Şiənin təqlid mərcii olan Ayətullah Muhsin əl Hakim belə yazır: “əl Muqənnətul vəch”də olanları nəql etdikdən sonra “Təhzib”də ifadə edildiyinə görə Əhli-haqqa müxalif olan kimsə kafirdir.Dəlil çatmayan kimsələr istisna olmaqla yerdə qalanlar haqqında küffar hökmünün tətbiqi labüddür….Bu necə olmasın ki,Hillidən bəzən nəcis,kafir olduqlarına dair icma və hətta mütəvatir nasslar varid olmuşdur….Dördüncüsü,nasibinin nəcis olduğuna dair qeyd etdiymiz icma….” (“Mustəmsiqul urvətul vusqa” 1/392-393,Nəcəf)
Müasir alimlərindən Əbul Qasim Musəvi əl Xoyi “Minhəcus salihin”
kitabında yazır: “…Mürtəd ilə,hərb əhli,qulat
və nasibi kafir arasında heç bir fərq yoxdur.” (“Minhəcus salihin” 1/116; Nəcəf)
Köhnə təqlid mərcii olan Muhəmməd Kazım
ət Təbatəbai “Urvətul vusqa” adlı kitabında yazır: “Qulat,xarici və nasibilərin nəcis olduğu məsələsində heç bir ixtilaf
yoxdur.”( “Urvətul vusqa” 1/68,Tehran)
Əllamə Hilli “Nihayətul əhkam fi mərifətul
əhkam”adlı kitabında yazır: “Xaricilər,qulat
və nasibilər Əhli beytə düşmən olanlardır ki,bunlar nəcisdirlər.”(1/274; Beyrut)
Ruhullah Xomeyni “Təhrirul
vəsilə” kitabında yazır: “Nasibilər və
xaricilər -“Allah onlara lənət etsin” isə heç bir ixtilafsız nəcisdirlər.”
(“Təhrirul vəsilə” 1/118; Beyrut)
Həmin səhifədə Xomeyni yazır: “Biz
onların qətiyyətlə kafir olduqlarını demişdik.Hətta,bəzi vəziyyətlərdə onların
öldürülməsi vacibdir.”
Bir sonrakı səhifədə (səh
119) Xomeyni yazır: “Ancaq şiə firqələrindən
olan İsna-əşarilər imam olduqlarına inanmadıqları digər imamlara düşmən
olub,onları söymədiyi müddətcə təmizdirlər.Əgər belə bir şey etsələr,onlar da
digər nasibilər kimidirlər.”
İsna-əşarilərin şiə firqələrindən
olduğuna görə necə də təmiz qəbul edildiyinə diqqət et! Halbuki,Əhli Sünnəti
heç zikr etmir.Çünki,onlara görə sünnilər onsuz da nəcisdirlər.
Şeyx Səduq əl Qummi “Əməli”
kitabında imam Sadiqdən hədis rəvayyət edir: “Heç şübhəsiz ki, mömin nasibi olmaması xaricində ixlaslı olanlara şəfaət
edəcəkdir.Nasibi olana bütün peyğəmbərlər,mələklər belə şəfaət etsələr də şəfaətləri
qəbul edilməz.” (“Əməli” səh 252,Beyrut)
Əllamə
Məclisi bu rəvayyəti “Biharul Ənvar”da (8/41)-də zikr etmişdir.
Həmçinin,
şeyx Səduq bu kitabının eyni səhifəsində Əbu Abdullahdan belə nəql edir:
“Nuh (ə) gəmiyə iti və donuzu mindirmiş,vələduz-zina
və bundan daha şərli olan nasibini mindirməmişdi.”
Ayətullah
seyyid Abdullah əl Əla Musəvi əs Səbzvari belə deyir: “…Kafir olması məsələsində mürtəd,zimmi,xarici,qulat və nasibi arasında
heç bir fərq yoxdur.” (“Camiul əhkam”səh 57; Beyrut,1992 il)
Ayətullah
Hacı Seyyid Muhəmməd Rza Kəlbəyqani yazır: “14
məsumdan birinə düşmən olan vəya söyən kimsə İslam çərçivəsində olsa belə nəcisdir.İmam
Əlinin də uluhiyyətinə inanan qulat kafir və nəcis hökmündədir.Eyni ilə xarici
və nasibilər də eyni hökmdədirlər.”(“Muhtəsarul əhkam” səh 9; Qum)
Onların
nasibiləri necə vəsf etdiyinə diqqət edin!Nasibilər tarixdə məlum olan,günümüzdə
olmayan kimsələr idilər.Bununla bərabər xariciləri də qeyd edirlər.Bununla
onlar Əhli Sünnəti qəsd edirlər. Bunun isbatı yuxarıda nəql edilən sitatlardır.
Şeyxləri
Yusif əl Bəhrani kitabında yazır: “Məna
baxımından mütəvatir xəbərlərdən çıxan nəticəyə görə bu sahədə olan iddiaların
zəif və vəhn olması gizli deyildir. Beləki,məlum risalədə müxaliflərin
kafir,nasibi və nəcis olduğu məsələsini izah etmişdik.Bu iki xəbərin nə sənəd,nə
də dəlalət baxımından o xəbərlərə qarşı təsiri ola bilməyəcəyinə şübhə
yoxdur.Bunların ya təqiyyəyə aid edilməsi ki,bu ravilərin halından bəlli
olur,yada müxaliflərin xaricində ki,kimsələrə şamil edilməlidir.Eyni zamanda əshabımız
arasında məşhur olan görüşə görə qulatın da xarici və nasibilər xaricində
qalanlara şamil edilməsi lazımdır.Çünki,əshabımız bunların hamısının kafir
olduğu məsələsində ixtilaf etməmişlər.”(“Şərhu risalətis səlatiyyə”səh 334,
Beyrut,1988 il)
Nemətullah Cəzairi
yazır: “Xəbərlərdə nasibinin nəcis olub
yəhudi,xristian və məcusilərdən də daha şərli olduğu baradə imamiyyə alimlərinin
icmasını qeyd etmişdik.....Təqlid mərcii olan Mirzə Həsən əl Hairi dediyi kimi:
“Nəcasətlər on ikidir.....Kafirlər qismindən olan nasibilər.” ("əl-Ənvar
ən-Numəniyyə"c. 2,səh 306,Beyrut)
Bu
sözləri bir çox müasir təqlid mərciiləri də söyləmişlər.