Şiəliyin
Mehdisi Əbu Bəkr və Ömərə hədd cəzası tətbiq edəcək!?
Seyyid Muhəmməd Kazım əl Mehdi “minəl Mehdi iləz
Zuhur” adlı kitabında yazır: “Orada (Mədinə)
Mehdi bəzi işlər və bəzi icraatlar edəcəkdir.Bunlardan bəzisini qeyd edəcək olarsaq,bu bəzi qəbirlərin açılıb,cəsədlərin
çıxardılması və yandırılmasıdır.Biz burada bunun təfsilatına toxunmuruq.Biz sadəcə
ümumi olaraq,qeyd edirik.” (səh 541; “Muəssisətu İmam Hüseyn”nəşr. London)
Bu şiə müəllif
Mehdinin kimin qəbirlərini açdırıb,cəsədlərini yandıracağını yalan söyləyib,hiyləyi əmr edən təqiyyəyə əsasən
açıqlamamışdır.Onun qeyd etdiyi qəbirlər Əbu Bəkr və Ömərin qəbirləridir.Beləki, əllamə Əhməd ibn Zeynuddin əl Əhsayi “Rical”kitabında
(səh 186-187) bu qəbirlərin kimlərə aid olduğunu açıqlamışdır. “Həyatun nəs”
adlı kitabının 50-ci səhifəsində bu qəbirlərin Əbu Bəkr və Ömərin qəbirləri
olduqları bildirilir.Onları “Cibt” və “Tağut” deyə adlandırılır.Həmçinin, bunu
Mirzə Muhəmməd Mumin əl Əstərabadi “Rical”kitabında (səh 118), Nemətullah Cəzairi
“Ənvərun numaniyyə” (c.2,səh 89)-də və Zeynuddin Nəbati “Sıratul Mustəqim”
(c.2,səh 253) kitablarında qeyd etmişlər.
Bunu ətraflı izah edən şiə şairlərinin
şerləri də mövcuddur.Bu baradə daha ətraflı aşağıda bəhs ediləcəkdir.
Şiəliyin Mehdisi Şeybə
oğullarının əllərini kəsir.
Muhəmməd Kazım əl Qəzvini
“əl İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur” kitabında imam Sadiqdən aşağıdakı rəvayyəti
nəql edir: “Qaimimiz zühur etsə, Şeybə
oğullarını yaxalayar,əllərini kəsər və ətrafda dolaşdırardı.” Onlar “Allahın
oğrularıdır” deyilər....” (“əl
İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur”səh 539,London)
Bu qisim bir neçə rəvayyəti
kitabında nəql etdikdən sonra o yazır: “Şeybə
oğulları Kəbənin mühafizləri idilər və oranın açarı atadan oğula keçirdi.Onlar
Kəbəyə hədiyyə olaraq gətirilən hədiyyələri oğurlayardılar və onları istədikləri
kimi xərcləyərdilər.Ona görə də imam onları “oğrular” yəni,Allahın mallarını
oğruyanlar adlandırmışdır.”
Şiəliyin
Mehdisi Davudun hökmü ilə idarə edəcək!?
Şiələrin vəd edilmiş Mehdisi gələndə Muhəmməd
(s.a.s)-in şəriəti ilə deyil,Davudun hökmü ilə hökm edəcəkdir.Beləki,müasir
alimlərindən olan Muhəmməd ibn Muhəmməd Sadiq əs Sədr “Tarihu mə badəz Zuhur”
kitabında (səh 728,810; Beyrut) imam Sadiqdən rəvayyət edərək yazır: “Mənim nəslimdən heç bir dəlil istəmədən
Davud xənadanlığının hökmü ilə hökm edən
Qaim çıxmadıqca dünya dağılmaz.”
İbrahim ən Numani “Kitabul Qeybət” adlı əsərdə Əbu
Abdullahdan rəvayyət edir: “....Allah hər
vadidən külək əsdirər və küləkdən belə nida gələr: “Bu Mehdidir! Heç bir dəlil
istəmədən Davudun hökmü ilə hökm edər.” (“Kitabul Qeybət”səh 314-315)
Şeyx Kamil Suleyman “Yəvmul Həlas fi zilil Qaimil
Mehdi” adlı kitabında Əbu Abdullahdan rəvayyət edərək yazır: “Muhəmməd (s.a.s)-in Qaimi hökm etdiyi
zaman insanlar arasında Davudun hökmü ilə hökm edəcəkdir və dəlilə də ehtiyyac
duymayacaqdır.Allah Təala ona ilham edəcək.O,da elmi ilə hökm edəcəkdir.Hər
qövmə gizlətdikləri şeyi bildirəcəkdir.” (səh 391, “Darul Kitabil Lubnan”
Beyrut,1991)
Şeyx Muhəmməd ibn Muhəmməd Sadiq əs Sədr
imam Muhəmməd ibn Əlidən belə bir rəvayyət nəql edir: “Muhəmməd (s.a.s)-in Mehdisi zühur edərsə.....yeni bir iş,yeni bir sünnət,yeni
bir hökm gətirəcək və ərəblərə qarşı şiddətli olacaqdır.” (“Tarihu mə badəz zuhur” səh 638)
Şiəliyin Mehdisi Məscidil-haramı dağıdacaqdır!?
