Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona
şükür və tərif edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi haqq yoluna
yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən
qorunmaq üçün yalnız Ona pənah aparırıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi
va səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun.
Möhtərəm oxuculara təqdim olunan bu risalənin qələmə alınmasında əsasən şeyx əl Məvsulinin türk dilinə tərcümə olunmuş
“Aldanmayalım” kitabından istifadə edilmişdir.Risalədə bir çox
digər mənbələrdən də istifadə edilmişdir.Onların sırasında möhtərəm qardaşımız
Əbu Əli Abdullahın rus dilində qələmə aldığı “Не обманитесь” risaləsini
göstərmək olar.Həmçinin, ”Kurana dil uzatanları tanıyalım” kitabından və digər
qaynaqlardan da istifadə olunmuşdur.Eyni zamanda qeyd etmək lazımdır ki,risalədə
olan bir çox məsələlər daha ətraflı olaraq Antirafizi bloqunda təqdim olunmuşdur.Ümid edirəm ki,bu risalə müsəlmanlara haqqın
araşdırılmasında faydalı olacaqdır.
Burhan
Şiələrə görə təqiyyə
Şiəliyə görə təqiyyə və etiqadlarını gizlətmələri
İlk öncə təqiyyə məfhumunu açıqlamaq yerinə düşərdi.
Uca Allah Quranda buyurur:
“Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə
bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən
çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də
ancaq Allahadır.” (Ali İmran
28)
İbn Abbas (r.a) dedi: “Təqiyyə elə bir haldır
ki,adam qəlbində iman daşıdığı halda günah qazanmadan öldürülməməsi üçün dininə
əks olan söz söyləyir.” (Qurtubi “Cəmiul əhkam”
4/164)
İmam Qurtubi yazır: “Həmçinin deyilib: “Əgər kafirlər arasında
yaşayan mömin onun həyatına təhlükə olmasından ehtiyyat edərsə,o sözləri ilə
onları arxayın edə bilər.Bununla belə təqiyyə yalnız həyat,işğəncə və edam
qorxusu, olduğu zaman icazəlidir.Daha doğru rəyə görə əgər kimisə küfrə məcbur
edirlərsə,ona buna müqavimət göstərib,küfr söz söyləməməsinə icazə verilir.” (“Cəmiul əhkam” 4/164)
Güman edirəm ki,bu iki sitat təqiyyənin nə olduğunu
izah edir.Müsəlmanın Rəbbinə,Onun hər hansı məxluqunun qorxusundan asi olmasına
məcbur edilmə bu terminlə vəsf olunur.Həmçinin,aydındır ki,təqiyyə vacib
olmayıb,sadəcə istifadəsinə rüsxət verilən bir əməldir.
Müsəlman kafirlərin onu küfrə sövq etməsinə qarşı
çıxmaqla həyatını fəda edə bilər.Necə ki,Umeyyə ibn Xələf əl Cəhminin köləsi
olan Bilal ibn Rabəh (r.a) davranırdı. Mübarəkfuri “Sirə”də yazır: “Ağası onun boğazına kəndir bağlayaraq,küçəyə
çıxardır onu və uşaqların əlinə oyuncaq kimi verirdi.Bilal isə deyirdi: “O təkdir,o
təkdir.” Həmçinin,ağası onu gündüz qızmar torpaq vəya daş üzərinə uzandırıb,sinəsinə
qaya parçası qoyar və deyərdi: “Sən belə ölənə, ya da Muhəmməddən dönüb,Lat və
Üzzaya ibadət edənə qədər qalcaqsan.” Lakin,o “Təkdir,təkdir” deyərdi.”
İbn Cəuzi “Zadul məsir”
əsərində yazır: “Təqiyyə vacib olmayan
amma,istifadəsi caiz olan bir əməldir.İmam Əhməddən soruşdular: “Əgər sənin
başının üstündə qılınc olsa,sən yenə də haqqı deyəcəksən?” İmam dedi: “Əgər
alim təqiyyəyə görə,cahil elmsiz olduğuna görə cavab verərsə,həqiqəti kim bəyan
edəcəkdir?” (“Zadul məsir” 1/361)
İslamda təqiyyənin nə olduğunu bildikdən sonra,şiə
kitablarında təqiyənin necə vəsf olunduğuna və bunun onlar üçün nə cür əhəmiyyət
kəsb etdiyinə nəzər yetirək.
Şiələrə görə
təqiyyə həqiqətin əslini izhar etməkdir.Bu isə şiə məzhəbi mənsubunun başqasını
aldatmağına rüsxət verir.Belə təqiyyəyə əsasən şiə inandığı şeyi zahirən gizlədir,zahirən
inkar etdiyi məsələyə isə qəlbən inanır.Buna görə də şiələr Quranın təhrifi,səhabələri
söymək,müsəlmanlara böhtan atmaq və onları təkfir etmək kimi sünnilər
qarşısında gizlətməyə çalışdıqları bəzi məsələləri inkar etməyə çalışırlar.Bu
etiqadı ən yaxşı izah edən şeyx Muhibiddin əl Hatib deyir:
“Bizimlə onların arasında bir-birimizə qarşılıqlı surətdə
inanmağımıza mane ola biləcək əsas şey təqiyyədir. O elə bir dini əqidədir ki,
onlara icazə verir ki, zahirdə bizə batində fikirləşdiklərinin əksini göstərsinlər.Bizlərdən
təmiz qəlbli adamlar onların zahirən qarşılıqlı anlaşma və yaxınlaşmaya rəğbətləri
olduğuna aldanır,onlar isə bunu nə istəyir,nə bununla razılaşır,nə də buna əməl
edirlər.Tək məqsədləri digər tərəfdəkiləri saflarına qatmaqdır.” (“əl-Hutut əl-ərizə”,səh 10)
İndi isə şiələrin təqiyyə
baradə olan etiqadları ilə tanış olaq.
