1.Əhli Sünnətin
yanında təqiyyə ilə əməl etməməyin haram olması.
Onlar özlərindən
olan kimsələrin zərərini dəf etmək və intiqam almaq üçün Əhli Sünnə
sultanlarının xidmətinə can atmışlar.Məzhəbləri buna onları təşviq edir.Hurr
Amili Muhəmməd ibn Əli ibn İsanın imam Əbul Həsənə Abbasi xəlifələrinin xidmətinə
girməsi haqqında yazdığı məktubu nəql edir: “Təhlükə olmadığı müddətcə Allah üzrü qəbul edəndir.Bunun əksi isə məkruhdur….Ona
mənə verdiyi sualın cavabında yazdım: “Mənim onların əmrinə girmək haqqında
fikrim,düşmənin başına bəla gətirmək və onlara yaxınlaşıb,intiqam almaqdan
yanadır.Kim belə bir şey edərsə,haram iş görməz,əksinə savab və əcir qazanar.” (“Vəsailuş şia” 12/137)
Abbasi
oğullarının xidmətinə girməklə, məqsədin onların başına bəla gətirib,intiqam
almaq olduğuna dair imamın sözlərinə diqqət edin!
Hurr Amili Səfvan
ibn Mehran əl Cəmaldan nəql edir: “İmam
Əli ibn Əbul Həsənin yanına girdim.Ey Səfvan! Səndə olan hər şey xoş və gözəldir,bir
şeydən başqa…dedi.Sənə fəda olum,o nədir? dedim. İmam dedi: “Dəvələrini bu
adama (xəlifə Harun ər Rəşid) kirayə verirsən.” Səfvan dedi: “Vallahi,ona
sevinc və əylənmək qəsdi ilə verməmişəm…..” Mənə dedi: “Kirayəni ödəyənə qədər
onlarla qalmaq istəyirsən?” Dedim: “Bəli” Dedi: “Kim onlarla olarsa,onlardandır
və gedəcəyi yer oddur.” Səfvan dedi: “Getdim və dəvələrimin hamısını satdım.Bu
xəbər xəlifənin qulağına çatdıqda məni çağırdı və dedi: “Ey Səfvan! Qulağıma
çatdığına görə dəvələrini satmısan.Mən sənə bu fikrin kim tərəfindən
verildiyini bilirəm.Bu fikri sənə Musa ibn Cəfər verib.” Dedim: “Musa ibn Cəfərdən
mənə nə!” O,dedi: “Vallahi,əgər yaxşı dostluğun olmasa idi səni öldürərdim.”
(“Vəsailuş şia” 12/131)
2. Əhli Sünnətin
ölülərinə cənazə namazı zamanı lənət oxumaları
Şeyx
Mufid “əl Muğniyyə”kitabında yazır: “Möminlərdən
heç kəsə vilayət məsələsində haqqa müxalif olanların cənazələrinin yuyulmasında
və namazlarında iştirak etmələrinə icazə verilmir.Bunu yalnız zərurət halında təqiyyə
edərək etmək olar.....Cənazə namazında ona lənət oxumaq və onun üçün dua etməmək
lazımdır.” (səh 85,Muəsəsat nəşri
İslami,Qum)
Şeyxut-taifə ləqəbli Əbu Cəfər ət Tusi
“Təhzibul əhkam” kitabında yazır: “Bu məsələnin
izahı belədir: “Əhli haqqa müxalif olan kimsə kafirdir.Deməli,hökm etibarı ilə
kafir ilə eyni səviyyədə olmalıdır.Kafirin yuyulması caiz olmadığına görə eyni
şəkildə müxaliflərin də yuyulması caiz deyildir.Cənazə namazının qılınması məsələsi
isə Peyğəmbər (s.a.s) və imamların münafiqlərin cənazə namazlarını qılmaları çərçivəsində
dəyərləndirilir.Müxaliflərin cənazə namazlarının necə qılınacağı və kafirin
yuyulmasının caiz olmadığının dəlilini isə sonrakı səhifələrdə izah edəcəyik.”
(“Təhzibul əhkam” c.1,səh 335, 3-cü nəşr,Tehran)
Kuleyni yazır: “Əbu Abdullahın dediyinə görə Abdullah ibn
Ubey ibn Səlul öləndə Peyğəmbər (s.a.s) onun dəfnində iştirak edirdi. Ömər Rəsulullah
(s.a.s)-a dedi: “Məgər Allah sənə onun qəbri üstündə dayanmağı qadağan etməmişdir?”
