Dəstəmaz və torpağa səcdə (Şiəlikdə möhür)


 Şiələr Əhli Sünnəni tənqid edirlər ki, dəstamaz alanda biz ayaqlara məsh çəkmirik, əvəzinə yuyuruq. Əslində Qurana nəzər salsaq orada məhz ayaqları yumaq əmrini görərik. Bunu Əhli-beytdən gələn rəvayyətlərdə təsdiqləyir.Buna görə məhz onların öz  mötəbər kitablarında olan hədisləri gətirməyi daha münasib saydıq.
1.      Əs-Səqafi və Təbərsi öz kitablarında qeyd edirlər ki, Əli (r. a) Məhəmməd ibn Əbu Bəkrə və Misir əhlinə dəstamazın necə alınmasını əmr edərək deyir: “Başınıza məsh çəkin, sonra sağ və sol ayaqlarınızı üç dəfə yuyun.Çünki,mən Peyğəmbər (s.a.s)-i bu cür dəstamaz alan gördüm”. (Əs-Səqafi, “Ğarat” kitabı, cild 1, səh.  244 -245: Təbərsi, “Müstədrəkul vəsail”, cild1, səh.  44.)
2.      Tusi də Əlidən (r. a) başqa rəvayyət gətirir ki, o demişdir: “Dəstamaz almaq üçün oturmuşdum, elə bu vaxt Peyğəmbər (s. ə. s) gəldi və mənə dəstamaz almağı öyrətdi. Mən ayağımı yuyanda o (s. ə. s) mənə dedi: - Ey Əli! Barmaqlarının arasınıda yu ki, sənə cəhənnəm odu toxunmasın”. (Tusi, “İstibsar” kitabı, cild 1, səh.  65-66, “Təhzibul-Əhkəm” kitabı, cild 1, səh. 93.  həmçinin bu rəvayəti siz Hur Amilinin “Vəsaul əş-Şiə” kitabının 1-ci cild 296-297 səhifəsində tapa bilərsiniz)
  Buna bənzər rəvayyətlər başqa İmamlardan da şiələrin mənbələrində çoxdur.
“Kafi”kitabında fəsil: “Dəstamaz baradə şübhə”
İmam Cəfər Sadiqdən rəvayyət olunur: “"إِنْنَسِيتَمَسْحَرَأْسِكَحَتَّىتَغْسِلَرِجْلَيْكَفَامْسَحْرَأْسَكَثُمَّاغْسِلْرِجْلَيْكَ"
“Əgər başa məsh çəkmədən ayağı yusan,gərək birinci başa məsh çəkəsən,sonra ayağı yuyasan.”
(Kuleyni “Kafi” c.3,səh 35,hədis №6)
اغْسِلْ—yumaq deməkdir.
Şeyxut-taifə Tusi də buna bənzər hədis gətirib: “وإن نسيت مسح رأسك حتى تغسل رجليك فامسح رأسك ثم اغسل رجليك.” (Tusi “Təhzib” c.1,səh 99,hədis № 258; “İstibsar” c.1,səh 74,hədis № 227  )

Hurr Amilidə keçən rəvayyətdə: “وإن نسيت مسح رأسك حتى تغسل رجليك فأمسح رأسك ثم اغسل رجليك” (Vəsailu şia” c.1,səh 452,hədis №1193)
  Bu rəvayyətlərin olmasına baxmayaraq Əhli Sünnəyə bu məsələdə yersiz və savadsız irad tutulur. Halbuki bilsəydilər ki, bu iradlar bir başa əhli-beytə də aiddir, onda bunu etməzdilər.

Eyni zamanda onlara görə guya torpağa və ondan olandan başqa bir şeyə səcdə etmək olmaz. Lakin görürük ki, şiələrin “məsum” hesab etdiyi imamlar bunun əksini deyiblər. Məsələn Hüseyn ibn Əli ibn Keysəndən rəvayət olunur ki, o deyir: “Üçüncü Həsənin atasına yazıb soruşdum ki, təqiyyəsiz və zəruriyyətsiz pambığa və ona oxşar olan şeylərə səcdə etmək olarmı? İmam dedi: Olar!”. (“Təhzib əl-Əhkəm”, cild 2, səh.  307: “İstibsar”, cild 1, səh.  323: “Vəsail əş-Şiə”, cild 2, səh.  595 və s.)
  Həmçinin Cəfər Sadiqdən (r. a) rəvayət olunur ki, o demişdir: “Yerə səcdə etmək fərzdir, bundan başqasına isə sünnətdir”. (“Mən lə yahzurul-fəqih”, cild 1, səh.  174: “Vəsail əş-Şiə”, cild 3, səh.  609.)
  Bu cür rəvayyətlərin onların kitablarında müvəvatir şəkildə çox olmasına baxmayaraq onlar əhli-sünnəni haqsız olaraq ittiham edirlər. Onlara öz mənbələrindən imamların məhz əhli-sünnə olduqlarını bildirən rəvayətləri göstərəndə, onlar deyirlər ki, guya imamlar bu ifadəni təqiyyə ilə deyiblər. Amma rəvayətlərdə qeyd olunub ki, imamlar deyir: Biz bu fətvanı təqiyyəsiz və zəruriyyətsiz deyirik”. Görəsən onlar buna nə cavab verirlər?!

Sondada bir sual: "səcdə məhz torpağa olmalıdı" deyən şiələr bilmir ki səcdə zamanı 7 hissə yerə deyməlidir? Bəz niyə onda möhürü yalnız alnına goyurlar? 


Blog Widget by LinkWithin

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir