Şiələr etiqad edirlər
ki,həqiqi Quran Mehdinin yanındadır və o zühur edəndə bunu gətirəcəkdir.
Şeyx Mufid ləqəbli Muhəmməd ibn Muhəmməd
ibn Numan “əl İrşad”kitabında imam Əbu Cəfərin belə dediyini rəvayyət etmişdir:
“Muhəmməd (s.a.s) ailəsinin Qaimi ortaya
çıxdığı zaman, Quranın nazil edildiyi kimi öyrədilən çadırlar quracaqdır.Bu
günün hafizləri üçün o gün çox çətin gün olacaq.Çünki,o Quranın tərtib və təlifi
bundan fərqlidir.” (“əl İrşad”səh
365, “Muəssisətu aləmi” Beyrut,1979 il)
Bu rəvayyəti
Kamil Suleyman “Yəvmul Xəlas” kitabında (səh 372) nəql etmişdir.Şeyx Numani “Qeybə ən Numani”
kitabında (səh 318) imam Əlidən belə bir hədis rəvayyət edir: “Sanki, mən əcəmdə Kufə məscidində
insanlara Quranın nazil edildiyi şəkildə öyrədildiyi çadırları görürəm.Dedim
ki,(ravi) Ya Əmirəlmöminin! Məgər Quran nazil edildiyi kimi deyil? İmam:
“Xeyr.Ondan Qureyşə mənsub yetmiş adamın ataları ilə birgə adları silinib.Əbu Ləhəbin
adını isə əmisi olduğu üçün Peyğəmbər (s.a.s)-ə tənə olsun deyə saxlayıblar!”
Hacı Kərim Kirmani yazır: “Mehdi
zühur edəndə Quran oxuyacaq və deyəcək: “Ey müsəlmanlar!
Allaha and olsun ki,bu həqiqi Qurandır.Hansıki,bu Muhəmməd (s.a.s)-ə nazil
olmuşdu və onu təhrif edib,dəyişdirmişdilər.” (“İrşadu əvvam” 2/121,fars dilində)
Şeyx
Muhəmməd ibn Muhəmməd Sadiq əs Sədr “Tarihu mə badəz zuhur” (səh 637)
kitabında Əbu Abdullahın belə dediyini nəql
etmişdir: “...Sanki,mən onu rukn ilə məqam
arasında insanlardan yeni bir kitab üzərinə beyət aldığını və ərəblərlə sərt
davrandığını görürəm.”
Bu rəvayyəti
Şeyx Kamil Suleyman “Yəvmul Xəlas”kitabında (səh 371) nəql etmişdir.
Yusif əl Bəhrani yazır: “Bu iki xəbərdən çıxan nəticəyə görə indi
mövcud olan Quranı oxuma əmri,sadəcə bu Quranla kifayətlənmə,Qurandan çıxarıldığı
imamlar tərəfindən bildirilən hissələrin oxunulmasının caiz olmaması təqiyyə və
bəzi məsləhətlərə görədir.Mehdi zühur edib,qiyam etdikdən sonra,oxunulması caiz
olmayan hissələr ilə birgə bütün Quranı gətirəcək və bu şəkildə oxunulmasını əmr
edəcəkdir.” (“əd Durarun Nəcəfiyyə” Muəssisətu ahləl beyt” nəşr.səh 296)
“Tarihu
mə badəz zuhur” kitabında (səh 373) Cəfər Sadiqdən belə bir hədis rəvayyət
olunur: “Qaim (Mehdi) zühur edəndə
Allahın kitabını olduğu kimi oxuyacaq və Əlinin yazdığı müshəfi ortaya çıxaracaqdır.”
Şeyx Muhəmməd ibn Muhəmməd Sadiq əs Sədr
“Tarihu mə badəz zuhur” kitabında (səh 638) imam Muhəmməd ibn Əlidən belə bir rəvayyət
nəql edir: “Muhəmməd (s.a.s)-in Mehdisi
zühur edərsə.....yeni bir iş,yeni bir sünnət,yeni bir hökm gətirəcək və ərəblərə
qarşı şiddətli olacaqdır.”
Şeyx
Kamil Suleyman “Yəvmul Xəlas”kitabında (səh 372) Əli (r.a)-dən belə nəql edir: “Sanki,Kufə məscidində şiələrimizi görür
kimiyəm.Çadırlar qurmuş və Quranı nazil olduğu kimi öyrətməkdədirlər.”