Peyğəmbər (s.a.s) cavab vermədi. Ömər yenə soruşdu: “Ya Rəsuullah! Məgər Allah
sənə onun qəbri üzərində dayanmağı qadağan etməmişdir?” Belə olduqda Peyğəmbər
(s.a.s) dedi: “Heyıf ki,sən mənim nə dediyimi anlamırsan.Mən dedim ki,ilahi
onun içinə od sal,qəbrini odla doldur,onu Cəhənnəmə vasil elə” (“Kafi-furu”
“Kitab əl cənaiz” fəsli c.3,səh 188,İran)
Bu
rəvayyəti Tusi “Təhzib”(3/196)-də,Hurr Amili “Vəsailuş şia” (2/770)-da “Müxaliflərin cənazələrinin necə
qılınacağı” fəslində nəql etmişlər.
Kuleyni özünün “Kafi” kitabında Əbu Abdullahdan belə rəvayət edir ki,
münafiqlərdən bir kişi ölürmüş, Hüseyn ibn Əli cənazə ilə birlikdə yola
çıxır.Onun qarşısına bir mövlası çıxır, imam Hüseyn ondan soruşur: “Hara gedirsən?” O deyir: “Bu münafiqin cənazəsindən
qaçıram ki, onun üçün namaz qılmayım.” İmam ona deyir: “Sən namaz zamanı mənim
sağımda dayan və məndən nə eşitsən, sən də elə de.” Hüseyn təkbir duasında belə
söyləyir: “Allahü əkbər! Allah, sən bu qulun filankəsə min dəfə eyni,
bir-birindən fərqlənməyən lənətlər yağdır. Qullarından birini cəzalandır, onu Cəhənnəm
odunun qızmarına at, ona Özünün ən şiddətli əzabını daddır.Çünki, o sənin düşmənlərinə
dost, övliyalarına düşmən olmuşdur. O, sənin Peyğəmbərinin ailəsinə nifrət
etmişdir.” (“Kafi” “Kitab əl-cənaiz” , “Düşmənçilik edənlər” fəsli, c.3,səh
189, İran)
Bu
hədisi həmçinin, Tusi “Təhzib”,Şeyx Səduq “Mən lə yəhduruhul fəqih”,Hurr Amili
“Vəsailuş şia” kitablarında nəql etmişlər.
Muhəmməd
ibn Həsən ət Tusi “Təhzib”(3/316)-də yazır: “Cənazə namazı içərsində olan dörd təkbir təqiyyə ilədir.Çünki,bu qayda
müxaliflərin məzhəbidir...”
Bu
sözlər ilə Əhli Sünnətin qəsd olunduğu aşkardır.Çünki,sünnilər cənazə namazında
dörd təkbir gətirirlər.
Hurr
Amili “Vəsailuş şia” kitabında “Müxalifə
(sünniyə) cənazə namazı qılmaq” fəslində yazır: “Muhəmməd ibn Muslimdən nəql olunur ki,imam dedi: “Əgər mərhum haqqı
inkar edənlərdən idisə onda de: “Ey Allah! Onun qarnını və qəbrini odla
doldur.Ona əqrəb və ilanları müsallat elə!” (“Vəsailuş şia” 2/771)
Bu
rəvayyəti Yusif əl Bəhrani “Hədaiq” (10/414)-də və Muhəmməd Həsən ən Nəcəfi “Cəvahirul kəlam” (12/48)-da nəql etmişlər.
Şeyx Səduq kitabında Əbu Abdullahdan hədis rəvayyət edir: “Allahın düşməninin cənazə namazını qılarkən belə de: “Allahım!Biz
bunun sənə və Rəsuluna düşmən olduğundan başqa bir şey bilmirik.Allahım onun qəbrini,qarnını
odla doldur!Onu tezliklə Cəhənnəmə göndər!Çünki,sənin düşmənlərinə
dost,dostlarına isə düşmən olardı.Peyğəmbər (s.a.s)-in Əhli beytinə də düşmən
idi.Allahım! Onun qəbrini daralt,onu ucaltma,onu təmizləmə de.” (“Mən la yəhduruhu
əl-fəqih” 1/105)
Bu rəvayyəti Hurr Amili “Vəsailuş şia”(2/77)-da “Müxaliflərin cənazə namazı necə qılınar”
fəsli altında Bəhrani “əl Hədaiq”(c.10,səh
414)-də,ən Nəcəfi isə “Cəvahir”-də (c.12,səh 49)-də qeyd etmişlər.
Yusif əl Bəhrani bu rəvayyəti zikr etdikdən sonra (səh
415) demişdir: “Bu rəvayyətlərin hamısı
görüldüyü kimi Əhli Sünnədən olan müxaliflər haqqındadır…”
Həmçinin,o
eyni kitabın başqa yerində yazır: “On
iki imama inanan möminin cənazə namazının qılınmasının vacib olması baradə heç bir fikir ayrılığı
yoxdur.Eyni şəkildə xarici,nasibi,qulat və zeydi olan dindən zəruri olan
etiqadlardan birinin əksinə etiqad edən adamın cənazə namazlarının təqiyyə
xaricində qılınmasının caiz olmadığı xüsusunda da heç bir fikir ayrılığı
yoxdur.” (“əl Hədaiq” 10/359)
Bəhrani başqa bir kitabında yazır: “Dördüncü təkbirdən sonra mömin üçün dua
ediləcəyi bilinməlidir.Mömin deyil və haqqa müxalif olandırsa, bəddua
olaraq belə deyilir: “Allahım! Onun qarnını və qəbrini
odla doldur.İlanları,əqrəbləri ona müsəllat elə.” (“Risalətus salətiyyə” səh
328)
Əbu Əhməd əl-Usfur əl-Bəhrani
“Risalətus salətiyyə” kitabına yazdığı şərhdə
(333-cü qeyd) Mufidin sözlərini qeyd etdikdən sonra yazır: “Təhzib”də şeyx bununla razılaşmışdır.Sözlərinin sonuna qədər müxaliflərin
kafir,hökmlərinin kafirlərin hökmü ilə
eyni olması baradəki sözlərini davam etdirir.Əbu Saleh müxalifin cənazə
namazının təqiyyə xaricində qılınmasının caiz olmadığını qəbul etmişdir.İbn
İdris də inanclı bir adamın bu hökmdə olanların cənazə namazının qılınmaması rəyini
qəbul etmişdir. Seyyid Murtəzanın da
müxaliflər haqqındakı hökmü bəllidir.Yəni,o onların küfrünə hökm etmişdir.”
Bilindiyi
kimi inanclı insan dedikdə onlar on iki
imama etiqad edən şəxsi nəzərdə tuturlar.
Mirzə Həsən Hairi əl Əhkaqi “Əhkamu fiş
şia”adlı kitabında yazır:
“Kitabı olsun,ya olmasın kafirlərin bütün qisimlərinin
cənazə namazının qılınması caiz deyildir.Təqiyyə və zərurət xaricində bu
müxaliflər üçün də keçərlidir.Dördüncü təkbirdən sonra cənazəyə lənət
oxunar.Beşinci təkbir edilməz…..Cənazə namazı mömin birinə aiddirsə,beş təkbir
almaq vacibdir.Əgər namaz müxalif və ya münafiq birinə məxsusdursa dörd təkbir
alınar və dördüncü təkbirdən sonra cənazəyə bəd dua edilir.” (“Əhkamu fiş şia”c.1,səh 186-187; “Məktəbətu Cafər
Sadiq” Kuveyt,1997 il)
Buna bənzər fətvanı
Ayətullah Mirzə Əbdurrasul əl İhqaqi “Əhkəmuş şəria” (1/229) kitabında
vermişdir.
Həmin bu
Hairi əl Əhkaqi digər kitabında İranı fəth edən səhabələri vəsf edərək,yazır: “Fars qadınlarının iffətinə göz dikən, quldur və şəhvət
düşgünü olan bədəvi ərəblər"(“Risalətul
İman”səh 232)
Nuri ət Təbərsi yazır: “Şeyx Tusinin “Tibyan” əsəri araşdırıldığında bu əsərin
tamamilə müxalifləri idarə etmək və onlarla yaxşı keçinmək niyyəti ilə
yazıldığı məlum olacaqdır....Nuri Təbərsi davam edərək yazır: “Əli ibn Tavus
“Sadus Səud” adlı əsərində bunları yazır: “Atam Əbu Cəfər ət Tusi “Tibyan” adlı
kitabında yazdıqları ilə bizdə razıyıq.Onu bu fikirləri yazmağa təqiyyə qəsdi
olmuşdur.” (“Fəsl əl-xitab”səh 38)
3. Əhli Sünnəti aldatmağa hesablanmış təqiyyə
namazı.