Müasir şiə alimi olan Muhəmməd Cavad əl Muğaniyyə yazır:
“Təqiyyə canını,malını qorumaq və kəramətini
hifz etmək üçün inandığının əksini söyləmək və bir şeyi etməkdir.”(“əş Şia
fil Mizan”səh 47)
Şiə alimləri təqiyyəyə böyük əhəmiyyət vermişlər.Hurr
Amili “Vəsailuş şia” (11/470) kitabında “Təqiyyəyə dəyər
və əhəmiyyət göstərmək və qardaşlarının haqqını əda etmək” adlı fəsil
ayırmışdır.Eyni yerdə o “Avama qarşı təqiyyə
ilə davranmağın vacibliyi” adlı fəsil tərtib etmişdir.Başqa fəsilə isə
(11/471) “Təqiyyə ilə hakimə itaətin zəruriliyi”
adını vermişdir.
Muhəmməd ibn Yəqub Kuleyni rəvayyət edir ki, Əbu Cəfər demişdir: "Təqiyyə mənim və ata-babamın dinindəndir, təqiyyəsi olmayanın imanı
yoxdur" (“Kafi",c.2,“Təqiyyə” fəsli, səh 219)
Şeyx Muhəmməd Rza Müzəffər
“Əqaidul İmamiyyə” kitabında (səh 85) yazır ki,bu hədis səhihdir.
Bu cəfəng sözlərə baxın! Təqiyyə acından ölməmək
üçün və yeməyə heç nə olmadığı zaman haram yeməyin caizliyi kimi bir əməldir.Təqiyyənin mənim
dinim olduğunu demək,haram yeməyin mənim dinim olduğunu demək kimidir.İmam bidətçilərin
ona nisbət etdiklərindən uzaqdır.
Kuleyni imam Sadiqin belə dediyini rəvayyət
etmişdir: “Ey Həbib! Allaha and olsun
ki, mənim üçün təqiyyədən sevimli bir şey yoxdur! Kim təqiyyəyə əməl etsə,
Allah onu yüksəklərə qaldırar, kim təqiyyəyə əməl etməsə, Allah onu yüksəklərdən
endirər” (“Kafi”,c.2, “Təqiyyə” fəsli, səh 217)
Kuleyni həmçinin,
Əbu Ömər Əcəminin belə
dediyini rəvayət etmişdir:
"Bir dəfə Əbu Abdullah mənə dedi:
"Ey Əbu Ömər! Dinin onda doqquzu təqiyyədədir, təqiyyəsi olmayanın dini yoxdur". (“Kafi", c.2,“Təqiyyə” fəsli səh 217)
Bu hədisi Murtəza Ənsari “əl Təhara” kitabında (2/279-280) səhih hesab etmişdir.“Təqiyyə fi fikr əl İslami”kitabında (səh 75) isə yazılır: “Bu hədisə heç bir şübhə ola bilməz.”
Kuleyni və Kəşani kitablarında Əbu Abdullahdan belə
nəql edirlər: “Bizim sirrimizi yayaraq
yeni günə başlayan kimsəyə Allah dəmirin istiliyini və dar bir məclisi nəsib
etsin.” (“Kafi” c.2,səh 372; “Kəşani “Vafi” c.3,səh 159)
İmam Baqirin belə dediyi rəvayyət
olunmuşdur: “Mənə təqiyyədən əziz nə ola bilər; təqiyyə möminin Cənnətidir” (“Kafi” c.2, “Təqiyyə” fəsli, səh 220)
Kuleyni
“Kafi”də,Xomeyni isə “ər Rəsail” də Süleyman ibn Xaliddən Əbu Abdullahın belə
dediyini nəql etmişlər: "Bir dəfə Əbu Abdullah mənə dedi: "Ey
Süleyman! Siz elə bir dindəsiniz ki, kim onu gizlətsə, Allah onu ucaldar, kim
onu aşkarlasa,Allah onu zəlil edər." (“Kafi”,c.2, “Təqiyyə” fəsli; səh 222, “Rəsail” c.2,səh 185)
Hurr Amili imam Əlidən
belə rəvayyət edir: “Təqiyyə möminin ən
fəzilətli əməllərindəndir.” (“Vəsailuş şia”c.11,səh 473)
Yenə Hurr Amili imam
Əli ibn Hüseyndən rəvayyət edir: “Allah möminin
təqiyyəni tərk etməsi və qardaşlarının haqqını pozmasından başqa bütün
günahlarını dünya və axirətdə əhv edər.”
(“Vəsailuş şia”c.11,səh 474)
İmam Sadiqdən belə nəql
edirlər: “Təqiyyədən ayrılan bizdən
deyildir.” (“Vəsailuş şia”c.11,səh 466)
Əbu Abdullahdan rəvayyət
olunur: “Təqiyyə etməyən Əli şiəsindən
deyildir.” (“Camiul əxbər” səh 95)
Cəfər Sadiqdən nəql
olunur: “Təqiyyə Allahla onun məxluqatı
arasındakı qalxandır.” (Muhəmməd Reyşəhri “Mizanul hikmət” №6691)
Qeyd etmək lazımdır ki, Azərbaycan
dilinə tərcümə olunmuş “Mizanul hikmət” kitabının müqəddiməsində Ocaq Necat
yazır: “Bu kitabdakı rəvayyətlər böyük diqqətlə və hədis
sahəsində ki, mütəxəssis rəyi ilə toplanmışdır.”