Kamil
Suleyman yazır: "Əli
(r.a) Quranı yazıb qurtarandan sonra adamlara göstərib demişdir: "Bu, Qüdrət
və Cəlal sahibi Allahın Muhəmməd (s.a.s)-ə nazil etdiyi kitabıdır. Mən onu iki
lövhədən toplamışam." Camaat isə dedi: "Budur, bizdə Quranın
toplandığı müshəf var, bizim ona ehtiyyacımız yoxdur." İmam dedi:
"Onda Allaha and olsun ki,siz onu bu gündən etibarən heç vaxt görməyəcəksiniz.Mənim
borcum onu toplayandan sonra sizə göstərmək idi ki,oxuyasınız." (“Yəvmul Xəlas” səh
373)
Nemətullah Cəzairi
yazır: “Xəbərlərdə deyildiyinə görə onlar (imamlar) öz şiələrinə əmr etmişlər
ki, mövlamız Sahibəzzaman zühur edənədək bu mövcud olan Quranı namaz qılarkən və
başqa hallarda oxusunlar və onun ehkamlarına əməl etsinlər.Bir zaman bu Quran
adamların əllərindən çıxıb səmaya qalxacaq və Əmirəlmömininin tərtib etdiyi
Quran üzə çıxacaq.Onda onlar onu oxuyar və onun ehkamlarına əməl edərlər" ("Ənvarun Numaniyyə" 2/360)
Əbul
Həsən əl Amili əl Fəttuni yazır: “Dediklərimizdən
aydın olur ki,Allahın nazil etdiyi Quran o Qurandır ki,onu Əli (r.a) toplamışdır.Sonra
Həsənə,sonra isə digər imamlara,nəhayət qaim Mehdiyə ötürmüşlər.Bu gün Quran
onun yanındadır.” ("Təfsiru mirətul-ənvər və mişkətul-əsrar" səh
36,“Mətbəatul əftab”nəş.Tehran,hic.1374 il)
Şeyx Mufid yazır: “Bizim imamlar bizə iki müshəf arasında
olanı ona bir şey artırıb,azaltmadan oxumağı əmr etmişlər.Bu qaim Mehdi gələnə
qədər belə davam edəcək və o gələndə insanlara Allahın nazil etdiyi və Əli
(r.a)-nin topladığı Quranı oxuyacaqdır. Xəbərlərdə varid olanlara əsasən bizə
müshəfdə olan Qurana hərf və sözlər artıraraq oxumaq qadağan edilmişdir.Bu
artırılma ilə bağlı rəvayyətlər bizə mütavatir yolla varid olmamışdır.Onlar
yalnız xəbərlərdə varid olmuşdur.Adamlar müshəfə müxalif olanları oxuduğu zaman
müxaliflər tərəfindən sıxıntıya məruz qala bilərlər.Bu səbəblə özünü təhlükəyə
salmış olarlar.Ona görə də iki lövhə arasında olan müshəfin xilafını oxumaq
qadağan olunmuşdur.” (“Məsailus səraviyyə” səh
78-81-də (bəzi nəşrlərdə 81-88-də)
Şiəliyin on
ikinci imamları olan Mehdinin səhabələr tərəfindən təhrif olunmuş Quranı gətirəcəklərinə
dair inancları budur.
Hüccət sayılan Ayətullah Mirzə Həsən əl Həiriyə “əd
Din bəynəs sail vəl Mucib” adlı kitabda belə bir sual ünvanlamışdılar:
Sual: “Məlum olduğu kimi Quran Rəsulullah
(s.a.s)-a müxtəlif dövrlərdə nazil olmuş ayələr şəklində nazil olmuşdu.Ayələr
surələr içərsində necə tərtib olunmuşdu?Bu gün oxuduğumuz Quran Rəsulullah
(s.a.s)-a nazil olunmuş bütün ayələri ehtiva edirmi, yoxsa onda Fatimə müshəfindən
fərqli olan bəzi artırma və azalmalar vardır?”