Bəziləri şiələrin sünni
imamlar arxasında namaz qılmalarına aldanırlar.Bu davranışı onların Əhli Sünnətə
qarşı duyduqları yaxınlıq və pərəstişin dəlili hesab edirlər.Yuxarıdakı fəsillərdə
izah edildi ki,onlara görə iman ancaq Əli (r.a) və övladlarının vilayətini qəbul
etməklə tamamlana bilər və buna etiqad etməyənlərin əməlləri qəbul edilməyəkdir.İndi
isə gəlin,onların daha açıq ifadələri ilə tanış olaq.
Mühəddis Hurr Amili məşhur “Vəsailuş şia”kitabında “İmamların vilayəti qəbul edilmədiyi və imamlıqlarına
inanılmadığı təqdirdə ibadətlərin batil olması” adlı fəsil tərtib etmiş və
bu fəsildə 19 hədis nəql etmişdir.
Bu hədislərdən biri də imam Baqirdəndir.Bu
hədisdə imam şiələrinə deyir: “Vallahi,Allah
üçün sizdən başqa hacı yoxdur və sizdən başqasından da bu qəbul edilməyəcəkdir.” (“Vəsailuş şia” 1/90)
Hurr Amili
daha sonra bu fəsildə 19 rəvayyəti nəql etdikdən sonra (səh 96) yazır: “Bu baradə həqiqətən çox sayda hədis
mövcuddur.”
Alim,fəqih,imamları olan
Ayətullah Hacı Ağa Hüseyn Təbatəbai Burucərdi “Camiu əhadis şia” (1/426)
kitabında “Əməllərin qəbulunun imamların
vilayəti və onların imamlığına inanma şərti ilə qəbul ediləcəyi” başlığı
altında fəsil tərtib etmiş və orada 78 rəvayyət nəql etmişdir.
Bu hədislərdən biri də Rəsulullah (s.a.s)-dan nəql
edilir.Peyğəmbər (s.a.s) buyurub: “Məni
haqq ilə göndərənə and olsun ki,sizdən biriniz rükun ilə məqam arasında min il
ibadət edərsə,sonra Əli və övladlarının vilayətini qəbul etməzsə,Allah onu başı
aşağı Cəhənnəmə atacaqdır.” (“Camiu əhadisuş şia” 1/429)
Səhifə 431-də isə Əbu Həmzədən Əbu Abdullahın belə
dediyini nəql edir: “Sizə müxalif olan
özünü ibadətə həsr etsə,ictihad etsə belə, “o gün bir çox üzlər qaralar” ayəsinin
hökmündədir.”
Etiqadlarında sabit olan
davranış bu şəkildədir.Hurr Amili “Vəsailuş şia”(5/388)-da “Camaat imamının müxaliflərdən olması halında təqiyyə xaricində ona
namazda uymanın caiz olmadığı” adında bir fəsil tərtib etmişdir.
383-cü səhifədə isə “Müxalifdən öncə fərzi əda etmənin,daha
sonra onunla birlikdə namazı qılmanın müstəhəb olması” adında fəsil
ayırmışdır.
5/381-də “Namazda müxalif kimsənin arxasında təqiyyə
ilə namaz qılma və birinci səfdə durmağın müstəhəb olması” adında fəsil
ayırmışdır.
Həmçinin, Burucərdi “Camiu əhadis
şia”(6/410) adlı əsərində “Səhih etiqadlar mövzusunda müxalif olan kimsənin
arxasında namaz qılmanın təqiyyə xaricində caiz olmamağı və təqiyyə səbəbi ilə
camaatlarına qoşulmağın və onlarla bərabər ilk səfdə durmanın müstəhəb olması”adlı fəsil
tərtib etmişdir.