Həmçinin,
eyni yerdə bu kitabda imam Cəfərdən nəql olunur: “Dininiz baradə diqqətli olun və onu təqiyyə
ilə gizli saxlayın.Çünki,təqiyyəsi olmayanın dini yoxdur.” (“Mizanul hikmət” №6692)
Cəfər
Sadiqdən: “Allaha and olsun!Allaha həbdən
daha xeyirli bir şeylə ibadət olunmaz. Soruşdular: Həb nədir? Cavab verdi: Bu təqiyyədir.” (“Mizanul hikmət” №6693)
Həmçinin ondan: “Mömin insan hər zaman mücahiddir.Çünki,O
Allahın düşmənləri ilə yalan ölkələrində,təqiyyə və qılıncla isə haqq ölkələrində
mübarizə aparır.” (“Mizanul hikmət” №6694)
Şiə alimi Muhəmməd ibn Muhəmməd ibn
Sadiq əs Sədr əl Musəvi “Tarihul qeybətil kubra” kitabında yazır:
“Böyük
qeybət dövründə təqiyyə əmri: “Bu başqalarında olmayan və sadəcə İmamiyyə xəbərlərində
varid olan bir məsələdir. Səduq “İkməlut din”-də,Şeyx Hurr Amili “Vəsailuş
şia”-da,Təbərsi öz kitabında imam Rzadan
belə bir hədis nəql etmişlər: “Vərası olmayanın dini,təqiyyəsi olmayanın isə
imanı yoxdur.Sizin Allah qatında ən dəyərli olanınız təqiyyə ilə ən çox əməl edəndir.Qaim
zühur etməmişdən əvvəl kim təqiyyəni tərk edərsə o bizdən deyil.” (“Məktəbul əlfəyn” səh 362 hic.1403, Kuveyt)
Tacəddin
Muhəmməd ibn Muhəmməd əş Şairi “Camiul əxbər” kitabında Peyğəmbər (s.a.s)-dən
guya belə bir hədis olduğunu yazır: “Təqiyyəni
tərk edən namazı tərk edən kimidir.” (“Camiul əxbər” səh 95,”Heydəriyyə mətbəəsi”
Nəcəf)
Başqa
səhifədə isə yazır: “Münafiqlərin
arxasında təqiyyə ilə namaz qılmaq İmamların arxasında qılınan namaz kimidir.” (“Camiul əxbər”səh 110)
Məhz bu təqiyyə onlara
bizim üzümüzə gülməyə,bizi qardaş adlandırmağa və “İslam vəhdəti” altında
aldadıcı şüarlar etməyə sövq edir. Onlar beşinci məzhəb olmaq istəmirlər.
Xatirimdədir,bir dəfə şiələrdən biri deyirdi ki,guya Livanda Hizbullahın təsiri
altına düşən sünnilər şiəliyi qəbul edirlər. Onun bu sözünü şərh etməyə
çalışdıqda isə o dedi: “Siz vəhabilər! Siz həmişə şiələrlə sünnilərin birləşməsinə
mane olmusuz! Onların nəzərində vəhdət müsəlmanların şiəliyi toplu şəkildə qəbul
etməsidir. Şeyx Mustafa əs Sibai deyir: “Vəhdətə
çağrışla onlar sanki,sünnilərlə şiələrin yaxınlaşmasını deyil,sünnilərin şiələrə
yaxınlaşmasını qəsd edirlər.” (“əs Sünnə və məkanətuha fit təşril islami” səh
10)
Allah bu ümməti belə
bir fitnədən qorusun!
Şiə alimlərinə görə təqiyyə
vacibdir və onun tətbiqi can qorxusu olduğu müddətlə məhdudlaşmır.
Ayətullah Ruhullah
Xomeyni Musəvi “Rəsail” (c.2,səh 174-175)
adlı kitabında yazır: “Təqiyyə bəzən
qorxu,bəzən də qarşı tərəfi idarə etmək babından ola bilər....Təqiyyənin bir
növü də insanları idarə etmək,sevgi və simpatiyalarını cəlb etmək üçün olan
növüdür....Üçüncü növü də fiqhçilərə və qazilərə qarşı edilir.Bəzən avama qarşı
da edilir.”
Xomeyni
yazır: “Təqiyyənin caizliyi və vacibliyi insanın özünün vəya
başqasının həyati təhlükəsi üçün hiss etdiyi təhlükədən irəli gəlmir.Əksinə,göründüyü
kimi bəzi məsləhətlərə görə müxaliflərə təqiyyə ilə davranmaqda səbəb və
faydalar vardır.Buna görə də təqiyyə əməl etmək və sirr tutmaq can qorxusu və təhlükə
olmasa belə vacibdir.” (“Rəsail” c.2,səh 201)
Xomeyni “Misbəhul Hidayə”
kitabında (səh 154) yazır: “Ey Ruhani
dost! Allah dünya və axirətdə sənə kömək olsun!Bu sirrləri əhli olmayanlara
açmaman və yerinə görə istifadə etmə məsələsində səni xəbərdar edirəm. İlahi
qanunlardan,sirrlərdən olan şəriətin batini elminin özgə əl və gözlərdən
qorunması lazımdır.Çünki,bunlar onların fikir və anlayışlarının dərk edə biləcəklərindən
daha dərindədir….”