Cavab: “Bəli,Quran
Peyğəmbər (s.a.s)-ə 23 il ərzində yəni risalət başlayandan vəfat edənə qədər
nazil olmuşdu.Quranı ilk cəm edən və kitab halına salan Əmirəlmöminin Əli ibn
Əbu Talib olmuşdu.Bu Quran daha sonra məsum imamlar içərisində imamdan imama
ötürülmüşdür. Gözlənilən imam Mehdi zühur etdiyi zaman bu Quranı ortaya
çıxaracaqdır.Sonralar müshəfi xəlifəlikləri dövründə Osman cəm elətdirmişdir. Səhabələrin
sinələrindən vəya yazmış olduqları səhifələrdən bir araya cəm edib,
toplamışdı.Əlimizdə olan məhz bu Qurandır.” (“əd Din bəynəs sail vəl
Mucib”səh 89,hic.1394 il)
Möhtərəm müsəlman
qardaş! Bunlara diqqət elə! İki müshəf mövcuddur.Birini Əli,digərini Osman cəm
etmişdir.Hairi iki müshəfin eyni olduğunu yəni,Osmanın və Əlinin müshəfi
eynidir söyləmir.Əli müshəfi əldən-ələ keçərək imamlarda qalmışdır və onlar heç
kəsi bu müshəflə tanış etməmişlər. Gözlədikləri imam (Mehdi) gəldikdə bu müshəfi
gətirəcəkdir.Ağla belə bir sual gəlir.Əgər
Mehdinin gətirəcəyi müshəf müsəlmanların əlində olan müshəf ilə eynidirsə,onda
bu müshəfin dəyəri,faydası nədir?
İzahı şiə
alimləri verir.
Şeyx Mufid
yazır: “Əhli beyt imamları tərəfindən
varid olmuş xəbərlərdə Quranın fərqli olduğu və zalımlar tərəfindən Quranda
artırma və əksiltmə olduğu bildirilmişdir.” (“Əvailul məqalət” səh 54,Təbriz)
Əbu Mənsur Əhməd ibn Əli ət Təbərsi “İhticac”
kitabında Əbu Zərr əl Qifaridən rəvayyət edir:
“Rəsulullah (s.a.s) vəfat edəndən sonra imam Əli Quranı topladı və
mühacirlərin və ənsarların yanına gəlib topladığı Quranı Rəsulullah (s.a.s)-ın
vəsiyyət etdiyi kimi, onlara göstərdi. Əbu Bəkr onu açanda birinci səhifədə özlərinin
biabırçılıqlarının yazıldığını gördü. Ömər sıçrayıb ayağa qalxdı və dedi:
"Əli! Onu buradan rədd elə. Bizim ona ehtiyacımız yoxdur”. Əli (r.a) onu
götürüb getdi. Sonra Zeyd ibn Sabiti çağırıb gətirdilər.O, Quran oxuyan bir şəxs
idi. Ömər ona dedi: "Əli bir Quran gətirmişdi,orada mühacirlərin və ənsarların
pis əməlləri yazılmışdı. Biz belə qərara gəldik ki, özümüz Quran yazıb ondan
mühacirləri və ənsarları biabır edib hörmətdən salan yerləri çıxaraq. Zeyd
yazdığı Quranı onun yanına gətirdi və dedi: "Mən sizin dediklərinizi
Qurandan çıxarandan sonra o öz yazdığı Quranı mənə göstərsə, sizin bütün etdikləriniz
batil olmazmı?"Ömər dedi: "Onda nə edək?" Zeyd dedi: "Tədbir
işlətməkdə siz məndən yaxşısınız" Ömər dedi: "Onu öldürüb canımızı
qurtarmaqdan başqa çarəmiz qalmır". O, Əlini Xalid ibn Vəlidin əli ilə
öldürmək tədbirini tökdü. Xalid isə bunu bacarmadı. Elə ki, Ömər xəlifə oldu,
onlar Əli (r.a)-dən xahiş etdilər ki, o Quranı gətirsin. Məqsədləri də o idi
ki, onu öz aralarında təhrif etsinlər. Ömər dedi: "Ya Əbülhəsən! Gəlsənə,
Əbu Bəkrə göstərdiyin Quranı gətirəsən, onun hökmləri əsasında birləşək".
Əli dedi: "Artıq buna ehtiyyac yoxdur, mən onu Əbu Bəkrə gətirmişdim ki,
sizin əleyhinizə sübut olsun və Qiyamət günü deməyəsiniz ki, bizim bundan xəbərimiz
olmayıb, yaxud deməyəsiniz ki, onu bizə göstərməmisən. Məndəki Quran elə bir
Qurandır ki, ona mənim övladımdan olan pak adamlardan və vəliəhdlərdən başqa
heç kəs toxunmamalıdır” Ömər dedi: "Onun zühuru vaxtı məlumdurmu?
"Əleyhissəlam dedi: "Bəli, o vaxt ki mənim övladlarımdan bir nəfər
müdafiəçi ayağa qalxacaq və onu üzə çıxarıb adamları onunla ayağa
qaldıracaq." (Təbərsi "əl Ihticac" səh 225-228,
Beyrut,h.1414)
Əbul Həsən
əl Amili əl Fəttuni yazır: "Bil ki,
üzərində heç bir şübhə olmayan, mütəvatir və başqa yollarla varid olan xəbərlərə
görə haqq budur ki,bizim əlimizdə olan bu Qurana Peyğəmbər (s.a.s)-dən sonra, dəyişikliklərdən
bir şey qarışmışdır. Peyğəmbər (s.a.s)-dən sonra, Quranı cəm edənlər, oradan
bir çox sözləri və ayələri çıxarmışlar. Dediklərimizdən aydın
olur ki,Allahın nazil etdiyi Quran o Qurandır ki,onu Əli (r.a)
toplamışdır.Sonra Həsənə, sonra isə digər imamlara, nəhayət Qaim Mehdiyə
ötürmüşlər.Bu gün Quran Mehdinin əlindədir.” (“Mirətul ənvər
və mişkətul əsrar” səh 36,”Darut təfsir” Qum)
Həmçinin,müəllif ikinci müqəddimənin dördüncü fəslini
təhrifi qəbul etməyənlərə rəddiyə olaraq ayırmış və bu fəslə “Quranın dəyişdirilib,dəyişdirilmədiyi
baradə alimlərin xüsusi görüşləri və dəyişdirilmə olduğunu qəbul etməyənlərin dəlillərinin
tənqidi” adını vermişdir.
Bu fəsildə yazır: “Siqət əl-islam” təxəllüslü Muhəmməd ibn Yəqub
Kuleynidən zahir olur ki, o da Quranın təhrif
olunduğu və onda çatışmazlıqların mövcudluğu etiqadında olmuşdur.Çünki, o
özünün “əl-Kafi” kitabında bu mənalı rəvayyətlər nəql etmiş, kitabın əvvəlində
orada rəvayyət etdiklərinə inandığını qeyd etməklə yanaşı, həmin rəvayyətlərə
etiraz etməmişdir.Onun ustadı Əli ibn Ibrahim Qummi də belədir.Onun təfsiri belə
rəvayyətlərlə doludur.O, bu işdə xüsusi səy göstərir....Əshabımızdan
Əyyaşi,Numani,Furat əl Kufi və bir çox təfsirçilər Qummi və Kuleyni ilə
razılaşmışlar. Son dövr hədis mühəddislərinin bir çoxunun məzhəbi böyük Şeyx
Əhməd ibn Əbu Talib ət Təbərsinin “əl İhticac” kitabında bildirdiyi kimi bu
yöndədir.Əhli beyt elmlərində böyük təcrübəyə sahib və rəvayyətlərin mühafizi
olan ustadımız əllama Məclisi “Biharul Ənvar” kitabında bu fikri dəstəkləmiş və
başqa bir sözə hacət qoymayacaq şəkildə bu məsələni izah etmişdir.Mənə görə bu
rəyin səhih olmasına xəbərlərin və əsərlərin
tədqiqindən sonra gəlmək olar.Həmçinin, şiəlik məzhəbinin zəruriyyətlərindən
olmasına və xilafət qəsbinin yaratdığı ən böyük cinayət olması fikrinə gəlmək
mümkündür.” ("Təfsiru
mirətul-ənvər və mişkətul-əsrar" səh 49 “Mətbəatul əftab”nəş.Tehran,hic.1374
il)
Sonra müəllif Səduq,Murtəza kimi alimlərin təfrifi
qəbul etməmə fikirlərini gətirir,sonra onların fikirlərini ətraflı şəkildə “dəlillərlə”
rədd edir və onların fikirlərini əsassız və dəyərsiz adlandırır.