“Camiu əhadis şia”
(6/418)-da Burucərdi “Adamın fərz
namazını vaxtında qılıb,daha sonra təqiyyə niyyəti ilə müxaliflə birgə namazı
imam vəya camaat olaraq qılması vəya qılmadığı halda qılırmış kimi görsənməsinin
müstəhəb olması” adında fəsil tərtib etmişdir.
Ona görə də məşhur alimlərindən olan Əbul Qasim əl Xoyi “Müsəlmanların
camaatı ilə birgə namaz qılmaq” haqqında suala
belə cavab vermişdir: “Təqiyyə ilə qılınarsa,səhihdir.” (“Məsail”,”Rudud”
1/26,Qum)
Ayətullah Muhəmməd Rza əl
Musəvi Kəlbəyqani “müsəlmanların məscidində qılınan namaz” haqqında ona verilən
suala belə cavab vermişdir: “Onlarla birlikdə namaz qılmağı tərk etmək fitnə və ixtilafa səbəb
olacaqsa təqiyyə ilə bunu etmək caizdir.” (“İrşadus sail” səh 38,Kuveyt)
“Camaatın sünni olan imamına namazda uymaq caizdir,yoxsa deyil?” sualına
belə cavab verilir: “Təqiyyə halında bu əməl caizdir və savabı böyükdür.” (“Məcməul məsail” 1/194,Kuveyt)
Xameneyi “Əcvibətul istiftat” adlı kitabında (səh 178,Beyrut) “Əhli
Sünnətin arxasında camaat namazı qılmaq caizdir?” sualına belə cavab verir:
“Onların arxasında camaat olaraq namaz qılmaq ehtiyyati məsləhət baxımından
caizdir.”
Ayətullah Kazım əl Hairi
“əl Fətava muntəhabə” adlı kitabında (1/75,Kuveyt) “Sünni qardaşlarımızın
arxasında təqiyyə olmadan namaz qılmaq caizmi? İmam Xomeyninin həcc mərasimi
zamanı sünnilər arxasında camaat namazı qılmanın mübahlığı haqqında fətvasının hökmü nədir?” sualına
belə cavab vermişdir: “Caiz deyildir.Bu
məsələnin imamın həcc mərasimi zamanına aid verdiyi fətva ilə qiyas etmək
yersizdir.”
Həmin kitabda (səh 81)-də “İslam
birliyi şüarı sünni bir adamın arxasında namaz qılmağa səbəb ola bilərmi?” sualına belə cavab vermişdir: “Birlik və bərabərlik sünni adamın
arxasında namaz qılmağa səbəb ola bilər.Lakin,ehtiyyata görə namazın yenidən
qılınması məsləhətdir.”
Mirzə Həsən Hairi əl Əhkaqi “Əhkəmuş şia” kitabında
yazır: “Şiə olan biri onların (sünnilərin)
camaatına qoşulub,onlara iqtida etmədən öncə evində namazı əda edə bilərsə və
sonra onlarla birlikdə camaat namazına qoşula bilərsə vəya onlarla birlikdə
qıldıqdan sonra yenidən qəza edə bilərsə bunları etsin.
Zərurət olmadığı halda təqiyyə ilə camaatlarına qoşularaq,ilk səfdə
durmaq və zahirən onlara uymaq müstəhəbdir.Lakin,iqtida etmədən namazı tək
başına da qıla bilər.” (“Əhkəmuş
şia” 2/341-342)
Müsəlman qardaş! Bu fətvalarla
sən şiələrin Əhli Sünnət arxasında qıldığı namazların sırf aldatmadan ibarət olduğunu öyrənmiş oldun.Bunu Ticani bu
sözlərlə etiraf edir: “Şiələr çox vaxt
Əhli Sünnətlə birlikdə təqiyyə ilə camaat namazı qıldıqdan sonra oranı tez tərk
edərdilər.Çox güman ki, evə qayıdıb,namazlarını yenidən qılırlar.”(“Kullul
Hulul ində alir rasul” səh 160; Beyrut)
Həmçinin,sünnilərin
namazda sağ əli sol əlin üzərinə qoymaları,Fatihə surəsindən sonra amin demələri
şiələrə görə namazı batil edən səbəblərdəndir.Lakin,onlar buna təqiyyə ilə
edildikdə icazə vermişlər. Bu cür fətva verənlər:
1-Ruhullah əl Musəvi əl Xomeyni -“Təhrirul vəsilə”
(c.1,səh 186,190)
2-Ayətullah Seyyid Abdullah Səbzvari - “Camiul əhkam”
(səh 92-93)
3-Ayətullah Muhəmməd Rza Kəlbəykani - “Muhtəsərul əhkam”
(səh 68-69)
4-Əbul Qasim əl Xoyi “Məsailul Muntəhabə”
Daha altı belə şiə aliminin kitablarında belə fətvalar
mövcuddur.