Xomeyni daha sonra yenə
“Rəsail” də yazır: “Təqiyyənin özünə görə
vacib olan qismi mövcuddur.Bu bir şeyi yayma xüsusunda tətbiq edilir.Məzhəbin
ifşa edilməsindən və Əhli beytin sirrinin ortaya çıxmasının qarşısını almaq qəsdi
ilə edilir.Bir çox rəvayyətlərdən çıxan nəticəyə görə imamların işlətdikləri təqiyyə
məhz bu növdəndir.Batilin dövlətində haqqın gizlədilməsi vacibdir.Burada məsləhət
dini və siyasətə görədir.Təqiyyə olmasaydı məzhəb yox olub gedərdi.” (“Rəsail”
c.2,səh 185)
Rza Müzəffər yazır: “Dini əqidənin gizlədilməsi metodu İmami şiələrin
digər İslami firqələrdən fərqləndirən xüsusiyyətlərdəndir.” (“Əqidətul imamiyyə”səh 25)
O,necədə haqqlıdır! Axı
şiələrdən başqa heç kim müsəlmanları özündən uzaqlaşdırmamaq üçün əqidələrini
gizlətmir. Bütün İslam məzhəbləri açıq şəkildə nəyə etiqad etdiklərini bəyan
edir.Onlar məlumatsız bir adamın onların həqiqi dini fikirlərini bilməsindən
ehtiyyat etməzlər,yalnız şiələr istisnadır.
Rza
Müzəffər həmin kitabda (səh 86) yazır: ”...
Yalnız şiələr öz əqidələrini gizlətmələrini etiraf edirlər və hər dəfə mövzu əqidəni
gizlətmədən düşəndə şiələr xatırlanır.”
Şiələrin məşhur hədis
alimi Muhəmməd ibn Əli ibn Hüseyn Ibn Babaveyh Qümminin "əl-Itiqadat" risaləsində qeyd etdiyi kimi: "Təqiyyə vacibdir,onu tərk edən namazı tərk edənlə bir səviyyədədir." O, sözünü belə bitirir: "Təqiyyə vacibdir.Müdafiəçi zühur edənədək onu aradan götürmək olmaz.Kim
Müdafiəçi üzə çıxanadək təqiyyədən əl çəksə, o Allah Təalanın
dinindən və Imamiyyə dinindən xaric
olmuş, Allaha, Onun Rəsuluna və Imamlarına müxalif çıxmış olur. İmam Sadiqdən Qüdrət və Cəlal sahibi
Allahın: "Allah yanında ən qiymətliniz Allahdan ən çox
qorxanınızdır” kəlamı
haqqında soruşmuşlar, o demişdir: “Təqiyyəyə ən çox əməl edəninizdir.” ("əl-Itiqadat", "Təqiyyə" fəsli,
səh 104)
Xülasə
olaraq deyirik:
1)
Şiələrin nəzərində
təqiyyə bəzi yaxşı niyyətli sünnilərin güman etdiyi kimi həyati qorxuya görə
deyildir. Beləki,təqiyyə bu məzhəbin zəlalətini və sünnilərə qarşı duyduğu düşmənçiliyi
gizlətmək üçün bir vasitədir.
2)
Onlara görə
təqiyyə namaz kimidir və onu tərk etmək olmaz.
Mühəddis
Hurr Amili “Vəsailuş Şia” kitabında imam Əli ibn Muhəmmədin öz səhabəsinə belə
buyurduğunu yazır: “Ey Davud! Əgər desən
ki,təqiyyəni tərk edən namazı tərk edən kimidir haqqlı olmuş olarsan.” (“Vəsailuş
şia” c.11,səh 466)
Şiə etiqadı
haqqında məlumatı olmayan kimsənin qəbul etməyəcəyi qəribəliklərdən də biri
budur ki,onlar qanları və mallarını mübah hesab edilən,özləri isə kafir və nəcis
olan nasibilərin arxasında təqiyyə ilə namaz qılmağı caiz bilirlər.
Xomeyni
kitabında Zürarə sənədi ilə Əbu Cəfərdən varid olan hədisi yazır: “Nasibi olanın arxasında qıldığın namazda bir
problem yoxdur.O,qiraət etdiyi zaman sən bir şeylər oxuma.Çünki,onun qiraəti səninkinin
də yerinə kifayətdir.” (“Rəsail”c.2,səh
198)
Bu rəvayyətin davamında
Xomeyni yazır: “Təqiyyə ilə qılınan namazların
qəbul edildiyi və səhih olduğunu bildirən sərih və zahir rəvayyətlər də
mövcuddur.”
Halbuki,Xomeyni özü “Təhrirul
Vəsilə” kitabında (c.1,səh 352) yazır: “Ən
düzgün rəyə görə Nasibi birindən alınan qənimət xüms kimi hökmlər baxımından hərb
əhli olanlara şamil edilməkdədir. Hətta,harada və necə olmasından asılı
olmayaraq,malının alınması caiz və xümsünün ödənilməsi vacibdir.”