Seyyid Muhəmməd Kazım əl Qəzvini “əl İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur” kitabında
“Məscidin əvvəlki halına gətirilməsi” başlığı altında (səh 534),həmçinin Məclisi
və Tusi öz kitablarında bunları yazır: “İmam Sadiqdən rəvayyət olunur: “İmam Mehdi zühur etdiyi zaman köhnə əsaslarına
salana qədər Məscidi-haramı sökər,məqamını isə köhnə olduğu yerə gətirər.” (“Biharul-ənvar” 52/388; Tusi
“Qeybə” səh 282)
Mehdi zühur etmədən
şiələrə cihad əmri yoxdur!?
Şiələrə
qarşı xoş hisslər və kafirlərə qarşı cihad məqsədi ilə yaxınlaşma təbliğatı
aparanların bilmədiyi bir həqiqəti qeyd etmək istərdik.Şiə məzhəbində cihad on
ikinci imamın zühuruna qədər haramdır.Buna görə də tarix şiəliyin kafirlərə
qarşı cihad etdiyinə şahid olmamışdır və olmayacaqdır.
Muhəmməd Yəqub Kuleyni “əl Kafi”-də Əbu
Abdullahın belə dediyini nəql etmişdir: “Qaimin
zühurundan öncə yüksəldilən hər bayraq sahibi Allah Təaladan başqa ibadət
olunan bir tağutdur.” (“əl Kafi” c.8,səh 295)
Bu rəvayyəti Hurr Amili “Vəsailuş şia”
(11/37)-da və buna bənzər rəvayyəti isə “Mustədrəkul Vəsail” (2/248)-də Nuri Təbərsi
də nəql etmişdir.
Hurr Amili Əbu Abdullahdan rəvayyət
edir: “Ey Sudeyr! Evindən ayrılma.Gecə-gündüz
sakit olduğu müddətcə sən də sakitliyə riayyət et.Süfyanın çıxdığı xəbəri sənə
gəldikdə,ayaq yalın olsan da bizə tərəf gəl.” (“Vəsailuş şia” 11/36)
Xomeyni “Təhrirul vəsilə”kitabın (c.1,səh
482)-da yazır: “Gözlənilən imamın qeybəti
dövründə fətva və qazilik şərtlərini özlərində cəm edən fəqihlər olan naibləri,siyasət
qərarları və cihada başlamaq xaricində imam Mehdinin haqqı olan digər vəzifələrə
sahibdirlər.”
Muhəmməd Fazil Lənkərani
“İmam Əlinin Malik Əştərə məktubunun şərhi” (səh 19) kitabında yazır: “Əhli beytdən gələn hədislərə,həmçinin şiə
alimlərinin icmasına görə hücum cihadı yalnız imamın hazır olduğu zaman icazəlidir.Qeybət
zamanı isə belə cihad icazəli deyil.”
Bu kimsələrin kafirlərə qarşı Əhli Sünnətlə
yan-yana cihad etməsi gözlənilə bilərmi? Bu bir həqiqətdir ki,şiəlik Əhli Sünnətin
güclü olduğu dövrlərdə hadisələrə müşahidəçi qalmışdır.Əhli Sünnət zəiflədikdə
isə üzərinə həmlə edib,onu parçalamağa çalışmışlar.Bu insanların söz oyunu
oynamalarına etibar edilməz.Çünki,onlar hər məsələdə təqiyyə ilə hərəkət etməyə
çalışırlar.
Alimləri Nəcəfi özlərinə müxalifət edənlərin
icmayla kafir olduğunu qeyd eməmişdimi? Onların Əhli Sünnətə münasibətinə dair
növbəti bir nümunə: Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: “Sənə qurban olum! Sərhəd bölgələrində
öldürülən bu insanlar haqqında nə deyirsiz?
İmam: “Veylə qovuşmaq üçün tələsirlər.Dünyada da axirətdə də ölüdürlər.Vallahi,şəhid
olanlar yataqlarında ölsələr belə sadəcə və sadəcə bizim şiələrimizdir.Şəhid
ancaq bizim şiələrimizdir.” (Kəşani
“əl Vafi” 9/15; Hurr Amili “Vəsailuş şia”11/21; Həsən ən Nəcəfi “Cəvahirul Kəlam”
21/40)
Tarix
boyu şiələr Əhli Sünnəti kafirlərlə qarşı etdiyi cihadlarda yalnız buraxmışlar.