4. Əhli Sünnətə
zəkat vermənin caiz olmaması.
Şiə alimləri zəkatın müxaliflərə verilməsini
haram hesab etmişlər.Ayətullah Sistani “Minhəcus salihin”adlı kitabında (c.1,səh
373) yazır: “Kafirə zəkat verilməz.Müxalif
də belədir.”
Həmin yerdə yenə yazır: “Müxalif biri özündən olanlara zəkat
verib,daha sonra şiə məzhəbinə keçərsə,zəkatı təkrar verməlidir.Əgər möminə (şiəyə)
vermişsə bu kifayət edər.”
Şiələrin təqlid
mərciilərindən olan “Ayətullahlar” kitablarında “Zəkatın kimlərə verilməsi”
fəslində eyni fətvaları vermişlər.Bunlardan bəziləri aşağıdakılardır:
1- Ayətullah
Muhəmməd Hüseyn Şirazi “əl məsailul İslamiyyə”
2- Ayətullah
Xomeyni “Təhrirul vəsilə”
3- Ayətullah
Mirzə Əbdurrasul əl İhqaqi “Əhkamuş şəria”
4- Ayətullah
Mirzə Həsən əl İhqaqi “Əhkamuş şia”
5- Ayətullah
Əli əl Qəravi “Mucuzə fətaval mustənbəta”
6- Ayətullah
Muhəmməd Fazil Lənkərani
“əl Əhkamul vadihə”
7- Ayətullah
Muhəmməd əl Kəlbəynaqi “Hidayətul ibad”
5. Müxaliflərin qeybətinin edilməsinin caiz
olması.
Böyük müctəhidlərindən
olan Ruhullah Musəvi Xomeyni kitabında yazır: “Zahir olan odur ki,qeybətin haramlığı mömin üçün olduqda keçərlidir.Buna
görə də müxalifin qeybətini etmək caizdir.” (“Məqasibul muharrəmə” 1/249; Qum)
Onlara görə
qeybətin haramlığı on iki imami etiqadında olanlara xasdır.
Ayətullah Seyyid Əbdulhüseyn Dəstağeyb
yazır: “Bu bilinməlidir ki,qeybətin
haram olması möminə yəni,həqiqi inanc əsaslarına inanan kimsəyə məxsusdur.Bu
inanclardan biri də 12 imama etiqaddır.Ona görə də müxaliflərin qeybəti haram
deyildir.” (“Zunubul kəbira” 2/267 “Darul İslamiyyə”nəşr.Beyrut,1988 il)
Xomeyninin ən
yaxın silahdaşı olan 1983-cü ildən inqilab rəhbərliyini öhdəsinə alan Seyyid Dəstağeybin
sözləri budur.Şiəliyə görə on iki imami əqidəsində olmayan hər kəsin qeybəti
edilə bilər.
Muhəmməd Həsən ən Nəcəfi yazır: “İstənilən halda qeybətin haramlığı imamların birini belə inkar edən digər kafirlərə
və müxaliflərə deyil,sadəcə 12 imam etiqadında olan möminlərə xas olduğu
aşkardır.” (“Cəvahirul kəlam” 22/63)
Muhəmməd Həsən ən Nəcəfi bu kitabın
başqa bir yerində belə yazır: “Hər halda
İslam və iman küfrü baxımından müxaliflərin müşriklərin sırasında olması
aşkardır.Əsrlər boyunca,müxtəlif ölkələrdə avamı və alimi ilə şiələr müxaliflərin
qeybətini etmişlər.Belə ki,bu iş şiəliyə görə itaətlərin ən əfzəli,Allaha
yaxınlaşma məqsədi ilə edilən əməllərin ən yaxşılarındandır. Bəzilərindən rəvayyət
olunduğu kimi bu məsələdə icma hasil olduğu iddialarında heç bir qəribəlik də
yoxdur.Hətta,bu əməlin qəti zərurətdən olması iddiası da mümkündür.” (“Cəvahirul
kəlam” 22/62)
Ayətullah
Əbul Qasim əl Xoyi “Misbah əl fuqaha” kitabında yazır:
“Onun sözü və sözünün mənası budur ki,möminin
arxası ilə qeybət etmək olmaz.”