Şiə şeyxi Muhəmməd ibn Muhəmməd ibn
Sadiq əs Sədr əl Musəvi “Tarihul qeybətil kubra” kitabında bunları yazır:
“Böyük qeybət dövründə təqiyyə əmri: “Bu başqalarında olmayan və sadəcə imamiyyə
xəbərlərində varid olan bir məsələdir. Səduq “İkməlut din”-də,Şeyx Hurr Amili
“Vəsailuş şia”-da,Təbərsi öz kitablarında
İmam Rzadan belə bir hədis nəql etmişlər: “Vərası olmayanın dini,təqiyyəsi
olmayanın isə imanı yoxdur.Sizin Allah qatında ən dəyərli olanınız təqiyyə ilə ən
çox əməl edəndir.Qaim zühur etməmişdən əvvəl kim təqiyyəni tərk edərsə o bizdən
deyil.” (“Məktəbul əlfəyn” səh 362,hic.1403, Kuveyt)
Gözlədikləri
Mehdi gələnə qədər bizə qarşı gizlədiklərinin əksini izhar etməyə nə qədər önəm
verdiyinə diqqət et!
Alim və hüccətləri sayılan Muhəmməd Təqi
əl Musəvi əl İsfəhani “Vəzifətul ənam fi zəmani qeybətul İmam” adlı əsərində
yazır: “Düşmənlərə yəni-Əhli Sünnətə
qarşı təqiyyəyə bağlı qalmaq.Vacib olan təqiyyənin mənası budur: “Həyatına,malına
vəya sahib olduğu mövqeyə mümkün zərər ehtimallarına qarşı əqidəni gizlətmək.Həmçinin,
bununla yanaşı zərurət olduqda dili ilə etiqadının əksini söyləmək. Beləliklə səhih
əqidəni qəlbində gizlədərək canını və malını qorumaq.” (“Darul Kari”səh 43,
Beyrut 1987)
Eyni kitabda bir səhifə sonra yazır: “Təqiyyənin vacib olduğu haqqında çoxsaylı
xəbərlər mövcuddur. Vacib olan təqiyyəyə nümunə olaraq imam Əlidən varid olan hədisdir.Bu
hədisdə üç dəfə təqiyyənin tərk edilməməsi israrla qeyd edilmişdir.Çünki,belə
bir əməl zillət səbəbi ola bilər.”
Bu şiə alimlərin
nəzərində olan təqiyyədir.Ona görə də şiəliyin dürüstlük və vəfakarlıq kimi
xüsusiyyətlərə sahib olduğunu demək çətindir.Çünki,bu əqidə onları sünnilərə
qarşı gözəl görsənmə və onlarla bərabərmiş kimi görsənməyə sövq edir.Beləliklə
də bizim saf qəlbli insanlarımız şiələrin bizdən çox da fərqli olmadığını güman
edir.
Müəllif yenə həmin səhifədə (səh 44)
imam Əlidən hədis nəql edir: “Qövmümün qəlbləri
ixtilaf içində olduğu halda məscidlərin çoxluğu sizləri aldatmasın.....” Ey
Möminlərin Əmiri! O dövrdə yaşamaq necə olacaq?” soruşdular. İmam: “Zahirdə
onlarla qarışın.Amma,batində onlara müxalif olun....”
Bu rəvayyətin davamında müəllif yazır: “Bu mövzuda çox saylı xəbərlər
mövcuddur.Bunlardan bir qismini “Mikyalul Məkarizm”-də qeyd etmişəm.”
Fəqih və müctəhidlərin şeyxi ləqəbi
verdikləri Murtəza əl Ənsari kitabında bunları yazır: “İlkin olaraq təqiyyənin müxaliflərin məzhəbinə qarşı olması şərti
labuddür.Çünki,bu ibadətlərdə təqiyyənin izn verilməsi haqqında varid olan xəbərlərdən
məlumdur.Ağla ilk gələn də kafirlərə və şiələrin zalimlərinə qarşı deyil,təqiyyənin
müxaliflərin məzhəbinə qarşı olmasıdır.” (“Risalətul Təqiyyə” səh 53,“Darul
Hadi” Beyrut,1992)
Deməli,təqiyyə kafirlərə,zalımlara
qarşı deyil,sünnilərə tətbiq edilir.
Ayətullah uzma olan Əbul
Qasim əl Xoyi yazır: “Təqiyyə baradə
olan hədislərə görə bu şiələrin müxaliflərdən gizlənmələri,şiə rafizi məzhəbinə
mənsub olmaları ilə məşhur olmamağı və əlverişli
mövqe tutaraq müxalifləri idarə etmək məqsədi ilə icazəli olmuşdur.Misal
olaraq,sözü gedən adam özünü Hənbəli kimi Hənəfilərin vəya Hənəfi kimi Hənbəlilərin
yanında göstərir.Nəticədə o əqidəsini gizlədəcək və şiə-rafizi olaraq qəbul
edilməyəcəkdir.Beləliklə, müxaliflərə qarşı xoş görünmə və onları əla alma adı
ilə davranacaqdır.Buradakı sirr belədir: Vacib olan,avama qarşı təqiyyə etmək,onlara
xoş görünüb “məsləhəti idari” hərəkət etməkdir.Keçən dəlillərin heç birində
müxaliflərin müxtəlif siniflərinə tabe olmanın vacibliyi varid olmamışdır.Məzhəbindən
ötrü özünə təqiyyə edilən kimsəyə tabe olmağın vacib olması baradə heç bir dəlil
varid olmamışdır.Zəruri olan davranış avama qarşı “məsləhəti idari”
davranmaq,onlara xoş görsənmək və onların yanında şiə mənsubiyyətini gizlətməkdir.Yəni,Hənəfilərə
qarşı təqiyyə edən bir şəxsin Hənbəli,Maliki vəya Şafiilərə görə əməl etməsi
caizdir.Bu baradə heç bir müşkülat yoxdur”
(“Tənqih şərhul urvatul vuska” c.4,səh
332; Sədr mətbəəsi,Qum h.1410)
Onlar bu məşhur taktikadan məharətlə istifadə edirlər.
