Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çagırırıq. Ondan bağışlanmaığı və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət versə, o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
Qardaş və bacılar özümə də sizə də faydalı elim yaxşı əməl-saleh işlər və təqvalı olmağı arzulayıram. Əziz oxucular mənim qeyd edəcəyimdə məqsədim heç də şiələri təhqir etmək deyil, sadəcə olaraq haqqı bəyan etmək və onların batil fikirlərini üzə çıxartmaqdır. Bu isə şiələrin xoşuna gəlməsə də, haqqı inkar etmək olmaz . Beləliklə mən şiələrin mənbələrinə istinad edərək onların fikirlərinin necə batil olduğunu qeyd edəcəyəm.

“Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!” (Qaf, 37).
Onbirinci imama kimi çatan şiələr, onun ölümündən sonra 15 dənə(Şəhristani 11 firqə qeyd edir) firqəyə ayrıldılar. On birinci imam Həsan ibn Əli (r.a) öləndən sonra, onun oğlunun olması sabit deyildi. Ondan qalan miral annası ilə qardaşı Cəfər arasında bölünmüşdür. Bax “Ankara okulu” tərəfindən 2004 ildə bir kitab halında nəşr olunmuş Sayid ibn Abdullah Qumminın və Hasan ibn Musa Naubahtinın “Kitabul makalat vel firak” ve “Firaku şia” (kitablarının) kitabın 241 səhifəsinə.
Yəhudilərin fikrinə əsasən Məsihi Davud (yəni Dəccal-xilaskar) zühur etdiyi zaman Davud və Süleymanın (ə) hökmü ilə hökm verəcək. Şiələrdə də eyni ideologiyadır. Onların mötəbər sayılan mühəddisi Məhəmməd Yə”qub ibn Kuleyni öz “Usuli kafi” kitabında bu məsələ ilə bağlı belə qeyd edir: “Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) belə buyurdu: Ey Əbu Ubeydə! Məhəmmədin (s)ın nəslindən bir imam (Mehdi) qalxdığı (zaman) və Davud Süleymanın hökmü ilə hökm verdiyi zaman, ondan qətiyyən dəlil istənilməz ”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1033).