Bu yazıda Şiələrə görə Siğə,bunun Şiələr qatında dərəcəsindən
bəhs ediləcəkdir.Yazıda bir çox kitablardan və məqalələrdən tərcümə edilmiş
sitatlar və redaktə edilmiş yazılar təqdim olunur. Tərcümə və redaktədə bir sıra Türk,Rus,Azəri dilində
olan ədəbiyyatlardan istifadə edilmişdir. Bütün istifadə olunan mənbələr http://antirafizi.blogcu.com/kitablar
bloqunda yerləşdirilmişdir. Oxucu müstəqil olaraq özü həmin kitablara müraciət
edə bilər.
İslama qədər ərəblər günah və namussuzluq çirkabında
çapalayırdılar. Bununla
əlaqədar Müdrik Allah öz şəriətini tədricən, pis şeyləri bir-bir qadağan edə-edə
göndərirdi. O zaman insanların imanı hələ o qədər güclü deyildi ki, bütün
günahlardan birdən-birə əl çəksinlər. Məhz buna görə şəriət qanunlarının çoxu Mədinədə,
Muhəmmədə (s.a.s) peyğəmbərlik
veriləndən 13 il sonra, öz əshabələri ilə birlikdə köçdüyü şəhərdə nazil
edilmişdir. Bu, Cahiliyyə dövrüdə geniş yayılmış müvəqqəti nigaha da adiddir. Rasulullah (s.a.s) bu pozğun əlaqəni İlahidən hökm gəlməyincə
qadağan etmirdi. Bu, Xeybər günü baş verdi. Peyğəmbər (s.a.s) bundan sonra bir dəfə də- Məkkənin fəthi
günü- bunun Allahın iradəsiylə Qiyamətə qədər qadağan edildiyini e'lan etdi.
Amma bu əməl içki kimi geniş yayılmamışdı və buna görə də bunun qadağan edilməsi
haqda xəbər bütün insanlara çatmamışdı.Çünki, əshabələr bu barədə az-az
danışırdılar. Bə'zi müsəlmanlar Əbu Bəkrin və Ömərin (r.a) dövrlərində də bilməyərək müvəqqəti
nigah bağlayırdılar. Bu barədə Müslümin (1405) «Əs-Səhih»ində xəbər verilir.
Amma bu xəlifə Ömərin (r.a) vaxtı kütləvi
hal aldıqda, xəlifənin özü və Peyğəmbər (s.a.)-in
Əli bin Əbu Talib, Abdullah bin Ömər, Abdaullah bin Zübeyr (r.a) kimi böyük əshabələri bunun icazə verildiyini
deyənlərə qarşı kəskin mübarizəyə qalxaraq müsəlmanları bu cür dərin yanlışdan
qurtardılar.
Beləliklə, biz qeyd etdik ki, müvəqqəti nigah müqəddəs Qur'ana, Peyğəmbər
(s.a.s)-in hədislərinə, onun əsahabələrini, o cümlədən Əli bin Əbu Talibin (r.a) yekdil fikirlərinə,
mö'min müsəlman alimlərin baxışlarına və sağlam insan təfəkkürünə ziddir.