Şeyx Bəhai kimi tanınan Muhəmməd
ibn Əli Hüseyn ibn Əbdussəməd deyir: “Mən
Şamda Şafii olaraq görsənirdim.” Bunu Muhəmməd əl Əştəxardi “Əcvadul munzərat”
kitabında yazır. (səh 188 “Darus saqaleyn” Livan 1416,1-ci nəşr)
Nəzərdən qaçmamalıdır ki,həqiqi əqidə və mənhəci
bilməyən hər azmış biri propaqanda nəticəsində şiəliyi qəbul edərkən,özünün
guya öncələri sünni vəya “vəhhabi” olduğunu iddia edir. Bu üsul da onların əsas
taktikalarındandır. Onlar üçün sünnilərə yalan danışmaq,adi bir
şeydir.Axı,onların alimləri belə yalan danışmağı onlara caiz görmüşlər.Ayətullah
Əbul Qasim əl Xoyinin rəsmi saytından sula-cavab şəklində olan sitatı təqdim
etmək istərdik.
Sual: “Bidət
əhli vəya zəlalətə dəvət edən bir adama cavab verərkən yalan demək olarmı,o məqsədlə ki,bu yalanla
onun dəlili və arqumentləri təkzib olunur.”
Müsəlmanları haqq yoldan sapdırmaq üçün onlar istənilən
hiyləyə əl atmağa hazırdırlar.Onlar müsəlmanlardan izzətli səhabələr haqqında əqidələrini
gizlədərək,ağzı köpüklü halda müsəlmanlarla vəhdət olmağın zərurətindən
danışırlar.Bu birinci mərhələdir. Sonra ehtiyyatla heç də bütün səhabələrin yaxşı olmamasına ehyam vurulur.Daha sonra
onların etdiyi və onların adından uydurulmuş yalanlarla dolu səhvlərə və
günahlara işarə edilir. Bir də ayılıb,görürsən ki,sən artıq onlarla matəmdə
oturub,yalançı göz yaşları tökürsən.
Əbul
Qasim əl Xoyi yazır: “Ərafatda Zilhiccə ayının səkkizinci günü vəqfədə
olmaq da yenə bu qəbildəndir.Çünki,imamlar həyatlarının böyük bir hissəsini Həcc
edərdilər.İmamların əshabı və tərəfdarları isə avamla birlikdə Həcc edərdilər.” (“Tənqih
şərhul urvatul vuska” c.4,səh
292)
Sünnilər
haqqında bəzən “avam” bəzən də “müxaliflər” ifadəsi sərf etdiyinə diqqət edin!
Xoyi daha sonra yazır: “Daha
xüsusi mənası ilə təqiyyənin avama qarşı edilən növünü qəsd edirəm.Bu təqiyyə
əslində vacibdir.Bu zəruriyyət isə bu yöndə olan çox saylı xəbərlərin mütəvatirlik
səviyyəsinə gəlib çıxmasından
qaynaqlanır.” (eyni yerdə, səh 254)
Xoyi etiraf
edir ki,avama yəni,Əhli Sünnətə qarşı təqiyyə etmək vacib və mütəvatir hökmündədir.
Xoyi bu kitabın 255-ci səhifəsində
yazır: “Bu xəbərlərin birində "Təqiyyə
mənim və ata-babamın dinindəndir, təqiyyəsi olmayanın dini yoxdur" ifadəsi
mövcuddur.Vacibə dəlalət etmə baxımından hansı ifadə bundan daha güclü ola bilər?
Elə ilk başdan təqiyyəsi olmayanın dini olmayacağı bildirilir.Buradan da şəri mənada
təqiyyənin əhəmiyyəti və onu tərk edənin dininin olmayacağı israrla bildirilməkdədir.Digər
bir xəbərdə isə “Təqiyyəsi olmayanın imanı yoxdur” ifadəsi keçir.Bu da məna və
dəlalət baxımından əvvəlki hədisi təsdiqləyir. Üçüncü hədisdə isə “Əgər desən ki,təqiyyəni tərk edən namazı tərk edən kimidir haqqlı
olarsan” ifadəsi keçməkdədir.Bu xəbər də vacibliyə dəlalət edir.Çünki,namaz hədislərdə
bildirildiyi kimi küfr ilə imanı ayıran bir əməldir.Təqiyyə də namaz misalında
gətirilmişdir.Bu da təqiyyənin iman ilə küfr arasında bir pərdə olduğuna işarədir.Dördüncü
xəbərdə “Təqiyyəni şüar və amal etməyən kimsə bizdən deyildir.”
deyilmişdir.Başqa xəbərdə “təqiyyəni tərk edən kimsə şiələrin sirrini ifşa edərək,onları düşmənə satan kimi vəsf
edilmişdir” deyilir.Bundan başqa daha çox rəvayyətlər də mövcuddur.Nəticə olaraq təqiyyə əslə görə
vacib hökmü daşıyır.”
Xoyinin nəzərində
vacib olan xüsusi mənada sünnilərə qarşı edilən təqiyyədir.Kitabının 254-cü səhifəsində
Xoyi yazır: “Ən yaxşı mənası ilə təqiyyə
əslində cəlb etmə və xoş görünmə hökmü daşımaqdadır.”
Xoyi başqa kitabında da ona verilən bir
suala belə cavab vermişdir: “Zərər
ehtimalı olan şəraitdə təqiyyə vacibdir.Onlarla (Əhli Sünnə) birlikdə namaz
qılmaq isə zərər ehtimalı olmamaqla bərabər müstəhəbdir.” (“Siratun necat
fi əcvibətil istiftat” c.2,səh
79,Kuveyt,1996-cı il)
Xoyi açıq şəkildə zərər ehtimalı olmadığı hallarda
da təqiyyə etməyi cazi hesab edir.
Ayətullah Kazım əl Hairi ona verilən bir
suala kitabında belə cavab verir: “Siə
bir şəxs sünnilərlə şiələrə qarşı pis təəsürat yaratmayacaq şəkildə
davranmalıdır.”
(“Fətavəl muntəhabə” 1/150,Kuveyt)
Şiələr təqiyyəni
nə zaman tərk edirlər?
Müsəlman qardaşım! Şiələr gözlədikləri
imamın zühuruna qədər təqiyyəyə bağlıdırlar.
Şiə müfəssiri Əyyaşi “Təfsir”in (2/351)-də,Hurr Amili “Vəsailuş
şia”(11/467)-da,Abdullah Şübbar “Usulul asilə” (səh 321)-də Cəfər Sadiqin Kəf
98-ci ayənin təfsirində belə buyurduğunu nəql edirlər: “Kəşf anında o təqiyyəni götürər və Allahın düşmənlərindən intiqam
alar.”
Allah düşmənlərindən qəsd olunanlar sünnilərdir.Çünki,şiələr
təqiyyə ilə onlara qarşı müamilə edirlər.Kəşf sözündən qəsd olunan isə imamın
meydana çıxmasıdır.
Kuleyni və Kəşani
kitablarında Əbu Abdullahdan belə nəql edirlər: “Ey Hubeyb! Kimin təqiyyəsi varsa Allah onu ucaldar.Kimin də təqiyyəsi
yoxsa, Allah onu alçaldar.Şübhəsiz ki,insanlar bir sükunət halında
yaşayırlar.Əgər o olarsa bu biri də olacaqdır.” (Kuleyni “Kafi”c.2,səh 217;
Feyz Kəşani “Vafi” c.3,səh 122)
Seyyid Əli Əkbər Qıfari
“Kafi” kitabında bu hədisin şərhində yazır: “Əgər o olarsa,yəni Mehdi zühurunu etsəydi bu da olurdu,yəni təqiyyə tərk
edilərdi.”
Hurr Amili Həsən ibn Harunun Əbu
Abdullahdan belə rəvayyət etdiyini nəql edir: “Əbu Abdullahın yanında oturmuşdum.Mualla ibn Huneys ona Qaimin imam
Əlinin yolu ilə hərəkət edib-etməyəcəyi baradə sual ünvanladı. İmam dedi: “Bəli,imam
Əlinin yolu nemət və ehsanla dolu idi.Çünki,şiələrinin onlara qarşı qələbə
qazanacağını bilirdi.Qaim isə onlar arasında qılınc və əsarətə almaq surəti ilə
hərəkət edəcəkdir.Çünki,o da özündən sonra şiələrin onlara qarşı qələbə qazana
bilməyəcəyini bilir.” (“Vəsailuş
şia” 11/57)
Muhəmməd ibn
Muhəmməd ibn Sadiq əs Sədr əl Musəvi kitabında Əbu Cəfərdən bu rəvayyəti nəql
edir: “İnsanlar sükunət içərsində olduğu
müddətcə biz onlarla nigah bağlayar,onlardan
miras aparar,həddləri yerinə yetirib,əmanətlərinə riayyət edərik.Bu
Qaimlə bərabər müzayilənin gəlməsinə qədər davam edər.”
Sədr Musəvi müzayilənin
mənasını belə izah edir: “Bu haqq əhlinin
batil əhlindən ayrılmasıdır.” (“Tarihu mə bəduz-zuhur”səh 726,Beyrut)
Ayətullah
Seyyid İbrahim əz Zincani kitabında imam Əlinin belə dediyini nəql edir: “Onların
fəqihləri öz istəklərinə görə fətva verir,qaziləri bilmədikləri şeyləri danışır
və çoxu da yalançı şahidlik edirlər.Qaim ortaya çıxanda isə fətva əhlindən
intiqam alacaqdır.” (“Hədaiqul uns” səh 104,Beyrut)
Müəllif bu rəvayyətin
şərhində eyni səhifədə yazır: “Fəqihlərdən
qəsd olunan müxaliflərin fəqihləridir.Çünki,onlar Allahın nazil etdiyinin
başqası ilə hökm verirlər.Bunun təsdiqi imam Baqirin sözüdür: “İmam Mehdi zühur
etdiyi zaman xüsusi ilə fəqihlərdən başqa ortada bir düşmən qalmayacaqdır.O və
qılınc bir-birinin qardaşıdır.Qılınc yəni,onun əlində qüvvə olmasaydı fəqihlər
onun öldürülməsi üçün fətva verərdilər.Lakin,Allah onu qılıncla qalib edəcəkdir.”
Kuleyninin tələbəsi olan Əbu Zeynəb Muhəmməd
ibn İbrahim ibn Numani imam Baqirdən nəql edir: “Əgər insanlar bilsəydilər ki, Qaim (Mehdi) zühur etdikdə nələr törədib neçə-neçə
insanları öldürəcək, o zaman onu (Mehdini) görmək istəməzdilər.Mehdi işə
Qüreyşdən başlayacaqdır. Qüreyşə qılıncdan başqa bir şey verməyəcəkdir. Beləliklə
insanlar deyəcəklər: O (Mehdi) Muhəmmədin ailəsindən deyil. Əgər Muhəmmədin ailəsindən
olsaydı o bağışlamağı bacarardı.” (Numani “əl Qeybət”fəsil
13, №18)
Bu rəvayyəti
Sadiq əs Sədr “Tarihu mə bəduz-zuhur”(səh 567)-də,şeyx Əli Yəzdi əl Hairi isə
“İlzamun nasib fi isbatil huccətul qaib” kitabında (2/283)-də zikr etmişlər.
“İmam dedi: “Rəsulullah (s.a.s) ümməti içərisində bərəkət və mərhəməti ilə hərəkət
edirdi.Qaim isə insanlar içərisində öldürmək ilə hərəkət edəcəkdir.Özü ilə bərabər
olan kitabda “öldürərək hərəkət etməklə əmr olundum”yazılmışdır.Heç kəsdən də
tövbə etməsini istəməyəcəkdir.Ona qarşı gələnlərə vay olsun.” (Numani “əl
Qeybət”fəsil 13, №14)
“O,yaralıları
və qaçanları öldürəcəkdir...” (Numani “əl Qeybət”fəsil
13, №15)
Əbu Abdullahdan rəvayyət
edilir: “....Allah hər vadidən külək əsdirər
və küləkdən belə nida gələr: “Bu Mehdidir! Heç bir dəlil istəmədən Davudun
hökmü ilə hökm edər.” (Numani “əl Qeybət”fəsil
13, №26)
“Şiələr imamın zühurundan sonra dünyanın sahibi və ağaları
olacaqlar.” (“Mizanul hikmət”
№581, səh 87)
Numani “əl Qeybət” adlı əsərində (səh
231) və “Tarihu mə badəz zuhur” kitablarında (səh 566) Zurarənin imam Baqirdən
belə bir rəvayyət nəql etdiyi yazılır: “Ona
dedim ki,salehlərdən bir saleh.Mənə onun adını söylə.Bununla Qaim (Mehdi)-i nəzərdə
tuturdum.İmam dedi: “Adı mənim adımdandır.”
Dedim:
“Muhəmməd (s.a.s)-in yolu ilə hərəkət edəcək?
İmam:
“Heyhat!Heyhat.Ey Zurarə,onun sünnəsi ilə hərəkət etməyəcək.”
Sənə
qurban olum,niyə? dedim.
İmam: “Rəsulullah
(s.a.s) ümməti içərisində bərəkət və mərhəməti ilə hərəkət edirdi.Qaim isə
insanlar içərisində öldürmək ilə hərəkət edəcəkdir.Özü ilə bərabər olan kitabda
“öldürərək hərəkət etməklə əmr olundum” yazılmışdır.Heç kəsdən də tövbə etməsini
istəməyəcəkdir.Ona qarşı gələnlərə vay olsun.”
Muhəmməd Sadiq əs Sədr Rufeydin imam Əbu Abdullahdan belə dediyini nəql
etmişdir: “Əbu Abdullaha dedim: “Ey Rəsulullahın övladı,sənə fəda olum! Qaim
(Mehdi) gələndə əhli səvad (müsəlmanların cümhuru) içərsində Əli ibn Əbu
Talibin yolu ilə hərəkət edəcəkdir?”
İmam
dedi: “Xeyr,ey Rufeyd.Əli ibn Əbu Talib əhli səvad içərsində cifri əsvəddə
olanlarla davranırdı.Qaim isə ərəblər içərsində cifri əhmərdə olanlarla hərəkət
edəcəkdir.”
Dedim: “Sənə
fəda olum! Cifri əhmər nədir?”
İmam
barmaqlarını boğazına tutdu və bax belə,yəni “boğazlamaqdır” dedi.” (“Tarihu mə
badəz zuhur” səh 570-571)
Numani “Qeybət” əsərində
(səh 236) imam Cəfərdən hədis nəql edərək yazır: “Bizimlə ərəblər arasında boğazlanmaqdan başqa bir şey qalmamışdır və əli
ilə boğazına işarə etmiş və demişdir: “Sizin haqqınızda sizin birinizin onların
mininə bərabər olduğu halda və onlardan birinin öldürüldüyünə müqabil sizin də
öldürülməyinizdən qorxmasaydım onları öldürməyinizi əmr edərdik.Lakin,bu imamın
gəlişinə qədər belə davam edəcəkdir.”
Bu rəvayyəti Hurr Amili “Vəsailuş şia”
(c.11,səh 60)-da,Bəhrani “əl Hədaiq” (c.18,səh 155)-də,Şeyx Hüseyn əl Usfur “əl
Məhasinun nəfsaniyyə” (səh 166)-də,Feyz Kəşani “əl Vafi” (c.10,səh 59)-də bu əlavə
ilə nəql etmişlər:
“Sizlərdən
bir nəfərin qisas əvəzi olaraq, onlardan bir nəfər qarşılığında öldürülməsindən
qorxmasaydıq ki,sizlərdən biri onlardan mini və yüz minindən daha
xeyirlidir,onları öldürmənizi əmr edərdik.Lakin,bu imamın zühuruna qədər ertələnib.”