar demişlər ki, şiəlik və inkarçılıq yəhudilikdən götürülmüşdür". (Rical əl-Kəşşi", səh. 101, Iraq, Kərbəladakı "əl-Ələmi" müəssisəsinin çapı)

"Rövzət əs-Səfa"da bir şiə tarixçisi də qeyd edir ki, Abdullah ibn Səba biləndə ki Misirdə Osman ibn Əffanın müxalifləri çoxdur, ora yollandı. Misirdə özünü elə bir alim və Allahpərəst adam kimi apardı ki, adamları özünə cəlb etdi. Onların arasında yerini möhkəmlədəndən sonra öz məzhəbini və məsləkini işə verməyə başladı. O cümlədən belə bir əqidəni yaymağa başladı ki, hər bir peyğəmbərin bir vəliəhdi və xəlifəsi olmalıdır. Rasulullah (s.a.s)-ın da vəliəhdi elmdə və fitva verməkdə fərqlənən, səxavət və şücaətlə bəzənmiş, etibar və Allahpərəstlikdə nümunə olan Əlidən başqa heç kəs ola bilməz. O dedi ki, ümmət Əliyə zülm etmiş, onun haqqını — xilafət və vilayət haqqını əlindən almışdır.Indi hamı onun tərəfini saxlamalı, ona kömək etməli, Osmana itaətdən və sədaqətdən əl çəkməlidir. Misirlilərdən bir çoxu onun bu sözlərinin təsiri altında Osmanın əleyhinə çıxdılar". (Farsca "Rövzət əs-səfa" adlı şiə tarixi, 2-ci cild, səh.292, Iran çapı)

Kəşşinin Zeynalabiddin Əli ibn Hüseyndən rəvayyətində: "Allah Əliyə böhtan atana lənət eləsin! Yenə Abdullah ibn Səba yadıma düşdü, tüklərim biz-biz oldu. O,elə böyük bir iş iddia etmişdir ki, Əlinin buna dəxli yoxdur. Allaha and olsun ki, Əli (r.a) Allahın əməlisaleh bir qulu, Rasulullah (s.a.s)-ın qardaşı olmuşdur, Allah ona yalnız Allaha və onun Rəsuluna itaətinə görə kəramət vermişdir. Allah Rasulullah (s.a.s) özünə də Allaha itaətinə görə kəramət vermişdir".(Rical əl-Kəşşi", səh.100)

Kəşşi həmçinin Abdullah ibn Sinanın belə bir rəvayyətini qeyd edir ki, Əbu Abdullah demişdir: "Biz, Əhli Beyt, doğrucul adamlarıq və qoymarıq ki, hər hansı bir yalançı bizim haqqımızda yalan deyib öz yalanı ilə bizim doğruculluğumuzu adamların gözündən sala. Rasulullah (s.a.s) adamların və bütün məxluqatın ən düz danışanı olmuşdur. Buna baxmayaraq, Müseylimə ona böhtan atmışdır. Əmirəlmöminin (Əli) də Rəsulullah (s.a.s)-dan sonra Allahın xəlq etdiyi adamların ən doğruculu olmuşdur. Ona böhtan atıb onun doğrusunu yalana çıxaran və Allah üçün də böhtan uyduran Abdulla ibn Səba olmuşdur". (Rical əl-Kəşşi", səh.101)

Təbəri özünün məşhur "Tarix" kitabında qeyd etmişdir: "Abdullah ibn Səba Şama gəlib orada Əbuzərlə rastlaşır və onu özünün bu sözləri ilə Müaviyəyə qarşı qaldırır: Müaviyə deyir ki, mal-dövlət Allaha məxsusdur. Məgər “hər şey Allaha məxsusdur” deyilməmişdir? O, belə deməklə mal-dövləti toplayıb özünə saxlamaq, müsəlmanlara heç nə verməmək istəyir... Sonra bu Abdullah Əbu Dərdanın yanına gəlib belə deyir. Bu sözləri eşidən Əbu Dərda ondan soruşur: Sən kimsən? Allaha and olsun, mən belə hesab edirəm ki, sən yəhudisən". (Təbərinin "Tarix əl-müluk və əl-üməm" kitabı, 5-ci cild, səh.90. Misir çapı)

Budur Təbəri və digər tarixçilər onun Mədinədən Misirə, oradan Bəsrəyə getməsini, Həkim ibn Cəbləyə qonaq olmasını, sonra oradan çıxıb Kufəyə gəlməsini, Füstatda (köhnə Qahirə) məskən salmasını qeyd edirlər. O, olduğu yerlərdə öz zəhərini səpir, oraların əhalisini fitnə toruna salırdı. (Bax: "Tarix ət-Təbəri", 5-ci cild, səh.66. Misir çapı.)

Bu faktları digər tarixçilər də qeyd etmişlər.

Kəşşi isə deyir: "O (ibn Səba), Əli (r.a)-nin imamətinin fərz olmasını deməsi ilə tanınmış birinci adamdır". (Rical əl-Kəşşi", səh.101)
Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir