Şiə sözü Quranda dəfələrlə işlənilib. Bu söz təriqət və dəstə mənasında işlənsə də əsasən mənfi məna daşıyır.
Şiələrin şirkləri aşkar olunanda, və başqa bir dəlilləri galmayanda əs-Saffat surəsində olan 83 ayəsində ŞİƏTİHİ sözünü tutub, guya bu ayə Şiəliyin haqq olduğuna dəlildir deyirlər.
Birincisi, əgər bir söz Quranda mövcuddur, o demək deyil ki hər özünə bu sozu aid edən haqq üstündədir.
İkincisi, gəlin baxaq ŞİƏ sözü Quranda başqa ayələrdə necə xatırlanır :
Əl-ənam surəsi ayə 159
إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ ۚ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ
['Inna Al-Ladhīna Farraqū Dīnahum Wa Kānū Shiya`āan Lasta Minhum Fī Shay'in ۚ 'Innamā'Amruhum 'Ilá Al-Lahi Thumma Yunabbi'uhumBimā Kānū Yaf`alūna]
"Dinlərini parçalayıb Şiə (firqə-firqə) olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir." (6:159)
Bu ayədə Allah bizi dini parçalayıb şiə olmamağı xəbardarlıq edir və elan edir ki, bu adamlar Muhəmməd peyğəmbərin ﷺ ümmətindən deyil.
______________________________________________________________________