Deyirəm: “Mömindən qəsd olunan Allaha,elçisinə,qiyamət
gününə və 12 imama inananlardır ki,onlardan birincisi Əli ibn Əbu Talib və
sonuncusu Mehdidir.Allah bizləri onun tərəfdarları və köməkçilərindən
etsin.Bunlardan birini inkar edənin qeybətini etmək və onun haqqında pis
danışmaq caizdir və bunun bir sıra səbəbləri vardır.
·
Birinci səbəb: Hədislərdə,dua
və ziyarətlərdə müxaliflərin lənətlənməsi,onlardan uzaqlaşma və onların çoxlu təhqir
olunmaları qəti olaraq sabit olmuşdur.Bu
onların qeybətini etmənin caizliyini göstərir.Çünki,onlar bidət və şübhə əhlidirlər.”
·
Bundan başqa onların
küfründə heç bir şübhə yoxdur.Axı,imamlardan birinin belə vilayətini və imamətini
inkar etmək,digərlərinin qanuni xəlifəliyinə inanmaq və s.küfr və bidətə aparan
səbəblərdir.Bunun sübutu vilayəti inkar edənlər haqqında olan çoxsaylı xəbərlərdir (“Misbah əl fuqaha” 2/11;
“Darul Hadi” Beyrut)
Ayətullah Əbul Qasim əl
Xoyinin fətvalarının olduğu “Minyətus sail” adlı kitabda (səh 218,Beyrut) ona
verilən suala o belə cavab verir: “Bəli,müxalifin
qeybətini etmək caizdir.Qeybəti caiz olmayan mömindən murad əsl mənası ilə olan
mömindir.”
Şiələr Peyğəmbər
(s.a.s)-dən belə bir rəvayyət nəql etmişlər: “Məndən sonra bidət və şübhə əhli kimsələr görəcəksiniz.Onlardan uzaq
olduğunuzu izhar edin.Onları çox söyün,haqqlarında çox danışıb,hekayələr (qeybət)
nəql edin.Belə edin ki,İslamda fəsad çıxarma arzuları olmasın və insanlar
onlardan çəkinsin.”
Bu rəvayyəti
alimləri Hurr Amili “Vəsailuş şia” (11/508)-da nəql etmişdir.Həmçinin,alimləri
Sadiq əl Musəvi “Nəhcul intisar” adlı kitabında imam Səccaddan bu rəvayyəti nəql
etmiş və 152-ci haşiyədə bu sözləri yazmışdır: “İmam Səccad zalımlardan və İslam ümmətini
istismar edən kimsələr olan bidət əhli haqqında, onlardan uzaq olmağı, söyməyi,
barələrində pis şayiələr yaymağı,qeybət və iftira növündən olan bütün əməlləri
caiz görmüşdür…”
Söymək,pis
şayiələr yaymaq,iftira atmaq,qeybət etmək kimi İslamla əlaqəsi olmayan bu
inanclara diqqət edin!!!
Bunlar sadə müsəlmanların
da bu üslubları öyrənməsini və tətbiq etməsini istəyirlər.Bu metodu Əhli Sünnətin
böyükləri və alimləri haqqında geniş şəkildə tətbiq edirlər. Beləki,Nemətullah Cəzairi
kitabında yazır: ”Ömərin
arxasında xəstəlik var idi. O yalnız kişinin sperması ilə sənğiyirdi” (“Ənvəru Numaniyyə”
c.1,səh 63)
Həmçinin, Ömərin Fatimənin
evini yandırması yalanını da yaymışlar.
İslam düşmənlərinə qarşı
dəlil,dürüstlük,ədalət və insafla qələbə çalmışdır. Yoxsa, söyərək, şayiələr
yayaraq,iftira ataraq zəfər qazanmamışdır. Allah Təala buyurur: “Ey iman gətirənlər! Allah
xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan
kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha
yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.”
(Maidə 8).
Ardı var... Şiəliyin gizli tərəfləri ( VII hissə)
Ardı var... Şiəliyin gizli tərəfləri ( VII hissə)